Tanınmış jurnalist koronavirusa yoluxduTanınmış jurnalist Səlim Babayev koronavirus infeksiyasına yoluxub.

Avrasiya.net xəbər verir ki, bu barədə onun oğlu bildirib.

"Atam COVID-19 xəstəsidir. Bakı Sağlamlıq Mərkəzində reanimasiyada yatır, 2 gündür vəziyyəti ağırlaşıb. Atamın bütün jurnalist dostlarından dəstək istəyirəm, atamın sağalmasına kömək edin", - deyə onun övladı bildirib.

Qeyd edək ki, Səlim Balayev uzun illərdir mətbuatda çalışır. O, ölkənin bir sıra nüfuzlu qəzetləri, habelə elektron kütləvi informasiya vasitələrində maraqlı araşdırmalarla, məqalələrlə çıxış edib. (Axar.az)
Erməni polisin oğlu azərbaycanlıları təhqir etdiGürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində yerli azərbaycanlı və ermənilər arasında qarşıdurma olub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisəyə kəndin polis idarəsində işləyən erməni əsilli əməkdaşın oğlunun etdiyi hərəkət səbəb olub.

“Sadaxlı Dirçəliş İttifaqı”nın sədri Sabir Mehdiyev bildirib ki, Şaumyan kəndindən olan həmin şəxs Ermənistan dövlət nömrə nişanlı avtomobili ilə kəndin mərkəzində təhlükəli vəziyyət yaradıb:

“O, yolda azərbaycanlı gənclərin olduğu avtomobilin qarşısını kəsib və nalayiq hərəkətlərə yol verib. Gəncin əməllərindən hiddətlənən kənd sakinləri onu saxlayıb və tərəflər arasında mübahisə, daha sonra isə fiziki qarşıdurma yaranıb. Erməni gənc azərbaycanlıların ünvanına təhqir, söyüş işlədib və hədə-qorxu gəlib”.

Təşkilat rəhbəri deyib ki, kənd sakinləri gəncin atasının polis sıralarından istefa verməsi tələbi ilə aksiya keçiriblər:

“Hazırda kənddə vəziyyət sakitdir və insidentlə bağlı araşdırmaya başlanılıb”.
"Sevinc Osmanqızı, Orduxan Teymurxan, Qənimət Zahidov ermənidən daha çox təhlükəli düşməndir""Bu gün Sevinc Osmanqızı, Orduxan Teymurxan, Qənimət Zahidov, Tural Sadıqlı və digərləri erməni vəhşilərindən daha qorxulu və təhlükəli düşmənlərdir. Təsəvvür edirsiniz, Sevinc Osmanqızı deyir ki, xarici ölkələrdə ermənilərin soydaşlarımıza qarşı etdiyi fiziki zorlakılğı, döyülməsini, təhqir olunmasını, güləllənməsini və bu cür qarşıdurmanı təşkil edən Azərbaycan tərəfidir".

Bu açıqlamanı "Avrasıya.net" saytına BAXCP sədrinin müavini, tanınmış QHT sədri, politoloq Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə, son bir necə gündür ermənilərin ABŞ-da, Avropada, Rusiyada və digər ölkələrdə vətəndaşılarımızın ordumuza və dövlətimizə verdiyi dəstək aksiyalarına qarşı törədilən vandal hərəkətinə özümüzdən olan xainlər və satqınlar dəstək verir:" Xaricdə ələ alınmış bu satqınların, xainlərin kimliyi hər kəsə bəlli olmaqdadır. Zaman-zamn özlərini açıq şəkildə ifşa edirlər. İndiki vaxtda sadəcə insan dəhşətə gəlir. Bunu necə demək olar?! sevinclər, orduxanlar, qənimətlər, turallar açıq şəkildə baş vermiş hadisəni Azərbaycan dövlətinin üzərinə yönəldirlər. Xəyanət başqa necə olur ki?! Təbii ki, hər kəs bilir ki, bütün bunları onlar sifariş əsasında həyata keçirdirlər. Birbaşa erməni lobbiçilərinin və diasporasının tapşırıqlarını yerinə yetirlər. Onlara erməni lobbiçilərinin açıq və ya dolayısı ilə göstərdiyi maliyə dəstəyi hər kəsə bəllidir. Ancaq insan nə qədər şərəfini və ya ləyaqətini itirə bilər ki, indiki situasiyada öz xalqına və dövlətinə qarşı bu cür iyrənc şər-böhtan atasan?!"

Niyaməddin Orduxanlının sözlərinə görə, dünən bu şəxslərin satqınlığı və xəyanəti ilə bağlı sosial şəbəkədə status paylaşıb:" "Bu gün Sevinc Osmanqızı, Orduxan Teymurxan, Tural Sadıqlı, Qənimət Zahid və başqaları ermənidən daha təhlükəli düşməndir! Dəhşət!" yazdığım statusa bir gün ərzində yüzdən artıq şəxs rəy yazıb və onların necə satqın və ünsür olduqlarını qeyd edirlər. Və bu davam etməkdədir. Hər kəs mənim facebook profilimə daxil olub, görə bilər. Çox hiddətlə qarşılanır onların xəyanəti. Bu gün dünyada yaşayan bir erməni görmədik ki, hətta, indiki Paşinyan rejiminə ən radikal müxalifətdə olan erməni Sevinc Osmanqızı, Orduxan, Qənimət Zayidov, Tural Sadıqlı və digərləri kimi çıxıb Ermənistanı ittiham etsin və baş verənləri ermənilərin günahı üçbatından olduğunu bildirsin, bəyan etsin. Bu adamlar ermənidən də artıq ermənidilər."

Politoloqun fikirincə, Osmanqızın şəhid qızı olması və onun atasını məhz ermənilərin qətlə yetirməsini hər kəs xüsusi olaraq qeyd edir:" Haram olsun ona atasının çörəyi. Sevinc üçün də maddi maraqlar bütün mənəvi dəyərləri aşıbdır. İnsan atasını cavan yaşında qətlə yetirən erməniləri necə müdafiə edə bilər?! Bu adamlar hər fürsətdə dövlət maraqlarımıza və milli maraqlarımızın əleyhinə gedirlər. Ancaq bu gün çox sevindiricidir ki, ictimai qınaq çox yüksək səviyyədədir. Onların hansı məqsədlə fəaliyyət göstərdiyini görürlər və öz etirazlarını yazırlar. Biz siysətçilər də çəkinmədən, onların şantajlarından, həddə qorxularından və digər amillərdən çəkinməməliyik və açıq şəkildə mövqeyimizi ortaya qoymalıyıq.

Əli Kərimlinin əmisi oğlu İnqilab Kərimov hər fürsətdəcə mənə ölümlə hədələyir, təhdid edir. Və hakmiyyətə gəldiyi təqdirdə diri-diri yandıracağını yazır. Ancaq bu cür hədə qorxudan çəkinməməliyik! Necə ki, biz bunu hər zaman ortaya qoyuruq! Siyasətçinin əm böyük missiyası öz vətəninə, dövlətinə, xalqına vicdanla qulluq etməkdir! Və baş vermiş hadisəyə ortaya çəkinmədən mövqe qoymaqdır. Bu cür hədələr məni öz tutduğum siyasi yoldan çəkindirə bilməz. Necə ki, 20 ildir bu yolla gedirəm...."
İstanbulda Azərbaycana dəstək aksiyası keçirildi - FOTOİyulun 26-da İstanbulun “Bakırköy Azadlıq Meydanı”nda Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində törədilən təxribatla bağlı etiraz aksiyası keçirilib.

Aksiya qardaş Türkiyədən Azərbaycana dəstək məqsədilə keçirilib. Aksiya “Maskanı tax, bayrağını al, aramıza qatıl” şüarı, Türkiyədə fəaliyyət göstərən Türk Dünyası Məclisi, “Hazarfem” Xəzər Folklor Tədris və Araşdırma Mərkəzi, Çayeli Dərnəklər Federasiyası (ÇAYDEF), Avcılar Əhlibeyt Platformu, Rize Dərnəklər Federasiyası, Dünya Yozqatlılar Konfederasiyası, Türkiyə Müstəqil Krım Dərnəkləri Platformu, İstanbul Yozgatlılar Federasiyası, “Gənc İradə” (GİD), “İsmail Gaspırali Krım Tədris və Mədəniyyət”, “Bolqarıstan Türkləri”, “Yozgat Sənayeçi və İş Adamları”, “Türk Axivçilər”, “İstanbul Qumukları”, “Böyükçəkməcə Yozgatlılar”, “Üsküdar Rizelilər” dərnəklərinin təşəbbüsü ilə keçirilib.

Aksiyada hər iki ölkənin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən “Hazarfem”in rəhbəri Nuran Acar Ermənistanın Azərbaycana qarşı illərdir davam edən işğalçılıq siyasətindən bəhs edib, iyulun 12-dən başlayaraq Azərbaycanın Tovuz rayonu istiqamətində ölkəmizə qarşı törədilən hərbi təxribatlardan danışıb.

Türkiyənin qardaş Azərbaycana dəstəyinin qürurverici olduğunu bildirən çıxışçılar Azərbaycanın və Türkiyənin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın hər şəraitdə ölkələrimizin, eləcə də xalqlarımızın maraq və mənafelərini qarşılıqlı şəkildə müdafiə etdiklərini vurğulayıblar.

Mitinqdə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, erməni işğalına son qoyulması ilə bağlı şüarlar səsləndirilib.

Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin dərhal dayandırılması, işğalçı tərəfin hərbi qüvvələrinin BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərar və qətnamələrinə uyğun olaraq Azərbaycan ərazisini tərk etməsi tələb olunub, son hadisələr zamanı Serbiyanın Ermənistana dəstəyi şiddətlə qınanıb.

Bildirilib ki, son günlər düşmənin davamlı hərbi təxribatlarının qarşısını qətiyyətlə alan Azərbaycan Ordusu işğal altındakı torpaqları düşməndən azad etmək iqtidarındadır.

Tədbirdə mediaya açıqlama verilib. Açıqlamada deyilir ki, yaxın günlərdə təcavüzkar Ermənistanın qardaş ölkə olan can Azərbaycana qarşı törətdiyi xain təxribatı qınamaq və bu hadisələr zamanı şəhid olan qardaşlarımızı anmaq üçün burada toplaşmışıq:

“Məqsədimiz burada toplanan qeyri-hökumət təşkilatları ilə qardaş ölkənin - Azərbaycanın tək olmadığını dünyaya bir daha çatdırmaqdır. Eşq olsun can Azərbaycana ki, belə igid və geniş ürəkli insanları var”. AZƏRTAC
Şuranın dəstəyilə “Mənəviyyat carçısı” adlı sənədli film hazırlanacaq"Mənəviyyat carçısı" sənədli filminin çəkilişinə başlanılıb.
Film Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dəstək Şurasının 2020-ci il üçün elan etdiyi 1-ci qrant müsabiqəsi çərçivəsində qalib olan “Milli Dəyərlərin Qorunması” İctimai Birliyi tərəfindən çəkiləcək.

İyulun 16-17 də baş tutan müsahibədə AMEA Rəyasət Heyətinin Vitse-prezidenti İsa Həbibbəyli, AMEA professoru Cəbi Bəhrəmov, AMEA aparıcı elmi işçisi Nigar Axundova, Binəqədi İcra Hakimiyyəti başçısının müavini Ramiz Göyüşov, Millət Vəkili Jalə Əliyeva iştirak ediblər.

Onlar xeyriyyəçiliyin əsasını qoymuş şəxsiyyətlərdən olan Ağa Musa Nağıyevin Azərbaycanda XIX əsrin sonu XX əsrin əvvəllərində iqtisadiyyatın inkişafı uğrunda ilk addımların atılmasında tarixdəki rolu haqqında, həmçinin miras qoyduğu ən böyük əsəri sayılan İsmailiyyə binasının xalqa bu günkü xidmətindən söz açaraq, bu sənət abidəsinin ermənilər tərəfindən yandırılması səbəblərindən danışıblar.
Eləcə də, Nağıyev irsinin Azərbaycanın tarixində yenidən yaşamasında nəvəsi Dilarə Nağıyevanın rolundan bəhs olunub.

Layihə çərçivəsində tarixin qaranlıq və öyrənilməmiş səhifələrindən olan milyonçu-xeyriyyəçi Ağa Musa Nağıyevin nəslinin sovet rejimi tərəfindən təzyiqlərə, işgəncələrə, hətta sürgünlərə məruz qalmaları barədə ətraflı və dəqiq faktlar əsasında məlumat veriləcək.
Layihə rəhbəri milyonçunun nəvəsi, yazıçı-publisist Dilarə Nağıyevadır. Filmin ssenari müəllifi və rejissor Etibar Məmmədov, redaktor Büllur Cavadqızıdır.
Qeyd edəkr ki, müsahibələr Pandemiya dövrünə təsadüf etdiyindən karantin qaydalarına tam riyaət olunub .
Sosial şəbəkələrdə informasiya təhlükəsizliyi ilə bağlı layihəyə start verilib“Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sosial şəbəkələrdə informasiya təhlükəsizliyinin təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun artırılması ilə bağlı tədqiqatların aparılması” layihəsinin icrasına başlayıb.

Təşkilatdan verilən məlumata görə, məqsəd şəxslərdə, əsasən də gənc nəsildə internet mediaya marağın artırılması və sosial şəbəkələrdən düzgün istifadənin istiqmətlərini aşılamaqdır.Onlarda bu sahəyə maraq yaratmaqla, həm də Azərbaycan nümunəsinin xüsusiyyət və üstünlükləri ilə bağlı meylin artırılmasıdır. Amma əsas hədəf sosial şəbəkələrdəki təhlükəli və təhlükəsiz xəbərlərin sərhədlərinin konturlarını vətəndaşlarımıza düzgün çatdırmaqdır.

Məlumdur ki, sosial şəbəkələrdə milli maraqların müdafiəsi istiqamətində fəaliyyətlər günümüzün əsas məsələlərindəndir.Nəzərə alsaq ki, sosial şəbəkələrdən istifadə və yararlanma daha sərbəstdir – bu zaman milli maraqların qorunması, Azərbaycanın artan imicinin təbliği, yad güclərin ölkəmizə qarşı əsassız hücumlarının qarşısının alnması, önləyici tədbirlərin görülməsi aktuallıq kəsb edir. Vətəndaş cəmiyyəti, müstəqil və canlı vətəndaş qrupları, hakimiyyətin məktəblərin qurulmasını, səhiyyə xidmətlərinə çıxışın təmin edilməsini, ətraf mühitin qorunmasını və ümumi rifah üçün bir çox işin görülməsini təmin edir.

Layihə çərçivəsində son aylar meydana gəlmiş yeni virus növü – COVİD-19 ətrafında sosial şəbəkələrdə yayılan bəzi yalan xəbərlərin müəyyənləşdirilməsi, eləcə də sərhəddə erməni təxribatlarının əsl mahiyyəti müzakirə olunacaq.

Qeyd edək ki, “Aktor” İctimai və Sosial Tədqiqatlar İctimai Birliyi həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin COVİD19 pandemiyası ilə əlaqədar aztəminatlı ailələrə ərzaq və tibbi ləvazimatın paylanması çağırışını müsbət qarşılayıb və könüllü olaraq bu kateqoriyadan olan şəxslərə dəstək göstərəcək.Təşkilat üzvləri hazırda həmin ailələrin müəyyənləşməsi prosesinə başlayıblar.

Xatırladaq ki, layihənin icra müddəti üç aydır və bu dövr ərzində Bakı, Sumqayıt və Gəncə sakinləri ilə onlayn müzakirələr keçiriləcək, mövzu ilə əlaqədar sorğular keçiriləcək, nəticələri isə geniş ictimaiyyətə çatdırılacaq.

Jurnalist aclığa başladı: Prezidentə müraciət...Anews.az xəbər portalının bölgə müxbiri Zaur Qənbərov aclıq aksiyasına başlayıb.

Axar.az xəbər verir ki, buna səbəb peşə vəzifəsini yerinə yetirdiyi zaman Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gədəbəy şöbəsinin binasında həmin qurumun rəhbəri və onun sürücüsü tərəfindən döyülməsinə baxmayaraq, hüquq-mühafizə orqanları tərəfindən işə obyektiv baxılmaması və jurnalistə qarşı Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə açılmış cinayət işinin məhkəməyə göndərilməsidir.

Bildirilib ki, bu il mayın 4-də peşə fəaliyyətini həyata keçirərkən DSMF Gədəbəy rayon şöbəsinin müdiri Elsun Xudaverdiyev və onun sürücüsü İsfəndiyar Qələndərov jurnalistə hücum çəkib, onu təhqir edib, döyüb, bu hadisəni videoya çəkdiyini gördükdə isə telefonunu əlindən alaraq ayaq altına atıb, təpiklə zərbə vuraraq sındırıb:

“Buna baxmayaraq, Gədəbəy Rayon Polis Şöbəsində qarşı tərəfə yox, jurnalistə qarşı cinayət işi qaldırılıb və qərəzli şəkildə tamamlanaraq prokurorluğa göndərilib. İstintaqa və prokurorluğa təqdim etdiyimiz heç bir sübut və etiraz qəbul edilmədən gənc təqsirli hesab edilib. İstintaqın qərəzli aparıldığına dair Daxili işlər nazirinə və Baş prokurora yazdığımız bütün şikayətlər araşdırılmaq üçün yerli qurumlara,yəni faktiki barələrində şikayət etdiyimiz adamların özlərinə qaytarılıb və bu qətiyyən anlaşılan deyil”.

Zaur Qənbərov ölkə baçısı İlham Əliyevə müraciət edib və aclıq aksiyasına başlayıb.

"Mənim yeganə günahım Sizin çağırışınıza uyğun olaraq rayonda baş verən neqativ hallar barədə məqalələr yazmağım və həmin məqalənin aid olduğu qurumların rəhbərlərindən, o cümlədən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevdən bu yazıları silmək müqabilində "hörmət" qəbul etməməyimdir. Mənim əlimdə günahsızlığımı sübut edən çoxsaylı əsaslandırılmış sübutlar var. Mən öz qanunsuz mühakiməmlə barışa bilmərəm və bu qanunsuzluğa etiraz olaraq ölüm aclığına başlayıram. Sizin bu hadisəni öz nəzarətinizə götürəcəyiniz günədək aclığı davam etdirəcəm”, - deyə jurnalist Prezident İlham Əliyevə ünvanladığı müraciətində bildirib.
Azərbaycanda koronadan bir gündə 602 nəfər sağaldıAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 417 yeni yoluxma faktı qeydə alınıb, 602 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 30050 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 22684 nəfər müalicə olunaraq sağalıb, 417nəfər vəfat edib, 6949 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7296, ötən müddət ərzində isə ümumilikdə 683548 test aparılıb.

“Ermənilərin əməlləri sübut olunsa, mütləq cəzalarını alacaqlar” – Ayhan DəmirçiBelçikada erməni vandalların soydaşlarımıza etdikləri hücum hər kəsin yaddaşındadır, yeniləmək istəmirəm. Qana sussamış ermənilər tarix boyu belə olublar: fürsət düşən kimi türkün qanını içməyə çalışıblar. Belçikada baş verənlər də bu silsilədən bir hücum idi. Bu balaca Avropa ölkəsində baş vermiş, əslində dünyaya səs salacaq qədər böyük hadisəyə Belçikadakı soydaşlarımız necə baxır, nə düşünürlər?

Hafta.az-a açıqlama verən Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi deyir ki, baş verənlər onları hiddətləndirib və bu cür hadisələri birmənalı şəkildə pisləyirlər. “Bunlar baş verməməli idi. Ermənilər bizləri hər zaman oyuna çəkiblər və təəssüf ki, biz də çox vaxt onların oyunlarına düşmüşük. Baş verə biləcək təxribatları öncədən ən azından təxmin edərək tədbirlər keçirtmək lazımdır. Hər kəs bilir, bilmirsə də bilməlidir ki, iki diaspor qarşı-qarşıya dayanarsa təxribat baş verə bilər. Təəssüf ki, bəzi təşkilatçılar bunları hər zaman nəzərə almırlar. Soydaşlarımızın vəhşiliyə məruz qalmasını isə, bir daha qeyd edirəm ki, birmənalı pisləyirəm”, - diaspor sədri deyir.

Baş verənləri istisna etsək, Belçikada yenidən ermənilərin hücumuna məruz qalma təhlükəsi varmı azərbaycanlıların? Ümumiyyətlə, diaspor sədrinin də qeyd etdiyi kimi, qabaqlayıcı tədbirlər görülürmü milli təşkilatlarımız tərəfindən? A.Dəmirçi deyir ki, nəzəri cəhətdən hər şey mümkündür və ümid edirlər ki, prkatikada buna rast gəlməyəcəklər. Qabaqlayıcı tədbirlərə gəlincə, cənab Dəmirçi fərqli fikir söyləyir. Deyir ki, nə tədbir görə bilərlər, hərə yanına bir polis alıb gəzməyəcək ki, sadəcə bacardıqları qədər ehtiyyatlı olmalıdırlar.

Polisdən söz düşmüşkən, istər ABŞ olsun, istər Belçika kimi balaca bir ölkə, polis və digər təhlükəsizlik qüvvələrinin, daha dərinə gedəndə isə siyasi müstəvidə baş verənlərə yanaşma necədir? Maraqlıdır, konkret hücum faktı yaşanıb, bunu nəzərə alaraq erməni vəhşətini dayandırmaq üçün hər hansı rəsmi tədbirlər görülürmü, erməni cinayətkarları cəzalandırmaq yönümündə addımlar atılırmı və sair? Belə fikirlər yaranıb ki, ermənilərə etdikləri cinayətdən dolayısı gözün üstə qaşın var deyilmir...

Ayhan Dəmirçinin dediklərindən: “Əvvala ordan başlayaq, hansısa vəhşətin qarşısı alınmır fikri ilə razı deyiləm. Bilirsiniz, əgər son hadisələrdən bəhs edirsinizsə, hər halda siz də çəkilmiş videolardan gördünüz ki, ermənilər bizimkiləri izləyərək kənar yerdə vəhşilik ediblər. Hər yerdə polis dayanmır axı ki, buna mane olsun. İndi qalıb məsələ o tədbiri təşkil edənlərə, zərər çəkənlərə ki, aidiyyəti qrumlara müraciət edəcəklər, yoxsa yox. Hadisələrə baxışlara gəlincə, bu müxtəlif ola bilər. Baş verənləri aydınlaşdırmağa çalışacaqlarını düşünürəm. İlk təxribat hansı tərəfdən gəlib, necə olub ki, tərəflər qarşı-qarşıya gəliblər, bunları araşdırmadan münasibət bildirəcəklərini düşünmürəm. Əgər şikayətlər olunacaqa və erməni tərəfinin əməlləri sübuta yetiriləcəksə, mütləq cəzalarını alacaqlar, buna inanıram”.

Rəsmi qurumların mövqeyi bəllidir: ən yaxşı halda qanunla nəzərdə tutulduğu kimi, cinayətkarı cəzalandırır, bununla işini bitirmiş olur. Bəs bütövlükdə Belçika xalqının bu hadisəyə münasibəti necədir? Diaspor sədri deyir ki, burada necə deyərlər, hər kəsin məsələsi ancaq özü üçün maraqlıdır. “Sadə belçikalı bizim aramızda olanlarla bir o qədər də maraqlanmır. Sadəcə, hadisə baş verən gün diqqət çəkə bilər, onları narahat etməyimiz filan. Başqa cür anlaşılmasın, bəzən elə bilirik ki, bütün dünya işini-gücünü buraxıb bizə maraq göstərməldir, ancaq bu mümkün deyil. Sadə belçikalıların çoxunun nəzərdə tutduğunuz məsələdən xəbəri belə olmadı. Xəbəri olanlar isə təbii ki, vəhşiliyi alqışlamaz. O artıq başqa məsələdir ki, bu vəhşiliyi kimin etdiyinə inanacaqlar. Burada isə məsələ bizim, daha doğrusu, sözügedən tədbiri təşkil edənlərin üzərinə düşür”, - deyir A.Dəmirçi.

Erməni maraqlarına xidmət edən sizin sevimli Sevinc OsmanqızınızƏlisahib Hüseynov
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Osmanın qızını ideallaşdıranlar və bütləşdirənlər, buyurun, bu da erməni maraqlarına xidmət edən sizin sevimli, əziz Sevinc Osmanqızınız...

Azğınlaşmış ermənilərin müxtəlif ölkələrdə soydaşlarımıza qarşı vandallığa yol verdiyi, hücumlar təşkil etdiyi bir vaxtda adı və soyadı azərbaycanlı olan jurnalist Sevinc Osmanqızı rəsmi Bakını təxribat törətməkdə ittiham edən, xarici ölkələrdə Azərbaycan Ordusuna dəstək aksiyaları keçirənləri "vətənşüvən" adlandıran və düşməni müdafiə edən fikirlər səsləndirir.

Özünü qəsdən korluğa vurmuş bu başabəla jurnalist utanmadan iddia edir ki, guya bu gün xarici ölkələrdə ermənilərlə bu qarşıdurmanı təşkil edən Azərbaycan tərəfidir. Xaricdə yaşayan azərbaycanlıların həmin ölkələrdəki səfirliklərimizi ermənilərin hücumlarından və təxribatlarından qorumaq üçün toplaşmaqları təkcə erməniləri deyil, erməni təfəkkürlü Sevinc Osmanqızını da qəzəbləndirir. Və “onlar nəyə görə səfirliyin müdafiəsinə qalxmalıdırlar?” - sualını verən bu antimilli jurnalist nədənsə, ASALA terror təşkilatının adı yazılmış paltarlar geyinən gənc erməni daşnaklarının Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin binalarına təşkil etdiyi hücumları görməzdən gəlir.

S.Osmanqızının “Mən yenə də davanı kimin birinci başlaması məsələsinə girməyəcəm. Bunu ayırd etmək çətin məsələdir və əhəmiyyətli məsələ də deyil. Bu, Azərbaycanın milli maraqlarının müdafiəsi deyil” sözləri Azərbaycan əleyhinə qərəzli, böhtançı kampaniya aparan ermənilərin əlinə göydəndüşmə oldu. İndi ermənilər bu axmaq qadının özü kimi axmaq fikirlərindən bizim əleyhimizə eninə-uzununa istifadə edəcəklər. Sapı özümüzdən olan bir balta bu açıqlamaları ilə fürsətçi ermənilərə əsl bayram keyfi yaşatmış oldu.

Sevinc Osmanqızı kimi varlıqlar öz atasından və millətindən bixəbər olanlardır. Öz şəhid atasına sosial şəbəkə istifadəçiləri tərəfindən "Osmanyan" deyilməsinə baiskar olan və bu cür antimilli fikirlər səsləndirən bir jurnalistin özünü nə Osman Mirzəyevin qızı, nədəki azərbaycanlı adlandırılmağa mənəvi haqqı yoxdur. Ruhən erməni olan bu cür formal "azərbaycanlı"lar ümumiyyətlə azərbaycanlılıqdan məhrum edilməlidirlər.