Başına 1 milyon qoyulan terrorçunu türk ordusu məhv etdiTürkiyə təhlükəsizlik qüvvələri başına 1 milyon lirə mükafat qoyulan terrorçunu zərərsizləşdirib.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Tuncelinin Ovacıq bölgəsində jandarma xüsusi təyinatlıları və komandos qüvvələrinin keçirdiyi əməliyyat çərçivəsində zərərsizləşdirilən terrorçunun “Savaş Fərat” kod adlı Yəhya Atmaca olduğu müəyyənləşib. O, Dərsim bölgəsinin sözdə qərb cəhbəsi üzrə komandiri kimi fəaliyyət göstərib. Axtarışda olan Y.Atmacanın başına 1 milyon lirə mükafat qoyulub. Terrorçunun 2011-ci ildə Tuncelidə polislərə qarşı hücum edənlərdən biri olduğu bəlli olub. Eyni zamanda, 1 polis və həyat yoldaşının şəhid olduğu hücumda da iştirak edib”, - məlumatda bildirilib.
Rusiyada ermənilər arasında dava: xəsarət alan var - VideoRusiyada bir qrup erməni küçədən keçən şəxsləri azərbaycanlı hesab edərək onlara hücum edib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bir qrup erməni azərbaycanlı olduğu ehtimal etdikləri şəxsi döyəndən sonra məlum olub ki, döydükləri şəxs ermənidir. Ermənilərin hücum etdikləri şəxs döyülmə zamanı xəsarət alıb.

"Onlar ermənilər idi, avtomobillərinin nömrələri erməni nömrəsi idi", - deyə onlardan biri bildirib.




Qubalı milyarder Moskvanın ən böyük bazarında erməni mallarına qoyulan boykota AYDINLIQ GƏTİRDİ“Kievskaya ploşad” şirkətlər qrupunun sahibi, Moskvanın ən böyük meyvə-tərəvəz bazarı olan “Food City”nin Azərbaycan əsilli sahibi Qod Nisanov açıqlama verib.

Rusiya KİV xəbər verir ki, “Kievskaya ploşad” şirkətinin Direkotlar Şurasının sədri kimi Nisanov səhmdarlar və rəhbəırki adından obeyktlərdə çalışan insanların milli mənsubiyyətinə fərq qoymadan onların çalışmasına şərait yaradacaqlarını bildirib.

“Holdinqimizə daxil olan şirkərlər bütün bu illər ərzində insanların milli və dini mənsubiyyətinə baxmadan istehlakçıların, icarədarların və partnyorların ümumi marağından çıxış edib. “Kievskaya ploşad” olaraq qarşıdakı illərdə də bu siyasəti rəhbər tutaraq obyektlərimizdə çalışan hər kəsə maksimal komfortlu və təhlükəsiz şərait yaradacağıq”.

Xatırladaq ki, iyulun 12-də Azərbaycan-Ermənistan sərhəddində yaranan gərginlikdən sonra Moskvanın “Food City” bazarında erməni ticarətçilərin məhsullarına boykot elan olunması barədə erməni səfir Vardan Toqanyan açıqlamalar vermişdi. Moskva meriyası isə bazarda erməni məhsullarının satışına qadağa qoyulması ilə üzləşmədiklərini bildirmişdi.
GAK sədri “Sülhə çağırış” aksiyasına qarşı çıxdıGürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyn Yusubov 26 iyul tarixində Marneuli rayonunda “Sülhə çağırış” adlı aksiyaya qarşı olduğunu ifadə edib.

Aktual.ge xəbər verir ki, bu barədə GAK sədri Hüseyn Yusubov özünün "Facebook" hesabında yazıb.

GAK sədrinin yazısını olduğu kimi təqdim edirik:

"Borçali gəncləri son bir neçə gündə, müxtəlif yerlərdə dəfələrlə Azərbaycana dəstək aksiyalari keçirdi. İndi də Azərbaycandan maliyələşən Azərbaycanın Gürcüstandakı səfirliyinin nəzarətində olan təşkilatlarla, yenə də oradan maliyələşən mətbuat orqaninin dəstəyi ilə Azərbaycanı sülhə çağiran aksiya hazirlandiğini mətbuat orqani elan edib. Biz, GAK olaraq kəskin şəkildə qarşi olduğumuzu elə həmin orqanda yazdiq. Gənclərimizdə kəskin fikirlərini bildirdilər. Torpaqlarin işğal altindaykən sülhdən qırıldamağın nə olduğunu gözəl bilirsiniz.

Medalin digər üzü də var. İndi də Borçali düşmənləri həmişə olduğu kimi yenə başladilar ümimiləşdirməyə. Sanki bütün el bu bədnam sülhə hazirlaşirmiş. Rədd olun gedin işinizlə məşğul olun. Təki Nazim İbrahimov kimi alçaq nazirlərdə Borçalilarda olduğu qədər milli düşüncə, milli təəsübkeşlik olaydi",-deyə H.Yusubov qeyd edib.

Qeyd edək ki, 12 iyul tarixində Ermənistan-Azərbaycan arasında baş vermiş silahlı münaqişə ilə bağlı Marneuli rayonunda 26 iyul tarixində "Sülhə çağırış" adlı aksiya keçiriləcək.
Ukrayna polisi güllələnən azərbaycanlılarla bağlı MƏLUMAT YAYDIUkraynanın paytaxtı Kiyevdə açılan atəş nəticəsində 2 xarici tələbə yaralanıb. Avrasiya.net-in məlumatına görə, bu barədə Ukrayna polisi rəsmi məlumat yayıb.

Məlumata görə, yerli vaxtla gecə saat 02.30-da Kiyevdə iki xarici tələbəyə naməlum şəxs tərəfindən atəş açılıb və atəş nəticəsində 20 yaşlı iki tələbə ayaq hissələrindən yaralanıb. Yaralılardan biri təcili tibbi yardımla xəstəxanaya çatdırılıb, digəri isə xəstəxanaya getməkdən imtina edib.

Hər iki yaralama faktı ilə bağlı cinayət işi başladılıb.

Qeyd edək ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov açıqlamasında yaralanan tələblərin azərbaycanlılar olduğunu bildirib.




Rusiya Şimali Aralıq dənizində raketləri işə salırRusiya Şimali Aralıq dənizində Yunanıstana bağlı olan Meis adasının cənubunda raket sınaqları keçirəcək.

Publika.az xəbər verir ki, Rusiya sınaqlar üçün Yunanıstanla deyil, Türkiyə ilə razılaşıb.

Yunanıstan bununla bağlı “Türkiyənin səlahiyyəti yoxdur” açıqlamasını versə də, Rusiyanın sınaqla bağlı addımı “səlahiyyətli ölkə Türkiyədir” mesajının verilməsidir.

Meis (Kızılhisar) adasının cənubunda raket sınaqlarının keçirilməsi Şimali Aralıq dənizində beynəlxalq aktorların gərginləşən qarşıdurması fonunda diqqət çəkən detaldır.

Ölkəmizdə aparılan məqsədyönlü fəaliyyətin nəticəsində böyük nailiyyətlər əldə edilib – QHT sədriKoronavirusla mübarizə və Ermənistanın Tovuzla sərhəddə təxribatının qarşısının alınması, ölkəmizin təhlükəsizliyinin davamlı təmin edilməsi məsələsi bu gün dövlətimizin fəaliyyətində prioritet məsələdir.

Prezidenti İlham Əliyev və Birinci Vitse –Prezident Mehriban xanım Əliyevanın gərgin əməyi sayəsində bütün bu istiqamətlərdə vəziyyət tam nəzarətdədir. Pandemiyaya qarşı apardığı işlərə görə Azərbaycan dünyanın qabaqcıl ölkələri sırasındadır. Düşmən Ermənistanın Tovuzla sərhəddə növbəti aqressiyasına gəldikdə Azərbaycan Ordusunun işğalçıya vurduğu zərbələr yetərincə sarsıdıcı və dağıdıcı oldu. Çoxlu sayda canlı qüvvə, hərbi texnika, silah-sursat itirən düşmən hələ uzun müddət özünə gələ bilməyəcək. Bütün bu gərginliyə baxmayaraq, ölkəmizin bütün sahələrdə dinamik inkişafını təmin etmək üçün dövlət başçımız böyük əzmkarlıq göstərir.

Bunu iyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videomüşavirə bir daha sübut etdi. İqtisadiyyatımızın vacib sahəsi olan su təsərrüfatında mövcud olan problemlərin təfərrüatlı müzakirə edildiyi müşavrədə cənab Prezident vurğuladı ki, Azərbaycanda infrastruktur layihələr ardıcıl şəkildə həyata keçirilir və bunun sayəsində ölkəmiz sürətlə inkişaf edir. Hələ bir neçə il bundan əvvəl infrastrukturla bağlı Azərbaycanda xeyli problemlər mövcud idi. Elektrik enerjisi çatışmırdı, qazlaşdırmanın səviyyəsi aşağı idi, nəqliyyat infrastrukturu çox zəif vəziyyətdə idi. Lakin bu gün ölkəmizdə aparılan məqsədyönlü fəaliyyətin nəticəsində bu sahədə böyük nailiyyətlər əldə edilmişdir. Bu gün biz nəinki özümüzü elektrik enerjisi ilə təmin edirik, hətta bu sahədə ixrac imkanlarımız da artmışdır. Hazırda ölkəmizdə qazlaşmanın səviyyəsi 96%-dir. Hava nəqliyyatının səmərəliliyinə görə ölkəmiz 11-ci, dəmir yollarının səmərəliliyinə görə isə 12-ci, avtomobil yollarının keyfiyyətinə görə isə 27-ci yerdədir. Həyata keçirilmiş infrastruktur layihələr arasında içməli su və meliorasiya ilə bağlı işlər xüsusi yer tutur. Bu istiqamətdə də ciddi nəticələr var. Ölkəmizdə görülən işlərin nəticəsi olaraq içməli su ilə təminat 2004-cü ildəki 40% səviyyəsindən bu günki 70%-ə çatıbdır. Paytaxt Bakıda içməli su ilə davamlı təminatın səviyyəsi 82%-dir. Halbu ki, bir neçə il bundan əvvəl şəhərimizdə fasiləsiz su ilə təmin olunan əhalinin sayı 29% idi.

Sözügedən müşavirədə Prezident ölkəmizdə içməli su və suvarma suyu ilə təminatın 100%-ə qaldırılmasını əlqədar təşkilatların qarşısında ciddi vəzifə kimi qoydu. İnanırıq ki, Prezidentimizin rəhbərliyi ilə bu vacib sahədə aparılan islahatlar postpandemiya dövründə daha sürətlə aparılacaq, istər içməli, istərsə də suvarma suyuna tələbat artıqlaması ilə ödəniləcək.Su həyatdır, suyumuz bol olduqca, kənd təsərrüfatımız da inkişaf edəcək, süfrələrimizdə öz milli məhsullarımızın sayı bol olacaq, aqrar sektorda çalışan insanların sayı və qazancı artacaqdır. Bu dövlətimizin siyasətidir.

“Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova
Bu gün 321 nəfər koronavirusa yoluxubAzərbaycanda koronavirus infeksiyasına 321 yeni yoluxma faktı qeydə alınıb, 535 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 29 633 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 22 082 nəfər müalicə olunaraq sağalıb, 408 nəfər vəfat edib, 7143 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 98 433, ötən müddət ərzində isə ümumilikdə 676 252 test aparılıb.
Kiyevdə ermənilər azərbaycanlı tələbələri güllələdi - VideoUkraynanın paytaxtı Kiyevdə ötən gün yerli vaxtla 21:30-da 4 azərbaycanlı tələbəyə atəş açılıb və nəticədə onlardan ikisi yaralanıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov məlumat yayıb.

“Bizə məlumat daxil olduqdan sonra mən və diasporun rəhbər üzvləri hadisə yerinə gəldik. Bizim tələbələr evə qayıdanda erməni nömrəsi olan avtomobili binanın həyətində görüblər. Azərbaycanlıların ona diqqət yetirdiyini görən avtomobil sahibi onlarla mübahisəyə girib. Bundan sonra ona daha bir erməni qoşulub. Onlardan birində tapança olub və o, atəş açıb. Bundan sonra ermənilər hadisə yerindən qaçıblar. Biz səhər beşə qədər hadisə yerində qaldıq. Yaralıları xəstəxanaya yerləşdirdik. Hazırda polis hadisəni törədənləri axtarır”, – deyə o bildirib.
Azərbaycanda polislərə hücum edənlər saxlanıldıİyulun 24-də Ağdam Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarına qarşı rayon ərazisində zor tətbiq olunması ilə bağlı prokurorluğa məlumat daxil olub.

Bu barədə Avrasiya.net-ə Ağdam rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla həmin gün saat 20 radələrində rayonun Bənövşələr qəsəbəsi ərazisində döyülmə faktı barədə daxil olan məlumat əsasında hadisə yerinə gedən Ağdam RPŞ-nin istintaq-əməliyyat qrupunun üzvləri Niyazi Əhmədov, Mirhəmid Həşimov, Səyyar Həsənova xidməti vəzifələrini yerinə yetirərkən qəsəbə sakinləri Cavid Quliyev və Razi Naibov tərəfindən zor tətbiq edilməklə müqavimət göstərilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağdam rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilməklə iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Cavid Quliyev və Razi Naibov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməkdədir.