Ermənilər Hollandiyada azərbaycanlı jurnalistə xəsarət yetirdi – FOTOAzərbaycanlı jurnalist, “Real TV”-nin əməkdaşı Xatirə Sərdarqızı hücuma məruz qalıb.

Avrasiya.net xəbər verir ki, sosial şəbəkələrdə yayılan fotolarda jurnalistin üzündə xəsartə izləri aydın sezilir. Jurnalistin Azərbaycan diasporunun Ermənistana etiraz aksiyasını işıqlandıran zaman ermənilər tərəfindən ona daşla xəsarət yetirildiyi bildirilir.
Erməni təxribatına görə amerikalı səfir XİN-ə ÇAĞIRILDIAzərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Los Ancelesdə yaşayan radikal erməni daşnaklarının Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun binası qarşısında aqressiv və təxribatçı şüarlarla etiraz aksiyasını şərh edib.

XİN-dən Avrasiya.net-ə verlən məlumata görə, şərhdə deyilir:

"Bu ilin 21 iyul tarixində Los Ancelesdə yaşayan radikal erməni daşnakları Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun binası qarşısında aqressiv və təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər.

Erməni radikal qüvvələrinin aksiyasına cavab olaraq Kaliforniyada yaşayan Azərbaycan icmasının üzvləri sayca onlardan dəfələrlə çox olan erməni təxribatçılarının qarşısına çıxıb və Ermənistanın Azərbaycana qarşı təcavüzü və etnik təmizləmə siyasətini ifşa edən şüarlar səsləndiriblər.

Radikal erməni daşnakları dinc azərbaycanlı nümayişçilərə qarşı zorakılıq və aqressiya nümayiş etdirib, hətta təhlükəsizliyi təmin etməyə cavabdeh olan Los Anceles polisi belə onların bu vandalizminin qarşısını almağa müvəffəq olmayıb. Azərbaycanlı nümayişçilərə hücum edən erməni radikal nümayəndələri biri qadın olmaqla 7 nəfərə müxtəlif dərəcəli xəsarətlər yetiriblər.

Təəssüflə qeyd etmək istərdik ki, hazırda dünyanın müxtəlif bölgələrində, o cümlədən ABŞ və Avropanın bir sıra ölkələrində dinc azərbaycanlı nümayişçilərə qarşı radikal erməni qüvvələri tərəfindən zorakılıq və vandalizmin tətbiq edilməsi cəhdlərini müşahidə edirik. Fundamental dəyərlərə, o cümlədən azad şəkildə fikrini ifadə etmək hüququna zidd olan və ümumiyyətlə, sivil davranışa sığmayan bu kimi təxribatçı hərəkətlər Ermənistan Respublikasının və bu ölkə rəhbərliyinin yürütdüyü təcavüzkar siyasətin radikal erməni qüvvələri tərəfindən həyata keçirilməsinin bariz nümunəsidir.

ABŞ-ın Los Anceles şəhərində, eləcə də Avropa ölkələrində, o cümlədən bu ilin 22 iyul tarixində Brüssel şəhərində azərbaycanlı nümayişçilərə qarşı erməni radikal ünsürləri tərəfindən zorakılıq və vəhşiliyin nümayiş etdirilməsinə görə erməni cinayətkarları hüquqi məsuliyyətə cəlb olunmalı, həmçinin bu ölkələrdəki azərbaycanlı icmaların təhlükəsizliyinin təmin olunmasında aidiyyəti ölkələrin hüquq mühafizə orqanları məsuliyyət daşımalıdırlar.

Qeyd etmək istərdik ki, Los Anceles şəhərində erməni radikallarının törətdiyi barbarlıq əməlləri ilə əlaqədar ABŞ-ın ölkəmizdəki səfiri XİN-ə çağırılıb".
“Jurnalist qərəz də göstərə bilər...” – Hüquqşünasdan qalmaqallı açıqlamaMilli mətbuat günüdü.

Zərdabi öləndə Əhməd bəy Ağaoğlu deyir ki, o dünyada babalarımızın yaxasından tut, soruş, nə ölkədi bizə qoyub getmisiniz?..

İndi o vaxtdan da bir əsr keçib, hələ də ciddi fərq yoxdu, yaxasından tutmağa adam axtarırıq. Adam tapmayanda “adamsız jurnalistikamızı” tənqid edirik.

Bir sıra peşə nümayəndələri işə qəbul olmaq üçün imtahan verirlər, amma bu, jurnalistlərə şamil edilmir.

Hesab edirəm ki, jurnalistlər özəl və dövlət qurumlarında işə qəbul olunanda "İnformasiya əldə etmə", "Məlumat azadlığı", “KİV haqqında” qanunlardan və ən əsası, ana dilindən imtahan versələr, pis olmaz.

Jurnalistikaya çox nəsnələri yükləmişik, medianın azadlığı üçün əsas reklam bazarının olması, medainın iqtisadi azad olması labüddü.

Reklam bazarı az, iqtisadi azadlıq isə yox səviyyəsindədi.

Bütün dünyada mediaya pulu kim verirsə, fikri də o formalaşdırır.

İqtisadi müstəqillik – düşüncə müstəqilliyinə şərait yaradır.

Ümumən ölkəmizdə anlayışlar yerində oturmadığına görə, jurnalistikada da bəzi problemlərin anlayışa bağlı olduğunu sezirik.

Məsələn, jurnalistləri yükləyirlər ki, jurnalist - obyektiv, tərəfsiz, qərəzsiz, vicdanlı olmalıdı.

Əslində, bu frazalar özlüyündə sürüşkəndi. İkincisi, jurnalistin məsələyə, xəbərə baxışda obyektiv olması şərtdir. Ancaq o xəbərə yön verməkdə yaxın olduğu siyasi xəttə uyğun davranmasında problem yoxdu. Jurnalist tərəfsiz olmaya da bilər. Məsələn, Türkiyədə AKP-nin və ya CHP-nin mətbu orqanı necə tərəfsiz olsun? Bu, bir siyasi xəttə bağlıdır. Öz xətti üçün işləməlidir. Yandaşlıq etməsi onun satqın olması demək deyil.

Jurnalist qərəz də göstərə bilər, sadəcə, cəmiyyət elə səviyyədə olmalıdır ki, qərəzi aydınlaşdıra bilsin.

Jurnalist, əslində, yuxarıda sadaladıqlarımızdan daha çox, şəxsi məlumatlarla - ailə, bank və s. sirlərlə bağlı diqqətli olmalıdır. Hətta bu məsələnin özündə də dövlət məmuru ilə vətəndaş arasında fərq qoyula bilər. Məmurla daha tələbkar davranmaq, onun daha çox hesabatlı olmasını tələb etmək olar.

Jurnalist hətta opponentini provakasiyaya da çəkə bilər. Burada dözümlülük göstərən tərəf jurnalist yox, məmur olmalıdı.

Avropa İnsan Haqları Məhkəməsinin qərarlarında deyildiyi kimi, ifadə azadlığı demokratik cəmiyyətin mühüm dayaqlarından, onun tərəqqisi və hər bir fərdin inkişafı üçün əsas şərtlərdən birini təşkil edir.

Unutmamalıyıq ki, mətbuat yalnız qanunun aliliyi ilə idarə olunan dövlətdə aparıcı rol oynayır.

Jurnalistliyi həyata keçirmək üçün 3 meyara xüsusi diqqət ayrılmalıdır:

- Öz rəyində qalmaq azadlığı;

- Məlumat və ideyaları yaymaq azadlığı;

- Məlumat və ideyaları almaq azadlığı.

Bu azadlıqlar sərbəst şəkildə, dövlət orqanlarının müdaxiləsi olmadan və dünya üzrə həyata keçirilməlidir.

Unudun sovetdən qalma dəqiq, qərəzsiz, obyektiv və s. kimi nağılları. Jurnalistin mövqeyi ola bilər. Mövqe - satqınlıq deyil...

Siz yuxarıdakı 3 meyar barədə düşünün...


Bayramınız mübarək!
Yaşar Türkazər vəfat etdiAzərbaycan Xalq Hərəkatının tanınmış simalarından olan Müsavat Partiyasının üzvü, Qarabağ qazisi Yaşar Türkazər bu gün dünyasını dəyişib.

Bu barədə Müsavat Partiyasından bildirilib.

Qeyd edək ki, Yaşar Türkazər bir müddət öncə səhhətində yaranmış ciddi problem səbəbilə xəstəxanaya yerləşdirilmişdi.

Onun ürək çatışmazlığından əziyyət çəkdiyi bildirilirdi.

Allah rəhmət eləsin...
Daha 391 nəfər koronaya yoluxdu, 504 nəfər sağaldıAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 391 yeni yoluxma faktı qeydə alınıb, 504 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 28 min 633 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 20 min 443 nəfər müalicə olunaraq sağalıb, 385 nəfər vəfat edib. Aktiv xəstə sayı 7805 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 221, ötən müddət ərzində isə 649 953 test aparılıb.
Prezident bu jurnalistlərə fəxri adlar verdi – SərəncamAzərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net sərəncamın mətnini təqdim edir:

Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar Mədəniyyət İşçisi”


Bəybalayev Bəybala Nuhbala oğlu

Əliyev Oqtay Vidadi oğlu

“Əməkdar Jurnalist”


Abbasov Azər Arif oğlu

Abbasov Tofiq Möhsün oğlu

Ağayev Şakir Habil oğlu

Ağazadə Aydın Rəhman oğlu

Bağırov Aydın Rövşən oğlu

Cəfərov Zahid İlham oğlu

Eyvazov Elşad Səməndər oğlu

Əliyev Bağır Murtuza oğlu

Əliyev Elşən Əli oğlu

Əliyeva Xatirə İbrahim qızı

Əliyev Vüqar Zifər oğlu

Əsgərov Əhməd Məhəmməd oğlu

Fətullayev Eynulla Emin oğlu

Hacıyev Rəhman Tofiq oğlu

Hadiyeva Yeganə Cəlil qızı

Heydərova Elnarə Valeh qızı

Həmidi Sevinc Vaqif qızı

Həsənov Malik Əliheydər oğlu

Hüseynov Faiq Qismət oğlu

İsmayılbəyli Süleyman Nəbi oğlu

Kərimli Sahil Bəxtiyar oğlu

Kətanov Rabil Məmməd oğlu

Qasımova Tofiqəxanım Fazil qızı

Quliyev Bəhruz Vaqif oğlu

Mehdiyev Allahverdi Məhəmməd oğlu

Məmmədov Vüsal Fəxrəddin oğlu

Məmmədova Mətanət Elmixan qızı

Məmmədova Səadət Həsən qızı

Mirzəbəyli Elçin Əbdülrəhim oğlu

Rəsul-zadə Zaur Lətif oğlu

Rüstəmov İlqar Gülağa oğlu

Seyfullayev Elburus Ramiz oğlu

Seyid Abbas Hüseyn oğlu

Səfərov Hafiz İdris oğlu

Şükürov Anar Rizvan oğlu

Tarıverdiyeva Leyla Cavadovna

Valehov Cəsarət Fikrət oğlu

Vəliyev Akif Abduləzim oğlu.
İlham Əliyev onları təltif etdiAzərbaycan Respublikası Prezidenti İlham Əliyev Kütləvi informasiya vasitələri əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Avrasiya.net sərəncamın mətnini təqdim edir:

Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsinlər:

Abdullayev Elnur Nazim oğlu

Bayatlı Tamam Fərman qızı

Bayramov Çingiz Cümşüd oğlu

Bayramov Sərvər Umud oğlu

Cürənov Ramiz Mikayıl oğlu

Eminbəyli Şakir Vəfa oğlu

Ələkbərova Cəmilə Aydın qızı

Gülməmmədov Məmməd Bəhruz oğlu

Hacızadə Əli Nizami oğlu

Həmidli Səxavət Nazim oğlu

Həmidov Həmid Oqtay oğlu

Həsənov Həsən Zal oğlu

Həsənov Vasif Ağaəhməd oğlu

Həsənov Vüqar Hüseynəli oğlu

Hüseynov İlqar Məmməd oğlu

Hüseynova Rəfiqə Kamal qızı

İsazadə Fərdin Tacir oğlu

Qasımov Kamran Mürsəl oğlu

Səmədov Əli Vaqif oğlu

Şahbalayev Elşən Şəmsəddin oğlu

Vəzirova Lamiyə Avtandil qızı

Yusifov Tural Bayram oğlu.
Prezidentdən mətbuatla bağlı mühüm - SərəncamAzərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında mətbuata əlavə maliyyə yardımının ayrılması haqqında sərəncam imzalayıb.

Avrasiya.net sərəncamın mətnini təqdim edir:

1. Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə əlavə maliyyə yardımı göstərmək və Azərbaycan milli mətbuatının 145 illik yubileyi ilə əlaqədar tədbirlər təşkil etmək üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 300,0 (üç yüz) min manat ayrılsın.

2. Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi üçün Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 3.0 (üç) milyon manat ayrılsın.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev kütləvi informasiya vasitələrinin nümayəndələrinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Xəlilova Flora Fətula qızı

İsmayılov Dağbəyi Mirzəxan oğlu

Qasımova Tünzalə Yusif qızı.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Ağayev Mir Şahin Mirdilavər oğlu

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

İsmayılova Nadejda Vasilyevna

Şıxlinskiy Elçin İsmayıl oğlu

“Dostluq” ordeni ilə

Demirel Faruk

Gut Arye

Lapaitis Riçardas

“Tərəqqi” medalı ilə

Abbasova Cəmilə Səftər qızı

Abbasova Ətayə Ələmdar qızı

Abdullayev Sənan Məstəli oğlu

Abdullayeva Zümrüd Qurban qızı

Abışova Vüsalə Mahir qızı

Ağayarov Şərif Ziyadxan oğlu

Ağayev Etibar Rafiq oğlu

Albalıyev Şakir Əlif oğlu

Alxaslı Aytəkin Kamil qızı

Baxşiyeva Kəmalə Əliiskəndər qızı

Batıyev Bəhram Əliyaroviç

Canbaxşiyev Səməd Canbağış oğlu

Cavadov Salam Allahverdi oğlu

Cavad-zadə Natiq Əli oğlu

Cəbrayıllı Anar Ləliş oğlu

Cəfərov Rizvan Hilal oğlu

Cəfərov Şahin Cəfər oğlu

Dadaşova Zamirə Sabir qızı

Daşdəmirov Mirsədi Cəlil oğlu

Əfəndiyeva Xavər Mustafa qızı

Əliyev Akif İsmayıl oğlu

Əliyev Azad Akif oğlu

Əliyev Nəsimi Məmməd oğlu

Əliyev Rauf Feyzulla oğlu

Əliyeva Qaliya Sosialovna

Əmrullayev Vüqar Musavəddin oğlu

Əsədova Gülnar Hacıməmməd qızı

Haqverdiyev Vüqar Məmməd oğlu

Həsənov İlqar Musa oğlu

Həsənova Afət Maqsud qızı

Həsənova Səbinə Fazil qızı

Xidirov Nazim Vəli oğlu

İmanov Vüqar Elbrus oğlu

İsabalayeva İlhamə Qismət qızı

İsayeva Ramilə Mayıl qızı

İsmayılov Radik Arzuman oğlu

İsmayılov Rufik Afis oğlu

Kərimli Yusif Sahib oğlu

Qasımov Füzuli İmran oğlu

Quliyev Nüsrət Əli oğlu

Quliyeva Aynur Camal qızı

Quliyeva Nigar Sabir qızı

Quluzadə Kənan Vidadi oğlu

Mayorov Denis Yuryeviç

Mehdiyev Məhəmmədismayıl Əşrəf oğlu

Məhərrəmov Elşən Müslüm oğlu

Mamedov Shakhismail

Məmmədov Tural Əhməd oğlu

Məmmədov Aydın Oqtay oğlu

Məmmədov Elnur Edilman oğlu

Məmmədov Elşən Ağamirzə oğlu

Məmmədova Gülnarə Əmir qızı

Məmmədova Könül Tarix qızı

Məmmədova Səyyarə Səyyaf qızı

Məmmədova Yaqut Əfrasiyab qızı

Mirzəyeva Məhəbbət Bədəl qızı

Mustafayev Mustafa Kamal oğlu

Namazov Elçin Sabir oğlu

Nəzərli Lyudmila Şamilyevna

Ramazanov Qaşqay Ziyəddin oğlu

Rüstəmov Akif Rüstəm oğlu

Rüstəmov Qəhrəman Ənvər oğlu

Sadıqov Məhəmməd Nərman oğlu

Salamov Akif Salam oğlu

Səfərəliyeva Samirə Elxan qızı

Səfərova Samirə Məmmədhənifə qızı

Şükürova Könül Arif qızı.