"Əli Kərimlinin icazəsi olmasaydı, onlar mitinqə qatılmazdılar"Əli Kərimli hər zaman, adi bir sosial-məişət hadisəsinə siyasi çalarlar verir və onu siyasi gündəmə daşıyır.
Bunu Milli.Az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlı deyib.

O bildirib ki, Əli Kərimlinin hər zaman Azərbaycanın milli maraqlarına qarşı çıxması, fürsətçilik etməsi, istənilən situasiyada ölkədə süni sosial gərginlik yaratması dəfələrlə sübut olunub, bu onun siyasətinin əsas tərkib hissəsidir:
"Qeyd etdiyim ki, hər məqamda, o, fürsətçillik edib ölkədə xaosun yaranması, sabitliyin pozulmasına dəfələrlə cəhd edib. Azərbaycanda radikal siyasətin başında Əli Kərimli dayanır. Əli Kərimlinin hər zaman Azərbaycanın milli maraqlarına qarşı çıxması, fürsətçilik etməsi, istənilən situasiyada ölkədə süni sosial gərginlik yaratması dəfələrlə sübut olunub. Yəni, bu, onun siyasətinin əsas tərkib hissəsidir. Bütün siyasətini buna istiqamətləndirib. Hətta bir neçə ay bundan öncə ölkə Prezidenti köklü kadr siyasətini aparanda bu adam icazəsiz aksiyaya cəhd etdi. Mitinq mövzusu olmadığı halda bu adam hakimiyyət daxilində vəzifədən uzaqlaşdırılan şəxslərin maraqlarına uyğun cəhd etdi ki, ölkədə sabitlik pozulsun. Onunla bağlı icazəsiz mitinq keçirməyə cəhd etdi və təbii ki, hüquq mühafizə orqanları onun qarşısını aldı və onu maşına mindirib oradan uzaqlaşdırdılar.

14 iyul hadisəsində açıq şəkildə görünür ki, bu adamın öz partiyasında müşavirləri, Rəyasət Heyətinin üzvləri həmin məqamda orada olublar. Biz də uzun illərdir partiyada təmsil olunan şəxslərik, siyasətdə olan şəxslərik. Hər hansı bir aksiyada partiya şəxsi sədrin icazəsi olmadan, razılıq olmadan ora qatıla bilməz, bu qeyri-mümkündür. Siyasətdə olan hər kəs bilir ki, sədr, özü də birbaşa vəzifəli şəxslər, sədrin müşaviri, Rəyasət Heyətinin üzvləri və digərləri... Bu da onu deməyə əsas verir ki, Əli Kərimli razılıq verib ki, o mitinqə qatılsınlar".

Sədr müavini şübhə etmir ki, orduya dəstək aksiyası zamanı cəbhəçilər təxribatçılarla birgə addımlayıblar və onlar təxribatçılıq missiyasını həyata keçiriblər:
"14 iyul yürüşündən, Azərbaycan xalqının ordusuna, dövlətinə verdiyi o dəstək mitinqindən söhbət gedir ki, bunlar da orada düşünürəm ki, mütləq şəkildə Əli Kərimlinin razılığı ilə iştirak ediblər. Onun razılığı olmadan heç bir halda nə müşavir, nə müavin və digərləri o mitinqə qatılmazdı. Mən ona heç bir şübhə etmirəm ki, onlar təxribatçılarla birgə addımlayıblar və onlar təxribatçılıq missiyasını həyata keçiriblər. Əli Kərimli ölkədə bir yırtıcı kimi pusquda dayanıb, hər zaman fürsət, məqam gözləyib. O məqamda da Əli Kərimli öz çirkin məqsədləri üçün istifadə etmək niyyətini ortaya qoymamış olmazdı.
Bunu qeyri-mümkün hesab edirdim. Bu, Əli Kərimlinin mahiyyətidir, fəlsəfəsidir. O, hər zaman, vəziyyətin dəyişməyindən asılı olmayaraq addım atdı. Gördü ki, Azərbaycan dövləti çox güclüdür, onun mühafizə orqanları, xüsusi xidmət orqanları, dövlət aparatı təxribatın qarşısını qətiyyətlə aldılar. Belə vəziyyətdə Əli Kərimli çıxıb bəyanat verdi ki, biz ordunun arxasındayıq, biz dövlətin yanındayıq. Yəni, bizdən arxayın olun! Bu da özünü sığortalamaq, özünü qorumaqdır. Bu müraciət qorxudan irəli gəldi. O bilirdi ki, dövlət bu vəziyyətdə bütün təxribatçıları zərərsizləşdirəcək və buna imkan verməyəcək. Hər kəs də şahidi ola bilər ki, Əli Kərimlinin rəhbərlik etdiyi təşkilatın rəhbərliyində olan bir sıra şəxslər həmin gün yürüşdə iştirak ediblər, vidobağlantı yaradıblar, hansı addımlar atdıqlarını nümayiş etdiriblər.

Artıq təxribat törətməyə cəhd edənlərin bir hissəsi həbs olunub. Onlar arasında Əli Kərimlinin müşaviri Asif Yusifli də var.​

Mən düşünürəm ki, bundan sonraki fəaliyyət hüquq mühaizə orqanlarının üzərinə düşür. Onlar bütün xırdalığına qədər araşdırmalıdır və bu məsələdə kimin məsuliyyəti varsa, kimliyindən asılı olmayaraq qanun qarşısında cavab verməlidir. Bunu cənab Prezident də xüsusi qeyd etdi ki, hər kəs bu məsələdə kömək etməlidir. Cəmiyyətə, xalqa müraciət etdi ki, bu təxribatçılar qanun qarşısında cavab verməlidir. Mən zərrə qədər də şübhə etmirəm ki, o təxribatın başında məhz 5-ci kalon və həmin o radikal müxalifət durur".
Prezident: Bizimlə təkbətək vuruş, görək axırı necə olacaqMən sizin və Azərbaycan xalqının diqqətini bir məsələyə də cəlb etmək istəyirəm. Yəqin siz eşitmişiniz ki, biz Ermənistana başından güclü zərbə vurandan sonra onlar dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qaçdılar ki, bunları müdafiə eləsin. Tələb edirdilər ki, KTMT Azərbaycanı qınayan bəyanat versin. Buna nail ola bilmədilər, heç bir bəyanat verilmədi. Sadəcə olaraq, bu hadisə ilə bağlı ümumi sözlərdən ibarət bir şərh verildi, vəssalam. Ancaq bildirməliyəm ki, KTMT-ya 6 ölkə üzvdür. Onlardan üçü beynəlxalq təşkilatlar yolu ilə Azərbaycana dəstək göstərdilər.

Avrasiya.net xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev şəhid ailələrinin üzvləri və müharibə əlilləri ilə görüşdə çıxışı zamanı deyib.

“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında, eyni zamanda, KTMT-da üzv olan Qazaxıstan və Qırğızıstan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası vasitəsilə bizə dəstək oldular. Belarus Qoşulmama Hərəkatında təmsil olunur. O da Qoşulmama Hərəkatının bəyanatına qoşularaq bizə dəstək oldu. Yəni, altı ölkədən üçü Azərbaycanı birmənalı şəkildə dəstəklədi və başqa cür ola bilməzdi. Çünki biz onlarla dostuq, yaxşı günlərdə, çətin günlərdə onlar bizə etibar edə bilərlər. Bu, bir. İkincisi, qoy Ermənistanın qorxaq rəhbərliyi yadına salsın ki, qaçıb yardım almaq istədiyi KTMT-nı necə təhqir etmişdi, heç bir başqa ölkə ilə razılaşma aparmadan onun baş katibini həbs eləmişdi. Belarus nümayəndəsinin KTMT-ya yeni baş katib təyin olunmasının əleyhinə çıxmışdı. Bir il ona imkan vermədi ki, işə başlasın. Bəs nə oldu, o vaxt KTMT pis idi, sən onu təhqir edirdin, indi qaçıb onun ətəyindən yapışırsan. Gəl bizimlə təkbətək vuruş, təkbətək, baxaq görək bunun axırı nə olacaq”, - deyə Prezident bildirib.

 352 yoluxma, 449 sağalma, 13 ölümAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına daha 352 yeni yoluxma faktı qeydə alınıb, 449 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 28242 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 199039 nəfər müalicə olunaraq sağalıb, 376 nəfər vəfat edib, 7927 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7034, ötən müddət ərzində isə ümumilikdə 641732 test aparılıb.

Daha bir həkim koronaya yoluxdu, vəziyyəti ağırdırAzərbaycanda daha bir həkim koronavirusa yoluxub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, reanimotoloq Elçin Həmzəlioğlunun koronavirusa yoluxma halının müəyyənləşdirilməsi ilə əlaqədar verdiyi test analizinin nəticəsi pozitiv çıxıb.

Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

O, yoluxana qədər Masallı və Astara rayon mərkəzi xəstəxanalarında koronavirusla mübarizədə aktiv fəaliyyət göstərib.
Müdafiə Nazirliyindən Nəcməddin Sadıkovla bağlı AÇIQLAMA: “Yalandır”Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun vəzifədən azad edilməsi və qardaşının Ermənistan ordusunda yuxarı vəzifə tutması barədə sosial şəbəkələrdə yayılan xəbərlərə rəsmi münasibət bildirilib.

Avrasiya.net xəbər verir ki, Müdafiə Nazirliyi rəsmi olaraq bildirib:

“Bu xəbərlər yalandır, iftiradır və düşmən qüvvələrin təxribat məqsədilə yaydığı dezinformasiyadır. Təəssüflər olsun ki, son vaxtlar bu mövzuda xəbərlərin tez-tez sosial şəbəkələrdə yayılması və müzakirə edilməsi bunun qərəzli, düşmənçilik və cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədilə həyata keçirildiyini açıq-aydın göstərir.

Bildiririk ki, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov hazırda xidmət yerindədir və vəzifələrini icra edir.

Eyni zamanda qeyd edək ki, general-polkovnik Nəcməddin Sadıkovun qardaşı keçən əsrin 80-ci illərinin əvvəlində vəfat edib. Belə bir həssas məqamlarda bu cür həqiqətə uyğun olmayan mövzuların müzakirə obyektinə çevrilməsi heç bir etik normalara sığmır.
Mətbuat nümayəndələrini Müdafiə Nazirliyinin fəaliyyəti ilə bağlı xəbərləri yayarkən maksimum diqqətli olmağa və rəsmi mənbələrdən istifadə etməyə çağırırıq”.
“Yüzlərlə kəlbəcərli orduya yazılmaq üçün müraciət edib” – Deputat Aqil Məmmədov“Dünya ölkələrinin koronavirus pandemiyası ilə mübarizə apardığı, bir-birinə yardım etdiyi bir vaxtda Ermənistanın Azərbaycana qarşı təxribatçı hərəkətlərini davam etdirməsi, istər xalqımızda, istərsə də bütün dünyada böyük təpkiyə və qınağa səbəb oldu. Müxtəlif rayonlarda, o cümlədən, paytaxt Bakıda Azərbaycan xalqının meydanlara axışaraq ordumuza, Ali Baş Komandana göstərdiyi dəstək, həm işğalçı Ermənistana, həm də onun havadarlarına bir siqnal oldu. Bütün dünya gördü ki, hər hansı pandemiya və ya çətinliklər Azərbaycan xalqının Qarabağ istəyinin və tələbinin qarşısında arxa plandadır”.

Bu fikirləri Kəlbəcər rayonundan millət vəkili Aqil Məmmədov bildirib.

Millət vəkilinin sözlərinə görə Ermənistanın nəticəsiz hücumunun arxasında bilinən və bilinməyən məqsədlər vardı: “Bir neçə günlük savaşda Ermənistanın məqsədi öz ölkəsinin daxilindəki gərginliyi, problemləri əhaliyə unutdurmaq, insanlarda yalançı “patriotizm” duyğuları yaratmaq idi. Eyni zamanda, burada Azərbaycana hansısa formada təsir göstərmək istəyən qüvvələrin də dəsti-xətti hiss olunur. Son günlər Ermənistana silah verilməsi ilə bağlı aşkarlanan faktlar da buna əsas verir. Ancaq, kimin məqsədi nə olursa olsun, Azərbaycan ordusunun qarşısında gördüyü Ermənistandır. Ermənistan 2016-cı ildə Cocuq Mərcanlıda, Lələ Təpədə, 2018-ci ildə Naxçıvanda aldığı zərbələri bu dəfə Tovuz istiqamətində aldı”.

A.Məmmədovun sözlərinə görə bütün bunlara baxmayaraq Azərbaycan Prezidentinin çağırışı ilə minlərlə vətəndaşın hərbi xidmət üçün müvafiq dövlət qurumlarına üz tutması xalqımızın qələbəyə inamının ifadəsidir: “Bu gün minlərlə vətəndaşımız ordu sıralarına yazılmaq üçün qeydiyyatdan keçir. Ərazisi işğal olunmuş Kəlbəcər rayonunun sakinləri də cənab Prezidentin çağrışına səs verərək aktiv şəkildə orduya yazılmaq üçün müraciət edirlər. Mən rayonun səfərbərlik və hərbi xidmətə çağrış xidmətindən öyrənmişəm. Artıq yüzlərlə kəlbəcərli orduya qatılmaq üçün həm yerli, həm də mərkəzi çağırış və səfərbərlik xidmətlərinə müraciət ediblər. Onların içərisində şəxsən tanıdığım birinci Qarabağ savaşının döyüşçüləri, ehtiyatda olan zabitlərimiz, çox sayda gənclərimiz var. Bu həm insanlarımızın doğma yurd-yuvaya geri dönmək ehtiyacından, həm də ordumuza, dövlətimizə, Ali Baş Komandana inamından irəli gəlir”.

Yeri gəlmişkən, millət vəkili iyulun 14-dən 15-ə keçən gecə Azərbaycan xalqının ordumuza və Ali Baş Komandana dəstəyinii ifadə etmək üçün keçirdiyi həmrəylik aksiyasında bəzi təxribatçı qrupların Milli Məclis binasına soxulması hamımızda böyük təəssüf hissi yaratdı. Hüquq-mühafizə orqanları bu hüquqa-zidd əmələ lazım olan qiyməti verəcək. Ancaq, belə təxribatçı əməllər Azərbaycan xalqının dövlətlə, hakimiyyətlə, ordu ilə birliyinə heç bir xələl gətirə bilməz.
İspaniya azərbaycanlıları erməniləri susdurdular
İyulun 21-də İspaniyanın Madird şəhərində Ermənistan səfirliyi önündə İspaniya Azərbaycanlılar Birliyinin təşəbbüsü ilə etiraz aksiyası keçirildi.

Birlikdən Avrasiya.net-ə verilən məlumata görə, erməni təxribatçıları vətəndaşlarımızı təxribata şövq etdirsə də mubariz vətənpərvər insanlar soyuqqanlıqla düşməni susdura bilmişdi. İspan Polisin təkidi ilə ermənilər ərazidən uzaqlaşdırılıb.

Tədbirdə İspaniya Azərbaycanlılar Birliyinin sədri Vahid İmanov (Burqos vilayeti), Yeni yazarlar sənətçilər birliyinin avropa təmsilçisi şair Səfa Rəşid (Santander şəhəri), Valensia Azərbaycanlıları cəmiyyətinin sədri Mubariz İbrahimov (Valensia şəhəri), İspaniya Azərbaycan Mədəniyyət və ticarət asiosasiyası sədri fərid mustafayev , İspaniyanın Torlavega şəhərində Qarabağ idman klubu yaradan Şamo Eyvazov, fəallardan - Yaqut Novruzov, Cəmil Quliyev və digər bölglərdən eləcə də Madrid və Barselonadan gələnlər də iştirak etmişdir.

Tədbirin sonunda bəyanat oxunmuş, şəhidlərin ruhunu bir dəqiqəlik sukutla yad etmişlər. Tədbirdə 20 nəfər icazə verilmişdi, amma 40-45 nəfər gəlmişdi. Tədbirdən sonra iştirakçılar Azərbaycan səfirliyinə gedib, səfirlik əməkdaşları ilə görüşüblər.
İspaniya azərbaycanlıları erməniləri susdurdular
İspaniya azərbaycanlıları erməniləri susdurdular
İspaniya azərbaycanlıları erməniləri susdurdular
ABŞ Konqresi Azərbaycan ərazilərinin işğalını tanıdı ABŞ Konqresinin Qaydalar Komitəsində Ermənistanın Azərbaycan ərazilərinin işğal faktını dövlət səviyyəsində ilk dəfə tanıyan 296 saylı düzəlişi qəbul edilib.

Avrasiya.net xəbər verir ki, düzəlişdə deyilir ki, ABŞ-ın Dövlət Katibi Müdafiə Naziri ilə birlikdə Ukraynanın, Gürcüstanın, Moldovanın və Azərbaycanın xarici qüvvələr tərəfindən 1991-ci ildən bəri qeyri-qanuni işğal olunmuş ərazilərində öldürülmüş və məcburi köçkün düşmüş insanların sayı barədə Konqresin müvafiq komitəsinə hesabat verməlidir.

3 erməni Suriyada deputat olduSuriyanın yeni parlamentinin tərkibinə 3 erməni deputat daxil olub.

Axar.az xəbər verir ki, bu məlumatı ermənilərin “Qanzasar” qəzeti yayıb.

Məlumata görə, parlamentə seçilən deputatlar Jirayr Rəisyan, Luisi İskenyan və Nora Arisyan olub. İlk iki şəxs Hələbdən, Arisyan isə Dəməşqdən parlamentə deputat seçilib.
"Şanlı ordumuz düşməni bütün cinahlarda darmadağın etdi"Düşmənin bütün təxribatlarına layiqli cavab verildi.

Dövlət sərhədimizə qarşı erməni təxribatının arxasında dövlətimizin uğurlarını gözü götürməyən qüvvələr dayanır. ermənilərin təxribat yaratmaq cəhdləri ölkəmizin uğurlarından son dərəcə narahat olanların istəyidir.

Bunu mətbuata açıqlamasında‚ işğalçı erməni hərbi birləşmələri tərəfindən Tovuz rayonunun Ağdam və digər kəndləri istiqamətində dövlət sərhədlərimizə qarşı təxribat törədilməsi nəticəsində yaranan gərginlikdən danışarkən‚ siyasi ekspert‚ politoloq Mirsamir Məmmədov bildirib.

M. Məmmədov qeyd edib ki‚ ölkəmizin qazandığı uğurlardan və əldə olunan bir sıra mühüm siyasi irəliləyişlərdən narahat olan bir çox qüvvələr ermənilərin əlilə Azərbaycan sərhədlərinə qarşı təxribatlar törətməyə çalışdılar. Cəbhədə ermənilər tərəfindən yaranan bütün təxribatların arxasında ölkəmizin mühüm uğurlarından narahat olan xarici amillər‚ erməni lobbisi və bilavasitə işğalçı tərəfin özünün şəxsi qıcıqlığı məsələsi dayanır. erməni terrorçularının mülki vətəndaşlarımıza və dinc sakinlərə açdığı atəşlər nəticəsində zaman-zaman ölənlər və yaralananlar olmuşdur. Bu dəfə isə onlar Qarabağa aid olmayan ərazidə‚ Tovuz rayonunun Ağdam kəndi istiqamətində Azərbaycan-ermənistan dövlət sərhədində ölkəmizə qarşı artilleriya atəşilə təxribatlar həyata keçirtdilər. Lakin düşmənin‚ sülh danışıqlarından yayınmaq və bir çox amillər səbəbindən belə təxribatlar törədərək gərginlik yaratmasına Azərbaycan ordusu layiqli cavab verdi. Ordumuzun yüksək döyüş qabiliyyəti‚ peşəkarlılığı‚ zəngin döyüş potensialının olması və hər an döyüşə hazırlıqlı vəziyyətə dayanması səbəbindən erməni terrorçuları layiqli cavablarını almaqdadır. İşğalçı tərəf çox böyük itgilər vermiş‚ düşmənin çox sayda hərbi texnikası məhv edilmiş‚ çox sayda əsgərləri ölmüş və yaralanmışdır. Tovuz rayonunun Ağdam və digər kəndləri istiqamətində təxribat yaratmasının məsuliyyəti birmənalı şəkildə erməni terrorçularına aiddir. Bir ölkənin‚ bütün dünya tərəfindən qəbul edilmiş sərhədlərinə qarşı odlu silahlardan müntəzəm atəş açmaq‚ mülki sakinlərimizi atəşə tutmaq cəhdi birmənalı şəkildə terror aktıdır. ermənistan işğalçıdır və bunu təsdiq edən BMT Təhlükəsizlik Şurasının 4 mühüm qətnaməsi mövcuddur.

İşğalçı ölkə və havadarları BMT Təhlükəsizlik Şurasının qərarlarına heçbir məhəl qoymur. Halbuki BMT Təhlükəsizlik Şurasının qətnamələri məcburi xarakter daşıyır və dərhal icra edilməlidir. Bu beynəlxalq qurumun qərarları hər zaman bütün dünyada icra olunur‚ Azərbaycanın işğal olunmuş ərazilərinin ermənilər tərəfindən azad edilməsi məsələsində isə birmənalı şəkildə bu qərarlara dünya birliyi tərəfindən göz yumulur‚ məhəl qoyulmur. Bu məsələdə ən az ermənistan qədər dünya birliyi də günahkardır. Azərbaycan hər zaman beynəlxalq birliyin bütün öhdəliklərini layiqincə icra etmiş‚ beynəlxalq sülhün və əmin-amanlığın qorunması istiqamətində hər zaman dünya birliyinə yüksək dəstək vermişdir. Bu baxımdan Azərbaycan dünyanın ən nümunəvi ölkələrindəndir. Lakin biz beynəlxalq aləmdən bəzən özümüzə qarşı bunun əksini görürük. Sərgilədiyimiz dostluqların əksi halları ilə qarşılaşırıq. Azərbaycan hər zaman sülhün tərəfdarıdır‚ hər bir ölkə ilə‚ beynəlxalq təşkilatlarla‚ hər bir xalqla qarşılıqlı dostluq və əməkdaşlıq etmək arzusundadır.

Lakin ölkəmizin bütün hümanist prinsiplərə və qarşılıqlı dostluq münasibətlərinə və həmçinin sülh və sabitliyin qorunmasına hesablanmış siyasətinə və atdığımız müsbət addımlara baxmayaraq bir çox qüvvələr Azərbaycanın inkişafını və yüksəlişlərini gözü götürməməkdədir. Tovuz rayonunun Ağdam və digər kəndləri istiqamətində Azərbaycan-ermənistan dövlət sərhədində yaranan gərginliyin səbəbi olan işğalçı ölkənin təxribatları da bunun nəticəsidir. Azərbaycan hər zaman sülhün tərəfdarıdır və bu günə qədər erməni tərəfə dinc şəraitdə tək bir mərmi belə atılmayıb‚ lakin bunun əksinə olaraq düşmən tərəf hər zaman ərazilərimizi‚ avtomat‚ pülomyot və minomyotlardan atəşə tutaraq hər gün neçə-neçə dinc sakinimizə və mülki vətəndaşlarımıza xəsarət yetirmişlər‚ çox hallarda bu ölümlə nəticələnməkdədir.

Ermənistan tərəfi mütamadi olaraq cəbhə xəttində və digər ərazilərdə atəşkəsi pozmağa təşəbbüs göstərsə də‚ onların bütün bu təxribatlarının qarşısı Azərbaycan ordusu tərəfindən qətiyyətlə alınır. Tovuz rayonunun Ağdam və digər kəndləri istiqamətində Azərbaycan ermənistan dövlət sərhədində törətdiyi növbəti təxribatların da qarşısı alınaraq erməni terrorçularına layiqli cavab zərbələri endirilmişdir. Ordumuzun əldə etdiyi nailiyyətlər də artıq xalqımız tərəfindən sevinc və ruh yüksəkliyi ilə qarşılanmaqdadır. İnsanlarımız döyüşmək üçün ön cəbhəyə yollanıb silah sursat istəyir və düşmənlə döyüşmək arzusundadır. Biz heçbir zaman kiminsə qanını tökmək istəməmişik‚ məsələnin sülh yolu ilə həllinin tərəfindəyik amma Azərbaycan xalqı müharibə istəyində və döyüşüb Azərbayvanın ayrılmaz hissəsi olan torpaqlarımızın azad olunmasının coşqusundadır. Bütün dünya bunu artıq bilməlidir. Məsələnin sülh yolu ilə həllinin olmadığı təqdirdə müharibə qaçılmazdır.

Məsələnin həlli isə odur ki‚ işğalçı ermənistan zəbt etdiyi Azərbaycan torpaqlarını tərk etsin və öz dədə baba torpaqlarından didərgin və məcburi köçkün düşmüş vətəndaşlarımız öz mülklərinə geri qayıtsın. Məsələnin həlli yolu yalnız budur. Bütün Azərbaycan xalqı Ali Baş Komandanın savaş əmrini gözləyir. Son bir neçə gündə cərəyan edən hallar bunu deməyə əsas verir. İnsanlarımız ordumuzla‚ əsgərlərimizlə‚ dövlətimizlə və Ali Baş Komandanla birlikdədir. Dünyanın hər yerində Azərbaycanlılar dövlətimizlə və ordumuzla həmrəy olduğunu bütün dünyaya nümayiş etdirir. Son bir neçə gündə erməni lobbisinin təhriki ilə dövlət sərhədlərimizə qarşı erməni hərbi birləşmələrinin təxribatları nəticəsində yaranan gərginliklərdə Azərbaycan ordusu böyük hünərlər göstərdi. Rəşadətli ordumuz növbəti bir şanlı tarix yazdı. ermənilərə layiqli cavablar verildi‚ təxribatçı quruplar darmadağın edildi. Azərbaycan ordusu hər zaman düşmənin bütün təxribat əməllərinin qarşısını almağa qadirdir və erməni terrorçularının bütün əməllərinin qarşısı hər zaman beləcə ən yüksək şəkildə alınacaq. Hazırda işğalçılar üzərində müqayisə edilməyəcək qədər çox böyük üstünlüyə malikik.

Bunun nəticəsidir ki‚ düşmən ağlına gətirmədiyi qədər canlı qüvvə və texnika itirdi‚ külli miqdarda əsgər itirdi. Hazırda düşmənə Tovuz rayonunun Ağdam‚ Quşçu və digər kəndləri istiqamətində düşmənə‚ şücaətli ordumuz tərəfindən ən layiqli və haqq etdiyi cavab verilmişdir və bundan sonra da düşmənin bütün təxribat əməllərinə qarşı güclü cavab veriləcəkdir. Hər kəs və bütün dünya bilsin ki‚ bizim ordumuz hər zaman qalibdir. Yaşasın qüdrətli ordumuz.