AzTV-nin əməkdaşı koronavirusdan dünyasını dəyişdi“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) operatoru 74 yaşlı İmanov Abasağa koronavirusdan dünyasını dəyişib.

Bunu APA-ya açıqlamasında AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva deyib.

O bildirib ki, veteran operator 60 yaşı ötmüş bütün digər əməkdaşlar kimi artıq 1 aya yaxındır TV-yə gəlməsə də, qəflətən evdə özünü pis hiss edib. 6 gün idi ki, xəstəxanada müalicə alan həmkarımız bu gün dünyasını dəyişib: "AzTV kollektivi adından həmkarımıza Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı veririk".
33 şəhid ailəsi və müharibə əlilinə mənzillər verildiŞəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı proqramı davamı kimi, bu gün Salyan rayonundan 33 şəhid ailəsi və müharibə əlilinin mənzillə təminatı həyata keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, onlara Şirvan şəhərindəki 68 mənzilli yeni yaşayış binasından mənzillər verilib.

Yeni mənzillərlə təmin olunan vətəndaşlar ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin, bu döyüşlərdə əlil olmuş şəxslərin rifahının yaxşılaşdırılması üçün aparılan işlərdən razı qaldıqlarını bildiriblər. Onlar daim dövlətin qayğısı ilə əhatə olunduqlarına, bu gün isə müasir tələblərə cavab verən yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzillə təminatı proqramı ildən-ilə genişlənir.

Buna misal olaraq, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 ədəd, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 ədəd mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığına əsasən, bu il həmin kateqoriyalardan olan vətəndaşlara 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Cari ilin ötən dövründə onlardan 368 mənzil verilib.

Ümumilikdə, indiyədək şəhid ailələrinə və müharibə əlillərinə 7970-dək mənzil və fərdi ev təqdim edilib.

Sabahdan hava dəyişəcək: güclü külək, yağış, leysan, dolu...İyulun 21-i axşamdan 23-dək Bakıda və Abşeron yarımadasında bir neçə gün davam edən isti hava şəraitindən sonra havanın qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində 28-30 m/s-dək güclənəcəyi, gecə və səhər saatlarında yağış yağacağı gözlənilir.

Avrasiya.net bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda belə deyilir.

Bildirilir ki, havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək.

Azərbaycanın rayonlarında bir neçə gün davam edən isti hava şəraitindən sonra iyulun 21-i axşam şimal və qərb rayonlarından başlayaraq 25-dək ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı, əsasən şimal və qərb rayonlarında leysan xarakterli intensiv və güclü olacağı, dolu duşəcəyi gözlənilir.

Qərb küləyi 15-20 m/s, iyulun 21-də gündüz və 22-də ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə enəcək. Çaylarda sululuğun səviyyəsi artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.


Avqustda sərt karantin rejimi ləğv olunacaq - Prezidentin köməkçisiAvqustdan sərtləşdirilmiş karantin ləğv olunacaq.

Avrasiya.net-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.


Ş.Mövsümov qeyd edib ki, insanlar işlərinə normal davam edəcəklər:

"Bu səbəbdən də 190 manatlıq birdədəlik ödəmələrin verilməsi davam etdirilməyəcək".
Mehriban Əliyeva Azərbaycan xalqına müraciət etdiAzərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza müraciət edib.

Avrasiya.net müraciətin məntnini təqdim edir.

“Hörmətli həmvətənlər!

Son günlər baş verən hadisələr ölkəmizin hər bir vətəndaşını narahat edir. İşğalçının növbəti təxribatına dərhal layiqli cavab verildi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. Tanrıdan yaralı əsgərlərimizin tezliklə sağalmasını diləyirəm. Tanrı hər bir Azərbaycan döyüşçüsünün həyatını və sağlamlığını qorusun!

Bu günlərdə bizim hamımızı emosiyalar bürüyür. Emosiyalar çoxdur. Hüznlə və şəhidlərin işıqlı xatirəsinə ehtiramla yanaşı ən güclülərindən biri qürur hissidir. Azərbaycan Ordusunun döyüş qabiliyyətinə, qəhrəman oğullar yetişdirən analara görə qürur. Vətəndaşlarımızın vətənpərvərlik hissinə, ilk çağırışdan Vətənin müdafiəsinə qalxmağa hazır olan gənclərə və on minlərlə könüllüyə görə qürur. Ölkəmizdən kənarda öz birmənalı mövqeyini bildirən, dövlətimizi və ordumuzu dəstəkləyən minlərlə azərbaycanlıya görə qürur hissi.

Hər kəsi saran birlik, ruh yüksəkliyi nümayiş etdirmək və tarixi həqiqətin təntənəsi, – Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün hər bir addıma hazır olmaq, – bizim müqəddəs mübarizəmizdə güclü və təsirli vasitədir.

Bu günlər ərzində əsl Vətəndaş mövqeyi nümayiş etdirən hər kəsə minnətdaram.

Əziz qardaşlar və bacılar!

Yüksək vətənpərvərlik və mübarizlik əhval-ruhiyyəsi fonunda bu gün bizim hər birimizdən dözümlü, sayıq və təmkinli olmaq tələb olunur. Hər an unutmamalıyıq ki, artıq uzun illərdir yaşadığımız qarşıdurma şəraiti bilavasitə hərbi əməliyyatlar bölgəsini deyil, həm də informasiya məkanını əhatə edir. Sosial şəbəkələr dövründə informasiya müharibələrinin miqyası, onların hadisələrin gedişatına təsiri qarşıdurmanın nəticəsinə təsir edən olduqca mühüm amilə çevrilirlər.

Müasir informasiya platformaları düşmən qüvvələr, bədxah insanlar, bəzən sadəcə paxıl və qərəzli dairələr tərəfindən “feyk”lərin, saxta, təxribat xarakterli materialların yayılması üçün vicdansızcasına istifadə olunur. Məqsəd – çaxnaşma, nifaq salmaq və daxili “cəbhə” yaratmaq, düşkünlük və məğlubiyyət əhval-ruhiyyəsini artırmaqdır.

Saxta profillərdən və birdəfəlik işlətmə üçün nəzərdə tutulan telefon nömrələrindən tutmuş istifadəçilərin görmə, eşitmə, emosional qavrayışına psixoloji təsir üsullarından istifadəyədək geniş alətlər arsenalı işə düşür. Bir sözlə, insan qəlbinin ən kövrək tellərinə toxunmaq üçün ən çirkin vasitələrə əl atılır. Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən qüvvələr öz məqsədlərini güdərək “müharibədə bütün vasitələr yaxşıdır” prinsipi ilə hərəkət edirlər.

Çox sevindirici haldır ki, Azərbaycanın internet istifadəçilərinin əksəriyyəti təxribata uymur, yalan və böhtanı ifşa edir, ağı qaradan seçməyi bacarır və münaqişənin kökləri haqda həqiqətlərdən bəhs edir. Axı bizim əsas vəzifələrimizdən biri ədaləti tələb edən haqq səsimizi dünya ictimaiyyətinə çatdırmaqdır.

Fəallıq göstərən, düzgün danışan, qanun və əxlaq normaları çərçivəsində əsaslandırılmış şəkildə bu fəaliyyət sahəsində ölkəmizin maraqlarını qoruyan hər kəsə təşəkkür edirəm.

Amma başqa misallar da var. Öz Vətəninə nə dərəcədə nifrət etməlisən ki, Azərbaycan Ordusunun düşmən təxribatına layiqincə cavab verdiyi bir vaxtda üçüncü ölkələrdə gizlənərək “darmadağın edilmiş” Azərbaycan mövqeləri, mülki əhali arasında çoxsaylı insan tələfatı haqqında yalanları efirə verəsən, həmvətənlərimizin qəlblərinə təlaş, qorxu və məyusluq yeridəsən? Yaxud əhəmiyyətsiz, həyata keçirilməz siyasi ambisiyalar naminə parçalanma, hərc-mərclik, qarışıqlıq yaratmaq üçün Azərbaycan gənclərinin vətənpərvərlik əhval-ruhiyyəsindən istifadə etməyə çalışasan?

Bu hərəkətlərə və belə insanlara haqq qazandırmaq olmaz. Onların öz torpağı naminə canından keçməyə hazır olan milyonlarla azərbaycanlı ilə ümumi heç nəyi yoxdur və ola da bilməz. Tanrı onlara hakimdir, çünki ictimai qınaqdan başqa Allah qarşısında hamı cavabdehdir.

Əziz dostlar!

Sosial şəbəkələrdə nümayiş etdirdiyiniz qarşılıqlı dəstəyi, səbri, həmrəyliyi, təmkini və özünənəzarəti görməmək mümkün deyil. Buna görə sizə minnətdaram! Biz hamımız sayıq olmalı, təxribata uymamalıyıq. Gəlin hər dəfə yeni paylaşım edərkən, foto yerləşdirərkən və ya şərh yazarkən unutmayaq ki, biz müharibə şəraitində yaşayırıq və qarşı tərəf informasiya məkanında yayımladığımız hər şeydən istifadə edə bilər. Unutmayaq ki, hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompüter qarşısında. Unutmayaq ki, bu gün biz bir amalımız olan millət, xalqıq. Bizə zəfər lazımdır. Hamımız üçün bir qələbə. Qalib gələn isə gücü birlik, ağıl və iradə ilə möhkəmlənən olur.

Mən doğma Azərbaycanımı və öz müdrik, mərd və mərhəmətli xalqımı hədsiz dərəcədə sevirəm! Bizim işimiz haqq işidir və Tanrı bizimlədir! Uca Tanrı Azərbaycanı qorusun!

Sevgilərlə,
Sizin MEHRİBAN”.
Serbiyadan Ermənistana göndərilən silah-sursatda "Sarkisyan izi"Serbiyadan Ermənistana minomyotlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla böyük həcimdə silah sursatın göndərildiyi göndərildiyi artıq təsdiqlənmiş faktdır. Azərbaycan Xarici İşlər Nazirinin müavini Xələf Xələfov da bunu Serbiyanın müvəqqəti işlər vəkili Danitsa Veinoviçin diqqətinə çatdırıb. Kəsəsi, Serbiyanın Ermənistana silah-sursat göndərib-göndərməməsi, artıq müzakirə mövzusu deyil. Göndərib. Amma nə üçün? Buna səbəb nədir? Necə olur ki, Azərbaycanın “strateji tərəfdaşı” sayılan və iqtisadiyyat, təhsil, səhiyə də daxil olmaqla müdafiə sənayesinədək bütün istiqamətlər üzrə yaxından əməkdaşlıq etdiyimiz bir ölkə işğalçı Ermənistana silah-sursat göndərir.

Azərbaycanın Serbiyaya göstərdiyi son humanitar yardımı, ayrı-ayrı şirkətlərin qarşıslıqlı iqtisadi əməkdaşlıq münasisibətləri çərçivəsindəki yatırımlarını bir kənara qoyaq, biz 2013-cü ildə bu xəyanətkar ölkənin təkcə bir layihəsinə - Liq-Prelin avtomagistralının «Koridor -11» sahəsinin inşasına 308 mln. avroluq kredit ayırmışıq. Həm də 25 il müddətinə, cəmi 4 faizlə... Nə üçün? Axı qütblər arasında manipulyasiya etməklə mövcudluğunu qoruyub saxlamağa çalışan, Avropa İttifaqının qapısında növbə gözlədikləri halda Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə azad ticarət haqqında müqavilə imzalayan Serbiya bir dövlət olaraq bizim üçün nə qədər böyük əhəmiyyət daşıya bilər ki...

Elə Ermənistana göndərilən silah-sursatının izinin axtarışına da 2019-cu ilin noyabr ayının 10-dan, Aİİ-nin Avrasiya İqtisadi Komissiyasının sədri Tiqran Sarkisyanla Serbiya hökumətinin sədri Ana Brnabiç arasında imzalanan müqavilədən başlamaq lazımdır. Tiqran Sarkisyanın isə kim olduğunu, güman edirəm hər kəs bilir. 1998-2008-ci illərdə Ermənsitan Mərkəzi Bankının sədri, 2008-2014-cü illərdə Ermənistanın Baş naziri, 2014-2016-cı illərdə isə Ermənistanın ABŞ-dakı səfiri...

Səfir kimi ABŞ-dakı səlahiyyət müddəti başa çatdıqdan sonra Tiqran Sarkisyan dərhal Avrasiya İqtisadi İttifaqının ən əsas strukturunun - Avrasiya İqtisadi Komissiyasının sədri təyin olunub və 2016-cı il fevralın 1-dən 2020-ci il fevralın 1-dək komissiyaya rəhbərlik edib. Serbiya ilə azad ticarət haqqında müqavilənin imzalanması qədər olan prosesdə də Aİİ-ni həmin bu Tiqran Sarkisyan təmsil edib.
Zənnimcə mənzərə aydındır. Bu ipucu prosesin bütün detallarına aydınlıq gətirilməsi üçün yetərlidir.

Elçin Mirzəbəyli
Bakıdan İstanbula hər gün uçuşlar həyata keçiriləcək“Azərbaycan Hava Yolları” QSC (AZAL) avqustun 1-dən etibarən Bakı ilə İstanbul arasında xüsusi reyslərin sayını artıracaq, şəhərlər arasında hava əlaqəsi gündəlik olacaq. Bu gün AZAL aviaşirkəti tərəfindən həyata keçirilən Bakı-İstanbul-Bakı marşrutu üzrə uçuşların sayı həftədə 4 dəfə (çərşənbə axşamı, cümə axşamı, şənbə və bazar günləri) təşkil edir.

AZAL-dan Avrasiya.net-ə verilən məlumata görə, tariflər avqustun sonunadək yerinə yetirilməsi planlaşdırılan xüsusi reyslərin satışı üçün tətbiq edilən tariflərlə analojidir.

Tələbələr aviabilet alışı zamanı AZAL-ın İstanbul-Bakı reyslərində 30% həcmində güzəştdən yenidən yararlana biləcəklər. Bu məqsədlə, aviaşirkətin saytında təxsis rəsmiləşdirildikdən sonra immiqrasiya sənədinin və pasportun skan edilmiş surəti saytda geri əlaqə forması və ya “WhatsApp” messenceri vasitəsilə aviaşirkətin çağırış mərkəzinə göndərilməlidir.

Yeni qaydalara əsasən, uçuşlara yalnız koronavirus (COVID-19) testindən keçmiş və mənfi nəticə əldə etmiş sərnişinlər buraxılacaq. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən akkreditə olunmuş, həkim göndərişi olmadan sərnişinlərin COVID-19 üçün yoxlamadan keçə biləcəyi laboratoriyaların siyahısı ilə aşağıda tanış ola bilərsiniz: “Referans” laboratoriyası; “Leyla” klinikası; “Memorial” klinikası; “Bona Dea” xəstəxanası; “İnci” laboratoriyası; Bakı Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi (XTİNM); “Kaspian Hospital” və “UltraLab”.

Daha əvvəl məlumat verildiyi kimi, İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən “Memorial Sağlık Grubu” klinikası və ya Türkiyə Səhiyyə Nazirliyinin saytında qeyd olunan klinikalardan biri tərəfindən verilmiş COVID-19-a dair neqativ nəticə barədə arayış təqdim edilməlidir:

https://covid19bilgi.saglik.gov.tr/tr/covid-19-yetkilendirilmis-tani-laboratuvarlari-listesi.

İstanbuldan tranzit keçməklə digər ölkələrdən qayıdan sərnişinlər həmin ölkənin Səhiyyə nazirliyi (və ya digər səlahiyyətli orqan) tərəfindən sertifikasiya olunan laboratoriyadan yaxud yuxarıdakı siyahıda qeyd olunan Türkiyə klinikalarından birində müayinədən keçmə barədə arayış təqdim edə bilər.

İstənilən halda testin nəticəsi reysin uçuşundan əvvəl 48 saat ərzində alınmalıdır.
Daha 369 nəfər virusa yoluxdu, 9 nəfər öldüBu gün 369 yoluxma faktı qeydə alınıb, 523 nəfər sağalıb, 9 nəfər isə dünyasını dəyişib.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın bugünkü brifinqində deyib.

Qeyd edilib ki, bu günə qədər 27 mi 890 nəfər koronavirusa yoluxub. Hazırda 8037 nəfər xüsusi karantin xəstəxanalarında müalicə alır.
“Azəriqaz” yaralı əsgərin qazpulu borcunu sildiMasallı rayonu, Təklə ərazi dairəsinin Sığıncaq kənd sakini, Tovuz rayonu uğurunda gedən ağır döyüşlərdə yaralanan Nurlan Quliyevin ailəsinin qazdan istifadəyə görə yaranan borcu barədə mətbuat səhifələrində xəbər yer alıb.

Bu barədə Avrasiya.net-ə Azərbaycan Dövlət Neft Şirkətininin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumata görə, bu barədə məlumat gedən kimi məsələyə “Azəriqaz”ın rəhbərliyi dərhal reaksiya göstərib. Məlumat daxil olan anda Lənkəran Regional qaz istismar İdarəsinə tapşırıq verilib. Yerində araşdırma aparılaraq, həqiqətən də, Quliyevlər ailəsinin qazdan istifadəyə görə 347 manat məbləğində borcunun olduğu təsdiqini tapıb. Elə bu gün borcun ödənişi Birlik tərəfindən qarşılanıb və hal-hazırda yaralı əsgərimizin ailəsinin qazdan istifadəyə görə hər hansı borcu qalmayıb.

“Azəriqaz” İstehsalat Birliyi olaraq son vaxtlar cəbhə xəttində baş verən döyüşlərdə şəhid olan hərbiçilərimizin ailələrinə başsağlığı verir, yaralı əsgərlərimizin tezliklə sağalmasını arzulayırıq. Hərbiçilərimizin qaz təchizatı ilə bağlı problemlərinin həlli daim diqqətdədir və bundan sonra da bu məsələyə ciddi yanaşılacaq”, - “Azəriqaz”ın açıqlamasında bildirilir.
Azərbaycanda daha bir həkim koronavirusdan öldüAzərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

Cəlilabad rayonu, Qarazəncir kənd həkim məntəqə müdiri Pirverdi Hümbətov bu gün vəfat edib.

Qeyd edək ki, P.Hümbətov Cəlilabad rayon Mərkəzi Xəstəxanasında müalicə olunurmuş. Bu gün o, “Yeni Klinika”ya köçürülən zaman yolda vəfat edib.(APA)