General Polad Həşimov necə vurulub? - İlginc AÇIQLAMAKeçmiş korpus komandiri, general-leytenant Yaşar Aydəmirov şəhid general-mayor Polad Həşimovun öldürülməsilə bağlı ilginc açıqlama verib.

Yaşar Aydəmirov Polad Həşimovun həlak olması ilə əlaqədar LafTV-yə müsahibəsində bildirib ki, şəhid generalın hərəkət trayektoriyası izlənilib.

O, erməni tərəfində bu cür texnologiyaların olmadığını, kənardan onlara iri dövlətlərin yardım etdiyini də vurğulayıb.

Məsələyə Azərbaycan İnternet Forumunun prezidenti, İKT mütəxəssisi Osman Gündüz də münasibət bildirib:

"Yaşar Aydəmirovun dediyindən belə güman etmək olar ki, general Polad Həşimovun və onu müşayiət edənlərin hərəkət trayektoriyası qonşu ölkələrin peyklərinin köməyi ilə izlənilib.

Düşünmək olar ki, bu məqsədlə generalın və ya onu müşayiət edənlərin istifadəsində olan xüsusi rabitə vasitələrinə müdaxilə olub.

Yeri gəlmişkən, maraqlıdır görəsən bizim hərbidəki xüsusi rabitə vasitələrimiz hansı ölkənin istehsalıdır və hərbi üçün rabitə infrastrukturunu kim qurub?

Beləliklə, güman etmək olar ki, peyk və rabitə texnologiyalarından istifadə etməklə onların kordinatlarını müəyyən ediblər və bu kordinatlar dərhal, real vaxt müddətində erməni ordusuna yönləndirilib.

Peyklə kordinat müəyyən edib həmin kordinata zərbə endirmək bir an məsələsidir.
Zərbə isə dəqiq olduğundan düşünmək olar ki, general Polad Həşimovun öldürülməsi ilə bağlı bütün hazırlıqlar və müşahidələr öncədən, real vaxtda ermənilərlə qarşılıqlı formada həyata keçirilib.

Xatırlayıram ki, məşhur çeçen generalı, Çeçenistanın ilk prezidenti Cövhər Dudayevi də Rus ordusu, onun mobil telefonla danışdığı 10 dəqiqə müddətində koordinatlarını peyklə müəyyən edərək SU-25-dən həmin kordinata atılan raket zərbəsi ilə öldürmüşdülər.

General Aydəmirovun dediyindən belə qənaətə gəlmək olur ki, hazırda bu istiqamətdə ciddi araşdırmalar gedir. Aydəmirov bildirib ki, "Ali Baş komandan bu məsələni elə-belə qoymayacaq".
Daha bir erməni hərbçi MƏHV EDİLDİErmənistan ordusu itkilərinin etirafına davam edir.

Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu gün 2000-ci il təvəllüdlü Alik Manukyan adlı hərbçinin odlu silahdan açılan atəş nəticəsində öldüyü bildirilib.

Ermənistan Müdafiə Nazirliyi hadisənin baş vermə səbəbini açıqlamayıb. Hesab olunur ki, düşmən Tovuz təxribatı zamanı verdiyi çoxsaylı itkiləri yaxın günlərdə başqa səbəblərdən baş verən ölüm faktı kimi ictimaiyyətə təqdim edəcək.

Azərbaycan Ordusu 24 saata İrəvanı alar - Bilal DündarAzərbaycan Ordusu 24 saat ərzində İrəvanı alacaq gücə qadirdir.

Avrasiya.net xəbər verir ki, bunu Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar “Anadolu” agnetliyinə deyib.

“Azərbaycanın güclü və müasir tələblərə cavab verən ordusu var. Bir il ərzində Azərbaycan Ordusuna xərclənən maliyyə Ermənistanın bütün illik büdcəsinə bərabərdir. Azərbaycan Ordusu Rusiya və digər dövlətlərin Ermənistana dəstək vermədiyi təqdirdə, 24 saat ərzində İrəvanı alacaq gücə qadirdir”, - sədr qeyd edib.

B.Dündar Ermənistan ordusunun Tovuz istiqamətində təxribat xarakterli hücumlarına da münasibət bildirib:

“Bakı-TiflisQars dəmir yolu və boru xətləri bu rayondan keçir. Buranı ələ keçirmək Azərbaycanın Türkiyə ilə milyard dollarlıq investisiyalarının Ermənistan hakimiyyətinə keçməsi deməkdir. Ermənistan durduq yerə niyə bu tarixi seçdi? Bunun üçün beynəlxalq siyasəti incələməliyik.

Türkiyə Liviyada biriləri ilə qarşı-qarşıyadır. İraqda da həmçinin. Suriyada gücünü sübut edən bir mövqedədir. Tovuz hadisələri ilə adıçəkilən bölgədə Türkiyənin qarşısının kəsilməsi məsələsi var. Bu səbəblə Tovuzdakı bu döyüş çox vacibdir”.
Polis Mübarizin fotosunu sökmək istədi, dava düşdü - VideoGürcüstan polisi Türkiyə vətəndaşı Mətin Ərdəmin idarə etdiyi TIR-ın qoşqusunda şəhid Ömər Halisdəmir və Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun fotosuna görə problem yaradıb.

Axar.az xəbər verir ki, Naxçıvandan duz daşıyan M.Ərdəm Gürcüstan sərhədində polis tərəfindən saxlanılıb. Gürcüstan polisi sürücüdən TIR-ın qoşqusundakı Mübariz İbrahimovun fotosunu çıxartmağı tələb edib. Sürücü bununla bağlı sertifikatının olduğunu bildirib və qarşı çıxıb.

M.Ərdəm hər iki fotodakı qəhrəmanların onun üçün dəyərli olduğunu deyib. Keçməyinə icazə verilmədiyinə görə sürücü ilə polislər arasında mübahisə yaranıb.

Daha sonra Ardahandakı jandarma əməkdaşları məsələ ilə bağlı Türkiyənin Gürcüstandakı konsolluğuna məlumat verib. Danışıqlardan sonra gürcü polisi M.Ərdəmin keçməsinə icazə verib.
497 yoluxma, 645 sağalmaAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 497 yeni yoluxma faktı qeydə alınıb, 645 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 27133 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 18 450 nəfər müalicə olunaraq sağalıb, 349 nəfər vəfat edib.

8334 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9263, ötən müddət ərzində isə ümumilikdə 619 786 test aparılıb.
Düşmən 100-lərlə itki verib - Vaqif DərgahlıBiz baş verən hadisələrlə bağlı sistemli şəkildə cəmiyyətə məlumatlar çatdırırıq. Düşmən tərəfi isə məlumatları gizlədir.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib.

O bildirib ki, Müdafiə Nazirliyi Azərbaycanın itkiləri ilə bağlı məlumatların verilməsinin tərəfdarıdır:

“Hadisələr zamanı ermənilər 100-lərlə itki verib. Düşmənə qarşı keçirilən hər bir cəza tədbirlərinin və onlara vurulan zərbələrin əksəriyyətinin videoçəkilişlər, PUA-lar və digər texniki vasitələrlə çəkilişi aparılıb”.
Savaş qızışsa, biz də orada olacağıq - İlham RəhimovBir müddətdir Azərbaycanda deyiləm. Ancaq bir gözüm Azərbaycanda, xüsusən Tovuzdadır... Açığı, hərbi əməliyyatlar başlayan kimi ölkəyə gəlmək qərarı verdim. Bilirsiniz ki, COVİD-19-a görə gediş-gəliş şərtləri dəyişib. Ölkə dəyişməzdən 48 saat öncə koronavirus testindən keçmək gərəkdir. Hətta test də verdim. Sonra döyüş bölgəsində nisbətən sakitlik yarandığından öncədən planladığım işlərimi tamamlamaq qərarına gəldim. Bakıda olsaydım, heç şübhəsiz, indi Tovuzdaydım.

Avrasiya.net xəbər verir ki, bu sözləri professor İlham Rəhimov jurnalist Aygün Muradxanlı ilə müsahibəsində deyib.

“Gündə bir neçə dəfə Bakı ilə, Tovuzla əlaqə saxlayıram. Bilirsiz ki, Tovuz mənim kiçik Vətənimdir, doğmalarım, əzizlərim orada yaşayır. Pandemiya başlayandan diqqətimizi bir qədər də artırmışıq, xəstələr üçün Səhiyyə Nazirliyinə 10 ədəd müasir ambulans hədiyyə etmişik. Hərbi əməliyyatlar başlanandan bütün diqqətimiz elimizdə, obamızdadır. Savaş qızışsa, heç şübhəsiz biz də orada olacağıq.

Azərbaycanın əraziləri işğal olunub. Biz hərbi əməliyyatlara cəlb olunmuşuq, itki vermişik, sərhəddə hər gün gərginlik yaşanır. Demək, heç nə istisna deyil”.

İ.Rəhimov bildiib ki, hər an təxribat da ola bilər, hər an genişmiqyaslı döyüş əməliyyatları da başlaya bilər:

“Əgər bunu hərbi ekspertlər deyirsə, biz bununla razılaşmaya bilmərik. Hərbi məqsəd təbii ki, var. Bildiyim qədərilə Azərbaycan Ordusu Qara qaya yüksəkliyində möhkəmlənib. Ordumuz böyük şücaət göstərdi. Şəhid olanların hər birinin ailəsinə başsağlığı verirəm. İtkilərimiz böyükdür. Azərbaycan Ordusu generalını itirib. Bu, Azərbaycanın müstəqilliyi dönəminin hərb tarixində ilk hadisədir. Biz indiyə qədər yalnız II Dünya Savaşında general Həzi Aslanovu cəbhədə itirmişik. Allah hamısına rəhmət eləsin. Bir ölkənin döyüşən general yetişdirməsi sıradan məsələ deyil. Bu hüquq-mühafizə orqanları generalı məsələsilə eyniləşdirilməməlidir. Belə itkilərin yeri gec dolur. Yaralılarımız da var. Onların hamısına şəfa arzulayıram”.
Hindistanın baş naziri ECOSOC-nun sessiyasında virtual şəkildə çıxış edibBaş nazir Şri Narendra Modi, 17 iyul, 2020-ci il tarixində cümə günü Nyu Yorkda yerləşən Birləşmiş Millətlər Təşkilatında keçirilən bu ilin yüksək səviyyəli seqmenti olan Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının sessiyasında (ECOSOC) əsas nitqi ilə virtual şəkildə çıxış etdi.

Bu, Hindistanın 17 iyun tarixində, 2021-2022-ci illər üzrə Təhlükəsizlik Şurasına dəfələrlə qeyri-daimi üzv kimi seçilməsindən bəri Baş nazirin daha geniş BMT üzvlüyünə ilk müraciəti idi.

Bu il İqtisadi və Sosial Şuranın (ECOSOC) yüksək səviyyəli seqmentinin əsas mövzusu belədir: "COVID19-dan sonra çoxtərəflilik: 75 illik yubileyində bizə necə bir BMT lazımdır."
BMT-nin təsis edilməsinin 75 illiyinə təsadüf edən bu mövzu Hindistanın BMT-nin Təhlükəsizlik Şurasına gələcək üzvlüyü prioriteti ilə də uyğunlaq yaradır. Baş nazir Hindistanın COVID-19 pandemiyasından sonrakı dünyada çağdaş dünyanın reallıqlarını əks etdirən inkişaf etdirilmiş çoxtərəfliliyə çağırışını təkrarladı.

Baş nazir çıxışında Hindistanın İqtisadi və Sosial Şura ilə uzunmüddətli əlaqələrini, eləcə də BMT-nin Davamlı İnkişaf Məqsədləri də daxil olmaqla bi çox inkişafa yönəlmiş tədbirlərinə dair qeyd etdi. O bildirdi ki, inkişaf şüarımız 'SabkaSaath, SabkaVikaas, Sabka Vishwas', Davamlı İnkişaf Məqsədlərinin əsas prinsipi olan heç kəsi geridə qoymamaqla uyğunluq yaradır.

Baş nazir Hindistanın böyük əhalisinin sosial-iqtisadi göstəricilərini yaxşılaşdırmaqda qazandığı uğurları Davamlı İnkişaf Məqsədlərinin qlobal hədəflərinə əhəmiyyətli dərəcədə təsir etdiyini vurğuladı. Hindistanın həmçinin digər inkişaf etməkdə olan ölkələrə Davamlı İnkişaf Məqsədlərinin hədəflərinə çatmasında dəstək vermək öhdəliyinə dair danışdı.

O, "Swacch Bharat Abhiyan" adlı kampaniya vasitəsi ilə sanitariya imkanlarının yaxşılaşdırılması, qadınlara səlahiyyətlərin verilməsi, maliyyə xidmətlərinə çıxış imkanlarının təmin edilməsi və "Hamı üçün mənzil" proqramı və "Ayushman Bharat" proqramı kimi digər önəmli layihələr vasitəsilə mənzil və səhiyyə xidmətlərinin genişləndirilməsi kimi Hindistanın bir sıra davam etməkdə olan inkişaf səyləri barədə danışdı.

Baş nazir Hindistanın ekoloji dayanıqlılığa və biomüxtəlifliyin qorunmasına önəm verdiyini vurğuladı və Hindistanın Beynəlxalq Günəş Alyansının və Fəlakətlərə Dözümlü İnfrastruktur Koalisiyasının qurulmasında aparıcı rolunu xatırlatdı.

Bölgədə ilkin olaraq Hindistanın tədbirlər görməsindən bəhs edən Baş nazir, dərmanların müxtəlif ölkələrə tədarükü və Cənubi Asiya Regional Əməkdaşlıq Təşkilatına üzv ölkələri arasında birgə tədbirlərin görülməsi strategiyasının əlaqələndirilməsində Hindistan Hökuməti və Hindistan əzcaçılıq şirkətləri tərəfindən göstərilən dəstəyi xatırlatdı.

Bu, Baş nazirin İqtisadi və Sosial Şurada ikinci dəfə etdiyi müraciəti idi. Bundan əvvəl o, əsas çıxışını 2016-cı ilin yanvar ayında keçirilən İqtisadi və Sosial Şuranın 70 illik yubileyində söyləmişdir.
Aslan ürəkli gənclərimizlə fəxr etməyə dəyər - DADP sədriQəhrəman hərbçilərimiz işğalçı Ermənistanın sərhəddə törətdiyi növbəti təxribatının qarşısını qətiyyətlə aldığı və düşməni peşman etdiyi günlərdə paralel olaraq ən çox fəallıq göstərən gənclərimizin də fədakarlığını xüsusi qeyd etməliyik.

Bütün Azərbaycanın ayaqda olduğu bu son günlərdə gənclərimiz əsasən üç istiqamətdə fərqləndilər. İlk növbədə Tovuz gənclərinin qorxmazlığını, vətənsevərliyini, döyüş əzmini qeyd etmək lazımdır. Tovuzlu gənclər iyulun 12-dən başlayaraq birbaşa döyüşlərin getdiyi sərhəd zonasına gələrək döyüşlərə qatılmağa, torpaqlarımızın müdafiəsi uğrunda döyüşən əsgərlərimizə kömək etməyə hazır olduqlarını bildiriblər. Açıq döyüşə susayan bu cür aslan ürəkli gənclərimizlə həqiqətən də fəxr etməyə dəyər.

Gənclərimizin qürur doğuran növbəti addımı isə Bakıda və bölgələrdə təşkil olunan dəstək yürüşləri oldu. İşğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etmək üçün Ordumuza dəstək məqsədilə Bakıda təşkil edilən izdihamlı yürüş düşmənlərimizə əsl göz dağı idi. Bu möhtəşəm dəstək yürüşü Azərbaycan gənclərinin öz Ali Baş Komandanı ilə, öz Milli Ordusu ilə birlik və həmrəylik nümunəsi idi. Bu yürüşü izləyən ermənilər bir həqiqəti başa düşdülər ki, torpaqlarımızın işğaldan azad ediləcəyi günə qədər Azərbaycan xalqı, Azərbaycan gəncləri mübarizədən əl çəkməyəcək və düşmənin cavabını verməyə çalışacaq. Bu mesaj və bu mənzərə erməniləri ciddi şəkildə narahat etdi, qorxuya saldı.

Biz bir daha gənclərimizin Ali Baş Komandanımız İlham Əliyevin əmri ilə hər an silaha sarılmağa hazır olduqlarının şahidi olduq. Belə ki, dövlət başçısının məlum çağırışından sonra gənclərimizin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhər və rayon bölmələrinə müraciət etmələri və düşmənə qarşı döyüşlərə qatılmaq əzmini ortaya qoymaları hər birimizə Azərbaycan gəncliyi ilə öyünməyə əsas verir.

Tovuz döyüşlərində ermənilərə qarşı qəhrəmanlıqla döyüşən əsgər və zabitlərimizlə yanaşı, görünməyən cəbhədə - informasiya savaşı cəbhəsində mübarizə aparan gənclərimizin də əməyini, fədakarlığını təqdir etmək mənəvi borcumuzdur. Sərhəddə erməni təcavüzkarlarına qarşı qızğın döyüşlər getdiyi məqamda həm diaspor gənclərimiz, həm də vətənsevər könüllülərimiz sosial şəbəkələrdə dövlətimizə, ordumuza qarşı dezinformasiya çirkabı yağdıran ermənilərlə dünya miqyasında fəal mübarizə apardı. Onlar iyulun 13-dən başlayaraq sosial şəbəkələrdə, xüsusilə Twitter və Facebookda ölkəmizin dövlət sərhəddində Ermənistan tərəfindən törədilmiş təxribatla bağlı əsl həqiqəti əks etdirən informasiyalar paylaşmağa başladılar. Məhz gənclərimizin birlik, həmrəylik nümayiş etdirmələri nəticəsində 14–15 iyul tarixlərində Twitter.com sosial şəbəkəsində #KarabakhisAzerbaijan, #StopArmenianAgression həştəqləri dünya trendinə düşdü. Bu Azərbaycan gənclərinin ümummilli məsələlər naminə birləşə bilməsinin təzahürü idi.

Vətənpərvər gənclərimizin informasiya savaşındakı bu qələbəsi ermənilərə zərbə olmaqla bərabər, ölkəmizdə yuva salmış "beşinci kolon"a və zorakı yolla Milli Məclisin binasına soxulan təxribatçı ünsürlərə də ciddi dərs oldu. Qürur hissi ilə qeyd etmək istəyirəm ki, DADP-nin üzvü olan gənclər də bugünlərdə Ali Baş Komandanımıza, Ordumuza dəstək nümayiş etdirdilər. Sosial şəbəkələrdə Ermənistan təxribatına və erməni yalanlarına qarşı fəal mübarizə aparan gənclərimiz arasında DADP Gənclər Təşkilatının üzvləri də vardı. Onlar ermənilərin feyk xəbərlərinin qarşını almaq və əsl həqiqətləri dünya ictimiyyətinə çatdırmaq üçün əllərindən gələni etdilər. Gənclərimiz Ali Baş Komandanın əmri ilə döyüşə getməyə, torpaqlarımızı erməni işğalçılarından azad etməyə müsəlləh əsgər kimi hazırdırlar. Vətənpərvər Azərbaycan gənclərinə eşq olsun!

Əlisahib Hüseynov
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
Ağcaqanad koronavirusa yoluxdurur? - ABŞ alimləri SON NÖQTƏNİ QOYDUAğcaqanadların insanlara koronavirus yoluxdurmadığı təsdiqlənib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Kanzas Universitetinin Biotəhlükəsizlik Araşdırma İnstitutunun məlumatında deyilir.

İnstitutun rəhbəri Stiven Hiqqs və həmkarlarının Baytarlıq Fakültəsinin işçiləri ilə birgə apardığı araşdırma nəticəsində bu qənaətə gəlinib. Araşdırmada yeni tip koronavirusun “Aedes aegypti”, “Aedes albopictus” və “Culex quinquefasciatus” adlı 3 geniş yayılmış ağcaqanad növündə çoxalmadığı, dolayısı ilə insanlara yoluxdura bilmədiyi məlum olub.

Mövzu ilə bağlı ilk eksperimental iş olan araşdırmanın məqaləsi “Scientific Reports” dərgisində yayımlanıb.