İcra başçısı karantində oğluna toy etdi - FotoBərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev oğlu Turala toy edib.

Axar.az-a daxil olan məlumata görə, karantin müddətində toy etməkdən vaz keçməyən icra başçısı məclisi Yevlax şəhərində yerləşən villasında gerçəkləşdirib.

Məclisdə çoxsaylı qonaqların olduğu bildirilir.

Qeyd edək ki, Vidadi İsayevin oğlu Tural İsayevin Yasamal Rayon İcra Hakimiyyətində Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində Baş məsləhətçi vəzifəsində işləyir.

Başçının qudası Fazil Həsənəliyevin isə Baş Prokurorluqda çalışdığı barədə mediada məlumat yayılıb.
İcra başçısı karantində oğluna toy etdi - Foto
Azərbaycanda yeni siyasi partiya yaradıldıÖlkədə Azərbaycan Yüksəliş Partiyası adlı yeni siyasi partiya yaradılıb.

Avrasiya.net xəbər verir ki, yeni qurumun Təşəbbüs Qrupu bununla bağlı bəyanat verib.

Bəyanatda deyilir ki, ölkədə yaranmış ideoloji boşluq bir çox vətəndaşın öz siyasi düşüncəsini arzuolunan səviyyədə ifadə etməsinə imkan vermir.

Dəyişən çağın tələblərini nəzərə alaraq, yeni ideoloji-siyasi təşkilata, yeni nəfəsə ehtiyac duyulur. Yeni siyasi qurum platformasında milliyyətçilik, parlamentli respublika idarəçiliyi, sosial ədalət, sosial mühafizakarlıq – dini, mədəni, etnik irsin qorunması, Sekulyarizm və tarixi torpaqların geri qaytarılmasını ifadə edən irredentizm prinsiplərini rəhbər tutacaq.

Bəyanatı Təşəbbüs Qrupu adından Anar Əsədli, Bəhrəm İsmayılov və Aygün Muradxanlı imzalayıb.

Bəyanatda deyilir:

“Dəyərli xalqımız!

Yaşadığımız çətin günlərdə Azərbaycanda azad və demokratik dövlət qurulmasını amalı sayan vətəndaşlarımızın ən böyük arzusu ərazi bütövlüyümüzün bərpasıdır.

Gənc dövlətimiz müstəqilliyini bərpa etdiyi gündən yeni iqtisadi və siyasi sistemi qurmaq, baş vermiş işğal səbəbindən amansız düşmənlə savaşmaq, itirilmiş torpaqları geri qaytarmaq, qonşu dövlətlərlə münasibətləri nizamlamaq, ən əsası, dövlətçilik ideologiyası zəminində yeni vətəndaş yetişdirmək, şəffaf cəmiyyətin əsas atributlarından olan vətəndaş institutlarını yaratmaq, Sovetlər Birliyinin dağılması nəticəsində yaranan çoxsaylı sosial çətinlikləri aradan qaldırmaq kimi böyük problemlərlə üzləşib.

Son 30 ildə Azərbaycanda demokratik institutların formalaşması, yuxarıda sadalanan problemlərin çözülməsi məqsədilə 50-yə yaxın siyasi partiya və yüzlərlə qeyri-hökumət təşkilatı yaradılıb. Buna baxmayaraq, ölkədə yaranmış ideoloji boşluq bir çox vətəndaşın öz siyasi düşüncəsini arzuolunan səviyyədə ifadə etməsinə imkan vermir. Artıq Azərbaycanda yeni təfəkkürə sahib parlaq nəsil yetişməkdədir. Düşünürük ki, Azərbaycan siyasi məkanında formalaşmış müsbət ənənələrə sadiq qalmaqla dəyişən çağın tələblərini nəzərə alaraq, yeni ideoloji-siyasi təşkilata, yeni nəfəsə ehtiyac duyulur.

Bu səbəbdən də bir qrup vətənsevər, sağ mərkəzçi, demokratik prinsiplərə sadiq, aktiv ictimai-siyasi şəxslər olaraq ölkəmizin gələcəyi ilə bağlı baxış və niyyətlərimizin birləşdiyi yeni siyasi təşkilatı – Azərbaycan Yüksəliş Partiyasının (AYP) Təşəbbüs Qrupunu elan edirik.

Yeni siyasi qurum aşağıdakı məramları rəhbər tutur:

1. Milliyyətçilik;

2. Parlamentli respublika idarəçiliyi;

3. Sosial ədalət;

4. Sosial mühafizakarlıq – dini, mədəni, etnik irsin qorunması;

5. Sekulyarizm – dinin dövlət idarəçiliyindən ayrı olması;

6. İrredentizm – tarixi torpaqların geri qaytarılması.

Bəyan edirik ki, vətənsevər, böyük və güclü Azərbaycan arzusunda olan hər bir vətəndaş Təşəbbüs Qrupuna qatılaraq siyasi təşkilatın quruculuğunda iştirak edə bilər.

Təşəbbüs Qrupunun cavabdeh şəxslərini ictimayyətə təqdim edirik:

Anar Əsədli
Bəhrəm İsmayılov
Aygün Muradxanlı”.
"Ermənistana təkcə döyüşdə deyil, beynəlxalq sahədə də ciddi zərbələr vurulur"
Azay Quliyev
Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin sədri


İyulun 12-də Tovuz istiqamətində işğalçı Ermənistanın hərbi təxribatı baş verəndən dərhal sonra Azərbaycan ordusu cavab tədbirləri görərək düşmənə sarsıdıcı zərbələr endirdi və onun çoxlu sayda hərbi texnikasını, istehkamlarını, müdafiə qurğularını və 100-dən çox canlı qüvvəsini məhv etdi.

Hamımız bilirik ki, müharibə təkcə döyüş meydanlarında aparılmır, müharibə həm də beynəlxalq müstəvidə, diplomatiya sahəsində aparılır. Beynəlxalq müstəvidə uğur qazanmağın sınanılmış düsturu dövlətin maraqlarını özündə ehtiva edən məlumatı dolğun, inandırıcı, çevik və vaxtında vermək, düşmənin informasiya həmlələrinin qarşısını tutarlı faktlarla və gecikmədən almaq və bütün diplomatik resurslardan peşəkar formada faydalanmaqdan ibarətdir.

Bu baxımdan hadisədən dərhal sonra cənab Prezident tərəfindən Təhlükəsizlik Şurasının iclasının çağırılmasını xüsusilə qeyd etmək lazımdır. İclasda prezident həm ölkə, həm də beynəlxalq ictimaiyyəti məlumatlandırmaq üçün Ermənistanın hərbi təxribatının detallarını açıqladı və bildirdi ki, bizim hərbi posta heç bir səbəb olmadan işğalçı ölkə artilleriyadan atəş açaraq əsgərlərimizi şəhid edib. Daha sonra dövlət başçısının qeyd olunan faktları sübut etmək üçün operativ vəziyyət imkan verən kimi jurnalistləri, səfirliklərin nümayəndələrini həmin bölgəyə dəvət etməsi heç bir beynəlxalq və yerli skeptikdə erməni təxribatının doğruluğuna şübhə yeri qoymadı. İyulun 14-də isə cənab prezidentin təşəbbüsü ilə Milli Məclis tərəfindən 54 ölkə parlamentinin dostluq qruplarının üzvlərinə, 19 beynəlxalq parlamentlərarası assambleyaların rəhbərlərinə məktublar göndərildi və Ermənistanın son təxribatı haqqında onlara ətraflı məlumat verildi.

Hesab edirəm ki, cənab İlham Əliyevin dəqiq və özünəinamlı şəkildə verdiyi açıqlamalar, müxtəlif səviyyələrdə təşkil etdiyi diplomatik həmlələr beynəlxalq aləmdə və dünya siyasətini müəyyən edən paytaxtlarda ölkəmizə qarşı ola biləcək hər hansı bir mənfi addımı öncədən neytrallaşdırdı və tam əksinə Azərbaycanın maraqlarını müdafiə edən bəyanatlar səslənməyə başladı. Mən bunu xüsusilə ona görə qeyd edirəm ki, Ermənistan həmişə olduğu kimi çox məkrli və iyrənc plana hazırlayaraq hərbi təxribatı Qarabağ istiqamətində yox, bu dəfə Azərbaycanın strateji iqtisadi layihələrinin keçdiyi Tovuz istiqamətində başlamışdı. Məqsəd isə guya Azərbaycanın dövlət sərhədini pozaraq Ermənistana hücum etməsi təsəvvürünü yaratmaq, xarici ölkələri, beynəlxalq təşkilatları və xüsusilə üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını ölkəmizə qarşı istifadə etmək idi.

Azərbaycan prezidenti Ermənistanın bu planını qarşısını məharətlə almağı bacardı. Heç kim Ermənistanın bu fitnəsinə uymadı və bir çox ölkələr və beynəlxalq təşkilatlar Azərbaycanı açıq şəkildə müdafiə etməyə başladılar. Təbii ki, ilk dəstək bizə dost və qardaş Türkiyədən gəldi. Türkiyənin Prezidenti cənab Ərdoğan açıq və bir mənalı şəkildə qeyd etdi ki, Türkiyə yaranmış vəziyyətdə Azərbaycana heç bir tərəddüd etmədən hər-tərəfli dəstək verəcək.

Bundan başqa Ukrayna, Pakistan, Moldova, Kolumbiya, İtaliya və digərləri bəyanat verərək Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və beynəlxalq aləm tərəfindən tanınan sərhədlərinin toxunulmazlığı prinsipini müdafiə etdi. Onlarla ölkələr hərbi əməliyyatların dayandırılmasını və gərginliyin aradan qaldırılmasına çağırış etdilər.

Beynəlxalq təşkilatlardan İƏT, TÜRKPA, Türk Şurası və GUAM birmənalı şəkildə Azərbaycanı müdafiə edən bəyanatlar verdilər. ATƏT PA-nın prezidenti Georgi Sereteli və Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Marina Kalyurand verdikləri açıqlamada yaranmış vəziyyətdən narahat olduqlarını və münaqişənin BMT Nizamnaməsinə və ATƏT-in Helsinki Yekun Aktına uyğun şəkildə beynəlxalq hüquq normalarına əsasən həllinin vacibliyini bildiriblər.

Ermənistana isə nə bir ciddi ölkə, nə də bir beynəlxalq təşkilat dəstək vermədi. Hətta Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı təcili iclası keçirilməsi haqqında xəbəri Ermənistan diplomatik uğur kimi təqdim etməyə çalışsa da, görüş bir neçə saat sonra təxirə salındı, müvafiq xəbər isə qurumun rəsmi saytından silindi. Əksinə KTMT-də üzv olmasına baxmayaraq Qazaxıstan, Özbəkistan və Qırğızıstan TÜRKPA və Türk Şurası çərçivəsində Azərbaycanın milli maraqlarına tam cavab verən bəyanatları dəstəklədi.

Bütün sadaladığım faktlar onu göstərir ki, Ali Baş Komandan tərəfindən Ermənistana təkcə döyüş meydanında deyil, həm də beynəlxalq sahədə də ciddi zərbələr vurulub və əminəm ki, bundan sonra da vurulacaq. Cənab Prezident İlham Əliyevin hücum diplomatiyası sayəsində ölkəmiz haqqında həqiqətlər artıq dünyaya bəllidir, işğalçı Ermənistanın yalanlarına və hiylələrinə beynəlxalq aləmdə artıq heç kim inanmır. Bu isə bizə imkan verəcək ki, qarşımızda duran milli vəzifələri uğurla tamamlaya bilək.

Sonda isə yeni Xarici İşlər Naziri təyin edilmiş Ceyhun Bayramovu təbrik edir və ona bu məsuliyyətli və çətin vəzifədə bol- bol uğurlar arzulayıram.
Səkkiz il övlad arzusunda olan şəhid gizirimizin qızı dünyaya gəldiİyulun 14-ü səhər saatlarında Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlərdə şəhid olan gizir Yaşar Babayevin bu gün qız övladı dünyaya gəlib.

Bu barədə Qafqazinfo-ya məlumatı şəhidin yaxınları verib. Bildirilib ki, şəhidin qızına Narın adı verilib.

Xatırladaq ki, yaxınlarının bildirdiyinə görə, səkkiz ildir ailəli olan Y. Babayev övlad arzusunda olub.

Amma şəhid gizirə bu günlərdə dünyaya göz açacaq övladını görmək nəsib olmayıb.
Milli Məclisə hücum edənlər SAXLANILDI - FOTOİyunun 14-dən 15-nə keçən gecə Bakıdakı yürüş zamanı Milli Məclisin binasına ziyan vuranların kimliyi müəyyən edilib.

Avrasiya.net-in məlumatına görə, onlar hüquq-mühafizə orqanları əməkdfaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıblar. Hazırda hadisədə iştirak edən digər şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, iyulun 14-dən 15-nə keçən gecə Bakıda Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən yürüşün sonunda bir qrup şəxs ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verib, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərərək Milli Məclisin inzibati binasının qapı-pəncərələrini sındıraraq içəriyə daxil olublar. Nəticədə binaya maddi ziyan vurublar.
Milli Məclisə hücum edənlər SAXLANILDI - FOTO
Milli Məclisə hücum edənlər SAXLANILDI - FOTO
Döyüş gedir: daha 20 erməni məhv edildi, şəhidimiz var - Videoİyulun 16-da səhər saat 05:45-dən başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində aktiv döyüş əməliyyatları keçirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, hazırki vaxtadək davam edən döyüşlərdə düşmənin 20-yə yaxın canlı qüvvəsi, 1 zirehli texnikası, 1 radioelektron mübarizə (REM) vasitəsi, döyüş postları və dayaq məntəqəsi bölmələrimizin sərrast atəşi ilə məhv edilib.

Döyüşlər zamanı Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İsmayılov Nazim Əfqan oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

Bölmələrimiz düşmənin döyüş aktivliyinin qarşısını almaq məqsədi ilə cavab tədbirləri görür.
"Yeni nazirin diplomatiyamızı hücum diplomatiyası müstəvisinə çıxara biləcəyinə ümid bəsləyirik"Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında etdiyi çıxışında bir sıra önəmli məqamlara toxundu. Ölkə başçısı çıxışını əsas etibarilə son günlər işğalçı Ermənistanın ölkəmizə qarşı törətdiyi təxribatın nəticələri üzərində qurmuşdu. Prezident bildirdi ki, Ermənistanın törətdiyi təxribata, düşmənin Azərbaycan mövqelərinə artilleriya zərbəsi endirməsinə və nəticədə şəhidlərimizdən olmasına toxunan dövlət başçısı qeyd edib ki, operativ tədbirlər nəticəsində Ermənistan ordusu layiqli cavabını alıb, düşmənə sarsıdıcı zərbələr endirilib. Onlara sarsıdıcı zərbələr endirildi və bu zərbələr onlara yaxşı dərs oldu.

Prezident Ermənistanın bu təxribatın səbəbkarı kimi Azərbaycanı göstərməyə cəhd etməsinə toxunaraq bildirdi ki, bu, heç bir məntiqə sığmır. Çünki bizim Ermənistanla Azərbaycanın dövlət sərhədində hər hansı bir hərbi məqsədimiz yoxdur. Ermənistanın bu son olayları Azərbaycanın diversiyası kimi təqdim etməyə çalışması həqiqətən də absurddur: ”Guya ki, Azərbaycanın hərbi qulluqçuları – iki nəfər UAZ maşını ilə Ermənistan sərhədini pozaraq hərbi diversiya törətməyə cəhd etmişlər. Sual olunur, hansı ölkənin ordusu hücumu iki zabit və əsgərlə UAZ maşını ilə təşkil edir? Bəlkə Ermənistan ordusu belə “müdrik” hərbi əməliyyatlar hazırlamaqla məşğuldur? Ancaq Azərbaycan Ordusu və dünyanın heç bir ordusu belə ağılsız addım atmaz. Yəni, bu cəfəng versiyanın Ermənistan tərəfindən təqdim edilməsinin əsas səbəbi günahı bizim üzərimizə yıxmaqdır, hər dəfə olduğu kimi. Ancaq bu dəfə buna heç kim inanmayıb. Hərbi mütəxəssis olmaq lazım deyil ki, bu cəfəng versiyaya insanlar inansın”. Azərbaycan Prezidentinin dəmir məntiqə söykənən bu sözləri əslində Ermənistan hakimiyyətinin üzünə vurulmuş tərs şillə kimi qiymətləndirilməlidir.

Dövlətimizin başçısı öz çıxışında tamamilə haqlı olaraq Ermənistanı faşist dövləti kimi xarakterizə etdi. Ermənistan hazırki işğalçı və eyni zamanda qəddar, saxtakar siyasəti ilə dünyanın bir nömrəli faşist dövləti sayıla bilər. Bu ölkənin faşist mahiyyəti həm Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasətində, həm də Ermənistanın öz daxilində hakimiyyətin siyasi opponentlərə qarşı, narazı kütləyə qarşı aqressiv münasibətində üzı çıxır. Paşinyan iqtidarı bu gün təkcə Azərbaycana qarşı sərhəd xəttində müharibə aparmır, o həm də Ermənistanın özündə, siyasi rəqiblərinə qarşı, söz azadlığına qarşı müharibə aparır, demokratik normaları tapdalayır, konstitusiyanı kobud surətdə pozur. Dünya birliyi və beynəlxalq hüquq-müdafiə təşkilatları bu məqama xüsusilə diqqət yetirməlidirlər. Bu gün faşizm Ermənistanın daxildə və xaricdə (Azərbaycana qarşı) yürütdüyü aqressiv siyasətində təzahür edir. Lakin təəssüf ki, erməni faşizminin qarşısının alınması istiqamətində heç kim kəsərli addım atmır. Bu gün Azərbaycan erməni faşizmi ilə təkbaşına mübarizə aparır.

Son toqquşmalarda şəhid olan hərbçilərimizin qəhrəmanlığı haqda qürur hissilə danışan Prezident İlham Əliyev bildirdi ki, şəhidlərimizin qanı yerdə qalmamalıdır, onların qisası alınıb və bundan sonra da alınacaqdır. Prezident şəhid generalımız Polad Həşimovun anasına və şəhid polkovnikimiz İlqar Mirzəyevin oğluna zəng etməsi barədə danışdı:”Bu gün səhər saatlarında general Polad Həşimovun anası Səmayə xanımla telefonla danışdım, ona başsağlığı verdim, Allahdan səbir dilədim. Onu əmin etdim ki, oğlunun, bizim qəhrəmanımızın qanı yerdə qalmayıb, onun qisası alındı və bundan sonra da alınacaqdır. Belə analara eşq olsun ki, xalqımız, dövlətimiz üçün bu cür övladlar, igidlər yetişdirib.

Bildirməliyəm ki, general Polad Həşimov orduda çox böyük hörmətə malik olan bir insan idi. Aprel döyüşlərində öz rəşadətini göstərmişdir. Mənim tərəfimdən iki dəfə yüksək dövlət ordeni ilə təltif edilmişdir. Mənim tərəfimdən ona general rütbəsi verilmişdir. Polkovnik İlqar Mirzəyevin oğlu Elvinlə bu gün söhbət zamanı atasının qəhrəmanlığı haqqında danışdım. Dedim ki, o, atasına oxşamalıdır, bizim bütün gənclərimiz qəhrəmanlarımıza oxşamalıdırlar. Onların həyatı, torpaq, Vətən uğrunda göstərdikləri şücaət, qəhrəmanlıq hər bir gənc üçün nümunə olmalıdır. Biz fəxr edirik ki, Azərbaycan xalqı, Azərbaycan torpağı belə övladlar yetişdirib. Onların ailə üzvlərinə, yaxınlarına bir daha başsağlığı verirəm. Eyni zamanda, son günlər ərzində həlak olmuş bütün insanların yaxınlarına, qohumlarına başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin, Allah yaralı hərbçilərimizə şəfa versin”.

Ölkə rəhbərinin sərhəd zonasındakı son döyüşlərdə Silahlı Qüvvələrimizin döyüş rəşadətini Aprel döyüşləri ilə müqayisə etməsini tamamilə düzgün hesab edirəm. Son günlər ərzində Azərbaycan Ordusu həqiqətən də bir daha öz üstünlüyünü göstərdi. Bu əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq. Bu əməliyyat bizim növbəti şanlı qələbəmizdir. Son iki gün ərzində düşmənə sarsıdıcı zərbələr endirildi. Onlarla erməni hərbçi məhv edildi, onların sərhədboyu yerləşən dayaq məntəqələrinin böyük hissəsi darmadağın edildi. O cümlədən onların bəhanə kimi gətirdiyi məlum postun da bütün infrastrukturu darmadağın edildi, bu post artıq mövcud deyil. Düşmənin texnikası, silah-sursat anbarları, dayaq məntəqələri, avtomaşınlar, sisternlər, canlı qüvvənin yerləşdiyi yerlər Azərbaycan Ordusu tərəfindən dəqiq və sərrast atəşlə məhv edilib.

Prezidentin çox diplomatik müdrikliklə iki ölkəni, iki xalqı müqayisə edib düşməndən hər mənada üstünlüyümüzü ortaya qoyması təqdirəlayiqdir. Ermənistanın heç vaxt açıq döyüşdə qələbə qazana bilmədiyini və bundan sonra da qələbə qazana bilməyəcəyini vurğulayan dövlət başçımız mənfur qonşumuzun hər zaman Azərbaycana qarşı çirkin üsullardan istifadə etdiyini vurğuladı: ”Aprel döyüşlərində olduğu kimi, mənfur qonşu bu dəfə də ən çirkin əməllərə əl atdı. O da nədən ibarətdir? Bizim kəndlərimizi atəşə tutdu və bunun nəticəsində 76 yaşında ağsaqqal Əziz Əzizov həlak olmuşdur. Bu, bir daha onu göstərir ki, Ermənistan faşist dövlətdir”. Ermənistan həmişə ancaq əliyalın insanlarımıza qarşı vuruşub, qocalara, uşaqlara qarşı soyqırımı törədib.

Ermənistanın son hərbi təxribatına layiqli cavab verildiyini və Azərbaycan Ordusunun vəziyyətə tam nəzarət etdiyini bildirən Prezident İlham Əliyev öz çıxışında hazırda bir-birilə müharibə vəziyyətində olan iki ölkənin və iki xalqın psixoloji durum fərqini də real faktlarla göstərdi. Belə ki, baxmayaraq ki, kəndlərimiz atəşə tutuldu, ağsaqqal vətəndaşımız həlak oldu, bizim kəndlərimizdə yaşayan insanlardan bir nəfər də yerindən tərpənmədi, bir nəfər də heç yerə getmədi. Amma Ermənistanda isə bəzi kəndlər, bəzi şəhərlər tamamilə boşaldılır. İndi düşmən ölkədə əsl panika vəziyyəti yaşanmaqdadır. Bunu Ermənistanın Tavuş vilayətinin qubernatoru Hayk Çobayanın qorxu və həyəcanla yerli sakinlərə müraciətindən də görmək olur. Erməni mer təlaş içərisində hamıya üz tutaraq dedi ki,”Əziz tavuşlular, ehtiyatlı olun, sığınacaqlarda və digər təhlükəsiz yerlərə çəkilin.Gizlənin”.

Bax, budur, fərqimiz bundadır. Azərbaycan vətəndaşı öz torpağında ləyaqətlə yaşayır. Azərbaycan dövləti və Azərbaycan Ordusu onu qoruyur və qoruyacaq. Bu zəmanət ən ali səviyyədə verilir. Bu zəmanəti Ali Baş Komandanımız verir. Ali Baş Komandanımız qürur hissilə və mübariz əhval-ruhiyyə ilə bildirdi ki, nəyi ediriksə, dəqiqliklə edirik. Bəli, son dörd il ərzində üç əməliyyat keçirilmişdir, üç toqquşma olmuşdur. Üçündə də qalib gəldik. Üçündə də bayrağımızı istədiyimiz yerə sancdıq. Üçündə də düşmənə sarsıdıcı zərbələr endirdik. Bu əzmkarlığımız bundan sonra da davam edəcək.

Çıxışında bir sıra dövlətlərin və beynəlxalq təşkilatların bu son toqquşmalarla əlaqədar Azərbaycana dəstək verməsini qeyd edən ölkə başçımız qardaş Türkiyəyə və onun Prezidenti Rəcəb Tayyib Ərdoğana xüsusilə dərin təşəkkürünü bildirdi. Prezident qeyd etdi ki, biz bu günlərdə Türkiyədən yenidən qardaşlıq, dostluq münasibəti gördük. İlk saatlardan Türkiyənin rəsmi qurumları bu məsələ ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə etdilər, açıqlamalar verdilər. Bir daha bütün dünya, Türkiyə və Azərbaycan xalqları gördü ki, biz əsl qardaşıq. Yaxşı günlərdə və ağır günlərdə bir-birimizin yanındayıq. Prezident həmçinin Pakistan İslam Respublikasının rəhbərliyinə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ölkələrinin rəhbərlərinə - Qazaxıstan, Qırğızıstan, Özbəkistan rəhbərliyinə təşəkkürünü bildirdi. Çünki bu ölkələr də kritiq məqamda Azərbaycanın yanında olduqlarını bəyan ediblər.

Ölkə rəhbəri çıxışında ordumuzun uğurlu əməliyyatının və əldə edilmiş nəticələrin, hərbi qələbənin, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdığını, xalqımızı coşdurduğunu qeyd etdi və vətənpərvər insanlarımızın bu işlərə öz münasibətini bildirmələri, Azərbaycan Ordusuna və Ali Baş Komandan kimi mənə öz dəstəyini ifadə etmələri üçün Şəhidlər xiyabanına üz tutmasından danışdı: ”Mən bu vətənpərvər addımı alqışlayıram. Mənə verilən məlumata görə, bu insanlar uzun məsafəni piyada qət edib və Şəhidlər xiyabanına gedən müddət ərzində vətənpərvər şüarlar səsləndiriblər - mənim haqqımda, ordumuz haqqında, xalqımız haqqında, Qarabağ haqqında. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi. Ancaq əfsuslar olsun ki, bu insanlar Şəhidlər xiyabanına gələndən sonra oraya görünür bu məsələ ilə bağlı haradansa xəbər tutmuş bəzi təxribatçı qruplar da daxil olub. İndi onların şəxsiyyəti araşdırılır. Bu təxribatçı qruplar orada xuliqanlıq törətdilər, ictimai asayişi pozmağa cəhd etdilər və polisə müqavimət göstərdilər”. Prezident bir qrup təxribatçının bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışmasını təəssüf hissilə qeyd etdi.

Bəli, belə bir xoşagəlməz hal yaşanmamalıydı. Lakin sevindirici haldır ki, təxribatçılar öz mənfur məqsədlərinəçata bilmədilər. Daxili işlər orqanları tərəfindən onların bu əməllərinə qısa müddət ərzində son qoyuldu. Şübhəsiz ki, bu şəxslərin hamısı qanun qarşısında cavab verəcəklər. Bu adamlar “beşinci kolon”un üzvləri də, hansısa xarici qüvvələrin əlaltıları da, radikal müxalifətin üzvləri də ola bilərlər. Əlbəttə, bütün bunlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq. Prezident də bunu qeyd etdi:”Mənə verilən məlumata görə, dünən bəzi müxalif qurumlar, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri o kütlənin içinə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışıblar. Qanunu pozanların arasında onlar da var, onlar indi müəyyən olunublar. Mən bir daha xəbərdarlıq edirəm, odla oynamasınlar. Bu məsələ milli məsələdir”.

Prezident İlham Əliyev dövlət sərhədimizdə bu son toqquşmalar zamanı bizim diplomatik fəaliyyətimizin nə üçün daha səmərəli ola bilməməsinə də toxundu. Prezident qeyd etdi ki, dəfələrlə deyib ki, bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır, passiv, özünü müdafiə edən diplomatiya olmamalıdır. Kiminsə xoşuna gəlmək naminə öz sözünü deməkdən çəkinən diplomatiya olmamalıdır:”Mən bunu dəfələrlə demişəm, həm müxtəlif tədbirlərdə, həm Xarici İşlər Nazirliyində, Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə görüşlərdə yol göstərmişəm ki, nə etməlisiniz. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hansı addımları atmalısınız. Xarici ölkələrdə fəaliyyət göstərən mətbuatla necə işləməlisiniz.

Azərbaycanın iqtisadi maraqlarını necə müdafiə etməlisiniz, Azərbaycan vətəndaşlarının hüquqlarını necə qorumalısınız. Diaspor təşkilatları ilə əlaqədar səmərəli işləri necə aparmalısınız. Beynəlxalq təşkilatlarda Azərbaycana bəzi hallarda ünvanlanan əsassız ittihamlara necə cavab verməlisiniz. Düşməni necə susdurmalısınız. Demişəm, hər bir məsələ ilə bağlı yol göstərmişəm. Amma biz bu göstərişlərin həyatda öz əksini tapmasını görürükmü? Mənim köməkçim Hikmət Hacıyevlə gündə bəlkə də on dəfə təmasdayam, - onu belə elə, bunu belə elə, onu buna de, o təlimatı buraya de. Xarici İşlər Nazirliyi nə ilə məşğul idi? Harada idi?”.

Prezident bu iradlarında, bu tənqidi qeydlərində tamamilə haqlıdır. Ancaq əfsuslar olsun ki, məhz Elmar Məmmədyarovun səriştəsizliyi, səhlənkarlığı və xəyanətkarcasına passivliyi ucbatından, bu dəfə bizim diplomatiyamız axsadı. Amma halbuki, Ordumuzla bərabər diplomatiyamız da savaşın ön xəttində olmalıydı. Elmar Məmmədyarovun şübhəli passivliyi bizim beynəlxalq müstəvidə informasiya savaşında mövqelərimizə heç şübhəsiz ki, mənfi təsirini göstərdi. Prezidentimizin XİN rəhbərinin bu cür anlaşılmaz davranışına operativ reaksiyası və çevik qərarı özünü çox gözlətmədi.

Məmmədyarov öhdəsindən gələ bilmədiyi vəzifəsindən kənarlaşdırıldı. Mən əminəm ki, onun bu son toqquşmalar zamanı şübhəli davranışı da ayrıca olaraq araşdırılacaq. Bu cür fərsiz diplomat işdən çıxarılmaqla canını qurtardığını düşünməməlidir. Onun yerinə gələn yeni XİN başçısının – Ceyhun Bayramlının öz sələfindən yaxşı mənada fərqli fəaliyyət göstərəcəyinə, Prezidentin də qeyd etdiyi kimi diplomatiyamızı hücum diplomatiyası müstəvisinə çıxara biləcəyinə ümid bəsləyirik.

Əlisahib Hüseynov
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
Bu gün hələ ki, razılaşdırılmamış məsələlərə fikir verin - Prezidentdən yeni nazirə tapşırıqBizim Avropa İttifaqı ilə əlaqələrimiz də çox möhkəm zəmində qurulub.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

“Avropa İttifaqına üzv doqquz dövlətlə Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənədləri vardır. Bu, Avropa İttifaqının üçdəbir hissəsidir. Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzərində iş aparılır. Sazişin böyük hissəsi razılaşdırılıb. Siz dərhal bu məsələ ilə məşğul olun və bu gün hələ ki, razılaşdırılmamış məsələlərə fikir verin”, - İlham Əliyev bildirib.

Azərbaycan hökuməti vətəndaşının sosial rifahının qorunması üçün əlindən gələni edirMəzahir Əfəndiyev
Milli Məclisin deputatı

Bildiyimiz kimi, ötən il Azərbaycanda sosial sahədə inqilabi islahatlar ilinə çevrilib. Prezident İlham Əliyevin təqdim etdiyi iki sosial paket ölkədə minimum əməkhaqqının iki dəfəyə yaxın, minimum pensiyanın 72,4 faiz, sosial müavinət və təqaüdlərin isə orta hesabla 100 faiz artırılmasına imkan yaratmışdır.

COVİD-19 koronavirusunun qlobal səviyyədə yayılması nəticəsində bir sıra ölkələrdə 2020-ci ilin əvvəlindən iqtisadi baxımdan yavaşlama, büdcədə kəsr və bunlarla bağlı olaraq sosial sahə üçün ayrılan vəsaitlərin ixtisar edilməsi hallarının baş verməsinə baxmayaraq, Azərbaycanda bu ilin birinci yarısında sosial sahəyə – əhalinin sosial təminatına, ümumən sosial rifahın yüksəlməsinə istiqamətlənən dövlət vəsaitlərində ciddi artım müşahidə edilməkdədir.

Belə ki, bu ilin əvvəlindən dövlət büdcəsindən ayda əlavə olaraq 43 mln. manat vəsait sərf edilməklə 1 milyon 200 min pensiyaçını əhatə edərək pensiyaların indeksləşdirilərək 16,6 faiz artırılması təmin olunmuşdur.

Ümumilikdə pensiyaların maliyyələşməsinə 2019-cu ilin müvafiq dövrünə nisbətən 436,51 mln. manat çox olmaqla, 2 milyard 250 milyon manat vəsait xərclənmişdir.
Əlavə olaraq cari ilin birinci yarımilində 412.1 nəfərə aylıq, qalanlarına isə birdəfəlik olmaqla 455.4 min nəfərə sosial müavinət ödənilb. Keçdiyimiz ilin müvafiq dövrü ilə müqayisədə 46.6 faiz çox olmaqla, 2020-ci ilin yanvar-iyun aylarında əhaliyə bütövlükdə 475 milyon manat sosial müavinət və təqaüdlər ödənilmişdir.

Cənab Prezidentin tapşırığına əsasən ünvanlı dövlət sosial yardımı proqramı çərçivəsində son aylarda yardım alan ailələrin sayı 14 mindən çox artmış, hal hazırda 350 mindən çox ailə üzvü olmaqla 85 minə yaxın ailəyə dövlət tərəfindən yardım edilməkdədir. Yardım alan ailələrin sayının və yardım məbləğinin artmasını nəzərə alsaq, dövlət büdcəsindən bu istiqamət üzrə yönəldilən vəsaitlər də artmaqdadır, belə ki, ünvanlı dövlət sosial yardımın orta aylıq məbləği 225 manatı keçmişdir.

Bu statistika əsasında deyə bilərik ki, 2019-cu ilin ilk 6 ayına nisbətən, bu il ünvanlı dövlət sosial yardımlarının ödənişində də artım olmuş, 62 faiz çox olmaqla, təxmini 105 milyon manat məbləğində yardım edilmişdir. Pandemiyanın çətinliklərini nəzərə alaraq xüsusi karantin rejimi dövründə ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən ailələrə yardım üçün ödənişlərin olunması da davam etdirilməkdədir.

Həmçinin, bu çətin günlərdə dövlət vətəndaşının yanında olduğunu bir daha sübut etdi. Xüsusi karantin rejimi dövründə COVİD-19, koronavirus pandemiyasından zərər çəkmiş, gəlirini itirən, qeyri-formal işləyən 600 min şəxsə sosial dəstək tədbirlərindən biri kimi, aprel-may aylarında aylıq 190 manat birdəfəlik ödəniş olunmuş, proqramın icrası üçün isə 229 mln. manat yönəldilmişdir.
Beləliklə, 2020-ci ilin 6 ayının yekununda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 3 mln. vətəndaşımıza ümumilikdə 3 mlrd 59 mln manat vəsait pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım və birdəfəlik ödəmə formasında edilmişdir. Bu göstərici ötən ilin 1-ci yarımilinə nisbətən 860 mln manat, yəni 40 faiz daha çoxdur.

Bütün bunlar bir daha göstərir ki, həyat davam edir, pandemiya dövründə belə hökumət daim vətəndaşın yanındadır, onun sosial rifahının qorunması və dövlətin davamlılığını təmin etmək üçün əlindən gələni etməkdədir, eyni zamanda Cənab Prezidentin tapşırıqlarına daha çevik və operativ yanaşmalıdır.