Bakıda jurnalistin evi soyuldu“Bizimxəbər.az” xəbər saytının baş redaktoru Ədil Hüseynlinin evi qarət olunub.

Bu barədə jurnalistin özü məlumat verib.

Ə.Hüseynlinin sözlərinə görə, hadisə onlar rayonda olduqları vaxt baş verib:

“Bir neçə gündür rayonda idik. Bu gün qayıtmışıq. Evə girəndə iki televizorun aparıldığını gördük. Evə pəncərədən daxil olublar. Polisə müraciət etdik. Gəlib baxış keçirdilər, əl izləri götürdülər”.
"Ermənilər Tovuzda verdiyi itkilərinin sayını xeyli sayda gizlədirlər""İki gündür Azərbaycan-Ermənistan sərhədində gərginlik davam edir. Erməni vəhşiləri bütün beynəlxalq normaları pozaraq Azərbaycancan sərhədlərinə hücum edib. Və Azərbaycanın qəhrəman zabit və əsgərlərin sücaəti hesabına xeyli erməni əsgərləri itki verərək geri çəkilib. Ancaq Ermənistanın Paşinyan rejimi həyasızcasına çoxlu sayda hərbçsinin məhv edildiyi barədə məlumatları gizlədirlər. " -bu açıqlamanı BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı "Baymedia.az" saytına açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ermənistan rəsmi mənbələri cəmi 4 nəfərin öldürüldüyünü elan ediblər:" İki gündür dayanmadan erməni saytlarını, blogerlərinin yazdıqlarını izləyirik. Sosial şəbəkədə ermənilər son 2 gündə yüzdən artıq ermənin öldüyü barədə statuslar, məlumatlar yayırlar. Bu gün Emənistan rəsmiləri 4 nəfərin ölümü xəbərindən sonra ermənilər sosial şəbəkədə erməni hərbçisi Kaytsakov Slavikin, bundan başqa, Aşot Melkumyan öldürmülməsi dair fotosunu və digər erməni hərbiçilərin şəkillərini yayaraq, onların rəsmi məlumatlarda ölüm xəbərinin oldmadığını bildirirlər, paylaşırlar.

Ancaq bu gün sosial şəbəkə vasitəsi ilə ermənilərin xeyli sayda itki verdiklərini hamımız görürük. Bu faktlar Azərbaycan Ordusunun əks-zərbələri nəticəsində xeyli sayda erməni hərbçisinin öldürüldüyünə və Ermənistanın real canlı qüvvə itkilərini gizlətdiyinə dair deyilənləri bir daha təsdiq edir. Onu da qedy edim ki, bu məlumatları əsasən ermənilərin tanınmış blogerləri və medi nümayəndləri yayırlar."

QHT sədrinin fikirincə, bu iki gündə Azərbaycanda milyonlarla insan Qarabağda müharibənin başlanması və torpaqlarımızın işğaldan azad edilməsi üçün hər an silaha sarılmağa hazır olduqlarını nümayiş etdirdilər:" İlk gündən yüz minlərlə soydaşımız Ali Baş Komandan İlham Əliyevin əmr verəcəyi təqdirdə, torpaqlarımızın işğaldan azad edilməsinə hazır olduqlarını bildirdilər. Bu istiqamətdə on minlərlə şəxsin statusunu, mövqeyini gördük. Bu gün şəhidlərimizin dəfn mərasimində on minlərlə soydaşımızın iştirakının şahidi olduq.

Bildiyiniz kimi, ölkəmizdə karantin rejimi olduğu halda, koronavirusdan qorunduğu bir məqamda, minlərlə insan heç bir virus qoruxusu olmadan öz mənəvi borcunu şəhidlərimiz üçün yerinə yetirdilər. İnandırım sizi səfərbərlik əmri verilsə, bir günə yüz minlərlə gəncimiz Vətən mharibəsinə qalxacaq. Bunu bizim düşmənlərimizdə görür. Və bu səbəbdən də sosial çəbəklərdə təxribat xarakterli məlumatlar yaymağa başlayıblar. Özlərinin əlaltıları olan 5-cü kalonun nümayəndlərini işə salıblar. Biz daxili xainləri və satqınları da diqqətdə saxlamalayıq. Ən qorxulu düşmən bunlardı."

Azərbaycanda daha 543 yoluxma, 6 ölümBu gün Azərbaycanda 543 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 510 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumatda bildirilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

İndiyədək, ümumilikdə 25 113 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 16150 nəfər müalicə olunaraq sağalıb, 319 nəfər vəfat edib, 8644 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8217, ümumilikdə isə 584 466 test aparılıb.
Ermənilərin artilleriya divizionunun idarəetmə məntəqəsi məhv edildi - VİDEODüşmənin aktiv döyüş fəaliyyətinin qarşısının alınması məqsədilə görülən cəza tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin artilleriya divizionunun idarəetmə məntəqəsi bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
DTX-dan ordu ilə bağlı yalan məlumat yayanlara XƏBƏRDARLIQDövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan-Ermənistan sərhədində baş verən hadisələrlə bağlı məlumat yayıb.

DTX-dan Avrasiya.net-ə verilən məlumatda qeyd olunur ki, 2020-ci il iyulun 12-dən başlayaraq Ermənistanın silahlı qüvvələrinin bölmələrinin təxribatları nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib, qarşı tərəf mülki əhalini və yaşayış məntəqələrimizi atəşə tutub. Görülmüş cavab tədbirləri nəticəsində düşmənə ağır zərbələr endirilib, o, böyük itkilər verərək geri çəkilməyə məcbur edilib: "Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş hərbi qulluqçularımızın ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik. Bununla yanaşı, Azərbaycan-Ermənistan sərhədindəki döyüş əməliyyatları ilə bağlı ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının müdafiə qabiliyyətinə xələl gətirmək, əhali arasında çaşqınlıq və inamsızlıq yaratmaq üçün ayrı-ayrı sosial şəbəkələrdə və media səhifələrində məqsədyönlü şəkildə hadisələrin mahiyyəti barədə aşkar surətdə yalan və qərəzli, o cümlədən guya, ərazilərimizin bir hissəsinin düşmən tərəfindən tutulması, itkilərimizin sayının gizlədilməsi, hərbi mövqelərimizin və texnikanın ələ keçirilməsinə dair xəbərlər yayılmaqdadır.

Dövlət Təhlükəsizliyi Xidməti bəyan edir ki, bu cür dəqiqləşdirilməmiş və qərəzli məlumatların, mülahizələrin və paylaşımların heç bir əsası yoxdur. Azərbaycan xalqı bilməlidir ki, Silahlı Qüvvələrimiz düşmənin hücumlarının qarşısını qətiyyətlə almağa daim hazırdır. Ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə ən zəruri tədbirlər görülməkdədir. Cəbhə xəttində yaranmış gərgin vəziyyətdə vətəndaşlarımızın soyuqqanlı olmasını, heç bir təxribata uymamasını və dövlətçilik mövqeyindən çıxış etməsini olduqca zəruri hesab edirik.

Azərbaycan Ordusu, onun döyüş potensialının zəiflədilməsinə yönələn, habelə ərazi itkiləri və insan tələfatı barədə yoxlanılmamış və qərəzli məlumatlar yayan şəxslər haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ən sərt tədbirlər görüləcəkdir.

Bir daha vətəndaşlarımızdan milli həmrəylik nümayiş etdirməyi və yalnız rəsmi dövlət orqanlarının məlumatlarına istinad etməyi və inanmağı xahiş edirik".
"Paşinyan sərhəd təxribatına özü üçün “xilas kəməri” və ya “oksigen yastığı” kimi baxır"Əlisahib Hüseynov
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Biz son günlər nəyi müşahidə etməkdəyik? Deməli, Ermənistan hərbi birləşmələri növbəti dəfə təxribat törədərək Azərbaycanın Tovuz rayonu istiqamətində yerləşən mövqelərini ələ keçirmək məqsədi ilə mövqelərimizə hücüm edir və bu zaman ağır artilleriyadan, minomyotlardan istifadə olunur, rəsmi İrəvan isə görünməmiş bir həyasızlıqla baş verənlərə görə məsuliyyəti Azərbaycan tərəfinin üzərinə atmağa çalışır.

Düşmən eyni zamanda Naxçıvan istiqamətində də atəşkəsi pozaraq bizi daha bir təxribata çəkmək istəyir. Bu isə onu göstərir ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsini dinc müstəvidə həll etmək məqsədi, məramı yoxdur. Bu gün nə erməni xalqı, nə Ermənistanın siyasi qüvvələri, nədəki Ermənistan hakimiyyəti gerçək sülhə meylli deyil. Onlar həm psixoloji baxımdan, həm siyasi baxımdan, həm də sosial-iqtisadi baxımdan bugün bizimlə real sülh danışıqları aparmağa, torpaqlarımızı işğaldan azad edib bizimlə etibarlı və qalıcı sülh müqaviləsi imzalamağa hazır deyillər. Ermənistanın sərhədlərimizdə son təxribatının səbəblərinə də məhz bu kontekstdən yanaşmaq lazımdır.

Səbəblər hansılardır? Başlıca səbəb Paşinyan hakimiyyətinin bu yolla əhalinin diqqətini daxili problemlərdən yayındırmaq məqsədini güdməsidir. Paşinyan sərhəd təxribatına özü üçün “xilas kəməri” və ya “oksigen yastığı” kimi baxır. Bu mənada, Paşinyan erməni xalqının hissiyatı ilə, şovinist-millətçi psixologiyası ilə “oynamaq” yolunu seçib. O bir keçmiş jurnalist kimi öz xalqının psixologiyasını yaxşı bilir. Erməni cəmiyyəti istər siyasi planda, istərsə də sosial-iqtisadi müstəvidə təbəqələşmə baxımından nə qədər çox parçalanmış olsa da, lakin Qarabağ məsələsi və yaxud, Azərbaycana və Türkiyəyə qarşı birləşmək məsələsi ortaya gələndə ermənilər öz aralarındakı bütün umu-küsüləri, siyasi ixtilafları kənara qoyub dərhal bir araya gəlməyə başlayırlar. Daxili siyasətdə küncə sıxışan Nikol Paşinyan da bu gün məhz bu faktordan yararlanmağa çalışır.

Lakin ermənilərin millətçi hissləri ilə oynamaq Paşinyana çox baha başa gələ bilər. Onsuz da sonda belə də olacaq. Erməni ictimaiyyəti Paşinyanın təşəbbüsü ilə baş tutan sərhəd təxribatının ssenarisinin həm naşı hazırlanmasına görə, həm də çox bəsit taktikalar üzərində gerçəkləşdirilməsi ucbatından əks-effektlə nəticələnməsinə görə bir gün Paşinyanın yaxasından yapışacaq. Paşinyan və onun generaliteti o dərəcədə reallıq hissini itirib ki, onlar tələm-tələsik hazırladıqları Azərbaycana qarşı bu son sərhəd təxribatı planını həddindən artıq primitiv formada və həm də zəif, qeyri-inandırıcı mülahizələrlə hazırlayıblar. Baxın, onlar iddia edir ki, atəşkəsi məhz Azərbaycan tərəfi pozub və hərbçilərimiz guya UAZ markalı avtomobillə Ermənistan sərhədini pozmağa çalışıb. Bu olduqca gülünc və cəfəng iddiadır. Ən müasir hərbi-texniki təchizata malik olan ordumuz hücuma niyə məhz cəmi bircə hərbi avtomobillə keçməlidir? Bu iddiada hətta heç elementar səviyyədə də məntiq yoxdur. Bu cür absurd iddia ancaq Paşinyan-Tonoyan cütlüyünün generallarının ağlına gələ bilər.

Pandemiya ilə mübarizə apara bilməyən Ermənistan hakimiyyəti güclü Azərbaycanla savaşa biləcəyini düşünür. Öz vətəndaşlarının ən adi gündəlik cari sosial problemlərini, iqtisadi problemlərini həll edə bilməyən Paşinyan iqtidarı Azərbaycanı təxribata çəkməklə sıravi erməniləri aldada biləcəyini düşünür. Gün kimi aydındır ki, bu gün Tovuzda və Naxçıvanda baş verən silahlı insidentlər birbaşa erməni təxribatıdır. Ermənistan hakimiyyəti təxribat nəticəsində Azərbaycan ordusunun mövqelərini ələ keçirdiyini, canlı qüvvələrimizə və hərbi texnikamıza zərər yetirdiyini təbliğat vasitəsi kimi istifadə etməyi düşünürdü. Lakin Azərbaycan Ordusu Paşinyanın planlarını pozdu. Ermənistanın təxribatçı addımı cavabsız qalmadı. Azərbaycan ordusunun həyata keçirdiyi əks-hücum cavabı çox ağır oldu. Bunu Ermənistan KİV-lərindən və sosial şəbəkələrin erməni seqmentində yaşanan ajiotajdan, panikadan da hiss etmək, görmək mümkündür.

Ən maraqlısı isə budur ki, rəsmi İrəvanın bu təxribata əl atmasının digər səbəbi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) bu məsələyə cəlb etmək planları da boş çıxdı. Gözlənildiyinin əksinə olaraq bu dəfə KTMT açıq şəkildə Ermənistana arxa çevirdi və bununla həm Paşinyanı, həm də bütün erməniləri məyus etdi. Eləcə də ən yaxın strateji müttəfiqi sayılan Rusiyadan da heç cür dəstək ala bilməyən Ermənistan beləliklə, meydanda tək qaldı. Bu bir tərəfdən Azərbaycanın diplomatik və siyasi uğurudursa, eyni zamanda Ermənistan üçünsə sözün əsl mənasında fiaskodur. Ermənistanın KTMT üzrə müttəfiqlərini Azərbaycana qarşı birləşdirmək cəhdləri həqiqətən də böyük ölçüdə fiaskoya uğradı. Paşinyanın dar düşüncəsindən doğan avantürist planlar baş tutmadı. Beləliklə, işğalçı ölkə hərbi və siyasi cəbhədə ağır məğlubiyyətlə üzləşməli oldu.

Bu arada həm Türkiyənin, həm də İranın son günlər sərhədimizdə baş verən düşmən təxribatlarına sərgilədiyi münasibət də təqdirəlayiqdir. Belə ki, qardaş Türkiyə Cümhuriyyəti Ermənistanın atəşkəsi pozmasını şiddətlə qınadı və hər zamankı kimi Azərbaycanın yanında yer aldığını bildirdi. Eləcə də İran İslam Respublikası Xarici işlər nazirliyinin sözçüsü Seyyid Abbas Musəvi atəşkəsin pozulması zamanı Azərbaycan tərəfinin verdiyi itkilərlə bağlı təəssüfünü bildirdi və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasında İran tərəfinin vasitəçiliyə hazır olduğunu bir daha təkrarladı.

Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında söylədiyi bu fikirlər zənnimcə, Ermənistan rəhbərliyinə dərs olmalı və bütün erməniləri düşündürməlidir:”Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbçilərimizin qisası alınmışdır. Ermənistan tərəfinin bütün cəhdləri iflasa uğradı, Azərbaycan öz dövlət sərhədini qorudu və Ermənistan əsgərləri bir santimetr belə Azərbaycan torpağına keçə bilməmişlər. Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq, öz sərhədlərimizi qoruyacaq. Dünən günorta saatlarında və bu gün gecə düşmənə vurulmuş sarsıdıcı zərbələr bir daha onu göstərdi. Həlak olan hərbçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb və qalmayacaq”.

Paşinyan belə təxribatlarla, rüsvayçı üsullarla erməni xalqının problemlərini həll edəcəyini, aradan qaldıracağını düşünürdü. Lakin “bumeranq effekti” ilə üzləşdi. Onun bu cəhdləri hər hansı bir nəticə vermədi. Əksinə, Ermənistanın problemlərini bir qədər də artırdı. Eyni zamanda Paşinyan həm özünü, həm də ölkəsini beynəlxalq dəstəkdən məhrum etdi.
İraq türkmənlərindən dəstək - Sizinləyik, Azərbaycan!İraq Türkməneli Partiyasının sədri Riyaz Sarıkahya son günlər işğalçı Ermənistan hərbçilərinin Tovuz istiqamətindən Azərbaycana təcavüzü nəticəsində əsgər və zabitlərimizin ölümündən kədərləndiyini bildirib və Azərbaycan xalqına başsağlığı verib.

Partiyanın sədri R.Sarıkahya Avrasiya.net-ə bildirib ki, İraq türkmənləri həmişə Azərbaycanın yanındadırlar: "Azərbaycanın işğal edilən bütün torpaqları geri alınmalı, ölkənin ərazi bütövlüyü bərpa olunmalıdır. İraq türkmənləri Azərbaycanın haqlı işini müdafiə edir və hər zaman qanı, canı bir olan qardaşlarımızın yanındadır".

R.Sarıkahya onu da qeyd edib ki, dünya birliyi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçilik edən ATƏT-in Minsk qrupu Ermənistanın işğalçılıq siyasətinə göz yummamalıdlr: "Azərbaycan güclüdür, ordusu yenilməzdir. İnanırıq və ümid edirik ki, Azərbaycan bayrağı Şuşada dalğalanacaq. Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyir, qardaşlarımıza bu savaşda güc, qüvvət arzulayırıq. Sizinləyik, Azərbaycan!".
İraq türkmənlərindən dəstək - Sizinləyik, Azərbaycan!
Sən qalib gələcəksən!O xaricdə oturub bizə ağıl verənlər var e... – şərəfsiz, rəzil “söyüş terminatorları"nı nəzərdə tutmuram, adlarının önünə çeşidli epitetlər qoşub yekə-yekə danışanları deyirəm - çuval ağızlarını yumsalar yaxşıdır! “Qaranquşlar”ın vətəni olmur, VƏTƏN hər zaman olduğu kimi “boz sərçələr”indir.
Həzarat, siz bu ölkədən yaxşı həyat peşində qoşub özünüzə gün qayıranda, biz bu Vətənin ən ağır günlərini çiyinlərimizdə daşımışıq, həyatımızda yaşamışıq.

Bu səbəbdən də, danışmaq haqqı bütün çətinliklərə baxmayaraq, Vətənini, Millətini, Dövlətini, Torpağını gerçəkdən sevənlərin və tərk etməyənlərindir.
Bir gün öncə yazmışdım bu sözləri... Həm də üslubuma yad bir tərzdə, təkəbbürü boyunu bir neçə dəfə aşan, Azərbaycanı tarixi nağıllar üyütdüyü auditoriya ilə səhv salıb Vətəndə qalan hər kəsə dərs keçmək iddiasına düşən “alim” qırığının sözlərindən qəzəblənərək... Adam 1992-ci illərin havasıyla, sosial şəbəkələr yarandığı gündən hikkəli paylaşımları ilə natamamlıq komplekslərindən xilas olmağa çalışır, amma ola bilmir... Belələrinin sayı çoxdur, lap çox. Təəssüf ki, qarşımızdakı düşmənlə savaş içində ikən böyrümüzü, başımızı saran, İranda, Türkiyədə, Gürcüstanda, Rusiyada, Avropa ölkələrində, hətta uzaq Amerikada oturub “vətənsevər” görüntüsü arxasından bölücülük toxumu səpənlərlə mücadilə aparmaq məcburiyyətindəyik. Bu “tarixçi”, “hüquqşünas”, “mühəndis”, “molla”, “hüquq müdafiəçisi”, “jurnalist”, “blogger”, daha nə bilim kim... qırıqları bizə ermənidən betər düşmən kəsiliblər və yeri gəldi-gəlmədi tarixin arxivinə göndərdiyimiz siyasi proseslərin havasıyla, ilan kimi qıvrılaraq sosial şəbəkələrin Azərbaycan seqmentinə zəhər səpələyirlər.

Bir gün öncə, qəzəbimə tuş gələn birisi generallarımızın qurşaqdan aşağı şəkillərini paylaşaraq, “general şalvarlarının zolaqlarını uc-uca bağlasan Azərbaycan sərhədlərindən daha uzun olar” sözlərini yazmışdı... . Bu kinayə dolu, ütülü şərəfsizliyə bürünmüş sözlər paylaşılanda Azərbaycan sərhədlərində döyüş gedirdi... Azərbaycanın qəhrəman əsgər və zabitləri generallarla birlikdə canları bahasına Vətənin müqəddəs sərhədlərini qoruyurdular.

Heyf ki, sərhədlər bağlıdır... Belələrinin zəhər püskürən dillərinə, bölücülük paylaşan ələrinə əsgər çəkmələrinin bağı ilə Qordi düyünü vurardım ki, açmaq mümkün olmasın. Öz dillərini və əllərini özləri kəsmək məcburiyyətində qalsınlar.

Vətənin sərhədləri isə “zolaqla” yox, sevgi ilə ölçülür.
Əsgər sevgisiylə...
Zabit sevgisiylə...
General sevgisiylə...
Vətəndaş sevgisiylə...

Vətənin sərhədləri qan yaddaşımızdan boy atan düşüncəmizdən, daşının-torpağının qoxusunu çiçək ətri kimi nəfəsimizə çırpan dəli küləklərin yol aldığı ucalıqlardan başlayır. Azərbaycan sərhədlərinin uzunluğu ölümə meydan oxuyan şəhidlərin ŞƏRƏF VƏ NAMUS damarlarının uzunluğu qədərdir!

Bu gün hər yerdə savaş var! Sərhəddə, səngərdə, virtual məkanda..., hər yerdə! Düşmənin informasiya təxribatına, artıq sapı da özgələrin olan xainlərə, dönüklərə, şərəfsizlərə qarşı yalın əllə də savaşmaq olar!

Ayıq ol! Sosial şəbəkələrdə Azərbaycan adları arxasında yüzlərlə, minlərlə düşmən köpəyi gizlənib, ətrafa böhtan və yalan üfürürlər. Hər eşitdiyini, hər oxuduğunu həqiqət kimi qəbul etmə! Vətənə, Orduna sevgini, dəstəyini nümayiş etdirmək istəyirsənsə, əsgər və zabitlərimizin əzəmətli, məğubedilməz görüntülərini paylaş, sosial şəbəkələri Azərbaycan bayrağının rənglərinə bürü!

Düşmənin saxta və yalan məlumatlarına, bu məlumatlara uyanların yanlışlıqlarına biganə qalma, susma, “məndən ötdü” demə, müqavimət göstər, mücadilə apar, Vətəninin, Dövlətinin, Millətinin mövqeyini yorulmadan, usanmadan müdafiə et! Gerçək tarixinlə, haqlı mövqeyinlə, iti idrakınla, Vətən sevginlə silahlan!

Haqsızlığın içindә boğulan haqlar da var,
Sәddi keçilmәz olan ağır sınaqlar da var,
Kürәyinә sancılan qanlı bıçaqlar da var,
Əlindәn, ayağından çәkәn alçaqlar da var,
Ağrıların, dәrdlәrin olsa da dağlarla tәn,
Sәn qalib gәlәcәksәn!

...Ustad Zəlimxan Yaqubun şeiridir. Ruhu şad olsun. Hər sətrindən Böyük Qələbəyə inam, Vətənə sonsuz sevgi süzülür.

200 ildən çoxdur qanımıza susayıblar, paramparça ediblər, dilimizə, mədəniyyətimizə, milli varlığımıza qənim kəsiliblər, bizi məhv etməyə, Yer üzündən silməyə çalışıblar. Amma yenə də heçdən bir bayraq, bir dövlət yaratmışıq. Yoxdan var olmuşuq! Yurd yerlərimizə od vurublar – külündən alov kimi sıyrılmışıq! Bir olmuşuq, hürr olmuşuq, var olmuşuq!
Bu gün Azərbaycan ordusu tarixi türk-Azərbaycan döyüş ənənəsiylə savaşır. Generalı, zabiti – sərkərdələri əsgəriylə çiyin-çiyinə döyüşür, əsgərindən öndə atılır düşmən üzərinə! Bu gün minillərin o başından yol gələn döyüş ruhumuz ayaqdadır!

Bu gün MİLLƏT və DÖVLƏT olaraq dünyanın ən rəzil, ən hiyləgər, ən amansız, ən şərəfsiz düşməninə qarşı savaşırıq!

Bu gün 50 milyon azərbaycanlının ürəyi Azərbaycan sərhədlərində, işğal altında olan yurd yerlərimizdə döyünür!
Amma bu döyüntünün səsini bütün dünya duymalıdır!
Ehey, Güneydə, Qüzeydə, Doğuda, Batıda Azərbaycan adına var olan yurddaşım, həmvətənim, doğmam, əzizim, səsini ucalt, varlığını, birliyini nümayiş etdir!
Unutma, sən qalib gələcəksən!

Elçin Mirzəbəyli
İrəvan etiraflara başladı: erməni zabitlər məhv edildiAzərbaycan ordusunun açdığı atəş nəticəsində Ermənistan ordusunun iki hərbçisi məhv edilib.

Avrasiya.net xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi yayıb. Məhv edilənlərin mayor Qaruş Ambarçumyan və kapitan Sos Elbakyan olduğu vurğulanıb.

Qeyd edək ki, bu, Ermənistan tərəfindən itkiləriylə bağlı indiyə qədər edilən ilk açıqlamadır. Bundan öncə yalnız 5 yaralının olduğu bildirilmişdi.

***

Ermənistan Tovuz istiqamətində təxribatına cavab olaraq Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində verdiyi itkilərdən daha ikisini rəsmən etiraf edib.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan kiçik serjant Smbat Qabrielyan və kiçik serjant Qrişa Matevosyanın da Azərbaycan Silahlı Qüvvələri tərəfindən döyüşdə məhv edildiyini bildirib.

Azərbaycan MN-in məlumatına görə, düşmən 100-dən artıq əsgər itirib.

Azay Quliyev QHT-lərə müraciət etdiPrezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məlsizin deputatı Azay Quliyev müraciət yayıb.

Avrasiya.net-in məlumatına görə, müraciətdə deyilir:

- Hörmətli Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri,

Əziz həmkarlar,

Məlum olduğu kimi, Ermənistanın hərbi təxribatı nəticəsində iyulun 12-dən etibarən Tovuz istiqamətində şiddətli döyüşlər gedir. Düşmən ciddi itgilər verərərək geri otuzdurulsa da döyüşlər ara vermir. Düşmən hücumunun qarşısının alınmasında qəhrəmancasına döyüşərək şəhid olanlarımız var. Bu gün isə Azərbaycan Ordusunun generalı Polad Həşimov şəhid olub. Generalı şəhid olan Ordu döyüşən Ordudur və o, qalib gəlməklə qisasını alacaq. Mən, rütbəsindən, vəzifəsində asılı olmayaraq, bu amansız və güzəştsiz müharibədə şəhid olmuş bütün zabit və əsgərlərimizə Allahdan rəhmət diləyirəm!

Əziz həmkarlar,

Mənfur düşmən, torpaqlarımıza hücum edən işğalçı erməni ordusu qat-qat və daha çox itki verib. Hazırda düşmən ölkənin hərbi analitikləri məlumatları gizlətmək, yalnış məlumat yaymaq, məğlubiyyətlərini ört-basdır etməklə məşğuldular. Bu məqsədlə düşmən təhrif edilmiş məlumatların, dezinformasiya xarakterli xəbərlərin bizim mediada və sosial şəbəkələrdə yayımlanmasına ciddi-cəhdlə çalışır.
Belə bir məqamda ölkəmizin vətəndaş cəmiyyətinin nümayəndələri olaraq hər birimizin vəzifəsi ordumuza, qəhrəman əsgər və zabitlərimizə mənəvi dəstək vermək, sosial mediada paylaşılan qeyri-rəsmi, yoxlanılmamış və təxribat xarakterli xəbərləri yaymaqdan çəkinməkdir. Biz vətəndaş cəmiyyətinin nümayəndələri informasiya müharibəsində virtual əsgərə çevrilməli, düşmənin dezinformasiyasının qarşısının alınması üçün sinəmizi irəli verməli, haqq səsimizin dünyaya çatdırılması üçün bütün güclərimizi səfərbər etməliyik.

Bunları əsas götürərək, Azərbaycanda fəaliyyət göstərən bütün QHT-lərə müraciət edib aşağıda qeyd olunan məsələləri nəzərə almalarını xahiş edirəm:

1) Ordumuza mənəvi dəstək vermək, milli vətənpərvərlik ruhunu daha da gücləndirmək üçün sosial şəbəkə hesablarınızdan hər biriniz xüsusi paylaşımlar edin və bunu #orduyadəstək həştaqı ilə paylaşın;
2) Sosial şəbəkələrdə hərbi əməliyatlarla bağlı yalnız Müdafiə nazirliyinin və rəsmi qurumların məlumatlarına istinad edin və onları paylaşın;
3) Düşmən tərəfindən informsiya məkanımıza ötürülən və onların daxili və xarici uzantıları tərəfindən tirajlanan bütün məlumatlara (şərhlərə) dərhal reaksiya verin və belə təxribatların vaxtında qarşısının alınmasına köməklik edin;
4) Ermənistanın hərbi mövqelərimizə, kəndlərimizə və mülki əhalimizə qarşı etdiyi hərbi təcavüz haqqında müxtəlif xarici dillərdə məlumat hazırlayıb əməkdaşıq etdiyiniz və tanıdığınız bütün təşkilatlara, beynəlxalq qurumlara və xarici ölkələrdə fəaliyyət göstərən QHT-lərə təqdim edin;
5) Belə çətin və həssas məqamda dövlət-xalq birliyinin, ümumilli həmrəyliyin və ictimai-siyasi sabitliyin daha da güclənməsinə və qorunmasına dəstək olun və bu birliyi və sabitliyi pozmağa çalışanlara qarşı prinsipial mövqeyinzi ifadə edin.

Əziz həmkarlar,

Əminəm ki, Siz vətənpərvər və məsuliyyətli vətəndaş kimi qeyd etdiyim məsələlərin indiki zamanda nə qədər vacib və əhəmiyyətli olduğunu yaxşı bildiyinizdən bu istiqamətdə bütün potesnialınızı səfərbər edəcək və xalqımızın haqq işinə öz dəyərli töhfənizi verəcəksiniz.