Var olsun rəşadətli Azərbaycan ordusu!Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Tovuz istiqamətində düşmənə sarsıdıcı zərbələr vurulur. Çox təəssüf hissi ilə qeyd edirik ki, ordumuzun qətiyyəti içimizdə olan bəzi anti-milli ünsürləri ciddi narahat edir. Düşmən dəyirmanına su tökən, öz xislətindən əl çəkməyərək ordumuzun və rəhbərimizin yanında olmaq əvəzinə təxribatçılıqla məşğul olan, ermənilərin əlinə oynayan, dövlət müstəqillyimizin qəsdinə duran qüvvlərin tapşırığını canfəşanlıqla yerinə yetirən, vətəninə və xalqına xəyanət edən, Şuşanın və Laçının işğalında birbaşa əli olan Rəhim Qazıyev təxribatçı əməllərinə görə cavab verməlidir.

Belə bir həssas vaxtda, şəhidlər verdiyimiz bir zamanda Rəhim Qazıyevin fəallaşması, yaranmış şəraitdən sui-istifadə edərək adamları özbaşınalığa və itaətsizliyə çağırması düşmənin xüsusi ximət orqanlarının tapşırığının icrasından başqa bir şey deyildir.

Elə də uzaq olmayan yaxın tarixdə onun səriştəsiz Müdafiə naziri kimi hansı bacarığa və ağıla sahib olduğunu yaxşı görmüşük. Torpaqlarımızın itirilməsində birbaşa əli olan, bu səriştəsiz və məsuliyyətsiz adamın çıxışları bizlərdə hiddət və qəzəb doğurur. Onun Azərbaycana etdiyi xəayəni
xalqımız unutmayıbdır.

Biz o dövrü görmüş ağsaqqallar xalqımızı, insanlarımızı Ali baş komandan, Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşməyə çağırırıq. Bilirik ki, torpaqlarımızın azadlığı, milli həmrəliyimizdən və Ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin ətrafında sıx birliyimizdən keçir. Biz Ali Baş Komandanımıza güvənir, ordumuza inarır və zəfər qazanacağımız günə inanırıq.

Var olsun qətiyyətli dövlət başçımız, var olsun rəşadətli Azərbaycan ordusu!

Kəlbəcər Ağsaqqalları
"Azərbaycan Ordusu güclüdür, təxribat törədən düşməni cəzalandıra bilir" Elşad Musayev
Böyük Azərbaycan Partiyasının sədri

Dünəndən ölkəmiz, insanlarımız ayaq üstündədir.Düşmən ölkəmizə növbəti dəfə hücum etdi. Ermənistan silahlı qüvvələri Tovuz rayonu istiqamətində mövqelərimizi ələ keçirməyə cəhd etdi. Qəhrəman əsgərlərimiz, Milli Ordumuz tərəfindən hücumun qarşısı alındı, düşmənə layiqli cavab verildi, ermənilər yerlərinə otuzduruldu, xeyli düşmən əsgəri və zabiti öldürüldü, hərbi texnikası sıradan çıxarıldı. Təəssüflər olsun ki, biz də bu döyüşdə şəhid verməli olduq. Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin.

Son dövrlər ölkə daxilində pandemiyadan başqa da bir gərginlik hiss olunurdu, nəticədə ermənilərin növbəti təxribatı ilə üzləşməli olduq. Torpaqlarımız işğaldan tam azad olana qədər hər dəqiqə, hər an belə təxribatlar bizi gözləyir. Odur ki, tədbirli və güclü olmalı, ərazilərimizi işğaldan azad etmək üçün əməli tədbir görməliyik. Düşmən də, onu dəstəkləyənlər də bizim qərarlığımızı və gücümüzü hiss etməlidir.

Sevindirici haldır ki, insanlarımızda ruh yüksəkliyi, düşmən üzərinə yerimək istəyi, igid əsgərlərimizə sevgi və ümumxalq dəstəyi var. İndi birlik, bərabərlik zamanıdır. Millətin böyüklüyü belə yerdə bilinir. Bütün gücümüz Vətənə, Milli Ordumuza, Dövlətimizə dəstək istiqamətinə yönəlməlidir. Heç bir, pessimizmə və təxribata yer verilməməlidir. Təslimçilik ruhu yayan, əsgərimizə dil uzadan kimsə bağışlanmamalıdır. Onsuz da bu mübarizədə ermənilərin qalib gəlmə şansları yoxdur. Ermənistanda sosial-iqtisadi vəziyyət, siyasi qüvvələr arası münasibətlər, pandemiyanın səviyyəsi, Paşinyan iqtidarının öz xalqı arasında nüfuzu ürək açan deyil.

Onlar gündəmi dəyişmək, xaricdən pul dilənmək üçün belə təxribatlardan dəfələrlə istifadə ediblər. Amma indi belə təxribatlar keçmir, çünki Azərbaycan Ordusu güclüdür, təxribat törədən düşməni cəzalandıra bilir.

Azərbaycan haqlı mübarizəsində tək deyil. Qardaş Türkiyədən gələn dəstək mesajları dediklərimizin sübutudur və təqdir olunmalıdır. Soydaşlarımıza tövsiyəm ondan ibarətdir ki, Türkiyə ilə bağlı həssas məsələlərdə ehtiyatlı olsunlar. Ayasofiya muzeyinin məscidə cevrilməsi ilə bağlı ölkəmizdə qaldırılan isterikanı, sosial şəbəkələrdə çoxlarının etiraz şüvənlərini, Roma Papasından çox katolik olmalarını sübut etmə cəhdlərini anlamaq çətindir. Bu Türkiyənin daxili məsələsidir və biz nə Ayasofiyaya, nə də başqa bir şeyə görə Türkiyə ilə, onun rəhbərliyi ilə düşmən ola bilmərik.

Türkiyə bizim qardaş ölkəmizdir və öz ölkəmizdir, yalnız Türkiyə güclü olandan sonra türkdilli dövlətlər və bütövlükdə türk dünyası rahat nəfəs alacaqdır. Bizim həm də dövlət maraqlarımız Türkiyənin güclü olmasını tələb edir. Türkiyə güclü olacağı təqdirdə ermənilər də, onların havadarları da ərazilərimizə göz dikməyə risq etməyəcəklər. Yəni, Qarabağ probleminin həlli həm Azərbaycanın, həm də Türkiyənin güclü olmasından keçir. Odur ki, dostumuzu, düşmənimizi seçək.

Biz onsuz da düşməndən güclüyük, sadəcə qüvvələri səfərbər edək, qərarlı və tədbirli olaq. Sonda biz qalib gələcəyik!
Zəfər qazanacağımıza əminikMəsuliyyətsiz davranışları və çıxışları ilə hər zaman təxribatçı mövqe tutan, müstəqil dövlətçiliyimizə zidd qüvvələrin marağı ilə hərəkət edən, Şuşanın və Laçının işğalında birbaşa əli olan Rəhim Qazıyev tərəfindən Laçın alayının ləğv edilməsi məğlubiyyətimizin əsas başlanğıcı oldu.

Ermənistanla sərhəddə, Tovuzda qanlı döyüşlərin getdiyi, şəhidlər verdiyimiz bir vaxtda onun yenidən fəallaşıb, təhrikçiliyə əl atması, adamları özbaşınalığa, itaətsizliyə çağırması düşmən dəyirmanına su tökməkdən başqa bir şey deyildir.

Müdafiə naziri olduğu on bir ay ərzində Rəhim Qazıyevin hansı “bacarığın” sahibi olduğunu görmüşük. Torpaqlarımızın itirilməsində birbaşa əli olan, bu səriştəsiz və məsuliyyətsiz adamın çıxışları bizi əsəbiləşdirir. O, Azərbaycan üçün edə biləcəyinin ən pisini etdi.

İndi isə etdiyi çıxışlara sadəcə bir sözümüz var - Ayıbdır!
Biz döyüşçülər, xalqımızı, insanlarımızı Ali baş komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşməyə çağırırıq. Torpaqlarımızın azadlığı, doğma yurdlarımıza qayıdışımız ümummilli lider Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında mümkündür. Biz bu günü gözləyir və zəfər qazanacağımıza əminik.
Var olsun dövlətimiz, var olsun Azərbaycan ordusu!
Zəfər qazanacağımıza əminik
Laçın qaziləri
Təxribatlar Ermənistan rəhbərlərinin yeganə ümid yeridirƏlisahib Hüseynov
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Dünən dövlət sərhədlərimizin Tovuz rayonu istiqamətində Ermənistanın silahlı qüvvələrinin həm artilleriya, həm də tank atəşlərindən istifadə etməklə, növbəti dəfə atəşkəsi pozaraq mövqelərimizi atəşə tutmasının pərdəarxası nədən ibarətdir? Rəsmi İrəvan bununla hansı niyyətləri güdürdü və həmin niyyətlərinə, məqsədinə nail oldumu?

Mən dünən əsgərlərimizin düşməni geri oturtduğu saatlarda isti izlərlə yazdığım şərhdə düşmənin bu niyyətləri ilə bağlı fikirlərimi qısaca qeyd etmişdim. Bu gün fürsətdən istifadə edib bu məsələyə bir qədər daha geniş şəkildə toxunmaq istəyirəm. Məlum məsələdir ki, düşmən tərəfindən atəşkəs rejimi hər gün pozulur. Biz artıq buna öyrəşmişik. Düzdür, əsas funksiyası məhz təmas xəttində atəşkəs rejiminin pozulması hallarının monitorinqinin aparılması olan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, xüsusi səfir Andjey Kaprşik Ermənistan tərəfindən atəşkən hər gün pozulduğuna göz yumsa da, amma bu reallıqdır və bu həqiqəti heç kim dana bilməz. Lakin pandemiya şəraitində baş verən dünənki atəşkəs pozuntusu heç də əvvəllər vərdiş etdiyimiz pozuntuların bir çoxu sıradan bir pozuntu deyildi. Budəfəki atəşkəs pozuntusu planlı, məqsədyönlü, ssenarili, sistemli bir təxribat idi. Odur ki, dünən sərhəddə baş verən olaylar özüylə bərabər bir sıra suallar da ortaya çıxardı.

İlk növbədə ondan başlayaq ki, Ermənistan bir müddət öncə BMT-nin Baş katibi A.Quttereşin pandemiya ilə əlaqədar olaraq dünyadakı münaqişə ocaqlarında tərəflərin 90 günlük atəşkəs rejiminə qoşulmasına çağırış etməsini az qala dördəlli dəstəkləyən və həmin vaxt Azərbaycanı təcavüzkarlıqda ittiham edən Ermənistan hökuməti indi birdən-birə nə baş verdi ki, BMT şefinin hələ mürəkkəbi qurumamış çağrışının ziddinə gedərək, Azərbaycana qarşı belə bir hərbi təxribata əl atdı? Bu ilk növbədə pandemiyanın Ermənistanda yaratdığı olduqca acınacaqlı, sarsıntılı vəziyyətdən irəli gəlir. Pandemiya müharibəsinə uduzan Ermənistan Azərbaycana qarşı gerçək müharibəyə başlamaqla vəziyyətdən çıxmağa çalışır.

Məsələ burasındadır ki, Paşinyan pandemiyanın Ermənistanı bu dərəcədə dərin bataqlığa sürükləyəcəyini gözləmirdi. Pandemiya “inqilabçı” Paşinyanla erməni cəmiyyəti arasında böyük uçurum və inamsızlıq, etimadsızlıq yaratdı. Bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanılır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Paşinyanın təcrübəsizliyi və səriştəsizliyi onsuz da mürəkkəb olan vəziyyəti bir qədər də gərginləşdirir. Paşinyan bu vəziyyətdən çıxmaq üçün təcili çıxış yolları axtarırdı. Dünən Ermənistan-Azərbaycan sərhədində baş verən təxribat da məhz buna - Paşinyan hakimiyyətinin xarici düşmən mövzusunu qabartmasına və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri bu yolla gündəmdən çıxarmasına, arxa plana atmasına hesablanıb.

Paşinyan hesab edir ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq. Amma bu tamamilə yanlış yanaşmadır, kökündən səhv proqnozdur. Paşinyana bu məsləhəti verən, belə bir avantürist fəaliyyət planını təqdim edən ekspertlər, müşavirlər əslində ciddi şəkildə yanılıblar. Çünki hazırda Ermənistanda hakimiyyətə qarşı həm xalqın, həm də müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Artıq Paşinyanın hakimiyyətinin süqutu prosesi geridönməz xarakter alır. Odur ki, Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdləri boş bir xülyadır. Bu cəhdlər hər hansı bir müsbət nəticə verə bilməz. Nəticə yalnız mənfi nəticə ola bilər və oldu da. Dünən Milli Ordumuz tərəfindən görülən adekvat cavab tədbirləri düşmənə həqiqətən də layiqli cavab oldu. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzduruldu, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi şəkildə zərər yetirildi və beləliklə, Ermənistanın təxribatna növbəti dəfə qətiyyətli cavab verilmiş oldu. Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusu Ermənistanın hərbi bölmələrinin mövqeyinə güclü zərbə endirib, nəticədə düşmənin texnikası və canlı qüvvəsi məhv edilib.

Ola bilsin ki, Ermənistan rəhbərliyi və generaliteti belə bir adekvat və qüvvətli əks-zərbəni gözləmirdi. Lakin cavab Aprel döyüşlərində olduğu kimi çox güclü və effektiv oldu. Düşmən ciddi şəkildə məğlubiyyətə uğradıldı. Ona görə də, növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan hakimiyyətinin indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti aldatmağa çalışması tamamilə təbiidir. Azərbaycan Ordusunun güclü cavab zərbəsindən pərt olan və diskomfort vəziyyətinə düşən Ermənistan hakimiyyətinin uydurmaları, ölənlər haqqında məlumatları gizlətməsi başa düşüləndir. Lakin Paşinyan hökumətinin bu cür riyakar davranışı, xüsusən də Müdafiə naziri David Tonoyanın dünənki insident nəticəsində baş verən ölüm faktlarını gizlətməyə çalışması Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurub. Düşmən ölkədə etiraz aksiyalarına başlanılıb, fəallar sosial şəbəkələrdə Ermənistan hakimiyyətini ciddi tənqid edirlər.

Paşinyan iqtidarı qaş qayırmaq istədiyi yerdə, necə deyərlər gözü də çıxardı. Azərbaycana qarşı hərbi təxribata əl atmaq yoluyla pandemiyanın yaratdığı həm sosial-iqtisadi, həm də siyasi böhrandan diqqətləri yayındırmaq istəyən Paşinyan, bu cür bərbad hərbi-siyasi taktikası ilə böhranı əksinə, bir qədər də dərinləşdirmiş oldu. Bu mənada, Ermənistanı hakimiyyətinin guya Azərbaycan hərbi bölmələrinin mövqeyini ələ keçirməsi, yeni yüksəkliklər əldə etməsi barədə irəli sürdüyü iddiaları da artıq Paşinyana kömək etmir. Yalan və dezinformasiyaların kölgəsinə sığınan Paşinyan bu cür yanlış taktikaları ilə hazırda Ermənistanda yaşanan gərginliyi bir qədər də qızışdırır. Paşinyan bir-birinin dalınca ciddi səhvlərə yol verir və suda boğulan, saman çöpündən yapışan adam misali, hətta feyk xəbərlər yaymaqdan, dünənki məğlubiyyətlərini qələbə kimi təqdim etməkdən, ucuz piara əl atmaqdan da çəkinmir. Ancaq Paşinyanın erməni ictimaiyyətini bu kimi sarsaq üsullar və manevrlərlə aldatması mümkünsüzdür. Artıq Ermənistan ictimaiyyəti, xüsusən də gənc fəallar, sosial şəbəkə istifadəçiləri Paşinyanın yalanlarını, iddialarını ironiya ilə qarşılayırlar.

2016-ci ildə də buna bənzər bir hal yaşanmışdı. Həmin vaxt Serj Sərkisyan da eyni səhvlərə yol vermiş və ölkəsindəki böhrandan diqqətləri yayındırmaq üçün cəbhədə avantüraya əl atmışdı. Lakin Azərbaycanın Silahlı Qüvvələri indi olduğu kimi həmin vaxt da yüksək döyüş əzmkarlığı ilə düşmən təxribatının qarşısını aldılar və Ermənistana şok yaşatdılar. Amma görünən budur ki, Nikol Paşinyan öz sələfinin acı aqibətindən düzgün nəticə çıxara bilmədi və eyni səhvi təkrarlamaq yolunu seçdi. Millətçilik bütün yaramazların son sığınacaq yeri olduğu kimi, müharibə və təxribatlar da Ermənistan rəhbərlərinin yeganə ümid yeridir.

Dünənki təxribatın heç şübhəsiz ki, geosiyasi anlamı da var. Məsələnin geosiyasi tərəfinə iki aspektdən yanaşa bilərik. Birinci aspekt Cənab Prezidentimizin bu yaxınlarda Azərbaycan televiziyalarına verdiyi geniş müsahibədə istər sülh danışıqlarının gedişatı baxımından, istərsə də Ermənistanın həm təmas xəttində, həm də sərhəddə tez-tez törətdiyi təxribatlara münasibət bildirmək baxımından Minsk Qrupunun fəaliyyətsizliyini tənqid etdi. İlham Əliyev haqlı olaraq beynəlxalq vasitəçilərdən Ermənistanın hər bir təxribatına vaxtında və təsirli reaksiya verilməsini tələb etdi. Həmin müsahibəsində dövlətimizin başçısı bir daha tutarlı dəlillər və məntiqi əsaslarla Ermənistanın işğalçı siyasətini ifşa etdi və dünya ictimaiyyətinə doğru-düzgün bilgilər verdi. Lakin Ermənistan hakimiyyətinin Azərbaycanın dövlət başçısının bu ədalətli ittihamlarına reaksiyası təəssüf ki, hər zamankı kimi bu dəfə də qeyri-konstruktiv və davakar məzmunda oldu. Ermənistan qəsdən sərhəddə təxribat törədərək, dünya ictimaiyyətini atəşkəsin məhz Azərbaycan tərəfindən törədildiyinə inandırmağa çalışdı. Lakin dünya ictimaiyyətini bu yalana inandırmaq mümkün deyil. Biz dünya mətbuatını, nüfuzlu xarici ekspertlərin dünənki təxribatla bağlı şərhlərini izləyirik, oxuyuruq. Heç kim Ermənistan hakimiyyətinin dezinformasiyalarına inanmır.

Ermənistanın atəşkəsi pozmasının, ağır silahlardan istifadə etməklə sərhəddə təxribat törətməsinin digər geopolitik aspekti isə BMT-nin pandemiya ilə bağlı xüsusi sessiyası ilə bağlıdır. Təxribatın məhz bu sessiyaya hazlrlıq dövrünə təsadüf etməsi bir daha ənənəvi erməni xəbisliyini, xislətini ortaya qoyur. Belə ki, bu sessiyanın Azərbaycanın təşəbbüsü ilə icraya qəbul edilməsini Ermənistan rəhbərliyi heç cürə həzm edə bilmir. Çünki bu sessiyanın keçirilməsi ilə bağlı qərarın verilməsi prosesində Ermənistan təkləndi və rüsvayçı vəziyyətə düşdü. Zənnimcə, bu vəziyyət düşmən ölkənin rəhbərliyində həm məyusluq, həm də ciddi qəzəbə səbəb olub. Erməni xalqı heç şübhəsiz ki, Paşinyandan beynəlxalq siyasət müstəvisində Ermənistanın məruz qaldığı bu ağır məğlubiyyətin izahını, hesabını istəyəcəkdi. Paşinyan isə vəziyyətdən çıxış yolunu avantürada gördü. O, sərhəd təxribatı ilə həm erməni ictimaiyyətinin gözünə kül üfürməyə cəhd göstərdi, həm də dünyanın diqqətini Azərbaycanın təşəbbüsü ilə hazırlanmaqda olan mötəbər tədbirdən yayındırmağa çalışdı. Lakin fiasko ilə üzləşdi.
DTX Rəhim Qazıyevi saxladı: cinayət içi açıldıAzərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə açıqlama yayıb.

Avrasiya.net açıqlamanın mətnini təqdim edir:

Məlum olduğu kimi, 2020-ci il iyulun 12-də Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından mövqelərimizi atəşə tutmuşlar. Görülən adekvat tədbirlər nəticəsində düşmənə ağır zərbə endirilib və o, ciddi itkilər verərək geri oturdulmuşdur. Düşmən təxribatlarının qarşısı alınarkən Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçularının ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara tez bir zamanda sağalmaları üçün şəfa diləyirik.

Cəbhədə baş vermiş döyüşlər zamanı xalqımızın hər zaman olduğu kimi nümayiş etdirdiyi milli həmrəylik və birliyindən, vətəndaş-dövlət vəhdətindən narahat olan düşmən dairələr və antimilli qüvvələrin respublikada ictimai-siyasi sabitliyi, əmin-amanlığı pozmağa, dövlətin, onun ordusunun və digər strukturlarının sistemli fəaliyyətinə zərbə vurmağa uğursuz cəhdləri müşahidə edilməkdədir. Bir qrup şəxs öz çirkin niyyətlərini yerinə yetirmək üçün dövlət sərhədində baş vermiş düşmən təxribatlarından sui-istifadə edərək Silahlı Qüvvələrimizi, Azərbaycan əsgərini, həmçinin hakimiyyət və hüquq mühafizə orqanlarını gözdən salmaq, onlara inamsızlıq yaratmaq, Azərbaycan Respublikasının müdafiə qabiliyyətinə xələl gətirmək məqsədilə sosial media səhifələrində əhali arasında çaşqınlıq, ölkədə qarışıqlıq yaratmağa yönələn məlumatlar yaymağa başlamış və dövlət əleyhinə açıq çağırışlar etmişlər.

2020-ci il iyulun 12 və 13-də sabiq müdafiə naziri Rəhim Qazıyevin Azərbaycan-Ermənistan sərhədində düşmənin təxrtibatları ilə bağlı döyüş əməliyyatlarının aparıldığı və bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verildiyi bir vaxtda, məqsədyönlü şəkildə sosial şəbəkələr vasitəsi ilə hadisələrin mahiyyəti barədə aşkar surətdə həqiqətə uyğun olmayan xəbərlər yayıb Azərbaycan Respublikasının müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər edərək, insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etməklə təxribat törətməsinə əsaslı şübhələr müəyyən olunmuşdur.

Rəhim Qazıyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə başlanılmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılmışdır.

Azərbaycan Respublikasının informasiya sahəsində milli maraqlarına, həmçinin “Dövlət sirri haqqında”, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarının və digər qanunvericilik aktlarının tələblərini qəsdən pozaraq dövlət sirri təşkil edən, ölkəmizin müdafiə potensialına, Silahlı Qüvvələrimizin və ordumuzun döyüş qabiliyyətinə zərər vuran dəqiqləşdirilməmiş, qərəzli, ictimai rəyi çaşdırmaq məqsədi güdən məlumatların yayılması yolverilməzdir.

Eyni zamanda bir daha diqqətə çatdırılır ki, Azərbaycan Respubliksının milli mənafelərinin və təhlükəsizliyinin qorunmasında xalqın həmrəyliyi sarsılmazdır, düşmən həmlələrinə, antiazərbaycan qüvvələrə və onların maraqlarına xidmət edənlərin xaos, anarxiya və təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınmışdır və bundan sonra da qətiyyətlə alınacaqdır.

Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Azərbaycanın güclü ordusu var - QHT sədriBu gün Azərbaycanın güclü ordusu var və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.

İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutaraq hücuma keçməyə cəhd göstəriblər.
Azərbaycan Ordusunun həyata keçirdiyi adekvat tədbirlər nəticəsində düşmən itki verərək geri otuzdurulub. Yayılmış videolardan da göründüyü kimi, Azərbaycan Ordusunun qətiyyətli cavabı ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Dünənki təxribat son vaxtlar Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o, cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə Toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının koronavirusla bağlı xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi və bu təşəbbüsün də dünyanın 130 dövləti tərəfindən dəstəklənməsi erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən qüvvələi ciddi narahat etməsi və eyni zamanda Paşinyan hakimiyyətinin həm beynəlxalq ictimayyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində ölkəni səmərəsiz idarə etmələrindən doğan problemlərdən diqqəti yayındırmaq idi.

Belə ki, o, dəfələrlə belə fəndlərdən istifadə edib. Hazırda Paşinyan çox ağır daxili vəziyyətə düşüb, ona qarşı müxalifət partiyalarının vahid bloku yaranır, hakimiyyəti qəsb etməkdə, ölkənin idarəçiliyindəki səriştəsizlikdə, koronavirusla mübarizəni yarıtmaz aparmaqda ittihamlar səsləndirilir. Belə bir vəziyyətdə Paşinyan ictimaiyyətin diqqətini öz problemlərindən yayındırmağa çalışırdı. Amma bu da baş tutmadı. Əksinə öz cinayətkar əməlləri ilə növbəti dəfə öz xalqını ağır itkilərə məruz qoydu. Sosial mediada yayılan görüntülərə əsasən, paytaxt İrəvanda mülki şəxslərlə polis arasında qarşıdurma yaşanır.Məlumata görə, əhali Müdafə Nazirliyi binası qarşısında ötən gün Ermənistan-Azərbaycan sərhədində baş verən insident barədə dəqiq informasiya və ölənlərin meyitini, həmçinin saylarının açıqlamasını tələb edir.Fəallar sosial şəbəkələrdə Ermənistan hakimiyyətini ciddi tənqid edirlər, Paşinyan hakimiyyətinin guya Azərbaycan hərbi bölmələrinin mövqeyini ələ keçirməsi, yeni yüksəkliklər əldə etməsi barədə iddialarını ironiya ilə qarşılayırlar. İyulun 12-də baş vermiş hadisə bütün xalqımız tərəfindən hiddətlə qarşılandı. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səsləndirməsi, Səfəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsinə çoxlu sayda gənclərimizin könüllü olaraq döyüşə getmək üçün müraciət etməsi cəmiyyətimizdə vətənpərvərlik hissinin yüksək olduğunu bir daha nümayiş etdirdi.

Lakin indi 1990-cı illərin əvvəli deyil ki, nizami ordu olmadığına görə, vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar. Buna görə də bəzi sosial şəbəkə istifadəçilərinin silaha sarılmaq, cəbhə bölgəsinə getmək çağırışları ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri yolverilməz və qəbul olunmazdır.Bu cür təşəbbüslər yalnız düşmənlərimizi sevindirə, ölkəmiz, silahlı qüvvələrimiz haqqında uydurmalarını daha da genişləndirməyə imkan yarada bilər. Bu gün Azərbaycanın güclü ordusu var və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.

Ailə Dünyası” Ailələrə Hüquqi Yardım İctimai Birliynin sədri - Gülayə Səfərova
Pakistan ya səriştəsizdir, ya da terrorda iştirak edirPakistan torpağında baş verən ən qanlı terror hadisələrindən birinin törədilməsində cavabdeh olan qrup "Tehreek-i Taliban Pakistan" ın keçmiş nümayəndəsi Ehsanullah Ehsan, həbsindən üç il sonra, 2020-ci ilin fevral ayında yüksək səviyyəli təhlükəsizliyi olan həbsxanadan "qaçdı". Ehsan'ın Türkiyəyə qaçdığı iddia edilərkən, dəlillər onun Pakistanda bu ölkənin Xidmətlərarası Kəşfiyyatının himayəsində qaldığını irəli sürür.

Xarici rəsmilər və diplomatlar Pakistanın terror qrupları ilə ikiüzlü hərəkətini tənqid edərkən, Pakistan hakimiyyəti tez-tez hiddətlənir: Pakistanın terrora qarşı müharibəsi zamanı minlərlə Pakistan əsgəri və mülki şəxs həyatını itirdi. Lakin bu fakt Pakistan hakimiyyətinin terrorla əlaqəli olduğuna bəraət qazandırmır. Bir çox ölkə hüdudlarından kənarda siyasi məqsədlərinə çatmaq üçün islamçı radikallara sponsorluq etməyə çalışırlar. Məsələn, Səudiyyə Ərəbistanı, onilliklər boyu, o cümlədən Pakistanda radikalizmi maliyyələşdirdi, yalnız Səudiyyə monarxiyası əvvəllər işlədiyi şəxslərdən əziyyət çəkməyə başlayanda terror maliyyəsini dayandırdı. Suriyada vətəndaş müharibəsi başlamazdan bir neçə il əvvəl Prezident Bəşər Əsəd cihadçılara qonşu İraqa ərazisindən yeraltı dəmir yolu kimi istifadə etməyə icazə verdi. Eyni şəkildə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı İslamçı qrupları yetişdirdi və yalnız Türkiyənin geri zərbədən əziyyət çəkməsi üçün kömək etdi.

Sıravi Pakistanlılar təngə gəldilər. 2014-cü ildə Pakistanın Peşavarda yerləşən Ordu dövlət məktəbinə Tehrək-i Taliban Pakistanın hücumu nəticəsində oğlu ölən Fəzal Xan, Xidmətlərarası Kəşfiyyat direktoru və ordunun baş qərargah rəisi başda olmaq üzrə bir neçə vəzifəli şəxsin Ehsanın qaçmasını asanlaşdırmada oynadığı rolla itaətsizlik etdikləri üçün Peşəvər Ali Məhkəməsində vəsatət qaldırdı. Keçən həftənin sonunda məhkəmə, vəsatəti rədd etdi: "Adı çəkilən terroristin qaçmasını asanlaşdırmaq və buna imkan yaratmaq məsələsinə gəldikdə, cavabdehlik daşıyan şəxslər tərəfindən hər hansı bir terrorist barədə məlumat əldə edildikdə onu həbs etmək üçün bütün vasitələrdən istifadə etdikləri və qeyd olunan terroristin qaçmasında cavabdehlik daşıyan şəxslərin heç rolu olmadığı bildirilir "deyə

məhkəmə qərar verib. "Məhkəmə işin mövqeyi belə olduqda, itaətsizliklə bağlı vəsatəti davam etdirmək üçün heç bir səbəb görmürük.

Yaralanmaya təhqir əlavə edərək, məhkəmə Ehsanın heç bir zaman rəsmi şəkildə mühakimə edilmədiyini, Parlamentin onun hərbi tribunal tərəfindən mühakimə olunmasını tələb etdiyini, lakin bu cür hərbi tribunalların dörd il sonra sona çatdığını və mühakimə olunmasına heç bir fürsət verilmədiyini bildirdi. Nə məhkəmə, nə də Pakistan hökuməti niyə bu qədər Pakistan qanı üçün məsuliyyət daşıyan bir adamı tutduğunu izah etmədi və heç vaxt buna cəhd etməyə çalışmadı.

Xidmətlərarası Kəşfiyyat orqanları dəyərli bir insanı qoruduqlarına inana bilər, ancaq təkcə Pakistan xaricində deyil, həm də ölkə daxilində qurbanlarını olan Pakistanın ən çox axtarılan adamının yüksək səviyyəli təhlükəsizliyi olan həbsxanadan necə qaçdığı və buna görə mühakimə olunmadığı sir olaraq qalır. Pakistan hakimiyyəti Hindistanı öz düşməni hesab etdikləri üçün onu Pakistanın paytaxtına yerləşdirən Hindistan kəşfiyyat hesabatlarını rədd etmək istəyə bilər, amma Pakistanlıların on illərlə davam edən ikiüzlü davranışları Hindistanın daha etibarlı və Pakistan sözünün daha etibarsız olduğuna dünyanın çoxunu inandırdı. Nə Pakistan liderləri, nə də Xidmətlərarası kəşfiyyat və ya istifadə etdikləri onlayn vasitəçilər, Pakistanlı məktəblilərin qanı tökdüyü üçün Ehsan haqqında Pakistan millətpərvərlərinin qəzəbininin qarşısını ala bilməyəcəklər.

Pakistan müvəffəq ola bilər, ancaq onilliklər ərzində Xidmətlərarası Kəşfiyyatın terrorla əlbir olmasını nəzərdən keçirməməsi Pakistanın nüfuzuna xələl gətirdi, təhlükəsizliyini sarsıtdı və ölkəni maliyyə və təhlükəsizlik iflasına tərk etdi. Ehsanın məhkəmə işi Pakistan hakimiyyətinin o cümlədən məhkəmə orqanlarının səriştəsiz olduğunu və ya əlbir olduğunu, ola bilsin ki hər ikisi olduğunu təsdiq edir. Hər iki halda Pakistan hökumətində və Xidmətlərarası Kəşfiyyatında yüksək vəzifəli şəxslər devrilməlidir.

Michael Rubin (@ Mrubin1971) Washington Examiner-in Beltway Gizli blogunun yazarıdır. Amerika Müəssisələr İnstitutunun rezidenti və keçmiş Pentaqon rəsmisidir. https://www.washingtonexaminer.com/opinion/pakistan-is-either-incompetent-complicit-in-terror-or-both
Ermənistan tərəfinin bütün təxribat cəhdləri iflasa məhkumdurİyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Ordumuzun əks-tədbirləri nəticəsində düşmən geri otuzdurulub, Ermənistanın təxribatına əməli cavab verilib. Erməni tərəfi itkilərini etiraf etməsə də, Azərbaycan qüvvələri düşmənin yetərincə hərbi texnikası və canlı qüvvəsini məhv etmişdir.

Milli Məclisin deputatı Məzahir Əfəndiyev Avrasiya.net-"ə bildirib ki, Ermənistanın bu cür təxribatlara əl atmasının əsas səbəbi son dövrlər Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin diplomatik uğurları, Cənab Prezidentin irəi sürdüyü qlobal təşəbbüslərin – Qoşulmama Hərakatının Zirvə toplantısı, BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi kimi məsələlərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi ilə bağlıdır: "Sözsüz ki, Azərbaycanın diplomatik cəbhədə bu uğurları Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoymuşdur.
Bu cür uğursuzluqlarla üzləşən Ermənistan hakimiyyəti cəbhənin müxtəlif yerlərində təxribatlar yaratmaqla məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Tovuz istiqamətində gedən döyüşlərdə Erməni tərəfinin uydurmaları, ölənlər haqqında məlumatları gizlətməsi, guya Azərbaycanın hərbi mövqelərinin və yeni yüksəkliklərin ələ keçirilməsi kimi dezinformasiya Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurmuş, əhali və fəal sosial şəbəkə istifadəçiləri bu məlumatları ironiya ilə qarşılayaraq etiraz aksiyalarına başlamışlar".

Millət vəkili bildirib ki, Paşinyan hakimiyyəti hesab edir ki, cəbhədə bu cür təxribatlar yaratmaqla öz səriştəsiz idarəçiliyi nəticəsində yaranan problemləri gündəmdən çıxartmaq və hakimiyyətinə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq. Hesab edirəm ki, bu cür təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyini düşünmək üçün heç bir əsas yoxdur.
Onların bu təxribatları xalqımız tərəfindən hər zaman hiddətlə qarşılanmışdır. Son vaxtlar sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhəyə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışların səslənməsi bu gün Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğuna dəlalət edir:

"Bu səbəbdən Azərbaycan öz ərazi bütövlüyünü bundan sonra da qoruyacaq və ordumuz Ali Baş Komandanımızın əmri ilə sərhədlərimizin keşiyində cəsarətlə dayanacaq. Həlak olan hərbiçilərimizin qisası alındı və onların qanı yerdə qalmayıb, qalmayacaq.

Allah şəhidlərimizə rəhmət eləsin!".



"Gürcüstanda yaşayan azərbaycanlılar Ali Baş Komandanın əmrini gözləyirlər"Bunu Avrasiya.net-ə Gürcüstan parlamentinin azərbaycanlı deputatı Azər Süleymanov dünən Tovuz istiqamətində Ermənistan və Azərbaycan ordusu arasında baş verən silahlı qarşıdurmaya münasibətində açıqlayıb.

A.Süleymanov bildirib ki, Gürcüstanın da Azərbaycan kimi ərazi bütövlüyü pozulub, işğala məruz qalıb. Hər iki müstəqil ölkə öz ərazi bütövlüyü uğrunda şəhid verib və beynəlxalq hüquq prinsipləri çərçivəsində ərazi bütövlüyünün bərpasına çalışır: "Gürcüstan Rusiyanın, Azərbaycan isə Ermənistanın işğalına məruz qalıb. Ermənilər Gürcüstan ərazilərinin - Cənubi Osetiya və Abxaziyanın ruslar tərəfindən işağılnda az rol oynamayıblar. Baqramyanın batalyonunun "fədəkar"lığını buna misal çəkmək olar. "Baqramyan adına batalyon”unun törətdiyi vəhşilikləri Gürcüstan ictimaiyyəti yaxşı xatırlayır. Bondo Arveladze və Teymuraz Mibçuani 2009-cu ildə nəşr olunan "Baqramyan adına erməni batalyonu və Abxaziyada gürcülərin etnik təmizlənməsi” adlı kitabda erməni vəhşiliklərini şahidlərin dili ilə ətraflı göstəriblər. Təxminən 2000 nəfərlik bu batalyonun üzvləri Abxaziya ərazisində 7 min nəfərə yaxın gürcünü vəhşiliklə öldürüb. Bu da bir faktdır ki, batalyonun fəal başkəsənləri Abxaziyadan əvvəl Dağlıq Qarabağda azərbaycanlılara qarşı qəddarlıqlar törətməkdə "zəngin'' təcrübə toplayıblar. Ermənilərin Gürcüstanın ərazi bütövlüyünə xəyanətinin nəticəsidir ki, 7 erməni döyüşçü qondarma Abxaziyanın "Milli qəhrəmanı'', 20 döyüşçü "Leon'' ordeni , 100-dən çox döyüşçü isə "İgidliyə görə'' medalı ilə təltif edilib. Elə Xocalı soyqırımının törədilməsində Rusiyanın 366-cı alayının işğalçı ermənilərə dəstəyi də tarixə yazılıb. Hər iki müstəqil ölkə işğaldan əziyyət çəkir və nə ruslar, nə də ermənilər münaqişənin sülh yolu ilə həllində maraqlı görünmürlər".

A.Süleymanov onu da qeyd edib ki, Gürcüstanda yaşayan 500 min azərbaycanlı Dağlıq Qarabağ torpaqlarının işğaldan azad edilməsinə hazırırdır: "Gürcüstanda yaşasaq da, ürəyiumiz Azərbaycanladır. Biz vətənimizin bir qarış torpağının belə erməni işğalçılarının əlində qalmasına razı ola bilmərik. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasətini dəstəkləyir və onun əmrini gözləyirik. Bir sözlə, vətən uğrunda ölməyə hazırıq. Gürcüstan da, Azərbaycan da vətənimizdir".

Deputat hər zaman münaqişələrin sülh yolu ilə həllinin tərəfdarı olduğunu bildirib. Onun fikrincə, tarixən bütün müharibələr masa arxasında sülh yolu ilə həll olunub: "Düzdür, istisnalar da var. Azərbaycan tərəfi 30 ilə yaxındır ki, işğalçını beynəlxalq hüquq normaları çərçivəsində danışıqlara dəvət edib. Əgər işğalçı tərəf BMT Təhlükəsizlik Şurasının 5 qətnaməsi, ATƏT, Avropa Birliyi, Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ ərazilərindən işğalçı erməni hərbi birləşmələrinin qeyd-şərtsiz çıxarılması ilə bağlı qətnamələrini yerinə yetirməkdən boyun qaçırırsa, işalçılıq siyasətini davam etdirirsə, təxribatlarına ara vermirsə, o zaman silaha əl atılmalıdır".

A.Süleymanov onu da bildirib ki, bu gün Azərbaycan dünyada öz sözünü deyə biləcək ölkələr sırasındadır. İldən-ilə güclənir, inkişaf edir, qüdrətlənir: "Azərbaycanın yenilməz ordusu var. 2016-cı il aprel döyüşlərində Azərbaycan dünyaya, Ermənistana və onun havadarına gücünü göstərdi. Bu onlara bir mesaj idi. İşğalçı bu mesajı yaddan çıxarmayıb. Bu gün Azərbaycan ordusu bir həftə ərzində nəinki Dağlıq Qarabağ, hətta "Ermənistan dövləti"nin qurulduğu tarixi torpaqlarını belə geri qaytarmaq gücündədir. Biz də Azərbaycan, onun lideri cənab Prezident İlham Əliyevin siyasətini dəstəkləyir, onunla fəxr edirik və hər bir zaman Azərbaycan xalqının yanındayıq. Biz heç bir zaman bir daha Azərbaycan torpağında ikinci Ermənistan dövlətinin yaranmasına imkan verə bilmərik".