Üç şəhidimizin ad-soyadı AÇIQLANDIİyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir.

Allah rəhmət eləsin!
"Ümummilli liderimizin bizə yadigar qoyduğu ən böyük sərvət müstəqil Azərbaycandır"Heydər Əliyev təkrarsız bir insan, onun keçdiyi yol isə zəngin həyat ensiklopediyasıdır.

Milli özünüdərkin ən yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası Azərbaycanın yeni tarixində məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

XX əsrin ortalarında 1969-cu ilin 14 iyulunda ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə irəli çəkilməsi ölkə həyatında nurlu bir yolun başlanğıcı olmuşdur. Hələ 1969-1982-ci illərdə Azərbaycan bütün strateji əhəmiyyətli sahələrdə inkişaf etmiş, sosial-iqtisadi və intellektual resurslarına görə keçmiş SSRİ də öncül yerlərdən birini tutmuşdu. Ulu öndər Azərbaycana birinci rəhbərliyi dövründə böyük təzyiqlərlə üzləşsə də heç bir riskdən çəkinməyərək əzmkar fəaliyyəti ilə xalqda tarixi keçmişi, milli kimliyi, dili, mədəniyyəti milli adət -ənənələri və düşüncə sistemi barədə dolğun təsəvvürlər formalaşdıra bilmişdir. Ulu öndərimiz Heydər Əliyevin sovet siyasi arenasında rəhbərliyə gəlməsi bütün maneələri dəf edərək müstəqil düşüncəyə yol acmış, milli ziyalı elitasının təfəkkürünə və rejimin sərt təqiblərindən qorunmasına imkan yaratmışdır. Ümummilli liderimizin müdrik siyasətinin dərinliyi məhz elmi prinsiplər üzərində qurulması ,intellektual potensiala arxalanmasında idi. Bu fenomenal insan elmimizin,mədəniyyətimizin, ədəbiyyatımızın gözəl bilicisi,araşdırıcısı və hamisi idi.

70-80-ci illərdə Azərbaycan elmi, təhsili və mədəniyyəti dünya elminə birbaşa inteqrasiya olunmaq imkanı qazandı ,cəmiyyət həyatına ,onun tərəqqisinə xidmət edən fundamental kəşflərini etdi.

Azərbaycan sənayesinin sahə, ərazi quruluşunda yaranmış uyğunsuzluqları həll etmək məqsədilə ulu öndərimiz Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə ötən əsrin 70 ci illərinin əvvəllərində sənayenin inkişafı, onun strukturunun təkmilləşdirilməsi üçün cox ciddi, nəticəsi böyük olan proqram hazırlandı. Əmək potensialından səmərəli istifadə edilməsi strateji xətt kimi müəyyən edildi ,əmək məhsuldarlığı və digər səmərəlik göstəricilərinin dinamik artımı Azərbaycan iqtisadiyyatının cox güclü inkişaf faktoruna çevrildi. Sənayedə mütərəqqi struktur dəyişiklikləri nəticəsində maşınqayırma, elektronika, yüngül, yeyinti və coxsaylı emal müəssisələri istifadəyə verildi, on minlərlə iş yeri açıldı.

Ulu Öndər Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında ədəbiyyatın rolunu yüksək qiymətləndirdiyi qədər dilin də ictimai həyatımızdakı müstəsna mövqeyinə daima böyük əhəmiyyət vermişdir. Onun bütün sahələrdə olduğu kimi,bana dilimizin inkişafında göstərdiyi misilsiz xidmətlərini xüsusi qeyd etmək lazımdır.Öz xalqını və dilini dərindən sevən Heydər Əliyev rəhbərliyə gəldiyi ilk gündən başlayaraq respublika iqtisadiyyatı və mədəniyyətinin yüksəlişi, xalqın güzəranının yaxşılaşması uğrunda apardığı mübarizədə Azərbaycan dilinin fəaliyyət dairəsinin genişlənməsinə və inkişafına xüsusi qayğı yetirmişdir. Bütün bunlar, şübhəsiz Heydər Əliyev dühasının millət və dövlət naminə gördüyü misilsiz işlərin bir damlasıdır. Ümummilli liderimizin bizə yadigar qoyduğu ən böyük sərvət müstəqil Azərbaycandır.

Azərbaycan xalqı, dövləti üçün qurub, yaratmaq, vətənimizin səsini dünyaya yetirmək, ölkəmizə rəhbərliyinin bütün dövrlərində Heydər Əliyev üçün ən başlıca amal idi. Yalnız ötən əsrin sonuna doğru Azərbaycan öz dövlət müstəqilliyinə qovuşduqdan sonra anlayıb dərk edəcəkdik ki, Heydər Əliyev 70-80 ci illərdə ölkəmizi nəhəng quruculuq meydanına çevirərkən, Azərbaycan övladlarını xaricdə təhsil almağa göndərərkən, Azərbaycan xalqının nə qədər böyük mədəniyyətə malik olduğunu müxtəlif tədbirlər vasitəsilə bütün dünyanın diqqətinə çatdırarkən, ölkəmizdə fundamental və tətbiqi elmlərin əsaslı inkişafına nail olarkən məhz vətənimizin bu gününü düşünür,memarı olduğu müstəqil Azərbaycan dövətini o günlərdən qurub yaradıbmış.....

Bu gün möhtərəm prezidentimiz İlham Əliyev həyata keçirdiyi islahatlarla bir daha sübut etdi ki, Ulu öndərimizin bütün ideallarının, böyük arzularının davamçısıdır.

Rəşad Rəhmanov
YAP Siyəzən Rayon təşkilatının sədr müavini
Ermənistan ağır itkilər verdi: 30 ölü, onlarla yaralı... Ermənilərin Tovuz istiqamətində hücumunun qarşısını alan ordumuz şəhid verdi. Azərbaycan tərəfi itkilərlə bağlı rəsmi məlumat açıqlasa da, erməni tərəfi “heç bir itki vermədiyini” iddia edir.

Avrasiya.net Publika.az-a istinadla xəbər verir ki, birincisi, döyüşdə hücum edən tərəf həmişə daha çox itki verir.

İkincisi, sosial şəbəkələrdə ermənilərin 30-dan çox itki verdiyi haqda məlumatlar yayılıb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyanın Feysbukda yaydığı açıqlamaya rəy bildirən ermənilərin dedikləri bunu təsdiqləyir. Misal üçün, Maria Maria adlı istifadəçi yazır:

“Siz insanları aldadırsınız, mənim qohumum orada qulluq edir, artıq 30-a qədər itkimiz var”.

Artur Minasyan adlı istifadəçi isə “17 nəfərin öldüyü, 9 nəfərin yaralandığı”nı qeyd edib.

Teresa Manasyan (Թերեզա Մանասյան) adlı istifadəçi isə itkilərə görə Ermənistan hakimiyyətinə etiraz edir: “Bütün bunlar ədalətli şəkildə nə vaxt bitəcək”.

Ermənistan tərəfinin baş verənləri Azərbaycanın üzərinə yıxmaq cəhdi də diletantlığı ilə seçilir. Şuşan Stepanyan iddia edir: “Bu gün saat 12:30 radələrində Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri bizə məlum olmayan səbəblərdən Ermənistanın Tavuş rayonu istiqamətində UAZ avtomobili ilə dövlət sərhədini pozmağa cəhd ediblər. Ermənistan tərəfindən xəbərdarlıqdan sonra qarşı tərəfin hərbçiləri UAZ avtomobilni qoyub öz mövqelərinə qayıdıblar”.

Hərbi arsenalında ən müasir silahlara malik olan Azərbaycan Ordusu əməliyyata UAZ-la niyə getsin ki?!

Və yaxud, cəbhə bölgəsində deyil, dövlət sərhədində niyə əməliyyat keçirsin?!

FAKT: Ermənistanın hərbi rəhbərliyi (Fövqəladə Hallar naziri və digər yüksək rütbəli zabitlər) dünən Tavuş rayonunda olub. Rəsmi xəbərdə yüksəkrütbəli zabitlərin gəlişi adi səfər kimi göstərilir. Lakin bu səfərdən bir gün sonra baş verənlər səfərin təxribata hazırlıq olduğunu təsdiqləyir.

Ermənistanın sərhəd bölgəsində təxribatlara əl atmasının bir sıra siyasi səbəbləri var:

- Dövlət sərhədində qarşıdurma Ermənistanın üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) nizamnaməsinə əsasən rəsmi Bakıya qarşı çıxmasına əsas yaradır. KTMT-nin üzv ölkələrinin Azərbaycanla yaxınlığı məlumdur, Ermənistan tərəfi məhz bu münasibətlərə zərər vurmaq üçün KTMT-ni fakt qarşısında qoymağa çalışır;

- Ermənistanın həyata keçirdiyi təxribatların əsas hədəfi mülki əhalidir. Burada məqsəd ABŞ-da ermənipərəst konqresmenlər - Ed Roys və Eliot Engelsin hazırladığı və Dağlıq Qarabağ münaqişəsində mövcud status-kvonu qorumağa hesablanmış “atəşkəsə nəzarət mexanizmini” yenidən aktuallaşdırmaq cəhdidir.

Bu təxribatın Prezident İlham Əliyevin danışıqlar prosesinin faktiki olaraq dayandığı və ATƏT-in Minsk Qrupunu tənqid etməsi fonunda baş verməsi də təsadüfi deyil. Çünki bu tənqid həmsədrləri real danışıqların aparılması üçün addımlar atmağa məcbur edir. Ermənistan tərəfi də qarşıdurma yaratmaqla danışıqların ciddi fazaya keçməsinin qarşısını almaq istəyir...
Müdafiə Nazirliyi erməniləri TƏKZİB ETDİ: Ərazi itkisinə yol verilməyibMüdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Ermənistan kütləvi informasiya vasitələrində (KİV) guya düşmən ölkənin hərbi bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirməsi ilə bağlı yayılan məlumatı təkzib edib.

Avrasiya.net-in məlumatına görə, V.Dərgahlı bildirib:

"Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib. Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır".
Prezidentin köməkçisindən cəbhədəki vəziyyətlə bağlı AÇIQLAMA"Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutub".

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycan silahlı qüvvələrinin cavab atəşi və əks-həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınıb.

"Azərbaycan silahlı qüvvələri operativ vəziyyətə nəzarət edir. Ermənistan tərəfi hər hansı ərazi əldə etməyə müvəffəq olmayıb.

Ermənistan tərəfindən Ermənistan-Azərbaycan sərhədində artilleriya qurğularından istifadə edərək Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum edilməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır.

Ermənistan-Azərbaycan sərhədində təxribatların qarşısının alınması və gərginliyə səbəb ola biləcək halların aradan qaldırılması üçün Qazax və Tovuz rayonları boyunca Azərbaycan tərəfindən dövlət sərhədinin xeyli hissəsinə Dövlət Sərhəd Xidmətinin bölmələri yerləşdirilmişdir. Bunun əksinə olaraq Ermənistan tərəfindən iki ölkənin dövlət sərhədinin hərbiləşdirilməsi və qəsdən mülki insanların hədəfə alınması sistematik şəkildə davam etdirilir", - Hikmət Hacıyev bildirib.

Prezidentin köməkçisi deyib ki, Ermənistan bu kimi hərbi avantüra yolu ilə üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır:

"Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın müddətdə davam edən təcavüzü və sərhəddə törətdiyi təxribatları eləcə də Ermənistanın üzv olduğu hərbi-siyasi təşkilatın hüquqi sənədlərinə ziddir.

Eyni zamanda, bu yolla Ermənistan rəhbərliyi yarıtmaz siyasəti nəticəsində COVİD-19-un Ermənistanda geniş yayılması ilə daha da kəskinləşən sosial-iqtisadi problemlər fonunda vəziyyəti gərginləşdirmək və ölkədaxili problemlərdən diqqəti yayındırmağa çalışır.

Ermənistan BMT Nizamnaməsini və digər beynəlxalq hüquqi öhdəliklərini kobud pozaraq Azərbaycana qarşı hərbi təcavüz etməklə Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etmişdir. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.

Ermənistan tərəfindən sərhəddə törədilmiş təxribat rəsmi Yerevanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmamasının növbəti sübutudur.

Dünya birliyi COVİD-19-a qarşı mübarizə apardığı halda Ermənistan tərəfindən bu hücum və təxribat əməli törədilib. Bu hal və Ermənistanın davamlı olaraq atəşkəsi pozması bir daha sübut edir ki, Ermənistanın BMT Baş katibinin COVİD-19 ilə əlaqədar qlobal atəşkəs təşəbbüsünü dəstəkləməsi riyakarlıqdan başqa bir şey deyildir.

Beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə və sərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə qınamağa çağırırıq.

Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür".
"Azərbaycan xalqı yüksək mədəni irsə malikdir" Azərbaycan xalqı zəngin tarixə və mədəniyyətə malikdir. Azərbaycan ədəbiyyat ənənələrini, maarifçilik idealarını mədəniyyətimizi təblig edən layihələrdən biri də Azərbaycan mədəniyyəti layihəsidir.

Uzun və mürəkkəb inkişaf yolu keçmiş teatr, kino, musiqi və xalq sənətinin müxtəlif növlərinin tədqiqi Azərbaycan xalqının yüksək mədəni irsə malik olmasını sübut edir.
Azərbaycan mədəniyyəti layihəsinin əsas məqsədi həm mədəniyyətimizi həm də ədəbiyyatmızı gələcək nəsillərə tanıtmaqdır.

Bu layihə artıq 3 ildir ki Azərbaycan da Strat götürmüşdür. Layihənin ilk adı "Muğam dünyası 2017 cildə olmuşdur" daha sonra isə bu layihənin adı dəyişdirilərək "Azərbaycan inciləri 2018" adı ilə əvəz olundu. Məqsəd isə gənclərə və digər həmvətəndaşlarımıza, həmçinin də əcnəbilərə Azərbaycan muğamını sevdirmək və tanitmaq olmuşdur. Daha sonra isə layihənin adı 2020 çi ildən "Azərbaycan Mədəniyyəti" adı ilə həyata keçirilmişdir. Çox keçmədən sosial şəbəkələrdə 12 min baxış kütləsi toplamışdır və digər şəbəkələrdə var İnstaqram Yohtube var .
Layihə Nicat Müslümovun ideyası ilə ərsəyə gəlmişdir. Layihə rəhbəri Nicat Müslümov layihənin tanınması üçün bir çox tədbirlər həyata keçirib könüllü olaraq . Mütəmadi olaraq qrupda muğam ustalarının ifaları, gənc muğam ifaçılarının şəkilləri, xalq mahnılarımızın mətnləri, muğam ifaçılarının televiziyada yayımlanacaq veriliş tarixi və saati ilə bağlı bilgilər yayımlanaraq sosial şəbəkə istifadəçilərində, (izləyicilərdə) maraq yaratmışdır. nəzarət edir.

Bildiyimiz kimi Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsərləri siyahısına daxil edilib.
Azərbaycan mədəniyyətini təbliğ etmək və tanıtmaq hər bir azərbaycan vətəndaşının amalı olmalıdır.

Azərbaycan respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın söylədiyi kimi, təbiət hər zaman təkrarsız canlandığı kimi, muğam sənəti də heç bir sərhədlərə sığışmayan, azad, özü-özündən bəhrələnən bir sənətdir. Muğam sənəti əsrlər boyu Azərbaycan xalqının milli tanıtma nişanlarından biri kimi milli-mədəni irsimizin əsas hissəsini təşkil edib. Bu mənada, bizi millət kimi qoruyub saxlayan bu mədəni irsi, mədəniyyəti yaşatmaq və təbliğ etmək hər birimizin mənəvi borcudur.

Azərbaycan mədəniyyəti layihəsinin baş koordinatoru: Balacaxanım Hüseynova
Daha bir həkim koronavirusdan vəfat etdiCəlilabad Rayon Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının koronavirusa yoluxan həkimi, 1955-ci il təvəllüdlü İbadət Ağayev vəfat edib.

Avrasiya.net Report-a istinadla xəbər verir ki, İ.Ağayev bu gün müalicə olunduğu "Yeni klinika"da dünyasını dəyişib.

Qeyd edək ki, koronavirusla mübarizədə aktiv iştirak edən İ.Ağayevin ötən ayın sonunda verdiyi test analizinin nəticəsi pozitiv çıxıb. O, bir müddət Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında müalicə alıb. Daha sonra vəziyyəti ağırlaşdığından iyunun 30-da Bakı şəhərində yerləşən "Yeni klinika"ya köçürülüb.

İ.Ağayev 40 il təcili yardım sahəsində çalışıb.
Azərbaycanda daha 520 nəfər yoluxdu, 8 pasiyent vəfat etdiAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 520 yeni yoluxma faktı qeydə alınıb, 486 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 24041 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 15 093 nəfər müalicə olunaraq sağalıb, 306 nəfər vəfat edib, 8642 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7878, ötən müddət ərzində isə ümumilikdə 568234 test aparılıb.
Sabiq nazirin anası koronavirusdan öldüSabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, "İmproteks Şirkətlər Qrupu"nun rəhbəri Füzuli Ələkbərova ağır itki üz verib.

Avrasiya.net Report-a istinadla xəbər verir ki, onun anası vəfat edib.

F.Ələkbərovun anasının koronavirusdan dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, F.Ələkbərov 2006-2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində çalışıb.

Hafiz Paşayevə ağır itkiAzərbaycan Respublikası Xarici İşlər nazirinin müavini, ADA Universitetinin rektoru Hafiz Paşayevin həyat yoldaşı, uzun illər AMEA-nın Şərqşünaslıq İnstitutunun elmi işçisi kimi çalışmış Rəna Paşayeva dünyasını dəyişib.

Bu barədə XİN-dən məlumat verilib.

Allah rəhmət eləsin!