Rəşad Mahmudov virusa yoluxan həkim Cavid Paşayevlə bağlı paylaşım edibMillət vəkili, ürək-damar cərrahı Rəşad Mahmudov sosial səhifədində koronavirusa yoluxan Cavid Paşayevlə bağlı paylaşım edib.

- Bildiyiniz kimi, Tibb Univerisitetinin Tədris Cərrahiyyə Kilinikasının Reanimasiya şöbəsinin müdiri 36 yaşlı Dr. Cavid Paşayev İyul ayının 1-dən COVİD19 virusuna yoluxmuşdur. Son günlərdə bütün müalicələrə baxmayaraq, səhhətində pisləşmənin müşahidə olunması, oksigen saturasiyasının kəskin şəkildə aşağı düşməsi və həkimimizə EKMO cihazından istifadə ehtimalı yarandığına görə 2 gün əvvəl Mərkəzi Gömrük Xəstəxanasının Reanimasiya şöbəsinə transfer olunmuşdur. İlk 24 saat ərzində səhhətində mənfiyə doğru çox şiddətli dəyişiklik olması bizim EKMO hazırlıqlarını etməyimizə səbəb oldu. Lakin, dünən axşam saatlarından etibarən, xəstədə arzuolunan müsbət dinamika müşahidə olunduğuna görə hələki, EKMO cihazı istifadə edilmədən, süni tənəffüs aparatında, dərin koma şəraitində müalicəsinin aparılmasına qərar verilib.

Cavid həkimin müayinələrində ağciyər tutulmasından əlavə, bu günlərdə çox nadir görsənən “Pneumomediastinum və dərialtı empizema"nın olması, işimizi daha da çətinləşdirir. Bütün mövcud problemləri nəzərə alaraq, çox ciddi təqib altında və hər an yaranabiləcək situasiyalara görə hazırlıqlar görülmüş vəziyyətdədir. Ümid və arzu edirik ki, ən qısa zaman ərzində müalicəsində əldə etdiyimiz müsbət nəticələri Sizlərlə paylaşaq. EKMO cihazının istifadə olunub olunmamasının qərarı isə, klinik və labarator gedişata görə mütəmadi qiymətləndirmə əsasında veriləcəkdir. Bu barədə yenilik olarsa, xəstəxanamızın mətbuat xidmətindən və eləcədə Facebook səhifəmizdən Sizlərlə paylaşmağa çalışacağıq.

Cavid Paşayev timsalında bu gün yüzlərlə xəstə həm xəstəxanamızda, eləcə də digər xəstəxalalarda müalicə olunur. Əgər koronavirusu insanlığa qarşı bir müharibə adlandırırıqsa, Dr. Cavid Paşayev də bu müharibədə ön cəbhədə olan, gecə-gündüz demədən mübarizə aparan bir sərkərdə, bəlkə də generalımızdır. Cavid həkimin vəziyyəti başda Mehriban xanım Əliyeva olmaqla, ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Bu həm də ayrı bir məna kəsb edir. Müharibələrdə yaralanmış generalın yaşadılması həm də psixoloji hadisədir. Bu qədər çətin və ümidsiz vəziyyətdən çıxaraq ayaga qalxacaq Cavidlər həm də bu gün, bu mübarizəni ön cəbhədə əzimlə davam etdirən həkimlərimizə və səhiyyəçilərimizə stimul verəcəyi inancındayam.

Əzizimiz Cavid həkim, dəyərli dost!
ÜmidIə yolunu gözləyən yüzlərcə xəstələrinin, səni sevən tələbələrinin, həmkarlarının, dostlarının və ən əsası isə ailənin adından səslənirəm:“tezliklə sağal və ayağa qalx. Biz bu müharibədəki Qələbə Gününü səninlə qeyd edəcəyimizə ürəkdən inanırıq!"
Polad Bülbüloğluna qarşı təxribata cəhd olunduErmənistan nümayəndə heyətinin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunu Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri vəzifəsindən kənarlaşdırmaq niyyəti baş tutmayıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya bürosuna Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, Ermənistan tərəfinin fondun İdarə Heyətinin sədri vəzifəsinə yeni seçkilərin keçirilməsi təklifi İdarə Heyətinin üzvləri tərəfindən mənfi qarşılanıb.

Ancaq Polad Bülbüloğlu seçkilərin keçirilməsini dəstəkləyib və seçkilər keçirilib. Nəticədə isə Polad Bülbüloğlu yekdilliklə fondun İdarə Heyətinin sədri seçilib.

Məlumat üçün bildirək ki, İdarə Heyətinin sədri iki il müddətinə seçilir. Polad Bülbüloğlu 2010-cu ildən İdarə Heyətinin sədridir. Quruma yeni seçkilərin keçirilməsi 2020-ci ilin sonunda nəzərdə tutulur.

Səhvim oldu, cənab prezident də məni vəzifəmdən azad etdi"Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov vəzifəsindən azad edilib.

Avrasiya.net xəbər verir ki, Unikal.org-a açıqlama verən Arif Qasımov prezidentin onunla bağlı verdiyi qərarın düzgün olduğunu deyib:

"Cənab prezidentin verdiyi qərar bizim tacımız, qəbulumuzdur. Səhvim oldu, cənab prezident də məni vəzifəmdən azad etdi".
Azərbaycan layiqli yerini əldə edib - Məzahir Əfəndiyev 2015-ci ildə BMT-yə üzv dövlətlər tərəfindən 17 Davamlı İnkişaf Məqsədinin yekdilliklə qəbul edilməsi dövlətlər üçün iqtisadi və siyasi inkişaf siyasətlərinin hazırlanması baxımından tarixi anlam daşıyır. Bu qlobal sənəddən irəli gələrək Cənab Prezident İlham Əliyevin 6 oktyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası heç bir sahəni diqqətdən kənarda qoymayaraq, onlar arasında tarazlı, inteqrə edilmiş və ardıcıllığı qorunmuş davamlı inkişafa yönəlik milli icra mexanizminin formalaşmasına nail olmuşdur.

Bunu Avrasiya.net-ə Milli Məclisin deputatı Məzahir Əfəndiyev bildirib.

Onun sözlərinə görə, son illər Azərbaycanda aparılan dərin islahatların məntiqi nəticəsidir ki, ölkəmiz səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və güclü institutlar kimi BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə mühüm nailiyyətlər əldə edib: "Azərbaycan MDB məkanında yeganə dövlətdir ki, DİM-lə bağlı iki könüllü hesabat hazırlayıb və növbəti 3-cü hesabatın hazırlanması istiqamətində iş aparılır. DİM-lə əlaqədər olaraq 2018-ci ildə Azərbaycan “1-ci Bakı forumu” altında regional konfransa ev sahibliyi etmiş, bu il də oktyabr, noyabr aylarında “2-ci Bakı forumu”nun keçirilməsi üçün işlər aparılmaqdadır.
Bu il BMT tərəfindən hazırlanmış 2020-ci il “Davamlı inkişaf hesabatı” hesabatında da haqlı olaraq həyata keçirilmiş işlərin fonunda Azərbaycan layiqli yerini əldə etmişdir, belə ki, 166 ölkə arasında 54-cü yerdə qərarlaşmışdır. DİM-in əsas məqsədi heç kimi arxada qoymamaq, hər bir insanın yaşayış üçün bütün sahələrə əlçatanlığını təmin etməkdir və bu məqsədlərə nail olmaq üçün əsas məsələ idarəetmədir".

Millət vəkili deyib ki, bu gün Cənab Prezident tərəfindən ardıcıl tədbirlərin həyata keçirilməsi, dərin islahatların effektivliyini təmin etmək məqsədilə hərtərəfli və xüsusilə də elmə əsaslanmış idarəetmənin naticəsindən mümkün olmuşdur. Təsadüfi deyil ki, hesabata əsasən Azərbaycanda gündəlik gəliri 3,2 dollardan az olan yoxsul qeydə alınmamış, bərabərsizliyi ifadə edən Cini əmsalı isə Azərbaycanda 38,6 olmaqla dünyada ən yaxşı göstəricilərdən biri olaraq dəyərləndirilməkdədir: "Bütün bunlar bir daha göstərir ki, hətta çətin pandemiya şəraitinə baxmayaraq, Azərbaycanda iqtisadi artım var, müşahidə olunur və Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin təməlində hər bir vətəndaşın sosial rifahının qorunması dayanıb".


Azərbaycanda daha 531 nəfər koronavirusa yoluxdu - 514 nəfər SAĞALDIAzərbaycan Respublikasında koronavirus infeksiyasına daha 531 yoluxma faktı qeydə alınıb, 514 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 23 min 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan14 min 607 nəfər müalicə olunaraq sağalıb, 298 nəfər vəfat edib. Aktiv xəstə sayı 8616 nəfərdir.

Ötən müddət ərzində 560 min 356 test aparılıb. Bugünkü test sayı isə 8045-dir.
"Azərbaycan faktiki olaraq regional lider statusunu əldə etmiş ölkə sayılır"Pandemiyanın hökm sürdüyü hazırki kritik bir dönəmdə ölkəmizin qlobal miqyasda uğurlara imza atması təqdirəlayiq haldır.

Bunu Avrasiya.net-ə Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov bildirib.

Partiya sədri bildirib ki, Azərbaycanın BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında “davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşmasını ilin əsas sosial-iqtisadi hadisəsi hesab etmək olar. Bu indeksə əsasən, dünyada hər 3 ölkədən 2-ni qabaqlayan Azərbaycan faktiki olaraq regional lider statusunu əldə etmiş ölkə sayılır. Hesabatdan da göründüyü kimi ölkəmiz bütün qonşularını geridə qoyub. Belə ki, hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədir. Nəzərə alsaq ki, BMT-nin "Davamlı inkişaf hesabatı" bütün dünya miqyasında ən mötəbər hesabatlardan birincisi hesab olunur, bu hesabatda Azərbaycanın bu cür müsbət mövqedən təqdim edilməsi həqiqətən də sevindirici haldır:

"Davamlı inkişaf indeksində Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması heç şübhəsiz ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən köklü iqtisadi və sosial islahatların nəticəsidir. İslahatlar ilk növbədə məhz davamlı inkişafa xidmət edir. Bu gün davamlı inkişaf Azərbaycan hökuməti üçün prioritet istiqamətlərdən biridir və aparılan islahatlar növbəti illərdə də Azərbaycanın inkişafının davam etdirilməsi üçün əlverişli zəmin yaradır. Prezident İlham Əliyevin bu yaxınlarda Dünya Bankının rəhbəri ilə videkonfrans formatlı görüşdə islahatlarla bağlı səsləndirdiyi fikirlər də bunun əyani təsdiqidir. Dövlətimizin başçısı islahatların aparılmasının dayanıqlı inkişaf üçün zəruriliyi məsələsinə toxunaraq bildirmişdi ki, “iqtisadi islahatlar aparılmadan ölkəmizin dayanıqlı inkişafı mümkün deyil. Mən hələ bir neçə il bundan əvvəl demişdim ki, biz postneft dövrünə hazırlaşmalıyıq və əslində postneft dövrü artıq göz qabağındadır. Çünki neft bazarlarında müşahidə olunan böhran demək olar ki, neftlə zəngin olan bütün ölkələrin gəlirlərinə çox mənfi təsir göstərmişdir. Ona görə bizim əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır və bu istiqamətdə əldə edilmiş nəticələr məhz islahatlara söykənir, aparılan islahatların nəticəsidir”. BMT də “Davamlı İnkişaf Məqsədləri üzrə İndeks”i hazırlayarkən həm iqtisadi, həm də sosial sahədə aparılan islahatların nəticələrinə istinad edir. Belə ki, makroiqtisadi və sosial göstəricilərdə baş verən dəyişikliklər bu hesabatda öz əksini tapır".

Ə.Hesrynov onu da vurğulayıb ki, budəfəki hesabatda Azərbaycan faktiki olaraq regionun üç aparıcı ölkəsi sayılan Rusiya, Türkiyə və İranı da geridə qoyub. Ümumilikdə isə Azərbaycan 110-dan çox ölkəni geridə qoyub. Bu çox əlamətdar bir hadisədir və böyük uğurdur. Mən bu uğura görə ilk Prezident İlham Əliyevi təbrik edirəm. Çünki Azərbaycanın BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə regional liderə çevrilməsi məhz dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahat və inkişaf startegiyasının nəticəsidir:

"Sözügedən hesabatın Azərbaycanın beynəlxalq nüfuzunun artmasına da öz müsbət təsirini göstərəcəyinə əminəm. Davamlı inkişaf indeksində Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılmasını pandemiya dönəminin ən xoş xəbərlərindən biri kimi qiymətləndirirəm və ölkəmizin uğurlarının davamlı olmasını diləyirəm".
Hindistan - Böhranı fürsətə çevirməkHindistan Səfirliyindən Avrasiya.net-ə verilən məlumata əsasən, ölkə COVID-19 pandemiyasının yaratdığı böhranı fürsətə çevirmək üçün müxtəlif səylər göstərir. Baş nazir Şri Narendra Modi xalqa müraciətində COVID-19 böhranının fürsətə çevirməyin vacibliyini vurğuladı və özünə güvənən Hindistanı (Atmanirbhar India) qurmaq istəyini bir daha təsdiqlədi.

Hindistan peyvəndlər, plazma terapiyası, dərman müalicəsi, COVID-19 pandemiyası üçün ehtiyac duyulan tibbi cihazlar üzərində işləyir. Hindistan şirkətləri - Bharat Biotech və Zydus Cadila tərəfindən hazırlanmış COVAXIN və ZyCov-D adlı iki yerli inkişaf etdirilmiş COVID-19 peyvəndi bu ay 1-ci və 2-ci mərhələlərinin sınaqlarından keçirilməsi üçün təsdiq edildi.

Hindistan 123-dən çox ölkəni zəruri dərman preparatları ilə təmin edib və Cənubi Asiya Regional Əməkdaşlıq Təşkilatının (SAARC) COVID-19 fondunu yaradıb və eyni zamanda COVID-19 pandemiyasının tədqiqatı və inkişafı üzrə, həmçinin tibbi məhsullar, əsas məhsulların ticarəti, məlumat mübadiləsi də daxil olmaqla bir sıra istiqamətlərdə qlobal miqyasda tərəfdaşdır.

Biznes və investisiya yönümlü artımı təşviq etmək, investisiya və ticarət islahatlarına imkan yaratmaq və minerallar, müdafiə, kosmos, atom enerjisi, mülki aviasiya, kömür və kənd təsərrüfatı sahələri üzrə bir investisiya məkanı olaraq Hindistanın öz qapılarını açması istiqamətində bir sıra meyarlar qəbul edilmişdir. 'Özünə güvən' ideyası beş sütun hesab edilən iqtisadiyyat, infrastruktur, sistem, demoqrafiya və tələb meyarına əsaslanaraq iqtisadiyyat yönümlü qloballaşmaya qarşı insan yönümlü qloballaşmanın davam edən diskussiyası ilə əlaqədar inkişaf etmişdir. İnvestisiyaların cəlb edilməsi məqsədilə təqribən 265 milyard ABŞ dolları dəyərində büdcə Hindistanın ticarət və investisiya üçün ideal bir məkan olması istiqamətində ayrılmışdır və sürətli investisiya qoyuluşu üçün bir çox siyasi islahatları aparılır.

Fermerlər üçün kənd təsərrüfatı məhsullarını birbaşa istehlakçıya satan satış infrastrukturu fondunun yaradılması, taxıl, yeməli yağlar, paxlalılar, soğan və kartof ilə bağlı məhdudlaşdırıcı şərtləri azaltmaqla və ehtiyat limitini aradan qaldırmaqla zəruri məhsullar üzrə Aktda dəyişikliklərin edilməsi; fermerlərin məhsullarını sata bilməsi üçün kənd təsərrüfatı üzrə satış islahatları; kənd təsərrüfatı məhsulları ilə maneəsiz ştatlararası ticarətin həyata keçirilməsinə icazə verilməsi və fermerlərin məhsulçular, aqreqatorlar, iri pərakəndə satıcılar və ixracatçılarla birbaşa əlaqələrini asanlaşdırmaq üçün müqavilə əkinçiliyinin hüquqi bazasını təmin etmək kimi müxtəlif meyarların qəbul edilməsi ilə kənd təsərrüfatı sektoruna təkan verildi.

Özəl sektora investisiya qoyuluşunun təşviq edilməsi, KOBİ-lərin, biznesin asanlaşdırılmasının artırılması, yeni bir dövlət sektoru müəssisə siyasəti, Hindistan Ehtiyat Bankı tərəfindən müxtəlif sektorların likvidliyini artırmaq və kredit və dövriyyə kapitalı xərclərini azaltmaq və dövlət səviyyəsində islahatların stimullaşdırılması üçün yardım tədbirləri kimi bir neçə təşəbbüs elan olundu. Digər vacib bir siyasət qərarı, tibbi izotopların istehsalı üçün kosmik fəaliyyətlərdə və Atom Enerjisindəki Dövlət Şəxsi Tərəfdaşlığında (PPP) fərdi iştiraka icazə vermək və qidaların qorunması üçün şüalanma texnologiyasından istifadə etməkdir. Mülki aviasiya istiqamətində səmərəli idarəetmə yolu ilə Hindistan təyyarə baxımı və təmiri (MRO) üzrə qlobal bir mərkəz olmağa hazırlaşır. Bütün bu proaktiv tədbirlər Hökümətin qeyri-müəyyən vaxtlarda iqtisadi tərəqqiyə nail olmaq istəyini təsdiqləyir.