Cəlilabadda evdən çıxan korona xəstəsi tutulduCəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş şəhər sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avrasiya.net-ə verilən məlumatına görə, verilən məlumata görə, Cəlilabad şəhər sakini R.Əliyevə COVİD-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.

Lakin Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, şəhərdəki ət satışı məntəqələrindən birində aşkar edilərək yaşadığı ünvana qaytarılıb.

COVİD-19 infeksiyasının daşıyıcısı olan şəxslə profilaktik söhbətlər aparılıb, onun bu hərəkətlərinin digər şəxslərin həyat və sağlamlığı üçün təhlükə olduğu diqqətinə çatdırılıb.

Onun barəsində toplanmış materiallar müvafiq qərar qəbul olunmasından ötrü Cəlilabad RPŞ-nin istintaq bölməsinə verilib.
Ermənistanda koronadan daha 18 nəfər öldüSon sutka ərzində Ermənistanda koronavirusa 435 nəfər yoluxub.

Avrasiya.net xəbər verir ki, bu məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb. Bununla Ermənistanda koronavirusa yoluxanların ümumi sayı 29820-yə çatıb. Son sutka ərzində koronavirusdan ölənlərin sayı 18 nəfər təşkil edib.
Türkiyə Şərqi Aralıqda döyüş hazırlığına başlayırLiviyada gərginliyin artdığı bir vaxtda Türkiyə Hərbi Dəniz Qüvvələri Şərqi Aralıq dənizində döyüş hazırlığı təlimləri keçirəcək.

Axar.az xəbər verir ki, artıq Türkiyə donanması təlimlə bağlı NAVTEX vasitəsilə məlumat yayıb.

Məlumata görə, təlim sahələrinin adı “Barbaros”, “Turqut Rəis” və “Çaka bəy” olacaq.

Qeyd edək ki, iyunun 11-də Türkiyə Hərbi Hava və Dəniz Qüvvələrinin iştirakı ilə bölgədə genişmiqyaslı hərbi təlim keçirilib.
FHN-in yanğınsöndürən maşını qəza törətdi - Yaralılar varXaçmaz rayonunda Fövqaladə Hallar Nazirliyinin (FHN) yanğınöndürən avtomobili qəzaya düşüb.

Hadisə Bakı-Gəndov-Yalama yolunun Xaçmaz rayonunun Mürşüdoba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, çağırışa gedən FHN-in Xaçmaz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin avtomobili əks istiqamətdə hərəkətdə olan "VAZ 2101" markalı minik avtomobilinə çırpılıb.

Hadisə nəticəsində "VAZ"ın sürücüsü, 1988-ci il təvəllüdlü İslamov Sahib Məcnun oğlu və sərnişini 1989-cu il təvəllüdlü Murad Vidadi oğlu Səfiyev xəsarət alıblar.

Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan hər iki şəxsə baş-beyin silkələnməsi, üzün çoxsaylı cırıqları diaqnozu qoyulub.

S.İslamovun vəziyyəti ağır olduğundan o, reanimasiyaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(Report)
Bərdədə 34 yaşlı kişi elektrik mişarla ayağını kəsdi Bərdədə 34 yaşlı kişi ehtiyatsızlıqdan elektrik mişarla ayağını kəsib.

Hadisə rayonun Şirvanlı kəndində qeydə alınıb.

Kənd sakini Behbudov Xəyyam Behbud oğlu işlədiyi sexdə elektrik mişarla dəmir kəsərkən ehtiyatsızlıqdan sağ ayağını iki yerdən kəsib. X. Behbudov Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona ilkin yardım göstərilib, vəziyyəti kafidir.

Faktla bağlı araşdırma aparılır.(APA)
İlham Əliyev BMT-nin Baş katibinə zəng etdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT-nin Baş katibi Antonio Quterreşə telefonla zəng edib.

Avrasiya.net-in məlumatına görə, telefon danışığı əsnasında Prezident İlham Əliyev bildirib ki, Azərbaycan COVID-19 pandemiyasına qarşı mübarizədə Baş katibin və BMT-nin səylərini, o cümlədən çoxtərəfli əməkdaşlığı dəstəkləyir.

Dövlətimizin başçısı COVID-19 pandemiyasına qarşı mübarizə məqsədilə Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə, 30-dan çox ölkəyə isə humanitar və maliyyə yardımı ayırdığını qeyd edib.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri statusunda üzv dövlətlər adından BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılması barədə müraciətinə qısa müddətdə cavab verdiyinə görə Baş katibə təşəkkürünü çatdırıb və BMT-nin 130-dan çox üzv dövlətinin bu təşəbbüsü dəstəklədiyini vurğulayıb.

Dövlətimizin başçısı BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılmasında Baş katibin liderliyinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Prezident İlham Əliyev xüsusi sessiyanın keçirilməsi ilə əlaqədar texniki-logistik məsələlərin həllində Azərbaycanın öz töhfəsini verməyə hazır olduğunu bildirib.

BMT-nin Baş katibi Antonio Quterreş telefon zənginə görə Prezident İlham Əliyevə təşəkkür edib. Baş katib BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü dəstəklədiyini qeyd edərək, texniki-logistik məsələlərin həlli ilə əlaqədar BMT-nin Azərbaycan tərəfi ilə birlikdə işləməyə hazır olduğunu deyib. Eyni zamanda, Baş katib Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün fəal surətdə çalışdığını bildirib.

Prezident Ilham Əliyev və Baş katib Antonio Quterreş telefon danışığında əminliklərini ifadə ediblər ki, keçiriləcək xüsusi sessiya COVID-19 pandemiyasına qarşı mübarizədə önəmli addım olacaq.