Bu il Həccə gedə bilməyənlər necə savab qazana bilərlər?Mövcud pandemiya səbəbi ilə əlaqədar bu il Həcc ziyarəti mümkün olmayacaq. Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin qərarına görə, yalnız ölkə daxilində yaşayan vətəndaşlar Məkkkəyə gedə biləcəklər, xaricdən ziyarətçi qəbul olunmayacaq.

Həcc ziyarəti İslamın vacib saylan 5 şərtindən biridir. Azərbaycandan da Həcccə getməyə hazırlaşan minlərlə zəvvar vardı. Qafqaz Müsəlmanları İdarəsi artıq həmin şəxslərin yolpulu və digər xərclər üçün ödədikləri vəsaiti özlərinə qaytarıb.

Maraqlıdır, məhdud şəraitdən asılı olaraq Həcc ziyarətini hansı əməllə əvəz etmək olar? Azərbaycanlı zəvvarlar başqa cür necə savab qazana bilərlər... Bəziləri bilmir ki, yığdığı pulu gələn ilin ziyarəti üçün saxlasın, yoxsa ianə versin.

Məsələ ilə bağlı Modern.az-a danışan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, "Məşədi Dadaş" məscidinin imam-camaatı Hacı Şahin indiki halda Həcc ziyarətinə ayrılan vəsaitin imkansız şəxslərə yönləndirilməsinin daha doğru olduğunu bildirib:

"Dinimizdə belə bir hökm var ki, insanlar Həccə getsələr və onların sağlamlığına hansısa təhlükə olarsa, bu ziyarət təxirə salınmalıdır. Yəni Həcc ziyarətinin təxirə salınması ilə bağlı Quranda ayə də var. Elə bu ayəyə əsasən, insanlar hətta Həcc kimi ziyarəti belə təxirə salmalı oldular. İkinci və üçüncü dəfə Həcc ziyarəinə getmək istəyən insnlar həmin vəsaiti xeyriyyə məqsədi ilə xərcləyə bilərlər. Xüsusilə indi pandemiyadan əziyyət çəkən, aztəminatlı ailələr var ki, onların bu yardıma çox ehtiyacı var. Yəni indi ən faydalı əməllərdən biri Həcc ziyarətinə ayrılan vəsaitin yoxsul təbəqəyə paylanmasıdır. Azərbaycandan Həccə yollanan zəvvarların çoxu artıq ikinci və üçüncü dəfə ziyarət etməyək insanlardır. Bu baxımdan onların imkanının geniş olduğunu nəzərə alsaq, kasıb, imkansız ailələrə dəstək vermələri daha doğru olardı.

Ümumiyyətlə, Həccin mənası həm də yardımlaşmadır, bu ictimai ayindir. Yəni Həcc ziyarəti sadəcə ayinləri yerinə yetirmək yox, ictimai məsuliyyəti yerinə yetirməkdir. Lakin Həccə getməyən insanlar yollar açılacağı təqdirdə imkanları varsa, mütləq ziyarəti həyata keçirməlidir".
Deputatın rəis oğlu koronavirusa yoluxduBaş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi Elşad Məmmədov koronavirusa yoluxub.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, rəis bir neçə gündür xəstəxanada müalicə alır. Bildirilib ki, mərkəzin əməkdaşları karantinə alınıb.

Qeyd edək ki, Elşad Məmmədov Milli Məclisin deputatı Elman Məmmədovun oğludur. Deputat açıqlamasında məlumatı təsdiq edib:

“Üç gündür COVID-19-a yoluxub. Hazırda xəstəxanada müalicəsini davam etdirir”.

Deputat qeyd edib ki, E.Məmmədovla birlikdə yaşamadıqları üçün analiz verməyiblər.
“Azərsu”nun idarə rəisi koronavirusdan öldü"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin idarə rəisi COVİD-19 virusundan dünyasını dəyişib.

Bu barədə Avrasiya.net-ə qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı məlumat verib.

Onun sözlərinə görə, Abşeron Sukanal İdarəsinin rəisi Qorxmaz Abbasov koronavirus infeksiyasından dünyasını dəyişib: "Qorxmaz Abbasovun yaşı 60-dan yuxarı olduğu üçün o pandemiya ilə əlaqədar məzuniyyətdə idi. Məzuniyyətdə olduğu dövrdə bu virusa yoluxub və dünyasını dəyişib".
"Dövlətin siyasi partiyalarla əməkdaşlıq etməsi keyfiyyətcə yeni mərhələyə yüksəlir"Əlisahib Hüseynov
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

Dövlətin siyasi partiyalarla iş aparması və əməkdaşlıq etməsi keyfiyyətcə yeni mərhələyə yüksəlir. Bunu ötən gün siyasi partiyalar arasında geniş müzakirələrin aparılması üçün keçirilən görüş də təsdiqləyir. Belə ki, Milli Məclisdə təmsil olunan siyasi partiyaların sədrləri və nümayəndələri tərəfindən Azərbaycanda siyasi partiyalar arasında geniş müzakirələrin aparılması üçün iyulun 7-də videokonfrans formatında görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev də iştirak edib. Görüş olduqca aktual bir mövzuya - “Azərbaycanda yeni siyasi konfiqurasiya: Pandemiya dövrü və yeni çağırışlar” mövzusuna həsr edilib. Pandemiya dövründə meydana çıxan yeni çağırışlar fonunda siyasi sistemin əsas elementləri olan siyasi partiyaların fəaliyyəti müzakirə edilib.

Siyasi partiyaların mövcudluğuna və fəaliyyətinə gündən-günə diqqətin artırılması təqdir olunası haldır. Dövlət pandemiya və postpandemiya dönəmlərində və eləcə də islahatlar prosesinin davam etdiyi bir zamanda siyasi partiyaların rolu və əhəmiyyətini nəzərə alır. Bu çox önəmli amildir. Çünki ölkədə həyata keçirilən siyasi islahatların daha uğurlu nəticələrlə müşayiət olunması üçün cəmiyyətdə mövcud olan bütün siyasi qüvvələrin və cərəyanların mövqeləri mütləq nəzərə alınmalıdır. Siyasi dialoq və ümummilli maraqlar, dövlətçilik məsələləri çərçivəsində əməkdaşlıq mühitinin möhkəmlənməsi çox vacibdir. Partiyaların roluna önəm verilməsi Azərbaycanda siyasi münasibətlərin sağlam zəmində qurulmasına təkan verəcək. Sevindirici haldır ki, Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev də bu mövqeyi, bu düşüncələri bölüşür. Onun sözügedən görüşdə çıxışı zamanı toxunduğu məsələlərin məzmunu da bunu təsdiqləyir. Ədalət Vəliyev aparılan köklü struktur və kadr islahatlarına toxunaraq, Prezident Administrasiyasında ilk dəfə olaraq xüsusi struktur bölməsinin yaradılmasının ölkə rəhbərliyinin siyasi partiyalarla müntəzəm iş aparılması, sağlam əməkdaşlığın qurulması, habelə Milli Məclis ilə daha nizamlı əlaqələrin təşkili işinə verdiyi əhəmiyyətdən irəli gəldiyini diqqətə çatdırıb. O bildirib ki, ölkə Prezidentinin təşəbbüsü və iradəsi ilə Azərbaycanda artıq siyasi islahatların yeni mərhələsi başlanıb, siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır və bu, iqtidar-müxalifət münasibətlərinin müzakirələr vasitəsilə inkişaf etdirilməsinə söykənir. Çıxışdan da bir daha görünür ki, siyasi partiyalara münasibətdə yeni yanaşmanın, yeni dəst-xəttin ortaya qoyulması ölkədə siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək və çoxpartiyalı sistemi inkişaf etdirmək məqsədi daşıyır. Və bu gün iqtidar partiyalararası konstruktiv siyasi müzakirələrə, siyasi dialoqa bu qədər mühüm əhəmiyyət verirsə, deməli, Azərbaycan dövlətçiliyi üçün prinsipial olan məsələlərin bundan sonra milli həmrəylik yolu ilə həll edilməsi prioritet təşkil edəcək. Bu da yalnız siyasi qüvvələrlə konstruktiv əməkdaşlıq zəminində mümkün ola bilər.

Proses onu göstərir ki, siyasi partiyalar da bu əməkdaşlıqda dərindən maraqlıdırlar. Biz bunu pandemiya dövründə ölkədəki siyasi partiyaların mütləq əksəriyyətinin dövlət başçısının siyasətini yaxından dəstəkləməsindən də gördük. Azərbaycanda iqtidarla müxalifət arasında ümummilli maraqlar naminə həqiqətən də indiyədək müşahidə edilməyən yaxınlaşmanın şahidi olduq. Ölkənin siyasi mühitində sağlam əməkdaşlıq üçün olduqca əlverişli şərait meydana gəlib. Siyasi liderlər, partiya rəhbərləri də bunun fərqindədir. Ölkədə yeni siyasi arxitekturanın təşəkkül tapması zənnimcə, hamımızı – siyasi camiənin bütün subyektlərini qane edir. Marginallar və radikallar isə qeyri-konstruktiv mövqe sərgilədiklərinə və cəmiyyət tərəfindən dəstəklənmədiklərinə görə proseslərdən kənarda qalmağa məhkumdur. Onlar dövlətçiliyin möhkəmləndirilməsi üçün birgə əməkdaşlıqda maraqlı deyillər. Radikallar hər zaman olduğu kimi siyasi konfrantasiyada maraqlıdırlar. Bu yolun isə sonu yoxdur.
Mədət Quliyevə yeni müavin təyin edildi - FOTOAzərbaycanın Müdafiə Sənayesi nazirinə yeni müavin təyin edilib.

Avrasiya.net xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Mehman Baxışov Müdafiə Sənayesi nazirinin müavini təyin olunub.

Qeyd edək ki, Mehman Abbas oğlu Baxışov 1959-cu il iyul ayının 28-də Abşeron rayonunun Altı-Agac kəndində anadan olub.

1981-ci ildə Xəzər Ali Hərbi Dənizçilik Məktəbini mühəndis-texnoloq ixtisası üzrə bitirib.

1981-ci ilin iyul ayından 1985-ci ilin avqust ayına qədər SSRİ Hərbi Dəniz Donanmasının Mərkəzi Kimya Anbarında saxlama şöbəsinin rəisi işləyib.

1985-ci ilin avqust ayından SSRİ Müdafiə Nazirliyinin Hərbi Nümayəndəliyində kiçik nümayəndə işləyib.

1990-cı ilin noyabr ayından SSRİ Müdafiə Nazirliyinin Baş Hərbi nümayəndəliyinin rəisi işləyib.

1992-ci ilin aprel ayından Azərbaycan Respublikası Müdafiə Nazirliyində Silah və Hərbi Texnika İdarəsində qərargah rəisinin müavini işləyib.

1992-ci ilin may ayından 1994-cü ilin yanvar ayına qədər Müdafiə Sənayesi İdarəsində Hərbi nümayəndəliklər şöbəsinin rəisi işləyib

1994-cü ilin yanvar ayından 2019-cu ilin oktyabr ayınadək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Müdafiə Sənayesi İdarəsinin rəisi vəzifəsində xidmət edib.

2019-cu ilin oktyabr ayından Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə ehtiyata buraxılıb.

2019-cu ilin noyabr ayından Azərbaycan Respublikası Müdafiə Sənayesi nazirinin (hərbi-texniki əməkdaşlıq üzrə) müşaviri təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 7 iyul 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi nazirinin müavini təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2008-ci il tarixli Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2013-ci Sərəncamı ilə General-mayor hərbi rütbəsi verilib.

Xatırladaq ki, Müdafiə Sənayesi naziri Mədət Quliyevdir.
Azərbaycanın baş epidemioloqu İSTEFA VERDİİbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən çıxıb.

Bu barədə APA-ya açıqlamasında İ. Ağayev özü məlumat verib.

O deyib ki, öz istəyi ilə ərizə yazaraq bu vəzifədən gedib:

“1976-cı ildən Azərbaycan Tibb Universitetində işləyirəm. 1992-ci ildən isə ATU-da professor, kafedra müdiriyəm. Həmçinin Əməkdar müəllim, Əməkdar elm xadimiyəm. 1991-ci il, ya da 1992-ci ildən ictimai əsaslarla baş epidemioloq oldum. İctimai əsaslarla işləyəndə heç kimə bunun müqabilində pul, maaş verilmir. Heç kim mənə heç nə deməyib. Sadəcə könüllü olaraq ərizə yazdım”.
Komitə sədrindən yas mərasimi qadağası: “Ölən şəxsə ehsan vermək lazım deyil”İslam dininə əsasən insan vəfat etdikdən sonra onun lazımi qaydada dəfni həyata keçirilməlidir. Bunu etdikdən sonra başqa heç nəyə ehtiyac qalmır.

Avrasiya.net-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, vəfat edən insan dəfn edilir, mərasim də məzarlıqda həyata keçirilir:

“Dində insanın dəfnində çox və ya az adamın iştirakı məsələsi yoxdur. Dində insan vəfat edərkən vacib olan işlərin yerinə yetirilməsi şərtdir. Hər bir dinin bununla bağlı qaydaları var. Bu qaydalar demir ki, sən kütləvi şəkildə toplaşmalısan. İndi koronavirus pandemiyası dövrüdür. Bu virusun aradan qalxması üçün insanların təmasının azaldılması, ara məsafə saxlaması zəruridir.

İndi nə etməliyik, yığışmalıyıq ki, daha çox insan yoluxsun? Ona görə də yas mərasimləri dəfn mərasimi səviyyəsində həyata keçirilib yekunlaşmalıdır. Yəni əvvəlki kimi dəfindən sonra vəfat edən insanın həyətinə, evinə yığışmaq, orada ehsan vermək lazım deyil. Çünki bu, virusun yayılması üçün münbit şərait yaradır”.

M.Qurbanlı bildirib ki, Qafqaz Müsəlmanları İdarəsinin də bununla bağlı fətvası var:

“Nazirlər Kabineti yanında Operativ Qərargahın da bu barədə aydın təlimatı var. Bütün din xadimlərinə tapşırıq verilib. Bu gün məscidlər, ziyarətgahlar, senaqoqlar, kilsələr bağlıdır. Tək Azərbaycanda deyil, dünyanın hər yerində belədir. İnsanlarımız bu qaydalara əməl etməlidir, biz koronavirusa qarşı birgə mübarizə aparmalıyıq”.
DTX-nin tutduğu XİN vəzifəliləri məhkəməyə müraciət etdiXarici İşlər Nazirliyində (XİN) Dövlət Təhlükəsizliyi Xidmətinin (XİN) keçiridiyi əməliyyat zamanı saxlanılan vəzifəli şəxsləri barələrində seçilmiş həbs qətimkan tədbirindən apellyasiya şikayəti verib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murğuzovun sədrlik etdiyi kollegiya baxacaq.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Fərhad Molla-zadə və Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvətalma, Nurupaşa Abdullayev isə rüşvətalma faktlarına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Rəsmi məlumata görə, XİN-in ayrı-ayrı strukturlarının fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan dövlət vəsaitlərinin ələ keçirilməsi, müxtəlif fəaliyyət istiqamətləri üzrə, eləcə də xarici ölkə vətəndaşlarının viza müraciətləri ilə bağlı rüşvət alınması və sair hüquqazidd əməllərin törədilməsi ilə bağlı əldə edilmiş məlumatlar araşdırılmış, XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Məhkəmənin qərarları əsasında, Fərhad Molla-zadənin, Səlim Əlizadənin, Nurupaşa Abdullayevin xidməti və yaşadıqları ünvanlara, habelə dövlət vəsaitlərinin əmtəəsiz əməliyyatlarla mənimsənilməsi üçün yaradılmış hüquqi şəxslərə dair sənədlərin və işlərin görülməsi üçün vəsait ayrılması müqabilində rüşvət ödənildiyi barədə sənədlərin olduğu yerlərə baxış keçirilib. Həmin ünvanlardan XİN-in vəzifəli şəxslərinə qaytarılmış nağd pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, pul vəsaitləri və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.

İstintaq araşdırmaları zamanı Fərhad Molla-zadə və Səlim Əlizadə tərəfindən XİN-in strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Həmçinin Fərhad Molla-zadənin və Səlim Əlizadənin XİN-in təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün hesablarına pul köçürülən sahibkarlardan həmin vəsaitin müəyyən hissəsi dəyərində rüşvətin istənilərək almalarına dair məlumatlar əldə olunub.

Bundan başqa, aparılan araşdırmalarla Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin vəzifə səlahiyyətlərindən istifadə edərək elektron vizanın tətbiq olunmadığı xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasına gələ bilmələri üçün viza müraciətlərinin təmin edilməsi ilə bağlı qanunazidd hərəkətlər müqabilində müntəzəm rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
“Roskosmos” rəsmisi bu ölkə üçün casusluq edib – Adı açıqlandıRusiya Federal Təhlükəsizlik Xidməti “Roskosmos” (Rusiya Federal Kosmik Agentliyi) rəhbərinin informasiya siyasəti üzrə müşaviri İvan Safronovun Rusiya silahlarının Yaxın Şərq və Afrikaya tədarükü ilə əlaqədar Çexiya xüsusi xidmət orqanlarına məlumat ötürməkdə şübhəli bilinir.

Teleqraf.com xəbər verir ki, bu barədə jurnalistlərə vəkil Yevgeni Smirnov məlumat verib.

“Safronovun işi 2017-ci ildə Rusiyanın Yaxın Şərqə və Afrikaya silah tədarükünə dair hərbi-texniki məlumatların Çexiya xüsusi xidmət orqanlarına ötürülməsi ilə bağlıdır”, – deyə o bildirb. İvan Safronovun vəkili İvan Pavlovun sözlərinə görə, FTX “Roskosmos” rəhbərinin müşavirinə qarşı iddianın onun jurnalistik fəaliyyətinə aid olmadığını bəyan edib.

O, həmçinin, qeyd edib ki, “Roskosmos” korporasiyasının adı cinayət işində yalnız Safronovun hazırkı iş yeri kimi çəkilir. Ancaq digər vəkil Yevgeni Smirnov işin Safronovun jurnalistlik fəaliyyəti ilə əlaqəli olduğunu bildirib. “Safronovun mövqeyinə görə məhz belədir”, – deyə o bildirib.

Safronovun müdafiə tərəfi bildirib ki, ona qarşı iş yeddi cilddən ibarətdir. Baxmayaraq ki, cinayət işi yalnız iyulun 6-da başlanıb. Vəkil Safronovun uzun müddət izlənildiyini və onun barəsində məlumat toplanıldığını qeyd edib. İvan Pavlov, həmçinin, ABŞ-ın Safronovun həbsi ilə bağlı materialda “Çexiya xüsusi xidmət orqanları vasitəsilə gizli məlumatlar əldə edən ölkə” kimi xatırlandığını söyləyib. Vəkillər bildriblər ki, FTX Safronovun Çexiya xüsusi xidmət orqanları tərəfindən 2012-ci ildə əməkdaşlığa cəlb edildiyini hesab edir. Vəkil Sergey Malyukin qeyd edib ki, müstəntiq məhkəmə iclasında hakimə təqsirləndirilən şəxsin Çexiya xüsusi xidmət orqanları ilə yazışmalarını göstərib, lakin müdafiə tərəfi onunla tanış olmayıb.
Süleymaninin öldürülməsi ilə bağlı gizlin detalllar açıqlandı - HesabatBMT tərəfindən iranlı general Qasım Süleymaninin öldürülməsini araşdırmaq üçün səlahiyyət verilən qurumun xüsusi nümayəndəsi Agnes Kallamard ABŞ-ın dron vasitəsilə hücum təşkil edərək, Süleymanini öldürməsini “qanunsuz və özbaşınalıq” adlandırıb.

Teleqraf.com xəbər verir ki, BMT İnsan Haqları Komitəsinin toplantısı zamanı bu ilin yanvar ayında öldürülən Qasim Süleymani ilə bağlı aparılan araşdırma zamanı əldə edilən nəticələr yayımlanıb. BMT tərəfindən Süleymaninin qətlini araşdırmağa cəlb edilən xüsusi nümayəndə Agnes Kallamard bəyan edib ki, ABŞ-ın pilotsuz uçuş aparatı ilə hücum təşkil edərək general Süleymanini öldürməsi qanunsuz akt olub. 39 səhifəlik hesabatda ABŞ-ın beynəlxalq hüququn tələblərini pozaraq Süleymanini öldürdüyü bəyan olunub.

“ABŞ-ın bu günə qədər təqdim etdiyi faktların işığında general Süleymaninin hədəf alınması və onu müşayiət edənlərin öldürülməsi BMT-nin nizamnaməsinə əsasən özbaşınalıqdır. Bu hücum BMT nizamnaməsinin 2 (4) mddəsinin pozulmasıdır. Generalın öldürülməsi səbəbi olaraq qarşı tərəfin hücum hazırlığında olmasına dair yetərli faktlar yoxdur. General Süleymanin ABŞ-ın maraqlarına, xüsusilə İraqda təcili tədbirlərin lazım olduğu və yaxınlarda hücum planladığına dair iddialar heç bir dəlillə sübut edilməyib”,- hesabatda bildirilib.

Hesabatın sonunda ABŞ-ın belə bir hücumu etmək üçün kifayət qədər dəlillərə malik olmadığı, belə faktların təqim edilmədiyi vurğulanıb:

“General Süleymani İran hərbi strategiyası çərçivəsində Suriya və İraqdadakı hərəkətlərinə görə, məsuliyyət daşıyırdı. Ancaq həyati yəhlükəsi olmadığına görə, ABŞ-ın atdığı addım qanunsuz idi”.