"Minsk qrupunun vasitəçiləri üçün İlham Əliyevin çıxışı  “master klass”  sayıla bilər"İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak edəndən sonra Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına verdiyi müsahibədə bir sıra önəmli məqamlara toxundu. Mən Birinci Qarabağ Müharibəsinin iştirakçısı kimi Prezidentimizin işğalçı Ermənistanla və bəzi beynəlxalq təşkilatların Qarabağ münaqişəsinin həlli prosesində hazırki Ermənistan hakimiyyətinin destruktiv hərəkətlərinə qarşı seyrçi mövqeyi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirmək istəyirəm. İlham Əliyevin müsahibəsinin bu hissəsi həm Ermənistanın bir dövlət kimi saxtalığını açıb göstərmək və Ermənistan hakimiyyətlərinin xuntaçı, diktatura mahiyyətini ifşa etmək baxımından kifayət qədər parlaq çıxış idi. Həm də ATƏT-in Minsk qrupunun vasitəçiləri üçün İlham Əliyevin bu çıxışı sözün əsl mənasında “master klass” (ustad dərsi) sayıla bilər. Zənnimcə, hörmətli həmsədrlər bu çıxışa təkrar-təkrar qulaq asmalı və özləri üçün ibrət götürməli, nəticə çıxarmalı və ədalətsiz fəaliyyətsizliklərinə son qoymalıdırlar, sülh prosesində real nəticəyə nail olmaq üçün Ermənistan hakimiyyətinə təzyiqləri artırmalıdırlar.

Cənab Prezident ilk növbədə Azərbaycanın BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə səs verən yeganə ölkənin niyə məhz Ermənistan olması faktına açıqlama verdi, aydınlıq gətirdi. O qeyd etdi ki, bunun əsas səbəbi Ermənistanda hökm sürən və dövlət tərəfindən təbliğ edilən Azərbaycanafobiyadır, Azərbaycan dövlətinə, Azərbaycan xalqına nifrətin təzahürüdür. Ancaq Ermənistan bu hərəkəti ilə heç şübhəsiz ki, özü-özünü çox pis vəziyyətə qoydu, özünü dünyadan təcrid etdi. Belə bir təşəbbüsün əleyhinə çıxmaq həqiqətən də ağılsızlıqdır və qeyri-rasional düşüncənin məhsuludur. Həmişə və hər bir məsələdə fərqlənməyə çalışan Ermənistan bu dəfə də çox pis formada fərqləndi. Ermənistanın BMT-dəki səfiri təşkilatın rəhbərliyinə çox qəribə bir məktub ünvanlayıb və bildirib ki, onlar bunun əleyhinədirlər. Lakin bu məktub və bu cür qeyri-sağlam davranışla ermənilər özlərini çox gülünc vəziyyətə qoydular. Maraqlıdır ki, Ermənistanın bu məktubuna heç kəs reaksiya vermədi. Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü 130-dan çox ölkə rəsmən dəstəklədi.

Ermənistanın tutduğu şər mövqeyi isə onun özünə qarşı çevrildi, beynəlxalq imicinə zərbə vurdu. Prezident İlham Əliyevin də vurğuladığı kimi Ermənistanın bu mövqeyi “bir daha onların ksenofob, irqçi və faşist mahiyyətini göstərir. Çünki artıq dünya bunların əsl simasını dəfələrlə görübdür. Bu gün Ermənistanda faşizm ideologiyası üstünlük təşkil edir. Mən demişəm, rejim dəyişə bilər, amma bu ölkənin faşist ideologiyası dəyişməz olaraq qalır. Bu ideologiyanın hədəfində bizik. Onların Azərbaycanafob siyasəti bu gün də özünü büruzə verdi. Onlar özləri-özlərini dünyadan təcrid edirlər. Amma bu addım, əlbəttə ki, heç bir məsələyə təsir edə bilməz. Sadəcə olaraq, dünya ictimaiyyəti bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə öz diqqətini artıracaq, görəcək ki, məhz buna görə bu addım atıldı, buna görə Ermənistan etiraz etdi və yenidən təcrid edilmiş vəziyyətdə qaldı”. Mən dövlət başçımızın bu fikirlərinə əlavə olaraq onu deyə bilərəm ki, Ermənistan növbəti dəfə beynəlxalq miqyasda təkləndi. Diplomatiya dilində bu cür ölkələrə “izqoy ölkə” (“страна изгой”, “rogue country”) deyilir. Və bu cür dağıdıcı, pozucu mövqe tutan ölkələrə beynəlxalq münasibətlər sistemində heç kim hörmətlə yanaşmır.

Ən pisi də budur ki, Ermənistanın xarici siyasəti necə uğursuzdursa, bu ölkənin daxili durumu ondan da bərbaddır və bu gün bu ölkənin daxilində də demokratiyanın, insan haqlarının pozulması halları geniş vüsət alır. Lakin təəssüf ki, bəzi beynəlxalq təşkilatlar isə bütün bunlara göz yumur. Prezident tamamilə haqlı olaraq qeyd etdi ki,
“Ermənistanda insan haqlarının və demokratiyanın pozulması təkcə bu günün işi deyil. Ermənistanda heç vaxt demokratiya olmayıb. Ermənistan hələ müstəqil ölkə kimi formalaşandan dərhal sonra öz əsl xislətini göstərdi. Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər. Başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola bilməz. Onlar bir milyon Azərbaycan vətəndaşının və Ermənistanda yaşayan azərbaycanlıların elementar insan haqlarını pozublar”. Elə indiki Ermənistan rəhbərliyi son 20 ildə (1998-ci ildən 2018-ci ilə qədər) demokratiyadan anlayışı olmayan quldurlar rəhbərlik etdiyini etiraf edir. Paşinyan öz sələflərinin oğru və cinayətkar olduğunu, önların hakimiyyəti dövründə Ermənistanda insan haqqlarını kobud surətdə pozulduğunu faktlarla açıb ortaya qoyur. Prezident İlham Əliyev də məhz bu məqama toxunaraq qeyd etdi ki, əgər 20 il ərzində Ermənistana rüşvətxorlar, cinayətkarlar, oğrular rəhbərlik edibsə, bu ölkə cinayətkarlar, oğrular, rüşvətxorlar ölkəsidir:”Onların dırnaqarası müstəqillik tarixi rüsvayçılıq tarixidir. Müstəqilliyin ilk illərində Azərbaycan xalqına qarşı törədilmiş ərazi iddiası, Xocalı soyqırımı, işğal və Azərbaycan vətəndaşlarının öz doğma torpaqlarından didərgin salınması, ondan sonrakı mərhələdə qanunsuz yollarla hakimiyyətin zəbt edilməsi. Bütün Ermənistan rəhbərləri hakimiyyətə qanunsuz yollarla gəliblər. Bu ölkənin, sadəcə olaraq, tarixinə baxmaq kifayətdir. 1990-cı illərin sonlarında Ermənistan parlamentində terror hadisəsi onların əsl mahiyyətini üzə çıxarır. Bu, terrorçu ölkədir və 2018-ci ilə qədər quldur, kriminal, rüşvətxor xuntanın hakimiyyəti Ermənistanı bu acınacaqlı vəziyyətə gətirib çıxardı. Belə çıxır ki, Ermənistan prezidentləri rüşvətxor olublar və ikisi də indi cinayət məsuliyyətinə cəlb edilib. Onların generalları oğru olublar, əsgərlərin tuşonkasını bazarlarda satdırıblar. Onların qəhrəmanları faşist, terrorçu və cinayətkar olublar. Bax, budur, bugünkü Ermənistan”.

Heç indi də bu ölkədə siyasi və iqtisadi vəziyyət ürəkaçan deyil. Paşinyanın hakimiyyətə gəlişi Ermənistanda ciddi dəyişikliklərə gətirib çıxarmadı. Sıravi ermənilərin arzuları yenə də puç oldu. Son iki il ərzində Ermənistanda sözün əsl mənasında siyasi diktatura rejimi formalaşıb. Bu gün düşmən ölkədə insan haqları kobudcasına pozulur, jurnalistlər həbs olunur. Həmçinin siyasi rəqiblər təqib edilir, siyasi partiya rəhbərlərinin deputat toxunulmazlığı götürülür, onlar həbs edilməklə hədələnir. Biz bunu müxalifət lideri Q.Sarukyana qarşı baş verən olaylardan da aydın şəkildə görürük. Paşinyan öz rəqiblərini vurub sıradan çıxarmaq üçün qanuni və qeyri-qanuni olan bütün üsullara əl atır. Prezident İlham Əliyev də Ermənistan Baş nazirinin bu cür dərəbəyliyini nəzərdə tutaraq müsahibəsində bildirdi ki,”Baş nazir həm hakimdir, həm prokurordur, həm icra orqanının rəhbəridir, həm də sanki parlamentin sədridir. Qanunvericilik, məhkəmə-hüquq və idarəetmə mexanizmi bir adamın əlində cəmlənib və Ermənistanda diktatura artıq formalaşıbdır”. Bu isə bir daha onu göstərir ki, Ermənistanda sadəcə siyasi vitrin dəyişib, məzmun və mahiyyət isə olduğu kimi qalır. Daha doğrusu, xunta gedib, onun yerinə isə diktatura gəlib. Başqa sözlə desək, erməni ictimaiyyəti yağışdan çıxıb, yağmura düşüb.

Lakin çox maraqlıdır ki, beynəlxalq təşkilatlar saxta “demokrat” mantiyasını əyninə geyinmiş Paşinyanın ölkəsində baş verən bütün bu rəzalətə heç bir reaksiya vermir. Dövlətimizin başçısı bu mənada tamamilə haqlı olaraq sual verir ki, “haradadır ATƏT-in media üzrə nümayəndəsi? Hansı ki, gecə-gündüz Azərbaycan haqqında iftiralar uydurur və indi dəridən-qabıqdan çıxır ki, öz vəzifəsində qala bilsin.

Niyə səsini çıxarmır? Niyə həbsxanada jurnalist öləndə səsini çıxarmayıb? Niyə pozuntular olanda səsini çıxarmayıb? Haradadır Avropa Şurası? Niyə Ermənistan tənqid olunmur? Niyə Ermənistan üzrə, siyasi məhbus üzrə məruzəçi təyin edilmir? Mən bütün bu sualları verirəm və bu suallar cavabsız qalır, bu suallara cavab verilmir. Çünki sərf etmir. Nə cavab verəcəklər? Cavab verəcəklər ki, biz saxtakarıq? Deməyəcəklər. Sadəcə olaraq, susmağa üstünlük verirlər”. Bütün bunlar onu göstərir ki, artıq beynəlxalq təşkilatların və onların ayrı-ayrı təmsilçilərinin bütün bu riyakarlıqlarının üstü tam açılıbdır. İndi heç kimdə şübhə yoxdur ki, bütün bu qurumlar tərəfindən verilən qərarların əksəriyyəti siyasi xarakter daşıyır və siyasi sifarişdir. Onlar Ermənistan kimi onların qarşısında baş əyən, diz çökən ölkələrin başını sığallayır, lakin özünü qürurlu, ləyaqətli aparan, öz müstəqil mövqeyi olan və özünə qarşı hörmət tələb edən Azərbaycan kimi ölkələrə qarşı isə müxtəlif bəhanələr və saxta tezislərlə, ittihamlarla hücum edirlər. Əlbəttə ki, hücumun da əsas tezisi ya insan haqları, yadaki demokratiya şüarları olur. Biraz da konkret desək, beynəlxalq təşkilatlar Ermənistanda total şəkildə baş verən insan haqlarının pozulması hallarını görməzdən gəlir, lakin Azərbaycanda karantin rejimini pozanların İXM-ə (İnzibati Xətalar Məcəlləsi) əsasən saxlanılmasını və ya cərimə edilməsini isə əllərində bayraq edir və bunu bütün dünyaya Azərbaycanda insan haqlarının pozulması kimi təqdim etməyə çalışırlar. Yəni ki, həmişəki kimi yenə də “ikili standart”lardan çıxış edirlər. Lakin Prezident İ.Əliyevin də qeyd etdiyi kimi, bütün bunlar saxta iradlardır.

Prezident müsahibəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də geniş şəkildə toxundu və bildirdi ki, danışıqlar prosesində Azərbaycanın mövqeyində hər hansı bir dəyişiklik yoxdur və ola da bilməz. Çünki bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz həm tarixi ədalətə, eyni zamanda, beynəlxalq hüquqa əsaslanır. İlham Əliyev bir daha qeyd etdi ki, “heç vaxt Azərbaycan torpağında ikinci erməni dövlətinin yaranmasına icazə verilməyəcək. İşğal edilmiş bütün torpaqlar işğalçılardan azad edilməlidir, Azərbaycan vətəndaşları öz dədə-baba torpaqlarına qayıtmalıdırlar. Bu, prinsipial mövqedir və dünya birliyi bu mövqeyi dəstəkləyir”. Minsk qrupunun məlum bəyanatına toxunan dövlət başçımız tamamilə haqlı olaraq qeyd etdi ki, biz Minsk qrupundan başqa bəyanatlar, konkret bəyanatlar gözləyirik və onu eşitmək istəyirik. Prezident İlham Əliyev “Ermənistanın baş naziri deyir “Qarabağ Ermənistandır”. Buna mən cavab verirəm və lazımi cavab verirəm. Amma Minsk qrupu niyə buna cavab vermir?” sualını səsləndirməklə əslində Minsk qrupunun həmsədrlərini real və konkret fakt qarşısında qoydu. Doğrudan da, həmsədrlər niyə cavab vermirlər? Axı Paşinyanın bu məsuliyyətsiz ifadəsi birbaşa Minsk qrupunun formalaşdırdığı danışıqların mahiyyətinə zidd çıxır və onu alt-üst edir. Daha doğrusu, danışıqları faktiki olaraq əhəmiyyətsiz edir. Bəs, belə olan halda Minsk qrupunun həmsədrləri nə üçün buna adekvat reaksiya vermirlər?

Eləcə də, Ermənistan tərəfi iki ildir danışıqların formatını dəyişmək istəyir və bəyan edir ki, Azərbaycan Dağlıq Qarabağın qondarma, saxta, dırnaqarası “lider”ləri ilə danışıqlar aparmalıdır. Minsk qrupu buna da reaksiya vermir. Versə də, mücərrəd diplomatik sözlərlə, qeyri-müəyyən şəkildə reaksiya verir. Lakin Prezident İlham Əliyev isə haqlı olaraq onlardan konkretlik, dəqiqlik və aydın mövqe tələb edir:”Axı, o dövr keçibdir. Biz aydınlıq tələb edirik. Bu addımlar kim tərəfindən atılır? Ermənistan tərəfindən. Biz danışıqlar formatına da sadiqik, danışıqların mahiyyətini də əsas götürürük. Əlbəttə ki, o mahiyyətdə bizi heç də hər şey qane etmir. Ancaq biz demişik, bizi nə qane etmir və nə qane edir. Ermənistan nə edir? “Qarabağ Ermənistandır” deməklə tamamilə danışıqların mahiyyətini yerə vurur. “Formatı dəyişmək lazımdır” fikri danışıqları əhəmiyyətsiz edir. Yəni, buna adekvat reaksiya verilməlidir, yoxsa yox?!”. Azərbaycanın həmsədrlərdən daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar və addımlar gözləməyə tam haqqı çatır.

Bu gün faktiki olaraq danışıqlar prosesinin getmədiyini diqqətə çatdıran Prezident də sözügedən müsahibəsində çox aydın şəkildə həmsədrlərin və Ermənistan rəhbərliyinin diqqətinə çatdırdı ki, biz danışıqları imitasiya üçün aparası deyilik, biz danışıqları mahiyyət üzrə aparmaq istəyirik:”Bilirsiniz, indi biz də dözümlülük göstəririk və konstruktiv olmağa çalışırıq. Amma bu gün faktiki olaraq danışıqlar prosesi getmir. Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin videokonfranslarının heç bir əhəmiyyəti yoxdur.

Bu, sadəcə olaraq, Minsk qrupunun sanki fəaliyyətdə olmasını göstərir. Yaxşı, nə qədər olar? Fəaliyyətdə olmaq fəaliyyətdə olmaq deməkdir. Mən demişəm ki, biz danışıqları imitasiya üçün aparası deyilik. Biz danışıqları mahiyyət üzrə aparmaq istəyirik. İndi onlar bir söz çıxarıblar – substantiv danışıqlar. Özləri bu sözü çıxarıblar, aydındır bunun mahiyyəti nədir - bəli, mahiyyət üzrə danışıqlar formatı dəyişmədən və masa üzərində olan danışıqlar predmetinə əlavə etmədən. Belə olan halda, əlbəttə, biz danışıqlarda iştirak edəcəyik. Əks halda, mənasız danışıqların aparılmasına heç bir ehtiyac qalmayacaq. Bax, biz Minsk qrupundan bunu gözləyirik”. İndi Minsk qrupunun həmsədrləri də buyursunlar, öz missiyalarını real şəkildə yerinə yetirməyə başlasınlar. Prezidentimiz də, xalqımız da, biz qazilər də ATƏT-in bu yüksəkçinli diplomatlarından konkret nəticə gözləyirik. Artıq söz diplomatiyası ilə başımızı qata bilməzlər!

Prezident İlham Əliyevin müsahibəsində bir məqam da xüsusi olaraq diqqətimi çəkdi. Müsahibəsinin sonunda cənab Prezident net şəkildə bildirdi ki, “biz öz mövqeyimizdə möhkəm dayanmışıq, haqq-ədalət bizim tərəfimizdədir. Biz haqlı olmağımızı həm beynəlxalq arenalarda göstərmişik, həm də döyüş meydanında və heç kimin Aprel döyüşləri yadından çıxmasın”. Prezidentimizin çıxışındakı bu əminliyi, bu qətiyyəti çox bəyəndim. Biz qazilər də hər zaman Ali Baş Komandanımızın yanındayıq, onu tam şəkildə dəstəkləyirik və döyüş əmrinə də hazırıq!

Əlisahib Hüseynov
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
Qəbiristanlıqda yer satan bələdiyyə işçisi həbs edildiBakı şəhər Yasamal Bələdiyyəsində vergi agenti vəzifəsində işləyən Zaur Müslümovun qanunsuz hərəkətləri barədə müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

Baş Prokurorluqdan Avrasiya.net-ə verilən məlumata görə, müraciət əsasında həyata keçirilmiş təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində, iyulun 3-də Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən 1 saylı Dağüstü qəbiristanlıqda Zaur Müslümov qəbir yerinin ayrılması müqabilində vətəndaşdan tələb etdiyi 3000 manat pul vəsaitinin 2300 manatını alarkən cinayət başında yaxalanıb.

İstintaqla Yasamal Bələdiyyəsində vergi agenti vəzifəsində işləyən Zaur Müslümovun öz qulluq mövqeyindən istifadə edib 1 saylı Dağüstü qəbiristanlıqda qəbir yerinin ayrılması adı ilə aldatmaqla vətəndaşı rüşvət qismində verməli olduğuna inandıraraq tələb etdiyi 3000 manat pul vəsaitinin 700 manatını iyul 1-də, qalan 2300 manatını isə iyulun 3-də qəbiristanlığın ərazisində almasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan qanunsuz əməllərə görə Zaur Müslümova Cinayət Məcəlləsinin 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq), 29, 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluğa cəhd) və 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunaraq barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə digər təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri və intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə və Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə məlumat verilməsini tövsiyə edir.
Mehriban Əliyeva daha iki şəhid ailəsinin mənzil problemini nəzarətə götürdü "Təşkilatımızın üzvü olan Mingəçevirdə yaşayan, 2016-cı ilin aprel döyüşlərində şəhid olan gizirlər Adil Adilzadənin və Teymur Qasımovun ailə üzvləri tərəfindən mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətə Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən dərhal müsbət münasibət bildirildi".

Bunu Modern.az-a “Zəfər”Şəhid ailələrinə dəstək İB-nin sədri Sevinc Orucova deyib.

S.Orucova qeyd edib ki, hər iki ailəmiz uzun müddətdir ki,çətin şəraitli,qəzalı vəziyyətdə olan evlərdə yaşayırdılar:

"Bizim təşkilata qəza vəziyyətində olan evlərinin təmiri ilə bağlı ünvanlanmış müraciətlə bağlı, Heydər Əliyev fondunun rəhbərliyinə məlumat verdik.

Fondun prezidenti Mehriban xanım şəhid ailələrinin qəzalı vəziyyətdə olan evlərinin əvəzinə, bütün məişət təminatı ilə birlikdə yeni fərdi yaşayış sahəsinin tikilib təhvil verilməsinə dair göstəriş verib.

Ən qısa zamanda yeni fərdi yaşayış evləri tikilərək hər iki şəhid ailəsinə təhvil veriləcək.

Mehriban xanımım bu addımı bir daha sübut edir ki,ölkəmizdə koronavirus pandemiyasına qarşı mübarizə apardığımız bir dövrdə heç bir sosial layihə diqqətdən kənarda qalmamışdır.Şəhid ailələrinin sosial-məişət problemləri ən yüksək səviyyədə həllini tapır.

Hər bir şəhid ailəsi qəhrəmanlarımızın bizlərə əmanətidir.Hər kəs bu əmanətə sayğı duymaya,qayğı göstərməyə çalışmalıdır.Bizlərə ən mükəmməl örnək Mehriban xanımdır.

“Zəfər”Şəhid ailələrinə dəstək ictimai birliyi olaraq, təşkilatımızın və şəhid ailələri adından göstərilən diqqət və sayğıya göre Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildiririk".
Azərbaycanda daha 542 nəfər koronavirusa yoluxdu - 9 nəfər öldüAzərbaycanda 542 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 465 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumatda bildirilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 21 916 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 13 100 nəfər müalicə olunaraq sağalıb, 274 nəfər vəfat edib, 8 542 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 355, ötən müddət ərzində isə ümumilikdə 537 230 test aparılıb.

Baş Prokurorluq Nərminin işi ilə bağlı yeni MƏLUMAT YAYDITovuz rayonunun Dondar Quşçu kənd sakini azyaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsində istintaq davam etdirilir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən Avrasiya.net-ə bildirilib ki, son günlər ərzində bir sıra sosial media səhifələrində və veb-saytlarda qeyd edilən cinayət işi ilə bağlı sensasiya naminə reallığı əks etdirməyən, qəsdən və qərəzli şəkildə həqiqətə uyğun olmayan, ictimai fikirdə çaşqınlıq yaranmasına səbəb olan informasiyaların yayılması müşahidə edilib.

Bununla bağlı Baş Prokurorluq bildirir ki, cəmiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən bu kimi məlumatların yayılması prinsipial, fundamental və konstitusion hüquqların pozulması, habelə istintaqın obyektiv gedişatına təsir kimi qiymətləndirilir.

Odur ki, qeyd edilənlərlə əlaqədar, “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 10-cu maddəsinə əsasən yalan və qərəzli məlumatları yaymaq məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilməməli, bu kimi məlumatların yerləşdirilməsinə diqqət və məsuliyyətlə yanaşılmalı, gələcəkdə belə xarakterli məlumatların yayılmasının davam etdiriləcəyi təqdirdə buna cavabdeh olan şəxslərin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilmələri məsələsinə baxılacaq.
Azərbaycan yenidən borca girdi - Dünya Bankı ilə 50 milyonluq kredit müqaviləsi imzalandıAzərbaycan hökumətilə Dünya Bankı arasında ədliyyə sistemindəki islahatların davamı üçün əlavə maliyyə olaraq 50 milyon ABŞ dolları həcmində kredit ayrılmasına dair saziş imzalanıb.

Avrasiya.net Banka istinadən xəbər verir ki, martın 26-da DB Direktorlar Şurası tərəfindən təsdiqlənmiş bu kreditlə yanaşı, hələ 2014-cü ilin iyul ayında təsdiqlənmiş 100 milyon ABŞ dolları məbləğində “Ədliyyə xidmətləri və yüksək texnologiyalı məhkəmə infrastrukturu” adlı əvvəlki kreditin də xərclənmə müddəti cari ilin 30 iyun tarixindən 2021-ci ilin 30 iyun tarixinədək uzadılıb. Həmin məbləğin 43,84 milyon ABŞ dolları ədliyyə xidmətlərinin təkmilləşdirilməsinə, 25,8 milyon ABŞ dolları təsisat potensialının və səmərə dərəcəsinin artırılmasına, 59,71 milyon ABŞ dolları məhkəmə infrastrukturunun genişləndirərək müasirləşdirilməsinə, 12,89 milyon ABŞ dolları layihənin idarəçiliyi və əlaqələndirilməsinə, 4,83 milyon ABŞ dolları da pilot əsasllarla İT tətbiqi üçün nəzərdə tutulub.

Əlavə maliyyə üçün son kredit 4 ili güzəştli olmaqla 11,5 ilə verilir. İcra müddəti 2024-cü il iyun ayının sonunadək nəzərdə tutulan layihənin ümumi dəyəri isə 70 milyon ABŞ dollarıdır ki, bunun 20 milyon ABŞ dollarını hökumət ayıracaq.

İndiyədək Dünya Bankı Azərbaycanda məhkəmə sisteminin islahatını, məhkəmə təsisatlarının gücləndirilməsi üçün üç kredit ayırıb. Bunlardan birincisi 21,6 milyon ABŞ dolları həcmində 2006-cı ildə, ikincisi 33,4 milyon ABŞ dolları həcmində 2011-ci ildə, üçüncüsü də 100 milyon ABŞ dolları həcmində 2014-cü ildə ayrılmışdı.
Həkim briqadası qəzaya düşdü, 8 nəfər yaralandıQuba Mərkəzi Rayon Xəstəxanasından geri qayıdan həkim briqadası qəzaya düşüb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, Xudat Şəhər Xəstəxanasının tibbi personalı Quba Rayon Xəstəxanasından növbədən qayıdarkən, yolda təcili tibbi yardım avtomobilində qəzaya düşüblər. .

Hadisə nəticəsində biri sürücü olmaqla 7 nəfər tibb işçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xudat Şəhər Xəstəxanasının baş həkimi Qədir Hüseynov faktı təsdiqləyib. Baş həkimin sözlərinə görə, tibb işçilərinin vəziyyəti qənaətbəxşdir.

Qeyd edək ki, qəzaya düşən həkimlər COVID-19 infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində növbəli şəkildə xəstəxanalara gedən briqadalrından birinin tibb işçiləri olub.

Faktla bağlı araşdırma aparılır.
Koronavirusa yoluxan jurnalist bacı-qardaş sağaldıKoronavirusdan müalicə alan jurnalistlər sağalıb.

Avrasiya.net xəbər verir ki, bu barədə jurnalist Alçina Amilqızı məlumat verib.

O bildirib ki, ötən həftə COVID-19-a yoluxan, bacı-qardaş olan jurnalistlər müalicələrini başa vuraraq evə buraxılıblar:

“Koronavirusdan müalicə alan bacı-qardaş həmkarlarımız - “Palitra” qəzetinin əməkdaşı Nigar Abdullayeva, “Cebhe.info” xəbər portalı və “Cümhuriyət” qəzetinin müxbiri Müşfiq Abdulla, eyni zamanda, onun həyat yoldaşı Gülşən Abdullayeva sağalaraq müalicə aldıqları xəstəxanadan evə buraxılıblar”.
Minsk Qrupu tərəfindən münaqişəsinin nizamlanması üzrə əməli addımların atılmasının zamanıdırAnar MƏMMƏDOV
Milli Məclisin deputatı

Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində bütün dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəkləyir. Ermənistan isə qeyri-konstruktiv yanaşmasından hələ də əl çəkə bilmir.

Dağlıq Qarabağ problemi beynəlxalq ictimaiyyətin diqqət mərkəzində saxladığı prioritet məsələlərdəndir. Münaqişə yaranan vaxtdan bir sıra nüfuzlu beynəlxalq təşkilatlar problemin aradan qaldırılmasında Azərbaycanın mövqeyini dəstəkləyib. Söz yox ki, bəzi beynəlxalq qurumlar hələ də bu məsələdə ikili standartlardan əl çəkmək istəmirlər. Lakin Azərbaycanın yeritdiyi məntiqli xarici siyasət sayəsində həmin qurumlar beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsini hiss etdikcə əsl həqiqəti etiraf etmək məcburiyyətində qalırlar. Onu da qeyd edim ki, dövlət başçımız cənab İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə əlaqədar keçirdiyi bütün görüşlərdə problemin yalnız ölkələrin ərazi bütövlüyünün bərpası çərçivəsində həllini mümkün hesab edir.

İyulun 6-da Azərbaycan Prezidenti İlham Əliyevin Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında BMT Təhlükəsizlik Şurasından xüsusi mandat almış ATƏT-in Minsk qrupu və onun həmsədrlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün lazımı addımların atılmadığını və problemin indiyə kimi həll olunmamasını diqqətə çatdırdı. Ölkə başçısının sözlərinə istinad olaraq çox təəssüflə qeyd etmək istəyirəm ki, yarandığı vaxtdan etibarən ATƏT-in Minsk qrupunun qəbul etdiyi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının, suverenliyinin bərpasının zəruriliyi bildirilsə də, indiyə qədər bu qurumun fəaliyyəti sülh prosesində arzu olunan nəticəni verməmişdir. ATƏT çərçivəsində yaradılan Minsk qrupu və bu qrupa rəhbərlik edən ABŞ, Fransa və Rusiya kimi böyük dövlətlər münaqişənin dondurulmuş şəkildə qalmasında məsuliyyət daşımamış və təcavüzkara qarşı heç bir təzyiq göstərmək niyyətində olmamışlar. Bununla yanaşı, münaqişədə Ermənistanın Azərbaycana təcavüzündən birbaşa danışmadan, qəbul edilən sənədlərdə bu barədə heç nə demədən münaqişənin ədalətli həlli yolunda müsbət irəliləyişə nail olmaq çətindir. Eyni zamanda təcavüzkar Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi ATƏT-in nüfuzuna xələl gətirməklə bərabər, onun tərkibində yaradılan Minsk qrupuna olan ümidləri də heçə endirir. Görünür ATƏT-in müvafiq strukturları heç cür azərbaycanafobiya halını almış Azərbaycana qarşı antipatiyasını gizlədə bilmir. Bunun əsas səbəblərindən biri yəqin ki hazırda Qərbdə sürətlə vüsət alan islamofobiyadır. Deyəsən bəziləri bu qurumu sırf “xristian klubu” kimi görmək istəyindədirlər. “Beyin iflici” keçirən Qərbin özünün məhsulu olan Suriya və Liviyadakı vəziyyətdən sonra yaranmış miqrasiya problemi zamanı islamofobiyanı aydın şəkildə sezmək mümkündür.

Lakin istər Ermənistan tərəfi, istərsə də ATƏT-in Minsk qrupunun həmsədrləri anlamalı və yadda saxlamalıdır ki, nə Azərbaycan, nə də beynəlxalq ictimaiyyət ərazilərin qanunsuz işğalı və etnik təmizləmənin nəticələrini tanımayacaqdır. Buna görə də Minsk qrupu hər il nümayiş etdirdiyi kimi passiv fəaliyyət göstərməməli, əksinə, işğalçı ölkə olan Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir.
NATO savaşda Kiyevi müdafiə etməyəcək - GeneralUkrayna və Rusiya arasında hərbi konflikt meydana gəlsə, NATO buna müdaxilə etməyəcək.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı general Ben Hoces deyib.

O, NATO üzvü olmadığı üçün alyansın Ukraynanı müdafiə etməyəcəyini bildirib.

Hoces, həmçinin NATO-nun bəzi üzvlərinin Moskvaya təzyiq göstərmək istəmədiyini deyib.