Xəstə öldü, məşhur həkim meyiti aradan çıxardıBakının məşhur klinikalarından "EGE hospital"ın kardiocərrahiyyə şöbəsində xəstə ölümü ilə bağlı ağlasığmaz hadisə baş verib.

Belə ki, klinikanın kardiocərrahı Ülvi Mirzoyev 67 yaşlı Əliyəsər Xasməmmədov adlı pasiyentin səhv əməliyyat nəticəsində ölümü və həkimlik etikasına sığmayan hərəkətlərinə görə ailəsi tərəfindən günahlandırılır.

Axar.az Medicina.az-a istinadən məhrumun ailə üzvləri tərəfindən daxil olan şikayəti olduğu kimi təqdim edir:

“İyunun 24-də atamızı ürəyində narahatlığı ilə bağlı "Ege hospital"a Ülvi Mirzoyevin qəbuluna apardıq. Guya bu həkim adlı-sanlı, stend qoymaq üzrə peşəkar həkim idi. Atamı dərhal Anju (angioqrafiya) etdirən həkim çıxıb dedi ki, damarları 98% tıxanıb, bunu belə qoymaq olmaz. Əgər imkan varsa, elə bu gün stend qoyaq, xəstəni ikinci dəfə incitməyək.

Biz razılaşdıq, sonra həkim dedi ki, atanıza 6 stend qoyulmalıdır, 10 min manat edir. Biz təəccübləndik ki, birdəfəyə bu qədər stend olarmı? Dedi, hətta 8-ni birdən qoyduğumuz xəstə olub. İnandıq. Pulu gətirdik.

3 gündən sonra atam evə yazıldı, 4-ü gecə onun ürəyi tutdu. Təcili yardım çağırdıq, onlar təəccübləndilər ki, 6 stendi qoymaq olmazmış.

Atamı heç yerə aparmadılar. Səhər özü öz ayağı ilə Ülvinin yanına getdi. Kassada 1500 manat yenidən ödəyib, Ülvi baxıb deyib ki, təcili açıq ürək əməliyyatı lazımdır.

Anam deyir, həkim mənə sənəd, kağız uzadır ki, imzalayın ki, əməliyyata razısız. Anam deyib, qoy xəstəni görüm, sonra. İstəyib atamla məsləhətləşsin, ya görsün vəziyyəti necədir. Həmin an həkim əməliyyatxanaya qayıdır, 3 dəqiqəyə qayıdıb deyir ki, xəstə öldü.

Deməli, bu vicdansızlar anama sənədə qol çəkdirib, pulu da alıb, ölmüş adamı guya əməliyyat edəcəkdi, sonra da deyəcəkdi, əməliyyatdan çıxmadı.

Xəbər ailəmizə çatanda klinikaya getdik, Ülvi maşınına minib qaçmışdı.

Biz başımızı itirmişdik, hələ meyiti təhvil almamışıq. Bizə deyirlər ki, Ülvi öz cibindən 200 manat verib, atamın meyitini təcili yardımla məscidə yuyub kəfənləməyə göndərib, ordan da tapşırıb ki, rayona apararsız.

Biz bunu eşidəndə dəli olduq. Axı kim icazə verib ki, klinika ailəsinin izni, xəbəri olmadan meyiti harasa göndərsin? Biz Bakıda yaşayırıq. Atamı rayona hara göndərmək istəyib? Ya bu həkimin ağlı qaçıb, ya bizim?

Bu nə vəhşilikdir, bu nə qəddarlıqdır?

Hər kəsə demək istəyirik ki, biz səhv etdik, nə bu klinikaya, nə o cəllad Ülvi kardiocərraha müraciət edin. Diqqətli olun, hər əməliyyata razılaşmayın”.

Ailə hazırda dəfn və yas işləri ilə məşğul olduğundan yaxın 1-2 gündə məsələ ilə bağlı prokurorluğa müraciət edəcək. Eləcə də "EGE hospital"ın rəhbərliyindən açıqlama və maddi təzminat tələb edir.
Prezident “Fairmont” hotelində karantin rejiminin pozulmasından danışdı"Xəstəliyin yayılmasının səbəbi bəzi insanlarınn məsuliyyətsizliyidir. Sadə qaydaları onlar gözləmirlər, əməl etmirlər. Biz məcbur olduq cərimələri artırdıq. Bəzi hallarda sərt addımlar atılır. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidir".

Avrasiya.net xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yerli telekanallara müsahibəsində bildirib.

Dövlət başçısı müsahibə zamanı ötən gün “Fairmont” hotelində karantin rejiminin pozulmasından da söz açıb:

"Amma biz görürük ki, insanlar nümayişkəranə şəkildə bu rejimi pozurlar. Dünən məşhur oteldə baş verən o biabırçı hadisə dözülməzdir. Ona görə də Azərbaycan polisi düz edib müdaxilə edib".


"Biz məsuliyyətimizi anlayır və göstərilən etimada layiq olmağa çalışacağıq"Dəyərli dostlar, Azərbaycan dövləti qeyri neft sektoru olaraq aqrar sahənin inkişafına böyük diqqət yetirir, nəticədə son illər kənd təsərrüfatı sisteminin idarə edilməsində və məhsul istehsalında ciddi dönüş yaranıb. Ölkədə aqrar sahənin inkişafı ilə yanaşı aqrar tədris və aqrar elm də sürətli dönüşə nail olub. Uğurlar Azərbaycan Dövlət Aqrar Universitetindən də yan keçməyib. Son illər mahiyyət etibarılə keyfiyyət dəyişikliklərinə nail olan universitet daim yeganə aqrar kadr hazırlığı bazası kimi möhtərəm cənab Prezidentin ali diqqətindədir.

Məhz dövlət dəstəyi nəticəsində universitetin bütün tədris korpusları Azərbaycan standartlarına uyğun yenidən qurulub, maddi-texniki baza möhkəmlənib, müasir laboratoriyalar şəbəkəsi yaradılıb. Ali təhsil sistemində ilk 2 tələbə evi layihəsi bizdə reallaşıb, cənab Prezident 2016 və 2017 -ci illərdə Çəncə şəhərinə səfəri çərçivəsində tələbə evlərinin açılışını edib.

Yeni tədris korpusuna ehtiyacımız haqqında da xahişimiz 2017-ci ildə olub və artıq 24 iyun 2020-ci ildə möhtərəm cənab Prezident və xanım Mehriban Əliyeva yeni tədris korpusunun açılışını ediblər. Bu korpus iki növbədə 3000 tələbəni əhatə etməklə, MDB və Şərqi Avropa məkanında ən böyük və müasir tələbatlara cavab verən tədris korpusudur.
Bununla yanaşı ölkə rəhbəri son bir ayda üç dəfə aqrar universitet haqqında müəyyən fikirlər söyləyib. 22 may 2020-ci ildə “Signify” şirkətinin rəhbərləri ilə video konfransda Aqrar universitetdə bu peşəni seçmək istəyən gənclərin sayının artmasından bəhs edir. 24 iyun 2020-ci ildə Gəncədə modul xəstəxananın açılışında da aqrar sahəyə maragın artdığı, universitetə müraciətlərin sayının artdığını və yeni korpusla tanış olacağını bildirir. Samux rayonunda “Agro Dairy” MMC-nin aqroparkının fəaliyyəti ilə tanış olarkən Aqrar universitetlə birgə Tovuzda və ya Samuxda regional tədris mərkəzinin yaradılmasını tövsiyyə edir.

Dəyərli dostlar, möhtərəm cənab Prezidentin bu ali diqqəti universitetin professor-müəllim, çoxminli tələbə kollektivi üçün böyük şərəf və qürur, eyni zamanda, həm də böyük məsuliyyətdir. Biz məsuliyyətimizi anlayır və göstərilən etimada layiq olmağa çalışacağıq.
"Biz məsuliyyətimizi anlayır və göstərilən etimada layiq olmağa çalışacağıq"
İbrahim Cəfərov
ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor
Ramzan Kadırovu tənqid edən çeçen sui-qəsd nəticəsində öldüÇeçenistan lideri Ramzan Kadırovu tez-tez tənqid edən müxalif çeçen Məmikxan Umarov Avstriyanın paytaxtı Vyanada sui-qəsdə qurban gedib.

Publika.az xəbər verir ki, Çeçen İçkeriya Respublikasının Avropadakı nümayəndələrindən biri olan Umarov başından aldığı güllə yarasından dünyasını dəyişib.

Avstriya polisi qatilin qaçdığını, daha sonra Linz şəhərində yaxalandığını açıqlayıb.
ƏMANƏTİNİZ ƏMANƏTİMİZDİR, doğma səhiyyə işciləri!!!Korona virus daha bir səhiyyəçinin canını aldı. Deputatı olduğum Astara rayonunun Mərkəzi Xəstəxanasında əvvəllər həkim - cərrah kimi çalışmış Kamil Əliyev əfsuslar olsun ki, eyni xəstəxanada koronavirusla mübarizədə həyatını itirdi!

Xəstələrin ümidi və pənahı olan, pandemiya dövründə yüzlərcə insanın evdə müalicəsini təşkil edən, imkanı olmayanların dərmanını təmin edən Kamil həkim timsalında onlarla həkim və tibb personalı bu mübarizədə təəssüf ki, həyatlarını itirdilər. Unutmayaq ki, bu qəhraman səhiyyəçilərimizin geridə qoyduqları ailələri, övladları bizlər üçün bir əmanətdir. Bu əmanətə sahib çıxmaq isə hər bir vətəndaş cəmiyyətinin mənəvi borcudur.

Kolleqam olmuş Kamil Əliyevin ailəsinə bildirmək istəyirəm ki, geridə əmanət qoyduğu iki övladının dövlətin himayəsi altında şəxsiyyət olaraq formalaşmasının bütün mərhələlərini ən yüksək səviyyədə təşkil etmək üçün millət vəkili olaraq əlimdən gələni edəcəyəm....

Bir daha koronovirusdan həyatını itirmiş bütün insanlara Allahdan rəhmət diləyirəm.

"Biz birlikdə güclüyük" və həmişədə güclü olacayıq!

Tanrı xalqımızı, dövlətimizi və Prezidentimizi QORUSUN!!!

#rashadmahmudov #covid19 #astara #bizbirlikdəgüclüyük

Rəşad Mahmudov
Millət vəkili, ürək-damar cərrahı
Daha bir jurnalist yoluxdu: Redaksiya bağlandı?“Xalq qəzeti”nin əməkdaşı İlham Abbasov koronavirusa yoluxub.

Bu barədə yayılan məlumatı Axar.az-a açıqlamasında qəzetin əməkdaşı, tanınmış jurnalist Zərifə Bəşirqızı təsdiq edib. O bildirib ki, İ.Abbasovun hazırda vəziyyəti yaxşıdır və evdə müalicə alır.

Z.Bəşirqızı yoluxma faktına görə qəzetdə işin dayandırılması barədə yayılan məlumatların əsassız olduğunu bildirib.
Baş prokurur daha 6 yeni təyinat etdi - SİYAHIAzərbaycan Respublikasının prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər həyata keçirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı müvafiq əmrlərlə, Qabil Səfərova Mingəçevir şəhərinin, Fəxrəddin Pənahova Sabirabad, Kamran Əhmədova Xocavənd, Elnur Rüstəmova isə Füzuli rayonunun prokuroru vəzifələrinin icrası həvalə edilib.

Bundan başqa, Baş prokurorun imzaladığı digər əmrlərlə Sahib İsmayılov Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin Statistika şöbəsinin rəisi - idarə rəisinin müavini, Rəsul Həsənov isə Gəncə şəhər prokurorunun müavini vəzifələrinə təyin ediliblər.

Kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə formalaşdırılması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda daha  513  nəfər koronavirusa yoluxdu - 8 nəfər öldüAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 513 yeni yoluxma faktı qeydə alınıb, 440 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumatda bildirilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

İndiyədək Azərbaycanda ümumilikdə 20 837 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 12 182 nəfər müalicə olunaraq sağalıb, 258 nəfər vəfat edib, 8 397 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
DTX XİN-dəki əməliyyatın görüntüsünü yaydı - VideoMəlumat verildiyi kimi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib.

DTX-dən Avrasiya.net-ə verilən məlumata görə, XİN-in ayrı-ayrı strukturlarının fəaliyyətinin təmin edilməsi üçün nəzərdə tutulan dövlət vəsaitlərinin ələ keçirilməsi, müxtəlif fəaliyyət istiqamətləri üzrə, eləcə də xarici ölkə vətəndaşlarının viza müraciətləri ilə bağlı rüşvət alınması və sair hüquqazidd əməllərin törədilməsi ilə bağlı əldə edilmiş məlumatlar araşdırılmış, XİN-in İşlər İdarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Mollazadə, İşlər İdarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilmişdir.

Məhkəmənin qərarları əsasında, Fərhad Mollazadənin, Səlim Əlizadənin, Nurupaşa Abdullayevin xidməti və yaşadıqları ünvanlara, habelə dövlət vəsaitlərinin əmtəəsiz əməliyyatlarla mənimsənilməsi üçün yaradılmış hüquqi şəxslərə dair sənədlərin və işlərin görülməsi üçün vəsait ayrılması müqabilində rüşvət ödənildiyi barədə sənədlərin olduğu yerlərə baxış keçirilmişdir. Həmin ünvanlardan XİN-in vəzifəli şəxslərinə qaytarılmış nağd pul vəsaitlərinin məbləğlərinə dair müxtəlif qeydlər, pul vəsaitləri və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülmüşdür.

İstintaq araşdırmaları zamanı Fərhad Mollazadə və Səlim Əlizadə tərəfindən XİN-in strukturlarının fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitlərin bir hissəsinin müntəzəm olaraq mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Həmçinin, Fərhad Mollazadənin və Səlim Əlizadənin XİN-in təsərrüfat tələbatları üzrə malların alınması, işlərin görülməsi üçün hesablarına pul köçürülən sahibkarlardan həmin vəsaitin müəyyən hissəsi dəyərində rüşvətin istənilərək almalarına dair məlumatlar əldə olunmuşdur.

Bundan başqa, aparılan araşdırmalarla Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayevin vəzifə səlahiyyətlərindən istifadə edərək elektron vizanın tətbiq olunmadığı xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikasına gələ bilmələri üçün viza müraciətlərinin təmin edilməsi ilə bağlı qanunazidd hərəkətlər müqabilində müntəzəm rüşvət almasına əsaslı şübhələr müəyyən edilmişdir.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Fərhad Mollazadə və Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma, Nurupaşa Abdullayev rüşvət alma faktlarına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Prezident və xanımı Bakıda modul tipli hospitalın açılışındaİyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər.

Tibb ocağında yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibə verib.