Polis polkovniki qəfil dünyasını dəyişdiAzərbaycanda polis polkovnik-leytenantı qəfil dünyasını dəyişib.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Kadrlar Şöbəsinin inspektoru, polis polkovnik-leytenantı Elşad Fəttayev vəfat edib.

Qeyd edək ki, şəkərli diabetdən əziyyət çəkən polisin bir neçə gün öncə anası da dünyasını dəyişmişdi.
Mübariz Şahmurov haqqında film çəkilibAzərbaycanın şanlı tarixi ərzində torpaq uğrunda cəsur oğullarımız döyüşmüşdür. Həmin oğullarımızın həyat yolunun işıqlandırılması, cəmiyyətə tanıdılması dövlət ilə xalqın da mənəvi borcudur.

Torpaqlarımızı, xalqımızı qoruyarkən şəhid olmuş şəxslərdən biri də Mübariz Ağahüseyn oğlu Şahmurovdur.

Mübariz Şahmurov, 29 illik qısa ömrünə şərəfli bir həyatı sığdıran cəsur ürəkli, Vətənin bütövlüyü uğrunda canından keçməyə hazır, ölümün gözünə dik baxan bu torpağın fədailərindən biridir. Şahmurovun şərəfli həyat yolunu əbədiləşdirmək üçün onun haqqında sənədli film hazırlanmışdır.

Şəhid Mübariz haqqında hazırlanmış filmin layihəsi Türkanə Səfərovaya məxsusdur. Türkanə Səfərova Azərbaycan mətbuat və televiziya sahəsində tanınmış şəxslərdən biridir. Filmin ideya və ssenari müəllifi Türkanə Səfərova, rejissoru Zahid Qarayev, qurluşçu operator Elman Ağamaliyev, operator assistenti Nübar Novruzovadır.
Mübariz hələ gənc ikən dəliqanlılığı, vətənsevərliliyi ilə həmyaşıdlarından fərqlənərdi. İllərdi davam edən doğma yurduna qarşı edilən təcavüzü öz kişiliyinə, mənliyinə sığışdırmayan dəliqanlı çıxış yolunu vuruşmaqda, son nəfəsini əsl kişi kimi mərdcəsinə döyüş meydanında verməyi görürdü. 1990- cı il 20 yanvar faciəsini onun səbrini daşıran son damla oldu. Bu faciədən hiddətlənən Mübariz könüllü olaraq cəbhəyə , göz bəbəyi kimi sevdiyi Vətənini qorumağa yollandı. Elə bu müqəddəs amalı onu müharibənin ən qaynar nöqtəsi, Azərbaycanın qanayan yarası Qarabağa Xocalıya gətirdi. 1991- ci dekabr ayı isti yuvasını, ailəsini, yaxınları tərk edərək Vətənin harayına yollanan Mübariz heç bilməzdi ki bu onun doğmaları, Bakı ilə son görüşü olacaqdı.

Aqil Quliyevin dəstəsində döyüş yoldaşları ilə ciyin ciyinə vuruşan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa həmişə can atırdı. Lakin müharibə varsa ölüm də vardır , Vətən sevgisindən doğulan şəhidlik zirvəsi də.

İndi o illərdən 28 il ötüb. Bizim üçün, torpaq üçün canını fəda edən Mübarizin ziyarətinə belə gedə bilmirik. Düşmən tapdağında cansız bədəni torpağa qarışmış , 28 illədir ki, bizdən imdad diləyir. Yurdsuz, yuvasız, kəfənsiz, qəbrsiz şəhidimin ruhu nigarandı, küskündür. Deyirlər şəhidlər vurulduqda deyil, unudulduqda ölürlər. Biz səni unutmadıq Mübariz qəhrəmanım.

Filmdə Azərbaycan Respublikasının Milli Məclis sədrinin müavini Adil Əliyev, Milli Məclisin deputatı Elman Məmmədov, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərb tarixi muzeyinin rəisi ehtiyyatda olan polkovnik Əzizağa Qənizadə, “Xocalı Soyqırımını Tanıtma” İctimai birliyinin sədri Şamil Sabiroğlu, Xocalıda düşmən əsirliyində qalan Valeh Hüseynov, şəhidin ailə üzvlərindən müsahibə yer almışdır. Filmdə şəhid Mübariz Şahmarovun həyat yolu ətraflı verilmişdir. Onun cəbhə yoldaşlarının verdiyi müsahibələrində Mübarizin necə cəsur olduğu ətraflı təsvir olunur.
Mübariz Şahmurov haqqında film çəkilib
Mübariz Şahmurov haqqında film çəkilib
Mübariz Şahmurov haqqında film çəkilib
Azərbaycanda daha 523 nəfərdə koronavirus aşkarlandı - 9 nəfər öldüAzərbaycanda 523 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 451 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumatda bildirilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 20324 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 11742 nəfər müalicə olunaraq sağalıb, 250 nəfər vəfat edib, 8332 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6722, ötən müddət ərzində isə ümumilikdə 516533 test aparılıb.
ZİRVƏYƏ APARAN YOL - VİDEO ( ÖZƏL)Dünya TV-nin efirində “Azəri inciləri” vokal qrupunun solisti Sübhan Hüseynlinin ifasında səslənən “Sahildə yalqızam mən” mahnısının yaratdığı xoş təəsüratlarla musiqinin bəstəkarı Sevinc xanım Tofiqqızı ilə hisslərimizi bölüşmək qərarına gəldik. Sevinc Tofiqqızı bir sıra müğənnilərə (Aslan Hüseynov, Flora Kərimova,Gülyanaq Məmmədova, Manana Caparidze, və s.) mahnılar bəstələyib.

“Sahildə yalqızam mən” mahnısının sözləri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanova məxsusdur.

Sevinc xanım “inpa.az”-a açıqlamasında bildirib ki, yaradıcılıq planlarında ustad Aşıq Şəmşirin şerlərinə müraciət edərək yeni albom hazirlamaq niyyətindədir. Bəstəkar Aşıq Şəmşir qaynağından bəhrələnən Cavid Qurbanovun şerlərinə də bir çox musiqilər bəstələyib və kliplər çəkdirib.
İran meydan oxudu: Yeraltı raket şəhərlərimiz var...İran Fars və Oman körfəzi sahillərində yerin altında raket komplekslərindən ibarət müdafiə sistemləri yaradıb.

Axar.az xəbər verir ki, bunu SEPAH-ın hərbi dəniz qüvvələrinin komandanı Əlirza Tanqsiri deyib.

“Düşmənlərimizə Fars və Oman körfəzi sahillərində ordu və SEPAH-a aid yeraltı raket şəhərlərinin yerləşməsi barədə məlumat var. Amma onlar daha dəqiq informasiyaya malik deyil”, - Tanqsiri bildirib.

Onun sözlərinə görə, 2200 km-lik dəniz sərhədi boyunca 23 min hərbçinin olduğu 428 hərbi dəniz bölmələri yerləşir.
"Sobsan"boya fabrikində yenidən tüstüləmə başlayıb-Kəmaləddin Heydərov hadisə yerindədirİyulun 4-də Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "Sobsan" boya fabrikində baş vermiş yanğının qarşısı Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən alınıb.

Nazirlikdən Avrasiya.net-ə verilən məlumata görə, bəzi xırda tüstülənmə mənbələrinin tam söndürülməsi işləri həyata keçirilir. Hazırda Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə yerindədir. İlkin məlumata əsasən, yanğın nəticəsində təqribən, 3000 kv.m. ərazi yanıb.

FHN-in 5 əməkdaşı xəsarət alıb, 4 nəfərə yerində yardım göstərilib, 1 nəfər isə Toksikologiya mərkəzinə yerləşdirilib. Yanğının başvermə səbəbləri araşdırılır.
Deputatdan su təklifinə ironiya edənlərə - CavabYalnız diletantlar belə düşünə bilər. Qənimət Zahidin şərləyənlər dəstəsinin sayıqlamalarına isə əhəmiyyət vermək lazım deyil. Bir vaxtlar kilsə Qalileydən tələb edirdi ki, Yerin öz oxu ətrafında fırlanması ideyasından imtina etsin. Hər kəsin dərk etmək imkanları eyni deyil.

Avrasiya.net xəbər verir ki, bu sözləri millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev Kürün suyunun Xəzərə axmasının məhdudlaşdırılması üçün Kürün Xəzərə töküldüyü yerdə bənd vurulması təklifini bəzilərinin birmənalı qarşılamamasına cavabında deyib.

Partiyanın mətbuat xidmətinə müsahibəsində millət vəkili qeyd edib ki, Kürün keçdiyi ölkələrdə suya təlabat artır:

“Bununla yanaşı qlobal istiləşmə dövrü başlayıb və Kürün mənbəyini götürdüyü Türkiyənin şimal-şərqindəki dağlara az qar yağır və buzlaqlar sürətlə əriyir. Bunun üçün ölkə ərazisində şirin su ehtiyatları yaradılmalı və sudan qənaətlə istifadə olunmalıdır. Kürün suyu azaldığından Xəzərin duzlu suyu Kürə daxil olur. Artıq Neftçalada insanlar bu problemlə üzləşirlər. Bu problemin qarşısını almağın tək yolu Kürün Xəzərə töküldüyü ərazidə bəndin vurulmasıdır. Mən orda su elektrik stansiyasının tikilməsini təklif etməmişəm ki, Kür kənarındakı yaşayış məntəqələri su altında qalsın. Kürün təbii yatağını su ilə dolduracaq səviyyədə bəndlər vurulmalıdır, həm də Kür boyunca bir neçə yerdə. Kür böyük çay deyil, həmin bəndlərdə şülüzlər qoyulmalıdır ki, ehtiyac olduqda suyun səviyyəsini tənzimləmək mümkün olsun. Artıq sular bəndlərin üstündən aşıb getməlidir. Biz XXI əsrdə yaşayırıq, bu kimi texniki problemləri həll etmək çox sadədir. Həm də 2010- cu ildəki daşqınlardan sonra Kürün sahilləri 5 metr hündürlikdə sədlərlə bərkidilib. Mən bu məsələnin ekoloqlarla müzakirəsinin vacibliyini də vurğulamışdım. Avropada kiçik çaylar üzərində hündürlüyü 1-2 metr olan belə bəndlərin tikilməsi adi haldır. Bundan başqa, kanalizasiya suları təmizlənməli, suvarmada və yaşıllaşdırmada istifadə olunmalıdır. Təbii su ehtiyatları azdırsa, başqa yol yoxdur. Biz bununla həm də Xəzəri çirklənmədən qorumuş olarıq. Tender elan olunmalı və bu iş özəl şirkətlərə tapşırılmalıdır. Kənd təsərrüfatında sənaye üsulu ilə suvarma sisteminə keçilməlidir”.
Daha bir rayonda içməli su problemi yarandıAzərbaycanın daha bir rayonunda su çatışmazlığı yaşana bilər.

Avrasiya.net Report-a istinadla xəbər verir ki, Cənub-Muğan kanalının Biləsuvar rayonundan keçən hissəsində suyun azalması sakinlərin ciddi narahatlığına səbəb olub.

Kanalda suyun quruması rayonun Ağalıkənd, Amankənd, Ovçubərə, Yuxarı Cürəli və Təzəkənd kəndlərində su çatışmazlığına səbəb olub. Yerli sakinlərin sözlərinə görə, son bir ayda həmin kəndlərə su fasilələrlə verilib.

Artıq bir neçə gündür ki, Cənub-Muğan kanalının qeyd olunan kəndlərdən keçən ərazisində isə su tamamilə quruyub. Sakinlər içməli su, eyni zamanda kənd təsərrüfatında əkin və mal-qara üçün zəruri olan su ehtiyatlarını tapmaqda çətinlik çəkirlər.

Qeyd edək ki, Cənub-Muğan kanalı 1960-cı ildə istismara verilib. Onun uzunluğu 65 kilometrdir. Qidalanma mənbəyini Araz çayından götürən Cənub-Muğan kanalı Azərbaycanın üç rayonunda - İmişli, Biləsuvar və Cəlilabad rayonunda yerləşir.

Xatırladaq ki, son günlər Kür çayında suyun səviyyəsinin aşağı enməsi Xəzər dənizinin çaya tökülməsinə səbəb olub. Qeyri-adi təbiət hadisəsi Kür çayı boyunca irəliləməkdə davam edir.

Xəzərin Kürə qarışması Neftçala rayonunda içməli və suvarma sularının çatışmazlığı ilə nəticələnib. Bu da rayonda ciddi ekoloji təhlükənin yaranmasına səbəb olub. İlkin məlumata görə, dəniz suyu 30 kilometr məsafədə Kür çayına qarışıb. Rayonun Sübh, Qırmızı Şəfəq, Yenikənd, 1 və 2 nömrəli Mayak, Bankə qəsəbəsi, Kürkənd, Uzunbabalı, Şirvanlı, Tatarməhlə kəndlərinin və şəhər mərkəzinin əhalisi çətin durumda qalıblar.
Deputat Vahid Əhmədov Türkiyəyə aparılıb - Səhhətində problem yaranıbDeputat Vahid Əhmədovun səhhətində problem yaranıb

Milli Məclisin deputatı Vahid Əhmədovun səhhətində bir neçə gün bundan qabaq problem yaranıb.

Dputat səhhətindəki problemlə bağlı Türkiyəyə aparılıb və bir neçə gündür ki, ürəyindən müalicə alır.

Hazırda isə Vahid Əhmədovun səhhətinin normal olduğu, yaxın günlərdə ölkəyə qayıdacağı da bildirilib.modern.az
Koronadan ölənlərin sayı 530 min nəfəri ötdüDünyada koronavirusa yoluxanların sayı 11,2 milyon nəfəri ötüb.

Avrasiya.net xəbər verir ki, bu barədə Con Hopkins Universitetinin yaydığı hesabatda qeyd olunub.

Hesabata əsasən, dünyada koronavirusa yoluxanların sayı 11 240 943 nəfərə çatıb. Ümumilikdə isə dünyada koronavirusdan ölənlərin sayı 530137 nəfərə çatıb.