"Azərbaycanda koronavirusdan ölənlər 1.2% təşkil edir" "Bu gün Azərbaycanda koronavirusdan ölənlərin faizini 213 ölkədə ölənlərlə müqayisə edəndə, biz də ölüm faizi həddinən artıq aşağıdır. Azərbaycanda yolxunların sayı 19 801 nəfərdi, bunlardan 11 291 nəfər müalicə olunaraq sağalıb, 241 nəfər vəfat edib, hazırda 8 269 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Ölüm faizi biz də təxminən 1.2% təşkil edir. Təbii ki, ən narahat yaradan amil yolxunların sayı gündəlik 500-600 nəfər olmasıdır. Düzdür, sağalanların sayı bəzi halda 400 nəfər təşkil edir. Biz bütün imkanlarımızı səfərbər etməliyik ki, yoluxnların sayı aşağı düşsün"- bu fikirləri "Avrasiya.net" saytına BAXCP sədrinin müavini, tanınmış QHT sədri Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə, ölkədə ölənlərin aşağı olması məhz cənab Prezident İlham Əliyevin ciddi nəzarəti etməsidir:" Birbaşa İlham Əliyev amilinə görədir. Onun nəzarəti altına qısa bir zamanda geniş məzmunlu tədbirlər planı hazırlanaraq dərhal onun icrasına başlanıldı. Planda əhalinin sağlamlığının, həmçinin pandemiyadan birbaşa təsirlənən sahələrdə əhalinin sosial vəziyyətinin və biznesin aktivliyin qorunması nəzərdə tutulurdu. Həyata keçirilən tədbirlər infeksiyanın geniş yayılmasının qarşısını almağa və sosial-iqtisadi aktivliyin tez bir zamanda bərpasına imkan verdi."

Niyaməddin Orduxanlının sözlərinə görə, karantinin rejiminin yumşadılmasından sonra yoluxma səviyyəsində artım müşahidə edilməyə başlanıb:" Əhalinin əks-epidemik tələblərə zəif riayət etməsi yoluxma səviyyəsinin artmasına səbəb oldu. Ciddi şəkildə qaydalara əməl olunsaydı, indiki vəziyətlə üzləşməzdik. Hətta biz bu gün onun da şahidi oluruq ki, rayonlarda nişan, mərasim və digər tədbirlər təşkil olunur. BU yolverilməzdir. Bütün bunların qarşısının alınmasını polis həyata keçirdir və bununla yanaşı televiziya, media, sosial şəbəklərdə maarıfləndirmə işinin təşkilini də görürük. Bunu etmək çox yaxşıdır ki, digər vətəndaşlar da bu cür səhvlərə yol verməsinlər. Ancaq bunlara baxmayaraq davamlı preventiv tədbirlərin nəticəsi olaraq yoluxma səviyyəsinin daha da kəskinləşməsinin qarşısı alınır. İnfeksiyanın geniş yayılmasının tam qarşısının alınması və əldə edilmiş müsbət nəticələrin qorunub saxlanılması üçün karantin rejiminin tətbiqi olduqca vacibdir. Məhz bu bəziyyətin əldə olunmasının səbəbi sərt karantin rejiminin tətbiqidir. Mövcud infeksiya Azərbaycan üçün spesifik deyil və karantin rejimi yumşaldılan bütün ölkələrdə onun yayılması müşahidə olunur. Tək biz də deyil, hazırda təbii olaraq əksər ölkələr yenidən karantin rejiminin yenidən sərtləşdirirlər. Bizim yeganə yolumuz karantin rejimində tətbiq edilən bütün məhdudiyyətlərə hamı tərəfindən riayət edilməlidir. Hamı bir nəfər kimi səfərbər olmalıdır. İctimai statusundan, vəzifəsindən, təhsilindən aslı olmayaraq birgə olmalıyıq. Maska taxmaq, məsafə saxlamaq, əlləri tez-tez yumaq. Çox sadə tələblərə əməl etsək, tezliklə bu virusa qalib gələcəyik. Müharibədə qalıb gəlməyin yeganə yolu bütün imkanlarımızın birləşdirməsidir. "

QHT sədrinin fikirincə, əhalinin sıx təmasda olduğu məkanlarda bu qaydalara riayət edilməsi üzərində ictimai nəzarəti daha da gücləndirməliyik:" Bunun öhdəsindən tək rəsmi qurumlar gələ bilməz və bu mükün də deyil. Vicdanlı vətəndaş olaraq birlikdə bu mübarizəyə qoşulmalıyıq. Əhalinin rayonlara gediş-gəlişin açılması infeksiyanın yayılmasının təşviq edilməsinə səbəb ola bilər. Anlaşılandır ki, havalar çox istidir və buna dözmək çətinliklər törədir. Ancaq unutmayaq ki, isti havada qalmaq, süni nəfəs aparatına qoşulmaqdan daha yaxşıdır. Epidemioloq ekspertlərin fikrincə istənilən epidemiyanın qarşısının alınması üçün onun lokallaşdırlması və izolyasiya olunması tələb olunur. Hər kəs maskadan istifadənin tələb edilməsində maraqlı olmalı və bir-birinə dəstək olmalıdır. Biz vətəndaşlara bunun təşviq etməliyik. Bir məqama da diqqət çəkmək istəyirəm. İnfeksiya ilə yoluxan insanların həkimlərə müraciət etməməsi sonradan infeksiyanın yayılmasına səbəb olur. Buna görə də özünü narahat edən hər bir insan təcili tibbi yarım və ya poliklinikalara müraciət etməlidir. nsanlar infeksiya ilə yoluxması və ya xəstələnməsi barədə məlumat verməkdən çəkinməməlidirlər. Bu, həm yoluxmuş vətəndaşın özünün tez sağalması, həm də ölkədə infeksiya ilə mübarizəyə dəstək üçün zəruridir!"
QHT “Mənəviyyat carçısı” sənədli filmin çəkilməsi"  layihəsinə start veribAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2020-cu il üçün elan etdiyi 1-ci qrant müsabiqəsi çərçivəsində qalib olan “Milli Dəyərlərin Qorunması” İctimai Birliyi layihəsinin icrasına start verib.

AKTUAL TV xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə adıçəkilən Qeyri-Hökumət Təşkilatı ““Azərbaycanın məşhur milyonçusu, xeyriyyəçi Ağa Musa Nağıyevin nəslinin sovet rejimi tərəfindən təzyiqlərə məruz qalmasından bəhs edən “Mənəviyyat carçısı” video çarxının çəkilməsi ” layihəsi çərçivəsində eyniadlı sənədli film üzərində işləyir.

Layihə çərçivəsində Azərbaycanın XX əsr tarixinin qaranlıq və öyrənilməmiş səhifələrindən olan milyonçu-xeyriyyəçi Ağa Musa Nağıyevin nəslinin sovet rejimi tərəfindən təzyiqlərə, işgəncələrə, hətta sürgünlərə məruz qalmaları barədə cəmiyyətə ətraflı və dəqiq faktlar əsasında məlumat veriləcək.

Layihənin rəhbəri milyonçunun nəvəsi, yazıçı-publisist Dilarə Nağıyeva-Muxtarovadır. “VətənTV” Media Şirkətində istehsal olunacaq filmin ssenari müəllifi və rejissoru Etibar Məmmədov, redaktoru Büllur Cavadqızıdır.

Layihə çərçivəsində tarixi reallıqlar və həqiqətlər əsasında çəkiləcək filmdə qarşıya qoyulan məqsəd, yeni nəslin nümayəndələrinə və ümumilikdə cəmiyyətə mesenat Ağa Musa Nağıyev barəsində, həm də onun irsi və mirası barədə düzgün məlumatların çatdırılmasına çalışmaqdır.
Koronavirus: Rəqəmlər nə deyir? - TƏHLİL Azərbaycan hökumətinin COVİD-19 virusuna yoluxma hallarının qarşısının alınması istiqamətində həyata keçirdiyi tədbirlər intensivləşdikcə və sərtləşdikcə, karantin rejimi xəstəliyin yayılma dinamikasına uyğun uzadıldıqca, insanların sağlamlıqlarının qorunması məqsədilə tətbiq olunan məhdudiyyətlərin, görülən işlərin dəstəklənməsi əvəzinə əks mövqedə dayanmağa üstünlük verən bəzi azsaylı qrup üzvlərinin absurd iddialarının şahidi oluruq. Bəziləri siyasi müstəvidə ölçü vahidi olmayan dəyərlərlə manipulyasiya etdikləri kimi, COVİD-19-la mübarizə ilə bağlı göstərciləri də heç bir fakta və mənbəyə istinad etmədən “təhlil etməyə” üstünlük verirlər. Hətta bu halda belə düşüncələrinin sərhədi Biləcəridə kilidlənən bu adamların “uzaqgörənliyi” qonşu Gürcüstanın sərhədlərindən o yana keçmir.

Doğrusu, hazırda ənənəvi ritorika və pafoslu suallarla müşayiət olunan əsassız iddialara vaxt ayırmayacağam. Düşünürəm ki, COVİD-19 pandemiyası ilə bağlı faktlara və statistik göstərcilərə istinad edərək, ölkəmizdə həyata keçirilən tədbirlərin effektivliyini və nəticələrinin nə dərəcədə qənaətbəxş olub-olmadığını asanlıqla müəyyənləşdirmək mümkündür. Bu məqsədlə statistik məlumatları şübhə doğurmayan və hər kəs üçün əlçatan olan reytinq agentliklərinin, sorğu mərkəzlərinin məlumatlarına istinad etməklə real mənzərəni diqqətə çatdırmağa çalışacağam. Bunun üçün əhalisinin sayı Azərbaycanla eyni olan ölkələrlə bağlı məlmatlara müraicət edəcəyəm ki, obyektiv müqayisə aparmaq mümkün olsun. Beləliklə İsveç, Portuqaliya, Belarus, İsrail və Avstriyadan əldə edə bildiyim və dəqiqliyi şübhə doğurmayan bəzi statistik göstəricilərə müraciət edirəm:

Daha öncə də qeyd etdiyim kimi, bu ölkələrin əhalisinin sayı Azərbaycanla eynidir.

2019-cü ilin statistikasına görə, İsveçin dövlət büdcəsi 275 milyard, Ümumdaxili Məhsulunun həcmi isə 551 milyard ABŞ dolları təşkil edir.

Bu göstəricilər müvafiq ardıcıllıqla Portuqaliyada 93 və 238 milyard, Belarisda 22 və 60 milyard, İsraildə 93 və 364 milyard, Avstriyada 198 və 456 milyard ABŞ dollarıdır. Azərbaycanın isə dövlət büdcəsi 10 milyard, ÜDM-nin həcmi isə 45 milyard ABŞ dollarına yaxındır. Göründüyü kimi iqtisadi göstəricilərə görə, nümunə gətirdiyim ölkələrlə Azərbaycan arasındakı fərq kifayət qədər böyükdür.
İsveç səhiyyəsinin səviyyəsinə görə, dünyada dördüncü yerdədir. Bu ölkədə hər 10 min nəfərə 54 həkim düşür. İsrail isə səhiyyəsinin keyfiyyət göstəricilərinə görə, bütün reytinq cədvəllərində ikinci sırada dayanır. Həkimlərin və tibb işçilərinin sayına görə də bu ölkə dünyada birincilər sırasındadır. Qeyd edim ki, hər 10 min nəfərə düşən həkimlərin sayına görə hətta Belarus da Azərbaycanı üstələyir. Azərbaycanda bu göstərici 31,5, Belarusda isə 41 nəfərdir.

İndi isə nümunə gətirdiyim ölkələrdə COVİD-19-a yoluxanların və ölüm hallarının sayına diqqət yetirək:
İsveçdə koronavirus yoluxanların sayı 72 minə yaxındır. Ölənlərin sayı isə 5240 nəfərdir. Bu göstəricilər müvafiq ardıcıllıqla Portuqaliyada 43 min və 1587 nəfər, Belarusda 62 minə və 412 nəfər, İsraildə 28 min və 326 nəfər, Avstriyada 18 min və 705 nəfər təşkil edir. Azərbaycanda isə bu sətirləri yazdığım zamanadək olan göstəricilərə görə, yoluxanların sayı 19267, ölənlərin sayı isə 235 nəfərdir.
Göründüyü kimi, Azərbaycanda COVİD-19-a yoluxma və ölüm halları ilə bağlı vəziyyət iqtisadi potensialına, səhiyyəsinin səviyyəsinə, həkimlərinin sayına görə əksər hallarda bizi bir neçə dəfə üstələyən ölkələrdən daha yaxşıdır. Bunu hər kəsin azacıq zəhmət çəkib əldə edə biləcəyi statistic göstəricilər, rəqəmlər deyir.

Digər tərəfdən, təəssüflə qeyd etməliyəm ki, yuxarıda adlarını sadaladığım ölkələrinin əkəsriyyətinin vətəndaşları COVİD-19-dan qorunmaqla bağlı Ümumdünya Səhiyyə Təşkilatının, hökumətlərin çağırışlarına daha dəqiqliklə əməl edirlər. Bu ölkələrin çoxunda sanitariya-gigiyena qaydalarına əməl edilməsi, sosial məsafə saxlanılması, bəzilərində isə maska taxılması ilə bağlı problem, demək olar ki, yox dərəcəsindədir.

Əgər ilk gündən qaydalara istisnasız, yaxud cüzi istisnalarla əməl olunsaydı, Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayı, şübhəsiz ki, indikindən dəfələrlə az olacaqdı...

Doğrudur, hazırda Azərbaycan vətəndaşlarının əhəmiyyətli hissəsi koronavirusun yayılmasının qarşısını almaq üçün həyata keçirilən məhdudiyyət tədbirlərini anlaşıqla qarşılayır, məsuliyyət, nizam-intizam göstərirlər. Amma yenə də aramızda karantin rejiminin qaydalarına əməl etməyənlər var. Təəssüf ki, hələ də İctimai nəqliyyatda, qapalı məkanlarda maskalardan istifadə etməmək, koronavirusa yoluxmuş qohumların və qonşuların ziyarəti, dəfn mərasimlərinin, müxtəlif məclislərin təşkilinə dair faktların şahidi oluruq.

Koronavirusla mübarizədə daha effektiv nəticənin əldə olunması isə təkcə hökumətin, Operativ qərargahın fəaliyyətindən deyil, həm də bütövlükdə cəmiyyətimizin, hər bir vətəndaşın məsuliyyətli davranışından asılıdır.
Biz müharibədəyik və bəlkə də müharibədən daha çətin bir vəziyyətdəyik. Çünki düşmən qarşımızda, səngərdə deyil, hər yerdədir. Bu savaşdan qalib çıxmağımız üçün, istisnasız olaraq, bir nəfər kimi hamımız mübarizəyə qoşulmalıyıq. Sadə olan üç məsələyə əməl etməklə buna nail olmaq mümkündür: tibbi maska taxmaqla, sosial məsafə saxlamaqla, əllərimizi mütəmadi yumaqla...

“Bir dəfə əllərimi yumasam, şəxsi əşyalarımı, otağımı dezinfeksiya etməsəm heç bir şey baş verməz”, “beş dəqiqəlik maskasız çölə çıxsam heç nə olmaz”, “sosial məsafəni saxlamasam dünya dağılmaz” kimi laqeydlik hamımıza ziyan vurur. Qaydalara əməl etsək və başqalarının da əməl etməsinə çalışsaq problem tez bir zamanda həll olunacaq.

İndi əməldə birlik, həmrəylik vaxtıdır!

Elçin Mirzəbəyli


"Dövlət səviyyəsində görülən qabaqlayıcı tədbirlər əvəzolunmazdır""Bu gün bütün dünya COVİD-19 bəlasına düçar olub. Təəssüflər olsun ki, bu bəla ölkəmizdən də yan keçmədi. Ancaq cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin planetin üzləşdiyi çətin sınaq qarşısında üzü ağ yoluna davam edir".

Bunu xalqcebhesi.az-a Nəzərmedia.az saytının rəhbəri, ictimai fəal Nəzərbəy HacıAğayev bildirib.

Onun fikrincə, dövlət səviyyəsində görülən bütün işlər, qabaqlayıcı tədbirlər əvəzolunmazdı: "Dövlətimiz bu günlərdə insan həyatının, Azərbaycan vətəndaşının həyatının bütün iqtisadi maraqlardan üstün olduğunu əməli şəkildə sübut etdi. Bilirsiz pandemiya ilə əlaqədar olaraq bütün dünyada bir maliyyə böhranı pandemiya ilə paralel irəliləməkdədir. Ancaq Azərbaycan dövləti iqtisadi gələrlərin azalmasına baxmayaraq, neft bazarında olan qeyri sabitliyin olmasına baxmayaraq vətəndaşların sosial rifahını tənzimləyəcək addımlar atıb və atmaqda davam edir. Buna misal olaraq vətəndaşlara edilən birdəfəlik yardımları göstərə bilərik. Eyni zaman mikro sahibkarlar da dövlətimizin diqqətindən yayınmadı. Fəaliyyət zəruri olaraq dayandırlan kiçik və orta özəl müəsissələrə yardımlar edildi. Bütün bunlar ölkəmizdə koronavirus bəlasının daha geniş vüsət almaması və Azərbaycandakı vəziyyətin digər dövlətlərdə olğu qədər acınacaqlı olmaması üçün idi. Dünyanın super dövlətləri belə bu gün super və inkişaf etmiş səhiyyə sistemlərinin olmasına baxmayaraq bu xəstələyin qarşısında aciz bir vəziyyətdədirlər. Onların gündəlik qurbanlarının sayı yüzlərlədir".

N.Hacıağayev qeyd edib ki, ilk yumşalmadan sonra son günlərdə gündəlik yoluxma sayının artmasının səbəbi isə vətəndaş məsuliyyətsizliyi oldu. İnsanlarımız sanki qaydalara əməl etməmək üçün bir-biri ilə yarışa girmişdi: "Mən özüm ictimai nəqliyyatdan tez-tez istifadə edirəm. Bu hallarda gördüyüm mənzərə çox üzücü olur. Bəzən vətəndaşlar ara məsafəni qorumur, bəzən nəqliyyata daxil olan zaman maskanı çıxardırlar. Bəzi insanlar isə ümumiyyətlə maskadan istifadə etmək istəmir. Bu insanlar həkimlərin bu isti yay günlərində hava keçirməyən geyimlərdə olmasını zərrəcə fikirləşmirlər. Üstəlik sifətin üz cizgilərini deformasiyaya uğradan digər avanlıqlardan istifadə edən həkimləri zərrə qədər düşünmürlər. Gizli toy, nişan edirlər. Adama sual verərələr. Nə olub? Nə xəbərdir? Toyu bu gün elədiz, üç aydan sonra elədiz, nə dəyişəcək? Hər kəsi təhlükəyə ataraq yaşana xoşbəxtliyinin adrenalini nədən ibarətdir? Dünən Səbail rayonu ərazisində baş verən hadisə isə məni çox üzdü. Virusa yoluxan bir şəxs sərbəst şəkildə yaşadığı ərazidə, mağazaya gedir, küçəyə çıxır. Bilirsiz bunu edən insanın milli düşüncəsi olmalıdır, vicdanı olmalıdır. Düşünməlidir niyə insanlar bu bəlaya yoluxmalıdır?

Bəlkə sənin vasitənlə yoluxan şəxsin immun sistemi həddindən artıq zəifdir. O bu xəstəliyə davam gətirə bilməyəcək. Sən ölümə niyə fərman verirsən. Sənin qatildən fərqin nədir? Mən ona görə insanlara müraciət edirəm ki, gəlin bir- birmizə düşmən olmayaq. Bizim sağlam olmağımız üçün, yaşamağımız üçün zəruri olan qaydalara əməl edək. Məcazi mənada desək, bu gün bir vətəndaşın əlində onlarla, yüzlərlə insanın həyat və ölüm fərmanı var. Qaydalara əməl edək, insanlarımızın yaşamağına dair fərmana imza atmış kimi özümüzü hiss edək".
Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldüAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 534 yeni yoluxma faktı qeydə alınıb, 471 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 19801 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 11291 nəfər müalicə olunaraq sağalıb, 241nəfər vəfat edib, 8269 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6846, ötən müddət ərzində isə ümumilikdə 509811 test aparılıb.
"Sobsan" boya fabriki yanır - VideoFövqəladə Hallar Nazirliyi tərəfindən yanğının baş verdiyi ərazidə Qərargah yaradılıb. FHN-nin Mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin 32 texnikası və 160 canlı qüvvəsi cəlb edilib.

İlkin məlumata görə, yanğın təxminən 700 kvadratmetr ərazini əhatə edir.

21:42

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib ki, yanğın "Sobsan" boya fabrikində başlayıb:

"Hadisə yerinə nazirliyin canlı qüvvəsi cəlb olunub. Ətraflı məlumat açıqlanacaq".

21:31

Bakıda böyük yanğın başlayıb.

Avrasiya.net-in məlumatına görə, təxminən Binəqədi rayonu ərazisdə başlayan yanğının qara tüstüsü Biləcəri qəsəbəsində də qara duman yaradıb. Əraziyə doğru xeyli yanğınsündürən avtomobilləri gedir.

Məlumata görə, yanğın Bakının 7-ci mikrorayon ərazisində Sobsan boya fabrikinə məxsus sexdə yanğın başlayıb.
Ulu Türkün Qocatürk dühası....“Tarix türklərdən bir çox şey öyrənmiş oldu.Onlar yüksək mədəniyyətin banisidirlər”- Hammer 1774- 1856 illərdə yaşamış Avtraliyalı tarixçi-diplomat.

“Çanaqqala döyüşündə biz qalib gələ bilmədik. Axı necə də bacara bilərdik bunu. Onlar kimi cəsarətli və qorxmaz ikinci bir millət görmədim”- Sir Julien Corbet 1854-1922 –ci illərdə yaşamış iqtisadçı, siyasətşi.

“Türklər ancaq və ancaq insanın şəxsiyyətinə dəyər verirlər”- Baron Büsbek 1522 -1592-ci illərdə yaşamış fransalı diplomat.

“Biz türklərik, çadırımız göy qübbəsi” –fəlsəfəsini yer kürəsinə bəyan edən araşdırmaçı-alim Nərman Qocatürk maraqlı, heytrətamiz faktlarla zəngin kitabı oxuculara misilsiz töhfədir. Yaddaş və ruh həmayəngliyi, bir ulu millətin tarixi yaddaşına işıq saçmaq, bu işığın şöləsində bütün Türk dünyasını aydınlatmaq kimi müqəddəs missiya bir alim aliliyinin fövqündədir.

Dünya var olduqca zamanla milyonlarla ruh uca Rəbbimin gücünə, qüdrətinə sığındı. Tanrı elçisi peygəmbərlər, Tanrı övladı xaqanlar liderlik cübbəsində tarixin şanlı səhifələrinə sahib oldular. Və dünya tarixi böyük türk dünyasının Atilla, Bilgə Kağan, Tuğrul bəy, Alpaslan, Melik Şah, Sultan Bəyazit, Əmir Teymur, Çingiz Xan, Fatih Sultan Məhmət və daha başqa sultan, sərkərdələrinin şücaəti ilə şərəfləndi və zaman-zaman dünya alilərinin məhz bu dəyərlərin qılıncının parıltısında gözləri qamaşdı.

Qədim tarix və çağdaş zaman... Dünən və bu gün... Sabaha açılan üfüq... Həm də işıqlı üfüq...Və parlaq simalar... Nizami Gəncəvi, Xəqani, Əlişir Nəvai, Nəsimi, Fizuli, Mirzə Kazımbəy, Mirzə Fətəli Axundov, Abbasqulu Bakıxanov, Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaşpıralı, Namiq Kəmal Atatürk, Ziya Gokalp, Əhməd bəy Ağaoğlu, Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Nəriman Nərimanov dühalarının tədqiqi və bu günün bir Azərbaycan əsərinin memarı Ulu Öndər Heydər Əliyev dühası dəyərli alim nəzərində tamamilə fərli, yeni və geniş aspektdən yanaşılır. Dünya dövlətlərini birləşdirən “Əsrin müqaviləsi, “İpək yolu” layihəsi, TRASEKA, TASİS proqramlarının həyata keçməsi, Bakı- Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum neft və təbii qaz boru kəmərinin çəkilməsi, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, TÜRKSOY,Türk Yazıçılar Birliyinin qurulması, UNESCO-nun xətti ilə dünya dövlətlərində Mevlana, M. Fizulinin 500, Türk dünyasının müqəddəs kitabı “Kitabi Dədə Qorqud”un 1300 ildönümlərinin keçirilməsi, dünya qüdrətli ölkələri, BM, Avropa Birliyi kimi hörmətli qurumlarda Azərbaycan bayrağının dalğalanması, Azərbaycanda Atatürk Araşdırmalar mərkəzinin qurulması 34 il Azərbaycanı məhz Onun - Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevin böyük Zəkası və İradəsinin bariz nümunəsi Nəriman Qocatürk ürəyinin qüdrəti və qələminin gücü ilə tarixə qovuşur.

Bu gün dünya bir Azərbaycan imzasını tanıyır. Milli-mənəvi dəyərlərimiz ən ali təqdimatda dünyaya təqdim olunur.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə milli-mənəvi dəyərlərimiz, muğamlarımız və digər qeyri-maddi irsin qorunub saxlanılaraq Azərbaycan möhürü ilə dünyaya tanıdılması dəyərlərin əmin əllərdə olmasını təsdiq edir. Bu gün Azərbaycan ünvanı dünya layihələrinə sinəsini meydan edir. Arenalar Azərbaycan imzası ilə təsdiqlənir. Və bu gün birlik, qardaşlıq, tolerantlıq, sivilizasiyanı, mədəniyyəti dialoqa səsləyən, humanizmi həyat tərzinə çevirən, türk dünyasının, Şərqin bir parçası olan Azərbaycan bu il Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına ev sahibliyi edir. “Biz çox istəyirik ki, türkdilli xalqlar, ölkələr arasında birlik daha da güclənsin. Bu, bizim tariximizdir, bizim mədəniyyətimizdir, bizim köklərimizdir”, “Biz birlikdə güclüyük” çağırışı quruma rəhbərlik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev türk xalqlarının mənəvi birliyi üçün genişmiqyaslı layihələrin gerçəkləşməsinə töhfələr verir.

Azərbaycan Prezidenti İlham Əliyevin “Biz çox istəyirik ki, türkdilli xalqlar, ölkələr arasında birlik daha da güclənsin. Bu, bizim tariximizdir, bizim mədəniyyətimizdir, bizim köklərimizdir” və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Türk millətini hələ tanımayıblar! Biz bir ölər, min dirilərik. Bu, bizim xarakterimizdir” kimi dəyərli fikirləri daha yeni bir əsərin meydana gəlməsinə səbəbdir.

“Biz türklərik, çadırımız göy qübbəsi” xitabı tədqiqatçı-alim Nərman Qocatürk araşdırmasında dərin qatları özündə ehtiva etməklə daha qiymətli məlumatlar toplusunu ərməgan edir. Əsrlərin, qərinələrin gərdişində vücudun hakimi ruh hər zaman bir gerçək axtarışındadır. Azadlığın ətrini duyan insan övladı hüdudsuz arzularla məhz bu azadlığa sonsuzadək sahib olmaq istəyir. Və bu azadlıq sevdası, milli kimlik xarakter olaraq bütün Türk millətini şanlı tarix yazmağa səbəb olub. Şimaldan cənuba, şərqdən qərbə sərhəd tanımayan Türk xaqanlarının torpaq kimi bizə qalan mirası şağdaş tariximizin də aktual mövzusu kimi yaşanır.

Soyumuz, ruhumuzun Turan qüdrəti və Quran müqəddəsliyi Dədə Qorqud qəlbinin çırpıntısından rövnəqlənən, nəfəsindən süzülüb yolumuza üfürülən:
Kəbə ağacınız kəsilməsin,
Axar suyunuz qurumasın- alğışı bu tədqiqata çoxsaylı oxucuya xeyir-duasını verir.

Bu günədək Tanrı sevgisindən güc alan , Vətən duyğusundan ilhamlanan Nərman Qocatürk imzası “Hirslənmiş Tanrının çöl qurdları” , “Türkün yaddaş kitabı”, “İlham Əliyev: İpək yolu sivilizasiyası və Azərbaycan diplomatiyası”, “Dönüb bir mənə bax”, “Pıçıltı”, “İslam mədəniyyətində sufizm”, “Dönüb boylan mənə sarı”,”Xızır əleyhissəlam:Türkün ağ atlı oğlanı”, Mifik təfəkkür və etnik təşəkkül: türk mifoloji mətnlərinə fəlsəfi baxış”, “Hızır Aleyhisselam”, “İslam mədəniyyəti tarixi və müasirlik” kitablarında ruha qanad vermişdir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası), Türkdilli Dövlətlərin Parlament Assambleyası (TÜRKPA), Türkiyə Odalar və Borsalar Birliyi (TOBB), Azərbaycan Sahibkarlar Konfederasiyası kimi türk adına güclü siyasi-iqtisadi təşkilatların rəyi ilə mənəvi dəyərlərimizin tədqiqi, təbliği istiqamətində bir çox ilklərə imza atan “Turanbank”ın “Dəyərlərimizi qoruyaq və təbliğ edək” layihəsi çərçivəsində Nərman Qocatürkün bu günlərdə İstanbulda türk dilində işıq üzü görən “Biz türklərik! Çadırımız göy qübbəsi̇” adlı kitabı isə oxuculara və tarixə misilsiz töhfədir.

Fəxriyyə Lilpar İsayeva
KİVDF bu qəzetlərə pul ayırdı - SİYAHIAzərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi üçün təşkil edilmiş müsabiqənin nəticələrini elan edib.

Avrasiya.net xəbər verir ki, müsabiqə qaydalarına uyğun olaraq “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”nda təsbit olunmuş sahələr üzrə layihə-təkliflər təqdim etmiş qəzet redaksiyalarının müraciətlərinə baxılıb və aşağıda qeyd edilən qəzetlər göstərilən sahələr üzrə qalib elan olunub:
KİVDF bu qəzetlərə pul ayırdı - SİYAHI
KİVDF bu qəzetlərə pul ayırdı - SİYAHI
Azərbaycanda koronaya qalib gələn həkim öldüMingəçevirdə koronavirusa yoluxan həkim vəfat edib.

Avrasiya.net Publika.az-a istinadla xəbər verir ki, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının həkimlərindən olan travmatoloq-ortoped Əlipənah Hüseyn oğlu Qarayev 3 iyul tarixində axşam saatlarında yaşadığı evdə dünyasını dəyişib.

Məlumata görə, o, bir müddət öncə COVİD-19 virusuna yoluxaraq xüsusi karantin xəstəxanalarının birində müalicə alıb. Son yoxlanışdan sonra koronavirus testi neqativ çıxdığı üçün nəzarət altında evdə qalıb.

Bir neçə il əvvəl kəskin ürək infarktı olmuş və açıq ürək əməliyyatı keçirmiş Əlipənah həkimin koronavirusa qalib gəlməsinə baxmayaraq, dünən qəfil ürək tutmasından öldüyü bildirilir.

PA rəhbərindən başçılara göstəriş: Testdən keçin!Azərbaycanda bütün icra başçılarına məcburi koronavirus testindən keçirilməsi ilə bağlı tapşırıq verilib.

Avrasiya.net Mediapost-a istinadən xəbər verir ki, bununla bağlı Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev göstəriş verib.

Göstərişə əsasən Prezident Administrasiyasına çağırılan bütün icra başçıları koronavirus testindən keçməlidirlər.

Məsələ ilə bağlı açıqlama verən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev PA rəhbərinin belə bir göstəriş verdiyini təsdiqləyib:

"Şəxsən mən bir neçə gün öncə koronavirus testindən keçdim. Nəticə neqativ çıxdığı üçün toplantıya qatıldım. Hesab edirəm ki, hər bir vətəndaş kimi, icra başçıları da səhhətinin qeydinə qalmalı və bu bəladan yaxa qurtarmaq üçün mütəmadi olaraq müayinə olunmalı, karantin tələblərinə əməl etməlidirlər. Şəxsən mən hər 10 gündən bir koronavirus testindən keçirəm”.