Daha həkim koronavirusdan öldüAzərbaycanda daha bir tibb işçisi koronavirusdan vəfat edib.

Avrasiya.net xəbər verir ki, Sumqayıt şəhər xəstəxanasının həkimi, 1971-ci il təvəllüdlü Fərman Süleymanov COVID-19 infeksiyasına yoluxmadan ölüb.

Bu barədə mərhumun həmkarları sosial şəbəkədə məlumat yayıblar.

Allah rəhmət eləsin...
MAQATE-dən İran açıqlaması: Orada nüvə olmayıb!İranın Natanz nüvə obyektində yanğın baş verən ərazidə nüvə materialı olmayıb.

Axar.az xəbər verir ki, bu barədə məlumatı Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın müvafiq rəsmi qurumlarına istinadla yayıb.

Bildirilir ki, yanğın qısa vaxt ərzində söndürülüb, yanğın olan binada nüvə və digər radioaktiv materiallar olmayıb və bu zaman radioaktiv çirklənmə baş verməyib. Həmçinin qeyd edilib ki, yanğının səbəbi hələlik bəlli olmasa da, baş vermiş hadisə zamanı heç kim xəsarət almayıb.

Beynəlxalq qurum eyni zamanda təsdiqləyib ki, yanğın baş verərkən MAQATE müfəttişləri həmin ərazidə olmayıblar.

Qeyd edək ki, bundan öncə İranda Natanz nüvə zənginləşdirmə zavodunun açıq sahəsində yanğın olduğu bildirilmişdi.
İlham Əliyev bir dünya lideri kimi çıxış edirƏlisahib Hüseynov
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri

COVİD-19 bəşəriyyət üçün bəla olmaqla bərabər, həm də ayrıca hər bir ölkə və hər bir lider üçün sınaqdır. Bu sınaqdan üzüağ çıxanlar da, çıxmayanlar da var. Və yaxud, bu sınağın nəticəsində yeni liderlik keyfiyyətləri üzə çıxan, dünyaya birgə mübarizə və həmrəylik mesajları verən dövlət başçılarının özlərini qlobal miqyaslı siyasi xadimlər kimi təsdiqləmələrinə zəmin yaratdı. Azərbaycan Prezidenti İlham Əliyev də həmin siyasi xadimlərin sırasında yer alır.

İlham Əliyev koronavirus pandemiyasına qarşı mübarizənin ilk günündən yalnız ölkə daxilində deyil, həm də regional və qlobal çərçivədə birliyə, həmrəyliyə xidmət edən tədbirlərin gücləndirilməsinə çağırış etdi. Məhz bunun nəticəsində Azərbaycanın dövlət başçısı ölkə daxilində zəruri tədbirlərlə yanaşı, eyni zamanda dünya miqyasında birliyə, həmrəyliyə xidmət edən təşəbbüslərlə çıxış etməsilə ilə bütün diqqətləri öz üzərinə çəkdi. Belə ki, İlham Əliyevin təşəbbüsü ilə əvvəlcə Türk Şurasının, sonra isə 120 ölkəni öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının Zirvə görüşləri keçirildi. Pandemiya şəraitinin diktəsi ilə yeni formatda, videokonfrans şəklində keçirilən bu kimi mötəbər tədbirlər beynəlxalq ictimaiyyət tərəfindən ilk növbədə Azərbaycana qarşı, İlham Əliyevə qarşı böyük inamın və hörmətin göstəricisi kimi dəyərləndirildi.

Əvvəllər bir dövlət başçısı kimi yalnız Azərbaycan Respublikasını təmsil edən İlham Əliyev, indi eyni vaxtda iki nüfuzlu beynəlxalq təşkilatın rəhbəri ampluasında diqqət mərkəzinə gəlir. Bu həqiqətən də böyük bir hadisədir. İlham Əliyev bütün ölkələrin pandemiya ilə üz-üzə qaldığı bu ağır, böhranlı şəraitdə yeni performans sərgiləyir, sözün əsl mənasında bir dünya lideri kimi çıxış edir. Dövlətimizin başçısının beynəlxalq müstəvidə davamlı təşəbbüsləri və bu təşəbbüslərin reallıqda öz əksini tapması da bu həqiqəti bir daha təsdiqləyir. Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə çıxış etməsi və bu təşəbbüsə dünya miqyasında verilən yüksək dəstək isə ümumiyyətlə, hər bir ölkə başçısının imza atmaq istədiyi xüsusi uğur sayıla bilər. Bu təşəbbüs beynəlxalq dairələrdə həqiqətən də geniş əks-sədaya səbəb oldu. Əlbəttə, bunun da kifayət qədər ciddi səbəbləri var. Çünki COVID-19 pandemiyası təkcə ayrı-ayrı ölkələrin səhiyyə strukturlarını deyil, həm də beynəlxalq münasibətlər sistemini iflic vəziyyətinə salıb.

Bu gün nüfuzlu beynəlxalq təşkilatların demək olar ki, heç biri koronavirusun yaratdığı reallıqlara və çağırışlara adekvat reaksiya verə bilmir. Beynəlxalq təşkilatlar özlərini toparlamağa, təşəbbüskarlıq göstərməyə çətinlik çəkir. Onların fəaliyyətində hərəkətlilik yoxdur, süstlük müşahidə olunur. BMT və onun əsas qurumları olan Baş Məclis və Təhlükəsizlik Şurasının beynəlxalq münasibətlər sistemində rolu demək olar ki, heç görünmür. Həmçinin, dünyanın aparıcı ölkələri, supergücləri qlobal liderlik əvəzinə ya özünütəcridə kökləniblər, yadaki geosiyasi çəkişmələrə meyl göstərirlər. Odur ki, bu arada böyük dövlətlər və beynəlxalq təşkilatlardan gözlədiyimiz qlobal liderlik nümunəsi baş vermədi. Bir növ, hamı özünə qapandı. Lokallıq və milli eqoizm meydan sulamağa başladı. Bir tərəfdən, BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü fikir ayrılığına görə baş tutmadı, digər tərəfdən isə BMT Baş Məclisi çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də, lakin onların da əksəriyyəti uğurla nəticələnmədi.

Dövlətimizin başçısı İlham Əliyev məhz belə bir kritik məqamda, qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə birgə mübarizə aparmaq məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etdi. Bu təşəbbüs tam zamanında edilmiş təşəbbüs effekti ilə qarşılandı. İlham Əliyev bu təşəbbüsü ilə bir daha hər kəsə belə bir mesaj verdi ki, hörmətli liderlər, inanın ki, yalnız qarşılıqlı dəstək, özünəqapanmama və birgə səylərlə COVID-19-a qalib gələ bilərik. Çünki bu bir aksiomadır ki, dövlətlərin özünəqapanması onların heç birinə uğur gətirə bilməz. Odur ki, səylərin birləşdirilməsi, kollektiv surətdə tədbirlərin görülməsi və təcrübə mübadiləsinin aparılması çox vacibdir.

Əlbəttə, Prezident İlham Əliyev belə bir təşəbbüslə çıxış etməyə də bilərdi və onu bu addımı atmağa kimsə məcbur edə bilməzdi. Bu mənada dövlətimizin səsləndirdiyi fikirlər lap yerinə düşür: "Biz bunu etməyə də bilərdik. Kimsə bizə bir söz deyəcəkdi? Yox. Kim bizə irad tuta bilərdi ki, bu ağır dövrdə biz bu təşəbbüsü irəli sürməsəydik. Amma biz bunu etdik. Çünki biz məsuliyyətli ölkəyik və etibarlı tərəfdaşıq". Azərbaycan rəhbərinin bu təşəbbüsü həqiqətən də təqdirəlayiqdir. Məhz belə bir sağlam mövqeyimizə, qlobal məsuliyyətimizə görə Azərbaycanın pandemiyaya qarşı mübarizə sahəsində nümunəvi ölkə kimi təşəbbüsləri təqdir olunur, həyata keçirdiyi tədbirlər yüksək qiymətləndirilir. BMT-nin 130-a qədər üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi heç şübhəsiz ki, beynəlxalq birlik tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin göstəricisidir. Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunun artması göz qabağındadır.

Azərbaycanın dünyada artan nüfuzunu və rolunu həzm edə bilməyən və bunu qısqanclıqla qarşılayan yeganə ölkə Ermənistandır. İşğalçı ölkənin Azərbaycanın bu qlobal miqyaslı təşəbbüsünə qarşı çıxış etməsi Ermənistan hakimiyyətinin gerçək simasını bir daha əyani surətdə göstərir. Hazırda pandemiyanın ən ağır nəticələri ilə üzləşən bir ölkə olmasına baxmayaraq Ermənistan bu təşəbbüsə qarşı çıxmaqla özünü dünya birliyi qarşısında rüsvayçı vəziyyətə salır. Ermənistan üçün bundan daha pis “qara piar” ola bilməzdi. Ermənilər bu hərəkəti ilə necə deyərlər, özləri öz əlləriylə beynəlxalq imiclərinə ağır zərbə vudular. Paşinyanın dırnaqarası “demokrat”lığı bir daha hər kəsə bəlli oldu. Azərbaycan liderinin dünya birliyinə ünvanladığı "COVID-19-a qarşı birlikdəyik" mesajı bu gün bizim xeyrimizə, ermənilərin isə əleyhinə işləyir. Azərbaycan dünyanı birləşdirir, bu yeni dünyada isə Ermənistana yer yoxdur.

Baş redaktor koronavirusdan sağaldı“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev koronavirus müalicəsini yekunlaşdıraraq evə buraxılıb.

Avrasiya.net-in məlumatına görə, bu barədə o, öz “Facebook” hesabında məlumat verib.

“Əziz dostlar, müalicəmi yekunlaşdırıb xəstəxanadan evə buraxıldım. Allahın köməkliyi ilə çətin günləri arxada qoyduq. 14 günlük ev karantinindən sonra iş başına dönəcəyəm. Maraqlanan, narahat olan hamıya təşəkkür edirəm”,-deyə o əlavə edib.

Qeyd edək ki, baş redaktor və ailəsi iyun ayının 22-də xəstəxanaya yerləşdirilmişdi.
Kolumbiya səfirliyi Azərbaycanı "Digital Colombia Investment Roadshow"da iştiraka dəvət edirKolumbiyanın ölkəmizdəki səfirliyi Azərbaycanın bütün biznes birliyini 7-9 iyul 2020-ci il tarixlərində keçiriləcək "Digital Colombia Investment Roadshow"da iştiraka dəvət edir.

Səfirlikdən Avrasiya.net-ə verilən məlumata görə, Colombia Investment Roadshow, 2018-ci ildə İngiltərədə yaradılan və Kolumbiyaya birbaşa xarici investisiyaların təşviqi və cəlb edilməsini, eyni zamanda Böyük Britaniya və Kolumbiyadakı digər qlobal şirkətlər üçün biznes imkanları yaratmağı hədəfləyən bir platformadır.

Colombia Investment Roadshow, İngiltərə və Avropa investorları üçün, eləcə də İngiltərənin infrastruktur, enerji və texnologiya sektorlarında məhsul və xidmətlər tədarükçüləri üçün bir sıra imkanları bir araya gətirir və aşağıda qeyd olunmuş mövzularda bir sıra onlayn konfranslara qatılmaq imkanı yaradır:

1. Kolumbiyanın iqtisadi bərpa perspektivləri və birbaşa xarici investisiya üçün imkanlar.

2. İnfrastruktur və enerji, iqtisadi bərpa üçün əsas iqtisadi sektorlar.

3. Kolumbiya qlobal tədarük zəncirlərinin dəyişikliyində əsas oyunçu.

4. Kolumbiya ilə İngiltərə arasında əsas ticarət və investisiya asanlaşdırılması vasitələri haqqında məlumat.

Bundan əlavə, 50-dən çox Kolumbiya layihəsi üçün kolumbiyalı layihə tərtibatçıları ilə onlayn təkbətək görüşlər mümkündür. Bütün layihələr İnfrastruktur, Enerji, Texnologiya, Aqrobiznes və Təsir və Tullantıların İdarə edilməsi sektorlarında beynəlxalq sərmayələrə hazırdır.

Ətraflı məlumat üçün veb sayta daxil olun: https://www.incontras.com/colombiainvestmentroadshow

Hər hansı bir sual yarandığı təqdirdə, Kolumbiyanın Azərbaycandakı səfirliyi ilə aşağıda qeyd olunmuş elektron poçt vasitəsilə əlaqə saxlamağınız xahiş olunur: [email protected] və ya [email protected]
İran səfirliyi İrfan Çiftçinin vəfatı ilə əlaqədar başsağlığı veribİran İslam Respublikasının Azərbaycandakı səfirliyi Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət müşavirinin vəfatı ilə əlaqədar başsağlı verib.

Avrasiya.net-in məlumatına görə, başsağlığında deyilir. "Hamımız Allahdanıq və Ona tərəf qayıdacağıq İran İslam Respublikasının Azərbaycandakı səfirliyi Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin mədəniyyət müşaviri mərhum İrfan Çiftçinin vəfatı il əlaqədar Türkiyə səfirinə və bu səfirliyin əməkdaşlarına dərin hüznlə başsağlığı verir, Allahdan mərhum üçün əbədi səadət və rəhmət, yaxınlarına səbir diləyir".

İran İslam Respublikasının Azərbaycandakı səfirliyi
Payız ayları üçün vəziyyətə hazır olmalıyıq - TƏBİB sədriAbşeron, Sumqayıt, Bakı şəhəri Nəsimi rayonu, Cəlilabad, Şəki və Yevlaxda yoluxma sayı çox yüksəkdir.

Avrasiya.net-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qəragahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R.Bayramılının sözlərinə görə, bu yoluxma səbəblərindən karantin rejiminin uzadılması qərarı verilib.

O həmçinin qeyd edib ki, payız ayları üçün vəziyyətə hazır olmalıyıq:

"Çünki payızda respirator xəstəliklərin güclənməsi gözlənilir".
Azərbaycanda daha 583 nəfər koronavirusa yoluxdu - 7 nəfər öldü Bu gün Azərbaycanda 7137 test icra olunub. 583 yeni yoluxma faktı qeydə alınıb.

Avrasiya.net-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qəragahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R.Bayramlı qeyd edib ki, 7 nəfər vəfat edib, 395 nəfər sağalaraq, evə buraxılıb:

"Aktiv xəstələ 8212 nəfərdir. Onlardan 267 nəfər reanimasiyadadır, 59 nəfər süni tənəffüs aparatına qoşulub".
Dünyanın ən xoş təkəbbürlü şəhəri- AĞDAMSIZ AĞDAMLI YAZIR“Dostluq”da görüşməliydilər. Kino Fazil yenə hamını sevindirmişdi. İlk dəfə “Bobbi” filmi göstəriləcəkdi. İki saat əvvəl aldığı bileti cibinə qoydu. Vaxta hələ var idi. Velosipedlə dostlarından tez gəlmişdi.

Gopanın su budkasından qazlı suyu içib bulvara tərəf keçdi. Nədənsə bizimkilər bura “bilvar” deyərdilər. Amma bulvarda bir bulvar idi. Hündür Eldar şamları, sivri küknarlar, Xan Çinarlar ətrafı öz gölgəsinə alımışdı. Ortada isə dahi Üzeyir bəyin heykəli. Heykəli uşaq təfəkkürü ilə seyr edərkən pioner evindən “Qarabağ bülbülləri”nin cəh-cəh səsləri gəlməyə başladı. Tacir səsinə quvvət verib “Bayatı-Şiraz”ı oxuyurdu. Solda isə karuselin həzin cırıltısı eşidilirdi. Karuselin yanındakı çayxanaya tərəf bax-baxa cibindəki xırdaları yığıb 40 qəpik düzəltmişdi ki...

- Əliş, ay Əliş, ayıl də bu yuxudan bəs bazara getmirik...

Əliş hövlənək, yarıyuxulu, bir anlıq Ağdam bazarına gedəcəklərini düşünüb, yerindən dik qalxdı...

Onlar “Yaşıl” bazara getməliydilər...

***

Bu gün hər birimiz hətta bu “korona”nın virus şəkində yayıldığı, səksəkədən yuxumuzun ərşə çəkildiyi bir vaxtda belə yuxuları görüb sakitləşirik, elə bil yuxuda olsa da belə oraları gəzməklə özümüz də bir təskinlik tapırıq. O yuxunu isə ilahi nədənsə hər gün bizə qismət eləmir.

Birimiz bu şəhəri “dünyanın ən varlı şəhəri”, digərimiz “ruhlar şəhəri”, biz isə “dünyanın ən xoş təkəbbürlü şəhəri” adlandırdığımız Ağdama bu ildə həsrət dolu nəzərlərlə şəhərin on iki kilometrliyindəki Qaradağlı kəndindən boylanıb baxmağımıza şükür edirik. Taxıl məhsulları kombinatının hündür beton divarından, Üzərlik təpədə gözlə zornan seçilən hansısa dayaqlardan başqa heç nəyi görə bilmirk. Hər tərəf vəhşi şəkildə kortəbii yaşıllığa qərq olduğundan başqa heç nəyi-nə o imarətləri, nə o səliqəli, gen-bol küçələri, nədə ki uzaqdan belə seçilən Xan çinarları görmək mümkün olmur.

Bu gün isə Ağdamda dünyaya gəlməyən ağdamlıların sayı artmaqdadır. Ağdamsız ağdamlılar ailə-uşaq sahibidirlər. Ən azı iyirmi yeddi yaşları var. Və sözsüz ki, özlərini ağdamlı hesab edirlər. Lakin etiraf edək ki, bu uşaqların xeyli bir qismində nə o yerlərin şirin ləhcəsi, nə də ki o illərdəki qeyri-adiliyi ilə seçilən bir səmimiyyət formalaşıb. Əksəriyyəti vətəndaş kimi, samballı insan kimi, Vətən üçün, dövlət üçün layiqli övlad kimi yetişsələrdə, onların nə dərəcədə ağdamlı kimi yetişdiklərini zaman göstərəcək.

Şəhəri görənlərin, havasını udanların, suyunu içənlərin, məşhur bir nömrəlisində təhsil alanların, Laurannın musiqi məktəbində oxuyanların, Tağı kişinin kitab mağazasından kitab əldə etməyə sevinənlərin, ən nəhayət səhər-səhər bazarda təndir çörəyi ilə Xıdırlı qaymağını yeyənlərin sayı isə ilbəil azalmaqdadır. O havanı, o suyu, o dadı və o qaymağı harada axtarsaqda tapa bilmirik.

İyul ayı bir tərəfdən media günü, digər tərəfdən Ağdam kimi şəhərin erməni işğalçıları tərəfindən yerlə yeksan edildiyi gün kimi yaddaşımızda dərin iz buraxıb.Tərslikdən də iş elə gətirib ki, bizim üçün müqqədəs bayramın bütün atrubutlarla qeyd edən günün səhəri kövrək xatirələrimizi yada salmaqla kifayətlənirik. Sanki həmin günü yaşamırıq. Elə bil ki dünyanın sonu gəlir. Günləri aya, ayları illərə köçürməklə artıq 27 ildir ki, bir birimizi yola veririrk. 27 ildə yalnız bir dəfə “yağmasaqda guruldamışıq”. Yalnız bir dəfə...

İndisə paytaxtdakı “Dostluğ”un həndəvərində gəzişib düz 27 il əvvələ qayıdıram. Ölkəmizin ilk üçillik müstəqillik həyatını tarixçilər araşdırmalı olduğundan biz çox da dərinə gedib qan çıxmayan yerdən qan çıxarmaq fikrində deyilik. Yaralarımız nə qədər qaysaq bağlamış olsa da ağrı acımızı heç birimiz unutmamışıq, unutmayacağıq və heç bu fikirdə də deyilik. Onsuzda hər kəs öz günahının nə dərəcədə olduğunu, açıq etiraf etməsə də, gözəl bilir.

1993-cü ilin iyun-iyul aylarında rayon icra başçısının qanunsuz olaraq kənarlaşdırılması, cəbhə bölgəsində ordu birləşmələrinin məcburən yerdəyişməsi, yerli batalyonların geri çəkdirilməsi və sair kimi məsələlərin cavabını, daha doğrusu açmasını hər bir özünə hörmət edən ağdamlı yaxşı bilir.

Ağdamın işğalı deyərdim ki, Eldar və Allahverdi Bağırovların, Şirin Mirzəyevin, Yaqub Rzayevin və digər tanınmışların müəmmalı ölümüylə başladı. Altı min nəfər şəhid yerən rayonun mərkəzi 27 ildir ki düşmən tapdağı altındadır. Hələ nə qədər tapdaq altında qalacağını isə Allah bilir...

Ola bilsin yazı bir qədər pessimist ruhda alındı. Amma neynəməli. İndiki məqamda gözləməkdən və evdə oturmaqdan ağır iş yoxdur. Hər halda ümid edirəm ki, biz görməsəkdə övladlarımız qələbə gününü xoş ovqatla qeyd edəcək və yazdıqlarımızı oxuyub yəqin ki Ağdamı heç olmasa yazılarımızda yaşatdığımıza görə bir “sağ ol”da deyəcəklər...

Allah heç olmasa övladlarımıza Ağdamı, Şuşanı və bütün Qarabağımızı azad etməyi, yüksəkliklərə bayraq sancmağı və o füsunkar gözəllikləri görməyi qismət eləsin. Bu mənim ən böyük arzumdur.

P.S. Yazını indidən ona görə paylaşıram ki, Ağdamı, Şuşanı və bütün Qarabağı tək işğal günlərində deyil hər zaman, hər gün xatırlamalı, təbliğ etməli, yaşatmalı və azad etmək barədə düşünməliyik.

Vüqar Tofiqli

Ağciyər Xəstəlikləri İnstitutunun sabiq direktoru da koronavirusdan öldüElmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun sabiq direktoru Faiq Ağayev ötən gün koronavirusdan vəfat edib.

70 yaşlı bronxoloq ATU-nun Tədris-Cərrahiyyə Klinikasında müalicə alsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Mərhum institutda həkim kimi fəaliyyətini davam etdirirdi.

İnstitutdan virtualaz.org-a həkimin ölüm xəbərini təsdiqləyiblər.

Qeyd edək ki, F.Ağayevlə birgə institutun daha bir neçə əməkdaşı infeksiyaya yoluxub. “Məsələ ilə bağlı yalnız TƏBİB açıqlama verə bilər”,-institutdan əlavə ediblər.

TƏBİB-dən isə suala cavab verməyiblər.(Virtualaz.org)