Rusiyada azərbaycanlı xeyriyyəçi virusdan öldüRusiyada azərbaycanlı iş adamı koronavirusdan ölüb.

Moskva vilayətinin İstra rayonunda yaşayan 49 yaşlı Rövşən Muradov COVID-19 virusundan həyatını itirib.

Moskva vilayəti Azərbaycanlılarının Regional Milli Mədəni Muxtariyyətinin fəal üzvü olan Rövşən Muradov Azərbaycan diasporunun xeyriyyəçi simalarından olub.

Həmyerlimiz dünən Moskva vilayətinin Krasnoqorsk şəhərində müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Mərhumun anasının da iki həftə əvvəl həmin xəstəxanada koronavirusdan həyatını itirdiyi bildirilib.

Azərbaycanlı iş adamının cənazəsi dəfn olunmaq üçün Bakıya göndərilib. (APA)
İsmayıllıda 3 uşaq atası özünü asdıİsmayıllı rayonunda intihar hadisəsi baş verib.

İsmayıllı şəhər sakini, 1989-cu il təvəllüdlü İsmayılov Elşad Səfəralı oğlu yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib.

Üç uşaq atası olan E.İsmayılovun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil. Faktla bağlı İsmayıllı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (APA)


Azərbaycanda 5 nəfərdən artıq qruplarda toplanmaq QADAĞAN EDİLİRBütün ölkə ərazisində 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır.

Virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir.
Sərt karantin rejimi UZADILDIYeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə bağlı sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən son günlər Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında yüksək yoluxma faktları aşkar edilib.

Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumata görə, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır.

• 2020-ci il 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

● Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır:

4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək;

11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək;

18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.

● Virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində 2020-ci il 20 iyul saat 06:00-dək həmçinin aşağıda qeyd edilən iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir:

● nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;

● ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

● muzey və sərgi zallarının fəaliyyəti;

● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

● təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);

● açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilir:

● təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; (SMS icazə və “E-Təbib” mobil tətbiqi vasitəsilə)

● ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar; (SMS icazə və “E-Təbib” mobil tətbiqi vasitəsilə)

● yaxın qohumunun dəfnində iştirakla əlaqədar. (102 Xidməti – Zəng Mərkəzi vasitəsilə)

Şəxs yaşayış yerini və olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər. Həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS - məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS - məlumat göndərilmədən yaşayış yerini və olduğu yeri tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər.

Fəaliyyətinə icazə verilən qurum və sahələrin işləyən əməkdaşları isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarı üzrə müəyyən edilmiş qaydalara uyğun olaraq xidməti vəsiqələr və ya “icaze.e-gov.az” portalı vasitəsi ilə hərəkət edə bilər.

Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və ya olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir. Nəzərdə tutulan qaydalarla şəxslərin hərəkəti zamanı onların üzərində şəxsiyyəti təsdiq edən sənədlərin olması məcburidir.

Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarının pozulmasına görə fiziki, hüquqi və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına riayət olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.

Mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, özünü və yaxınlarını virusa yoluxmaqdan maksimum qorumaq üçün preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq. Bu müddətdə yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmaq zəruridir.
Səməd Vurğunun şeirlər kitabı Türkiyədə nəşr olunubAzərbaycanın görkəmli şairi, müasir milli poeziyamızın ən parlaq simalarından olan Səməd Vurğunun şeirləri ilk dəfə Türkiyədə nəşr olunub.

AZƏRTAC xəbər verir ki, şeirlər Türkiyənin istedadlı milli şairi Kənan Çarboğa tərəfindən tərcümə edilib. Nəşrdə böyük şairin “Acı gülüşlər”, “Adsız şeir”, “Ana”, “Anamın gəlini”, “Bahar”, “Çiçək”, “Dağlar”, “Şəkil” və s. məşhur şeirləri toplanıb.

Kitabın “Ön söz”ünün müəllifi AMEA-nın həqiqi üzvü, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov, nəşrin məsləhətçisi Moşu Vəkilovdur. “Səməd Vurğundan seçmə şeirlər” adı ilə türkdilli poeziyasevərlərə təqdim olunan kitabın redaktorları Elçin Qafarlı və Dəyanət Osmanlıdır.

Bu nəşr Kənan Çarboğa ilə Elçin Qafarlının birgə layihəsi çərçivəsində Azərbaycan ədəbiyyatı seriyasından olan birinci kitabdır. Layihə çərçivəsində bu il ərzində Əhməd Cavadın, Mikayıl Müşfiqin və Cəfər Cabbarlının seçmə şeirlərinin də nəşr olunması nəzərdə tutulub.

Qeyd edək ki, keçən ay şair Kənan Çarboğanın “Turan aşkı” kitabı türk dilində Azərbaycanda Atatürk Mərkəzi tərəfindən Bakıda işıq üzü görüb.
Azərbaycanda daha 572 nəfər koronavirusa yoluxdu, 8 nəfər öldüAzərbaycanda 572 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 364 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumatda bildirilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 18 684 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10 425 nəfər müalicə olunaraq sağalıb, 228 nəfər vəfat edib, 8031 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6976 koronavirus testi aparılıb.
Tehran ABŞ-ın İranla müharibə şərtlərinə münasibət bildiribİranın XİN-nin nümayəndəsi Abbas Musəvi Vaşinqtonun Tehrana qarşı müharibə ssenarisinə münasibət bildirib.

Modern.az xəbər verir ki, bundan əvvəl ABŞ-ın İran üzrə xüsusi nümayəndəsi Brayan Huk Tehranın nüvə silahı hazırlamasının qarşısı alınmadığı halda, lazım gələrsə, Amerikanın hərbi güc tətbiq edəcəyi mümkünlüyünü bəyan etmişdi.

Musəvinin sözlərinə görə, İran dəfələrlə nüvə silahı hazırlamayacağını bəyan edib. “Buna baxmayaraq, Brayan Huk İrana qarşı olan silah qadağasının vaxtını uzatmaq üçün əsasssız cəhdlər göstərir və eyni zamanda hərbi ssenaridən danışır” – deyə o, bildirib. XİN rəsmisi həm də bu variatın artıq uzun müddətdir ki, ABŞ prezidentinə təklif edildiyini deyib.

Musəvi, həmçinin İranın öz milli maraqlarını təmin etmək məqsədilə müdafiə qabiliyyətini gücləndirmək niyyətində olduğunu vurğulayıb.

Rusiya rəsmiləri də ABŞ-ın İrana qarşı siyasətinə münasibət bildiriblər. Rusiyanın BMT-dəki daimi təmsilçisi Vasili Nebenzya qeyd edib ki, ABŞ-ın məqsədi ya İslam Respublikasında rejimi dəyişmək, ya da İranın “nəfəs belə ala bilməyəcəyi” vəziyyət yaratamaqdır.

ABŞ 2018-ci ildə Tehrana qarşı sanksiyalar tətbiq edib və İranın neft ixracatını sıfra endirməyin vacibliyini bildirib.

Milli Elmlər Akademiyasının alimi koronavirusa YOLUXDUAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutunun Nəzəri Dilçilik şöbəsinin müdiri, elmlər doktoru, professor İdris Abbasov koronavirusa yoluxub.

Avrasiya.net bildirir ki, bu hada sosial şəbəkədə məlumat verən İ.Abbasov həyat yoldaşının da yoluxduğunu qeyd edib.

“Ev şəraitində beşinci sistemden sonra vəziyyətim sabitdir. Həyat yoldaşımda səkkizinci sistemdən sonra da boğulmaları tez-tez tutur. Boğulma əleyhinə bir neçə venadaxili dərman vasitələri qəbul edib bir qədər yüngülləşən kimi mənim sistemimi qoşur. Səhiyyəyə güvən qalmadı. Ümud Allaha və bir-birimizədir yalnız. Evdə hökm sürən gərginlik təbii ki, uşaqlara da travmadır. Real şərait onları da müalicə prosesinin vacib subyektlərinə çevirib. Səhiyyəyə ayrılan vəsait vətəndaşın tibbi ehtiyaclarına sərf edilsəydi, daha effektli nəticə alınardı”,-deyə İ.Abbasov bildirib.
İran səfiri Elmar Məmmədyarovu təbrik edibİranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovu təbrik edib.

Avrasiya.net xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi rəsmi Twitter səhifəsində məlumat yerləşdirib.

Bildirilib ki, İran səfiri Elmar Məmmədyarovu 60 illik yubileyi münasibətilə təbrik edib. Təbrik müraciətində deyilir:

“Azərbaycan Respublikasının hörmətli Xarici İşlər Naziri cənab Elmar Məmmədyarov,

İran İslam Respublikasının səfiri olaraq və bu diplomatik nümayəndəliyin bütün heyətinin adından Sizi böyük sevinc hissi ilə 60 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm və Uca Tanrıdan Sizə cansağlığı və ən xoş arzularımı diləyirəm.

60 illik yubileyiniz mübarək, cənab nazir!
Hörmətlə: Cavad Cahangirzadə.”


“Ölkəmizdə yeni dövrə uyğun siyasi mühit formalaşır” – Rufiz Qonaqovİqtidarın təşəbbüsü ilə həyata keçirilən siyasi açılımın məntiqi nəticəsi olaraq bu gün bir sıra müsbət qərarların şahidi oluruq.

Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev siyasi partiya rəhbərləri ilə keçirdiyi görüşlər cəmiyyət tərəfindən də müsbət qarşılanıb.

İqtidar-müxalifət dialoqu formatına doğru irəliləyən proses partiya rəhbərləri tərəfindən də alqışlanır. Bu proses çərçivəsində qısa zamanda 7 partiya haqqında qərar qəbul olundu. Belə ki, Azad Demokratlar Partiyası, Yeni Zaman Partiyası, Cümhuriyyət Xalq Partiyası və Müstəqil Xalq Partiyası rəsmi olaraq dövlət qeydiyyatana alındı. Bir neçə gün öncə isə Milli Vəhdət Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Ağ Partiyanın (əvvəlki Vahid Azərbaycan Partiyası) nazirliyə təqdim olunmuş təsis və digər sənədlərinə edilmiş dəyişikliklərin qanunvericiliyə uyğunluğu öyrənilib və qeydiyyata alınıb.

Bununla bağlı partiyalara dövlət reyestrindən çıxarışlar verilib.

Maraqlıdır, bu proses ölkənin siyasi mühitinə necə təsir göstərəcək? İqtidar-müxalifət dialoqu, partiyaların qeydiyyat məsələsinin və digər problemlərinin həlli siyasi institutların inkişafına səbəb olacaqmı?

Məsələ ilə bağlı Cebhe.info-ya danışan Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov Azərbaycanda yeni bir siyasi mühitin formalaşdığını deyib:

“Hazırda ölkəmizdə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə vətəndaş cəmiyyətinin daha da gücləndirilməsi, siyasi plüralizm istiqamətində inkişaf, partiyalarla, siyasi institutlarla dialoqun daha da möhkəmləndirilməsi prosesi aparılır. Bütün bunlar ölkəmizdə yeni bir mühitin formalaşdığını göstərir. Bilirik ki, ölkədə artıq rəsmi olaraq 59 siyasi partiya var. Azərbaycan iqtidarı bütün partiyalarla dialoq aparmaqla, onların problemlərini dinləməklə yenidən siyasi iradə ortaya qoydu. Həqiqətən də son dövr ərzində 7 siyasi partiya haqqında Ədliyyə Nazirliyinin müsbət qərarının şahidi olduq. Bu partiyaların bəzirlərinin səndələrində dəyişiklik, qurultaylarının qərarları təsdiq edildi, bəziləri isə ilk dəfə dövlət qeydiyyatına alındı.

Bundan sonra isə Prezident Admistrasiyasının müvafiq şöbəsinin rəhbəri ilə partiya sədrləri arasında görüş keçirilib. Ümumiyyətlə, son zamanlar siyasi partiyalarla görüşün keçirilməsi, dialoqun aparılması ölkədə vətəndaş həmrəyliyinin, birliyinin möhkəmləndirilməsinə xidmət edir. Eyni zamanda, bildiyim qədər pandemiya ilə mübarizə sahəsində siyasi partiyalar qarşısında duran vəzifələr onlarla müzakirə olunub və təklifləri dinlənilib. Bu, həm də siyasi partiyalarla ölkədəki problemlərin birgə həlli istiqamətində bir şansdır. Artıq Azərbaycanda yeni dövrə uyğun siyasi mühit formalaşır. Bu mühitin formalaşmasında da siyasi partiyalarla bağlı verilən qərarların, onlarla keçirilən görüşlərin mühüm əhəmiyyətini görürük”.