QHT koronavirusla mübarizəylə bağlı layihəyə start verib Niyaməddin Orduxanlı: "Sosial şəbəkələr vasitəsi ilə QHT Şurasının dəstəklədiyi layihə çərçivəsində 1 milyon şəxsə koronavirusla mübarizəylə bağlı məlumat çatdırmağa başlamışıq".

Iyun ayının 20-dən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəklədiyi "Sosial şəbəkələr vasitəsi ilə COVİD-19 pandemiyasına qarşı mübarizə ilə bağlı maarıfləndirmə işinin təşkili" layihəsinə başlamışıq. 30 minlik "Niyameddin Orduxanlı" facebook səhifəsi vasitəsi ilə 1 milyon vətəndaşımıza koronavirusla mübarizənin maarifləndirməsini məqsəd qoymuşuq. Təbii ki, söhbət pullu reklam vasitəsindən gedir".

Bu açıqlamanı mətbuatda BAXCP sədrinin müavini, tanınmış QHT sədri, politoloq Niyaməddin Orduxanlı bildirib.

Onun sözlərinə görə, 1 milyon vətəndaşa məlumatın çatdırılması facebook şəbəkəsinin verdiyi ödənişli reklam əsasında həyata keçiriləcək: "Bilirsiniz ki, facebook maliyə büdcəsi milyard dollarla ölçülür. Və hər bir səhifə istifadəçisi ödəniş əsasında hər hansı bir məlumatı yüz minlərlə, milyonlarla insana çatdıra bilər. Uzun illərdir facebook sosial şəbəkəsindən istifadə edirik. Layihəmiz 4 ay nəzərdə tutulub. Əslində, bizim layihəmiz mart ayında qalib elan olunmuşdur. Və biz bu ilki layihəni "Sosial şəbəkələrdə informasiya təhlükəsiyliyi və milli maraqların müdafiəsi istiqamətində fəaliyyətin təşkili" həsr edəcəydik. Bəlli olduğu kimi mart ayında pandemiya baş verdi. Azərbaycan koronavirusa qarşı mübarizəylə bağlı sərt karantin rejiminə keçdi. Bundan sonra QHT Şurası qalib elan olunmuş QHT-lərə tövsiyə etdi ki, könüllü olaraq layihələri koronavirusa qarşı mübarizəylə əvəzləyə bilərlər. Bizim təşkilat ilk olaraq layihənin dəyişdirilməsi ilə bağlı Şuraya müraciət etdi. Koronavurusla bağlı məlumatı hər dəfə yaydıqda, həm səhifədə olan 30 000 üzv görəcək, həm də qeyd etdiyim kimi, ödəniş əsasında yüz minlərlə şəxsə göndərəcəyik. Hesablarımıza görə, layihənin sonda 1 milyon şəxsə məlumat göndərə biləcəyik. Bilirsiniz ki, bu gün Azərbaycanda cəmi 4 milyon şəxs facebook istifdəcisidir. 1 milyon şəxsə təşkilatımızın məlumat göndərməsi çox böyük rəqəmdir."
QHT koronavirusla mübarizəylə bağlı layihəyə start verib
Niyaməddin Orduxanlının sözlərinə görə, bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin virusla mübarizədə həyata keçirdiyi çevrik və doğru qərarları nəticəsində ölkəmizdə ölüm sayı 213 ölkə arasında sonuncu yerlərdədir: "İlk gündən cənab Prezident öz vətəndaşının qorunması siyasətinə üstünlük verdi. Azətminatlı ailələrə, işsizlərə birdəflik yardımın verilməsi, 200 mindən artıq vətəndaşa ərzaq və tibbi yardımların olunması, sahibkarla dəstək və 10 modul tipli xəstəxananın qısa müddətdə tikilməsi barədə sərəncamın olması, Koronavirusa qarşı mübarizə fondunun yardılması və 120 milyon manat vəsaitin toplanması, dövlət büdcəsindən 4 milyard manata yaxı vəsaitin ayrılması məhz İlham Əliyevin apardığı düzgün siyasətin nəticəsiydi. Və biz Avropda, ABŞ-də insanların necə kütləvi şəkildə dünyasını dəyişdiyinin şahidi olurduq. Bir gündə on minlərlə insan həyatını itirirdi. Həmin dövrlərdə bizdə həm yoluxanların, həm də ölənləri saytı həddindın artıq az idi. Prezidentin qabaqlayıcı tədbirləri nətəcisində bu gün Azərbaycanda 18 000 vətəndaş virusa yoluxub və bunun 10 000 artıq şəxs saxlayaraq evə buraxılıb. 7000 artıq şəxs müalicəsi davam etdiyirlir. 200 nəfər vətəndaşımız həyatını itirib."

QHT sədrinin sözlərinə görə, bu gün bütün dünyada sərt karantin rejimindən yumşaldılma keçiddən sonra, yolxuma sayları artmaqdadır: "Bu baş verəndən dərhal sonra İlham Əliyevin göstərişi ilə Azərbaycanda iyun 21-dən yenidən sərt karantin rejiminə keçildi. Yenə də İlham Əliyev hər bir vətəndaşının həyatını düşündü. Və onun qorunması istiqamətində addımlar atır. QHT Şurasının da fəaliyyətini xüsusi qeyd etmək istərdim. Şura sədri Azay Quliyev Azərbaycanda sərt karantin rejimininə keçiddən sonra yüzlərlə QHT nümayəndəsini virusa qarşı mbairzəyə səfərbər etdi. Ölkənin ən tanınmış QHT sədrlərindən ibarət İctimai Qərargah yaratdı və özünün rəhbərliyi ilə vətəndaşların maarıfləndirilməsi istiqamətinə addımlar atıldı. Onlara video konfranslar keçirdi. Və bildiyim qədəri ilə 200 yaxın QHT-nin layihəsi məhz koronavirusa qarşı mübarizəyə yönəldildi. Artıq bir necə gündür ki, layihələrin icrasına başlanılıb. Onu da qeyd edim ki, bizim təşkilat layihə müddətində həm də 10-a yaxın aztəminatlı ailələyə ərzaq və tibbi yardım edəcəyini öz layihəsində qeyd edib. Bu da Şura tərəfindən könüllü olaraq tövsiyə edilmişdir. Hər bir QHT 10 ailəyə ərzaq və tibbi yardım göstərəcəyi təqdirdə, minlərlə aztəminatlı ailələrə ərzaq və tibbi yardım olunması deməkdir."
Mövcud olmayan “Qarabağ xalqı”nı dünya birliyinə sırımağa çalışmaq həyasızlıqdırAzərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə 30 iyun tarixində keçirilən onlayn görüşü ilə bağlı Ermənistan XİN-in yaydığı məlumatda “Qarabağ xalqı” (“Artsax xalqı”) ifadəsi diqqətimi çəkdi. Ermənilər Azərbaycanın ayrılmaz bir hissəsi olan Dağlıq Qarabağı və işğal olunmuş digər ərzilərimizi zorla “erməniləşdirməyə” çalışaraq, orada qondarma “Artsax Resbulikası” adında bir qurum yaradıblar və hazırda həmin ərazilərdə məskunlaşan (məskunlaşdırılan) gəlmələri də “Artsax xalqı” kimi təqdim edirlər. Amma əsl həqiqətdə isə hər kəs bilir ki, “Qarabağ xalqı”, “Artsax xalqı” deyilən bir etno-siyasi anlayış və beynəlxalq münasibətlərin subyekti yoxdur.

Azərbaycan ərazisində yalnız bir xalq var – o da Azərbaycan xalqıdır. Azərbaycan türklərinin, talışlarının, ləzgilərinin, kürdlərinin, tatlarının, ingiloylarının, yəhudilərinin formalaşdırdığı Azərbaycan xalqının varlığı hər kəsə bəllidir.

Əgər Azərbaycan Respublikasının vətəndaşları sayılan Dağlıq Qarabağdakı ermənilər də Azərbaycan xalqının bir parçası olmaq istəyirlərsə, buyursunlar, biz bundan yalnız və yalnız məmnun olarıq. Ermənistan XİN-i isə bütün beynəlxalq hüquq normalarını pozaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan erməniləri “Artsax xalqı” kimi təqdim edərək həm özlərini, həm də dünya ictimaiyyətini bu yalana, bu mifə inandırmağa çalışmasın. Çünki “Artsax Respublikası” adında bir ölkə, bir dövlət yoxdur. Dünya birliyi belə bir qondarma xunta rejimini müstəqil dövlət kimi qəbul etmir, tanımır. Tanınmayan bir “respublika”nın separatçı fərdlərini xalq kimi təqdim etmək səfsətəsi isə yalnız Ermənistanın fantazyor, xülyapərəst diplomatlarının və siyasətçilərinin ağlına gələ bilər. Biz dünya birliyinin reallıqlarından və beynəlxalq hüququn məntiqindən çıxış edirik. Ermənilər isə uydurduqları miflərə inanmaqda davam etsinlər. Mövcud olmayan “Qarabağ xalqı”nı dünya birliyinə sırımağa çalışmaq həyasızlıqdır. Dağlıq Qarabağın azərbaycanlı icmasını yurd-yuvalarından didərgin salıb, oradakı ermənilərdən süni şəkildə “Qarabağ xalqı” formalaşdırmaq cəhdləri onsuz da fiasko ilə nəticələnəcək.

Əlisahib Hüseynov
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri, Birinci Qarabağ Müharibəsinin iştirakçısı
Sabahdan Bakıda polis postları ləğv olunur – RƏSMİÖlkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Bakı şəhərinin giriş və çıxışları istisna olmaqla küçə və prospektlərdə quraşdırılmış xüsusi polis postları iyul ayının 2-dən ləğv ediləcək. Buna səbəb şəhərdaxili yollarda avtonəqliyyatın hərəkətinin intensivliyini təmin etmək, sərtləşdirilmiş xüsusi karantin rejiminə nəzarətə daha çox əməkdaşın cəlb edilməsidir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, bundan sonra şəhərdəki bütün qapalı məkanlarda vətəndaşlarımızın karantin rejimindən irəli gələn tələblərə, xüsusilə tibbi maskadan istifadə və sosial məsafənin gözlənilməsinə mütləq qaydada riayət etmələrinə nəzarət daha da gücləndiriləcək.

Küçə və prospektlərdə, eləcə də şəhərdaxili məhəllələrdə piyada patrul naryadlarının sayı artırılacaq, nəqliyyat vasitələrinin hərəkətinə müvafiq icazənin olub-olmaması isə videomüşahidə kameraları ilə müəyyən ediləcək.

Həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də vətəndaşlarımızdan xüsusi karantin rejimindən irəli gələn tələblərə mütləq riayət etmələri tələb olunur.
Azərbaycanda daha bir həkim koronavirusdan vəfat etdi37 yaşlı stomatoloq Tərlan Hüseynlinin COVID-19 infeksiyasından öldüyü barədə xəbər yayılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə məlumatl onun yaxınları sosial şəbəkədə paylaşıblar.

Bildirlir ki, diş həkimi Tərlan Hüseynli qızdırma və təngnəfəslik səbəbi ilə yerləşdirildiyi xəstəxanada vəfat edib.

Onun həyat yoldaşı və iki övladının da koronavirusa yoluxduğu bildirilir.

Allah rəhmət eləsin...
Azərbaycanda qardaş qardaşı güllələdiQəbələ rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Hadisə rayonun Vəndam qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Rəhimov Ramil Vəli oğlu ailə münaqişəsi zəminində aralarında baş verən dava zamanı qardaşı, 1959-cu il təvəllüdlü Rəhimov Azər Vəli oğluna ov tüfəngindən atəş açıb. Ağır xəsarətlər alan A.Vəliyev dünyasını dəyişib.

Hadisəni törədən şəxs saxlanılıb.

Qətlin hansı səbəbdən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Qəbələ rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir. (APA)
“Pandemiyaya qarşı mübarizədə QHT və medianın intensiv əməkdaşlığı faydalı və zəruridir”Ölkəmizdə pandemiyaya qarşı mübarizə davam edir. Hansı ki, bu mübarizədə QHT-lərin də yaxından iştirak etdiyi, məlum mübarizəyə böyük əmək verdiyi göz önündədir.

Moderator.az olaraq Azərbaycan Respublikasının Prezidenti yanından Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Elməddin Behbudla söhbətimizdə QHT-lərin bu yöndəki fəaliyyətini şərh etməklə yanaşı, media-QHT əməkdaşlığı kimi məsələlərə də diqqət yetirməyə çalışdıq.

- Elməddin müəllim, bildiyiniz kimi, bir neçə aydır ki, ölkəmzidə pandemiyaya qarşı ciddi mübarizə aparılır. Sizcə vətəndaş cəmiyyəti institutları bu mübarizənin hansı nöqtəsində yer alır? Onların pandemiyaya qarşı mübarizəsi nə dərəcədə əhəmiyyətli və effektivdir?

- COVID-19 pandemiyası gözlənilməz və ilk dəfə olaraq rastlaşılan qlobal miqyaslı təhlükə, bəla olduğundan ona qarşı cəmiyyətin bütün strukturlarının, əhalinin bütün təbəqələrinin mübarizə aparması zəruridir. Bildiyimiz kimi ÜST mart ayında bu infeksiyanı rəsmən pandemiya elan etdi. Bir neçə aydır ki, Azərbaycan Respublikasının prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə koronavirus pandemiyasına qarşı aparılan geniş miqyaslı mübarizə tədbirləri həyata keçirilir. Cənab prezident çıxışlarında bildirib ki, hər bir şəxsin pandemiyaya qarşı mübarizədə səfərbər olması vacibdir. Hər bir vətəndaş müvafiq qaydalara riayət etməli, eyni zamanda koronavirusa qarşı mübarizə tədbirlərinə dəstək verməlidir. Mediadan və sosial şəbəkələrdən izlədiyiniz kimi ölkənin vətəndaş cəmiyyəti institutları dövlətin bu istiqamətdə həyata keçirdiyi tədbirlərə ictimai dəstəyi təmin etmək üçün ilk gündən etibarən aktiv fəaliyyət göstərirlər. Çünki bu qlobal təhlükəyə qalib gəlmək üçün yalnız dövlətin həyata keçirdiyi tədbirlər yetərli deyil. Vətəndaş cəmiyyəti institutları bu məsələdə mühüm rola malikdirlər. Mart ayının etibarən Şura QHT-lərin pandemiyaya qarşı mübarizə tədbirlərinə səfərbər edilməsi üçün davamlı şəkildə fəaliyyət göstərir. Martın 25-də Şura sədri Azay Quliyev Şura üzvlərinin və Katibliyin əməkdaşlarının Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürmək haqqında qərar qəbul etdiyini bildirdi, həmçinin bütün QHT-ləri bu təşəbbüsə qoşulmağa və koronavirusla mübarizədə həmrəylik nümayiş etdirməyə çağırdı. Məndə olan məlumata görə indiyədək 100-dək QHT Koronavirusla Mübarizəyə Dəstək Fonduna müxtəlif məbləğdə ianə köçürüb. Şura martın 27-dən etibarən Real TV-lə birlikdə “Evdə qal, cəmiyyəti qoru” ictimai monitorinq və maarifləndirmə kampaniyasına başladıb. Bu kampaniyaya qoşulan yüzlərlə QHT koronavirus pandemiyası ilə bağlı vətəndaşların məlumatlandırılmasında, karantin rejiminə əməl edilməsinin vacibliyi ilə bağlı maarifləndirmə işində yaxından iştirak etdi. Aprelin 2-də isə Şura koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı QHT-lərin fəaliyyətinin çevik əlaqələndirilməsi və bu istiqamətdə görüləcək işlərin effektivliyinin daha da artırılması məqsədi ilə “QHT-lərin koronovirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı”nı keçirdi. Konfransda bir sıra mühüm qərarlar qəbul olundu. Aprelin 4-də QHT və media nümayəndələrindən ibarət İctimai Qərargah formalaşdırıldı. Şura hazırda da COVID-19 pandemiyası ilə mübarziə çərçivəsində onlayn konfranslar, görüşlər və iclaslar təşkil edir. Bu toplantılarda qəbul olunan qərarlar ciddi icra olunur. Həmçinin, QHT-lər də vətəndaşlara psixoloji dəstək və sosial yardımların göstərilməsini imkanları daxilində etdirirlər. Şuranın təşəbbüsü və rəhbərliyi ilə QHT-lərin ötən müddət ərzində bu sahədə gördüyü işlərin hamısı sadalasam bu müsahibə yox, uzun bir məqalə alınar.

Pandemiyaya qarşı mübarizədə ilk növbdə görülməli olan iş maarifləndirmə işidir. Əhalinin maarifləndirilməsi məsələsi çox vacibdir. Birincisi, insanlar bilməlidir ki, pandemiyanın doğurduğu təhlükə nədən ibarətdir? Bu, onlar üçün hansı təhlükəni yaradır? İkincisi, bu təhlükədən qorunmaq üçün nələri etmək lazımdır? Hansı gigiyenik normalara əməl etmək lazımdır? Həyat tərzimizə nələri əlavə etməliyik? Üçüncüsü, karantin rejimində qaydalara əməl etməyəcəyimiz təqdirdə nələrlə rastlaşacağıq? Karantin rejimi hansı səbəbdən tətbiq edilib?

Bunları əhaliyə izah etmək üçün ciddi maarifləndirmə işi aparmaq lazımdır. Bunu isə vətəndaş cəmiyyəti institutları, QHT-lər və media həyata keçirir. Bu baxımdan vətəndaş cəmiyyətinin iki mühüm komponenti olan QHT və medianın əməkdaşlığı zəruridir.

- Elməddin müəllim, pandemiyaya qarşı mübarizədə QHT və medianın birgə iştirak etdiyi hansı mühüm tədbirləri qeyd edə bilərsiniz?

- Öncə onu qeyd edim ki, proses yeni başlayanda cənab prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası QHT-lərin hamısına çağırış etdi. Onları dövlətin koronavirusa qarşı mübarizə tədbirlərində yaxından iştirak etməyə, bu yöndə səfərbər olmağa səslədi. Bundan sonra yüzlərlə QHT bu prosesdə fəal şəkildə iştirak etməyə başladı. Bir məsələni xüsusi qeyd edim ki, ölkəmizdə pandemiyaya qarşı mübarizə başladığı ilk gündən QHT-lər cənab prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına adekvat, çox həssas reaksiya verdilər. Şuranın rəhbərliyi ilə həyata keçirilən və bu gün də davam etməkdə olan ictimai kampaniyalarda, yardımlaşma aksiyalarında və digər fəaliyyətlərdə ürəklə, üzərlərinə düşən məsuliyyəti dərk edərək qoşuldular. QHT-lər dövlətçilik mövqeyindən çıxış edərək cənab prezidentin ümumi bəlaya qarşı həyata keçirdiyi kompleks tədbirləri birmənalı və fəal şəkildə şəkildə dəstəklədilər. Buna görə QHT-lərə təşəkkürümüzü bildiririk.

Şuranın COVID-19 pandemiyası ilə mübarizə sahəsində atdığı ilk addımlarından biri də REAL Tv ilə birlikdə “Evdə qal,cəmiyyəti qoru” ictimai maarifləndirmə kampaniyasını keçirməsi idi. Bu ictimai kampaniya qlobal təhlükəyə qarşı QHT-lərin media ilə birgə ümumi mübarizədə səmərəli əməkdaşlığının təşkil olunması ilə bağlı atılan mühüm bir addım idi.

Şuranın REAL TV ilə birgə keçirdiyi bu kampaniyası çərçivəsində karantin rejiminin qaydalarına riayət etməklə 50-dək QHT təmsilçisi Abşeron yarımadasının müxtəlif ərazilərində oldular. Bu tədbirlərin bir çoxu Real TV-də canlı şəkildə yayımlandı. Hər biri haqqında geniş reportajlar verildi. Monitorinqlər zamanı QHT-lər həm vətəndaşları maarifləndirdilər, həm də onlara spirt, maska və digər dezinfeksiyaedici vasitələr payladılar.

Eyni zamanda bildirim ki, Şura sosial media paltformasından da fəal şəkildə istifadə edən qurumlardandır. Mütəmadi olaraq Şuranın feyzbuk, tvitter və yutub sosial şəbəkələrindəki hesabları vasitəsi ilə canlı yayımlar təşkil edir, həmçinin keçirdiyimiz digər ictimai kampaniyalar, tədbirlər barədə ictimiayyəti məlumatlandırır və vətəndaşları maarifləndirməyə çalışırıq.

Şura aprelin 7-dən etibarən Real TV-lə birlikdə “Evdə qalaq, bilgi alaq” adlı onlayn ictimai dəstək və maarifləndirmə kampaniyasına başladı. Kampaniya çərçivəsində QHT rəhbərlərinin, mütəxəssislərin və digər tanınmış şəxslərin iştirakı ilə Şuranın rəsmi feyzbuk səhifəsində canlı yayımda müxtəlif mövzularda ictimai müzakirələr təşkil olundu. Bu çərçivədə“Koronavirus pandemiyasının yaratdığı psixoloji vəziyyətlə bağlı məlumatlandırma”, "Koronavirusla bağlı tibbi maarifləndirmə", "Koronavirusun dünya düzəninin dəyişməsinə təsiri", "4-cü sənaye inqilabı və koronavirusun gətirdiyi reallıqlar", "Milli vətənpərvərlik mövzusunda qiraət ustaları ilə görüş", "Mədəniyyət və incəsənət xadimləri ilə görüş" və digər mövzularda onlayn konfranslar, ictimai müzakirələr təşkil edilib. Bu ictimai kampaniya çərçivəsində keçirilən tədbirlərin hər birində xeyli sayda media nümayəndəsi də iştirak edib. Şuranın təşkil etdiyi bu tədbirlərin hər biri onlarla media resursunda, o cümlədən yüzlərlə sosial şəbəkə hesablarında işıqlandırılıb. Cəmiyyətin ümumi rifahı və ölkə vətəndaşlarının sağlamlığının qorunması üçün QHT-lərin gördüyü işlərdə yaxından iştirakına və böyük dəstəyə görə KİV bir daha təşəkkürümüzü bildiririk.

Ümumilikdə isə hər bir şəxs bunu bilməlidir ki, biz koronavirus infeksiyasını nə qədər ciddiyə almayacayıqsa, bu təhlükə bir o qədər böyüyəcək və bizi həm fərdi qaydada, həm də cəmiyyət olaraq daha çox üzəcək. Koronavirus pandemiyasına yoluxanların sayı artdıqca, cəmiyyət olaraq bundan zərər görəcəyik. Vətəndaşlar müvafiq qaydalara, özünütəcridlə bağlı tövsiyələrə riayət etmədikcə məcburiyyət üzündən tətbiq olunan sərt karantin rejiminin müddəti uzandılmalı olacaq. İqtisadiyyatımız bundan zərər görməkdə davam edəcək. Ən önəmlisi isə odur ki, pandemiya insanlarımızın həyatına son qoymaqda davam edəcək. Ona görə pandemiyanın tezliklə başa çatması yalnız dövlətimiz üçün yox, həm də bizim hər birimiz üçün həyati əhəmiyyət kəsb edir. Bu cəhətdən Şura da mühüm ictimai institut olan QHT-ləri ümumi təhlükəyə qarşı mübarizə məqsədi ilə konsaldasiya edərək həm televiziyaların, həm internet saytlarının, həm də sosial medianın imkanlarından istifadə edərək vətəndaşları maarifləndirməyə çalışır.

- Koronavirusa qaşrı mübarizə tədbirləri çərçivəsində regionlarda necə, hansısa tədbirlər təşkil edildimi?

- Regionlara səfər bildiyiniz kimi yalnız xüsusi qayadalar çərçivəsində mümkündür. Ciddi məhdudiyyətlər var. Ancaq regionlardakı QHT-lər də Şuranın onlayn konfrans və iclaslarına qatılır və qəbul olunan qərarların icrasına aktiv iştirak edirlər. Məlumat üçün bildirim ki, 5 regionda QHT-lərin Resurs və Təlim Mərkəzləri fəaliyyət göstərir. Bunlar Şirvan, Mingəçevir, Quba, Qəbələ və Şəmkirdə yerləşir. Resur və təlim mərkəzləri regional QHT-lərin fəaliyyətini koordinasiya etməklə onların yerlərdə maarifləndirmə və yardımetmə işinə dəstək olurlar.

- Pandemiyaya qarşı mübarizədə media və QHT-lərin birgə əməkdaşlığını nə dərəcədə əhəmiyyətli hesab edirsiniz?

- Bu, olduqca mühüm önəm kəsb edən bir məsələdir. Bu səbəbdən aprelin 18-də Şuranın təşəbbüsü və Mətbuat Şurasının yaxından iştirakı ilə koronavirus (COVİD-19) pandemiyasıyla mübarizədə QHT-media əməkdaşlığının gücləndirilməsinə həsr olunan onlayn konfrans keçirilib. Konfransda Şura sədri, Milli Məclisin deputatı Azay Quliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, ölkənin tanınmış media qurumlarının və QHT-lərin rəhbərləri iştirak edib. 300-dək QHT və media nümayəndəsinin iştirak etdiyi konfransda Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni və "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid məruzə ilə çıxış edərək birgə əməkdaşlığın vacibliyi və prioritetlər barədə fikrilərini bildiriblər.

Konfransın yekununda cənab prezidentə ünvanlanan müraciətdə ölkənin yüzlərlə QHT və media nümayəndəsi dövlət başçısının rəhbərliyi ilə COVID-19 infeksiyanın qarşısının alınması üçün atılan addımların nəticəsində xalqımızın bu böyük bəladan tezliklə xilas olacağına inamını ifadə edib. Konfrans iştirakçıları həmçinin, anti-Azərbaycan siyasəti həyata keçirən xarici dairələrin alətinə çevrilən margianl siyasi quruplara kəskin etiraz edərək dövlət başçısının həyata keçirdiyi siyasəti dəstəkləyədiyini, ölkəmizin daha da qüdrətlənməsi və inkişafı üçün bundan sonra da var gücü ilə çalışacağını bildirib.

Hamımız bilirik ki, yalnız Azərbaycanda deyil, kiçik istisnaları çıxmaqla bütün dünyada insanların hazırda əsas və operativ informasiya və kommunikasiya vasitəsi sosial şəbəkələrdir. Sosial şəbəkələrin strukturu, orada fəaliyyət imkanı və xəbərləşmə mexanizmi elədir ki, alternativ, real mənbələr olmasa yüzminlərlə izləyici hansısa informasiya manipulyasiyasının, dezinformaya maşınının qurbanına çevrilə bilir. Bu cəhətdən həm informasiyanın düzənli, doğru bir şəkildə, insanların inanacağı formada, davamlı, operativ şəkildə təqdim etmək, həm də cəmiyyəti yanlış istiqamətdə yönəltmək, ictimai rəyi dövlət maraqlarımızın əksinə formalaşdırmaq cəhdlərini zərərsizləşdirmək vacibdir. Bu cəhətdən QHT-lərin və media qurumlarının, sosial mediadakı nüfuz liderlərinin bu istiqamətdə əlaqəli və çevik fəaliyyəti mövcud potensialdan daha optimal istifadə baxımdan vacibdir.

- QHT-lərin koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində daha hansı addımlar atması planlaşdırılır?

- Məlumat üçün bildirim ki, QHT-lər də aprel və may aylarında dövlət qrantları olmadan vətəndaşların maarifləndirilməsində, həssas təbəqədən olan insanlara psixoloji və ərzaq yardımların göstərilməsində böyük fəallıq göstərdilər. Ölkənin regionları da daxil olmaqla minlərlə ailəyə ünvanlı şəkildə ərzaq yardımları göstərdilər. Maarifləndirici proqramlar təşkil etdilər. Gigiyenik vasitələr payladılar. Mediada aktiv şəkildə çıxış edərək dövlətin həyata keçirdiyi tədbirlərə ciddi ictimai dəstək verdilər.

Şura 2020-ci ilin martın 5-də 26 dövlət qurumları ilə birlikdə təşkil etdiyi qrant müsabiqələrinin nəticələrini elan etdi. Məlum səbəblərdən Şura Katibliyi ötən iki ay müddətində işə çıxmadı, məzuniyyətdə oldu. Mayın 31-dən Şura Katibliyi işə çıxandan sonra qalib QHT-lərlə qrant müqavilələrinin imzalanmasına başlanılıb. Artıq onların böyük bir qismi ilə - 400-ə yaxını ilə SƏLİS müqavilə imzalanıb. Məlumat üçün bildirim ki, qrant müqavilələrinin elektron qaydada imzalanması ölkəmizdə QHT-lərə xidmət sahəsində ilk dəfədir tətbiq olunur. Bu yenilik QHT-yə cəmi bir neçə saniyə ərzində qrant müqaviləsini imzalamağa imkan verir. SƏLİS müqavilələrin imzalanması prosesi hazırda da davam etməkdədir. Bu layihələrin böyük qismi məhz koronavirusla mübarizəyə həsr olunacaq. Çünki Şura mövcud vəziyyətdən çıxış edərək QHT layihələrinin çox hissəsini pandemiyaya qarşı mübarizə tədbirləri istiqamətində dəyişdirib. Vətəndaşların maarifləndirilməsi, onlara ərzaq və psixoloji yardımların göstərilməsi, informasiya təxribatlarının qarşısının alınması və s. Çox yaxşı olardı ki, media qurumları bu tədbirlərdə QHT-lərlə birlikdə birgə iştirak edərdilər. Tutaq ki, bir QHT 50 ailəyə yardım göstərəcək. Yardım hansı məbləğdə maliyyəni əhatə edir, kimlərə verilir, harda verilir – bütün bunları QHT ilə yanaşı medianın da ictimaiyyətə geniş şəkildə təqdim etməsi arzuediləndir. Dövlət başçısı çıxışlarında dəfələrlə ictimai nəzarətin önəminə diqqət çəkib, bunun zəruriliyinə toxunub. Ona görə də QHT-lərin və meda qurumlarının bütün sahələr üzrə birgə ictimai monitorinqləri artırması faydalı olardı.

Şura bu gündən başlayaraq Real Tv ilə birlikdə yeni ictimai maarifləndirmə kampaniyasına start verəcək. QHT-lər hörmətli media nümayəndələri ilə birgə paytaxt və yaxın ərazilərdə monitorinqlər təşkil edəcək, vətəndaşlara yeni növ koronavirus infeksiyasına yoluxmamaq üçün gigienik qaydalara ciddi riayət edilməsinin vacibliyini təbliğ edəcək, eyni zamanda onlara müvafiq dezinfeksiyaedici vasitələr paylayacaqlar. Kampaniya çərçivəsində karantin rejiminin pozulması halları ilə bağlı ictimia qınaq da olunacaq. Bu kampaniya bir neçə istiqaməti əhatə edəcək. Bununla bağlı ictimaiyyətə ətraflı açıqlamamız olacaq.

Pandemiyanın nə vaxt başa çatacağı bilinmir. Heç bir beynəlxalq qurum, heç bir dövlət deyə bilmir ki, COVID-19 pandemiyasına hansı tarixdə tamlıqla qalib gələcəyik. Bu baxımdan nə qədər ki, səhiyyə qurumları, hüquq-mühafizə orqanları və dövlətin digər müvafiq strukturları koronavirusa qarşı mübarizə tədbirləri həyata keçirir, QHT-lər də bu müddət ərzində fəaliyyətlərini davam etdirəcəklər.

- Elməddin müəllim, bəzi hallarda Azərbaycandma koronavirusla bağlı vəziyətin dözülməz həddə çatdığı, proseslərin az qala nəzarətdən çıxmaq səviyyəsində olması ilə bağlı əsassız fikirlər səslənir. Sizcə media və QHT-lərin əməkdaşlığı bu cür dezinformasiyalara qarşı mübarizə baxımından da effektli ola bilərmi?

- Şübhəsiz. Sosial medianın Azərbaycan seqmentində son iki həftədə baş verənləri, əsas trendləri izlədikdə bir daha əmin olursan ki, dezinformasiyalara qarşı mübarizə baxımından nəinki sağlam, dövlətçilik mövqeyində olan vətəndaş cəmiyyəti təsisatlarının, hətta bütün vətəndaşların yaxından əməkdaşlığı fəaliyyəti zəruridir.

Biz nəyi müşahidə edirik? Onu görürük ki, bir mərkəzdən ötürülən mesajlarla vətəndaşlara dövlətə, onun müxtəlif strukturlarının fəaliyyətinə inamsızlıq, tabesizlik təbliğ olunur, onlar hüquq-mühafizə orqanları ilə toqquşmağa təhrik olunur. Dövlət qurumlarının qəbul etdiyi qərarların əhəmiyyətsizliyi vurğulanır. Buna qarşı çıxan, dövlətçiliyimizi hədəfə alanlara etirazını bildirən sosial şəbəkə istifadəçiləri isə kütləvi hücumla linç olunur, mənəvi terrora məruz qalır.

Yaxud bir çox hallarda insanlarımıza təlqin etməyə çalışırlar ki, Azərbaycanda pandemiya ilə bağlı vəziyyətin guya bütün ölkələrdən ağırdır. Əslində isə heç də belə deyil. Possovet ölkələri içərisində də Azərbaycan bu qlobal bəla ilə mübarizədə ən az itki verən ölkələrdəndir. Əhalisi bizdən dəfələrlə az olan Ermənistanla müqayisədə hər min nəfərə düşən xəstə sayını götürsək görərik ki, ölkəmizdə vəziyyət qat-qat yaxşıdır. Bir milyon nəfərə düşən ölüm sayı Ermənistanda 140, ölkəmizdə isə 18-dir.

Koronavirusa yoluxmadakı son həftələrdə müşahidə olunan yüksəliş halı isə yalnız ölkəmizə aid deyil və bir çox dövlətlərdə özünü göstərir. Əlbəttə ki bunun müxtəlif səbəbləri var. Əlaqədar qurumlar gözlənilməz bəlanı dəf etmək üçün müvafiq işlər görür. Xüsusi ilə tibb işçilərimiz öz həyatları bahasına olsa belə insanların sağlamlığının qorunması üçün böyük fədəkarlıqlar edirlər. Hüquq-mühafizə orqanları da, həmçinin, ilk vaxtdan etibarən var gücləri çalışırlar ki, vətəndaşlar infeksiyaya yoluxmamaq üçün gigiyenik qaydalara, karantin rejiminin tələblərinə əməl etsinlər. Bu cəhətdən diqqətli izləyicilərin müşahidə etdiyi kimi anti-Azərbaycan dairələrin informasiya terroruna qarşı mübarizədə ən aktiv rol oynayan təsisatlardan biri də QHT-lər, onların rəhbərləridir. Təbii ki QHT-lərin bu istiqamətdə aktivliklərini da daha da artırmaqlarına ehtiyac var.

Bu baxımdan indiyədək bu istiqamətdə böyük işlər görən təsisatlardan olan media və QHT-lərin üzərinə yenə də böyük məsuliyyət düşür. Bu iki vacib vətəndaş cəmiyyəti institutnun birgə əməkdaşlığını zəruri hesab edirəm və bir daha bildirirəm ki, Şura bu məsələdə üzərinə düşən hər şeyi etməklə yanaşı müvafiq təkliflərə də açıqdır.
"Azərsu" sədri deputatların suallarını CAVABLANDIRDI“Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvləri ilə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun görüşü oldu. Görüşə həmin komitənin üzvü olmayan deputatlar Tahir Rzayev, Sabir Rüstəmxalı, Rauf Əliyev də qatılmışdı. Qorxmaz müəllim su təchizatının yaxşılaşdırılmasına dair Bakı şəhəri və bütövlükdə Abşeron yarımadasında, eləcə də regionlarda görülmüş işlərlə bağlı məlumat verdi. Son vaxtlar Kür çayında suyun azalmasının əhalinin içməli su təchizatına təsiri, iyunun əvvəllərində Bakının bəzi yerlərində su çatışmazlığının səbəblərini izah etdi”.

Bunu “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bu gün parlamentdə keçirilən dinləmələr barədə danışarkən deyib.

O, Qorxmaz Hüseynova deputatlar tərəfindən bəzi suallar ünvanlandığını və“Azərsu” sədrinin bütün sualları cavablandırdığını da bildirib:

“Hətta deputatlar seçildikləri rayonlarla bağlı yazılı müraciətlər də təqdim etdilər. Bizim mütəxəssislər tərəfindən həmin müraciətlər araşdırılır və müvafiq tədbirlər görülərək, cavablandırılacaq. 3 saata yaxın keçən görüşdə içməli su və tullantı su sektoru ilə bağlı detallı olaraq deputatlara məlumatlar verildi. Bu sahədə gələcəkdə görüləcək işlər, eləcə də sudan qənaət və səmərəli istifadə edilməsi ilə bağlı məsələ ətrafında geniş müzakirələr aparıldı”.

“Azərsu” rəsmisinin sözlərinə görə, deputat Sabir Rüstəmxanlı Neftçaladakı içməli su problemini dilə gətirərək, icra olunan yeni layihə barədə sual ünvanladı:

“Qorxmaz müəllim Sabir Rüstəmxanlıya cavabında layihənin icrasına başlanıldığını, Salyan rayonu yaxınlığında anbar tikildiyini və 44 km uzunluğunda magistral su kəmərinin tikintisinin davam etdiyini diqqətə çatdırdı. Eyni zamanda, noyabr ayında kəmərin tikintisinin başa çatdırılacağını söylədi. Millət vəkillərindən Rauf Əliyev Xəzər rayonundakı, Fatma Yıldırım Bərdə şəhərindəki, Nəsib Məhəməliyev Balakəndəki, İltizam Yusifov Şirvandakı, Naqif Həmzəyev Gəncədəki işlərlə bağlı fikirlərini bölüşdülər və həlli vacib işlərin görülməsinin təklif etdilər”.
Dövlət Fondunda gördüklərim və mətbuat katibindən şantaj ittihamı“Covid-19” pandemiyası dünyada çox köhnə mizan-tərəzini pozdu və bu mənfi tendensiya bu gün də davam etməkdədir. Azərbaycan bir dövlət olaraq xəstəliyin ilkin dövründə öncədən hesablanmış addımlar atmaqla bir müddət vəziyyəti nəzarətdə saxlaya bildi. Hökumət əhalinin müəyyən ehtiyaclarını qarşılamaq üçün müəyyən sosial-iqtisadi tədbirlər də həyata keçirdi. Sərt karantin rejimində əhalinin işsiz təbəqəsinin maddi çətinliklərini minimum kompensasiya etmək üçün adambaşına 190 manat aylıq sosial yardım paketi qəbul etdi. Əhaliyə elan olundu ki, bu məbləği əldə eləmək üçün Dövlət Sosial Müdafiə Fondunun portalında qeydiyyatdan keçmək lazımdır. Maliyyə yardımında qiyabi təhsil alan və işsiz olan tələbələrin də bu yardımı alacaqları elan edildi. Lakin baş verən proseslər göstərdi ki, adı çəkilən Fondun qeydiyyatından keçmək cəhənnəm əzabından betər bir iş, həm də jurnal imiş. Kino isə səni qabaqda gözləyirmiş.

Oğlum Şəhriyar Məmmədli Bakı Dövlət Universitetinin İqtisadiyyat fakültəsində oxuyur. Universitetin əyani şöbəsinə qəbul olan oğlum sonradan təhsilini qiyabi şöbədə davam etdirir. O da hamı kimi dövlətin verdiyi imtiyazdan yararlanmaq istədi. Kamali-səliqə ilə Fondun məlum portalında qeydiyyatdan keçdi. Vaxt isə acı bağırsaq kimi uzandı və nəhayət, günlərin bir günü ona imtina cavabı gəldi. Uzun-uzadı yazışmalardan, telefon danışıqlarından da bir mətləb hasil olmadı. Fonddan bildirdilər ki, sən əyani oxuduğundan bu hüquqdan faydalana bilməzsən. Onun qiyabi təhsil alması ilə bağlı BDU-dan təqdim etdiyi rəsmi arayışı da yaxın qoymadılar. Universitetin rəsmi saytında göstərilən qiyabi təhsillə bağlı göstəricilər də Fond rəsmilərinin eyninə olmadı. Mən prosesləri əvvəlcə kənardan izləyirdim. Sonralar durum məni də qıcıqlandırdı və uzun illər mətbuatda çalışmış peşəkar bir jurnalist olaraq düşündüm ki, vəziyyətlə özüm maraqlanım. Həm də fikirləşdim ki, görəsən dövlətin bu qədər aydın mətnlə açıqladığı qaydaları pozmağa kimin cürət edə bilər ki? Sonda gördüklərimdən özümün də yanıldığımı anladım.

Etiraf edək ki, son illər əhalinin ən çox narazı qaldığı dövlət qurumları siyahısında adı keçən qurumlardan biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondudur. Elə bu karantin rejimi prosesində də hər iki qurumun yarıtmaz fəaliyyətləri ilə bağlı saysız faktlar ortaya çıxdı. Neçə illər qabaq ölmüş insanların adlarının siyahıya salınması, həyat yoldaşı dünyasını dəyişmiş qadına ərinin işləməsi barədə mesaj gəlməsi, birinə aid olan mesajın başqasına göndərilməsi, subay qızın ərinin işləməsiylə bağlı xəbər və sair və ilaxır. Sosial şəbəkələrdə bununla bağlı o qədər gülməli (əslində ağlamalı) faktlar ortaya çıxdı ki, insanların matı-qutu qurudu. Bu işə cavabdeh olanlar iddia edə bilərlər ki, bunların bəziləri texniki qüsurlar, hansısa məmurun səhlənkarlığı səbəbindən baş verib. Bəs, ortada olan dəlil-sübutlara, faktlara göz yummaq necə?

Mən oğlumla bağlı baş vermiş anlaşılmazlığı araşdırmaq üçün Fondun Yasamal rayonunda yerləşən qərargahına üz tutdum. Burda gördüyüm ilkin mənzərə heç də ürək açan olmadı. İnsanlar buraya günlərlə, həftələrlə ayaq döydüklərindən şikayətlənirdilər. Onlara olan biganəlikdən, saymazlıqdan fəryad edirdilər. Qəbul otağında olan məmurları özümlə bağlı vəziyyətlə güc-bəla ilə başa salandan sonra mənə bildirdilər ki, Fondun direktorunun adına ərizə yazmalıyam. Ərizəni yazıb oğlumun qiyabi təhsil alması ilə bağlı arayışı da ona əlavə edib qonşu binadakı qutuya atdım. Burada çalışan işçilərdən birinin “əgər əvvəlki iki ay yardım verilməyibsə, demək verilməyəcək” cavabı məni çox qıcıqlandırdı. Mən əlimdəki arayışı ona göstərəndə isə ironiya ilə gülüb məndən aralandı. Onun bu hərəkətini özümdən də çox dövlətimizə, onun qanunlarına qarşı bir həqarət kimi qəbul etdim. Sən demə bu hələ şükürlüsüymüş. Vəziyyəti aydınlaşdırmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblıya zəng vurdum. Allah üçünə zəngimə ehtiramla cavab verdi. Lakin vəziyyəti ona izah edəndə bildirdi ki, biz informasiyaları Dövlət İmtahan Mərkəzinin saytından götürürük. Ona izah etdim ki, oğlum Universitetə üç il bundan qabaq daxil olub, artıq ikinci ildir ki, qiyabi təhsil alır və işsizdir. Sözü bu oldu ki, siz gedib dəyişikliyi DİM-in elektron bazasında edin. Mən əlavə etdim ki, əlimdə Bakı Dövlət Universitetinin rəsmi arayışı var və bu da rəsmi dövlət qurumudur. DİM-in elektron bazasında dəyişiklik etmək isə bu qədərmi asandır və həm də bu karantin dövründə? Bu cavabım görünür onun heç xoşuna gəlmədi və səsinin tonunu qaldırdı ki, siz məni şantaj edirsiniz? Bu dəfə lap mat qaldım. Ha fikirləşdimsə, onu şantaj edəcək hansı sözü dediyimi xatırlaya bilmədim.

Dünyada artıq yeni dönəm başlayıb. Dövlətlər süni intellektdən, onun sabah həyatımıza göstərəcəyi köklü dəyişikliklərdən danışır və bu istiqamətdə ciddi addımlar atılır. Ölkəmizdə də neçə ildir ki elektron hökumət yaradılması ilə bağlı xeyli işlər görülür. Təəssüf ki, son hadisələr göstərdi ki, bəzi dövlət qurumları hələ də keçmiş illərdə ilişib qalıblar və onların öz qaydaları var. Onlar vətəndaş-dövlət arasındakı körpünü möhkəmləndirmək əvəzinə, sanki hər vasitə ilə mövcud olanları dağıtmaqla məşğuldur. Əgər vətəndaş öz haqqını rəsmi sənədlərlə sübut edə bilmirsə, məmursa haqqı görmək istəmirsə, bunun məsuliyyətini kim daşımalıdır?

İlham Məmmədli
“Bütöv Azərbaycan” qəzetinin redaktoru
Azərbaycan polisi Azərbaycan dövlətinin və xalqının keşiyindədir!"Siyəzən rayon polislərinin timsalında asayişimizin, təhlükəsizliyimizin keşiyində duran ölkənin bütün polis əməkdaşlarını təbrik edirəm" .

Müstəqil Azərbaycanın memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.

Polisin vəzifəsi, borcu həm dövlətin mənafeyini, həm də hər bir vətəndaşın hüquqlarını qorumaqdır. Dövlətin mühafizəsi, vətəndaşların hüquq və azadlıqlarının təminatı, hüquqi cəmiyyət quruculuğu məsələləri hüquq-muhafizə sisteminin inkişafı ilə birbaşa bağlıdır. Dövlət yalnız mükəmməl hüquqa əsaslananda güclü olur, vətəndaş yalnız demokratik və ədalətli hüquqlarla əhatə olunanda azad olur. Azərbaycan dövlətçilik tarixində bu ənənələr daim əsas götürülmüşdür.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunmuş qanunlar və imzalanan fərmanlar Azərbaycanda demokratik cəmiyyət quruculuğu istiqamətində möhkəm hüquqi bazanı formalaşdırdı. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində hüquqi-demokratik islahatların bazası daha da genişləndirilir. Bu hüquq -mühafizə sistemində, polis orqanlarında çalışanların qarşısına yeni və mühüm vəzifələr qoymaqla yanaşı, onların məsuliyyətini daha da artırırvə bu şərəfli peşədə çalışmaq üçün hər bir polis əməkdaşına stimul verir.

Məhz Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra Azərbaycan polisinin ayrı-ayrı qruplara xidmət edən pərakəndə dəstələr səviyyəsindən mütəşəkkil və peşəkar hüquq-mühafizə orqanına müstəqil dövlətin təməli olan sabitliyin təminatçısına çevrilməsinə nail oldu. Sabitlik Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesinin təmin olunması üçün əsas şərtdir. Bu sabitlik Azərbaycanda siyasi, iqtisadi islahatların keçirilməsi üçün çox vacib şərtdir. Əlamətdar hal odur ki, Azərbaycan polisi həmişə bu cür proseslərdə Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqlarını, özlərinin vətəndaşlıq borclarını və xidməti mənafelərini hər şeydən üstün tutmuşlar.

Bu gün Azərbaycan yalnız dinamik iqtisadi inkişaf tempinə görə deyil, həm də cinayətkarlığa qarşı mübarizə və əmin -amanlığın qorunması sahəsində lider dövlətlərdəndir.
Ulu Öndər belə bir fikir söyləmişdi "Hakimiyyət nümayəndəsi olaraq polis xalqa xidmət etməli, öz qətiyyəti peşəkarlığı və mədəniyyəti ilə onun daha böyük etimadını qazanmalıdır."

Polisin sosial funksiyalarının genişləndirilməsi, ictimai təhlükəsizliyin təmin edilməsində vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi əhali tərəfindən müsbət qarşılanır. Bu gün polis əhali ilə sıx təmas qürur, ehtiyacı olanlara yardım göstərir, maarifləndirmə tədbirləri həyata keçirir. Xüsusən də 2020-ci ildə bütün dünyanı sarsan pandemi dönəmində Azərbaycan polisinin üzərinə düşən məsuliyyət tibb çalışanlarından geri qalmır. Onlar bu gün təkcə xalqın keşiyində durmur, eyni zamanda onun ən yaxın dostuna və yardımçısına çevrilmişdir. Buna görə də xalqımız bu gün qəhrəman polislərimizə minnətdardır.Polis cinayətkarlıqla mübarizə aparır, dövlətin hüquqlarını qoruyur,eyni zamanda hər bir vətəndaşın hüquqlarını qoruyur.

Bu gün peşə bayramını qeyd edən qəhrəman polislərimizi ürəkdən təbrik edirəm, çətin, ağır, eyni zamanda çox şərəfli işlərində uğurlar arzulayıram. Bu bayram eyni zamanda bizim Azərbaycan xalqının bayramıdır. Çünki polis, Daxili İşlər orqanları Azərbaycan dövlətinin əsas sütunlarından , dayaqlarından biridir. Polis Azərbaycan dövlətinə , dövlətçiliyinə xidmət edir, Azərbaycanın dövlət müstəqilliyinə xidmət edir, hər bir vətəndaşımıza xidmət edir, ona görə də bu, bizim hamımızın bayramıdır.

Ulu Öndərin siyasi kursunun alternativsiz davamçısı İlham Əliyevi xalq yeganə güvənc ünvanı qəbul edir. Azərbaycan polisi Ulu Öndər Heydər Əliyevin şah əsəri müasir Azərbaycan Respublikasının, Azərbaycan xalqının və möhtərəm Prezidentimiz İlham Əliyevin sadiq əsgəridir.
Vətən uğrunda, xidməti başında şəhid olan qəhrəman polislərimizi də unutmayaq, onlara Allahdan rəhmət diləyirəm, iş başında xalqına şərəflə xidmət göstərən polislərimizə uğurlar arzulayıram!

Rəşad Rəhmanov
YAP Siyəzən Rayon təşkilatının sədr müavini