İyul-avqustda bizi dəhşətli istilər gözləyir - EkspertBu il iyul-avqust aylarında havanın temperaturunun çoxillik iqlim normasından (1961-90-cı illərə nisbətən) 2-3 dərəcə yüksək olacağı gözlənilir.

Avrasiya.net xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib. Onun sözlərinə görə, bu il 2010, 2015-ci illlərin yayları kimi isti yay olacaq.

M.Həsənov qeyd edib ki, Bakı və Abşeron yarımadası və Aran rayonlarında havanın daha isti keçəcəyi proqnozlaşdırılır.

İqlimşünas alim əlavə edib ki, builki iyul-avqust aylarında Azərbaycanda isti hava dalğalarının daha tez-tez təkrarlanması müşahidə ediləcək:

“İsti hava dalğaları dedikdə, havanın orta sutkalıq temperaturunun 35 dərəcəyədək yüksək olması, belə halın 3-5 gün və daha çox müddətdə arcıdıl müşahidə edilməsi nəzərdə tutulur. Belə hava həm kənd təsərrüfatına, həm təbii şəraitə, həm də insan sağlamlığına mənfi təsir edir. Bir gün havanın temperaturu 40 dərəcə isti ola bilər, amma bu, nə insan sağlamlığı, nə də kənd təsərrüfatı üçün o qədər böyük təhlükə deyil. Lakin temperatur 37-38 dərəcə olub, 4-5 gün və daha çox davam edərsə, bu, insan sağlamlığına da, təbiətə də mənfi təsir edər”.
Azərbaycan-İran sərhəddində atışma - Ölənlər varAzərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir.

Bu barədə Avrasiya.net-ə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bu tədbirlər nəticəsində 2020-ci ilin 29 iyun tarixində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilmə­sinin qarşısı alınıb.

Həmin gün saat 23:50 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan ra­yonunun Aşağı Çə­mənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazi­sində 2 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbay­can Respublikası isti­qa­mətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfin­dən aşkar olunub. Sərhəd pozucularının silahlı olmaları, üzərilə­rində 2 ədəd kisədə yük olması müşahidə edilib.

Sərhəd zastavası “Silaha!” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılmışdır. Sərhəd naryadı tərəfindən “Dayan!” əmri verilərək havaya xə­bər­­darlıq atəşi açılıb. Lakin sərhəd pozucuları əmrə tabe olmamış, sərhəd naryadına qarşı odlu silahdan atəş açaraq sərhədçilərin həya­tına qəsd ediblər.

Sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Qanunun tələblərinə uyğun olaraq silah tətbiq olunub, sərhəd pozucularından biri aldığı güllə yarasından hadisə yerində ölüb. Digər sərhəd pozucusu ərazinin sıx meşəlik, hava şərai­tinin qa­ranlıq olmasından istifadə edərək geri qaçıb.

Əraziyə baxış zaman 1 ədəd lüləsi kəsilmiş tüfəng, 2 ədəd kisədə təxmini çəkisi 33 kq olan narkotikə bənzər maddə aşkar edilib.

Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin görüşü keçirilib.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sər­həd dəstəsinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.
ADİİM yeni layihənin icrasına başlayırAzərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birgə elan etdiyi qrant müsabiqəsində qalib olan “Dini radikalizm və ekstremizmlə mübarizə - DREM.az saytının yaradılması" layihəsinin icrasına başlayır.

Layihənin icrası ilə bağlı QHT-nin yaydığı məlumatda qeyd olunur ki, dünyanı təhdid edən terrorizm, dini ekstremizm və radikalizmlə mübarizə Azərbaycan üçün də mühüm önəm kəsb edib. Öz məqsədlərinə çatmaq üçün dindən sui-istifadə edərək radikal qruplar yaratmaq, ekstremist çağırışlar etmək bütün dünya üçün təhlükəlidir. Dini radikalizm və ekstremizmə qarşı mübarizə bəşəri xarakter daşıyır. Dinin siyasiləşdirildiyi və müəyyən qrupların əlində alətə çevrildiyi zaman radikal qruplar meydana gəlir ki, bu, təkcə İslam dinində deyil, digər dinlərdə də özünü büruzə verir.

Bu gün bəşəriyyəti narahat edən məsələlərdən olan dini radikalizm və onun fəsadları, cəmiyyətə vura biləcəyi zərbələrin acı nəticələri barədə ictimaiyyət mütəmadi olaraq məlumatlanmalıdır. Radikalizmin qarşısının alınmasında maarifləndirmə önəm daşımalıdır. Dini radikalizmə, terrorçuluğa, dini ektremizmə qarşı mübarizə müasir Azərbaycan dövlətinin də prioritet istiqamətlərindəndir.

Azərbaycanda dini etiqad azadlığı möhkəm hüquqi-normativ əsaslara malikdir. Ölkədə mövcud dini etiqad azadlığından sui-istifadə edən radikal ünsürlərin fəaliyyətinə hüquqi qiymət verilməsi, ümumiyyətlə, mübarizə mexanizminin həyata keçirilməsi üçün ötən dövrdə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində dövlət tərəfindən lazımi işlər görülüb.

Radikal dini cərəyanların yayılması cəhdlərinin qarşısının alınması üçün milli-mənəvi, xüsusilə dini dəyərlərin təbliği düzgün aparılmalıdır. Müasir cəmiyyətdə dini dəyərlərin düzgün təbliğində, dini radikalizmə qarşı mübarizədə maarifçilik əsas silahdır. Radikalizm bu gün İslamdakı elmlik, dünyəvilik prinsiplərinə qarşı bir təxribatdır. Radikalizm müasir gəncliyi dünyəvilikdən, elmi düşüncə və axtarışlardan uzaqlaşdırır. Nəticədə isə fanatizmin acı təzahürləri üzə çıxır.

DREM.az internet resursun yaradılmasında əsas məqsəd dini radikalizmlə mübarizə sahəsində maarifləndirmə işinin aparılmasıdır. Saytda vətəndaşlarımızın düzgün elmi, dini maariflənməsi, milli, mənəvi dəyərlərimizin qorunması, dini radikalizmə qarşı hüquqi, ideoloji və iqtisadi istiqamətlərdən aparılan mübarizələrdən bəhs ediləcək, Azərbaycanda tolerantlıq və multikultural dəyərlərdən, ölkəmizin dünyada sülh platformasına, mədəniyyətlərarası və dinlərarası dialoq və əməkdaşlıq məkanına çevrildiyindən söz açılacaq, gənclərimizdə vətənpərvərlik hissini aşılyan materiallar, dini, elmi araşdırmalar, dövlət-din münasibətlərinin mükəmməl Azərbaycan modelindən danışılacaq. İnternet resursu həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, İlahiyyat institutu, dini konfessiyalar, islamşünas, din xadimləri, KİV və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq edəcək.

Dini ekstremizm və radikalizmlə mübarizə ümumxalq işinə çevrilməlidir.

Qeyd: Layihə 2020-ci il iyulun 1-dən noyabrın 1-dək həyata keçiriləcək.
36 xəstə süni tənəffüs cihazına qoşulub — TƏBİBBu gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 558 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 475 525-ə çatıb.
Bu barədə Avrasiya.net-ə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Hazırda müalicəsi davam etdirilən koronaviruslu xəstələrin sayı 7 393-ə bərabərdir. Xəstələrdən 213 nəfəri reanimasiyadadır ki, onlardan da 36-sı süni tənəffüs cihazına qoşulub.

Xatırladaq ki, iyunun 29-da Azərbaycanda koronavirus infeksiyasına daha 544 yoluxma faktı qeydə alınıb, 343 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış səkkiz nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 16 968 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 9 369 nəfər müalicə olunaraq sağalıb, 206 nəfər vəfat edib.


“Bu su içməyə yararlı deyil” - “Azərsu” RƏSMİSİ"Artıq bu faktdır ki, Neftçala rayon ərazisində Xəzərin suyu Kürün suyuna qarışıb. Kür çayının suyu həmin hissədə içməyə yararlı deyil".

Avrasiya.net xəbər verir ki, bunu “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı "Real İntervyu"da qonaq olarkən deyib.

Qurum rəsmisi bildirib ki, bina evlərində də çətinliklər yaranıb və bu, qurum tərəfindən nəzərə alınıb:

"Ona görə biz məcburuq ki, 40-45 km məsafədən, Salyan rayonu ərazisindən maşınlarla su daşıyaq. 3 qəsəbə və 6 kəndin içməli su təlabatını su maşınları ilə ödəyirik. Bina evlərində çətinliklər yaranıb və bunu da nəzərə almışıq. Suyun qismən təmizlənib verilməsini təmin etmişik. Amma insanların diqqətinə çatdırmışıq ki, bu su içməyə yararlı deyil. Bu su ancaq məişət, təsərrüfat işlərinə yarayır. İçmək üçün bizim ora maşınlarla daşıdığımız sudan istifadə edə bilərlər.

Suyun azalmasına görə Sabirabad və Saatlı rayonlarında hardasa 13 kəndə suyun verilişi müvəqqəti olaraq dayandırılıb. Gözləyirik ki, həmin kanallara suyun verilişi bərpa olunsun. Biz də insanlara suyu təmizləyib verək".

Daşkəsəndə üç uşaq anası özünü asdı Daşkəsən rayonun Əmirvan kənd sakini, 1977-ci il təvəllüdlü Zeynalova Nazlı Nürəddin qızı yaşadığı evin damında iplə özünü asaraq intihar edib.

Yaxınlarının Modern.az-a verdiyi məlumata görə, 3 uşaq anası olan N.Zeynalova ruhi əsəb xəstəxanasında qeydiyyatda olduğu üçün müalicə alırmış.

Qeyd olunub ki, bir neçə il bundan öncə bacısıda intihar edib.
COVİD 19-la bağlı müzakirənin məsuliyyətini BMT öz üzərinə götürməlidirDünyanın 130-a qədər BMT üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük etimadın və hörmətin növbəti göstəricisidir. Xüsusi sessiya pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə şərait yaradacaq Prezident İlham Əliyevin təşəbbüsünə bu cür reaksiya dünya dövlətlərinin Azərbaycana və onun liderinə hörmətinin əyani təsdiqidir.
Dünyada COVİD-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır.

Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü bu il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans formatında COVİD-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Zirvə Görüşü təşkil edildi. Tərkibində 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisatdır. Bundan öncə isə Prezident İlham Əliyevin təşəbbüsü ilə pandemiya ilə mübarizəyə həsr edilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü keçirilib.

Eyni zamanda Azərbaycan COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırıb, 30-dan artıq dövlətə humanitar yardım edib.

Koronavirus pandemiyası qlobal xarakter daşımaqla bütün xalqların təhlükəsizliyini təhdidi edir. Təssüf ki, bu günə qədər nə milli nə də qlobal səviyyədə bu virusa qarşı mübarizədə effektiv bir vasitə tapılmayıb. Bunun üçünsə dünyanın vaxt itirmədən yeni təşəbbüslərə ehtiyacı var. Çünki itirilən hər gün əslində insanların itirilməsi deməkdir. Bu insanlar isə sadə statistika deyil kiminsə atası, yaxını, dostu, qardaşı, bacısı yaxud doğmasıdır. Dünyada o cümlədən ölkəmizdə tətbiq olunan karantin rejiminin qaydalarına əməl olunmalıdır,özümüzü, ailəmizi və nəhayət cəmiyyətimizi qorumalıyıq.

Xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcək. COVİD-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində dünya parlamenti adlandırılan BMT Baş Assambleyasının?

Xüsusi sessiyası çərçivəsində təcili və təxirə salınmadan bir araya gəlməsinə, dünyanı bürüyən COVİD-19 bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapmalısına böyük ehtiyac və tələbat var. Bu gün Azərbaycanın BMT-ni idarə etmək təcrübəsi var. Belə bir təşəbbüsün irəli sürülməsi və dəstəklənməsinə nail olunması BMT-nin fəaliyyətinə dərindən bələd olan Azərbaycanın və onun siyasi rəhbərliyinin məntiqi, düşünülmüş addımı kimi qiymətləndirilməlidir. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi.

Azərbaycan Prezidentinin təşəbbüsünü dəstəkləyən ölkələr dünyanın bütün bölgələrini əhatə edir. Həmin ölkələr arasında BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən tutmuş, kiçik ada ölkələrinə qədər fərqli gücə və imkanlara malik dövlətlər var. Bu məsələ ilə bağlı ayrı-ayrı dövlətlər tərəfindən BMT Baş katibinə ünvanlanan məktublarda Azərbaycan Prezidentinin Baş Assambleyanın xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüsünün vaxtında verilmiş və çox ehtiyac duyulan təşəbbüs olduğu vurğulanır.
Bu gün bütün dünyada hamının, o cümlədən ölkəmizin və vətəndaşlarımızın tezliklə bu təhlükəli virisa qarşı evvektiv bir vasitənin tapılmasına ehtiyacı var. Ona görə də ölkəmizin bu təşəbbüsü dünya dövlətləri ilə bərabər cəmiyyətimiz tərəfindən də olduqca yüksək qiymətləndirilir.
COVID-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dövlət və hökumət başçılarının BMT Baş Assambleyasının xüsusi sessiyası çərçivəsində təcili bir araya gəlməsinə, vəziyyətdən çıxış və həll yollarının tapılmasına böyük ehtiyac, ciddi tələbat var.

Məzahir Əfəndiyev
Milli Məclisinin deputatı
Koronavirus hüceyrəsinin yeni görüntüləri: Təcavüzkar və “zombi”Alimlər tərəfindən koronavirus hüceyrəsinin yeni fotoşəkli hazırlanıb.

Bu barədə “Hürriyet” nəşri yazıb.

Alimlərin hazırladığı görüntü koronavirusun təxminlərdən daha təcavüzkar olduğunu və “zombi” kimi davrandığını göstərib.

San-Fransisko Universitetinin alimləri koronavirusun yeni görüntüsünü paylaşaraq, orqanizmdəki hüceyrələrə necə zərər vurduğunu göstəriblər. Virusun davranışının dünyada yaşanmış heç bir epidemiyaya bənzəmədiyini qeyd edən elm adamları yeni görüntü ilə vəziyyətin daha qorxulu ola biləcəyini iddia ediblər.

Virusa yoluxan hüceyrələrdə çıxıntıların yarandığını üzə çıxaran alimlər xəstə hüceyrələrin bu çıxıntılar vasitəsilə yayıldığını müəyyənləşdiriblər.

Mütəxəssislər virusa yoluxmuş xəstə hüceyrələrin “zombi”yə bənzədiyini vurğulayıblar.
Həbs edilən icra başçılarının saxlanıldığı yer məlum olduHəbs edilən icra başçılarının əksəriyyəti Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasında saxlanır. Həmin əməliyyatlar çərçivəsində saxlanmış şəxslərdən Kürdəxanıda olanlar da var.

Avrasiya.net xəbər verir ki, bunu vəkil Anar Məmişov deyib.

Vəkil bildirib ki, Azərbaycanda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən həbs edilən şəxslər, əsasən, 1 saylı İstintaq Təcridxanası (Kürdəxanı) və 3 saylı İstintaq Təcridxanasında (Şüvəlan) saxlanırlar.

"Dövlət Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin də İstintaq Təcridxanaları var. Bu iki qurum saxlanan şəxslərin öz İstintaq Təcridxanalarında saxlaya bilirlər", - deyə, vəkil bildirib.

A.Məmişov Musavat.com-a açıqlamasında qeyd edib ki, təqsirləndirilən şəxs barəsində məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra İstintaq Təcridxanasından həbsxanaya köçürülür.

Hazırda aylardır, istintaq altında olan 5 sabiq icra başçısı var. Onların bəziləri barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti başa çatdığı üçün yenidən hakim qarşısına çıxarılıblar. İstintaq orqanının təqdimatına əsasən, onlar barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti artırılıb.

Əldə etdiyimiz məlumata görə saxlanmış icra başçılarının bir neçəsinin müdafiəçisi tanınmış vəkillərdir.

Həmin vəkillər arasında Ceyhun Yusifov və Kamandar Nəsibov da var.

Hər iki vəkil bir neçə vəzifəli məmurun məhkəmə proseslərindən ictimaiyyətə tanışdırlar.

Lakin vəkillər bu barədə müdafiə etdikləri şəxslərin maraqlarına uyğun olaraq açıqlama vermək istəmirlər.

Xatırladaq ki, həbs edilmiş şəxslər İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev, Ağstafanın icra başçısı Nizaməddin Quliyevin, Neftçala rayonu İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, Yevlaxın sabiq icra başçısı Qoca Səmədov, Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevdir.

Onların ittiham olunduqları maddələr vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, təkrar rüşvət alma, vəzifə saxtakarlığıdır.

Bu ittihamlarla həbs olunmuş məmurları 5 ildən 12 ilə qədər həbs cəzası gözləyir.

Tutulanların iş yerlərində və çoxsaylı villalarında aparılan axtarışlar zamanı külli miqdarda pul aşkar olunaraq götürülüb.
Çində yeni virus ortaya çıxdıÇində pandemiya olmaq potensialına malik yeni virus ortaya çıxıb.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, alimlərin araşdırmasına görə, yeni virus donuzlardan insana keçə bilər.

Bildirilir ki, sözügedən virus koronavirus kimi insandan-insana keçərək pandemiya halına gələ bilər.

Adı açıqlanmayan yeni virusun 2009-da peyda olan donuz qripi virusu ilə oxşarlıq təşkil etdiyi bildirilir.