Ermənistan adlı dövləti iflic və idarəolunmaz vəziyyətdədirSon zamanlar koronavirus pandemiyası ilə əlaqədar müxtəlif dövlətlərdə böyük problemlər yaşanmaqdadır. Regionda ən acınacaqlı vəziyyət isə Ermənistandadır. Bunun qarşısını almaq üçün işğalçı dövlətin nə güclü iqtisadiyyatı var, nə də ölkədə düzgün siyasət aparılır.

Bunu Avrasiya.net-ə millət vəkili Anar Məmmədov bildirib.

O qeyd edib ki, Ermənistanda yarıtmaz Nikol Paşinyanın hakimiyyətinin bacarıqsızlıqları, iki il ərzində sosial-iqtisadi müstəvidə hansısa yenilik əldə olunmaması ölkədə xalq arasındakı narazılığı da gücləndirib. Həmçinin vətəndaşlarının sağlamlığını, onların sosial vəziyyətini düşünmək əvəzinə Ermənistanın Baş Naziri Nikol Paşinyan hakimiyyəti taktiki "döyüş hazırlığı" vəziyyətinə gətirib: "Hazırda Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır. Ölkədə siyasi azadlıqlar boğulur, ən ciddi siyasi rəqiblər müxtəlif bəhanələrlə həbs edilir.
Xatırlatmaq istəyirəm ki, Ermənistanın müstəqillik tarixində sivil, hüquqi dövlət anlayışları ilə üst-üstə düşə biləcək hər hansı bir fakta rast gəlmək mümkün deyil. Bu tarix siyasi terrorla, kütləvi qətllərlə, korrupsiya, quldurluq və digər ağır cinayətlərlə zəngin olan rüsvayçılıq tarixidir. Son illər ərzində Ermənistanda açılan ağır cinayət işlərinin xeyli hissəsini bu ölkədə siyasi hakimiyyətdə təmsil olunan, orduya rəhbərlik edən şəxslərin kriminal əməlləri təşkil edir. Bu gün Ermənistanda diktatura hökm sürür".


Millət vəkili bildirib ki, Prezident İlham Əliyev Müdafiə Nazirliyinin"N" saylı hərbi hissəsinin açılışında iştirak edərkən bildirdi ki, Ermənistanın prezidentləri rüşvətxor, generalları oğru, qəhrəmanları cinayətkardır: "Ermənistan artıq bir neçə ildir ki, dərin böhran içindədir. Deyə bilərəm ki, Ermənistanın müstəqillik tarixi, prinsipcə, rüsvayçılıq tarixidir. Çünki indiki iqtidar artıq dəfələrlə bəyan və sübut edib ki, 1998-ci ildən 2018-ci ilə qədər Ermənistana rəhbərlik etmiş şəxslər cinayətkardır, oğrudur, quldurdur. Ermənistan tarixi doğrudan da rüsvayçılıqlarla doludur. Ermənistan işğal altındakı torpaqlarımızda toponimləri saxtalaşdırır, mədəni abidələrimizi, məscidlərimizi məhv edir. Ancaq Ermənistanın hazırkı ərazisi də tarixi Azərbaycan torpaqlarıdır. Beynəlxalq təşkilatlar birmənalı olaraq bu məsələyə reaksiya verməli, işğala son qoyulmalıdır. Xüsusən ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistanın işğal olunmuş Azərbaycan ərazilərində apardığı qanunsuz məskunlaşmaya reaksiya verməlidirlər": "Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan münaqişə ilə bağlı öz mövqeyində möhkəm dayanıb və bir addım geri atmayacaq.

Bu artıq bir faktdır ki, Ermənistanda təkcə pandemiya böhranı deyil, həm də siyasi böhran yaşanır. Pandemiya Ermənistanda ictimai, siyasi və iqtisadi münasibətləri alt-üst edib və ictimai rəydə baş naziri artıq “arzuolunmaz lider” kimi görürlər. Çünki virusla mübarizə üçün həm insanların sağlamlığı, həm ölkənin iqtisadiyyatı, həm də əhalinin sosial vəziyyəti nəzərə alınaraq çox həssas və incə bir siyasət yürütmək lazımdır. Lakin koronovirusa qarşı dayanıqlı siyasət yürütmək heç də hər ölkəyə qismət olmur. Ermənistan hakimiyyəti də pandemiya ilə layiqli mübarizə aparmağı bacarmayan ölkələr sırasındadır. Belə ki, əhalisinin sayı 3 milyona belə çatmayan Ermənistanda gündəlik yoluxma sayının artıq 700-ü üstələməsi ölkədə həyəcan təbilinin çalındığının işarəsidir. Ölkə rəhbərliyi isə virusla mübarizədə effektiv gediş edə bilmir ancaq beynəlxalq təkilatlardan pul dilənməklə nəyəsə nail olmağa çalışır. Bununla yanaşı ölkəni siyasi repressiyalar ağuşuna alır. Baş nazir Paşinyan problemi həll etmək əvəzinə, populist bəyanatlarla çıxış edir. Pandemiyaya məğlub olan hökuməti müxalifətin sərt tənqidi ilə üzləşir. Nəticədə ölkədə siyasi böhran yaranır, siyasi opponentlərə, müstəqil media, vətəndaş cəmiyyəti institutları və fəallarına ciddi təzyiqlər edilir. Əks tərəf isə hakim ailəyə qarşı korrupsiya və digər qanun pozuntuları ilə bağlı ittihamlar irəli sürür. Ölkədə vəziyyət o həddədir ki, hətta baş nazir əhalini təhdid etməyə başlayıb".

Bir müddət öncə “Çiçəklənən Ermənistan”dan olan deputat Naira Zohrabyan Paşinyanı tənqid edib və bildirmişdi ki, hökumətin pandemiyaya qarşı mübarizə planı mövcud deyil. Onun sözlərinə görə, insanlar qaydalara riayət etməyə, qanunlara əməl etməyə borcludurlar, ancaq epidemiyanın yayılmasına qarşı mübarizə aparan orqanların nə etdiyini heç kəs anlamır. Müxalifət epidemiya siyasətinin tam uğursuzluğa düçar olduğunu bildirir. Müxalifət bəyan edir ki, pandemiyanın ilk günlərində tətbiq olunan məhdudiyyətlərə əhali əməl etmədi və bunun məsuliyyətini də Paşinyan daşıyır. Pandemiya dövründə respublikanın komendantı təyin olunan Ermənistan Baş nazirinin müavini Tigran Avinyan ümumiyyətlə, koronavirus barədə məlumata belə malik deyildi. Bütün bu səriştəsizliklər öz sözünü dedi. Nəticədə, Ermənistan pandemiya qarşısında tam məğlub oldu və Paşinyan hakimiyyətinin sonunu yaxınlaşdırdı: "Beləliklə, bir yandan pandemiya, bir yandan da qarşısıalınmaz görünən siyasi xaos Ermənistan adlı dövləti iflic və idarəolunmaz vəziyyətə gətirir".
Bu gün 556 nəfər koronavirusa yoluxdu - 7 nəfər öldüBu gün ölkəmizdə 556 yoluxma faktı qeydə alınıb. Ümumilikdə 17 min 514 nəfər koronavirusa yoluxub.

Avrasiya.net xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib.

"Bu gün 7 nəfər həyatını itirib. Ümumilikdə isə 213 nəfər virus səbəbilə dünyasını dəyişib", - o bildirib.
Daha 3 partiya qeydiyyatdan keçdiAzərbaycan Prezidenti İlham Əliyevin iradəsi ilə çoxpartiyalı sistemin inkişafı, ümumi maraqlar naminə partiyalararası dialoqun genişləndirilməsi və bu sahədə münasibətlərin sağlam zəmində qurulmasına yönələn ardıcıl tədbirlər görülür, o cümlədən son aylarda 4 siyasi partiya Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib.

Ədliyyə Nazirliyi Mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, görülən işlər çərçivəsində Milli Vəhdət Partiyası, Azərbaycan Milli Demokrat Partiyası və Ağ Partiyasının (əvvəlki Vahid Azərbaycan Partiyası) nazirliyə təqdim olunmuş təsis və digər sənədlərinə edilmiş dəyişikliklərin qanunvericiliyə uyğunluğu öyrənilmiş və qeydiyyata alınıb.

Bununla bağlı partiyalara dövlət reyestrindən çıxarışlar verilib.
Prezident sərhədlərin nə vaxt açılacağından DANIŞDI"Pandemiya dövründə dünya ölkələrinin çoxu, o cümlədən Azərbaycan da öz sərhədlərini bağlayıb. Bizim sərhədlərimiz indiyə qədər bağlıdır, onlar yalnız Vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşlarının qəbulu üçün və Azərbaycanı tərk etmək istəyən əcnəbilərin getməsi üçün açıqdır. Bu, onunla bağlıdır ki, biz, ilk növbədə, insanların təhlükəsizliyi, sağlamlığı, onların həyatı barədə düşünürük".

Avrasiya.net-in xəbərinə görə, bunu BMT-nin Ümumdünya Turizm Təşkilatının təşəbbüsü ilə bu təşkilatın Baş katibi Zurab Pololikaşvili arasında videokonfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, virusun Azərbaycana kənardan gətirildiyini nəzərə alaraq indiki mərhələdə yeganə düzgün yol sərhədlərin bağlanmasıdır: "Lakin eyni zamanda, ümid edirik ki, pandemiya zəiflədikcə, o cümlədən bizim sıx əməkdaşlıq etdiyimiz Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə riayət etməklə biz də sərhədləri açacağıq. Bunun nə vaxt baş verəcəyini demək çətindir. Lakin bu, baş verən kimi, əlbəttə, turizm sektorunun bərpasına dair sizin tövsiyələriniz çox gərəkli olacaq".
Sərnişinləri postdan keçirən polislər işdən çıxarıldıXəbər verdiyimiz kimi, koronavirus pandemiyasını ilə mübarizə məqsədi ilə ölkəmizdə bəzi şəhər və rayonlara giriş-çıxış məhdudlaşdırılıb.

Avrasiya.net Mediapost.az-a istinadən xəbər verir ki, Bakının girişində quraşdırılan postlarda xidmət aparan polislər rüşvət aldığına görə işdən uzaqlaşdırılıb.

Məsələ ilə bağlı açıqlama verən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, postlarda xidmət aparan bir neçə polis əməkdaşı tutduğu vəzifədən azad edilib:

"Onların rüşvət aldığına görə işdən uzaqlaşdırılması haqqında bir şey deyə bilmərəm. Amma xidmət vaxtı kobud qayda pozuntularına yol verən, sərnişinlərin postu keçməyinə göz yuman bir neçə əməkdaş işdən çıxarılıb".
Bakıda koronadan ölən bank sədri ilə bağlı açıqlamaXəbər verdiyimiz kimi, dünən Azərbaycan Sənaye Bankı ASC-nin (ASB) İdarə Heyətinin sədri Doğan Tandoğan koronavirusdan dünyasını dəyişib.

Avrasiya.net xəbər verir ki, bankdan Publika.az-a D.Tandoğanın 3 həftə xəstəxanada koronavirusdan müalicə aldığı bildirilib:

“Doğan Tandoğan virusa yoluxanda Azərbaycanda idi. Koronovirus testi müsbət oldu və müalicə almağa başladı. Ölüm gününə qədər “Yeni klinika” tibb müəssisəsində müalicə alırdı. Son günlərdə vəziyyəti daha da ağırlaşdı və dünyasını dəyişdi. Bankda virusa yoluxan əməkdaş yoxdur. Çünki işçilərin böyük əksəriyyəti onlayn şəkildə evdən işləyirlər. Bankda da əməkdaşların temperaturu mütəmadi yoxlanılır, işçilərin əllərini dezinfeksiya etməsi təmin olunur və şəxsi gigiyenaya diqqət yetirilir. Mütəmadi şəkildə əməkdaşlarımız maskalarla təmin olunur”.

Qeyd edək ki, D.Tandoğan 1973-cü ildə Türkiyədə anadan olub. O, iş fəaliyyətinə 1996-ci ildə Türkiyə bank sektorunda başlayıb. 2013-cü ildən ASB-nin İdarə Heyətinin üzvü və sədrin birinci müavini vəzifəsində calışıb. 19 dekabr 2016-il tarixindən ASB-nin İdarə Heyətinin sədri təyin edilib.

O, eləcə də MilliKart MMC-nin Direktorlar Şurasının sədri və Azərbaycan Sənaye Sığorta ASC-nin Direktorlar Şurasının sədri vəzifəsini icra edib.
İranın husilərə göndərdiyi silah ələ keçdiKoalisiya qüvvələri İrandan Husi qruplaşmasına göndərilən silahları ələ keçirib.

Axar.az xəbər verir ki, bu barədə Yəmən Xarici İşlər Nazirliyi Tvitter hesabında məlumat yayıb.

“Əməliyyatlar zamanı raketlər, gecəgörmə cihazları, PUA-lara aid idarəetmə vasitələri və uzaqdan idarə olunan partlayıcı mexanizmlər kimi müxtəlif silah növləri müsadirə edilib. İran Yəməndəki husilərə qaçaqmalçılıq yolu ilə silah göndərməkdə davam edir. Beynəlxalq təşkilatlar bu vəziyyətə son qoymalıdır”, - məlumatda bildirilib.
"Milli Şuranın əsas məqsədi antiAzərbaycan təbliğatı aparmaqdır"Bunu Avrasiya.net-ə Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev Milli Şura adlanan quruma və orada baş verənlərə münasibətində açıqlayıb.

Partiya sədri bildirib ki, Milli Şura hələ yaranmamışdan 4 ay öncə, belə bir təşkilatın təsis olunmasını və Rüstəm İbrahimbəyovun ona rəhbərlik edəcəyini ABŞ Dövlət Departamentində keçirilən görüşdə və bu təşkilatın yaradılmasında Rusiyanın rolunun olduğunu biləndən sonra, bu təşkilata üzv olmaqdan imtina etdim: “Daha sonra baş verən hadisələr bizim addımımızın düzgün olduğunu göstərdi. 2013-cü ildəki prezident seçkisində Rüstəm İbrahimbəyovun seçki şousı fiaskoya uğradıqdan sonra bir neçə təşkilat Şuranı tərk etdi. Şuranın məlum on-line iclasının silsilə şousunun bir seriyasında siyasi etikadan və əxlaq normalarından uzaq işlədilən fikirlər bir daha Milli Şurada bəzilərin hələ də 90-ci illərdəki düşüncədə qaldıqlarını göstərdi.

Milli Şuranın online iclaslarda qurumun rəhbərliyinin küçə söyüşləri ilə danışması onların bu gün də eyni mövqedə, düşüncədə olduqlarını göstərdi. İclaslarda siyasi, sosial və iqtisadi məsələləri müzakirə etmək əvəzinə, qeybətlə məşqul olurlar. Başqaları təhqir edirlər. Milli Şuranın son videokonfransından yayılan görüntülərdə açıq şəkildə bildirilir ki, bu qurumun əsas vəzifəsi Azərbaycan hakimiyyətini şərləməkdir. Bu etiraf onların əsl simasını və xislətini aydın nümayiış etdirir”.

ALDP sədri bir müddət öncə, Şuranın onlayn iclaslarının birində hakimiyyətlə dialoqa gedən müxalifət partiyalrı aşağılamasına da cavab verib: “Hörmətli Cəmil müəllim, siz Şuradan kənar müxalifət nümayəndələrini “tryapka” adlandırdınız. Görəsən hardan bilirsiz ki, hakimiyyətlə dialoqa gedənlər “tryapka” olur? Maraqlıdır. Biz sizdən fərqli olaraq bunu gizlətməmişik, bir görüşə dəvət alıb, getmişik. Bəlkə “tryapka” biz yox, sizsiniz?!”.

F.Əliyev onu da vurğulayıb ki, Milii Şura adlanan qurum fəaliyyət istiqamətini düzgün seçməyib, ümumiyyətlə, hara və niyə getdiyinin fərqində deyil: “Qurumun əsas məqsədi antiAzərbaycan təbliğatı aparmaqdır ki, bunu da daha çox internet üzərindən həyata keçirir. Xaricdə məskunlaşan, milli hisslərini itirənlərin çoxundan istifadə etməklə dövlət və dövlətçiliyimizə qarşı çıxışlar edirlər. Bir var hakimiyyətlə mübarizə aparasan, bir də var dövlətlə. Milli Şura dövlətə qarşı çıxır, xaricdən Azərbaycana edilən hər bir təhdid Şuranın sevincinə səbəb olur. “Azərbaycana nə qədər pisdirsə, bizə o qədər yaxşıdır” prinsipindən çıxış edir. Milli Şura istəyinə çatmaqdan ötrü hətta Qərbdə ermənipərəst qüvvələrin köməyindən də istifadə etməkdən çəkinmir. Belə fəaliyyət istiqaməti Azərbaycana, xalqa xəyanət deməkdir”.
Millət vəkilinin təşəbbüsü sakinləri sevindirib - Kəndə su çəkilirMilli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Şabran rayonu Taxtalar kənd seçicilərilə onlayn görüş keçirib.

Avrasiya.net-in xəbərinə görə, millət vəkili sakinlərin sosial problemləri ilə maraqlanıb, suallarını cavablandırıb. Eyni zamanda koronavirusla bağlı Azərbaycan hökumətiniun həyata keçirdiyi tədbirlərlə bağlı kənd camaatının məlumatlandıran S.Qurbanov müəyyən edilən qaydalara riayət olunmasının vacibliyini, bunun əhalinin sağlamlığının qorunmasına, sosial təhlükəsizliyinin təminatına istiqamətləndiyini vurğulayıb.

S.Qurbanov görüşün əsas hissəsini kənddə yaranmış su probleminə həsr edib.

Xatırladaq ki, kənddə su problemi mövcud olub. Son aylarda kənd camaatına içməli su maşınlarla daşınıb. S.Qurbanov parlament seçkiləri öncəsi kəndlərdə seçiciləri ilə keçirdiyi görüşlərdə imkan daxilində birlikdə bütün sosial problemlərin həllinə nail olacağına söz vermişdi. Artıq bu gün o vədlərdən biri yerinə yetirilməkdədir. Millət vəkilinin təşəbbüsü ilə bu həmin kənddə su çəkilir. S.Qurbanov onlayn görüşdə işin gedişatı ilə maraqlanıb və sakinlərin təkliflərini dinləyib. Kənd camaatı kənddə yaranan su probleminin uzun aylardan sonra aradan qaldırılmasında göstərdiyi təşəbbüsə görə S.Qurbanova minnətdarlıqlarını bildiriblər.