İsrail və Səudiyyə arasında gizli görüş: Türkiyəyə qarşıİsrail Türkiyənin Şərqi Qüdsdəki mövcudluğunun qarşısını almağa çalışır.

Bu barədə “Midl İst Monitor” portalında məqalə yayımlanıb.

Məqalədə bildirilib ki, İsrail və Səudiyyə Ərəbistanı rəsmiləri arasında Şərqi Qüdsə gizli görüş keçirilib və burada Türkiyənin Fələstin məsələsindəki rolunun məhdudlaşdırılması müzakirə edilib.

“Müqəddəs şəhərdə Türkiyə bayraqlarının görünməsi İsrail üçün həyəcan təbilidir”, - məqalədə qeyd edilib.
Tramp Putindən buna görə qorxur - PelosiABŞ Prezidenti Donald Trampın Rusiyanın qanunsuzluqlarına göz yumması onu deməyə əsas verir ki, qarşı tərəfdə amerikan lideri barədə kompromatlar var.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi deyib.

“Mən Rusiyada Trampla bağlı siyasi, şəxsi və digər planda nələrin olduğunu bilmirəm. Lakin o, (Tramp) Rusiyanın addımlarını gözardı etmək istəyir”, - Pelosi bildirib.

Spiker Trampın Rusiyanın Talibanla əlaqəsi barədə jurnalistlərin suallarına cavab verməməsini “eybəcərlik” adlandırıb.

Pelosi, həmçinin Trampın Rusiyaya və Rusiya liderinə "hədiyyə" olduğunu da əlavə edib.

Qeyd edək ki, “Nyu York Tayms” Rusiyanın Əfqanıstanda antiterror koalisiyası, o cümlədən ABŞ hərbçilərinin məhvinə görə mükafat təklif etdiyini iddia etmişdi.

İddiaları cavablandıran Tramp bu məlumatın saxta olduğunu bildirmişdi.
Dünyada koronavirusdan ölənlərin sayı yarım milyonu ÖTDÜDünyada COVID-19 infeksiyasından ölənlərin sayı yarım milyonu keçib.

Bu barədə ayrı-ayrı ölkələrin statistikasına istinadən xəbər veririk.

Koronavirusun aşkarlandığı 213 ölkə və bölgənin ümumi məlumatlarına əsasən pandemiya ərzində dünyada koronavirusdan ölüm hallarının sayı 503 597 nəfərə çatır.

Bundan başqa, 10 218 562 insan koronavirus analizlərinin müsbət nəticəsini alıb.

Bu halda COVID-19-dan 5 521 578 insan sağalıb.

Dünyada virusa aktiv yoluxma hallarının sayı 4 193 387-dir. Koronavirus xəstələrindən 57 943-ü ağır vəziyyətdədir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. Modern.az
Məsuliyyətli olmalıyıq! Bəzən mən bizim insanlara məəttəl qalıram. Virusa yoluxanların sayı çoxalıb, xəstəxanalarda yer yoxdur, buna baxmayaraq insanlarımız yenə də tibbi maskalardan istifadə etmirlər, sosial məsafə saxlamırlar. Belə də inamsızlıq olar, belə də eqoizm olar???

Bəyəm lazımdır ki, sizin yaxınlarınız xəstələnsin, siz sonra inanasız?

İki ay karantin dövründə, partiya olaraq, maarifləndirmə işləri apardıq, sosial video-çarxlar hazlrladıq. Düzdür, biz karantin müddətinin uzadılmasının tərəfdarıyıq, amma hamımız tətbiq olunan qaydalara riayət etsəydik, yoluxanların sayı çoxalmazdı və yenidən karantin tətbiq olunmaz idi.

Təəssüf ki, bəzi vətəndaşların məsuliyyətsizliyi nəticəsində xəstələnlərin sayı çoxaldı. Toylar və yasların keçirilməsinə qadağa goyulduğuna baxmayaraq, bəzi rayonlarda keçirildi və həmin məclislərin iştrakçıları bu virusa yoluxdular. İki həftəlik karantin rejimin, bir həftəsi geridədir. Statistikaya baxanda heç bir müsbət irəlləyiş olmayıb.

Mənim fikrimcə, yoluxanların sayında azalma olmasa, onda, yenidən iki aylıq karantin rejimi tətbiq olunmalıdır. Sözsüz ki, burada bəzi qaydalar da dəyişilməlidir.
Hesab edirəm ki, sms-lə icazə iki saat yox, üç saat olmalıdır. “1” rəqəmlə çıxmaq üçün məhdudiyyət qoyulmamalıdır. İki ay işsiz olanlara 190 manat verilməlidir. İş adamlarına on-line satış üçün heç bir məhdudiyyət qoyulmamalıdır. Bank kreditlərin faizi dayandırılmalıdır. Bu virusun yayılmasının qarşısının alınması hər birimizdən asılıdır.

Biz məsuliyyətli olmalıyıq, tətbiq olunan karantin qaydalarına riayət etməliyik, tibbi maska taxmalıyıq və sosial məsafəni saxlamalıyıq. Bu dəfə hər kəs məsələnin ciddiliyinin fərqində olmalıdır. Ümid edirəm ki, biz özümüzü və yaxınlarımızı qəbul edilmiş qərarlara ciddi əməl etməklə qoruyacağıq.

Dinarə Məmmədova,
ALDP sədrin müşaviri
Milli Məclis bu gün cərimələri qaldıracaqBu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçiriləcək. İclasın gündəliyinə 17 məsələ daxildir. Qeyd edək ki, iclasda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələrin artırılması məsələsinə baxılacaq. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi yeni redaksiyada təklif olunur.

Hazırda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 100 manatdan 200 manatadək məbləğdə cərimə edilibsə, layihədə fiziki şəxslər 200 manatdan 400 manatadək məbləğdə cərimə edilməsi təklif olunur. Vəzifəli şəxslər 1500 manatdan 2000 manatadək deyil, 3 min manatdan 4 min manatadək məbləğdə cərimələnməsi təklif olunur.

Hazıra işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Layihədə işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunması qüvvədə saxlanır, hüquqi şəxslər 4 min manatdan 10 min manatadək məbləğdə cərimə edilməsi təklif olunur.



Bugünkü iclasda aşağıdakı məsələlər baxılacaq:


1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

2. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

3. “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

5. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

7. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

8. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

9. Azərbaycan Respublikasının Cinayət-Prossesual Məcəlləsində, “Prokurorluq haqqında”, “İcra məmurları haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında”, “İcra haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında”, “Ələt azad iqtisadi zonası haqqında” və “Mediasiya haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

10. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

11. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

12. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

13. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

14. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

15. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

16. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

17. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).

Narkotizmlə mübarizədə maarifləndirmə işləri mükəmməl aparılırNarkotiklərə Qarşı Milli Təbliğat Ofisi tərəfindən Narkotizmlə mübarizədə dövlət institutları ilə əməkdaşlıq çərçivəsində 2019-cu ilə dair respublika üzrə məlumat

Əsrimizin bəlası olan narkomaniya problemi bütün dünya dövlətlərində olduğu kimi Azərbaycan hökuməti və cəmiyyətini də narahat edən məsələlərdəndir. Bu gün narkomaniya ilə mübarizə dövlətin əsas prioritet məsələlərindən birinə çevrilmişdir. Ölkəmiz bu istiqamətdə dövlət siyasətini uğurla həyata keçirməklə gənc nəslin sağlam və yüksək ideallar uğurunda tərbiyəsi, habelə genefondumuzun qorunması istiqamətində aparılan işlərə öz müsbət töhfələrini verməkdədir.

BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun “Narkomaniya və Narkotiklərin Qeyri-qanuni Dövriyyəsinə Qarşı Ümumdünya Mübarizə Günü” kimi qeyd olunur.

Azərbaycan hökumətinin bu sahədə apardığı islahatlara dəstək olaraq Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi tərəfindən dövlət və qeyri-hökumət təşkilatlarına bu istiqamətdə aparılan mübarizə işində faydalı ola biləcək İllik Hesabatın hazırlanması işləri hər il olduğu kimi, bu il də davam etdirilir.

Bu baxımdan dövlət institutları və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində göndərilən sorğu əsasında müəyyən olunmuş məlumatlara əsasən Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi tərəfindən narkotiklərlə bağlı vəziyyətə dair statistikaya əsasən 2019-cu il ərzində Penitensiar müəssisələrində saxlanılan həbs edilmiş şəxslərin və məhkumların ümumi sayı 20.972, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar törədilmiş cinayətlərə görə saxlanılan şəxslərin sayı 5.108, məhkəmələr tərəfindən narkomaniyadan məcburi müalicə təyin edilmiş məhkumlarım sayı isə 2.767 nəfər təşkil etmişdir.

Bu statistikadan narkotizmlə bağlı saxlanılan şəxslərin yarıdan çoxunun xəstə olduğu aydın görünür və onların digərlərini də asanlıqla infeksion xəstəliklərə yoluxdurma ehtimalının böyük olması, həmin xəstə məhbuslar üçün xüsusi təyinatlı qapalı xəstəxanaların yaradılmasını zəruri edir.

2019-cu ildə respublikanın hüquq mühafizə orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədər 4383, o cümlədən satışı ilə bağlı 1476, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə bağlı 2591, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya olunması ilə bağlı 268 fakt, digər cinayətlərlə bağlı isə 48, narkotik vasitələrin qaçaqmalçılığı ilə bağlı 435 fakt aşkarlanmışdır.

Hesabat dövründə Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi ilə qarşılıqlı əlaqə davam etdirilmişdir. Müəyyən edilmişdir ki, qeydiyyatda olan narkotik aludəçilərinin sayı 31 431 nəfər olmaqla 21 872 nəfəri opioid, 9 560 nəfəri isə kannabinoid qruplarına aid narkotik vasitələr qəbul edənlərdir.

Eyni zamanda yuxarıda göstərilən faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 3 ton 317,5 kq narkotik vasitə, o cümlədən 2 ton 66,6 kq heroin, 822,1 kq marixuana, 288,2 kq tiryək, 22,8 kq həşiş, 107,7 kq digər narkotik vasitələr, 96,7 kq psixotrop maddələr, 4,1 kq kokain, eləcə də 369,5 kq prekursorlar, 247,3 qr güclü təsir edən maddə, 12,5 kq zəhərli maddə, 10 ton 013,3 kq narkotik tərkibli çətənə və 100 qr xaş-xaş bitkiləri götürülmüşdür.

Narkotik xassəli bitkilərin qanunsuz əkilib-becərilməsi ilə bağlı 268 (+34) fakt aşkar edilmiş çəkisi 10 ton 013,3 kq çətənə və 100 qr xaş-xaş bitkiləri aşkar edilərək götürülmüş və prosessual qərar qəbul edilməsi üşün istintaq orqanlarına verilmişdir. Bununla yanaşı 2401,2 hektar sahədən yaş kütləsi 126 ton 844,9 kq yabanı halda bitmiş 247964 ədəd çətənə və xaş-xaş bitkiləri müəyyən edilərək müvafiq qaydada məhv edilmişdir.

Bu növ cinayətlərə görə müəyyən olunmuş 3464 nəfərdən 14-ü azyaşlı, 817-si 18-29 yaş, 2633-ü 30 yaş və ondan yuxarı, 97-i qadınlar, 7-i MDB olmaqla 98 nəfər xarici ölkə vətəndaşları olmuşdur (İran 75, Gürcüstan 6, Türkiyə 5, Ukrayna 4, Rusiya 3, Pakistan 2, Braziliya, Əfqanıstan və Boliviya hərəsində 1).

Narkotizmlə mübarizədə maarifləndirmə işləri Gənclər və İdman, Təhsil Nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lər tərəfindən aparılır. Bu işlərə 2019-cu ildə dövlət büdcəsindən təqribən 70-75 min manat vəsait xərclənmişdir.

Azərbaycanda bu istiqamətdə təbliğat-təşviqat işlərini daha mükəmməl, ardıcıl, əlçatan etmək üçün maarifləndirməyə dair qanun layihəsi hazırlanmasına zərurət vardır. Bu qanun layihəsi maarifləndirmə ilə bağlı işləri mərkəzləşdirməklə, problemin yayılmasının qarşısının alınmasında öz sözünü deyəcək. Həmçinin, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən cəza tədbirlərinin dekriminallaşdırılması və alternativ cəza ilə əvəz olunması, satış məqsədi olmadan, qeyri-qanuni saxlama, istifadə halları hər bir vətəndaşın səhiyyəyə əlçatanlığını təmin etmək üçün vasitə, habelə günümüzün reallığı çərçivəsində liberal siyasətin hazırlanmasına bir təkan ola bilər.

Dövlətin bu istiqamətdə ardıcıl, məqsədyönlü siyasətinə baxmayaraq problem hələ də qalmaqdadır və təəssüflər olsun ki, son illər ərzində narkotiklərdən istifadəyə meyllilik artmaqdadır.

Möhtərəm Prezidentimiz İlham Əliyevin söylədiyi “Narkomanlıqla və narkotik maddələrlə mübarizə hər bir Azərbaycanlının vəzifəsidir” şüarını rəhbər tutaraq, müstəqilliyimizin və ərazi bütövlüyümüzün qorunması, mübariz, sağlam ruhluvətənpərvər nəslin yetişməsi istiqamətində dövlət və qeyri-hökumət təşkilatlarını bundan sonra da yüksək fəallıq göstərməyə çağırıram.

Məzahir Əfəndiyev
Narkotiklərə Qarşı
Milli Təbliğat Ofisinin rəhbəri,
Milli Məclisin deputatı