İlham Əliyev və xanımı İçərişəhərdəİyunun 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun bir hissəsində aparılan bərpa-konservasiya işləri ilə tanış olublar.

Avrasiya.net xəbər verir ki, bərpa-konservasiya işləri birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilib.
Həmvətinimiz Qazaxıstanda "Ən yaxşı jurnalist" mükafatına layiq görülübQazaxıstanın İnformasiya və İctimai İnkişaf Nazirliyi bu ölkədə türk və rus dillərində nəşr olunan “Ahıska” qəzetinin və “Türk Birliyi” jurnalının baş redaktoru, soydaşımız Rövşən İsmayılovu (Məmmədoğlu) "Ən yaxşı jurnalist" nişanı ilə təltif edib.

Qeyd edək ki, jurnalistin rəhbərlik etdiyi “Ahıska” qəzeti Qazaxıstanda fəaliyyət göstərən kütləvi informasiya vasitələri, xüsusən də, digər milli azlıqların qəzetləri arasında fərqliliyi ilə seçilir. Dünya Ahıska Türkləri Birliyinin rəhbəri Ziyatdin Kassanovun himayəsi ilə nəşr olunan “Ahıska” qəzeti bu il 20 illik yubileyini qeyd edir. Qazaxıstanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatı, burada yaşayan Ahıska türkləri və digər milli azlıqlarla, eləcə də buradakı etnik azərbaycanlılar və Azərbaycan diasporu ilə bağlı xəbərləri işıqlandıran qəzet bir neçə il öncə TÜRKSOY təşkilatının "Türk Dünyasına Xidmət" mükafatına da layiq görülüb.

Rövşən İsmayılov 1966-cı il dekabrın 16-da Gürcüstanın Qardabani rayonunun Muğanlı kəndində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib, Azərbaycanda “Axtarış” və “Veteran” qəzetlərinin baş redaktoru olub. 2004-cü ildən Qazaxıstanda nəşr olunan “Ahıska” qəzetinin və “Türk Birliyi” jurnalının baş redaktoru, 9 kitabın müəllifidir.
Putin dünyanı yenidən bölməyi təklif edir - QreçkinPutin Qərbə dünyanı yenidən bölməyi təklif edir.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı yazar İqor Qreçkin deyib.

“Putin 80 il əvvələ getməyi və dünya xəritəsini təsir sferalarına görə çəkməyi təklif edir. Bu mümkün deyil. Ona görə ki, bu dövr ərzində dünya ciddi şəkildə dəyişib. Mərkəzi və Şərqi Avropa ölkələri öz suverenliklərini qaytarıb, NATO ilə Avropa Birliyinin tamhüquqlu üzvü olublar. Onların kürəyi ardından nə Fransa, nə ABŞ, nə də Britaniya Putinlə razılığa gedəcək. Almaniya və Yaponiya olmadan heç bir qlobal razılaşmanın mənası olmayacaq.

Rusiyanın özü də dəyişib. Ümumi bərabərlik ideyasına inanan fanatik kommunistlər yerinə qlobal iqtisadi məkana daha çox inteqrasiya edən elita yaranıb. Qərbdə bunu başa düşürlər, ona görə də nüvə silahı ilə təhdid Qərb elitasında Putin üçün lazımlı təəssürat yaratmayacaq”, – deyə yazıb.
ANS-in 7 il öncə korona ilə bağlı yaydığı xəbər... – Şok videoSosial şəbəkələrdə fəaliyyətini dayandıran ANS televiziyasının hələ 7 il öncə koronavirusla bağlı yaydığı məlumat paylaşılıb.

Axar.az xəbər verir ki, 7 il öncə yayılan xəbərdə səslənən fikirlərin bütünlüklə COVİD-19-a da aid olması diqqət çəkib. Belə ki, bu virusun yayılması, fəsadları, insan orqanizminə təsiri, 60 yaşdan yuxarı olan insanlar üçün daha təhlükəli olması eynidir.

Hətta “virusa yoluxmamaq üçün” sadə gigiyenik qaydalara əməl edilməsi tövsiyə olunur.

Qeyd edilir ki, “yeni növ koronavirus” (2013-dəki) 10 il əvvəlki SARS virusunun yeni növüdür.

Maraqlıdır, ən azı 7 ildir, SARS-ı nəzərə alsaq, 17 ildir bu virusun peyvəndi niyə tapılmır?
"Cərimələrin yüksək olması məsuliyyətlilik ilə düz mütənasiblik təşkil edir"“Hamınıza məlumdur ki, pandemiyanın ilk vaxtlarında dövlət başçısının qabaqlayıcı tədbirləri və vətəndaşlarımızın məsuliyyətli davranışı olduqca müsbət nəticələrə səbəb oldu”. Bunu SİA-ya millət vəkili Sadiq Qurbanov deyib.

Deputatın sözlərinə görə, may ayının əvvəllərinə qədər sağalanların sayı yoluxanların sayından nisbətdə çox olması səbəbi ilə Operativ Qərargah vətəndaşları düşünərək və bu tendensiyaya arxalanaraq tətbiq olunan karantin rejimində müəyyən yumşalmalar etdi: “Çox təəsssüf ki, bu yumşalmalardan sonra xəstələrin sayının kəskin artmasını müşahidə edirik. Qeyd edək ki, bu günədək Azərbaycanda ümumilikdə 16 424 nəfər virusa yoluxub. Onlardan 9 026 nəfəri sağalıb, 198-i isə dünyasını dəyişib. Aktiv koronavirus xəstələrinin sayı 7 200 nəfər təşkil edir. Məsələni təhlil etdiyimiz zaman görürük ki, bu xoşagəlməz artımın kökündə yumşalmadan süni istifadə edən bəzi vətəndaşlarımızın məsuliyyətsizliyi durur. Və təqdim olunan qanun layihəsi də məhz vətəndaş məsuliyyətinin artırılmasına , eləcə də yoluxma-yoluxdurma hallarının minimuma endirilməsinə xidmət edir. Əslində bu qanunun əsas mahiyyəti epidemiya, karantin şəraitində ehtiyac olmadan bayıra çıxaraq özünün və digərlərinin sağlamlığını təhlükəyə atmasının qarşısını almaq üçündür.

İkincisi isə mövcud qaydalar əsasında rəsmi icazəniz varsa müəyyən öhdəliklər daşınmalıdır və çox sadə qayda ilə:

1. Qapalı məkanlarda maska geyin

2. Açıq məkanda məsafə saxla.

Gəlin etiraf edək ki, qaydaların pozulmadığı halda heç kimə cərimələr tətbiq olunmur. Məhz bu layihə də qanunları pozanlar üçün nəzərdə tutulub. O ki, qaldı cərimələrin artırılmasına, bunun istər fiziki, istər hüquqi, istərsə də vəzifəli şəxslərin məsuliyyətinin artmasına xidmət edəcəyinə inanıram. Praktika göstərir ki, istənilən cəmiyyətdə cərimələrin yüksək olması məsuliyyətlilik ilə düz mütənasiblik təşkil edir. Cənab Prezidentimiz İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan dövləti üçün ən vacib məsələ vətəndaşların sağlamlığının qorunmasıdır. Məndə bu gün vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını düşünərək bu layihənin lehinə səs verəcəyəm və həmkarlarımı da müsbət səs verməyə dəvət edirəm”.
Maska taxmamağa görə cərimələr artırıldı - MƏBLƏĞLƏRMilli Məclisin bu gün keçirilən növbədənkənar iclasında tibbi maska taxmamağa görə cərimələrin artırılmasını müzakirəyə çıxarıb.

Avrasiya.net-in məlumatına görə, bununla iclasda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik müzakirə edilib.

Dəyişikliyə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.

Bundan əlavə, həmin əməllərin inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 yüz manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə ediləcək.

Dəyişiklik müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

Bundan əvvəl isə epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilirdi.
Qazaxıstanda 3200 sayt bağlandıQazaxıstanda 3200 saytın fəaliyyətinə blok qoyulub.

Bunu Qazaxıstanın İnformasiya naziri Aidə Balayeva deyib. O bu saytların radikal cərəyanlarla mübarizə çərçivəsində bağlandığını bildirib.

Balayeva keçən il ərzində bu çərçivədə 5300 internet resursunun analiz edildiyini söyləyib.
Ermənistanda əhalinin səbri tükənir“Qeyri-müəyyən və ünvansız ittihamlara bir qayda olaraq cavab verənlər demək olar olmur”.

Ordu.az xəbər verir ki, bu, Ermənistanın “Hraparak” nəşrində dərc olunan məqalədə qeyd olunub.

“Nominal olaraq ittiham və söyüş səsləndirmədiklərində kimin mübahisəyə daxil olmaq və hədəf olmaq istəyi var? Xüsusilə də, qarşında nə az, nə çox Baş nazir dayanıbsa. O, adları qeyd etmədən hakimləri, konkretləşdirmədən siyasi qüvvələri söyə, Ermənistanın keçmiş hakimiyyətini talançı və oğru adlandıra, lakin yenidən adları səsləndirməyə və suallar cavabsız qala bilər.

Xüsusilə bu iki ildə onu bir neçə dəfə məhkəməyə veriblər, konkret insanların adlarını səsləndirəndə o, Köçəryanın ünvanına verdiyi bəyanat kimi dediklərindən geri çəkilməyə məcbur olub, buna görə də indi peşəkar qruplara və siniflərə öz təhqirlərini ünvanlayaraq yalnız qeyri-müəyyən şəkildə danışır”, - deyə nəşrdə qeyd olunub.
Azərbaycanda xəstəxana işçiləri arasında KÜTLƏVİ YOLUXMA - TƏBİB-dən REAKSİYAAğciyər Xəstəlikləri İnstitutunun 11 əməkdaşı koronavirusa yoluxub.

Publika.az xəbər verir ki, son 3 gün ərzində tibb işçiləri Məmmədova Bikəxanım, Əliyeva Yeganə, Hüseynova Süsən, Nailə Ağayeva, Kərimova Jalə, Fazilə, Səba, Aygün, Şəlalə və Pərvanə adlı təmizlik işçisində (sanitarka) COVİD-19 aşkarlanıb. Yoluxanlar çalışdıqları institutda müalicə alırlar.

Ağciyər Xəstəlikləri İnstitutunun bir müddət əvvəl yoluxan 70 yaşlı əməkdaşı, bronxoloq Faiq Ağayev hazırda ATU-nun Tədrisi Cərrahiyyə Klinikasında yatır. Vəziyyəti çox ağırdır. Ölüm təhlükəsi var.

Ağciyər Xəstəlikləri İnstitutunda baş verənləri araşdıran ictimai vəkil Samir Zeynalov baku.ws-ə açıqlamasında vəziyyətin acınacaqlı olduğunu bildirdi:

"İndiyədək institutun 20-yə yaxın işçisi koronavirusa yoluxub. Çünki müəssisənin maddi-texniki bazası, heyətinin təhlükəsizliyi və institutun rəhbərliyi koronavirusla mübarizə strategiyasına qətiyyən uyğun deyil. Məndə olan məlumata görə, yoluxanların bir çoxları xəstə olduqları halda işlərinə davam edir. Şəlalə adlı tibb işçisinin qardaşı koronavirusdan ölüb, anasının da vəziyyəti ağırdır. Onlara virusun məhz Şəlalə xanımdan keçdiyi güman edilir. Yoluxanlardan birinin hamilə olduğu bildirilir.

Qeyd edim ki, Faiq Ağayevin 70 yaşı var. 65 yaşdan yuxarı şəxslərin çölə çıxması qadağan olunduğu bir ərəfədə o işə çıxıb və nəticəsi göz qabağındadır.

İnstitutda virusla mübarizə üçün tibb işçilərinin zəruri tibbi ləvazimatlarla təmin olunmasında ciddi çatışmazlıqlar və laqeydlik mövcuddur. Tibb işçiləri maska, biomühafizəedici geyim, spirt, əlcək və digər tibbi ləvazimatların qıtlığından əziyyət çəkir. Bu isə onların və virusun yoluxma riskinin artması baxımından bir çox insanların həyatının təhlükə qarşısında qalması deməkdir. İnstitutda tibb işçiləri arasında yoluxma hallarının ciddi şəkildə artmasının səbəbi məhz bu amildir".

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva baku.ws-ə açıqlamasında məsələyə aydınlıq gətirib:

"İnstitutdan mənə verilən məlumata görə, yoluxanlar COVID-19 xəstələri ilə işləməyən əməkdaşlardır. İlk olaraq texniki işçilər arasında yoluxma baş verib. Onlar da xəstəxanadan kənarda yoluxublar. Həmin yoluxanlar virusu xəstəxanaya gətiriblər və təmas nəticəsində əməkdaşlar arasında yoluxma baş verib. Bəli, işçilər arasında yoluxma var, amma buna kütləvi yoluxma demək olmaz".