Vətəndaşları 50 manata rayona keçirən "polis" həbs edildiÖzünü polis əməkdaşı kimi qələmə verən və vətəndaşların etibarından sui istifadə edərək onlardan müxtəlif məbləğlərdə pul alan, əvvəllər məhkum olunmuş Qaradağ rayonunun Ələt qəsəbə sakini Zamiq Əhmədov saxlanılıb.

Bu barədə Avrasiya.net-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, saxlanılan şəxs ayrı-ayrı vətəndaşlardan aldatma yolu ilə 50 manat məbləğində pul müqabilində onları şəhərin giriş-çıxışlarında quraşdırılmış polis nəzarət postlarından yayındırıb, kənar və torpaq yollarla şəhər və bölgələr istiqamətində keçirib. Sonuncu belə əməliyyat zamanı o, polis əməkdaşları tərəfindən saxlanılıb.

Saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib.

Qeyd edək ki, Z.Əhmədov bundan əvvəl CM-in 178-ci yəni dələduzluq maddəsi ilə həbs edilib.

Polis əməkdaşlarının keçirdiyi növbəti tədbir nəticəsində Göyçay rayon sakini Nahid Şıxəliyev yaşadığı rayondan öz avtomobili ilə gətirdiyi həmyerlilərini Bakıya, Ələt qəsəbə sakini Şamo Şamilov da ayrı-ayrı şəxslərdən aldığı pul müqabilində onları polis nəzarət postlarından torpaq yolla keçirərkən saxlanılıblar.

Saxlanılan hər üç şəxs barəsində məhkəmənin qərarı ilə inzibati qaydada həbs qərarı çıxarılıb.


Ermənilər 43 çoxuşaqlı ailə üçün Laçında ev tikir – FOTOErmənistan Azərbaycanın işğal altında saxladığı Laçın rayonunda yeni yaşayış məhəlləsi salır.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu dəfə Laçının 1992-ci ildən işğal altında olan Sonasar kəndində çoxuşaqlı ailələr üçün fərdi evlərin tikintisinə başlayıb. 6 uşağı olan 3 ailəyə evin tikilməsi prosesi başlayıb, 5 uşaqlı digər ailə üçün isə ev tikintisi yaxın vaxtlarda başlayacaq.

Qarabağdakı separatçı rejim rəhbərliyi Laçın rayonu ərazisində 90 çoxuşaqlı ailənin yaşadığını və 43 ailə üçün ilin sonuna qədər fərqi evlərin tikiləcəyini elan edib.

JEM koronavirusla mübarizəyə dəstək layihəsinə başlayır - Verlişlər hazırlanacaq
Jurnalist Ekspert Mərkəzi İctimai Birliyi (JEM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə elan etdiyi qrant müsabiqəsində qalib olan "Vətəni sevmək onu qorumaqdan, qorumaq onu sevməkdən keçir" layihəsinin icrasına başlayır.

JEM-dən verilən məlumata görə Pandemiya dövründə koronavirusa qarşı mübarizəyə dəstək xarakterli layihə çərçivəsində Zoom proqramı vasitəsi ilə verilişlər hazırlanacaq.

Pandemiya dövründə dövlətin gördüyü işlər; cəmiyyətin davranışı; vətəndaş cəmiyyəti institutunun vəzifəsi; qida təhlükəsizliyi; mətbuatın fəaliyyəti; koronavirus təhlükəsinin təhsil sisteminə təsiri; COVİD 19-la mübarizədə tibb işçilərinin missiyası, gənclərdə hərbi vətənpərvərlik ruhunun formalaşması; qlobollaşma dövründə milli-mənəvi dəyərlərin yeri və rolu mövzularında hazırlanacaq verlişlərdə ictimai xadimlər vəziyyəti dəyərləndirəcək, təkliflər verəcək, çıxış yolları göstərəcək, dünyanı cənginə alan infeksiyadan qorunmağa dair maarifləndirici çıxışlar edəcəklər.

Verlişilərin yayımına "Yenicağ.az" saytı dəstək verir. 3 aylıq layihə çərçivəsində hazırlanacaq verlişlər saytın eyni adlı "Facebook" səhifəsində yayımlanacaq.

Məlumatda layihə rəhbəri - JEM sədri Ceyhun Musaoğlunun da açıqlaması əksini tapıb. JEM sədri bildirib ki, layihə müsabiqədə qalib olan zaman dünyada pandemiya, ölkədə karantin rejimi tətbiq edilməmişdi:

"Layihənin məqsədi gənclərin təfəkküründə azərbaycançılıq ideyasının daha da möhkəmlənməsinə səy göstərmək, hərbi vətənpərvərlik ənənəsinin genişlənməsinə dəstək verməkdir. Dünyada gözlənilmədən yayılan infeksiya onunla mübarizənin vacibliyini önə çıxardı. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası müsabiqədə qalib olan layihələrin məhz pandemiyaya qarşı mübarizə mövzuları istiqamətində həyata keçiriliməsi barədə çevik qərar qəbul etdi. Bütövlükdə vətəndaş cəmiyyəti institutu dövlətin qərarlarını rəhbər tutaraq prosesin lokomotivlərindən biri kimi önə çıxdı. Karantin rejimində hökumətin verdiyi qərarların icrasının monitorinqi, əhali arasında maarifləndirmə işlərinin aparılması, vətəndaşlara mənəvi dəstək göstərilməsi, aztəminatlı ailələrə yardımların verilməsi Şura tərəfindən yüksək səviyyədə təşkil olundu".

C.Musaoğlu qeyd edib ki, Şura rəhbərliyinin təşkilatçılığı və əksər QHT-lərin iştirakı ilə mütəmadi videokonfranslar keçirilir, fəaliyyətin səmərəliliyini artırmaq və təsirini gücləndirmək məqəsədilə tövsiyə və tapşırıqların verilir.

Şura sədri Azay Quliyevin sonuncu videokonfransda irəli sürdüyü təkliflərin QHT-lər tərəfindən yekdillikıə qəbul olunduğunu diqqətə çatdıran layihə rəhbəri fəaliyyətlərini bu istiqamətdə quracaqlarını vurğulayıb:

"Vətəni sevmək onu qorumaqdan, qorumaq onu sevməkdən keçir - bu yanaşmanın pandemiya dövrü üçün əsas mahiyyəti ondan ibarətdir ki, bir-birimizə yüksək hörmət göstrməklə, qərarlara birmənalı əməl etməklə, özümüzü vurusdan qoruyaraq başqalarının da xilasına nail olmaqla dövlətimizi, ölkəmizi bəladan qurtara bilərik. Layihə çərçivəsində hazırlanacq verlişlərdə bu gerçəkliyi açmağa çalışacağıq".
İran Trampı beynəlxalq axtarışa verirİran Məhkəmə Hakimiyyəti İnterpoldan ABŞ Prezidenti Donald Trampı SEPAH komandiri Qasım Süleymaninin qətlinə görə beynəlxalq axtarışa verməsini istəyib.

Avrasiya.net xəbər verir ki, bunu Tehran prokuroru Əli Mehr deyib.

“Qasım Süleymaninin qətliylə məşğul olan və hazırlığında iştirak edən 36 nəfəri müəyyən etmişik. Bunlar arasında ABŞ və digər ölkələrin hərbi və siyasi xadimləri də var”, - deyə o bildirib.

Mehr bu siyahının başında Donald Trampın adının olduğunu söyləyib.
Bu testlər koronavirusu aşkarlaya bilmir - ProfessorKoronavirusun aşkarlanması üçün 3 testdən - ekspress, immunoferment və polimeraz zəncirvari reaksiyadan istifadə edilir. Təəssüf ki, bəzən ekspress testlər nəticəni düzgün göstərmir.

Bunu Axar.az-a testlərin keyfiyyəti barədə danışan professor Adil Qeybulla deyib. O bildirib ki, ən dəqiq cavabı polimeraz zəncirvari reaksiya vasitəsi ilə əldə etmək mümkündür:

“Polimeraz zəncirvari reaksiyanın spesfikliyi, dəqiqliyi və həsasslığı 95 faizin üzərindədir. Bəzən xəstədə buzlu şüşə sindromu, halsızlıq, öskürək, qızdırma, təngnəfəslik və bütün kliniki əlamətlər olduğu halda, ekspress test neqativ göstərir. Həmçinin bəzən xəstədə heç bir əlamət olmur, amma test pozitiv göstərir. Bu cür situasiyalar yaşanır”.

Ekspert onu da bildirib ki, immunoferment və polimeraz zəncirvari reaksiya testlərinin cavabı bir neçə gün ərzində çıxa bilər:

“Testlərin cavabının 3-4 gün ərzində deyilməsi çox güman ki, immunoferment və polimeraz zəncirvari reaksiya ilə bağlıdır. Ekspress testlərin nəticəsi isə bir neçə dəqiqəyə hazır olur”.

A.Qeybulla onu da bildirib ki, virusun simptomları olmayan koronaviruslu xəstələri müəyyənləşdirmək üçün testləşdirilmənin sayı artırılmalıdır: “Simptomu olmayan xəstələr, o cümlədən uşaqlar təhlükəlidir. Çünki onlar özləri də bilmədən infeksiyanı yayırlar. Ailədə bir nəfər şübhəli varsa, digərlərinin də test olunması məqsədəuyğundur. Bu situasiyada dünya təcrübəsindən istifadə edilməlidir. Təcrübəyə əsasən kütləvi testləşmə mümkün qədər çox aparılmalıdır. Ən azı Bakı və Abşeronda etibarlı testlərdən istifadə edilməklə bunun aparılması zəruridir”.

Nazirlik Bakıda olmayan "qonağ"a 33,4 min ödəyib - ŞokHesablama Palatası Mədəniyyət Nazirliyinin Rusiyanın xalq artistlərindən birinə qanunsuz ödəniş etdiyini üzə çıxarıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, bu, Palatanın Nazirlikdə apardığı yoxlamalar nəticəsində məlum olub.

Belə ki, adı açıqlanmayan qonaq Bakıya Azərbaycan Dövlət Rəqs Ansamblının yeni konsert proqramının hazırlanması və kollektivdə islahatların aparılması ilə əlaqədar dəvət olunub. Xalq artisti Azərbaycan paytaxtında olmadığı və dövlətə heç bir xidmət göstərmədiyi 5 ay 15 gün ərzində onun bank hesabına 26,2 min manat, mənzilinin kirayəsinə görə isə icraçıya 7,2 min manat artıq vəsait ödənilib.

Nazirliyin vəzifəli şəxsləri həbs edildiDövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri aşkar edilib.

Avrasiya.net xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhər Kəpəz rayon şöbəsinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Keçirilmiş istintaq tədbirləri nəticəsində DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsində sektor müdiri işləmiş Elçin Ələkbərovun həmin fondun müdir müavini Bəyəli Xəlilov və 2010-2016-cı il tarixlərində DSMF-nin Gəncə şəhər Kəpəz şöbəsinin müdiri işləmiş Arif Qənbərovla əlbir olaraq 2015-2017-ci illər ərzində saxta sənədlər əsasında əmək stajı və əlillik dərəcəsinin nəzərə alınmaqla pensiya təyin etmək müqabilində 32 nəfər rayon sakinindən ayrı-ayrı vaxtlarda və təkrarən ümumilikdə 122 min manat məbləğində pulu rüşvət kimi tələb edərək vasitəçi kimi tanışı Şahin Məmmədovun köməkliyindən istifadə edib almasına şübhələr üçün əsaslar müəyyən edilib.

Həmçinin, Elçin Ələkbərovun pensiya təyin etdirmək imkanına malik olduğunu yalandan bildirərək ümumilikdə 21 nəfər şəxsi təkrarən aldadıb 70 min manat məbləğində pul vəsaitlərini ələ keçirməsinə və vasitəçi kimi iştirak etmiş cinayətkar qrupun üzvü Əbülfəz İbrahimovla aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə, habelə həmin qanunsuz hərəkətinə görə vətəndaşları pul vəsaitini rüşvət qismində verməyə təkrar təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan qanunsuz əməllərə görə Elçin Ələkbərov, Bəyəli Xəlilov və Arif Qənbərova Cinayət Məcəlləsinin 311.3.3 (qabaqcadan əlbir olaraq küllü miqdarda təkrar rüşvət alma) və digər maddələrlə ittiham elan olunaraq barələrində müvafiq məhkəmə qərarları ilə həbs qətimkan tədbirləri seçilib.

Şahin Məmmədov Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (qabaqcadan əlbir olaraq küllü miqdarda təkrar rüşvət almağa kömək etmə) və Əbülfəz İbrahimov CM-nin 178.2.4 (qabaqcadan əlbir olaraq qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda təkrar dələduzluq) və digər maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilərək, onlara həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş, barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Bundan başqa, istintaqla 2016-2018-ci illərdə DSMF-nin Gəncə şəhər Kəpəz şöbəsinin müdiri işləmiş Nizami Əhmədov və həmin şöbənin pensiya sektorunun müdiri işləmiş Səmayə Eminovanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz pensiyanın təyin edilməsinə və ödənilməsinə şərait yaratmalarına əsaslı şübhələr müəyyən edilib.

Həmin hərəkətlərə görə Səmayə Eminova və Nizami Əhmədov Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barələrində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
BƏƏ beynəlxalq əməkdaşlığı gücləndirmək öhdəliyini təsdiqləyirBirləşmiş Ərəb Əmirlikləri bu gün COVID-19 pandemiyasına qarşı mübarizədə 1000 tondan çox fərdi qoruyucu vasitələr, tibbi və qida yardımı ilə dünya üzrə 1 milyondan çox tibb işçisinə kömək göstərməklə beynəlxalq əməkdaşlığı gücləndirmək öhdəliyini irəli sürdü.

Səfirlikdən Avrasiya.net-ə verilən məlumata görə, bu önəmli məlumatı şərh edərkən Beynəlxalq Əməkdaşlıq üzrə Dövlət Naziri zati-aliləri Reem bint Ibrahim əl-Haşimi “BƏƏ yarandığı gündən bəri digər ölkələrlə dostluq və həmrəylik əlaqələrini dəstəkləmiş və belə hesab etmişdir ki, bütün ölkələrin bəşəriyyətin birlik və xeyiri naminə fikir ayrılıqlarını bir kənara qoymalıdırlar. Bugünkü 1 milyon tibb işçisinə kömək etmək mərhələsi, BƏƏ-nin bu yardımı alacaq insanların dinindən, irqindən və ideologiyasından asılı olmayaraq dünyaya əməkdaşlıq əli uzatmaq öhdəliyini bird aha sübut edir” – deyə vurğıulamışdır.

"BƏƏ-nin Prezidenti Zati-aliləri Şeyx Xəlifə bin Zayed Al Nahyan; vitse-prezident, Baş nazir və Dubay hakimi Zati-aliləri Şeyx Məhəmməd bin Rəşid Əl-Maktum,; Əbu Dabinin Vəliəhd Şahzadəsi və BƏƏ Silahlı Qüvvələri Ali Baş Komandanının müavini Zati-aliləri Şeyx Məhəmməd bin Zayed Al Nahyan, bu pandemiyanın dünyanı bürüdüyü vaxtda ruhdan düşməmiş, əksinə ehtiyacı olanlara ikiqat yardım etmişlər. Bu dəyərlərə, ümumi insanlığımıza hörmət və ehtiyacı olanlara kömək etmək istəyi ilə BƏƏ-nin öz qurucu atası olan Şeyx Zayed bin Sultan Al Nahyanın irsi üzərinə qurulmuş baxışını göstərir” – deyə xanım nazir əlaqvə etmişdir.

COVID-19 pandemiyası yayılmağa başladığı andan bəri, BƏƏ virusun yayılmasının qarşısını almaq üçün qlobal humanita səylərdə lider dövlətdir. Dünyadakı ən aktiv COVID-19 xarici yardımları edən ölkə kimi BƏƏ coğrafi genişliyi, Çin, İtaliya da daxil olmaqla, irqi və dini ayrı-seçkilik salmadan Birləşmiş Krallıq, İran, Pakistan, Braziliya, Rusiya, Yəmən və Əfqanıstan kimi 70 ölkəyə ehtiyac duyduqları vaxtda yardım göstərmilşdir.
BƏƏ beynəlxalq əməkdaşlığı gücləndirmək öhdəliyini təsdiqləyir
BƏƏ COVID-19 yardımının səmərəliliyini artırmaq üçün çoxsaylı beynəlxalq təşkilatlarla tərəfdaşlıq edir.. COVID-19 virusuna qarşı dünyanın ən böyük humanitar yardım mərkəzi Dubayın Beynəlxalq Humanitar Şəhərində yerləşir ki, buradan Ümumdünya Səhiyyə Təşkilatının aldığı tədarüklərin təxminən 80 faizi keçir. BƏƏ-nin coğrafi mövqeyini və əla logistika infrastrukturunu maliyyələşdirən Dubay Beynəlxalq Humanitar Şəhəri kritik yardım platforması rolunu oynamışdır.

Mayın 4-də BƏƏ BMT-nin Ümumdünya Ərzaq Proqramı ilə birlikdə, COVID-19-un zərərləri ilə mübarizə aparan xalqlara həyat sağlamlığı və humanitar yardım təmin etmək üçün beynəlxalq hava körpüsü əməliyyatına başlamışdır.
Həmin gün BƏƏ həmçinin, COVID-19 üçün peyvənd tapmaq, istehsal etmək və paylamaq üçün 7.5 milyard avro toplamaq naminə Avropa liderləri tərəfindən təşkil edilən qlobal yatırım konfransında iştirak etdi.

Bundan əlaqvə, beynəlxalq elmi ictimaiyyətin COVID-19 ilə bağlı anlayışlarına töhfə vermək üçün BƏƏ müxtəlif məlumat bazalarında, həmçinin açıq mənbəli Nexstrain bazasında açıq şəkildə genomik ardıcıllıq və mutasiya məlumatlarını paylaşmışdır.

İstər tibbi yardımların çatdırılması,istər genom məlumatlarının çatdırılması, istərsə də ehtiyacı olan hər kəsə peyvəndin çatdırılması üçün BƏƏ bu gün və gələcəkdə də etibarlı tərəfdaş və xeyirxahlıq səsi olacaqdır.
Bakıda şok hadisə: MTN polkovniki işçisini öldürməklə hədələdi – Təfərrüat"Lider-N" MTK-nın rəhbəri Nazim Quliyev podratçısı olan Anar Namazovu öldürməklə hədələyib.

Bu barədə Teleqraf.com-a müraciət edən şikayətçi Anar Namazov bildirib.

O, qeyd edib ki, Nazim Quliyevin şirkətləri - "Lider - Aytac", "Lider - F" və "Lider -N" MTK-ların podratçısı olub:

"Nazim Quliyevlə birlikdə Sumqayıt şəhəri, Heydər Əliyev prospektində hündürmərtəbəli yaşayış binasının tikintisini podratçı kimi müqavilə və forma-2 əsasında bitirərək təhvil vermişəm. Forma-2 əsasında 70 min manat məbləğində mənə vəsait ödənməli idi. Amma həmin pulu ödəmədi. Nəsimi rayonundakı Cəlil Məmmədquluzadə, Nərimanov rayonundakı Dəmirçizadə küçələrində olan hündürmərtəbəli binaların tikintisini də podratçı olaraq mənim tərəfimdən həyata keçirilməsini istədi. Dedi ki, Sumqayıt da gördüyümüz işdən qalıq 70 min manatı bu işi gördüyümüz müddətdə yavaş-yavaş ödəyəcəm.

Mən də paytaxtın bu iki rayonda görüləsi işləri icra elədim və Nazim Quliyevə təhvil verdim. Bu işlərdən də Nazim Quliyev mənə əlavə olaraq 150 min manat borclu qaldı".

Anar Namazovun sözlərinə görə, bundan sonra Sumqayıtda və Bakıda görüləcək işlərin pullarını Nazim Quliyevdən istəyib: "Həmin pulların böyük bir hissəsi işə götürdüyüm vətəndaşların əməkhaqqısı və tikinti materiallarına ödəniləcək məbləğlərdir. Fəhlələrin əməkhaqlarının verilməsi, borclu qaldığım materialların pulları qaytarmaq üçün Nazim Quliyev ilə yenə də görüşdüm, ondan pulu istədim.

O isə kobud cavab verərək məni öldürməklə hədələdi. Həmin vaxt bizim yanımızda olmuş üç şahdim də var. Mənə bildirdi ki, Dağıstanda adamlarım var, 100 min manata səni aradan götürdərəm, Anar, bunu da sən yaxşı bilirsən. Bundan sonra keçmiş şəriki olmuş Elxanın adını çəkdi və bildirdi ki, səni də onun vəziyyətinə salarıq, onun kimi evində özünü güllələyərsən.

Bu danışıqdan sonra otağı tərk etdim və ofisin həyətinə düşdüm. Nazim Quliyev də arxamca ofisdən çıxdı və Cəlil Məmmədquluzadə küçəsində 10 VO 888 “Mercedes S klass” markalı avtomobilimə yaxınlaşdı, arxa yük yerini açaraq orada olan silahı mənə nümayiş etdirdi. Bildirdi ki, bununla səni öldürərəm, məndən uzaq dayan, MTN-in keçmiş polkovnikiyəm, mənə heç kim heç nə etməyib, bundan sonra da edə bilməz. Nazim Quliyevin məni öldürməklə hədələməsinə orada olan iki nəfər də şahid olub".
Bakıda şok hadisə: MTN polkovniki işçisini öldürməklə hədələdi – Təfərrüat
Şikayətçi bildirib ki, bundan sonra məcbur qalaraq evini, maşınını satıb, bankdan kredit götürərək işçilərin əməkhaqqısını, tikinti üçün alınan materialların pullarının bir qismini ödəyib.

Onun sözlərinə görə, Nazim Quliyev tərəfindən ona 300 min manatdan çox ziyan dəyib.

Anar Namazov qeyd edib ki, Nazim Quliyev tərəfindən ölümlə hədələnməsi və onun dələduzluğu ilə üzləşməsi ilə bağlı Nəsim rayon Prokurorluğuna şikayət edib. Onun şikayəti əsasında prokurorluqda araşdırma başlanıb.

Mövzunu diqqətdə saxlayacağıq.