"İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü 130 ölkə dəstəkləyib""Dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəklədi. Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçiriləcək".

Bu açıqlamanı Avrasiya.net-ə BAXCP sədrinin müavini, tanınmış politoloq, QHT sədri Niyaməddin Orduxanlı bildirib.

Onun sözlərinə görə, bu gün Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının çağrılması təşəbbüsü dünyanın ən aparıcı televiziya və media orqanlarında yayılmaqdadır:" İlham Əliyevin bu təşəbbüsü dünya müdiasının diqqətindədir. Prezident İlham Əliyev hal-hazırda Qoşulmama Hərəkatının Sədridir. BMT Baş Assambleyasının COVİD-19-a həsr olunmuş xüsusi sessiyasının keçirilməsinə dair təşəbbüsünə dünyanın dəstəyi gəlməkdədir.

Bu hadisənin çox böyük əhmiyyəti var. Bununla Prezident tək ölkəsinin vətəndaşlarının təhlükəsizliyini deyil, dünyada yaşayan xalqların, dövlətlərin və onların vətəndaşlarına olan münasibətin göstəricisidir. İlham Əliyev bu məsələdə birbaşa insan foktoruna söykənir. İnsan amilinə xüsus diqqət ayırır. Bu, bir daha onun insansevrliyinin bariz nümunəsinin göstəricisidir! Nəzərə alsaq ki, bu gün dünyada 200dən artıq dövlət mövcuddur və bu gün dünyanın 213 ölkəsində ciddi karantin rejimi hökm sürür. Artıq 4 ay ərzində 10 milyon insan koronavirusa yoluxub və bu gün dünya üzrə bir günə 200 minə yaxın şəxs vurusa yoluxur və bu artan xətt üzrə artır. Dünya müharibə aparır. Ən dəhşətlisi də odur ki, gözə görünməyən düşmənlə mübarizə aparılır. 500 min insan artıq bu müharibənin qurbanı olub. "

Niyaməddin Orduxanlının sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır:"

İlham Əliyev bu yaxınlarda öz çıxışında qeyd etdi ki, indiki vəziyyətdə Azərbaycan dövləti koranavirusla mübarizə görə 30 dövlətə rəsmi yardım edib. Bilirsiniz, 30 dövlətin tərkibində milyonlarla insan var. Və Prezident milyonlarla insanın vursa yoluxmamasına görə, dəstək göstərib. Bu bizim xalq üçün qürurvericidir! Azərbaycan çox da böyük dövlət deyil. Ancaq buna baxmayaraq indiki vəziyyətdə heç bir ölkədən, təşkilatdan yardım almadan , həm öz 10 milyonluq vətəndaşına qoruyursan, həm də 30 ölkənin milyonlarla vətəndaşına yardım edirsən. Bilirsiniz ki, 600 min vətəndaşımıza on minlərlə sahibkara, 300 mindən artıq aztəminatlı ailələrə ərzaq və tibii yardımın olunmasına dair İlham Əliyevin tapşırıq və sərəncamları oldu. Pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaratmışdır.

Dünya müharibəsi ilə müqayisə olunan COVİD-19 pandemiyası şəraitində özünü təcrid və franqmentar xarakter daşıyan tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac vardır. Təəssüf ki, bu günə kimi beynəlxalq münasibətlər sistemində BMT və onun əsas qurumları olan Baş Assambleya və Təhlükəsizlik Şurasının rolu görünmür, dünyanın aparıcı ölkələri qlobal liderlik əzəzinə geosiyasi rəqabət və özünü təcridə kökləniblər. Böyük dövlətlər və beynəlxalq təşkilatlardan qlobal liderlik gözlənilsə də bu baş vermədi. Daha çox özünü təcrid, milli eqoizm xarakteri daşıyan və fraqmentar addımlar atıldı. BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü fikir ayrılığına görə baş tutmadı. BMT Baş Məclisi çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də onların da əksəriyyəti uğurla nəticələnmədi və yalnız deklarativ mətnlərlə yekunlaşdı."

Politoloqun fikirinə görə, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüsü ilə 2020-ci il mayın 4-də QH-nin Təmas Qrupunun COVİD-19 pandemiyasına həsr edilmiş onlayn Zirvə Görüşü təşkil edildi:" Bu tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər. Tərkibində 120 ölkəni birləşdirən QH BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisatdır. Prezident İlham Əliyev Qoşulamama Hərəkatının onlayn Zirvə görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış çox müsbət qarşılanmaqdadır. Biləsiniz ki, BMT Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə Xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilmişdir.

Təklif Nyu Yorkda 120 QH üzv ölkələri arasında yekdilliklə razılaşdırılmış və bunun ardınca QH-nin sədri Prezident İlham Əliyev QH ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlamışdır. Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130-qədər ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırmışlar. 130-a qədər BMT üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın və hörmətin növbəti göstəricisidir."
Mais Ağayev və ailəsi koronaya yoluxduBakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev koronavirusa yoluxub.

Avrasiya.net xəbər verir ki, bu barədə BNA rəsmisi özü Feysbukda bildirib.

"Bir neçə gün davam edən halsızlıq, hərarət əlamətləri ilə təcili tibbi yardıma müraciət etdim və mən, həyat yoldaşım, eyni zamanda oğlumun koronavirus testi nəticələri pozitiv çıxdı. Amma əhvalımız da pozitivdir. Düşünürük ki, biz virusa qalib gələcəyik. Mən inanıram ki, biz virusa qalib gələcəyik. Çünki dövlət sağlamlığımızın qorunması baxımından çox mühüm tədbirlər həyata keçirir. Bütün zəruri tədbirlər görülür ki, koronavirus təhlükəsindən ən az itkilərlə çıxa bilək", - deyə o bildirib.
Ermənistanda ölənlərin sayı 427 nəfərə çatdıErmənistanda koronavirusdan ölənlərin sayı 427 nəfərə çatıb.

Son sutka ərzində ölkədə yeni növ koronavirusa 736 yeni yoluxma qeydə alınıb.

Beləliklə koronavirusa yoluxanların ümumi sayı 24 645 nəfərə çatıb. Son sutkada ölənlərlə birlikdə ölkə üzrə ölüm sayı 427-yə çatıb.

Hazırda Ermənistanda xəstəxanalarda 11500 nəfərdən artıq koronavirus xəstəsi var.
Oğuzda dəhşətli hadisə: Qonşusunu bazarda güllələdi – TƏFƏRRÜATOğuz rayonunda qonşusunu öldürməkdə təqsirli bilinən Zərqəm Məsimovun barəsində seçilmiş həbs qətimlan tədbirinin uzadılması ilə bağlı istintaq orqanını təqdimatına baxılıb.

Teleqraf.com xəbər verir ki, Oğuz rayon Məhkəməsində hakim Kamran. Süleymanovun sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin edilib.

Zərqəm Məsimovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 2 aya qədər uzadılıb.

İttihama görə, hadisə bu ilin fevralın 28-də, səhər saatlarında Oğuz rayonunun Kərimli kəndində “Bazar” adlanan ərazidə baş verib.

Kərimli kənd sakini, 1965-ci il təvəllüdlü Elşən Abdullayev qonşusu Zərqəm Məsimov ilə mübahisə edib.

Bu zaman Zərqəm Məsimov özündə olan ov tüfəngi ilə Elşən Abdullayevi güllələyib. Xəsarət alan Elşən Abdullayev hadisə yerində ölüb.

Zərqəm Məsimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Ondan cinayətdə istifadə etdiyi “Tula” markalı tüfəng götürülüb.

Hadisə baş verən zaman orada Zərqəm Məsimov ağac tingləri, onun yanında isə Elşən Abdullayev toxum satırmış.

Bu zaman Zərqəm Məsimovun yanına gələn Elşən Abdullayev bir kisə yonca bitkisinin toxumunu onun avtomobilinə söykəyib.

Buna görə Zərqəm Məsimov onunla mübahisə edib. Mübahisə sonda silahlı insidentin baş verməsi ilə nəticələnib.

İstintaq orqanı tərəfindən Zərqəm Məsimovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Oğuz rayon Prokurorluğunda istintaq davam edir.
Daha bir həkim koronadan öldü: Paşayevadan çağırışAzərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

Avrasiya.net xəbər verir ki, bu barədə millət vəkili Qənirə Paşayeva məlumat yayıb.

“Bu gün çox ağır bir gün oldu mənimçün. Məktəb illərindən yaxından tanıdığım, gözəl həkim, əsl insan Ceyhun bəy bir az öncə COVİD-19-dan həyatını itirdi. Ona nə qədər kömək etməyə çalışsaq da, artıq çox gec idi...

Ceyhun bəyin Tibb Universitetində oxuduğumuz illərini xatırlayıram. Kasıb bir ailənin istedadlı övladı idi. Çalışırdı, oxuyurdu - çox sevdiyi həkimlik peşəsinə yiyələnmək üçün min bir əziyyətdən keçmişdi. 50 yaşı tamam olmamış COVİD-19-un qurbanı oldu. Əgər onun kəndə yas yerinə gedəcəyini bilsəydim, getməsinə mütləq əngəl olardım. Bu bəlaya yoluxub gəldiyində - ilk simptomlar artıq özünü büruzə verməyə başlayanda xəbərim olsaydı, onu həmin dəqiqə peşəkar həkim heyətinə çatdırardım. İcazə verməzdim saatlar itirsin. Xəstəlik elə sürətlə irəliləmişdi ki, mənə xəbər verəndə artıq süni tənəffüs aparatının altında belə qanda oksigenin səviyyəsi çox aşağı idi. Məlumat alan kimi 30-40 dəqiqə içində onu 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirməyə nail ola bildik. O, xüsusi tənəffüs aparatına qoşulanda sevindik. (Təəsüf ki, indi bu aparata ehtiyacı olanlarımız, reanimasiyada intensiv müalicə alan vətəndaşlarımız heç də az deyil.) Amma xəstəxanaya çatdırılandan 15-20 dəqiqə keçməmiş onun vəfat etməsi xəbəri ilə sarsıldıq... Nə gizlədim, hər gün millət vəkili kimi mənə müraciətlərə əsasən ən azı 2-3 ağır xəstəni, səhərin erkən saatları, gecədən keçmiş demədən, xəstəxanaya yerləşdirmək üçün çalışırıq. Hər gün COVİD-19-dan ağır vəziyyətə düşən xəstələrin ailələrinin göz yaşı və acısını paylaşırıq. Çox sarsılmışıq, çox...” - Qənirə Paşayeva bildirib.

Millət vəkili Azərbaycan vətəndaşlarına müraciət edib

“Əziz həmvətənlərim, seçicilərim, oxucularım, dostlarım! Qlobal pandemiyanın tüğyan etdiyi bu günlərdə sizdən xahiş edirəm, bu azsa, təkrarən və dərindən xahiş edirəm, yetməzsə, bir doğmanız olaraq, yalvarıram: Özünüzü qoruyun! COVİD-19-a etinasız yanaşmayın! Özünüzü qorumasanız, sevdiklərinizi də qoruya bilməyəcəksiz”.
Partiya rəhbəri koronadan öldüİraqın Türkman Ədalət Partiyasının rəhbəri Ənvər Bayraqdar koronavirusdan həyatını itirib.

Axar.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

Bildirilib ki, 10 gün əvvəl koronavirus testi pozitiv çıxan partiya lideri evdə karantin şərtləri altında yaşayırdı.

Anidən halı pisləşən Bayraqdar Kərkük dövlət xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Daha 534 nəfər koronavirusa yoluxdu - 5 nəfər vəfat etdiAzərbaycanda 534 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 304 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan Avrasiya.net-ə verilən məlumatda bildirilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 16424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9026 nəfər müalicə olunaraq sağalıb, 198 nəfər vəfat edib.

7200 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7106 test aparılıb.

Ümumilikdə icra olunan testlərin sayı isə 468967 olub.
ÜST-ün Azərbaycan nümayəndəliyi: “5G mobil şəbəkələri COVID-19-u yaymır”Virus radiodalğalar, mobil şəbəkələr vasitəsi ilə yayıla bilmir.

Ümumdüya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyindən verilən məlumata görə, COVİD-19 5G mobil şəbəkələrinə malik olmayan ölkələrdə də var.

ÜST-nin Azərbaycan nümayəndəliyi nəzərə çatdırır ki, COVİD-19 virusu infeksiyaya yoluxmuş insanın öskürməsi, asqırması və ya danışması nəticəsində xaric olunan tənəffüs damcıları vasitəsi ilə yayılır: “Həmçinin virusla çirklənmiş səthlərə, sonra isə gözlərinizə, ağzınıza və ya burnunuza toxunduqda bu virusa yoluxa bilərsiniz”.
İranda bir gündə 114 nəfər öldüİranda sutka ərzində 144 nəfər koronavirusdan ölüb.

Avrasiya.net xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin rəsmisi Sima Sədat Lari deyib.

Onun sözlərinə görə, son sutka ərzində 2489 nəfər koronavirusa yoluxub.

Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 222669 nəfər təşkil edir. Ölənlərin ümumi sayı isə 10508 nəfərdir.