Azərbaycanda 5G texnologiyası tətbiq olunur? - Nazirlik açıqladı“COVID-19” pandemiyası dövründə dünyada, o cümlədən Azərbaycanda 5G texnologiyasının bu xəstəliyin daha çox yayılmasına səbəb olduğu barədə fikirlər səsləndirilir.

Bu barədə Avrasiya.net-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, 5G yeni 5-ci nəsil internet texnologiyasıdır. Bu texnologiya istifadəçiləri super sürətli və kəsintisiz internetlə təmin edir.

Belə ki, 5G texnologiyasında tətbiq edilən radiotezliklər ionlaşdırmayan radiospektr diapazonunda yerləşir. İonlaşdırmayan radiotezliklərinin insan sağlamlığına təsirləri mütəmadi olaraq beynəlxalq institutlar tərəfindən tədqiq edilir.

Bildirlib ki, Azərbaycan Respublikasında 5G texnologiyası tətbiq olunmur.

Sadəcə bir müddət öncə, "Bakutel-2019" çərçivəsində 5G pilot layihə olaraq, paytaxt Bakıda qısa zaman kəsiyində test edilib.
Gənc müğənniləri təhqir edənlər həbs edildiPolisləri təbrik etmək məqsədilə videoçarx hazırlayan bir qrup gənc müğənni barədə sosial şəbəkələrdə özlərinin və ailə üzvlərinin ünvanına təhqiramiz şərhlər yazanlar saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyib.

O qeyd edib ki, əsassız olaraq təhqirə məruz qalan şəxslərin müraciətləri əsasında sosial şəbəkələrdə onları aşağılayan, şərəf və ləyaqətlərini təhqir edənlər müəyyən edilib:

“Həmin şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində nazirliyin aidiyyəti qurumları tərəfindən müvafiq tədbirlər başlanılıb. Həyata keçirilən tədbirlər nəticəsində sosial şəbəkələrdə təhqiramiz şərhlər yazanların şəxsiyyətləri müəyyən edilərək saxlanılıblar. İnzibati Xətalar Məcəlləsinin müvafiq madələri ilə onların hər biri barəsində protokol tərtib edilərək yol verdikləri hərəkətlərə hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslərin əksəriyyəti barəsində inzibati həbs cəzası seçilib, bəziləri isə cərimələniblər".

E.Zahidov bildirib ki, öz yolverilməz hərəkətləri ilə vətəndaşların haqlı narazılığına səbəb olanların tapılıb məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər hazırda da davam etdirilir:

“Biz vətəndaşlarımıza, xüsusən gənclərimizə tövsiyə edirik ki, sosial şəbəkələrin onlara verdiyi, yaratdığı imkanlardan öz dünya görüşlərini, bilik və savadlarını artırmaq üçün istifadə etsinlər. Başqalarının şərəf və ləyaqətinə toxunan, aşağılayan statuslar, şərhlər yazmaqdan çəkinsinlər”.
Daha 521 nəfər koronaya yoluxdu, 6 nəfər öldüAzərbaycanda 521 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 355 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.
Vilayət Eyvazovdan yeni təyinatDaxili İşlər orqanında yeni təyinat olub.

Polis polkovniki Vüqar Axundov Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis şöbəsinin rəis müavini təyin olunub. Bununla bağlı Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. /Unikal.org
MTN-in xanım polkovniki ölkədən kimi "qaçırıb"? - RəsmiSon günlər bəzi kütləvi informasiya vasitələrində, o cümlədən “Haqqin.az”, “Virtualaz.org”, “Hit.az” və digər internet informasiya saytlarında “Ellada Kərimova MTN polkovnikinin köməyi ilə ölkədən qaçdı. “Mandarin Travel” turizm agentliyinin direktoru Ellada Kərimova böyük dələduzluqda günahlandırılsa da, keçmiş MTN polkovniki Ofeliya Mahmudovanın köməyi sayəsində ölkədən qaça bilib” başlığı altında məqalələr yayılıb. Bununla əlaqədar bildiririk ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyinin “polkovnik Ofeliya Əbilhəsən qızı Mahmudova” adlı əməkdaşı olmayıb.

Avrasiya.net xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytının yaydığı açıqlamada bildirilib.

“Kütləvi informasiya vasitələrindən sensasiya naminə həqiqətə uyğun olmayan, yoxlanılmamış, qərəzli, ictimai rəyi çaşdırmaq məqsədi güdən və əvvəllər təhlükəsizlik orqanlarında şərəflə və vicdanla xidmət etmiş əməkdaşların zabit nüfuzuna xələl gətirən informasiyaların yayılmasına yol verilməməsi xahiş olunur, bu xarakterli məlumatların yayılmasının davam etdirilməsinin məsuliyyət yarada biləcəyi onların diqqətinə çatdırılır”, - açıqlamada qeyd olunub
Əli Əsədov koronavirusa görə nazirlərə və icra başçılarına tapşırıqlar verdiBu gün Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş videomüşavirədə ölkəmizdə зandemiya ilə mübarizəyə dair son vəziyyət müzakirə olunub.

Nazirlər Kabinetindən Avrasiya.net-ə verilən məlumata görə, müzakirədə Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov, Birinci vitse-prezidentin köməkçisi Andrey Sipilin, Səhiyyə naziri Oqtay Şirəliyev, Səhiyyə nazirinin müavini Viktor Qasımov, İcbari Tibbi sığorta Agentliyinin sədri Zaur Əliyev, Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov, Gəncə Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Masallı rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov, Cəlilabad rayon İcra hakimiyyətinin başçısı Namiq Zeynalov, həmin şəhər və rayonların baş həkimləri, habelə Bakı şəhərinin koronavirus xəstlərinin müalicəsinə cəlb olunmuş 4 böyük xəstəxanasının rəhbərləri iştirak ediblər.

Bildirilib ki, iyunun ortalarından başlayaraq ölkəmizdə “Covıd-19”a yoluxma halları çoxalıb və bu hökuməti ciddi narahat edir.

Baş Nazir Əli Əsədov qeyd edib ki, Prezident İlham Əliyev Gəncə şəhərindəki çıxışı zamanı ölkəmizdə pandemiya ilə mübarizənin milli təhlükəsizlik məsələsi olduğunu bildirib və bu işi dövlətin ən mühüm prioriteti elan edib.

Baş Nazir qeyd edib ki, karantin rejiminin tətbiqindən sonra ötən dövr ərzində görülmüş işlərin nəticəsində xəstəliklə mübarizədə müsbət tendensiya müşahidə olunmaqdadır, ancaq biz arxayınlaşmamalıyıq və çarpayıların sayının artırılması, maddi-texniki bazanın gücləndirilməsi işini sürətləndirmək lazımdır.

Müşavirədə problemlər də müzakirə olundu və Baş Nazir müvafiq tapşırıqlar verilib.
Maska taxmayanlar 100 manat CƏRİMƏLƏNƏCƏKEpidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.

Bu, Milli Məclisin iyulun 29-da keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər iki yüz manat məbləğində cərimə edilir.

Qüvvədə olan qanuna əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı tələblərin tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 yüz manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir. Laihəyə əsasən, buna görə cərimələr də iki dəfə artırılır.
İranda daha 125 nəfər koronavirusdan öldüİranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 125 nəfər vəfat edib.

Avrasiya.net xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İrandan koronavirusdan ölənlərin sayı 10364 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2456 yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 220180 nəfərə çatıb. İndiyədək xəstəlikdən 180661 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 2928 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.
Azay Quliyevdən koronavirusla bağlı konfransda QHT-lərə 10 təklifPrezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Pandemiya ilə mübarizədə Şuranın maliyyələşdirdiyi layihələrin rolu, ictimai qınaq və ictimai nəzarətin gücləndirilməsi” mövzusunda onlayn konfrans keçirir.

Şura sədri Azay Quliyev giriş sözü ilə konfransda çıxış edib. Onlayn konfrans hazırda davam etməkdədir.

Azay Quliyev Şuranın 2020-ci il qrant müsabiqəsi çərçivəsində 26 dövlət və digər qurumlarla birgə 429 QHT layihəsinin maliyyələşdirildiyini bildirib. Onlardan 363 təşkilatla SƏLİS müqavilə imzalanıb. 40 təşkilatın reyestrinin vaxtı bitdiyinə və bank hesabında problem olduğuna görə müqavilə bağlanmayıb. 24 təşkilatın sənədləri düzəliş mərhələsindədir. 290 təşkilatın layihəsi COVID-19 pandemiyası ilə mübarizə məqsədi ilə müvafiq istiqamət üzrə dəyişdirilib.

Onlardan:

• 161 QHT layihəsi birdəfəlik yardımlar (tibbi və ərzaq yardımı) edəcək.

• 129 təşkilatın layihəsində isə müxtəlif növ digər yardımlar nəzərdə tutulur. Saytın hazırlanması, kitab çapı, onlayn təlim və konfranslar, psixoloji və hüquqi yardımlar və sorğuların keçirilməsi planlaşdırılır. Bununla yanaşı TV verilişlər, əhaliyə kənd təsərrüfatında istifadə etmək üçün dərmanlar, toxum və gübrə, ağaç tingləri, arı yeşiklərinin verilməsi və s. müxtəlif növ yardımların göstərilməsi də nəzərdə tutulur.

Azay Quliyev çıxışında QHT sektoruna pandemiya ilə bağlı 10 təklif irəli sürüb:

1) QHT-lər tərəfindən təcili yardımların vətəndaşların çağırışına cavab vermə vəziyyətinin monitorinqi aparılmalı, müvafiq təchizatı və texniki imkanı olan QHT-lər “qaynar xətt” yaradaraq bu sahədə problemlər olduğu halda Operativ Qərargaha (OQ) məlumat verməlidir;

2) QHT-lər tərəfindən COVİD 19 testinin əlçatanlığının monitorinqi təşkil edilməli və müvafiq laboratoriyaların ünvanı və telefon nömrələri vətəndaşlara bildirilməlidir;

3) QHT-lər tərəfindən pandemiya, onun fəsadları, xəstələrin müalicəsi zamanı istifadə olunan dərmanlar haqqında mətbuatda yayılan dezinformasiyaların və ya əsassız məlumatların monitorinqi aparılmalı və belə halların qarşısının alınması üçün mütəxəssis rəyinin ictimaiyyətə təqdim olunması və zəruri hallarda OQ-ın məlumatlandırılması təşkil edilməlidir;

4) QHT-lər tərəfindən polis və həkimlərə ictimai dəstəyin gücləndirilməsi təmin edilməlidir;

5) QHT-lər tərəfindən ciddi karantin rejiminin tələblərinə, xüsusilə qoruyucu tibbi maskalardan istifadə, sosial məsafəyə və gigiyenik qaydalara əhalinin riayət etməsinə ictimai nəzarət gücləndirilməli və bu istiqamətdə yardım və maarifləndirmə tədbirləri artırılmalıdır;

6) QHT-lər tərəfindən karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlara, o cümlədən hüquqi şəxslərə qarşı ictimai qınağın tətbiqi yolları və metodları müəyyən edilməli və həyata keçirilməlidir;

7) QHT-lər tərəfindən risk qrupuna daxil olan əhali və ərazi ilə bağlı fəaliyyət daha da genişləndirilməli və bu istiqamətdə OQ-la müvafiq əməkdaşlıq qurulmalıdır;

8) QHT-lər tərəfindən dəstəyə ehtiyacı olan əhali qrupunu müəyyən etmək və onlara yardım göstərmək məqsədilə sosioloji sorğular keçirilməli, bu sorğularda vətəndaşların sosial yardımlara, tibbi xidmətlərə, distant təhsilə və məşğulluğa əlçatanlığının vəziyyəti və keyfiyyəti öyrənilməli və bu sahədə mövcud problemlər haqqında hesabat hazırlanıb hökumətə təqdim edilməlidir;

9) QHT-lər tərəfindən mətbuatla əlaqələr günün tələblərinə uyğun təşkil edilməli və görülən işlər haqqında ictimaiyyət davamlı olaraq məlumatlandırılmalı, pandemiya ilə mübarizədə ümummilli həmrəyliyin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilməlidır;

10) QHT-lər tərəfindən vətəndaşlara pulsuz hüquqi yardımların sayı və keyfiyyəti artırılmalı, vətəndaşların qanuni maraq və mənafelərinin qorunmasına köməklik gücləndirilməlidir.
Azay Quliyevdən koronavirusla bağlı konfransda QHT-lərə 10 təklif