Misir ordusu Türkiyə ilə üz-üzə gələ bilər? - ŞərhMisirin Liviyadakı hərbi konfliktə müdaxilə etməsi beynəlxalq hüquqa ziddir. Bu, suveren bir ölkənin BMT tərəfindən tanınan qanuni hökumətinə qəsd deməkdir. Rəsmi Qahirə belə bir riskə getməz. Gedəcəyi təqdirdə isə bunun bədəlini çox ağır şəkildə ödəyə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında siyasi ekspert Vüqar Zifəroğlu Liviya Milli Razılıq Hökumətinin Sirt və Əl Cufra şəhərini tutacağı təqdirdə Haftarın rəsmi şəkildə Misirdən Liviyadakı hərbi konfliktə müdaxilə etməyi istəyəcəyi barədə rəsmi açıqlamasını şərh edərkən deyib.

O bildirib ki, hər hansı formada və ya birbaşa yolla Misirin Liviyaya müdaxilə etməsi mümkünsüzdür: “Birincisi, Misir Sərrac hökumətini Liviyanın qanuni hökuməti olaraq tanıyır. İkincisi, nəinki Misir, istənilən bir ölkənin digərinin qanuni hökumətinin istəyi xaricində hər hansı bir hərbi müdaxiləsi qanunsuzdur. Üçüncüsü, Misirin hazırda Liviyaya hərbi müdaxilə etmək üçün kifayət qədər iqtisadi və hərbi potensialı yoxdur”.

Ekspertin sözlərinə görə, Haftarın Misirdən Liviyadakı hərbi konfliktə müdaxilə etməyi xahiş etməsi boş bir bəyanatdan başqa bir şey deyil:

“Haftar cəbhəsi birdən-birə belə bir açıqlama verməklə Türkiyəni və Sərrac hökumətini "hədələmək" istəyir. Ən azı bu yolla atəşkəsə razı salıb, yenidən gücünü toplamağa çalışır. Lakin bu, çox boş və mənasız bir bəyanatdır. Çünki bunun Türkiyə və Sərrac hökumətinəhər hansı bir təsir edəcəyini düşünmürəm. Türkiyənin Liviyada istənilən fors-major hallar üçün alterativ planı var. Digər tərəfdən Haftar özü də bilir ki, Misirin Liviyaya müdaxilə etməsi qeyri-qanunidir. Bu mənada bəyanat boş və səmərəsiz söz yığınından başqa bir şey deyil”.
Rusiyada keçmiş deputat azyaşlı oğlunu öldürüb, yerə betonladı — Dəhşətli qətlin TƏFƏRRÜATI - FOTORusiyanın Həştərxan vilayətində törədilən dəhşətli cinayətin üstü açılıb.

“RİA Novosti” bu barədə ölkənin hüquq-mühafizə orqanlarına istinadla xəbər verir.

Belə ki, martın 6-da 56 yaşlı Morozova soyadlı qadın polisə müraciət edərək oğlunun iki gün əvvəl evdən çıxdığını və bir daha qayıtmadığını deyib. Hadisədən üç ay sonra onun cəsədi böyük qardaşının evində, döşəmənin altında yerə betonlanmış vəziyyətdə tapılıb.

İstintaqın nəticələrinə görə, martın 4-də12 yaşlı oğlan evə gec gəlib. Onunla anası Morozova arasında münaqişə ikincinin uşağın başına qantellə vurması ilə sona çatıb. Zərbənin ağırlığından azyaşlı ölüb. Sonra qadın uşağın meyitini böyük oğlunun evinin döşəməsinə betonlayıb. Bununla yanaşı, uşağın ailəsi istintaqı yayındırmaq üçün onu evin qarşısında gördüklərini deyiblər.

Eyni zamanda, şübhəli aktiv şəkildə sosial şəbəkələrdə oğlunun axtarışı ilə məşğul olub və onu qınayanlara aqressiv reaksiya verib.

Cəsədin yerini böyük qardaşı növbəti ifadəsində təsadüfən deyib.
Ona qarşı ittiham irəli sürüləndə qadın cinayət silahının harada olduğunu deyib. Hüquq-mühafizə orqanı əməkdaşları çaydan içində metal qantel və uşağın mobil telefonu olan paket tapıblar.

Həştərxan vilayətinin İstintaq Komitəsi faktla bağlı cinayət işi başladıb. Morozova iki aylıq həbs edilib. O, törətdiyi əməli etiraf edib.

Qonşuların dediyinə görə, mərhumla anası çox zaman bir-biri ilə yola getməyiblər.

Qeyd edilir ki, Morozova siyasətlə məşğul olmaq üçün 2016-cı və 2017-ci ildə Regional Dumaya, 2019-cu ildə isə Həştərxan vilayəti qubernatoru vəzifəsinə namizədliyini irəli sürüb. O, “Ədalətli Rusiya” (Spravedlivoy Rossii) partiyasının üzvü olaraq, Rusiyada 2018-ci il prezident seçkilərində namizədliyini verib. Onun 2019-cu ildən partiyadan çıxdığı bildirilir.oxu.az

Yeddi aylıq uşaq qazanda boğuldu - FOTORusiyanın Leninqrad vilayətində yaşanıb qorxunc hadisə baş verib.

Publika.az Rusiya mətbuatına görə, iyunun 24-də polis bölməsinə kənd evlərinin birində mətbəxdə su qabının işində uşaq meyiti aşkarlandığıdair məlumat daxil olub.

Hadisə yerinə gələn polis uzunluğunun 30 sm qazanın içərisində yeddi aylıq uşaq meyiti aşkarlayıb.

İlkin ehtimallara görə, uşaq boğulub, ancaq dəqiq ölüm səbəbi ekspertizadan sonra məlum olacaq.

Uşağın valideynləri Özbəkistandan Rusiyaya köçüblər. Uşağın 29 yaşlı atasının sözlərinə görə, tarlada işləyirdi, 23 yaşlı ana isə həmin vaxt oğlu ilə olub, lakin 10 dəqiqəlik çıxıb.

Hər iki şəxs saxlanılıb. Valideynlərin qeydiyyat problemi var, uşağın isə ancaq doğum haqqında şəhadətnaməsi olub.

Hadisə ilə bağlı istintaq başladılıb.
Avropada koronanın yeni dalğası başladı - ÜSTAvropada bu həftə son aylarda ilk dəfə olaraq yeni növ koronavirusa yoluxma halında artım qeydə alınıb.

Axar.az xəbər verir ki, bu barədə ÜST-ün Avropa regional bürosunun direktoru Hans Klüqe məlumat yayıb.

H.Klüqenin Yutubda yayılan video-müraciətində bu arzulanmaz dinamikanın Avropanın 30 ölkəsində yaşandığı qeyd edilib. Bildirilib ki, 11 ölkədə virusun daha sürətlə yayılması müşahidə edilir.

“Əgər qarşısı alınmasa, bu Avropa ölkələrinin səhiyyə sistemi bir daha ağır zərbə alacaq”, - o deyib.

Klüqe qeyd edib ki, pandemiya ölkələrin məhdudiyyətləri ləğv etməsi ilə yenidən alovlana bilər.

“Avropanın bəzi ölkələrində bu təhlükə artıq realdır”.

Onun sözlərinə görə, avropalılar sosial məsafə saxlamaqda və tibbi maska taxmaqda daha məsuliyyətli olublar.
Xüsusi karantin rejimi: nələr dəyişdi? – 3 məqamXəbər verdiyimiz kimi, Nazirlər Kabinetinin 25 iyun tarixli 220 nömrəli qərarı ilə 19 iyun tarixli 208 saylı qərara dəyişikliklər edilib.

Avrasiya.net xəbər verir ki, dəyişikliklər 3 hissədən ibarətdir.

Birinci dəyişiklik ondan ibarətdir ki, vətəndaşlar evdən çıxmaq üçün təkcə SMS vasitəsi ilə deyil, həm də E-TƏBİB mobil tətbiqindən istifadə edərək icazə ala biləcəklər.

İkinci dəyişiklik ondan ibarətdir ki, Nazirlər Kabinetinin 208 nömrəli qərarının əlavəsində fəaliyyətinə icazə verilmiş aşağıdakı sahələrdə işçilərin 50 faizinin işə çıxmasına icazə verilir. Bunlar (208 saylı Qərarın əlavəsindəki sıralamaya əsasən):

4.4. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı;

4.11. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri;

4.12. mühəndislik və layihələndirmə xidmətləri;

4.14. qablaşdırma məhsullarının istehsalı;

4.15. daş, metal və taxta məhsullarının istehsalı;

4.16. mebel istehsalı və təmiri;

5.4. zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri;

5.5. tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri;

5.6. onlayn satışlar.

6.2. kimyəvi təmizləmə;

6.3. mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi;

6.4. avtomobillərin təmiri;

6.5. avtomobil yuyulma məntəqələri;

6.6. heyvan sığınacaqları;

9.2. tərcümə xidmətləri.

Üçüncü dəyişiklik isə odur ki, yuxarıda göstərilən 15 sahə üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır.

Paşinyana vaxt qoyuldu: Bu tarixdə getməlisən!Ermənistan Baş naziri Nikol Paşinyan faktiki olaraq küncə sıxılıb. Bir zamanlar əldə etdiyi xalq dəstəyi indi onun özünə qarşı yönəlib. Son zərbəni isə Daşnaksütyun, Çiçəklənən Ermənistan və Vətən partiyalarının liderləri vura bilər.

Bu sözləri Axar.az-a açıqlamasında ermənişünas alim İsmayıl Tanrıverdi Ermənistanın Daşnaksütyun, Çiçəklənən Ermənistan və Vətən partiyalarının görüşünü şərh edərkən deyib.

İ.Tanrıverdi vurğulayıb ki, Ermənistanda vəziyyət olduqca pisdir:

“Ermənistanın Daşnaksütyun, Çiçəklənən Ermənistan və Vətən partiyalarının liderləri görüş bunu bir daha təsdiqləyir. Düzdür, partiya liderləri görüşdə ölkədəki konstitusion nizamın bərpasını müzakirə etdiklərini bildirsələr də, şübhəsiz, bu görüşün pərdəarxası məqamları var".

İ.Tanrıverdinin sözlərinə görə, partiya liderləri Paşinyaya qarşı vahid mübarizə aparmaq qərarına gəlib:

"Əslində, belə bir mövqe gözlənilirdi. Çünki Ermənistanın daxilində problemlər sürətlə artır. Belə ki, mövcud koronavirus pandemiyası ölkədə qarşısıalınmaz bir vəziyyətə gəlib çatıb. Yəni Paşinyan özü də açıq şəkildə bildirdi ki, pandemiya ilə mübarizədə acizik.

Digər tərəfdən, ölkədə Paşinyan administrasiyasının qalmaqallı siyasi həbsləri və deputat Qagik Çarukyanın həbs edilməsi ilə bağlı səylər göstərməsi onun siyasi prestijinə ciddi zərbə vurub. Faktiki olaraq xalq Paşinyandan bezib. Təsadüfi deyil ki, xalq artıq müxalifət cəbhəsindən Paşinyana öz istəyi ilə hakimiyyətdən getməsini məsləhət görür. Erməni ekspertlərin bir çoxu da payıza qədər Paşinyanın ya öz istəyi, ya da erməni xalqının təşəbbüsü ilə hakimiyyətdən gedəcəyini vurğulayır. Bu mənada Daşnaksütyun, Çiçəklənən Ermənistan və Vətən partiyaları liderlərinin bu görüşü həm də Paşinyana bir gözdağı vermək üçün idi. Tərəflər faktiki olaraq Paşinyanın hakimiyyətdən getməsi üçün ilk addımı atmış oldu".
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTOBirinci vitse-prezident Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Avrasiya.net-in məlumatına görə, Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində edilən paylaşımda deyilir:

"Ölkəmizin bütün hərbi qulluqçularını və veteranlarını təbrik edirəm! Hər kəsə möhkəm cansağlığı, Vətənimizə - sülh və əmin-amanlıq arzulayıram!"
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
102 yaşlı Azərbaycan Silahlı QüvvələriBu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 102 il ötür.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa ordu biliciləri Azərbaycanda ordu quruculuğunda mühüm islahatlar həyata keçiriblər. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb.

Azərbaycanda müasir ordu quruculuğuna isə ötən əsrin 70-ci illərindən başlanıb. 1969-cu ildə Heydər Əliyev ölkədə haklimiyyətə gəlməklə milli zabit kadrlarının hazırlanmasını hədəf seçib və bununla da Azərbaycanda ordu quruculuğuna start verilib. Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb açılıb. Görülən işlər gənclərin həmin məktəbə, habelə ölkədən kənardakı hərbi məktəblərə cəlb olunması Azərbaycan üçün peşəkar kadrların hazırlanması işinə böyük təkan verib. 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb. Hazırda Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə, Cənubi Qafqazda ən güclü dövlət hesab olunur. Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir.

1998-ci il mayın 22-də Prezident Heydər Əliyevin imzaladığı fərmanla Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpasında mühüm addım atıldı və 26 İyun Silahlı Qüvvələr Günü elan olunub. Hazırda Azərbaycan ordusu Cənubi Qafqazın ən güclü ordusudur.

Qeyd edək ki, 2011-ci il iyunun 26-da Bakıda Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi, 2013-cü ildə isə Silahlı Qüvvələr Gününün 95 illiyi, 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 ilə münasibətilə hərbi parad keçirilib.