Gömrük Komitəsinin şöbə rəisi həbs OLUNDUÖlkə başçısı tərəfindən gömrük sistemində aparılan islahatların əsas hədəflərindən biri də şəffaflığın təmin olunması, korrupsiya hallarının tam aradan qaldırılmasıdır. Gömrük sahəsində şəffaflığın təmin edilməsi, korrupsiyaya qarşı mübarizənin aparılması, bu sahədə yol verilmiş qanun pozuntularının qarşısının alınması istiqamətində Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir. Dövlət Gömrük Komitəsi və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının birgə gerçəkləşdirdikləri növbəti uğurlu əməliyyat tədbiri nəticəsində daha bir gömrük əməkdaşının qanunsuz əməli ifşa olunub.

Bu barədə Avrasiya.net-ə DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Bildirilib ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Tranzit şöbəsinin rəisi vəzifəsində çalışan Ceyhun Babayevin qanunsuz hərəkətləri barədə əməliyyat məlumatı daxil olub və bununla əlaqədar olaraq sözügedən hüquqazidd əməlin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilib. Belə ki, qüvvədə olan cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq hazırlanan cinayət haqqında məlumat gömrük orqanları tərəfindən istintaq aidiyyəti üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib. Nəticədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və DGK Əməliyyat və İstintaq Baş İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb. Birgə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ceyhun Babayev daşıma fəaliyyəti ilə məşğul olan "Gate Est Group" MMC və "İnterlogistics" MMC-nin səlahiyyətli nümayəndəsindən MMC-lərə məxsus malların tranzit gömrük rəsmləşdirilməsinin tezləşdirilməsi müqabilində rüşvət kimi tələb etdiyi hər avtomaşına görə 50 ABŞ (85 manat) dolları olmaqla, ümumilikdə isə 15 avtomaşına görə 750 ABŞ dolları (1275 manat) məbləğində pulu 23 iyun 2020-ci il tarixdə alarkən cinayət başında prokurorluq və gömrük orqanlarının əməkdaşları tərəfindən yaxalanıb.

Faktla bağlı cinayət işi başlanılaraq Ceyhun Babayeva Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsində nəzərdə tutulmuş ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, gömrük sistemində şəffaflığın təmin olunması, korrupsiya hallarının tam aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlər mütəmadi xarakter daşıyır və aşkar edilən bütün hüquqazidd əməllər barədə ictimaiyyət məlumatlandırılacaq.
  Hindistan Çin və Pakistanla savaşa hazırlaşırHindistan Rusiyadan MiQ-29 və Su-30MKİ təyyarələri, eləcə də S-400 sistemlərini qısa müddət ərzində əldə etmək istəyir.

Axar.az xəbər verir ki, bu məlumatı “Kommersant” qəzeti öz mənbələrinə istinadən yayıb.

Məlumata görə, Hindistan bu silahlarla Pakistan və Çindən gələn təhdidləri neytrallaşdırmaq niyyətindədir.

Mənbə Çin və Pakistanın da hazırda hərbi hava qüvvələrini sürətlə modernləşdirmək istədiyini bildirib.

Hindistan konflikt başlayacağı halda məhz Rusiyadan aldığı silahlar sayəsində düşmənin havadakı üstünlüyünü yox edəcəyini düşünür.

ABŞ İrana qarşı sanksiyaları genişləndirdiABŞ İrana qarşı sanksiyalar siyahısını genişləndirib.

Avrasiya.net xəbər verir ki, bu məlumatı ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi yayıb.

Vaşinqton 8 hüquqi şəxsi antiiran sanksiyaları siyahısına daxil edib. Siyahıya daxil edilənlərin təkcə İran yox, BƏƏ, Çin və Almaniyadan da olduğu bildirilib.
Ermənistanda daha 759 yoluxma, 13 ölümErmənistanda daha 759 nəfərdə koronavirus (COVID-19) aşkarlanıb, 13 nəfər virusdan ölüb.

Avrasiya.net xəbər verir ki, bununla da ölkədə infesiyaya yoluxanların ümumi sayı 23 247-yə, vəfat edənlərin sayı isə 410-a yüksəlib. Yoluxanlardan 12 149-u sağalıb, 10 688 nəfərin müalicəsi davam edir.

Qeyd edək ki, Ermənistan dünyada koronavirusun ən çox yayıldığı 48-ci ölkədir.


Moskvada Azərbaycan Silahlı Qüvvələrinin 102 yaşı qeyd edilib - Fotolar25 iyun 2020-ci il tarixində Moskvada Azərbaycan Respublikasının Silahli Qūvvələrinini yaranmasının 102-ci ildönümünə həsr olunan tədbir kecirilib.

Tədbiri giriş sözü ilə Moskva şəhər Mūharibə Veteranlari Klubunun Prezidenti, PATRIOT TV kanalinin baş redaktoru, Qarabag qazisi, ehtiyatda olan polkovnik-leytenant Ceyhun Əliyev açıb.

Tədbirdə Azərbaycan Respublikasinin Dövlət himni səsləndirilib və şəhidlərimizin ruhu bir dəqiqəlik sūkutla yad edilib.

Ceyhun Əliyev çıxışını davam etdirərək tədbir iştirakçılarına Azərbaycan Ordusunun yaranma tarixindən və şanli döyüş yolundan məlumat verib.

Tədbirdə çıxış edən Moskva ş. QID-nin Ocaqovo-Matveyevsk rayonu üzrə AMMM sədri Əli Kazimov, Ximki ş.AMMM-in sədri, deputat Xanoglan Əliyev, Qarabag qaziləri Ədalət Zeynalov, Nazim Abdullayev, Yaşar Cəfərov, diaspora fəalları Raqib Bayramov, Elxan Rustamov, Ilqar Məmmədov, Kamil Qurbanov, Gənclər təşkilatinin rəhbəri Araz Mehtiyev bir daha Ordumuzun qüdrətindən və yaxin zamanlarda işğal altında olan torpaqlarımızın işgaldan azad olunmasına hazır olmalarını arzulayıblar.

Tədbirin sonunda Ceyhun Əliyev bu tədbirin keçirilməsində təşkilatı dəstəyə görə Moskva ş.QID-nin Ocaqovo-Matveyevsk rayonu üzrə AMMM sədri Əli Kazımova və Ximki ş. AMMM sədri Xanoglan Əliyevə qarabag qaziləri adından minnətdarlığını bildirib.
Moskvada Azərbaycan Silahlı Qüvvələrinin 102 yaşı qeyd edilib - Fotolar
Moskvada Azərbaycan Silahlı Qüvvələrinin 102 yaşı qeyd edilib - Fotolar
Moskvada Azərbaycan Silahlı Qüvvələrinin 102 yaşı qeyd edilib - Fotolar
Moskvada Azərbaycan Silahlı Qüvvələrinin 102 yaşı qeyd edilib - Fotolar
Moskvada Azərbaycan Silahlı Qüvvələrinin 102 yaşı qeyd edilib - Fotolar
Moskvada Azərbaycan Silahlı Qüvvələrinin 102 yaşı qeyd edilib - Fotolar
Moskvada Azərbaycan Silahlı Qüvvələrinin 102 yaşı qeyd edilib - Fotolar
“Şanlı Azərbaycan Ordusu xalqın güvənc yeri, qürur mənbəyidir”Hikmət Şikarov
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri

İyunun 26-sı - Azərbaycan Silahlı Qüvvələrinin yaradıldığı gün ölkəmizdə ümumxalq bayramı kimi təntənəli şəkildə qeyd edilir. Bu günün bayram kimi tarixiləşməsinin müəllifi müasir Azərbaycan Ordusunun qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Onun 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan edildi. Ulu öndərin bu Fərmanı tarixi həqiqətin və Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası istiqamətində çox mühüm sənəddir.

Ordu hər bir dövlətin və xalqın təhlükəsizliyinin qarantıdır və əsasını təşkil edir. Sirr deyil ki, Azərbaycanın zəngin dövlətçilik tarixində güclü ordunun yaradılması hər zaman prioritet məsələlərdən olub. O da bəllidir ki, müasir Azərbaycan dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olsa da, vahid komandanlığa əsaslanan nizami və mütəşəkkil, ən əsası, müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı təhdidin qarşısını almağa qadir ordunun yaradılması ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Bu mənada, fəxrlə deyə bilərik ki, ulu öndərin rəhbərliyi ilə dövlətçilik ənənələrimizə söykənərək 1993-cü ildən ölkəmizdə həyata keçirilən dövlət quruculuğunun ən şərəfli və parlaq səhifələrindən biri bu gün artan və qüdrətlənən gücü ilə qürurlandığımız Azərbaycan Ordusudur. Bu gün iqtisadi inkişafa görə dünyada öncül yerdə olan ordumuz da bu tərəqqiyə uyğun şəkildə inkişaf edir.

Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev çıxışlarının birində demişdir ki, müasir mütəşəkkil ordu yaradılması Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük tarixi xidmətlərindən biri olub. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir bir ordudur. Azərbaycan Silahlı Qüvvələri bu gün müasir texnika ilə təchiz edilib, Vətənin müdafiəsinə daim hazır olan yüksək nizam - intizama malik bir quruma çevrilib. Azərbaycan Prezidentinin hərbi qulluqçuların təltif edilməsi və Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin aylıq vəzifə maaşlarının artırılması barədə imzaladığı sərəncamlar Silahlı Qüvvələrin şəxsi heyətini daha qətiyyətli, Vətənin müdafiəsi işində daha əzmkar və ayıq-sayıq olmağa ruhlandırır.

Cənab İlham Əliyevin bəyan etdiyi kimi, ordunun gücləndirilməsi daim prioritet məsələdir. Ümumiyyətlə, son illər bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da möhtəşəm uğurlarla əlamətdardır. Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi qətiyyətli, düşünülmüş siyasəti nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü iqtisadiyyatına və modern ordusuna sahibdir. Bu gün dünya reytinqində də ən güclü ordular sırasında yer alan Silahlı Qüvvələrimiz eyni zamanda dünya hərb sənayesinin ən son yenilikləri olan silah - sursat Azərbaycan Ordusunun arsenalında yer alır. Cənab İlham Əliyev sistemli şəkildə təmas xəttində, səngərlərdə olur, əsgərlərlə görüşür, onları təltif edir, durumları ilə maraqlanır. Bunlar həm orduda böyük ruh yüksəkliyi doğurur, həm də onun daxilində olan məsələləri öyrənib problemlərin dərhal həll olunmasına şərait yaradır. Bütövlükdə ordu - rəhbər birliyi, ordu - xalq vəhdəti özünün yüksək səviyyədə həllini tapır.

Məhz Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli və möhkəm iradəsinə söykənmiş siyasəti nəticəsində 2016-cı ildə Lələtəpə zəfəri, habelə 2017-ci ildə Günnüt qələbəsi qazanıldı, düşmən sarsıdıcı zərbələr alaraq geri çəkilməyə məcbur oldu, işğal altındakı torpaqlarımızın müəyyən bir hissəsi azad edildi: “Məhz bu gün Şanlı Ordumuzun qarşısında duran əsas vəzifə odur ki, cənab Ali Baş Komandan əmr verəcəyi təqdirdə, torpaqlarımız müharibə yolu ilə işğaldan azad edilsin: “Çünki Azərbaycan Ordusu müstəqilliyimizi əbədi qorumaq, ərazi bütövlüyümüzü bərpa etmək gücündə və qüdrətindədir. Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir. Buna görə də biz ordumuza güvənirik, ordumuzu sevirik və hər zaman da onun arxasındayıq”.
Rusiya koronavirusun daha bir dərmanını tapdıRusiyanın Səhiyyə Nazirliyi Covid-19-un müalicəsi üçün daha bir preparatı dərman vasitələrinin dövlət reyestrində qeydiyyata alıb.

Publika.az “RİA Novosti”yə istinadla xəbər verir ki, dərmanın ticari adı “Areplivir”dir. Onun beynəlxalq qeyri-mülkiyyətçi və ya qruplaşdırma və ya kimyəvi adı "Favipiravir" dir.

Dərmanı “Promed” şirkəti həblər şəklində istehsal edir. “Areplivir”i yalnız xəstəxana şəraitində istifadə etmək olar.

Bildirək ki, i, dərmanın heyvanlar üzərində təcrübəsi onun koronavirusu 5-6 gün ərzində məhv etdiyini göstərib.

“Areplivir”dən əvvəl Rusiyada koronavirus əleyhinə “Avifavir” dərmanı qeydiyyata alınıb.


Bəhram Bağırzadədən yeni XƏBƏR VARBəhram Bağırzadənin vəziyyətində ciddi dəyişiklik baş verməyib.

Bunu Modern.az-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

Onun sözlərinə görə, əməkdar artıstin vəziyyəti ağır olaraq qalır: "Bəhram Bağırzadənin vəziyyəti əvvəlki kimi süni ventilyasiya və ECMO aparatlarına qoşulu vəziyyətdədir. Lakin son günlər istər ağciyər toxumasının vəziyyətində, istərsə də labarator göstəricilərdə müəyyən yaxşılaşma qeyd edilir".

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.
ÜST 11 ölkəni “risk qrupu”na aid etdi – Siyahıda Azərbaycan da varAvropada karantin rejimini yumşaldan 30 ölkədə koronavirusun sürətlə yayılması halı müşahidə olunur.

Avrasiya.net xarici xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun direktoru Hans Klüge açıqlama verib. O, Avropada gündəlik 20 min yoluxma və 700 ölüm faktının olduğunu deyib.

“Son 2 həftədə 30 ölkədə yoluxma hallarının sürətlə artması müşahidə olunur. 11 ölkədə sürətli yoluxma çox ciddi problemlərə yol açıb və ciddi tədbilər görülməzsə, Avropa səhiyyə sistemini dağıtmaq təhlükəsi qarşısında qoya bilər”.

ÜST təhlükə zonasında olan 11 ölkənin Ermənistan, İsveç, Şimali Makedoniya, Qazaxıstan, Qırğızıstan, Albaniya, Bosniya və Hersoqovina, Qırğızıstan, Ukrayna, Kosovo və Azərbaycan olduğunu açıqlayıb. ÜST Almaniya və Portuqaliyada təkrar yoluxma hallarından narahatlıq ifadə edib. Digər tərəfdən, Polşa, İspaniya və İsraili virusa operativ reaksiya verdiyi üçün alqışlayıb.

Epidemioloqlar Braziliya, ABŞ və Avstraliya kimi ölkələrdə qışın gəlişi ilə virusla bağlı situasiyanın gərginləşməsindən narahatlıq ifadə olunub.