İlham Əliyev Mingəçevirə getdiAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 25-də Mingəçevir şəhərinə səfərə gedib.

Avrasiya.net xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Mingəçevir şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
“Narkomaniyaya yox deyək!” mövzusunda onlayn rəsm müsabiqəsi yekunlaşıbSiyəzən Rayon Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi və Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 8 – 25 iyun tarixlərdə yeniyetmə və gənclər arasında “Narkomaniyaya yox deyək!” mövzusunda keçirilən onlayn rəsm müsabiqəsinə yekun vurulub. 26 İyun “Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə günü”nə həsr olunmuş müsabiqədə 30-dan çox yeniyetmə və gənc iştirak edib.

Müsabiqə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.2.1. yarımbəndinin və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın icrasının təmin olunması, narkomaniyanın fəsadları haqqında yeniyetmə və gənclərdə düzgün təsəvvürlərin formalaşdırılması, bu sahədə aparılan maarifləndirmə işlərinin genişləndirilməsi, yeniyetmə və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkili, habelə istedadlı yeniyetmə və gənclərin üzə çıxarılması məqsədi daşıyıb.

Münsiflər heyətinin qərarına əsasən yeniyetmələr arasında Hüseynli Rəfiqə I, Məmmədli İsmayıl II, Muradov Xoşbəxt və Nəzərova Nargilə III yerə layiq görülüblər. Gənclər arasında isə Əmirova Leyla I, İsmayılova İlkay II, Mayılova Aydan və Zeynalova Rəqsanə III yeri tutublar. Müsabiqənin qalibləri onlayn olaraq fəxri fərmanlarla təltif ediliblər.
“Narkomaniyaya yox deyək!” mövzusunda onlayn rəsm müsabiqəsi yekunlaşıb
“Narkomaniyaya yox deyək!” mövzusunda onlayn rəsm müsabiqəsi yekunlaşıb
“Narkomaniyaya yox deyək!” mövzusunda onlayn rəsm müsabiqəsi yekunlaşıb
“Narkomaniyaya yox deyək!” mövzusunda onlayn rəsm müsabiqəsi yekunlaşıb
#evdəqal #Bizbirlikdəgüclüyük #məsafəsaxla #narkomaniyayayoxdeyək #SiyəzənGİİ #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz
Bu əlamətlərdən biri varsa, təcili koronavirus testindən keçinDünyada koronavirusa yoluxanların sayı artıq 10 milyona yaxınlaşır, 500 minə yaxın insan isə virus səbəbindən həyatını itirib.

Avrasiya.net xəbər verir ki, pandemiyanın yayılmağa başlamasından artıq yarım ildən çox bir vaxt keçsə də, hələ də dünya elmi yeni virus qarşısında acizdir.

Virusun orqanizmdən asılı olaraq fərqli simptomlarla özünü göstərməsi isə vəziyyəti bir az daha qəlizləşdirir.

Virusa yoluxmuş bəzi şəxslərdə heç bir əlamətlər və ya özünü pis hiss etmə halı müşahidə olunmur. Əksər insanlarda (təxminən 80%) xəstəlik xüsusi müalicə tələb olunmadan, sağalma ilə başa çatır.

Açıqlamalarda hər gün yüzlərlə asimptomatik şəxslərin test nəticələrinin müsbət olmasına dair məlumatlar yer alır.

Bütün bunlara baxmayaraq bir neçə nüans var ki, artıq onları COVIID-19-un ilkin əlamətləri hesab etmək olar. Bunlar aşağıdakılardır:

Temperatur
Qanda oksigen faizinin azalması (90% altına düşməsi)
Baş, boyun ağrısı
Oynaqlarda ağrı
Quru öskürək (sinəni deşən şəkildə)
Qarın ağrısı
Dad və ya iyitmə

Hazırda həkimlər davamlı quru öskürəyə fikir verməyi və şübhəli hal yarandıqda hərarətin mütəmadi olaraq ölçülməsini tövsiyə edirlər.

Bu əlamətlərdən hər hansı biri sizdə varsa, mütləq koronavirus testindən keçmək üçün Təcili Tibbi Yardıma müraciət etməlisiz.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) virusun inkubasiya dövrünün 14 günə qədər davam etdiyini bildirir.
Ramiz Mehdiyev iş saatını DƏYİŞDİRDİAMEA prezidenti, akademik Ramiz Mehdiyev “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının iş rejimində məhdudiyyətlərin tətbiq edilməsi haqqında” Sərəncam imzalayıb.

Avrasiya.net xəbər verir ki, sərəncama əsasən, AMEA-nın elmi müəssisə, təşkilat və xidmətlərində karantin rejimi müddətində işçilərin onların ümumi sayının 20 faizindən çox olmamaq şərti ilə həftələr üzrə qrafik müəyyən edilməklə növbəlilik qaydasında işə cəlb edilməsinə icazə verilir.

Sənəddə, həmçinin iş rejiminin saat 10:00-dan 19:00-dək müəyyən olunması və yaşı 65-dən yuxarı olan işçilərin işə cəlb edilməsinə yol verilməməsi qeyd olunub.

Sərəncamda işə cəlb edilmiş işçilərin “COVID-19” infeksiyası ilə bağlı sanitar-epidemioloji qaydalara və karantin şəraitinin tələblərinə ciddi riayət etmələrinin təmin edilməsi, eləcə də yay mövsümü üzrə əmək məzuniyyəti qrafikinə uyğun olaraq işçilərə əmək məzuniyyətinin verilməsinin həyata keçirilməsi də əksini tapıb.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 19 iyun tarixli qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün sözügedən şəhər və rayonların ərazisində 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilib.
"İran və Azərbaycan sərhədləri sülh və dostluq sərhədləridir"Avrasiya.net xəbər verir ki, İran İslam Respublikasının Sərhəd Qoşunlarının komandiri general Əhməd Əli Qudərzi Nəmin şəhərində İran-Azərbaycan sərhəd-buraxılış məntəqələrinə baxış zamanı bildirib ki, İran və Azərbaycan sərhədləri sülh və dostluq sərhədləridir və iki qonşu ölkənin müştərək sərhəddində heç bir problem yoxdur.

General qeyd edib ki, uzun illər ərzində iki ölkə arasında sərhədlə bağlı hər hansı bir xüsusi məsələ yaranmamış və hər iki tərəf bağlanmış müqavilələrə riayət etmişdir: "Ərdəbil əyalətində də sərhədlə bağlı problem yoxdur. Ərdəbil regionu təhlükəsiz regiondur. Ölkənin hər yerində sərhədçilərin sayıqlığı və səyləri nəticəsində İran İslam Respublikasının sərhədləri tam təhlükəsiz vəziyyətdədir".
Zakir Həsənov şəxsi heyəti təbrik etdiMüdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun yaradılmasının 102 illiyi münasibətilə şəxsi heyəti təbrik edib.

Avrasiya.net xəbər verir ki, təbrikdə deyilir:

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki əməkdaşlar!

Sizi Azərbaycan Ordusunun yaradılmasının 102-ci ildönümü münasibəti ilə səmimi qəlbdən təbrik edir, Azərbaycanın dövlət müstəqilliyinin qorunması, ərazi bütövlüyünün təmin edilməsi naminə çətin və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

Azərbaycan Ordusunda vahid komandanlığın yaradılması və ordumuzun nizami ordu kimi formalaşması ümummilli lider Heydər Əliyevin bu sahədə apardığı siyasətin uğurla davam etdirilməsinin nəticəsidir. Ən müasir texnika və avadanlıqlarla təchiz edilən, aparılan genişmiqyaslı islahatlardan bəhrələnən ordumuz dünyanın ən güclü orduları sırasında layiqli yerini tutub. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ordumuzun maddi-texniki təminatı daha da gücləndirilib, ən müasir hərbi şəhərciklər salınıb, zəruri olan bütün hərbi infrastruktur yaradılıb.

2016-cı ilin aprelində Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində və 2018-ci ildə Naxçıvanda Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar nəticəsində düşmən işğalında olan torpaqlarımızın bir hissəsinin və strateji əhəmiyyətli yüksəkliklərin azad olunması bir daha ordumuzun gücünü nümayiş etdirdi. Azərbaycan Ordusunun yubiley tarixlərində keçirilən möhtəşəm paradlar da ölkəmizin müdafiə qabiliyyətinin, hərbi potensialının daha da güclənməsinə bariz nümunədir.

Şəhid ailələri, müharibə veteranları və əlilləri, eləcə də hər bir hərbi qulluqçu Azərbaycan Prezidentinin diqqət və qayğısı ilə əhatə olunub. Dövlət başçısının fərmanına əsasən orduda xidmət edən hərbi qulluqçular xidməti və daimi mənzillərlə təmin olunur, hərbi qulluqçuların maddi, sosial-məişət, xidməti şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra da uğurla davam etdirilməsinə zəmin yaradılıb.

Bu bayram günündə Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir, Vətən uğrunda sağlamlığını itirən hərbçilərimizə, onların ailə üzvlərinə, veteranlarımıza səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Əminliklə bildirirəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və Nizamnamələrə daim sadiq qalaraq yeni qələbələr qazanmaq üçün siz döyüş və mənəvi-psixoloji hazırlığınızı, səy və bacarıqlarınızı daha da artıraraq Ali Baş Komandanın döyüş əmrini yerinə yetirəcəksiniz.

Bir daha hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, şərəfli xidmətinizdə uğurlar arzulayıram.

Bayramınız mübarək olsun!"
F-35-in tədarükü dayandırıldı: Hər an partlaya bilər“Lokid Martin” (Lockheed Martin) şirkəti F-35 təyyarələrinin ABŞ Hərbi Hava Qüvvələrinə tədarükünü dayandırıb.

Axar.az xəbər verir ki, buna səbəb yanacaq çəninin vurulması və ya şimşək çaxması zamanı baş verəcək partlayışın qarşısını almaq üçün istifadə edilən sistemdə yaranan qüsur olub.

24 ədəd F-35A qırıcısının 14-də bu qüsurlar aşkar edilib.

Şirkət təyyarələrin partlamayacağına zəmanət vermədiyi üçün uçuşlara məhdudiyyət qoyulmasını təklif edib.
Təhsil şöbəsinin müdiri koronavirusa yoluxubMingəçevir şəhər Təhsil şöbəsinin müdiri koronavirusa yoluxub.

Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədovun koronavirusun müəyyən olunması üçün verdiyi testin nəticəsi pozitiv çıxıb.

Sahib Məmmədov APA-ya açıqlamasında faktı təsdiqləyib.

Koronavirus testinin nəticəsinin iyunun 22-də açıqlandığını, nəticənin pozitiv çıxdığını deyən S. Məmmədov vəziyyətinin o qədər də pis olmadığını bildirib: “İndiyədək evdə müalicə olunsam da, xəstəxanaya müraciət etməyi düşünürəm. Hazırda vəziyyətim o qədər də pis deyil”.
Ordumuzla fəxr edirikFuad Əliyev
Azərbaycan Liberal Demokrat Partiyasının sədri

26 iyunu Azərbaycan Silahlı Qüvvələrinin yaranma günü kimi qeyd edirik. Azərbaycan Xalq Cümhuriyyəti dönəmidə 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa müddətdə 25 minlik Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf yerləri erməni-bolşevik işğalından xilas etdi.

Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi generalları var idi. Tarixi varislik ənənəsinə uyğun olaraq Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra 9 oktyabr tarixində Azərbaycan ordusunun ilk paradı keçirilmişdi. Dünən isə Moskva şəhərində ordumuzun bir hissəsi Qələbə paradında iştrak etdi. Bizim əsgər və zabitlərimiz digər iştrakçılardan fərqlənirdilər. Onlara baxında qürur hissi keçirdim.

Biz fəxr edirik ki, bizim Mübariz İbrahimov, Albert Aqarunov kimi şəhid olan yüzlərlə Milli qəhramanlarımız var. Biz fəxr edirik ki, Vaqif Həsənov kimi minlərlə Daxili İşlər Nazirliyinin əməkdaşları işğalda olan torpaqları azad etmək üçün şəhid olublar. Biz fəxr edirik ki, Fuad Rzayev və onun rəhbərlik edən “Qurtuluş” kimi yenilməz batalyon olub. Biz 2016-cı ildə aprel düyüşlərində fədakarlıq göstərən əsgər və zabitlərimizlə fəxr edirik.

Bu gün rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsiylə bağlı danışıqlar prosesində sonadək təmkinlə iştirakının tərəfdarıdır. Mən isə hesab edirəm ki, artıq bu danışıqlara son qoyulmalıdır və ordumuz torpaqlarımızı erməni separatçılardan azad etmək üçün anti-terror əməliyyatına başlamalıdır. Ermənilər bilməlidirlər ki, torpaqlarımız istər sülh, istərsə hərb yolu ilə azad olunacaq. Nə 5 il, nə 15 il, nə 100 il, nə də 300 ildən sonra Dağlıq Qarabaq Azərbaycandan ayrılmayacaq.

Mən əsgər və zabitlərimizi Ordu günü münasibətilə təbrik edirəm. Tanrı sizi və Vətənimizi qorusun!
Kərəm Həsənovun bu kadrları işdən çıxarıldıİqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Xidmətinin rəis vəzifəsini icra edən Mətin Eynullayev sabiq sədr Kərəm Həsənovun kadrlarını işdən çıxarıb.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, Dövlət Əmlak Xidmətinin Maliyyə şöbəsinin rəisi Ənnağı Cənnətov, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin rəisi Zəfər Abdulov, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin rəisi Hikmət Mustafayev, Torpaq Agentliyinin rəisi Muhamma Heratiyev tutduğu vəzifələrindən azad olunublar.