Ermənistandan Kəlbəcərin mərkəzinə birbaşa yol çəkilirErmənilər işğalda saxladıqları Kəlbəcər rayonuna Ermənistandan yol çəkilişinə başlayıblar.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, 18 kilometr uzunluğunda yol Vardenis-Ağdərə yolu ilə Kəlbəcərin rayon mərkəzini birləşdirəcək.

Ermənistanın Qeqarkunik vilayətindən Zod aşırımından keçməklə Kəlbəcərə çəkilən yolun asfaltlaşdırılmasına və yol kənarında səkilərin quraşdırılmasına Paşinyan hökumətinin 5 milyon dollar ayırdığı xəbər verilir.

Yeni yol Ermənistandan işğal altındakı Kəlbəcər rayonuna süni məskunlaşdırma siyasətini stimullaşdırmağa və yolun ətrafında yerləşən kəndlərin sosial-iqtisadi inkişafına dəstək məqsədi daşıyır. Yeni yol hərbi əhəmiyyətə də malik olacaq.
İrandan atəş açıldı: türk əsgəri şəhid olduTürkiyə Silahlı Qüvvələrinin bir əsgəri şəhid olub.

Avrasiya.net xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Türkiyə ordusunun əsgəri Hakkari/Yüksekova sərhəd bölgəsində həyata keçirilən kəşfiyyat və nəzarət fəaliyyəti zamanı İran istiqamətindən açılan atəş nəticəsində yaralanıb. Təcili şəkildə xəstəxanaya çatdırılsa da, həkimlərin bütün müdaxilələrinə baxmayaraq şəhid olub”, - məlumatda bildirilib.
İsanın bütün heykəlləri sökülsün - Keşiş“Blək Lives Matter” hərəkatının aktivisti və keçmiş keşiş Şon Kinq İsa Məsihin Avropa heykəlini sökməklə bağlı çağırış edib.

Axar.az xəbər verir ki, Kinq bu sözləri öz Tvitter səhifəsində paylaşıb.

Onun sözlərinə görə, Məsihin ağ rəngdə təqdim edilməsi, ağ irqin üstünlüyünü təqdim etmə formasıdır:

“Belə addımları Məsihin bütün görüntülərinə qarşı təqdim etmək lazımdır. İsanın ailəsi gizlənmək və yerli əhali arasına qarışmaq istəyəndə onların haraya yollandığını tapın. Misirə! Danimarkaya yox! Heykəlləri sökün”.

Şon Kinq İsa Məsihin dərisinin rənginin tünd olduğunu və onda neqroid irqinin çalarlarının olduğunu bildirib.
ABŞ-da korona buna görə sürətlə yayılır - Əl-CəzirəABŞ xəstəxanalarında koronavirus infeksiyasına yoluxan xəstələrin sayı sürətlə artmaqdadır. Son günlərdə ABŞ-da COVID-19-a gündəlik olaraq 26 mindən çox yeni yoluxma faktı qeydə alınıb.

Axar.az “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir ki, ABŞ-ın cənub və qərb ştatlarında son günlərdə yeni növ koronavirus infeksiyasına yoluxma hallarının artımı ilə bağlı həyəcan yaşanmaqdadır. Son zamanlar COVID-19 virusuna nəzarətin güclənməsinə və virusa qarşı mübarizədə əldə olunan irəliləyişlərə baxmayaraq, bir çox amerikalıların tibbi maska taxmaq və sosial məsafə saxlamağa laqeyd yanaşdıqları səbəbindən xəstəliyin miqyası genişlənir.

COVID-19 infeksiyası ilə bağlı həyata keçirilən məhdudiyyətlərin son bir ay yarım ərzində yumşaldılması virusun yenidən sürətlə yayılmasına səbəb olub, beləliklə də təkcə Florida ştatında infeksiyaya yoluxmuş xəstələrin sayı 100 mini ötüb keçib. ABŞ-ın digər ştatlarında da koronavirus infeksiyasına yoluxmada kəskin artım müşahidə edilib.

“Virusa yoluxanların sayı sürətlə artır. Çox güman ki, biz bunun nəticəsində daha çox ölüm faktı ilə üzləşəcəyik”, - deyə Hyuston metodist xəstəxanasının baş direktoru Mark Bum bildirib. O, ABŞ-ın milli bayramı olan hərbçilərin xatirə günündən bu günədək COVID-19-a yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən insanların sayının üç dəfə artdığını qeyd edib.

Mark Bum növbəti üç həftə ərzində xəstəxanaların tam dolacağını proqnozlaşdırıb və vətəndaşlara müraciət edərək hamını tibbi maskalardan istifadə etməyə və sosial məsafə saxlamağa çağırıb.

Texas, Alabama, Florida və Cənubi Karolina ştatları daxil olmaqla bir sıra ştatların qubernatorları da bütün vətəndaşların tibbi maska taxmaq qaydasına riayət etməsinin vacibliyini vurğulayıblar.

Qeyd edilir ki, Merilend ştatının paytaxtı yaxınlığında yerləşən Fort Vaşinqton Tibb Mərkəzində boş çarpayılar tapmaq müşkül məsələyə çevrilib. Bu, ağır xəstələrin ailə üzvləri üçün heç də ürəkaçan mənzərə deyil və onlar koronavirus təhlükəsinin gerçək olduğuna inanmayan çoxsaylı amerikalılarla bağlı öz məyusluqlarını bildirirlər.

Tənəffüs orqanları üzrə terapevt Kevin Kol qeyd edib ki, indi hamı çimərliklərə can atır və virusun sadəcə bitdiyini düşünürlər. Amma bu, belə deyil, virus yox olmayıb. Bu, hələ son deyil və təəssüflər olsun ki, bu pandemiyanın davam etməsinə səbəb olanlar da məhz həmin insanlar olacaqlar.
General xəbərdarlıq etdi: Savaş başlasa... - ŞərhAzərbaycan Respublikasının haqqı var ki, öz tarixi torpaqlarını geri qaytarsın. Yəni bu gün münaqişə aktiv hərbi əməliyyatlar sferasına keçdiyi təqdirdə hədəf yalnız işğal olunan torpaqlar deyil, tarixi Azərbaycan torpaqları da ola bilər. Ermənistan müharibənin hələ nə olduğunu tam dərk edə bilmir.

Bu sözləri Axar.az-a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov Müdafiə naziri Zakir Həsənovun Real TV-yə müsahibəsində Azərbaycan Ordusunun daha geniş ərazidə müharibə aparmağa hazır olması haqda fikirlərini şərh edərkən deyib.

Polkovnik bildirib ki, münaqişənin bu günə qədər olan tarixi prosesləri bizə bəzi reallıqları öyrədib:

“Birincisi, Ermənistanda hansı qüvvə hakimiyyətə gəlirsə gəlsin, mövcud münaqişəni uzatmaqdan başqa heç nə etməyəcək. Yəni Ermənistan bu işğalçı niyyətindən qətiyyən əl çəkməyəcək. İkincisi, son illər biz açıq şəkildə görürük ki, beynəlxalq qurumlar münaqişəni həll etmək, tənzimləmək iqtidarında deyil. Hətta Ermənistan bu qurumları belə saymır. Üçüncüsü, Dağlıq Qarabağda münaqişənin mövcud vəziyyətdə qalmasında maraqlı olan qüvvələr var. Lakin bir reallıq da var ki, mövcud vəziyyətlə Azərbaycan barışa bilməz. Nə Azərbaycan xalqı, nə də dövlət başçısı gözləmək niyyətindədir. Cənab Prezident bu məsələni dəfələrlə beynəlxalq tribunalarda deyib. Ermənistan rəhbərliyinə açıq xəbərdarlıq edib. Sadəcə, mövcud vəziyyətdə Azərbaycan son anadək diplomatik yolla münaqişənin tənzimlənməsinə çalışır. Lakin müharibə variantı da hər zaman aktualdır və bu yol Ermənistana heç sərf etməyəcək”.
Azərbaycanda polis rəisi, atası və qardaşı virusa yoluxduAzərbaycanda polis rəisi, atası və qardaşı virusa yoluxdu
Nizami rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi Firdovsi Hüseynəliyev, eləcədə də atası və qardaşı koronavirusa yoluxub.

F.Hüseynəliyevlə yanaşı, atası və qardaşı da polis işçiləridir.

Hər üç şəxs və təmasda olduğu insanlar karantinə alınıb. Onların səhhəti ilə bağlı dəqiq məlumat verilmir.

Qeyd edək ki, Firdovsi Hüseynəliyevin uzun illərdir Nizami rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsində çalışdığı bildirilir. (Hurriyyet.org)


Bu institut koronavirus xəstələrinə ayrıldıElmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu koronavirus xəstələrinin qəbulu üçün istifadə edilən tibb müəssisələrinin siyahısına daxil edilib.

Avrasiya.net xəbər verir ki, artıq xəstələr bu institutdan köçürülür.

Məlumatı Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova "Sputnik Azərbaycan"a təsdiqləyib.

O bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar tibb müəssisələrinin koronavirus xəstələrinin qəbulu üçün hazırlanması prosesi normaldır:

“Xəstələrimiz də digər belə xəstələr üçün nəzərdə tutulmuş dispanserlərə köçürülür. Biz xəstələrimizi çölə atmırıq ki! Onların müalicəsi köçürülən tibb müəssisələrində davam etdiriləcək”.
 İqtisadçı ad günündə koronadan öldü, anası dözmədi..Koronavirus infeksiyasına yoluxma daha bir faciəyə səbəb olub.

Axar.az xəbər verir ki, 34 yaşlı iqtisadçı Ramin Qurbanov bu gün müalicə aldığı xəstəxanada vəfat edib. Onun 9 gün öncə xəstəxanaya yerləşdirildiyi bildirilib.

Dostlarının sosial şəbəkələrdə yazdıqlarına görə, bu gün mərhumun ad günü imiş. Oğlunun ölümündən bir neçə saat sonra isə dərdə dözə bilməyən anası Nazilə Qurbanova ürək tutmasından dünyasını dəyişib.