Daha bir məktəb direktoru koronavirusa yoluxduAzərbaycanda daha bir məktəb direktoru koronavirusa yoluxub.

Təhsil Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, Masallı rayonu Təzə Alvadı kənd məktəbinin direktoru, 1958-ci il təvəllüdlü Süleymanov Möhsün Cabir oğlu koronavirus (COVİD-19) diaqnozu ilə bağlı Masallı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Məktəb direktorunun səlahiyyətləri Möhsün Süleymanov sağalıb işə qayıdanadək təlim-tərbiyə işləri üzrə direktor müavini Həsrətov Ramin Xudacan oğluna həvalə edilib.

Xatırladaq ki, daha öncə Gəncə şəhər Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbin direktoru 1970-ci il təvəllüdlü Əliyeva Arzu Şirin qızının da test nəticəsi pozitiv çıxdığından xəstəxanaya yerləşdirilmişdi.
Jurnalist bacı-qardaş nəhayət xəstəxanaya YERLƏŞDİRİLDİKoronavirusa yoluxmuş və ötən gün “Atletlər kəndi”nə yerləşdirilmiş bacı-qardaş jurnalistlər -“Palitra” qəzetinin əməkdaşı Nigar Abdullayeva və Cebhe.info xəbər portalı-"Cümhuriyət" qəzetinin müxbiri Müşfiq Abdulla, habelə onun həyat yoldaşı 1 saylı Klinik Mərkəzə (“Semaşko”) köçürülüb.

Bu barədə Modern.az-a Müşfiq Abdulla məlumat verib.

Jurnalistin sözlərinə görə, “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov, Mətbuat Şurasının sədri Əflatin Amaşov və millət vəkili Qənirə Paşayevanın Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinə (TƏBİB) xüsusi müraciətlərindən sonra TƏBİB hər üçünün sözügedən xəstəxanaya yerləşdirilməsinə göstəriş verib:

“Bu dəqiqələrdə 1 saylı klinik xəstəxanaya gətirildik. Mən artıq palatadayam, bacım və yoldaşımı da yerləşdirəcəklər. Ümid edirik ki, hər şey yaxşı olacaq. Bu məsələdə xüsusi həssalıq nümayiş etdirən çalışdığım mətbuat orqanların baş redaktoru Rəfail Becanova, deputat Qənirə Paşayevaya və Mətbuat Şurasının sədri Əflatun Amaşova özüm və ailəm adımdan təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, bir neçə gün əvvəl onların COVID-19-la bağlı testlərinin nəticəsi pozitiv çıxıb. Bu səbəblə ötən gün TƏBİB-ə müraciət ediblər. Qurumdan onların xəstəxanaya yerləşdiriləcəkləri bildirsələr də, təcili tibbi yardım xəstələri “Atletlər kəndi”nə apararaq orada karantinə yerləşdirib. Orada isə xəstələrə heç bir tibbi xidmət göstərilməyib. Jurnalistlərin isə durumu ağırlaşıb.
“Neolit City” ilə bağlı Baş Prokurorluğa müraciət edildiBakı şəhəri, Nizami rayonu “Neolit City” şadlıq sarayının ərazisində ağacların kəsilməsi ilə bağlı ETSN-yə daxil olan şikayət yerində araşdırılıb və fakt təsdiqini tapıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, araşdırma zamanı Nizami rayonu, Mikayıl Əliyev küçəsi 3 ünvanında yerləşən “Neolit City” şadlıq sarayının ərazisində 30 müxtəlif cinsli ağacın kəsildiyi və təbiətə 37 380 manat məbləğində ziyan dəydiyi müəyyən edilib. Faktla bağlı akt tərtib olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.
Maska taxmaq koronavirusdan nə qədər qoruyur? - ÜST AÇIQLADIÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) maska ilə bağlı tövsiyələrinə dəyişiklik edib.

Avrasiya.net-in məlumatına görə, yeni tövsiyələrdə deyilir ki, maskanı yalnız koronavirus simptomu və ya gizli daşıyıcısı olanların yox, hər kəsin taxması tövsiyə edilir.

Maska taxmayan COVİD-19 daşıyıcısının maska taxan sağlam insanı yoluxdurma ehtimalı 70 faizdir.

Maska taxan COVİD-19 daşıyıcısının maska taxmayan sağlam insanı yoluxdurma ehtimalı 5 faizdir.

Hər iki şəxs maska taxarsa, virusun yoluxma ehtimalı 1.5 faizə düşür.

Qeyd edək ki, dünyanın bir çox ölkələrində maska taxmaq məcburi elan olunub və bu qaydanı pozanlar cərimə və ya həbs olunur. Azərbaycanda da maskadan istifadə etməməyə görə cərimələr qüvvədədir. Beləki, müəyyən edilmiş yerlərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməməyə görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir.
Başçının xanımı və müavini də koroyana yoluxduGoranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ceyhun Həsənovda koronavirus aşkarlanıb.

Avrasiya.net Unikal.org-a istinadən xəbər verir ki, C.Həsənov Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.

Goranboy İcra Hakimiyyəti karantinə alınıb.

Qeyd edək ki, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin həyat yoldaşında da koronavirus aşkarlanıb. Onlar da Mərkəzi Gömrük Hospitalında müalicələrini davam etdirirlər.
Həkim-uroloq virusa yoluxduAvrasiya.net Baku News-a istinadən xəbər verir ki, Zabrat Müalicə Diaqnostika Mərkəzində işləyən həkim-uroloq Rafael doktorda Covid-19 aşkarlanıb. Bu məlumatı bizə həmin Diaqnostika Mərkəzində işləyən və adının çəkilməsini istəməyən tibb işçilərindən biri verib. Mənbənin sözlərinə görə, Rafael doktorda virusun əlamətləri təsdiq olunandan sonra, baş həkim Şəhla Namazova köhnə tarixlə onu məzuniyyətə göndərib.

Mənbənin dediyinə görə, baş həkimin tapşırığı ilə Diaqnostika Mərkəzində çalışan bir neçə həkimdən analiz götürülüb və Mərkəzi bağlamaq əvəzinə, analizlərin cavabını gözləyir. Bununla bağlı Baku News həmin Mərkəzin baş həkimə müraciət edib. Baş həkim Şəhla Namazova mənbənin verdiyi məlumatı təsdiqləyib. O, bildirdi ki, həkim-uroloq Rafael doktor məzuniyyətdə olarkən Covid-19 analizi verdiyinə görə, biz onunla əlaqə saxlayırdıq: “Onda Covid-19 aşkarlanıb, mən, Sabunçu rayon sanitar epidemioloji mərkəzə və Bakı şəhər səhiyyə idarəsinə bununla bağlı məlumat vermişəm. Onunla kontaktda olan 10 nəfərin siyahısını Sabunçu rayon sanitar epidimioloji mərkəzinə vermişik”.

Niyə Diaqnostika Mərkəzini karantinə bağlamadılar? Mövzu ilə bağlı araşdırmamızı davam etdirəcəyik.
"Hər mənada məsuliyyətsizliyimizin bədəlinin ödəməyə başlayırıq"Anar Məmmədov
Milli Məclisin deputatı

Dünya ölkələri arasında sürətlə yayılmaqda davam edən, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya elan olunan koronavirus (COVID-19) infeksiyasına yoluxanlar və onun qurbanına çevrilənlərin sayı barədə hər gün dəhşətli statistikalar açıqlanır. Hal-hazırda dünyada bu virusa yoluxanların sayı 9,3 milyonu, virusdan ölənlərin sayı isə 479.934-ü keçmişdir. Əfsuslar olsun ki, son günlər pandemiyanın ölkə ərazisində yayılma tendensiyasında da yüksəliş müşahidə edilir. Ölkəmizdə virusa yoluxanların ümumi sayı 13,715 virusdan ölənlərin sayı isə cəmi 167 nəfərdir. Bu acınacaqlı vəziyyət barədə statistika onu göstərir ki, cəmiyyətimizin bəzi sosial məsuliyyət öhdəliyini anlamayıb pandemiyanı zarafat kimi başa düşənlərin məsuliyyətsizliyi ucbatından virus təsir dairəsini genişləndirir. Təəssüf ki, məsuliyyətsiz davranışlar, yeri gəldi-gəlmədi küçələrə çıxmaq, tövsiyələrə əməl etməmək, bəzi insanlarımızda hələ də infeksiyanın olmaması barədə şaiyələrə ağlasığmaz inam bu arzuolunmaz variantı doğruldur. Azərbaycanda həm yoluxanların sayı, həm də ölənlərin sayı artmağa başlayıb və hər mənada məsuliyyətsizliyimizin bədəlinin ödəməyə başlayırıq.

Pandemiyanın dünya müstəvisində yayılmağa başladığı ilk günlərdən etibarən Azərbaycan hakimiyyəti tərəfindən əhəmiyyətli və sistemli tədbirlər görülməkdədir. Dövlət pandemiya ilə mübarizədə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Yoluxanların müalicəsi üçün lazım olan bütün texniki və maddi resursları təmin edir. Yeni xəstəxanaların inşasından tutmuş ağır xəstələr üçün nəzərdə tutulmuş süni nəfəs aparatlarının alınmasına qədər bütün addımlar atılır. Demək olar ki, respublikanın bütün aidiyyatı üzrə mütəxəssis həkimləri və tibb işçiləri səfərbər olunub.

Pandemiya dövründə Azərbaycan sadəcə ölkə daxilində deyil, ölkə xaricində də düşünülmüş siyasət həyata keçirərək həm hümanizm prinsiplərimizi dünyaya nümayiş etdirdi, həm də ölkəmizin imicinin dünyada daha da yüksəlməsinə vacib töhfə verdi. Ölkə başçısı bununla bağlı çıxışında demişdir: "..... Biz fərdi qaydada 14 ölkəyə humanitar yardım göstərdik. O ölkələr ki, buna onların ehtiyacı var və bizə müraciət etmişdilər. Eyni zamanda, biz Ümumdünya Səhiyyə Təşkilatı xətti ilə əlavə 15 ölkəyə humanitar yardım göstəririk. Ümumdünya Səhiyyə Təşkilatına Azərbaycan fərdi qaydada iki dəfə ianə veribdir və beləliklə, Azərbaycan beynəlxalq təşkilat vasitəsilə 29 ölkəyə humanitar yardım göstərib. Azərbaycan yeni bir nümunə yaradır və artıq bütün dünya ölkəmizin nümunəsini öyrənməyə çalışır".

Hökumət tərəfindən pandemiyanın vura biləcəyi zərbələrdən az itki ilə çıxmaq üçün əsas istiqamət kimi ölkədə xüsusi karantin rejiminin tətbiqi həyata keçirilmişdir. Məqsəd əhalinin hərəkət istiqamətlərin məhdudlaşadıraraq, sosial izolyasiya tədbirlərini genişləndirmək və bununla da, virusun yayılmasının qarşısını almaq idi. Hökümət ilkin mərhələdə istədiyinə nail oldu. Belə ki, xüsusilə aprel ayının ikinci yarısından etibarən virusa yoluxma sayında əhəmiyyətli azalma müşahidə olundu, hətta gündəlik yoluxma sayı sağalma sayının gerisində qaldı. Amma təəssüf ki, xüsusi karantin rejiminin yumşaldılmasından sonra müsbətə doğru olan tendensiya əks istiqamətə çevrilərək, yoluxma sayında kəskin artım yaşanmağa başlandı. Bunun əsas səbəbi insanların qaydalara əməl etməsində yaranan boşluqlar oldu. Əvvəl insanlar daha çox fərdi qoruyuculara üstünlük verirdilərsə, xüsusi karantin rejiminin yumşaldılmasından sonra qoruyucu maska nisbətən daha az istifadə edilməyə, sosial məsafə gözlənilməməyə başlandı və bunun məntiqi nəticəsi olaraq visusa yoluxma sayında kəskin artım meydana gəldi. Bunun qarşısının alınması üçün dövlət tərəfindən yeni qərarlar tətbiq olunmağa başladı. Bu dövr ərzində Nazirlər Kainetinin sərtləşdirici qərarları oldu. Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 1 iyul 2020-ci il tarixinədək uzadıldı. Daha sonra isə Azərbaycan Respublikasının dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 1 avqust 2020-ci il tarixinədək uzadıldı. Mart və aprel ayları ərzində əldə etdiyimiz nəticələr və COVID-19 statistikasında müsbət irəliləyiş davam etdirilsə idi, bu 2 ay ərazisində vəəndaşların göstərdiyi həmrəylik və məsuliyyət eyni qalsa idi, bu gün koronavirusa qalib gəlmiş ölkələrdən biri ola bilərdik.

2 həftəlik sərt karantin vətəndaşların sağlamlığını qorumaq məqsədi daşıyır. İyunun 21-dən iyulun 5-dək tətbiq olunacaq sərt karantin rejimi məcburiyyətdən yaranmış bir haldır. Azərbaycan dövləti də istəyir ki, bu pandemiya tez bir zamanda aradan qalxsın və həyat əvvəlki kimi öz yoluna dönsün. COVID-19 pandemiyası şəraitində isə ölkə əhalisinin birlik və həmrəylik göstərməsi vacib şərtdir. Ona görə də qarşıdakı müddətdə virusun geniş yayılmaması, insanlar arasında daha təhlükəli fəsadlar yaratmaması üçün hər bir vətəndaşın karantin rejiminin qaydalarına ciddi şəkildə əməl etməsi olduqca vacibdir. Əgər ehtiyac olarsa, sərtləşdirmə tədbirlərini pandemiya aradan qalxana qədər davam etdirmək lazımdır və hər kəs bu qərarlara məsuliyyətlə yanaşmalıdır. Təəssüflər olsun ki, koronavirusla mübarizədə müsbət tendensiyaya yalnız sərt qaydalar tətbiq etmək yolu ilə nail olmaq olur.
Azərbaycanda daha bir həkim koronavirusdan öldüAzərbaycanda daha bir həkim koronavirusdan vəfat edib.

Respublika Xüsusiləşdirilmiş Angioloji Mərkəzin baş mütəxəssisi, damar cərrahı 63 yaşlı Faiq Yusifov koronavirus infeksiyasından müalicə olunduğu xəstəxanada ölüb.

Ötən həftə onda ilkin simptomlar yaranıb və bir neçə gün öncə verdiyi testin nəticəsi pozitiv çıxıb.

Angioloji Mərkəzdən “Qafqazinfo”ya məlumatı təsdiqləyiblər.
Koronavirusa yoluxan deputat danışdı"Mən artıq sağalmaq üzrəyəm" deyə bilərəm. Heç şübhəsiz ki, bu, həkimlərimizin, tibb işçilərimizin zəhmətinin nəticəsidir.

Avrasiya.net xəbər verir ki, bu sözləri koronavirusa yoluxan deputat Sahib Alıyev qeyd edib.

“Geyimlərindən yadplanetlilərə bənzəyən bu insanlar davranışları ilə doğmadan da doğma planetlilərdirlər. Təsəvvür edin ki, yayın bu istisində əyinlərində skafandrabənzər geyimlə 8 saat müddətində yemək yeməmək bir yana, bir damla belə su içmədən ağzınadək xəstələrlə dolu olan klinikada hər kəsin qayğısına qalmaq, hər bir xəstə ilə mehriban davranmaq sadəcə peşəkarlığa yox, həm də insanlığa bağlı məsələdir. Bu fədakarlıqdır!” - deputat bildirib.
Putin Suriyanı Xəzərdən vuranı ordu generalı etdiRusiya Prezidenti Vladimir Putin Cənub Hərbi Dairəsinin komandanı Aleksandr Dvornikova ordu generalı rütbəsinin verilməsi ilə bağlı sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya hüquq informasiya portalı məlumat yayıb.

Qeyd edək ki, Dvornikov indiyə qədər general-polkovnik rütbəsi daşıyıb. O, 2016-cı ildə Cənub Hərbi Dairəsinə rəhbər gətirilib.

Dvornikov bundan öncə Rusiyanın Suriyadakı qoşunlarının komandanı olub. Onun komandanlığı dövründə Rusiya ilk dəfə Xəzər dənizindən Suriyadakı İŞİD obyektlərinə “Kalibr” raketləri ilə zərbə endirib. Bu əməliyyata birbaşa Dvornikov rəhbərlik edib.

Cənub Hərbi Dairəsi 2010-cu ildə yaradılıb. Bu dairə ölkənin cənub sərhədlərinin, xüsusilə Şimali Qafqazın müdafiəsi üçün nəzərdə tutulub. Cənub Hərbi Dairəsinin tərkibinə, həmçinin, Rusiyanın Krım, qondarma Cənubi Osetiya və Abxaziya, eləcə də Ermənistandakı hərbi bazalar da daxildir.