Ermənistanın işğalçılıq siyasətinin regional təhdidi - BMAM yeni layihəyə start verdiAzərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) yeni layihəyə start verib.

“Ermənistanın işğalçılıq siyasətinin regional təhdidi və regionda müharibə riskini yaradan amillər” adlı layihə 3 ay (15 iyun -15 sentyabr) müddətində keçiriləcək.

Layihənin əsas məqsədi Ermənistanın Azərbaycan topraqlarını işğal etməsi nəticəsində bütövlükdə Qafqaz regionunda təhdid və regionda müharibə riskinin davam etməsidir. Bunun isə regionda sülhə törətdiyi əngəllər, millətlərarası münasibətlərə, cəmiyyətlərin qarşılıqlı etimadına və bununla da humanitar əlaqələrin qurulmasına mane olmasının, humanitar əlaqə və missiyaların getdikcə daha da mürəkkəbləşməsi ilə bağlı beynəlxalq ictimaiyyətin məlumatlandırılılmasıdır.

Mərkəzin sədri, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü , siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov bildirib ki, Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti uzun illərdir davam edir:

“Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktı dünya tərəfindən qəbul edilsə də, Ermənistan bu faktı danmaqda və ya münaqişənin həlli ilə bağlı konkret mövqe sərgiləməmək və prosesin əngitməklə, status-kvo-nun dəyişməsinə imkan vermir. Bununla da Ermənistan heç bir beynəlxalq hüquqa məhəl qoymur”.

Rufiz Qonaqov əlavə edib ki, Azərbaycan dünyanın neft-qaz ehtiyatları ilə zəngin ölkələrindən biri, region və Avropa dövlətlərinin enerji təhlükəsizliyinin qorunmasında əsas yerlərdən birini tutur:

“Azərbaycan eyni zamanda beynəlxalq nəqliyyat dəhlizinin əsas açar dövlətlərindən biridir. Bakı-Tbilisi-Ceyhan, TANAP, TAP, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri ilə yanaşı, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi , TRASEKA layihələrində mühüm yer tutur və bu layihələr enerji təhlükəsizliyi ilə yanaşı, həm də Avropa ilə Asiya arasında vahid əlaqə, kommunikasiyanın qurulması üçün çox önəmlidir. Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problem isə bütün beynəlxalq layihələri təhdid edir. Nəticədə, regionda ümumi bir təhlükəsizlik sindromu yaşanır. Dağlıq Qarabağ problemi həll olunarsa, regionda yeni bir mühit yaranacaq. Regionun təhlükəsizliyi bərpa olunacaq, müharibə riski aradan qalxacaq. Bu da regionda yeni enerji layihələrinin işlənməsinə, beynəlxalq nəqliyyat dəhlizinin genişlənməsinə və bütünlükdə regionda humanitar siyasətə ciddi təsir edəcəkdir”.
Səlim Müslümovun dövlət qurumuna 200 min borcu varAğsu şəhəri Koroğlu küçəsində yerləşən, sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümova məxsus istixananın istifadə edilmiş qaza görə "Azəriqaz”a 200 min manatdan çox borcu var.

Bu haqda Sözçü.az məlumat yayıb. Xəbərə görə, 2016-cı ilin fevral ayından fəaliyyətə başlayan istixanada bu günə kimi istifadə edilmiş təbii qazın dəyərinin ödənişi ilə bağlı bütün dövrlərdə çox ciddi problemlər olub.

Sabiq nazirə məxsus istixana fəaliyyətə başladığı gündən müxtəlif bəhanələr ilə ödənişdən yayınıb.

"Azəriqaz” İstehsalat Birliyi, fəaliyyətə başlayanda Aqrotexsevis MMC, daha sonra isə naməlum səbəbdən türk iş adamına verilərək adı "Formes.az.group” kimi dəyişdirilən istixananı məhkəməyə verərək qətnamə çıxarılmasına nail olsa da, bu günə qədər Şəki İnzibati İqtisad Məhkəməsinin qətnaməsi icra olunmayıb.

Xəbərə görə, istixanaya qaz verilişi borca görə dəfələrlə dayandırılsa da, Səlim Müslümov öz şəxsi nüfuzundan istifadə edərək, qazın verilməsini bərpa etdirib.

Məsələ haqda "Azəriqaz" da açıqlama yayıb. Qurumun mətbuat xidmətindən qeyd olunub ki, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15.07.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdeh Ağsu-Aqrotexservis ASC-dən (istixana) təbii qazdan istifadəyə görə yaranmış 137 200.80 manat borc "Azəriqaz” İstehsalat Birliyinin hesabına ödənilməlidir.

Bildirilir ki, daha sonra 2019-cu ilin noyabr ayında Ağsu-Aqrotexservis ASC ilə Azəriqaz İB arasında qətnamə üzrə borcun hissə-hissə icra edilməsi məqsədi ilə tərəflər arasında müvafiq razılaşma imzalanıb:

"Razılaşmaya əsasən Ağsu-Aqrotexservis ASC ilkin olaraq qətnamə üzrə borcdan 20 000 manat ödəməyi, 25.01.2020-ci il tarixdən başlayaraq 25.12.2020-ci il tarixədək isə hər ay istehlak edilmiş qazın dəyərini ödəməklə yanaşı, 9 766.74 manat borcun ödənilməsini öhdəsinə götürüb. İstixananın qaz təchizatı razılaşmanın şərtlərinə uyğun olaraq 2019-cu ilin noyabr ayında bərpa edilib. Lakin Ağsu-Aqrotexservis ASC tərəfindən razılaşmaya əməl edilməyib. Ağsu-Aqrotexservis ASC-yə məxsus istixana 2019-cu ilin noyabr ayında icarə müqaviləsinə əsasən Formes.group.az MMC-yə verilib. İcarə müqaviləsində Formes.group.az MMC tərəfindən müqavilə imzalanan günədək qaza görə yaranmış borcların ödənilməsinə dair öhdəlik götürülüb. Eyni zamanda 26.11.2019-cu il tarixdə Formes.group.az MMC ilə "Azəriqaz” İstehsalat Birliyi arasında qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi imzalanıb. Hazırki vaxtda həmin müqavilə şərtlərinə əməl edilməməsi nəticəsində Formes.group.az MMC-nin Birliyə 217 240.81 manat borcu yaranıb”.

"Azəriqaz” dəfələrlə Birliyin Ağsu Regional qaz istismarı İdarəsi tərəfindən borcun ödənilməsi məqsədi ilə Formes.group.az MMC-yə müraciətlər cavabsız qalıb. Buna görə də müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.
Bəhram Bağırzadənin səhhətində dəyişiklik yoxdurƏməkdar artist Bəhram Bağırzadənin səhhətində dəyişiklik yoxdur.

Bunu Trend-ə açıqlamasında Mərkəzi Gömrük Hospitalı rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

Onun sözlərinə görə, əməkdar artıstin səhhətində ciddi dəyişiklik yoxdur. Bəhram Bağırzadənin vəziyyəti stabil, kritik ağır olaraq qalır və təyinat üzrə müalicələr davam etdirilir.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.
Ermənistanda virusdan ölənlərin sayı 372-yə çatıbErmənistanda son sutka ərzində 418 koronavirusa yoluxma faktı qeydə alınıb.

Avrasiya.net xəbər verir ki, bununla da ölkədə virusa yoluxanların sayı 21 min 6 olub.

Son 24 saatda 12 nəfər xəstəlik səbəbilə ölüb. Beləliklə, ölənlərin sayı 372-yə çatıb.

Bu günədək 10 min 144 nəfər COVİD-19-dan sağalıb. Hazırda ölkədə 10 min 490 aktiv koronavirus xəstəsi var.
Daha 100 şəhidin vərəsələrinə 11 min manat veriləcəkƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiya daha 100 şəhidin 142 vərəsəsinə birdəfəlik ödəmənin (11 min manat) verilməsinə dair qərar qəbul edib.

Nazirlikdən Avrasiya.net-ə verilən məlumata görə, birdəfəlik ödəmə vəsaitlərinin yaxın günlərdə həmin vərəsələrin bank hesablarına köçürülməsi üçün müvafiq işlər aparılır:

“Ümumilikdə 12281 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Bu günədək onlardan artıq 12 mindən çox şəhidin 18 min vərəsəsinin birdəfəlik ödəmə ilə təminatı həyata keçirilib.

Şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı proqramı artıq 98 faizədək icra olunub”.
Bərbəri qətlə yetirən 16 yaşlı oğlan tutulduİyunun 22-də saat 19 radələrində Bərdə rayonu ərazisində yerləşən bərbərxanalardan birində 1997-ci il təvəllüdlü Ceyhun Məmmədovun bıçaqlanması və “daxilə keçən kəsilmiş-deşilmiş yara” diaqnozu ilə xəstəxanaya çatdırılmasına baxmayaraq ölməsi barədə məlumat daxil olub.

Bərdə rayon Prokurorluğunun Avrasiya.net-ə verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla cinayətin 2004-cü il təvəllüdlü Raul Namazov tərəfindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törədilməsinə şübhələr üçün əsaslar müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
Bakıda vəzifəli şəxs qəzada öldüPaytaxtın Nərimanov rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat daxil olmuşdur.

Nərimanov rayon prokurorluğundan bildirilib ki, iyunun 23-də, saat 01 radələrində Nərimanov rayonu, Heydər Əliyev prospektində qəza xidməti ilə əlaqədar aparılan təmir işləri zamanı Nərimanov rayonu Su Kanal İdarəsinin Qəza-Bərpa xidmətinin sahə rəisi, 1967-ci il təvəllüdlü Əlqamət Zeynalovun avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərdən vəfat etməsi faktına görə Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilmişdir.

İstintaqla hadisənin “Mersedes” markalı 99 VJ 026 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, paytaxt sakini 1986-cı il təvəllüdlü Seymur Abbasov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının kobud surətdə pozularaq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Bakıda səfirlik əməkdaşında COVID-19 AŞKARLANDITürkiyənin Azərbaycandakı səfirliyində koronavirusa yoluxma faktı aşkar olunub.

Səfirliyin binasında çalışan azərbaycanlı əməkdaşlardan birində koronavirus aşkarlanıb.

Aparılan müayinələr nəticəsində şəxsin ailə üzvləri arasında da virusa yoluxanların olduğu müəyyən edilib.

Həmin şəxs və ailəsi pandemiya üzrə xəstəxanalardan birinə yerləşdirilib, müalicələrinə başlanılıb.

Onu da qeyd edək ki, pandemiya dövrü ilə əlaqədar olaraq, Türkiyə Səfirliyinin məhdud sayda əməkdaşı zərurət olduğu halda ofisdən çalışır, kollektivin böyük əksəriyyəti onlayn qaydada fəaliyyətini davam etdirir.(Oxu.az)
Bakıda bank işçisi koronavirusa yoluxdu -  Filal bağlandı“Azər Türk Bank”ın Yasamal filialı müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Modern.az-ın əməliyyat aparmaq üçün banka yaxınlaşan əməkdaşının verdiyi məlumata görə, filial cümə günündən etibarən fəaliyyətini müvəqqəti dayandırıb. Bankın iyunun 24-dən etibarən fəaliyyətini bərpa edəcəyi bildirilib.

Məsələ ilə bağlı “Azər Türk Bank”ın mətbuat katibi Rauf Ağayev Modern.az-ın sorğusuna cavab olaraq, faktı təsdiqləyib.

R.Ağayev qeyd edib ki, “Azər Türk Bank”ın Yasamal filialının məzuniyyətdə olan bir əməkdaşı COVİD-19 virusuna yoluxub:

“Bununla əlaqədar olaraq bank rəhbərliyi tərəfindən filialın bütün əməkdaşlarının müayinəsinin təşkili həyata keçirilib. Filialın yerləşdiyi binada mütəxəssislər dezinfeksiya işlərini yerinə yetirib. Hazırda həmin filialın müştərilərinə Baş ofisdə və digər filiallarda xidmət olunur”.

Onun sözlərinə görə, Yasamal filialı sabah, 24 iyun tarixindən etibarən yeni tərkibdə fəaliyyətini davam etdirəcək.
Tramp Obamanı dövlətə xəyanətdə ittiham etdiABŞ prezidenti Donald Tramp ölkənin sabiq prezidenti Barak Obamanı dövlətə xəyanətdə ittiham edib.

Modern.az-ın məlumatına görə, bu barədə D.Tramp "CBN News" telekanalına müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, B.Obama və adamları 2016-cı ildə onun seçkiqabağı kampaniyasına qarşı casusluq edib.

D.Tramp hesab edir ki, sabiq prezident onun danışıqlarına qulaq asıb: "Bu, dövlətə xəyanətdir Onlar həm qulaq asırdı, həm də casusluq edirdi Məlum oldu ki, mən haqlı idim".