Türkiyədən sonra İran da PKK-ya qarşı hərəkətə keçdiİran ordusu İraq sərhədi yaxınlığında genişmiqyaslı hərbi təlimlərə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə İranın Quru Qoşunları komandanı Məhəmməd Pakpur deyib.

O, təlimlərin hədəfinin bölgəni terrorçulardan təmizləmək olduğunu bildirib.

Pakpur bildirib ki, ərazidə terrorçuların istənilən həmləsinə qarşı kəskin cavab veriləcək.

Qeyd edək ki, ötən gün Türkiyə ordusu da İraqın şimalında PKK-ya qarşı genişmiqyaslı əməliyyatlara başlayıb.
Abşeronda vəzifəli şəxslər həbs edildi - RƏSMİAzərbaycanda həyata keçirilən davamlı iqtisadi inkişaf siyasətinin mühüm şərtlərindən biri kimi şəffaflığın və maliyyə intizamının təmin edilməsi, həyata keçirilən iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən qanunla ona həvalə edilmiş səlahiyyətləri çərçivəsində daim diqqət mərkəzində saxlanılmaqla aidiyyəti dövlət qurumları ilə əlaqəli şəkildə korrupsiya hüquqpozmaları törətmiş vəzifəli şəxslərə qarşı mübarizədə ardıcıl tədbirlərin icrası davam etdirilir.

Baş Prokurorluqdan Avrasiya.net-ə verilən məlumata görə, bu çərçivədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161–Qaynar xətt” əlaqə mərkəzinə Abşeron rayon icra hakimiyyətinin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə daxil olmuş müraciətlər araşdırılıb.

Bununla əlaqədar həyata keçirilən kompleks əməliyyat-istintaq tədbirləri ilə Abşeron rayon icra hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri (baş memar) Akif Əliyevin vətəndaşa tikinti üçün hər hansı layihə hazırlanmadan və rayon İcra hakimiyyətinə tikintiyə icazə üçün rəsmi qaydada müraciət olunmadan, müvafiq zəruri sənədləşmə aparılmadan tikinti aparılması üçün ümumi himayədarlığı həyata keçirəcəyini bildirib, Abşeron rayon icra hakimiyyəti MKTB-nin Xırdalan şəhəri 3 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar təmir sahəsinin rəisi Murad Əhmədovun vasitəsilə 3000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib almasına, daha sonra tikinti obyektində aparılan tikinti-quraşdırma işləri zamanı ümumi sahə həcminin artmasını bildirib əlavə olaraq vətəndaşdan 1500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına, Murad Əhmədovla aralarında bölməklə şəxsi ehtiyaclarına sərf etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.


Bununla əlaqədar Akif Əliyev 23 iyun 2020-ci il tarixdə Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, Binəqədi rayon məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir.

Həmçinin, istintaqla Murad Əhmədovun özünün Akif Əliyevlə yaxın münasibətlərinin olmasını, həmin münasibətindən istifadə edərək vətəndaşın Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksinin nəzdində 96 kv/m qeyri yaşayış sahəsinin texniki şərtlərinə dəyişiklik edilməsi və eskiz layihəsinin hazırlanması imkanına malik olmasını, bunun müqabilində 2500 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını yalandan bildirərək vətəndaşı aldatmasına, qeyd edilən məsələnin müsbət həlli üçün onun 1000 manat məbləğində pul vəsaitini ələ keçirməsinə, o cümlədən vətəndaşın xeyrinə edəcəyi hərəkətə görə sonuncunu 2500 manat məbləğində pul vəsaitini rüşvət qismində verməyə təhrik etməsinə şübhələr üçün əsaslar müəyyən edilmişdir.

Müraciət üzrə Baş İdarənin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əhmədov vətəndaşı aldadaraq 1000 manat məbləğində pulu 20.06.2020-ci il tarixdə ondan alarkən cinayət başında yaxalanmışdır.

Qeyd olunan qanunsuz əməllər məhkəmə qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirlərinə uyğun olaraq audio-video çəkilişlərlə təsdiq olunmuşdur.

Murad Əhmədov Cinayət Məcəlləsinin 32.4, 312.1 (rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə 3 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir.

Hazırda cinayət işi üzrə digər təqsirli şəxslərin, eləcə də baş vermiş qanun pozuntularında iştirakı müəyyən edilən rayon icra hakimiyyətinin əməkdaşlarının tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan qanunazidd hallarla üzləşən vətəndaşlara Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzi və Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi”nə məlumat verilməsini tövsiyyə edir.


Şok: Nazirliyin vəzifəli şəxsinin narkotik plantasiyası var imişMədəniyyət Nazirliyinin Ağstafa Rayon Mədəniyyət Evinin direktoruna məxsus narkotik plantasiyası aşkarlanıb.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, plantasiya Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının bu gün rayon ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində aşkar edilib.

Məlum olub ki, plantasiya rayon Mədəniyyət Evinin direktoru Vaqif Rafiq oğlu Mehdiyevə məxsusdur.

Rayonun Göycəli kənd sakini, 1984-cü il təvəllüdlü V.Mehdiyev özünə məxsus torpaq sahəsində xüsusi aqrotexniki qaydada kultivasiya yolu ilə narkotik xassəli çətənə - Kannabis bitkiləri becərib. O, narkotik bitkilərin becərilməsi üçün işçi qüvvəsi də cəlb edib.

Belə ki, plantasiyanın xüsusi mühafizəsini təşkil etmək üçün gözətçilər, bitkilərin becərilməsi, suvarılması və kultivasiyası üçün fəhlələr, eyni zamanda orda çalışan işçi heyətinə yemək bişirmək üçün aşpazlar cəlb olunub.

Şahidlərin iştirakı ilə plantasiyadan 30 ədəd ümumi çəkisi 5.675 kq olan çətənə kolu aşkar olunub.

Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub. Dindirilmə zamanı V.Mehdiyev şəxsi narkotik bitkiləri şəxsi istifadəsi üçün becərdiyini bildirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Dövlət dili normalarını pozanlar 1000 manatadək cərimələnəcək - Prezident qanunu imzaladıPrezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu təsdiq edib.

Avrasiya.net xəbər verir ki, Məcəlləyə əlavə edilən 533-1 maddəsində göstərilir ki, kütləvi informasiya vasitələrində və reklam daşıyıcılarında dövlət dili normalarının pozulmasına görə - fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir.
Oğlu öldürülən atanın fərayıdını 3 ildir eşidən yoxdur - FOTO2017-ci ildə Sabunçu rayonu 3 saylı Kliniki Tibbi Mərkəzdə işləyən həkim -cərrahın günahı ucbatından öldürülən 1993-cü il təvəllüdlü İmanlı Cavid Filman oğlunu atası son ümid yeri kimi “Kanal32” vasitəsi ilə Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb.

Kanal32.az həmin müraciəti olduğu kimi təqdim edir:

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti


Mehriban xanım Əliyevaya

Azərbaycan Respublikasının vətəndaşı

Həsənov Filman İman oğlu tərəfindən

MÜRACİƏT

Hörmətli Birinci Vitse-Prezident!

Qüdrətli şəxsiyyət, Ulu Öndər Heydər Əliyev demişdir: “Bir şey ədaləsizliklə olubsa, ədalətsizliklə ədaləti bərpa etmək olmaz. Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”.

27 oktyabr 2017-ci il tarixdə oğlum – 1993-cü il təvəllüdlü İmanlı Cavid Filman oğlunu sağ qolunun çiyin nahiyyəsindən tək bir süfrəyə qonan arı sancmış, 30.10.2017-ci il tarixdə qolunda yaranmış şişin tez çəkilməsi istəyiylə Sabunçu rayonu 3 saylı Kliniki Tibbi Mərkəzə müraciət etmiş, burada həkim cərrah Tağı Əliyev və Aydın Kazımov oğlumdan daha çox pul almaq üçün onu bir gün xəstəxanada saxlamış, səhərisi gün heç bir zərurət olmadığı və ailə üzvlərimizin, şəxsən mənim və həyat yoldaşımın etirazına baxmayaraq, mənim iştirakım olmadan və gəlişimi gözləmədən oğluma əməliyyat otağında deyil, çox saylı xəstəsi olan palatada anestezoloq olmadan, heç bir analiz və tibbi yoxlama aparmadan narkoz vurmaqla onu şoka salıb ki, bu şokdan rəhmətə gedən oğlumu şokdan çıxarmaq üçün palatada heç bir tibbi ləvazimat olmadığından qolunu kobud şəkildə cırmışdır. Yarılmış nahiyyə belə ekspert otağında tikilib.

Həkim Tağı Əliyev və Aydın Kazımov mənim oğlumun qatilidir və orqan mafyasının üzvüdürlər.

Belə ki, 3 saylı ŞKX-nın baş həkimi Fikrət Zeynalovun (qardaşı Ramiz Zeynalov – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru, qardaşı Tofiq Zeynalov– Tovuz rayonunun sabiq İcra hakimiyyətinin başçısı), müalicə üzrə müavini, Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Cərrahiyyə kafedrasının müdiri və həmin institutun rektoru, t.e.d., professor Avropa Cərrahlar və Qastroenteroloqların Assossasiyasının və Amerika cərrahları Assosiyasiyasının üzvü Nazim Qasımov və həmin İnstitutun işçiləri eyni zamanda 3 saylı ŞKX-nın cərrahiyyə şöbəsində çalışan Aydın Kazımov və Tağı Əliyev – bu qatillər həm Nazim Qasımovun, həm də Fikrət Zaynalovun işçiləri sayılır və bir komanda kimi birləşib törətdikləri cinayəti də birlikdə müdafiə edirlər. Eyni zamanda Səhiyyə Nazirliyi Məhkəmə Tibb Ekspertiza və PAET və TB-nin rəy verən işçiləri də Nazim Qasımovun tabeliyində çalışan işçilərdi. Ona görə də heç nədən çəkinmədən ağı qara, qaranı ağ yazırlar. 3 saylı ŞKX-da kəsilən başlara sorğu – sual edən yoxdur. Niyə?

Orqan alveri ilə məşğul olan bu komanda bütün güc strukturlarını da susdurmağı bacarırlar.

Sabiq baş Prokuror Zakir Qaralov deyir ki, bizim tibdən başımız çıxmır, ekspertlər nə yazsa biz onu qəbul edirik. Müstəntiqlər isə süründüməçiliklə və hər vasitə ilə qatilin müdafiəsinə çalışırlar. Hətda qatillərlə əlbir olaraq saxta istoriya düzəldib işin içinə yığırlar. Cinayətin açılması üçün heç bir addım belə atmırlar. Əksinə ört basdır etməyə çalışır və tutduğum vəkilləri satın alırlar.

Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekpertiza və PAET və TB (Prezident və onun administrasiyasının nəzarətində olmayan) dövlət içində kiçik bir dövlətdir.

İndiyədək 7 dəfə cinayət işinin başlanmasının rədd edilib Məhkəmə Nəzarəti qaydasında yenidən rədd qərarının ləğv edilməsinə, işin obyektiv araşdırılması üçün Məhkəmələr tərəfindən edilən tövsiyyə və tapşırıqların heç birinə müstəntiqlər əməl etmir. Nə üçün?

Müstəntiqlər Nazim Qasımovun adı ilə bağlı olan saxta konsilima və titulununa istinad edərək heç bir araşdırma aparmadan rədd qərarı qəbul edirlər. Hər dəfə də Nazim Qasımovun ifadəsinin alınmasına söz versələr də sonda nəticəsiz qalır. Mən 3 ildir məhkəmələrdə süründürülərək aşağıdakı adi tibbi suallarıma cavab ala bilmədiyim kimi.

Mən bütün bunları və “Vətəndaşların müraciətlərinə baxılması haqqında” qanunun 10-cu maddəsini, Azərbaycan Respublikasının Konstitusiyasının 57-ci maddəsini (Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.) nəzərə alaraq Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru, t.e.d., professor Nazim Qasımovdan bir neçə aşağıdakı tibbi suallara rəsmi cavabın verilməsini Xahiş edirəm.

Bir arının (adi süfrə arısı) sancması nəticəsində insan hansı miqdarda zəhər qəbul etmiş olur?

Bir arının sancmasından 3 gün keçdikdən sonra 24 yaşında olan cavan adam aneflaktik şok keçirə bilərmi?

11.2017-ci il tarixdə oğlumun qatili Tağı Əliyev Xəzər TV-yə verdiyi ifadəsində ölüm səbəbini aşağıdakı kimi göstərmişdir.

“Burda ümumi yerli arı sancmasından sonra toksiki allergik reaksiyalar ön plana çıxmışdır. Bu heç də bütün xəstələrdə müşahidə edilmir, nadir hallardan biridir. Ancaq hər 200 haldan birində belə bir fakt üzə çıxır və daha çox özünü həssas xəstələrdə göstərmiş olur. Xəstənin ümumi vəziyyəti aparılan müalicə tədbirlərinə baxmayaraq getdikcə pisləşmiş və xəstə rəhmətə getmişdir”.

Sualım odur ki, arı sancmasından qolunda yaranan şişin tez çəkilməsi istəyi ilə xəstəxanaya tək başına gəlib müraciət etmiş oğluma həkimlər tərəfindən heç bir tibbi müdaxilələr olmasaydı, arı sancmasının 4-cü günü öz-özündən toksiki alergik reaksiya baş verə bilərdimi? Öz-özündən ölüm ola bilərdimi?

Sağ qolun çiyin nahiyyəsində əzələdən bir arının sancması 3 gün ərzində fleqmona yarada bilərmi?

Ümumiyyətlə arı sancmış adamda fleqmona olurmu?
Əgər olursa bir ədəd arının sancması nəticəsində fleqmona nə qədər müddətdən sonra başlaya bilər?

Bəs apsesləşmiş fleqmona nə qədər müddətdən sonra başlaya bilər?

Bir ədəd süfrə arısının sancmasından 3 gün sonra bağlı çiyin nahiyyəsində arının sancma nöqtəsini belə təyin etmək mümkün olmadığı halda anaerob infeksiya yarana bilərmi?

Oğlumun yuxarı bazu nahiyyəsindən bir süfrə arısı sancmış, sancma sahəsində 3 gün müddətində yaranan şiş punksiya edilmiş, lakin irin müəyyən edilməmişdir. Ona absesləşmiş fleqmana diaqnozu qoyulması düzgündürmü?

Bir ədəd süfrə arısının sancması nəticəsində yaranmış şişin çəkilmə müddəti nə qədərdir?

Arı sancmış şəxsdən heç bir analiz götürmədən və allergik anamnez nəzərə alınmadan ona hər hansı bir kimyəvi maddə və ya narkoz vurula bilərmi?

Narkoz verilən xəstəni əməliyyat otağında deyil, reanimasiya palatasında xeyli xəstənin yanında əməliyyat etmək olarmı?

Bir arının sancmasından 3 gün keçdikdən sonra qolda qanqrena yarada bilərmi?

Bir arının sancmasından 3 gün keçdikdən sonra heç bir müdaxilə olunmasa arı sancma səbəbindən gənc bir adam vəfat edə bilərmi?

3 saylı şəhər kliniki Xəstəxanasının həkimi Əliyev Tağı Müşviq oğlu Sabunçu rayon Prokurorluğuna və Bakı şəhər prokurorluğuna verdiyi ifadəsində göstərmişdir ki, Cavid İmanlının vəziyyətinin kritik olması səbəbindən 31.10.2017-ci il tarixində saat 11-12 radələrində şöbə müdirləri, baş həkimin müalicə üzrə müavini və cərrahiyyə kafedrasının professoru Nazim Qasımovun iştirakı ilə yarım saat davam edən konsolsium keçirilmiş və 3 gün ərzində 1 arının sancmasından yaranan şişin cərrahi əməliyyat olunmasına qərar vermisiniz. Bilmək istəyirdim ki, həqiqətən bu konsolsium keçirilibmi və Siz belə bir qərar vermisinizmi?
Əgər belə bir qərar vermisinizsə heç bir tibbi yoxlanış və analizi olmayan, hətda xəstəxanada qeydiyyata belə alınmayan bir şəxs barəsində konsolsium keçirərək nəyə əsasən “Sağ bazu nahiyyəsinin anerob fleqmona” diaqnozunu təsdiq etməklə əməliyyata alınmalıdı qərarını vermisiz?

Əgər keçirilibsə nəyə görə gizli şəkildə keçirilib ki, heç bir ailə üzvlərinin və şəxsən mənim nə bu konsolsiumdan, nə də təyin olunmuş diaqnozdan xəbərim olmayıb?
Bir də bilmək istərdim ki, Siz həqiqətənmi 3 saylı ŞKX-nın baş həkiminin müalicə üzrə müavini vəzifəsində çalışırsız?
Arı heç bir pisliyə, mikroba və bakteril olan bir yerə qonmaz. O süfrəmizə gələn bal üçün həmişə halal yerlərdə çalışır. Çünki buna əmr verən Uca Allahdı.

Sualları cavablandıran şəxsə bildirmək istəyirəm ki, söhbət açıq yaralardan, travmalardan, yanıqlardan, heyvan dişləməsi, uzunmüddətli sıxılma sindromundan getmir. 3 gün ərzində bir ədəd arının sancması nəticəsində sancma sahəsində yaranan şişdən gedir. Onun ucbatından bir gəncin öldürülməsindən, toyunun yasa çevrilməsindən gedir. Sizdən Xahişim odur ki, bir valideyin kimi Allahdan qorxub sualları mahiyyəti üzrə obyektiv cavablandırasınız.

Hörmətli Birinci Vitse-Prezident!

Mənim başqa ümid yerim və gümanım yoxdur. Son ümid yerim Sizsiniz. Xahiş edirəm ki, 3 illik bu süründüməçiliyə son qoyub, mənim adi tibbi suallarımın obyektiv cavablandırılmasına göstəriş verəsiniz!

Dərin Hörmətlə, Həsənov Filman İman oğlu
Oğlu öldürülən atanın fərayıdını 3 ildir eşidən yoxdur - FOTO
Cavid İmanlı
Vilayət Eyvazov post komandirini İŞDƏN ÇIXARDIDaxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Baş Dövlət Yol Polis İdarəsi, Yol Patrul Xidməti Alayının 6-cı tağımının (Qaradağ postu) komandiri, polis mayoru Aqil Məmmədov vəzifəsindən azad edilib.

O, BDYPİ, Yol Patrul Xidməti Alayının 8-ci tağımına (Yevlax postu) komandir təyin olunub. Nazirin digər əmri ilə Yevlax postunun komandiri, polis mayoru Etibar İbrahimov da vəzifəsindən azad edilərək, Qaradağ postuna komandir vəzifəsinə təyinat alıb. (Oxu.az)
Vətəndaşın rifahı Azərbaycan dövləti üçün prioritetdirAnar Məmmədov
Milli Məclisin deputatı

Artıq aylardır ərazisindən, əhalisinin sayından, təbii resurslarından, iqtisadi potensialından, siyasi və geosiyasi təsir imkanlarından, hərbi gücündən asılı olmayaraq, bütün dövlətlər koronavirus təhlükəsi ilə xüsusi hazırlıq görmədən qarşılamaq məcburiyyətində qaldılar. Qısa bir zaman ərzində dünyanın iqtisadi-siyasi mənzərəsi dəyişdi. Sərhədlər bağlandı, bütün ənənəvi biznes münasibətləri, iqtisadi əlaqələr havadan asılı vəziyyətdə qaldı, pandemiyanın qarşısının alınması üçün atılan zəruri addımlar, karantin rejimləri çərçivəsində tətbiq olunan məhdudiyyətlər daxili və qlobal iqtisadi prosesləri sıradan çıxmaq təhlükəsi qarşısında qoydu, uzun illər boyu tətbiq olunan, qlobal böhranların sınağından çıxaraq təkmilləşdirilən sosial müdafiə mexanizmləri öz səmərəliliyini itirdi.

Amma bununla belə, yenə əksər ölkələrdən, xüsusilə də, dünyanın supergüclərindən fərqli olaraq, Prezident İlham Əliyevin ardıcıl, birmənalı və qətiyyətli addımları sayəsində ölkəmizdə koronavirus pandemiyası daha böyük fəsadlar və itkilərlə müşayiət olunmadı. Ardıcıl verilən qərarlar, fərmanlar, sərəncamlar, dövlət başçısının göstəriş və tapşırığına əsasən, Nazirlər Kabineti tərəfindən hazırlanan Tədbirlər Planı sayəsində koronavirus pandemiyasının genişlənib yayılmasının müəyyən qədər qarşısı alındı. Ayrı-ayrı sosial təbəqələrin rifah halının yaxşılaşdırılmasına yönəlmiş tədbirlər geniş və ardıcıl xarakter daşıdı. Demək olar ki, hər gün əhalinin məşğulluğunun təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində yeni və innovativ layihələrin həyata keçirildiyinin şahidi olduq. Bu prosesin dünyanı acı reallıqlarla qarşı-qarşıya qoyan koronavirus pandemiyasının özü ilə birgə gətirdiyi sosial-iqtisadi problemlərin qlobal müstəvidə tüğyan etdiyi bir dönəmdə davamlı şəkildə həyata keçirilməsi isə Azərbaycan Prezidentinin yürütdüyü siyasətin təməlində insan amilinin dayandığını bir daha sübuta yetirdi.

Bildiyimiz kimi tədbirlər planına uyğun olaraq, 44 min sahibkarlıq subyektində çalışan 300 mindən çox işçinin əməkhaqqının əhəmiyyətli bir hissəsini dövlət ödədi. Həmçinin, dövlət dəstəyindən 290 mindən çox mikro və fərdi sahibkar faydalandı. Bu proqramlar, ümumilikdə, 600 mindən çox insanı əhatə etdi. Ümumilikdə, dövlət sektoru üzrə 900 mindən artıq, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edildi. İşsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ictimai iş yeri yaradıldı. Eyni zamanda qeydiyyata düşmüş işsizlər üçün 190 manat birdəfəlik ödəmələr oldu. Təbii ki, bunlar hamısı Azərbaycan vətəndaşına verilən ən yüksək və ən böyük dəyər, qiymətdir.

Lakin yenidən xüsusi karantin rejimi yumşaldılandan və sərt qadağalar aradan qaldırılandan sonra, təəssüf ki, yeni yoluxma hallarının sayında artım müşahidə olunmağa başladı. Bu səbəbdən də, əldə edilmiş pozitiv nəticəni qoruyub saxlamaq mümkün olmadı. Buna görə də iki həftəlik sərt karantin rejimi elan olundu. Belə olan vəziyyətdə isə işsiz şəxslərə yenidən 190 manat birdəfəlik ödəmələrin verilməsi müzakirə mövzusu ola bilər.
İyunda 190 manatlar bu şəkildə ödəniləcək - NAZİRLİKPrezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı əsasında ölkəmizdə pandemiya ilə əlaqədar 4,8 milyon vətəndaşı əhatə edən məşğulluğa və sosial rifaha dəstək tədbirləri həyata keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Avrasiya.net-ə verilən məlumata görə, bu çərçivədə işsizlərdən və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal çalışan şəxslərdən ibarət aztəminatlılara aprel-may aylarında aylıq 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi proqramı icra olunub:

“Həmçinin işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə, ünvanlı dövlət sosial yardımının verilmə müddəti bitənlərə, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə, əlillik müddəti başa çatan əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlara müvafiq ödənişlərin verilməsi müddətinin uzadılması təmin edilib.

Azərbaycan dövlətinin pandemiya dövründə öz vətəndaşlarına ardıcıl sosial dəstəyinin davamı olaraq Nazirlər Kabineti 23 iyun 2020-ci il tarixli daha bir Qərar qəbul edib.

Qərara əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə eyni məbləğdə ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçiriləcək”.

Rəsmi məlumata görə, ödəmə həmin şəxslərin banklar tərəfindən təqdim edilmiş bank kartlarına köçürüləcək:

“Həmçinin Nazirlər Kabinetinin digər Qərarında ünvanlı dövlət sosial yardımının müddəti bitmiş aztəminatlı ailələrə, əlillik müddəti başa çatan əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, peşə hazırlığı prosesində fasilə yaranan kursların müdavimlərinə ödənişlərin də davam etdirilməsi nəzərdə tutulur.
Azərbaycanda daha iki jurnalist koronavirusa yoluxduAzərbaycanda daha iki jurnalistdə koronavirus aşkarlanıb.

Avrasiya.net Musavat.com-a istinadla xəbər verir ki, “Palitra” qəzetinin əməkdaşı, ölkə prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuş Nigar Abdullayeva və “Cebhe.info” və “Cumhuriyyət” portallarının əməkdaşı Müşfiq Abdulladan 3 gün əvvəl götürülmüş testlər pozitiv çıxıb.

Yoluxma əvvəlcə M.Abdullanın həyat yoldaşında baş verib, daha sonra jurnalistlər də yoluxublar.
M.Abdullanın xanımında xəstəlik ağciyərlərin pnevmoniyasına səbəb olub.

Ötən həftənin sonlarında təcili tibbi yardım briqadası gələrək onlardan yaxma analizi götürüb. Dünən axşam isə analiz nəticələrinin pozitiv olduğuna dair mesaj alıblar.

Qeyd edək ki, M.Abdulla və N.Abdullayeva bacı-qardaşdırlar.

Bu gün TƏBİB-in həkim briqadası gələrək hər üç şəxsi müalicə müəssisəsinə aparıb.