Ermənistanda daha 320 yoluxma, 10 ölümErmənistanda daha 320 nəfərdə koronavirus (COVID-19) aşkarlanıb, 10 nəfər virusdan ölüb.

Bununla da ölkədə infeksiyaya yoluxanların ümumi sayı 20 588 -ə, vəfat edənlərin sayı isə 360-a yüksəlib.

Qeyd edək ki, Ermənistanda koronavirusa yoluxanlardan 9131 nəfər sağalıb, 11097 xəstənin müalicəsi davam edir.
Mavritaniyada çətin vəziyyətdə qalan azərbaycanlı dənizçilər ölkəyə gətirilir“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Mavritaniya İslam Respublikasında çətinliklərlə qarşılaşan Azərbaycan vətəndaşlarından ibarət 4 dənizçiyə dəstək olub.

Gəmiçiliyin mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, həmvətənlərimizin Mavritaniyada yaşayışı ilə bağlı yığılmış hotel xərcləri və ölkəyə qayıdışları üçün tələb olunan müvafiq məbləğdə pul vəsaiti həmin vətəndaşlardan birinin hesabına köçürülüb.

Koronavirus pandemiyası ilə əlaqədar Mavritaniyada qalan vətəndaşlarımızla ASCO əməkdaşları, o cümlədən Azərbaycan Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Dəniz Agentliyinin nümayəndələri mütəmadi əlaqə saxlayaraq onların problemlərinin aradan qaldırılması üçün müvafiq tədbirlər görüb.

İyunun 21-də həmin dənizçilər çarter reysi ilə Türkiyəyə gətirilib. İstanbul hava limanında onları ASCO-nun Türkiyə nümayəndəliyinin əməkdaşları qarşılayıb və hotelə yerləşdiriblər. Dənizçilərin yaxın günlərdə çarter reysi ilə Azərbaycana qayıdacaqları gözlənilir.

Dənizçilər problemlərinin həlli istiqamətində göstərdikləri köməkliyə görə Azərbaycan hökumətinə təşəkkürlərini bildiriblər.

Xatırladaq ki, azərbaycanlı 4 dənizçi - kapitan Rövşən Abdullayev, baş mexanik Mikayıl Mikayılov, kapitan köməkçiləri Arif Əsgərov və Fərəc Əliyev iş vədi ilə Türkiyəyə, oradan da Mavritaniyaya aparılıb. Lakin verilən vədlər boş çıxmış, koronavirus pandemiyası ilə əlaqədar sərhədlər bağlandıqdan sonra isə maddi problemlərlə üzləşmişdilər.
İranı beynəlxalq məhkəməyə verəcəyik - ZelenskiUkrayna Prezidenti Vladimir Zelenski vurulan Ukrayna təyyarəsinə görə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyəcəyi təqdirdə İranı beynəlxalq məhkəməyə verəcəyini bildirib.

Axar.az xəbər verir ki, bunu Ukrayna prezidenti “Qlob end Meyl” qəzetinə müsahibəsində deyib.

O, İranın təkcə "qara qutu"nu qaytaracağına yox, həm də kompensasiya ödəyəcəyinə, rəsmi üzrxahlıq edəcəyinə ümid etdiyini bildirib:

“Əks təqdirdə bizim beynəlxalq məhkəməyə müraciət etməkdən başqa seçimimiz olmayacaq. Onlar bizim mövqeyimizi bilirlər”.

Qeyd edək ki, bundan öncə İran ordusu Ukraynaya məxsus sərnişin təyyarəsini səhvən vurmuşdu. Nəticədə təyyarənin bütün sərnişinləri həlak olmuşdu.
9 milyonun virusa yoluxmasına səbəb olan Çindən ŞOK ADDIM: itləri bişirdikdən sonra... - FOTOBütün dünyanı cənginə alan və 9 milyon nəfərin yoluxmasına səbəb olan koronavirus pandemiyasının ortaya çıxdığı Çində “Liçi və it əti” festivalı başlayıb.

Publika.az xəbər verir ki, bu barədə “Sky News” informasiya yayıb.

Xəbərə görə, koronavirus pandemiyası ilə mübarizə tədbirləri çərçivədinfə itlərin ferma heyvanı statusundan çıxarılmasına rəğmən, Qunaqçi əyalətinin Yulin şəhərində bu gün festivala start verilib.

Festivalda minlərlə it müxtəlif formalarda kəsilib bişirilərək sərgilənir.

Heyvan haqları müdafiəçisi Beynəlxalq Sivil Cəmiyyət Təşkilatının Çin üzrə mütəxəssisi Piter Li it ətinin yeni xəstəliklərə yol aça və sağlamlıq riskləri yarada biləcəyi mövzusunda xəbərdarlıq edib.

O qeyd edib ki, it əti potensial bir epidemiya riskidir.

Qeyd edək ki, it əti Çində 12,3 milyon dollarlıq ticarət həcminə malikdir.
Ağ Evdən İTTİHAM: “Çin virusu yaymaq üçün vətəndaşlarını xaricə göndərib”Ağ Evin rəsmi nümayəndəsi, ABŞ prezidentinin ticarət məsələləri üzrə köməkçisi Piter Navarro CNN telekanalına müsahibə verib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Ağ Evin pandemiyanın ikinci dalğasına hazırlaşdığını deyib.

“Əlbəttə, biz koronavirusun ikinci dalğasına hazırlaşırıq. Bunun mütləq baş verəcəyini demirəm, amma hazırlıq işləri görülür” - deyə Navarro söyləyib.

Piter Navarro pandemiyanın arxasında Çin hökumətinin olması fikrini də bir daha təkrarlayıb.

“Çin bu virusu yaradıb. Və yüzminlərlə Çin vətəndaşını xaricə göndərərək, dünyada yayıb”.

Navarro Çinin virusu qəsdən yayıb-yaymamasının sual altında olduğunu da dilə gətirib.
Bakıda qardaş qardaşı qətlə yetirdiBakıda qətl hadisəsi baş verib.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, hadisə iyunun 21-i gecə saatlarında paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1976-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Teymur Ramazanov mübahisə zəminində qardaşı, 1968-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Teyyub Ramazanovu bıçaqlayaraq qətlə yetirib.

Hadisədən sonra Teymur Ramazanov saxlanılıb.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Dünyada koronavirusa yoluxanların sayı 9 milyonu ÖTÜBÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsdiqlənən dünyada koronavirusa yoluxanların sayı sutka ərzində 183 mindən çox artaraq 9 milyonu keçib. Ölənlərin sayı 4 mindən çox artaraq 462 minə yaxın oldu.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat verib.

Bildirilib ki, dünyada 9 046 215 yoluxma və 461 715 ölüm halı qeydə alınıb. Sutka ərzində yoluxanların sayı 183 020, ölənlərin sayı 4743 nəfər artıb.

Şimali və Cənubi Amerika bölgəsi yoluxanların sayına görə birinci yerdədir - 4 279 854. Sutka ərzində bu göstərici 116 041 artıb. Orada ölənlərin sayı 3 241 nəfər artaraq 219 144-ə çatıb. Avropada 2 527 618 yoluxma və 193 086 ölüm faktı qeydə alınıb. 24 saat ərzində orada yoluxanların sayı 17 922, ölənlərin sayı 442 nəfər artıb.

Dünyada yoluxanların sayında üçüncü yeri Şərqi Aralıq dənizi bölgəsi tutur. Orada yoluxanların sayı 897 403-ə çatdı, 20 075 ölüm halı qeyd edilib. Sutka ərzində yoluxanların sayı 18 975 nəfər artıb, 515 nəfər ölüb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
Xaricdə təhsil alan Azərbaycan hərbçiləri ölkəyə gətirilib"Bizim xarici ölkələrdə, dünyanın aparıcı hərbi məktəblərində təhsil alan minlərlə kursant və zabitlərimiz var".

Avrasiya.net xəbər verir ki, bunu Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun pandemiya dövründəki fəaliyyəti, əsgərlərin səhhəti və döyüş ruhu ilə bağlı sualı cavablandırarkən deyib.

Nazir "Real" televiziyasına müsahibəsində bildirib ki, təkcə Türkiyədə Azərbaycanın 1000-ə yaxın hərbçisi təhsil alır: "Türkiyədə problem yoxdur. Türkiyə Silahlı Qüvvələrində COVID-19-la bağlı çətinlik yaşanmır. Hətta mən Türkiyənin Milli Müdafiə naziri ilə də telefonla danışmışam. O, maraqlandı və köməyini təklif etdi, mən də bizdə hər şeyin qaydasında olduğunu dedim və minnətdarlığımı bildirdim. Biz Türkiyədə oxuyan şəxsi heyətimizə dəymədik, çünki onlar orada təhsilini davam etdirirlər.

Bundan əlavə, Çin Xalq Respublikasında bizim çoxsaylı kursant və zabitlərimiz var. Orada da heç bir problem yoxdur, onlar da təhsilini davam etdirirlər. Rusiya Federasiyasında isə təhsil alan kursant və zabitlərimiz ilə bağlı əvvəl problem yox idi, amma koronavirusa yoluxma halları orduda başladıqdan sonra Rusiya tərəfi bizə müraciət etdi. Biz də 200-ə yaxın kursant və zabitlərimizi Rusiyadan Azərbaycana gətirdik. Onların arasında iki nəfərdə şübhə var, müalicələri davam etdirilir. Bundan əlavə, bizim hərbi təyyarəçilərimiz orada müasir təyyarələrlə uçuşlarını davam etdirirlər. Bu yaxınlarda mənim Rusiyanın müdafiə naziri ilə də danışığım olub. Onlar da təhsilini davam etdirirlər".

"Eyni zamanda, İtaliyadan təxliyə olunan kursant və zabitlərimiz də ölkəmizdə karantinə alındı. Karantin müddəti bitəndən sonra onlarda heç bir koronavirus faktı aşkarlanmadı və hazırda onlar xidmətini, təhsilini davam etdirirlər. Daha sonra ABŞ-dan təxliyə olunan kursant və zabitlərimiz karantinə alındı. Fəaliyyətimizi Nazirlər Kabineti yanında Operativ Qərargahla sıx qarşılıqlı əlaqədə davam etdiririk. Çalışırıq ki, Azərbaycan Ordusunu koronavirusdan qoruyaq" - Müdafiə naziri bildirib.
Koronavirusdan ölənlərin sayı 461 mini keçdi - ÜSTDünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 183 mindən çox artıb.

Publika.az "TASS"a istinadla xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyunun 21-si saat 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 183 020 nəfər koronavirusa yoluxub, 4 743 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 8 708 008 ölənlərin isə 461 715 nəfərə çatıb.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.