Milli Məclisin aparat işçiləri və deputatlar COVİD-19 testindən keçir“Bu gun səhər saatlarından başlayaraq Milli Məclisin deputatları və Milli Məclis Aparatının işçiləri koronavirus testindən keçirilir”.

Bu barədə Modern.az-a Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib. Deputat qeyd edib ki, bu barədə Milli Məclisdən göstəriş verilib.

Qeyd edək ki, Milli Məclisin deputatı Sahib Alıyevın koronavirus tesdtinin nəticəsi pozitiv çıxıb. Digər deputatların da koronavirus testindən keçməsi barədə sualımıza dünən Milli Məclisin mətbuat xidməti birinci gün cavab verəcəyini bildirmişdi.
Gürcüstan COVİD-19-a necə qalib gəldi - Gürcüstanlı deputat açıqladı“Gürcüstanda yaşayan azərbaycanlıların vəziyyəti normaldır. Ümumiyyətlə, Gürcüstan koronavirus pandemiyasına qalib gəlmək ərəfəsindədir. Demək olar ki, gün ərzində 3-5 nəfər virusa yoluxur”.

Bu fikirləri Modern.az-a açıqlamasında Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Azər Süleymanov deyib.

Deputat gürcülərin koronavirusla mübarizə metodlarından da söz açıb: “İnsanlar qaydalara tam əməl edirdilər. Həmçinin karantin müddətində qaydaları pozanlara qarşı çox sərt cəzalar tətbiq olunurdu. Digər bir məsələ isə insanların qanunların yanında olması idi. Məsələn, Azərbaycanda sərt karantin vətəndaş polisə zibil atır, digər vətəndaşlar da bu aksiyaya qoşulur. Ancaq Gürtcüstanda tam əksinədir. Polisə zibil atan vətəndaşı hüquq-mühafizə orqanlarından öncə vətəndaşlar linç edir. Hesab edirəm ki, bu cür hallarda hər bir vətəndaş dövlətin, qanunların yanında olmalıdır”.

Azər Süleymanov Gürcüstan parlamentində təmsil olunan deputatların karantin qaydalarına riayət etməsinə də münasibət bildirib:

“Hər bir deputata karantin günlərində hərəkət etmək icazəsi verilmişdi. Biz deputatlar şəxsi maşınla hara istəsək gedə bilərdik. Ancaq Gürcüstan parlamentinin deputatları qaydaları pozmadı. Hər birimiz evdə olduq və şəxsi maşınımıza oturub harasa getmədik. Hesab edirəm ki, bu cür məqamlarda nümunəvi addımların atılması çox önəmlidir. Biz vətəndaşlara nümunə olmasaq, onlardan nəsə tələb edə bilmərik”.
İsraildən İNANILMAZ ETİRAF: BƏƏ şahzadəsi 25 ildir bizimlə işləyirİsrail mətbuatı Yaxın Şərqin ən qaranlıq şəxsi BƏƏ-nin vəliəhd şahzadəsi Məhəmməd bin Zayedin Təl-Əvivlə gizli ittifaqda olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, Yaxın Şərq və Şimali Afrikada terror, çevriliş və işğalların əsas sponsoru olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) həyata keçirdiyi qaranlıq əməliyyatlarla bağlı yeni təfərrüatlar məlum olub.

Liviyadakı çevrilişçilərə, xüsusilə də Xəlifə Haftarı, Somali və Suriyadakı terror təşkilatlarını dəstəkləyən Əbu-Dabinin vəliəhd şahzadəsi Məhəmməd bin Zayedin de-fakto rəhbərlik etdiyi BƏƏ İsrailin Qərb sahilini ilhaq etmək planına da pərdə arxasından dəstək verir.

Qərb sahilindəki qeyri-qanuni yəhudi yaşayış məntəqələri və İordaniya vadisinin ilhaqı planı İsrailin ən vacib gündəliyi olaraq qalır. Planın ən böyük dəstəkçisi ABŞ görünsə də, Birləşmiş Ərəb Əmirliklərinin adı ön plana çıxır. Əmirliyin vəliəhd şahzadəsi Məhəmməd bin Zayedin 25 ildir Təl-Əvivlə gizli ittifaqda olduğu da son yayılan məlumatlar sırasındadır.
ABŞ Rusiyanı buradan vuracaq - Rus ekspertABŞ 70 ildən çoxdur ki, Rusiyaya Arktika üzərindən hava hücumları təşkil etmək planını hazırlayır.

Axar.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Vladislav Şurıqin ölkə mətbuatına açıqlamasında deyib.

Ekspert bildirib ki, ABŞ-dan Rusiyanın strateji, siyasi və iqtisadi bölgələrinə ən qısa məsafə Şimal qütbündən keçir:

“Varşava Paktı ölkələrində havadan müdafiənin intensivliyini nəzərə alsaq, ABŞ-ın bombardmançı təyyarələrinin Avropadan, tataq ki, Ural bölgəsinə çatması mümkün deyildi. O vaxt Sovet İttifaqı Arktikanı hava hücumundan müdafiə sistemləri ilə təchiz etdikdən sonra ABŞ "Kruz" raketlərinə keçməli oldu. ABŞ 70 ildən çoxdur ki, Arktika üzərindən hava hücumları təşkil etmək planı üzərində işləyir. Buna baxmayaraq, Rusiya hərbi təyyarələri amerikalılara lazımi cavab verə biləcək vəziyyətdədir”.

Qeyd edək ki, ABŞ Hərbi-Hava Qüvvələrinə aid bombardmançı təyyarələr Arktika bölgəsində tez-tez uçuşlar həyata keçirir.
Artıq Qərb də başa düşür ki, Paşinyan avtoritar hakimiyyət qurubErmənistanda nə baş verir? Necə oldu ki, Qərbdə demokrat sayılan Paşinyan demokratiyadan uzaqlaşdı? Vaxtı ilə özü parlament deputatı olaraq etiraz aksiyaları, yuruşlər, mitinqlər təşkil edirdi. Və deputat toxunulmazlığını götürmək üçün parlamentdə məsələni qaldırmırdılar. Amma indi isə Paşinyan, hökümətin üzvü, baş prokuror parlamentə, onun əsas rəqibi olan müxalifətçi deputat Tsarukyanın deputat toxunulmazlığının qaldırılması məsələsi ilə bağlı müraciət göndərir. Və parlament Tsarukyanın toxunulmazlığını ləğv edir və bu qərar onun həbsinə yol açır.

Paşinyanın əsas rəqibi olan Tsarukyana və müxalif partiyasının üç üzvünə cinayət işi açılır.

Ermənistanda indi siyasi böhrandır. Paşinyan indi çalışır bu siyasi böhrandan az itkilərlə çıxsın. Onun başçılıq etdiyi hökümətin bir gündə üç nazirin istefası, verilən anti-demokratik qərarlar həm daxildə, həm də xaricdə reytinqin düşməsinə gətirib çıxarıb.

Məlum məsələdir ki, Paşinyan Qərbin dəstəyi ilə hakimiyyətə gəlib. Və Qərb Paşinyanın anti-demokratik addımlarını görərək susur. Bu məsələdə hardasa Rusiyanın amili də var. Putin açıq şəkildə Koçaryanı və müxalifəti dəstəkləyir. Bir neçə dəfə təziyq edəndən sonra, Paşinyan məcbur oldu Koçaryanı azadlığa buraxsın.

Qərbin Paşinyanın bu anti-demokratik addımlara susması, onu dəstəkləyənlərin Paşinyana etimadın itirilməsi ilə əlaqədərdir. Artıq Qərb də başa düşür ki, Paşinyan demokrat libasını dəyişib, avtoritar hakimiyyət qurub.
İndi isə aydındır ki, Paşinyanın yeganə məqsədi öz hakimiyyətinin müddətini uzatmaqdır.

Dinarə Məmmədova
ALDP sədrin müşaviri
Rəşad Sadıqov futboldan getdiMillimizin sabiq müdafiəçisi, "Qarabağ"ın kapitanı Rəşad Sadıqov futbolçu karyerasını başa vurub.

Avrasiya.net xəbər verir ki, bu barədə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov məlumat verib.

O, koronavirus pandemiyası ilə əlaqədar ləğv edilən mövsümün Rəşad Sadıqov üçün sonuncu olduğuu bildirib.

Qeyd edək ki, R.Sadıqov peşəkar futbolçu karyerasına 2000-ci ildə "Turan"da başlayıb. Sadıqov “Neftçi”, “Fulad” (İran), “Kayserispor”, “Kocaelispor” və “Eskişehirspor”da (hamısı Türkiyə) da oynayıb. 38 yaşlı müdafiəçi 2009-2010-cu illər və 2011-ci ildən indiyə kimi "Qarabağ"da çıxış edirdi.
Oğul anasını qətlə yetirdi Mingəçevirdə Ağdamın Qiyaslı kənd sakini öldürülüb.

Hadisə az öncə şəhərin Yeni həyat köçkün qəsəbəsindəki fərdi təsərrüfatlardan birində baş verib.

1974-cü il təvəllüdlü qəsəbə sakini Hacıyeva Brilyant Nizami qızı ürək nahiyəsinə vurulan bıçaq zərbəsindən sonra yerindəcə keçinib.

İlkin məlumata görə, qətli qadının oğlu Elmir Hacıyev qısqanclıq zəminində törədib. Hadisənin səbəbi hələlik tam məlum deyil.

Hadisəni törədən E.Hacıyev polisə təslim olduğu deyilir.

Faktla bağlı araşdırma başlanılıb, cinayət işi açılıb. (APA)
Bankın filial müdiri Xəzərdə boğulduBu gün Bakıda dənizdə boğulan Məmmədov Yusif İsak oğlu tanınmış bankların birində işləyib.

1980-ci il təvəllüdlü Yusif Məmmədov “Xalq Bank”da filial müdiri olub. Yaxınları onun dənizdə uşağı xilas edərkən boğulduğunu bildirib.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi də hadisə ilə bağlı məlumat yayıb. Məlumata görə, Yusif Məmmədov Xəzər rayonunda dənizin nəzarətsiz ərazisində boğulub. (Qafqazinfo)