Dünyada koronavirusdan ölənlərin sayı 460 mini ötdüDünyada COVID-19-a yoluxma nəticəsində ölüm hallarının ümumi sayı 460 691 pasiyent təşkil edir.

“Report” xəbər verir ki, bu barədə “Worldometers.info” saytında yerləşdirilən statistik məlumatda deyilir.

Bundan başqa, dünyada pandemiya ərzində 8 702 585 insan koronavirus analizlərinin müsbət nəticəsini alıb. Bu halda 4 592 225 insan xəstəlikdən sağalıb.

Hazırda virusa yoluxmuş 54 726 pasiyent ağır vəziyyətdədir.

ABŞ dünyada koronavirusa ən çox yoluxma və virusdan ölüm hallarının sayı üzrə birinci yerdədir. Birləşmiş Ştatlarda COVID-19-a 2 288 941 nəfər yoluxub, 121 289 nəfər pandemiyanın qurbanı olub.

Siyahıda ikinci yerdə Braziliya qərarlaşıb. Bu ölkədə 1 009 699 nəfərə koronavirusa yoluxma diaqnozu qoyulub. Müalicə alan 48 427 pasiyent vəfat edib.

Şimal qonşumuz Rusiyada da virusa yoluxma yüksəkdir. Bu ölkədə 596 063 nəfər COVID-19 daşıyıcısı kimi qeydə alınıb.

Siyahıda dördüncü yerdə 395 812 yoluxma ilə Hindistan, beşinci yerdə 301 815 virus daşıyıcısı ilə Böyük Britaniya qərarlaşıb.
Bakıda intiharın qarşısı alındıBakı şəhərinin Xətai rayonunda intihara cəhd edilib.

Fövqəladə Hallar Nazirliyidən Avrasiya.net-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər doqquzmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.
Azərbaycanlı bloger Moskvada saxlanıldıRusiyada yaşayan azərbaycanlı bloger, İnstaqram fenomeni Hüseyn Həsənov Moskvada polis tərəfindən saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Bildirilir ki, H.Həsənov “Rolls Roys-Kullinan” markalı lüks avtomobilində saxlanılıb. Həmin maşının isə axtarışda olduğu deyilib.

Həmçinin bloger həmin maşına “Lamborgini” markalı digər avtomobilinin dövlət nömrə nişanını vurub.

Bundan əlavə, Həsənovun nömrə gizlətməsindən dolayı sürücülük hüququndan da məhrum edildiyi bildirilib.
Masallıda üç qız itkin düşdü - FHN axtarırFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə 19 iyun 2020-ci il tarixində axşam saatlarında Masallı rayonunun Şərəfə kəndi ərazisində itkin düşmüş 2004-cü il təvəllüdlü Kərimova Alamə Tələt qızının, 2006-cı il təvəllüdlü Ələsgərova İlahə Əlövsət qızının və 2010-cu il təvəllüdlü Ələsgərova Səkinə Əlövsət qızının axtarışlarının aparılması üçün müraciət daxil olub.

Avrasiya.net xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Qeyd olunub ki, dərhal nazirliyin müvafiq xilasetmə qurumları və digər aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Hazırda FHN-nin Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri tərəfindən itkin düşmüş şəxslərin axtarışları həyata keçirilir.