Məleykə Abbaszadə buraxılış imtahanlarının təxirə salınmasına AYDINLIQ GƏTİRDİGələn həftəyə nəzərdə tutulan imtahanların bəziləri təxirə salınıb, digər regional məktəblər, rayonlarda imtahan keçirilməsinə şərait yaradılıb. Bununla bağlı hökumətin razılığını almışıq”.

Avrasiya.net-in xəbərinə görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Xanım sədr bildirib ki, bu gündən iyunun 24-25-də keçiriləcək imtahanlar üçün buraxılış vərəqəsini çap etmək mümkündür: “Bunlar 4 növ imtahanlardır. Hər bir rayona aid imtahanlar DİM-in saytına yerləşdirilib. Binaların imtahana hazırlanmasında təhsil işçilərinin çox böyük rolu olub. Bizə yerli icra hakimiyyəti orqanları da köməklik göstərirlər. Biz maska ilə gəlməyi tələb edirik, indiki zamanda hər bir insan özünü də qorumalıdır, ətrafdakı insanların da. Bu vəziyyət təkcə virusun amansız olmasına deyil, həm də bəzi vətəndaşların qayda-qanuna əməl etməməsinə görə yaranıb. Həyat tərzimiz dəyişməlidir, maska taxmaq, sosial məsafə saxlamaq həyat tərzimiz olmalıdır”.
Ermənistanda koronadan daha 13 nəfər öldüSon sutka ərzində Ermənistanda koronavirusa 551 nəfər yoluxub.

Avrasiya.net xəbər verir ki, bunu Ermənistan Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 19708 nəfər olub.

Son sutka ərzində koronavirusdan ölənlərin sayı 13 nəfər artaraq, 332-yə yüksəlib.
Yalnız bu şəxslər xidməti vəsiqə ilə hərəkət edə bilərƏvvəlki qərardan fərqli olaraq, yalnız dövlət qurumlarına xidməti vəsiqə ilə hərəkət icazəsi verilir.

Avrasiya.net xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Operativ Qərargahın bugünkü brifinqində deyib.

"KİV nümayəndələri Elektron İcazə Portalında qeydiyyatdan keçərək, karantin müddətində fəaliyyət göstərə biləcəklər", - o bildirib.
Bir gündə 2 dəfə icazə almaq olar... - Ülvi MehdiyevNazirlər Kabinetinin qərarına əsasən, kodlardan istifadə ilə bağlı məhdudiyyət yoxdur.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Operativ Qərargahın bugünkü brifinqində deyib.

"SMS icazələrdə 1 kodundan istifadə edən şəxs 2 kodundan da istifadə edə bilər. Lakin vətəndaşlar bundan sui-istifadə etməli deyillər. Vətəndaşlardan xahiş edirik ki, zəruri olmayan hallarda bundan istifadə etməsinlər. Analitik təhlillər əsasında şəxsin sui-istifadəsi ilə bağlı halları aşkar edə bilirik".

Ülvi Mehdiyev bildirib ki, hər kəs öz-özünə sərhəd qoymalıdır: "Bizim hər birimiz qaydaları ciddiyə almalıyıq".
Baş Prokurorluqdan Masallıda qızların itkin düşməsi ilə bağlı AÇIQLAMAİyunun 19-da axşam saatlarında paytaxt sakinləri 2004-cü il təvəllüdlü Alamə Kərimova, 2006-cı il təvəllüdlü İlahə Ələsgərova və 2010-cu il təvəllüdlü Səkinə Ələsgərovanın qonaq getdikləri Masallı rayonunun Şərəfə kəndi ərazisində itkin düşmələri ilə bağlı valideynləri tərəfindən hüquq-mühafizə orqanlarına müraciət daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, azyaşlılar qonaq getdikləri Masallı rayonunun Şərəfə kəndindən Bakı şəhərinə qayıtmaq qərarına gəlib, bu məqsədlə qızlar yola çıxaraq Bakı istiqamətinə gedən “Kamaz” markalı yük avtomobilinə miniblər.

Azyaşlılar paytaxta yaxınlaşarkən gecə 03 radələrində Salyan rayonu ərazisindəki polis postlarının birində aşkarlanaraq hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən valideynlərinə sağ-salamat təhvil veriliblər.

İtkin düşmüş şəxslərdə hər hansı xəsarət və ya xəsarət izi, o cümlədən zorakılıq əlamətləri aşkar edilməyib.
"Koronavirusla mübarizədə vətəndaşların həmrəylik nümayiş etdirməsi vacibdir" Bunu Avrasiya.net-ə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov bildirib.

Onun sözlərinə görə, bəşəriyyət tarixi boyunca müxtəlif bəlalarla, o cümlədən kütləvi yoluxucu xəstəliklərlə qarşılaşmışdır. Tarixi proseslərin xroniki təhlili göstərir ki, ən dəhşətli pandemiyalar qarşısında yalnız o cəmiyyətlər daha az itkilərlə davam gətirmişlər ki, onlarda insanların həmrəyliyi və birliyi tandem təşkil etmişdir. Cəmiyyətin həmrəy olması da öz növbəsində güclü liderin və ona olan inamın harmoniyasını birmənalı şərtləndirən amillərdəndir: "Bu baxımdan, güclü liderin cəmiyyət tərəfindən hamılıqla qəbul edilməsində, onun rəhbəri olduğu toplunun milli və mənəvi dəyərlərini mükəmməl mənimsəməsi, eləcə də inkişafa bağlı mütərəqqi, həmçinin ən mürəkkəb vəziyyətlərdə həlledici siyasi strategiyasının və ümummilli məsələlərlə bərabər, ümumbəşəri problemlərin önlənməsində qətiyyətli və cəsarətli addımların atılması kimi məziyyətlərinin olması xüsusi spesifik formalaşdırır".

H.Şikarov onu da deyib ki, dünyanın üz-üzə olduğu, ən qüdrətli hesab olunan dövlətlərin belə qarşısında duruş gətirə bilmədiyi Covid-19 virusununun fəsadları ilə indiyə qədər ən ciddi müqavimət gücü nümayiş etdirən ölkələr sırasında Azərbaycanın adı müsbət mənada fərqlənənlərdəndir. Virusun dünyaya yayılmağa başladığı ilk gündən etibarən, Azərbaycan dövləti ən ciddi qabaqlayıcı addımlar atmışdır. Azərbaycanın lideri, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi siyasət təkcə rəhbəri olduğu xalqın deyil, həm də bütün bəşəriyyətin xilasına yönəlmiş məqsədyönlü siyasi strategiyadır və beynəlxalq qurumlar tərəfindən də təqdir edilməkdədir:

"Ölkə başçısı cənab İlham Əliyevin tapşırığına əsasən koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradıldı".

H.Şikarov daha sonra deyib ki, ildırım sürətilə yayılan koronavirus pandemiyası qısa zaman ərzində dünyanı lərzəyə saldı. Səhiyyəsi, iqitisadiyyatı və ümumiyyətlə həyat səviyyəsi göstəricilərinə görə ən qabaqcıl ölkələr belə pandemiyanın yayılmasının qarşısında aciz qaldı. Azərbaycanda isə ilk günlərdən qəbul edilən qərarlar və karantin rejiminin tətbiqi nəticəsində vəziyyəti nəzarət altında saxlamaq mümkün oldu:

"Bəşəriyyəti bürüyən koronavirus pandemiyasının tamamilə məhv edilməsində, yer üzündən silinməsində müstəsna rol oynayan amillərdən biri dövlətlərin birliyi, həmrəyliyidir.
Bu gün virusdan xilas edilməyin yolu əlbəttə ki, bəşəri həmrəylikdən keçir.

Pandemiyanın ilk dalğalarının yayılmağa başladığı ilk günlərdə Azərbaycan koronavirusa qarşı ümumbəşəri mübarizəyə ciddi maddi və mənəvi dəstək verməklə, bütövlükdə, bu prosesə qoşulmaqla ortaya çox ciddi nəticələr, nümunələr qoya bildi".

Bəli, Azərbaycanın koronavirusa qarşı mübarizəsinin əsasında xalqın milli və mənəvi dəyərlərindən irəli gələn pandemiya əleyhinə ölkə rəhbərliyi tərəfindən müəyyənləşdirilən tədbirlərə qarşı həmrəylik, eləcə də ümumbəşəri xilas ideyalarına loyallıq durur. Birmənalı şəkildə demək mümkündür ki, bu məsələdə ən öndə olan faktor Azərbaycan xalqının öz liderinə sonsuz inamıdır. Bu gün cəmiyyətdə cənab İlham Əliyev tərəfindən müəyyənləşdirilən “Biz birlikdə güclüyük” şüarı ağır sınaq qarşısında milli birliyin leytmotivi kimi bütün insanların dilində səslənir:

"Onun meydana çıxması xalqımızın mənəviyyatına bələdçiliyin və etiqadın, həmçinin zaman nöqteyi-nəzərdən pandemiya kimi ciddi məsələlərə qarşı xüsusi həssaslığın bariz nümunəsini nümayiş etdirir. Necə ki, ölkəmiz bu çətin sınaqla üz-üzə qaldığı ilk gündən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva başda olmaqla, hər kəs öz fəaliyyət sahəsində çiyin-çiyinə mübarizə aparmaqla həmrəylik nümayiş etdirmişdir. Bu bir daha onu göstərir ki, Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır və Azərbaycan hakimiyyəti öz gücünü birbaşa olaraq Azərbaycan xalqından alır".

Azərbaycan dövlətinin bu virusla mübarizədə müəyyənləşdirdiyi əsas taktiki yol, insanların özlərini qorumaqla dövlətə dəstək olmasıdır. Yəni dövlət zəruri olmadığı təqdirdə, lüzumsuz yerə böyük insanları təhlükə ilə üz-üzə qoymamağa çalışır. Bir çox ölkələrdən fərqli olaraq Azərbaycan dövləti əhalini təhlükə qarşısında tək qoymaq niyyətindən tamam uzaqdır. Xüsusən, yaşlı nəslin qorunması, diqqət mərkəzində saxlanılması bütün dünyada virusun dəhşət saçdığı dövrdə əsl humanizm nümunəsidir.
Mübarizənin əsas prinsiplərindən biri insan qruplarını pandemiyaya yoluxmaqdan təcrid etməkdir. Bunun üçün “Evdə qal, Azərbaycan!” şüarı fəal şəkildə təbliğ olunur. Bütün proses boyunca müşahidə olunan əsas məqam ondan ibarətdir ki, dövlət insanların bu prinsiplərə şüurlu şəkildə riayət etməsi, təhlükənin miqyasını başa düşməsi üçün bütün imkanlarını səfərbər edir. Virusla mübarizə məqsədi ilə Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tətbiq etdiyi bütün qadağa və məhdudiyyətlərin tətbiq olunma səbəbləri, prinsipləri geniş şəkildə cəmiyyətə izah edilir:

"Bütün qonşu ölkələrlə sərhədlərin bağlanması və martın 24-də tətbiq edilən karantin rejimi əsas iqtisadi fəaliyyətlərin dayanması ilə nəticələndi. Dövlət və büdcə təşkilatlarında çalışanlar öz əmək haqlarını almağa davam etsə də və bəzi müəssisələrdə maaşlar dövlət yardım paketi ilə kompensasiya olunsa da, bu karantin rejimi rəsmi əmək müqaviləsi olmayan işçilərə, qeydiyyatsız çalışanlara, rəsmi işçi statusu olmayanlara mənfi təsir etdi. Prezident İlham Əliyev bu il martın 19-da “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam imzaladı. Eyni zamanda, dövlət başçısının bu Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb və artıq bu istiqamətdə addımların atılmasına start verildi. Aprelin 17-də isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrıldı".

Ölkə ərazisində mart ayının 24-dən elan olunmuş karantin rejiminin şərtlərini aprel ayının 5-dən etibarən gücləndirməklə ölkə ərazisində virusa yoluxma sayının minimuma endirilməsinə nail olundu. Bunu nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən may ayının 18-dən etibarən şərtlərin yüngülləşdirilməsi, SMS-icazə sisteminin ləğv edilməsi qüvvəyə mindi:

"Lakin bu nəticələr növbəti günlərdə edilən laqeydlik və karantin qaydalarına əməl olunmaması nəticəsində yenidən mənfiyə doğru dəyişdi.

Azərbaycanda karantin rejimindəki məhdudiyyətlərin bəzisi aradan qaldırıldığı üçün əhali arasında virusa yoluxmada artım müşahidə olundu. Əhali bilməlidir ki, COVID-19 xəstəliyi uzunmüddətli prosesdir. Bu səbəbdən hamının sosial məsuliyyətdən irəli gələrək hər bir zaman mövcud qaydalar və şəxsi gigiyena, zəruri profilaktik qaydalara əməl etməsi vacibdir.

Bunun ilk siqnalını ölkə Prezidenti İlham Əliyev aprelin 24-də Sumqayıt şəhərində sakinlərlə görüşündə bildirib. Prezident qeyd edib ki, karantin müddətində daim monitorinq aparılacaq: “Əgər bu yumşalmadan sonra görsək ki, vəziyyət mənfi istiqamətə gedir, məcbur olub yenə də sərtləşdirəcəyik. Ona görə bir daha demək istəyirəm ki, əsas məsələ vətəndaşların sağlamlığıdır, onların həyatıdır”.

YAP rəsmisi vurğulayıb ki, ölkəmiz pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar könüllü maliyyə yardımı ayırıb. Eyni zamanda, Azərbaycan 29 dövlətə humanitar yardım göstərib və bu işi davam etdirir:

"Karantin rejiminin tətbiqi nəticəsində əldə olunan nailiyyətlər qətiyyən laqeydlik yaratmamalıdır. Vaksinasiya problemi həll edilməyənədək virusun əhali arasında yayılma riski böyükdür. Hər bir Azərbaycan vətəndaşı pandemiya dövründə öz məsuliyyətini dərk edərək karantin rejimi qaydalarına ciddi əməl etməlidir".
Qanunverici hakimiyyət narkotizmlə mübarizədə yeni çağırışlara hazırdırSon illər ərzində Cənab Prezident İlham Əliyev tərəfindən aparılan ardıcıl islahatlar məhkəmə-hüquq sistemini də əhatə etmişdir. Bu istiqamətdə əsas amil Cənab Prezidentin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamı və ondan irəli gələn tədbirlər olmuşdur. Bu Sərəncamın əsas məqsədi insan hüquq və azadlıqlarının qorunması kimi konstitusion prinsiplərə riayət edərək cəza siyasətinin humanistləşdirilməsi və alternativ cəza mexanizmlərinin genişləndirilməsidir.

Bildiyiniz kimi qeyd etdiyim Sərəncam Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bir çox bölmə üzrə dəyişikliklər edilməsinə zəmin yaratmışdır və bu məsələlər Milli Məclisdə geniş müzakirələrə səbəb olmuşdur. Belə məsələlərdən biri də Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə, yəni satış məqsədi olmadan narkotik vasitələrin istifadəsi və saxlanmasına görə cəza tədbirlərinin dekriminallaşdırılması olmuşdur. Lakin, bu yöndə hüquq-mühafizə orqanlarımızın rəyi birmənalı şəkildə azadlıqdan məhrumetmə cəzasının məcburi stasionar müalicə tədbirləri ilə əvəz olunmasına qarşı olmuşdur. Buna əsas olaraq, bu sahədə cəza siyasətinin dekriminallaşdırılmasının tətbiq olunduğu ölkələrdə səmərəliliyin hələ də sübut olunmaması və ölkəmizin coğrafi mövqeyindən sui-istifadə edilərək tranzit kimi narkotiklərin digər ölkələrə daşınması hallarının artma riski gətirilir.

Bu sahədə tam dekriminallaşmadan danışmağın erkən olduğunu nəzərə alaraq, narkotiklərlə mübarizə siyasəti çərçivəsində insan hüquq və azadlıqlarının daha yaxşı qorunmasını təmin edə biləcək mexanizmlərə mərhələli keçid barədə düşünülməlidir. Çünki bu artıq mübarizənin qlobal çağırışına çevrilib. Buna istinad kimi, BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının mart ayında baş tutmuş 63-cü sessiyasının müzakirələrini gətirmək olar. Bu müzakirələrin əsas predmeti narkotiklərlə mübarizə siyasətində insan faktorunun əsas meyar təşkil etməsi, insan hüquq və azadlıqlarının qorunması, xüsusilə narkoistifadəçilər üçün səhiyyə sisteminin əlçatanlığının təmin olunması və ümumilikdə mübarizə çərçivəsində sosial reinteqrasiya, müalicə və profilaktik tədbirlərin rolunun artırılmasıdır.

Narkotizmlə mübarizədə tətbiq olunan cəzalandırıcı üsulların tədricən humanistləşdirilməsinin iqtisadi və sosial cəhətdən bir çox müsbət nəticələri olacaqdır. Bunlar arasında cinayət məsulliyyətinə cəlb olunaraq həbs edilmiş insanların sayının azalmasını, maddi resursların cinayət-ədalət sistemindən səhiyyə sisteminə yönəldilməsini, insanların məhkumluq həyatının ağır nəticələrindən qorunmasını, narkotik istifadəçilərinin cəmiyyətdən təcrid olunmasının minimuma endirilməsini və onların QİÇS kimi xəstəliklərdən sağalmaq üçün müalicə almaqları məqsədilə daha az qorxduqları bir mühitin yaradılmasını, dövlət büdcəsinə əlavə gəlirlərin təmin edilməsini sadalamaq olar. Bu isə öz növbəsində narkotiklərlə mübarizənin sosial-iqtisadi inkişaf ilə sıx qarşılıqlı əlaqəsindən xəbər verir. Təsadüfi deyil ki, son zamanlar BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (BMTNCİ) başda olmaqla narkotiklərlə mübarizə sahəsində fəaliyyət göstərən bir neçə mötəbər qurumlar tərəfindən aparılan tədqiqatlar narkomaniya və narkotik vasitələrin qaçaqmalçılığına qarşı mübarizənin sosial, iqtisadi, ekoloji və institusional sahələri əhatə edən bir çox Davamlı İnkişaf Məqsədi ilə qarşılıqlı əlaqədə olduğunu müəyyən etmişdir. Bunu nəzərə alaraq, bu mübarizəyə yanaşma bir problemin həllindən əlavə olaraq inkişaf mənbəyi kimi tanınmalı və bu mübarizə dövlətin davamlı inkişaf planlarına inteqrə edilməlidir.
Düşünürəm ki, ölkəmizdə də narkomaniya probleminin aktuallığını nəzərə alaraq, bu məsələ dövlət gündəliyində əhəmiyyətli yer tutmalıdır. Bu barədə daha öncəki illərdə müxtəlif yazılarımda qeyd etdiyim kimi narkotiklərə qarşı mübarizəyə sadəcə mübarizə kimi deyil, sosial və iqtisadi inkişafa töhfə verəcək bir amil kimi yanaşmaq lazımdır. Bunun üçün ilk növbədə lazımi hüquqi və institusional əsaslar yaradılmalı, problemin kökü öyrənilməlidir. Zənnimcə ilkin olaraq bu mübarizədə uğurlu nəticələr əldə etmiş ölkələrin yaratdığı hüquqi əsasları öyrənmək və ölkəmizdə tətbiq etmək məqsədəuyğun olardı.

Bütün bunlarla yanaşı, qeyd etmək istərdim ki, Cənab Prezidentimizin apardığı ardıcıl islahatlarda yeni tərkibdə Milli Məclisin artan fəallığını nəzərə alaraq, narkotiklərə qarşı mübarizəyə günümüzün tələblərinə cavab verən yanaşmanın formalaşmasında qanunvericilik hakimiyyəti böyük töhfə verə bilər.

Məzahir Əfəndiyev
Milli Məclisinin deputatı

İran nəhənglərə meydan oxudu: Cinayət ortaqları...Almaniya, Fransa və Böyük Britaniya ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahunun cinayət ortağıdır.

Axar.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif deyib.

“Bu ölkələr ictimaiyyət qarşısında öz simalarını göstərib, özlərində cəsarət tapıb etiraf etməlidirlər: ABŞ hərbə-zorbalıqlarına qarşı çıxmaqda gücsüzlük göstəriblər, hətta BAEA anlaşmasının öhdəliklərini yerinə yetirməkdə də acizdirlər”, - deyə Zərif bildirib.
Ukraynada 700 polis koronaya yoluxduUkrayna Daxili İşlər Nazirliyinin (DİN) 700-dən çox əməkdaşı koronavirusa yoluxub.

Bu barədə Ukrayna DİN məlumat yayıb.

“DİN-in sistemində 709 əməkdaşın COVİD-19-a yoluxma halı qeydə alınıb. Onlardan 605-i artıq sağalıb, 104-ü isə müalicə alır”, - deyə bildirilib.