Tbilisidə parlament binası qarşısında mitinqGürcüstanın paytaxtı Tbilisidə parlament binası qarşısında kütləvi mitinq keçirilir.

Modern.az xəbər verir ki, “İşğala qarşı birlikdə” şüarı ilə keçirilən mitinq “Qavrilov gecəsi”nin ildönümünə həsr edilib.

Mitinqin keçirildiyi Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Gürcüstanın müxalif partiyalarının liderləri və tərəfdarlarının da qoşulduğu mitinq COVİD-19 virusu ilə əlaqədar olaraq sosial məsafə saxlamaqla keçirilir.

Qeyd edək ki, ötən il iyunun 20-də Tbilisidə keçirilən Parlamentlərarası Provaslav Assambleyasının 8-ci sessiyasında Rusiya Dumasının Kommunist Partiyasından olan üzvü Sergey Qavrılovun Gürcüstanın parlament sədrinin kürsüsündə əyləşməsi Gürcüstanda etirazlara səbəb olub. Hadisədən bir neçə gün sonra parlament sədri İrakli Kobaxidze istefa versə də, etiraz aksiyaları davam edib. Növbəti günlərdə keçirilən aksiyaların əsas tələbləri ölkədə proporsional seçki sisteminə keçid və o zaman daxili işlər naziri, hazırkı baş nazir Giorgi Qaxarianın istefası olub.
Azay Quliyev QHT nümayəndələrinə müraciət etdiHörmətli qeyri-hökumət təşkilatlarının nümayəndələri,

Bildiyimiz kimi, son həftələrdə ölkəmizdə COVID-19 pandemiyasına yoluxma hallarının kəskin artmasını nəzərə alaraq Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejiminin cari ilin avqustun 1-dək uzadılması, həmçinin, 21 iyun-5 iyul 2020-ci il tarixlərində ciddi karantin rejiminin tətbiqinə dair qərar qəbul edib.

Dövlətimizin bu sahədə həyata keçirdiyi bütün tədbirlərə adekvat ictimai dəstəyin təmin edilməsi bizim hər birimizin vətəndaş borcudur. Mart ayından etibarən tətbiq olunan xüsusi karantin rejiminin ilk günündən başlayaraq vətəndaşlarımızın nümayiş etdirdiyi sosial məsuliyyət və həmrəylik qlobal təhlükəyə çevrilən koronavirus pandemiyasına qarşı mübarizədə bu gün də ən çox ehtiyac duyulan məsələdir.

QHT-lərdən indiyə qədər olduğu kimi bundan sonra da üzərlərinə düşən missiyanı uğurla həyata keçirərək qarşıdakı iki həftədə infeksiyaya yoluxma sayının minimuma endirilməsi məqsədi ilə ölkə vətəndaşlarının sərtləşdirilmiş karantin rejiminin qaydalarına birmənalı əməl etməsi üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyəm etdiyi qaydada ictimai monitorinq və maarifləndirmə kampaniyalarını daha effektiv şəkildə davam etdirmələri xahiş olunur.

Şuranın 2020-ci ildə elan etdiyi qrant müsabiqələrinin qalibi olan bir çox QHT layihəsinin pandemiya ilə bağlı məsələlərə yönləndirildiyini və bu günə kimi 246 QHT ilə qrant müqaviləsinin imzalandığını nəzərə alaraq, QHT sektorunun bu bəla ilə mübarizədə daha fəal olacağına, ümummilli həmrəyliyə daha çox töhfə verəcəyinə, dövlət tərəfindən qəbul olunan qərarların icrasının təmin olunmasında daha çox işlər görəcəyinə inanıram.

Bu baxımdan fəaliyyət sahəsindən asılı olmayaraq hər bir QHT bütün imkanlarını səfərbər edərək əhalini Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyyə və çağırışlarına riayət etməyə çağırmalı, eyni zamanda sosial yardıma ehtiyacı olan ailələrə, xüsusi ilə yaşlılara yardımların göstərilməsində imkanları daxilində fəal olmalıdır.

Əminəm ki, hazırkı çətin dönəmdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın yaxından dəstəyi, xüsusilə yüksək sosial məsuliyyət və vətəndaş borcumuzun hamı tərəfindən dərk edilməsi sayəsində ən yaxın zamanda COVID-19 bəlasına qalib gələrək tezliklə normal həyat tərzinə qayıda biləcəyik.

Hörmətlə,
Azay Quliyev
Azərbaycan Respublikası Milli Məclisinin deputatı,
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri
Azərbaycanda daha bir alim virusdan öldüAMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Hüseyn Həşimli 55 yaşında vəfat edib.

Avrasiya.net-in məlumatına görə, bu haqda AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli xəbər verib.

“Professor Hüseyn Həşimlinin bədnam xəstəlikdən qəfil ölümü haqqında xəbəri eşitmək mənim üçün çox gözlənilməz və ağır oldu.
Hüseyn Həşimli ölkə miqyasında qəbul edilən mükəmməl ədəbiyyatşünas alim, bütöv və parlaq şəxsiyyət idi. Ali məktəbə qəbul olduğu ilk gündən ta bu günə qədərki işıqlı və zəhmətkeş həyatı ilə o, ölkəmizin dövlətçilik ideallarına və böyük ədəbiyyatşünaslıq andına sədaqətlə xidmət etmişdir. Hüseyn Həşimlinin ədəbiyyat nəzəriyyəsinə və ədəbiyyat tarixinə dair çap etdirdiyi əsərlər fundamental elmi tədqiqatlardır. O, ədəbiyyatın, elmin və ictimai fikrin mövcud vəziyyətini dərindən dərk edən, sabahını da aydın şəkildə görə bilən və qiymətləndirən mükəmməl bir Azərbaycan ziyalısı idi. Onun timsalında mükəmməl alim olmaqla bənzərsiz müəllim olmaq bir-birini tamamlayırdı. Biz Hüseyn Həşimlinin simasında görkəmli bir elm adamını, böyük bir müəllimi və etibarlı bir dostu itirdik”,- İsa Həbibbəyli bildirib.

Allah rəhmət eləsin...
Azərbaycanda yeni koronavirus REKORDU: 471 yoluxma, 5 ölümAzərbaycanda 471 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 191 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 12 238 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6516 nəfər müalicə olunaraq sağalıb, 148 nəfər vəfat edib, 5574 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir
Daha bir icra başçısı koronavirusa yoluxdu - FOTOTərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov koronavirusa yoluxub.

Avrasiya.net-ə daxil olan məlumata görə, icra başçısının koronavirus testi pozitiv çıxıb.

Hazırda Tərtər İH əməkdaşlarının nəzarətə alındığı bildirilir.

Tərtər şəhər bələdiyyəsinin sədri Tünzalə Vəliyeva faktı təsdiqləməyib.

Qeyd edək ki, Tərtərin deputatı Sahib Alıyev də koronavirusa yoluxub.

Bundan öncə Tovuz rayonunun icra başçısı Məmməd Məmmədov koronavirusa yoluxub, Samux rayon icra başçısının müavini Qəzənfər Əliyev isə bu virusdan dünyasını dəyişib.
Paşinyan yenə də aciz durumda qaldı“İşğalçı Ermənistanın Baş naziri Nikol Paşinyan növbəti dəfə beynəlxalq platformada Azərbaycan Prezidenti qarşısında acınacaqlı duruma düşdü. Paşinyanın məntiqsiz nitqi, dövlət başçımızın təqdim etdiyi tutarlı faktlara qarşılıq tapa bilməməsi və bu səbəbdən dolaşıq cavabları dünya ictimaiyyətinin gülüş hədəfinə çevrildi".

Bunu Avrasiya.net-ə Aqil Acalov ölkə başçısı İlham Əliyev və Nikol Paşinyan arasında məlum son videokonfrans haqqında fikirlərini bildirərkən deyib.

A.Acalov bildirib ki, Azərbaycan Prezidentinin iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə Ermənistan baş naziri həmişə çarəsiz durumda qalıb: "Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının videokonfransından öncə Münhendə keçirilən konfransda Azərbaycan Prezidentinin məntiqli arqumentləri qarşısında diz çökən Paşinyan gülüş hədəfinə çevrildi, dünya erməniləri ağılsız bir baş nazirin Ermənistana rəhbərlik etməsinə təəssüf etdilər. Hər belə beynəlxalq tədbirdə nokauta düşən Paşinyan nəinki Ermənistanda, bütün dünyada rəzil olur, ermənilərin ona olan etimad və inamı azalır. Çünki o, heç vaxt erməniləri layiqincə təmsil etməyib, həmişə onlara utanc gətirib".

A.Acalov son zamanlar Ermənistanda baş verən hadisələrə, müxalifətin hökumətə qarşı etirazına, insan haqlarının pozulmasına, müxalifət liderlərinin həbsinə, aksiyaların dağılmasına toxunaraq qeyd edib ki, Paşinyan bu konfransda bütün bunların üstünü ört-basdır etməyə çalışsa da, alınmadı. Yenə də Azərbaycan Prezidenti İlham Əliyevin gətirdiyi arqumentlər qarşısında aciz durumda qalan Paşinyanın gah erməni, gah da ingilis dilində danışaraq düşdüyü acınacaqlı durumdan çıxmaq cəhdləri tədbir içtirakçılarının diqqətindən yayınmadı.

A.Acalovun sözlərinə görə, Paşinyanın Avropa İnsan Haqları Məhkəməsinin Ramil Səfərovla bağlı işinə toxunaraq qərarın mahiyyətini saxtalaşdırması və ümumiyyətlə dünyaya bəlli olan dəhşətli soyqırımların altında imzası olan bir ölkənin baş naziri olaraq mövzuya bu tərz yanaşması həyasızlığın daha bir göstəricisi idi. İllərlə Azərbaycana qarşı işğalçılıq və soyqırım siyasəti həyata keçirən bir ölkənin baş nazirinin çıxışı mahiyyət olaraq ancaq və ancaq Azərbaycana şər, böhtan atmaq, ölkəmizin nüfuzuna xələl gətirməkdir. Amma heç zaman bu istək nə ona, nə də Ermənistanın əvvəlki rəhbərlərinə nəsib olmayıb. Çünki, Azərbaycan Prezidenti səlis danışığı və yüksək siyasi intellekti ilə işğalçı Ermənistan rəhbərlərinin yalanlarını tutarlı şəkildə, layiqincə ifşa edib. Beynəlxalq ictimaiyyət də bunu qəbul edib. Paşinyanın bu konfransda bir daha aciz durumda qalması onu deməyə əsas verir ki, o, hakimiyyətə küçədən gəlib.
Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə 100 mənzil verildi - FOTOƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən şəhid ailələrinə vəölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə daha 100 mənzil təqdim edilib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, mənzillərdən 53-ü Abşeron rayonunun Məmmədli kəndindəki yeni yaşayış binalarından, 47-si Bakının Hövsan qəsəbəsində inşa olunan yaşayış kompleksindən alınıb. Bütün mənzillərdə müasir yaşayış şəraiti yaradılıb.

Mənzillərin təqdim edilməsi tədbirlərində Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov və Nazirliyin Aparatının rəhbəri Fuad Musayev iştirak ediblər.

Vurğulanıb ki, Prezident İlham Əliyevin sosial sahəyə xüsusi qayğısı nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılır, sosial proqramlar ildən-ilə genişlənir. Dövlət başçısının tapşırığına uyğun olaraq, bu il də həssas qruplarla bağlı nəzərdə tutulmuş bütün sosial proqramlar tam icra olunmaqla, bu proqramların əhatə dairəsinin daha da genişləndirilməsi təmin olunur.

Eyni zamanda, şəhid ailələrinin və ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı uğurla davam etdirilir. Onlara təqdim edilən mənzillərin sayı ildən-ilə əhəmiyyətli dərəcədə artır. Buna misal olaraq, şəhid ailələrinə və müharibə əlillərinə 2018-ci ildə Nazirlik tərəfindən 626 ədəd, 2019-cu ildə 934 ədəd mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığı əsasında 2020-ci ildə isə ən azı 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulub. Onlardan bu gün daha 100 mənzil təqdim edilir. Bu il üçün nəzərdə tutulan 1500 mənzil və fərdi evdən artıq 300-ü verilib.

Ümumilikdə isə indiyədək Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7900-ə yaxın mənzil və fərdi ev təqdim edilib.

Çıxış edən şəhid ailəsi üzvləri, müharibə əlilləri vətəndaş rifahının təminatı istiqamətində atılan mühüm və ardıcıl addımlardan razılıqla bəhs ediblər. Onlar həyat şəraitlərinin yaxşılaşdırılması üçün aparılan işlərə və bu gün yeni mənzillərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Azərbaycanlı tələbəni öldürən şəxsin kimliyi açıqlandı – FOTOAzərbaycan vətəndaşı, 17 yaşlı Timur Qavrilovu qətlə yetirən şəxsin kimliyi məlum olub.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsi 17 yaşlı gənci qətlə yerinənin 1998-ci il təvəllüdlü Vitali Vasilyev olduğunu açıqlayıb.

Volqoradın Sovet rayonundan olan Vasiley federal axtarışa verilib. Onun fotosu bütün polis idarələrinə göndərilib.

Xatırladaq ki, Volqorad Tibb Universitetinin 1-ci kurs tələbəsi 17 yaşlı Timur Qavrilov iyunun 12-si gecə saatlarında küçədə qətlə yetirilib. Ona azı 20 bıçaq zərbəsi vurulmuşdu.