200-dən çox polis azərbaycanlı tələbənin qatilini axtarır17 yaşlı azərbaycanlı tələbə, Volqoqrad Tibb Universitetinin tələbəsi Timur Qavrilovun qatilini tapmaq üçün 200-dən çox polis səfərbər olunub.

Rusiya KİV xəbər verir ki, bu barədə Volqoqrad vilayətinin polis rəisi, general-leytenant Aleksandr Kravçenko açıqlama verib.

“Qətli törədən şəxsin şəxsiyyətinin müəyyən olunması və tapılması istiqamətində operativ işlər davam etdirilir”.

Xatırladaq ki, Timur Qavrilov iyunun 12-dən 13-nə keçən gecə küçədə naməılum şəxs tərəfindən 20 bıçaq zərbəsi vurularaq qətlə yetirilmişdi.
Putinin sadiq müdafiəçisi - Kadırov haqda ağlasığmaz iddialarÇeçenistan lideri Ramzan Kadırov gürcü jurnalistin öldürülməsini əmr edibsə, ABŞ ona və rəhbərlik etdiyi komandaya ikinci dərəcəli sanksiyalar tətbiq etməlidir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın “Washington Examiner” qəzetində dərc olunan məqalədə bildirilib.

Məqalə müəllifi Tom Roqan yazır:

İlk addım olaraq ABŞ hökuməti Ukraynanın Milli Təhlükəsizlik Xidməti ilə əlaqə qurmalıdır. Gürcüstan Respublikası ötən həftənin sonlarında gürcü jurnalist Georgi Qabuniyanı öldürmək planında şübhəli bilinən Rusiya vətəndaşını saxladı. Gürcüstan kəşfiyyat xidməti şübhəlinin muzdlu qatil qismində tutulduğunu bildirib. Yayılan məlumatlara görə, şübhəlinin adı Vasambeq Bokovdur. Ukrayna Təhlükəsizlik Xidməti gürcü həmkarlarına Kadırovun Bokova Qabuniyanı öldürməsini əmr etməsi barədə xəbərdarlıq edib.

Həm pafoslu, həm də təhlükəli tamaşa

Bu iddialar iki səbəbə görə etibarlı sayılmalıdır. Birincisi, Kadırov əvvəllər Qabuniyanı öldürməklə hədələmişdi. Qabuniya 2019-cu ilin iyul ayında “Rustavi 2” telekanalında ədəbsiz ifadələr işlədərək Rusiya Prezidenti Vladimir Putini və anasını təhqir etdikdən sonra Kadırov Teleqram hesabında ölüm mesajını verdi. Qabuniyaya cavab verən Kadırov yazırdı: “Bu ölkənin hakimiyyəti bunun əksini sübut etməsə, bu, Gürcüstan tərəfindən əvvəlcədən planlaşdırılan çirkin bir davranış kimi qəbul edilməlidir. Qabuniyanı öz ailəsinin arxasında gizlətmək lazımdır, çünki tanış olduğu ilk adam ona layiq olduğunu edə bilər”.

Bütün bunlar pafoslu tamaşaları sevən Kadırovun standart tiradları kimi qəbul edilə bilər. Bir şey istisna olmaqla... Kadırov soyuqqanlıdır, çeçen xarakterinə uyğun olaraq, təhdid edildikdə bunu yüksək qiymətləndirir. Eyni zamanda, Kadırovun işgəncə və qətllərə meylliliyi, onu tənqid edən jurnalistlərə qarşı xüsusi hörmətsizliyi (Putin də bu hörmətsiz münasibəti bölüşür) hərtərəfli sənədləşdirilib. Kadırov koronavirusun yaratdığı karantinin bir hissəsini (bir müddət o, Moskva xəstəxanasında idi) bu sevimli əyləncəni həyata keçirməyə həsr edib.

Nemtsov və Xanqoşvili məsələsi

Ancaq başqa bir cəhət də var - Kadırov Putinin şərəfini qoruyur. Kadırov Putinin Çeçenistandakı əsas adamıdır, Kremlin ən yüksək səlahiyyətlisini qorumaq üçün məsuliyyət daşıyır və buna görə Kadırov Çeçenistan Respublikasını öz istəyi ilə idarə etmək üçün ən geniş səlahiyyətləri alıb. Kadırov əsas patrona hörmət göstərməyin vacib bir məsələ olduğunu bilir. Buna görə kimsə Putini təhqir edəndə Kadırov hər zaman özünü Rusiya liderinin sadiq müdafiəçisi kimi göstərməyə hazırdır. Bəzən Kadırov öz təşəbbüsü ilə Putinin rəğbətini qazanmağa çalışır və Putinin heç gözləmədiyi davranışlara əl atır. Amma Kadırov həmişə Putinin göstərişlərinin idarə olunan bir icraçısı və ya vasitəçisi kimi iştirak etməkdən məmnundur. Bəlkə də 2015-ci ildə aktivist Boris Nemtsovun Moskvada, bəlkə də 2019-cu ildə Zəlimxan Xanqoşvilinin Berlində öldürülməsi bura daxildir. Bunlar bizi Kadırov və Qabuniya məsələsinə qaytarır.

Putinin artan təcavüzü


Gürcüstan çətin anlar yaşayır. Bu ölkədə Putinə rəğbət bəsləyən kifayət qədər insan var, buna görə də, indi Gürcüstanın qanunun aliliyinə sadiq bir ölkə olaraq qalıb-qalmayacağı sual altındadır. Ukraynalılar bu sui-qəsdi təsdiqləsələr, Vaşinqton gürcü demokratiyasını qorumağa kömək etməlidir. Kadırov artıq beynəlxalq əməliyyatlarına qoyulmuş məhdud sanksiyalar altındadır, buna görə real təzyiqlərlə üzləşəcək. Nümayəndələr Palatasındakı Respublikaçılar Putinin başçılıq etdiyi təcavüzün artan dalğasına qarşı bir plan ortaya qoydular.

Bu vəziyyət təklif olunan planı işə salmaq üçün bir şans verir.

Bakıda daş karxanasında meyit tapıldıİyunun 18-də saat 22 radələrində Qaradağ rayonu ərazisində yerləşən Şahqaya daş karxanaları kompleksində bir nəfər kişi meyitinin aşkar olunması barədə daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Qaradağ rayon prokurorluğundan verilən məlumata görə, meyitin xarici müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izləri, o cümlədən zorakılıq əlamətləri aşkar edilməyib.

İlkin araşdırmalarla mərhumun son 8-10 il ərzində Şahqaya daş karxanaları kompleksi ərazisində yaşamaqla tüfeyli həyat tərzi keçirmiş “Saşa” adı ilə çağırılan şəxs olması müəyyən olunub.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
İkinci dalğa payızda gələcəkÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) Çində koronavirusa yeni yoluxma hallarının ortaya çıxmasından sonra pandemiyanın ikinci dalğası ilə xəbərdarlıq edib.

Avrasiya.net xəbər verir ki, ÜST payız aylarında ikinci dalğanın başlayacağını istisna etməyib.

ÜST-ün Avropa regionu üzrə nümayəndəsi Hans Kluge bütün ölkələri təcili tədbirlər görməyə çağırıb.

Onun sözlərinə görə, ikinci dalğaya qarşı ÜST mümkün karantin məhdudiyyətlərini özündə birləşdirəcək strategiya hazırlayacaq.
Putinin gizli kabineti: Nələr var?Rusiya Prezidenti Vladimir Putin Rusiya-1 telekanalının jurnalistlərinə kabinetindəki sirli otağı nümayiş etdirib.

Axar.az xəbər verir ki, müsahibə zamanı dövlət başçısı media nümayəndələrini həmin gizli otağa dəvət edib.

“Lakin xəbərdarlıq edirəm, orada heç nə hazırlamamışam. Orada işgüzar mühit var”, - deyə Putin jurnalistərə bildirib.

Kreml rəhbəri qeyd edib ki, bu guşədə yeməkxana və istirahət otağı var və burada görüşlər keçirmir.

Həmin kabinet parlaq rənglərlə işlənib. Divarda I Pyotrun portreti asılıb, iş masasında bir neçə uşaq rəsmləri və Prezidentə hədiyyə edilən əl işləri olub.
Qarabağ problemi niyə həll olunmur? – İspaniyadan baxışAzərbaycan dünyanın aparıcı güclərinin maraqlarının birləşdiyi strateji əhəmiyyətli bir zonada yerləşir. Zəngin təbii ehtiyatlar da dünyanın ən böyük maliyyə mərkəzlərinin maraqlarının mövcudluğunu müəyyənləşdirir.

Bunu Axar.az-a açıqlamasında ispan politoloq Havyer Kovovski deyib. Onun sözlərinə görə, məhz bu amillər səbəbindən dünya güclərindən heç biri Ermənistana qoşunlarını işğal etdiyi ərazilərdən çıxarmadığı və müxtəlif beynəlxalq təşkilatların tələblərinə əməl etmədiyi üçün sanksiya tətbiq etmir:

“Ölkənizin təbii sərvətləri - neft, qaz, qızıl - bütün bunlar plutokratik oliqarxik mərkəzləri sizi təzyiq altında saxlamağa məcbur edir və nəticədə bölgəni idarə etmək üçün daha bir vasitə əldə edirlər. Üstəlik, onlar hər iki tərəfə oynayırlar. Eyni vaxtda həm sizə, həm də rəqibiniz olan Ermənistana yardım edirlər. Nəticədə vəziyyət orda hazırkı kimidir”.

Politoloq deyib ki, Ermənistan və Dağlıq Qarabağdakı erməni separatçılar bu oliqarxik dairələr tərəfindən maliyyələşdirilirlər:

“Sübut olaraq da Azərbaycanın işğal olunmuş ərazilərində PKK terror təşkilatı üzvlərinin təlim keçməkləri ilə bağlı yayılan məlumatları göstərmək olar. Buna görə də, fikrimcə, Azərbaycanın işğal edilmiş ərazilərini azad etmək üçün yalnız bir effektli yolu var. Bu da hərbi yoldur”.

Madrid Strateji Araşdırmalar Fondunun direktoru Barax Mikayıl isə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində şansların qaldığını deyib.

“Avropa İttifaqının rəsmi bəyanatı onu göstərir ki, Azərbaycanla Ermənistanın razılaşa biləcəklərinə olan ümidi saxlayır. İndi dünya geosiyasətinin məhdud məsələlər ətrafında fırlandığı zamandır. Və geosiyasi sistemin özünün dəyişdiyini göstərən əlamətlər var. Sonra vaxt itirilsə, bu münaqişəni danışıqlar yolu ilə həll etmək problem olacaq”, - Mikayıl bildirib.
"İsraildə Azərbaycan səfirliyi açılmalıdır"ALDP Mətbuat xidməti xəbər verir ki, bunu Baku News-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev açıqlamasında bildirib.

Son aylarda Ermənistan hakimiyyətinin İsraildə səfirlik açması istiqamətində müəyyən işləri görməsi müşahidə olunur. İsrailin Azərbaycana olan isti münasibətu, hərbi sahədə əməkdaşlığı Ermənistanı qıcıqlandırmaya bilməz. Ona görə Ermənistan İsraildə səfirlik açmaqla Azərbaycan-İsrail əməkdaşlığına mane olmaq istəyir. Azərbaycan da İsraildə səfirliyin açılması məsələsini müəyyən səbəblərə görə uzadır. Baxmayaraq ki, İsrailin Azərbaycanda səfirliyi var.
Baku News bu məsələ ilə bağlı, illər boyu Azərbaycanın İsraildə səfirliyin açılmasını dəstəkləyən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevə müraciət edib.

ALDP sədri Azərbaycanın İsraildə səfirliyinin açılmamasının diplomatik qaydalara zidd olduğunu qeyd etdi:

“Necə olur ki, İsrail dövlətinin Azərbaycanda səfirliyi fəaliyyət göstərir, amma Azərbaycan Təl-Əvivdə səfirlik açmayıb? Niyə? Kimdən qorxuruq? Kimdən çəkinirik? Hansı məntiqlə Mərakeşdə, Cənubi Afrika Respublikasında, Kubada bizim səfirliklər açılıb, amma İsraildə açılmayıb? İsrail birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Ermənistanın İranla sıx əməkdaşlığı var, indi isə İsraildə səfirlik açmaq niyyətindədir. Bu da İsrail-Ermənistan əməkdaşının möhkəmlənməsinə gətirib çıxaracaq. Dünyada söz sahibi olan, Azərbaycana dəstək verən İsrailin bizə qarşı olan müsbət mövqeyini dəyişə bilər. Azərbaycan İsraillə böyük strateji əlaqələr qurub. Bu əlaqələri və digər məsələləri nəzərə alaraq İsraildə səfirliyin açılması düzgün addım olardı. Bu gecikmiş addımın indi atılmasının vaxtıdır”.

Fuad Əliyev hesab edir ki, İsrail prezidentinin dövlət başçısı İlham Əliyevə ünvanlandığı məktub da səfirliyin açılmasına təkan verə bilər:

“Məktubda İsrail prezidenti qeyd edib ki, gələn il Azərbaycan-İsrail diplomatik münasibətlərin 30 illiyi qeyd olunacaq. Və bununla əlaqədər İlham Əliyevi İsrailə dəvət edərək, Azərbaycan səfirliyin açılmasını ümid edib. Hesab edirəm ki, diplomatik münasibətlərin 30 illiyində səfirliyin açılması hər iki ölkənin dostluq münasibətlərin möhkəmlənməsinə gətirib çıxaracaq”.