Koronaya yoluxan bu məmurun vəziyyəti ağırlaşıdı - VideoSamux Rayon İcra Hakimiyyəti başçısının yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxan müavini Qəzənfər Əliyevin vəziyyəti ağırlaşıb.

Avrasiya.net xəbər verir ki, bunu Report-a Q.Əliyevin müalicə aldığı Goranboy Rayon Mərkəzi Xəstəxanasından bildiriblər.

"Qəzənfər Əliyevin vəziyyəti kritik olaraq qalır, hazırda müalicə işləri davam etdirilir", - məlumatda vurğulanıb.

Qeyd edək ki, bir neçə gün öncə koronavirusla bağlı analizlərinin cavabı pozitiv çıxan Q.Əliyev və həyat yoldaşı, Gəncə şəhər Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbin direktoru Arzu Əliyeva Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Rəşad Mahmudov: “Gələcəyimizə münasibətdə cəmiyyət olaraq məsuliyyətli olmalıyıq”Hələ də Azərbaycan cəmiyyətində həqiqətən koronavirusun olub-olmaması barədə suallara rast gəlirik.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Operativ Qərargahın tibbi eksperti, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib.

Rəşad Mahmudov deyib ki, cəmiyyətlərin reaksiyaları xəstəliyə qarşı mübarizədə əsas rol oynayacaq: "Hər bir səhiyyə sisteminin bəlli bir potensialı var. Biz gələcəyimizə münasibətdə cəmiyyət olaraq məsuliyyətli olmalıyıq. Bugünkü dünya bizə diktə edir ki, əlimizdə bu qədər məlumatlar olduğu bir vaxtda daha böyük təhlükələrə gedən yolda həmrəylik nümayiş etdirək. Bu mübarizədə uğur qazanmaq üçün dövlətin və hökumətin ortaya qoyduğu məsələlərə həssas yanaşmaq lazımdır.
Bakıda qoşulub qaçan qız zorlandı, döyüldü - 17 yaşı varİyunun 5-də Bakının Xəzər rayonunda Mərdəkan qəsəbəsinin 17 yaşlı sakininin itkin düşdüyü məlum olub.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.Ondan 12 gün ərzində heç bir xəbər alınmayıb. Nəhayət, iyunun 17-də qız evə qayıdıb. Elə həmin gün Binəqədi Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, sosial şəbəkələrdə tanış olduğu, 2003-cü il təvəllüdlü E.G.-nin vədlərinə uyaraq, evdən qaçdığını bildirib.

Gənc onunla evlənəcəyini vəd edərək, S.Məmmədov küçəsindəki mənzilə aparıb. Burada o, qızı döyüb və ona təcavüz edib.

İlkin məlumatlara görə, qurban dəfələrlə zorakılığa məruz qalıb. İyunun 17-də o, qaça bilib.

Hazırda polis əməkdaşları şübhəli şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əldə edilən məlumatları yoxlayırlar.

“Çox vaxt qızlar xoşbəxt evlilik xəyalları ilə evdən qaçırlar. Ancaq təcrübə göstərir ki, evlilik kimi ciddi bir məsələdə tələskənlik və səbirsizlik bir qayda olaraq bütün ümidlərin puç olması ilə nəticələnir. Buna görə valideynlərə övladları ilə ailə dəyərləri barədə danışmağı məsləhət görürük”, - polis idarəsindən bildirilib.

Son bir gündə paytaxtda polis əməkdaşları itkin düşmə ilə bağlı beş faktı qeydə alıblar.
Başçı koronavirusa yoluxdu, İH karantinə alındıGoranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev koronavirus (COVİD-19) infeksiyasına yoluxub.

Avrasiya.net Virtualaz.org-a istinadən xəbər verir ki, hazırda İcra başçısının yaxınları və son günlərdə təmasda olduğu şəxslər araşdırılaraq tibbi nəzarətə götürülür.

Goranboy İcra Hakimiyyəti prosedura uyğun olaraq karantinə alınıb, əməkdaşlar hazırda fəaliyyətlərini məsafədən həyata keçirirlər.
KİVDF 800 min manatı kimə və niyə ödəyib?Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən yol verilən qanunsuzluqlar barədə aparılan araşdırmada ən önəmli nüanslardan biri də Fondun yerləşdiyi binanın icarə xərcinin nə qədər olmasıdır.

Belə ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı məlumatda da Fondun saxlanılması xərcləri üzrə inzibati binanın müvafiq satınalma keçirilmədən icarəyə götürülməsinə görə külli miqdarda vəsaitin qanunsuz xərclənməsinə diqqət çəkilir.

KİVDF-nin mətbuat katibi İlkin Nadirov Axar.az-a açıqlamasında Fondun yerləşdiyi binanın illik icarə haqqının nə qədər olması ilə bağlı suala Hesablama Palatasının cavab verə biləcəyini deyib. Palatadan isə bu məsələlərin KİVDF-nin nəzarətində olduğu bildirilib. Və beləliklə, qurumların heç biri məsələyə aydınlıq gətirməyiblər.

Qeyd edək ki, KİVDF-nin ofisi üçün illik icarə müqaviləsinin 80 min manat olduğu, 10 il müddətində 800 min israf etdiyi haqda məlumat var. Qeyd edilir ki, KİVDF bu vəsaiti Beynəlxalq Mətbuat Mərkəzinə ödəyib.
Gənclər arasında Silahlı Qüvvələr Gününə həsr olunan turnir keçirilib - Siyəzəndəİyunun 18-də Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 26 İyun “Azərbaycan Respublikası Silahlı Qüvvələr günü”nə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə gənclər arasında onlayn rayon turniri keçirilib.

Whatsapp mobil tətbiqi üzərindən təşkil olunan fərdi intellektual turnirdə 40-a yaxın gənc iştirak edib. Yarış “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.7. yarımbəndinin icrasının təmin edilməsi, intellektual oyunların gənclər arasında təbliği, onlarda yarış bacarıqlarının formalaşdırılması, gənclərin intellektual səviyyəsinin yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyıb. Yarışın nəticəsinə əsasən Qurbanov Rəcəb I, Nəcəfli Şahrud II, Məcidov Elmir III olub. Qaliblər onlayn formada fəxri fərmanlarla təltif ediliblər.

#evdəqal #Bizbirlikdəgüclüyük #məsafəsaxla #nhn #SilahlıQüvvələrGünü #SiyəzənGİİ #GənclərvəİdmanNazirliyi #MysGovAz #MysAz
Hər səhər açılanda ümidlə günümün ovqatını dəyişəcək xəbəri gözləyirəm...Elçin Mirzəbəyli

...Hər səhər açılanda ümidlə günümün ovqatını dəyişəcək xəbəri gözləyirəm: Bu gün Azərbaycan Respublikasında COVİD-19 yeni növ koronavirusa yoluxma faktı qeydə alınmayıb.

Hətta çox quru, emosiyasız görünsə də belə bu xəbərin hər hərfini bağrıma basmağa hazıram...

Amma hər gün yoluxma sayının artdığı barədə xəbər eşidirəm. Yoluxanlar arasında uzun illərdən bəri tanıdığım, sayğı duyduğum insanların sayı da getdikcə artmaqdadır. COVİD-19 marıqda dayanan amansız ovçu kimidir, hər birimizi hədəfə alıb. Harada, nə vaxt yoluxacağımızı, vücudumuzun bu xəstəliyə necə müqavimət göstərəcəyini bilmirik. Əksəriyyətimizin uzun illərdən bəri, gizlicə bizimlə birlikdə yaşayan və hələ özünü büruzə verməmiş xəstəliklərdən xəbəri yoxdur. Sonuncu dəfə nə vaxt müayinə olunduğumuzu da unutmuşuq və həm də buna görə indi hər birimiz nişangahdayıq!

...Virusun ölkəmizə ayaq açdığı və xüsusi karantin rejiminin tətbiq olunduğu gündən bəri yazdığım yazıların sayını unutmuşam. Açığını deyim, bəzən bu mövzuda yazmaqdan utanıram. Başa düşürəm, vətəndaşlarımızın ən azı yarıdan çoxu ciddi analitik yazıları, əfsanə və nağıllardan uzaq, faktların müqayisəli şəkildə təqdim olunduğu araşdırma yazılarını, rasional publisistikanı sevmir. Meyxana, toyxana, çayxana... və bütün məişət münasibətlərini asta-asta “xanalayan” üslubu isə mən bacarmıram. 30 ilə yaxın bir zaman kəsiyində “üç badam, bir qoz”, qurşaqdan aşağı “ye, iç, bəzən” “təfəkkürünü” çoxluğun şüuruna elə pərçimləyiblər ki, adamlar hətta məişət səviyyəli məsələlərdə belə düşünmək, nəticə çıxarmaq istəmirlər... Heç meyxana, toyxana, çayxana... təfəkküründən süzülən söz və “fikir” yığınına inanan da yoxdur.

...Üç badam, bir qoz, badam ol, alə, evdə qal,

Adam ol alə, adam ol, alə, evdə qal!

Dinləyirlər, çırtıq çalırlar, ucuz söz yığınından feyziyab olub dodaqlarını marçıldadırlar və sonra da... hər şey əvvəlki axarında davam edir.

Və bəzən mənə elə gəlir ki, həmvətənlərimizin əhəmiyyətli hissəsi üçün sözün, fikrin heç bir önəmi yoxdur. Əsas ritmdir, ritm! Bu ritmin üzərində Nəsiminin “Məndə sığar iki cahan” qəzəlini oxusan da, “Papaq” filmindəki “qorodovoy” kimi “Ləhlülülü” desən də, oynayacaqlar. Oynayacaqlar, vəssalam. Və oynaya-oynaya gəlib çıxacaqlar növbəti sərtləşdirilmiş karantin rejiminə. Necə ki, gəlib çıxıblar...

Bazar günü gecə saat 00:00-dan etibarən iki həftəlik sərtləşdirilmiş karantin rejimi başlayır. Vaxtından əvvəl sevinə-sevinə, çırtıq çala-çala, “koronovirus bayram və tətillərini” qeyd edə-edə... gəlib çıxmışıq yolun əvvəlinə. Torpaq yollarla rayonlara üz tutan və geriyə qayıtmaq üçün saatlarla tıxacda qalan “kreativ məsuliyyətsiz”lər kimi... Nədənsə bizdə məsuliyyətsizlikdən kreativ heç nə alınmır. Bütün pis əməllərin, dələduzluğun, fırıldaqçılığın, qanundan yayınmağın və daha nələrin... ən kreativini bacarırıq, amma sivil, mədəni, kəsəsi “adam kimi adam” anlayışı çərşivəsində yaradıcı ola bilmirik.

Doğrusu, bu 2 həftəlik məhdudiyyətən sonra hansı nəticəyə gəlib çıxacağımızı hələlik təsəvvür edə bilmirəm. Amma ümid edirəm ki, baş verənlərdən nəticə çıxarmağı bacaracağıq. Ümid edirəm!
“Bəhram ECMO cihazına bağlandığından süni şəkildə yatızdırılır” - Son AÇIQLAMA“Bəhram Bağırzadənin ECMO cihazında yaşam mücadiləsinin 5-ci günüdür. Məqsədimiz yaşamın davam etməsi üçün digər orqanların sağlamlığını təmin etmək, Bəhram müəllimin immun sistemini qaldırmaqla virusun ağciyərdə yaratdığı xəsarəti yox etməkdir. Ümumdünya Səhiyyə Təşkilatının ekspertlərinin məsləhət və tövsiyələrinə uyğun şəkildə lazımi dərmanlar verilir. Amma xəstənin orqanizminin bu müalicəyə cavabının hansı şəkildə olacağını indidən demək çətindir”.

Bunu Modern.az saytına açıqlamasında "COVID-19" infeksiyasına yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi, deputat Rəşad Mahmudov bildirib

R.Mahmudov Bəhram Bağırzadənin əvvəlcədən ağciyərində problemlər olması fikrilə qətiyyən razılaşmayıb:

“Qətiyyən bu fikirlərin yayılması ilə razı deyiləm. İstənilən bir insanın ağciyərində, yaxud başqa orqanında özünün xəbəri olmadan problemi ola bilər. Amma 50 yaşlarında, sağlam həyat tərzi sürən, bir həftə əvvəl çəkilən rentgen müayinələri tamamilə sağlam olan bir insanın ağciyəri bir gecənin içərisində tamamilə yox olursa, buna tibbi nöqteyi-nəzərdən başqa ad qoymaq qəbul olunacaq həqiqət deyil. Bəhram Bağırzadənin ağciyərini sıradan çıxaran COVİD-19 virusudur, xəstəyə qoyulan diaqnoz budur və müalicəmiz də bu istiqamətdə gedir”.

Həkim həmçinin deyib ki, xəstə anlaqlı vəziyyətdə olsa da, ECMO cihazına bağlandığından davamlı olaraq süni şəkildə yatızdırılır:

“Müalicəyə uyğun olaraq ilk bir həftə ərzində yatızdırmaq göstərişi var”.

Qeyd edək ki, Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Əməkdar artistin ağciyərinin 90%-dən çox toxuması zədələndiyindən onu ECMO cihazına qoşublar.

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.
Polkovnik vəfat etdiXüsusi Dövlət Mühafiə Xidmətinin əməkdaşı vəfat edib.

Avrasiya.net xəbər verir ki, qurumun əməkdaşı, polkovnik Quliyev Nürəddin Binnət oğlu dünyasını dəyişib.

Xidmətin rəhbərliyi və kollektiv N.Quliyevin vəfatı ilə əlaqədar başsağlığı verib.

Allah rəhmət eləsin!
Paşinyanın “Qərbin adamı” olduğu təsdiqlənirİşğalçı Ermənistanda real vəziyyətin təhlili burada yaxın günlər ərzində yenidən gərgin vəziyyətin hökm sürəcəyini, hətta yeni hakimiyyət dəyişikliyinə cəhdlərin olacağını deməyə əsas verir. Məsələ burasındadır ki, baş nazir Nikol Paşinyan hakimiyyətdə olduğu 2 il ərzində sosial-iqtisadi müstəvidə hansısa yenilik edə bilmədi. Hətta əksinə, bu istiqamətdə vəziyyətin daha da pisləşməsi müşahidə edilməkdədir. Küçənin dəstəyi ilə hakimiyyətə gəlmiş Paşinyanın məqsədsiz və yanlış siyasəti də ölkəni iqtisadi-siyasi böhrandan çıxara bilmir. Ölkə daxilində baş verən son gərginlik də baş nazirin Ermənistanın daxili və xarici siyasətinin tam səriştəsiz meyarlar üzərində qurulduğunu göstərir. Paşinyana qarşı olan qüvvələr isə yaranmış vəziyyətdən maksimum şəkildə faydalanmağa çalışır.

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov Avrasiya.net-ə bildirib ki, 16 iyun 2020-ci il tarixində "Çiçəklənən Ermənistan" partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığının Parlament tərəfindən ləğv edilməsi işğalçı ölkədə hakimiyyət böhranının dərinləşdiyini və siyasi rejimin iflasını bariz şəkildə nümayiş etdirir. Qaqik Sarukyana qarşı səsvermədə yalnız "Mənim addımım” hökumətyönümlü blokun üzvləri iştirak etdilər. Belə ki, iki müxalif fraksiya səsvermədə iştirak etməkdən imtina etdi və baş verənləri məzhəkə adlandırdı. Tsarukyanın özü isə həmin vaxt Milli Təhlükəsizlik Xidmətində dindirilirdi.
Artıq Tsarukyanın həbsinə hazırlıq gedir. Bu fonda "Çiçəklənən Ermənistan” Partiyasının parlamentdəki "Tsarukyan” fraksiyasının üzvü olan deputatlar qanunverici orqanın iyunun 17-dəki iclasını boykot edərək zaldan çıxıblar. Müxalif deputatlar Tsarukyanın qeyri-qanuni şəkildə deputat toxunulmazlığından məhrum edilməsinə etiraz olaraq bu addımı atıblar. Fraksiyanın deputatı Arman Abovyan deyib: "Təəssüf edirəm ki, demokratik dəyərlərin bərpası üçün söz və fikir azadlığı şüarları ilə toplananlar siyasi opponentlərin ağzını yummağa çalışırlar”. Bütün baş verənlər fonunda Ermənistanın müxalifət partiyası sədrinin öz siyasi baxışlarına görə həbs olunması artıq Paşinyan hökumətinə qarşı ciddi təzyiqlərin olmasından xəbər verir.

Ermənistanda hakimiyyətdaxili mübarizənin getdikcə kəskinləşməsi və baş nazir Nikol Paşinyanın rəqiblərini sıradan çıxartmaq üçün müxtəlif bəhanələr uydurması ölkədə vəziyyəti daha da ağırlaşdırmaqdadır. İşğalçı ölkədə sürətlə pisləşən vəziyyət mövcud hakimiyyətdən narazılığı daha da artırır. Amma görünən budur ki, Nikol Paşinyan üçün bunlar hansısa önəm kəsb etmir. Bu hökumətin xarici siyasət kursunda da müəyyənlik, səbatlılıq yox dərəcəsindədir. Paşinyan həm Qərbə, həm də Rusiyaya yarınmağa, nəticədə hər iki tərəfdən başının sığallamasına nail olmağa çalışır. Bu davranışın əziyyətini isə Ermənistan əhalisi çəkir. Paşinyana və təmsil etdiyi siyasi qüvvələrin bu kimi çətinliklərdən çıxmaq üçün, ilk növbədə, cəmiyyətin etibarını itirməməsi vacib şərtdir. Hələ ki ölkəsinin təməl problemlərini həll edə bilmədiyindən Nikol Paşinyan Ermənistan cəmiyyətinin başını qatmaqla məşğuldur. Bu vəziyyət uzandıqca o, özünü də çaş–baş vəziyyətə salır.

Populist çıxışları ilə tanınan N.Paşinyanın hakimiyyətə gəldikdən sonra “demokratiya” adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərinə qarşı repressiv vasitələrdən geniş şəkildə istifadə etməsi və onları bir-bir sıradan çıxararaq zərərsizləşdirməsi heç kimə sirr deyil. Buna baxmayaraq, son hadisələr fonunda “azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatlar, QHT-lər, ümumən bir sıra Qərb təşkilatları sanki özünü görməzliyə vurub, sadəcə tamaşaçı qismində baş verən olayları seyr edirlər. Təbii ki bütün bunların əsas səbəbi Paşinyanın Corc Sorosun yaxından dəstəyi ilə hakimiyyətə gəlməsi, demokratiya çətiri altında gizlənən təşkilatların direktivləri əsasında hərəkət etməsi və onların sözünü deyərək “demokrat”olmasıdır.