“Qərb və beynəlxalq təşkilatlar Ermənistanda baş verən qanunsuzluğa göz yumur"“2020-ci ilin 16 iyun tarixində "Çiçəklənən Ermənistan" partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığı Parlament tərəfindən ləğv edilib. Q.Sarukyan ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb edilmişdir. Q.Sarukyanın həbs ediləcəyi istisna olunmur. Q.Sarukyanın məhz N.Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu sübut edir. Sarukyanla bağlı son hadisələr fonunda “azadlıq carçısı” olan bəzi beynəlxalq təşkilatların, beynəlxalq QHT-lərin, ümumən bir sıra Qərb təşkilatlarının səssizliyi heyrət doğurur. Niyə susurlar?!”

Bu açıqlamanı Avrasiya.net-ə BAXCP sədrininin müavini, tanınmış QHT sədri, politoloq Niyaməddin Orduxanlı verib.

Onun sözlərinə görə, Ermənistanda baş vermiş hadisələrə beynəlxalq təşkilatların qeyri adekvat münasibəti ikilistandartlardan irəli gəlir:” Biz hər zaman bu vəziyyətin şahidi oluruq. Azərbaycanda dövlət maraqlarını satan, xəyanətkarlıq edən, xarici kəşfiyyata işləyən şəxslərlə bağlı hüqüq- mühafizə orqanlarımız təbbirlər həyata keçirir. Belə vəziyyətdə həmin təşkilatlar dayanmadan bəyanatlar verməyə başlayırlar. Bəzi hallarda proses haqqında məlumatları olmadan dövlətimizə qarşı ittihamlar irəli sürürlər. Ancaq indi Ermənistanda baş vermiş hadisəni “görmürlər” və yaxudda özlərini görməməzliyə qoyurlar.”

Niyaməddin Orduxanlının sözlərinə görə, bu gün Ermənistanda Paşinyan hakmiyyəti dinc aksiya keçirən vətəndaşa qarşı divan tutur:” İndi gördülər ki, Paşinyan Sərkisyanda rejimindən də amansızdır. Öz hakmiyyətini qorumaq üçün istənilən addımı atmağa hazırdır. İnsan haqlarının kobud pozulmasına heç bir əhəmiyyət verilmir. Sarukyanın tərəfdarları Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərsə də, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən onun qarşısı kobudluqla alınır və yüzlərlə adam saxlanılmır. Hətta polis aksiyanı işıqlandıran jurnalistlərə qarşı güc tətbiq edir. Halbuki, hadisələr zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunmaması, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılması və s. kimi Qərbin “önəm verdiyi” bütün dəyərlər ayaq altına salınır. Belə vəziyyətdə Qərb niyə susur? ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri, Qərb ölkələrinin Ermənistandakı səfirlikləri özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib.”

Politoloqun sözlərinə görə, küçə adamından baş nazir pilləsinə kimi irəliləmiş Nikol Paşinyanın amerikalı iş adamı Corc Sorosun təsis etdiyi Soros Açıq Cəmiyyəti (Soros Fondu) tərəfindən dəstəkləndiyi gün kimi hər kəsə aydındır: “Paşinyanın 2018-ci ildəki küçə yürüşləri, mitinqləri və kütləvi aksiyalarının arxasında əslində hansı qüvvələrin dayandığı hər kəsə bəllidir. Ermənistanda anti-sorosçuların həbsi dediklərimizin bariz nümunəsidir. Ermənistanın hazırki hakimiyyəti ilə kilsə arasında ciddi fikir ayrılıqları mövcuddur. Paşinyanın təsiri altında olan erməni KİV-ləri bunu daha çox kilsənın hazırkı rəhbərliyində təmsil olunan şəxslərin əvvəlki hakimiyyətlərlə sıx işləməsini əsas gətirsələr də, əslində məsələnin məğzi tam başqadır.

Ermənilərin yaşadıqları bütün ölkələrdə kilsələr fəaliyyət göstərir və icma üzvləri kilsəyə böyük miqdarda maliyyə yardımı göstərirlər. Bu halda, pul axınının böyük hissəsinə nəzarət etmək istəyən Paşinyana kilsənin “yağlı tikə”ni güzəştə getməməsi də təbiidir. Heç kimə sirr deyil ki, koronavirusun Eçmədzində yayıldığı ərəfədə kilsə rəhbərinin qaçması şəklini mətbuata məhz Paşinyan ötürmüşdür.”
İcra başçısının müavini və həyat yoldaşı koronaya yoluxduAzərbaycanda məktəb direktoru koronavirusa yoluxub.

Avrasiya.net Report-a istinadən xəbər verir ki, Gəncə şəhər Məhəmməd Hadi adına 10 nömrəli tam orta məktəbin direktoru 1970-ci il təvəllüdlü Əliyeva Arzu Şirin qızı iyunun 14-də koronovirus (COVID-19) diaqnozu ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Təhsil Nazirliyindən bildirilib ki, məktəb direktorunun səlahiyyətləri iyunun 16-dan Əliyeva Arzu Şirin qızı sağalıb işə qayıdanadək Gəncə Şəhər Təhsil İdarəsinin məktəblər üzrə məsləhətçisi Sadik Rafiq oğlu Babayevə həvalə edilib.

Məlumat üçün bildirək ki, A.Əliyeva Samux Rayon İcra Hakimiyyəti başçısının müavini Qəzənfər Əliyevin həyat yoldaşıdır. İcra başçısının müavini də koronavirusa yoluxub və o da Goranboy Rayon Mərkəzi Xəstəxanasında müalicəyə alınıb.

Paşinyan çarəsizliyini etiraf edib - ALDP sədri"Bu gün Ermənistandakı vəziyyət nəzarətdən çıxıb. Hazırkı Baş nazir Nikol Paşinyan Respublikada fövqəladə vəziyyətin tətbiq edilməsinin əsas günahkarı olmasına baxmayaraq, bütün səhvlərini digər vəzifəli şəxslərdə axtatmağa çalışır. Ermənilər də bunu etiraf edirlər."

Bunu Media.az-a Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev müsahibəsində bildirib.

Fuad Əliyevin sözlərinə görə, çevrilişdən qorxaraq Paşinyan konstitusiyaya dəyişikliklər etmək üçün referendumun vacibliyi kampaniyasına başladı. İndi bütün səhvlərini bir epidemiyanın üstünə atır. Yalnız vəziyyətini daha da ağırlaşdıraraq, pandemiya ilə mübarizədə tam çarəsizliyini göstərir. Xüsusən də Ermənistanda virusa yoluxanların sayı artmaqdadır.

ALDP sədri deyir ki, Azərbaycanda vəziyyət tamamilə əksinədir: “Bəli, karantin rejimi yüngülləşdirildikdən sonra xəstələrin sayı bir qədər artdı, lakin vəziyyət nəzarətdə saxlanılır. Azərbaycanda koronavirus infeksiyası ilə mübarizə üçün vaxtında profilaktik tədbirlər görülüb. Partiyamız da bu mübarizədə fəal iştirak etdi, maarifləndirici və həvəsləndirici "Evdə qalın" videoçarxları hazırladı".

Fuad Əliyev, həftənin sonunda qüvvədə olan karantin rejiminin müsbət nəticələr verəcəyini və epidemioloji vəziyyətin bir qədər sabitləşəcəyini ümid etdi: “Anlamaq lazımdır ki, qonşu Ermənistan da daxil olmaqla bir çox ölkələrlə müqayisədə Azərbaycanda xəstələrin sayı daha azdır. 10 milyondan çox əhalisi olan Azərbaycanda 10 min xəstə qeydiyyata alınıb. Eyni zamanda, 3 milyona yaxın insanın yaşadığı Ermənistanda bu rəqəm 18 mindən çoxdur. Orada ölənlərin sayı Azərbaycanda olduğundan iki dəfə çoxdur. Hər şey müqayisədə bilinir, amma burada fərq göz qabağındadır.”

Feysbuk səhifəsində Ermənistanın Baş naziri yoluxma riskini azaltmaq üçün Ermənistan vətəndaşlarını təhlükəsizlik qaydalarına əməl etməyə çağırdı. O qeyd edib ki, ölkədə simptomları olmayan minlərlə insan var, ancaq profilaktik tədbirlər görmədən başqalarına yoluxa bilər.
“Yoluxmuş insanların sayı nə qədər çox olarsa, xəstələr, ölənlərin sayı artır. Ancaq ciddi halların sayı artarsa, xəstəxanalarda yer qalmayacaq. Bu vəziyyətdə biz tamamilə bağlanış rejiminə qayıtmalı olacağıq, həyat dayanacaq və ortaya çıxan bütün iqtisadi və sosial nəticələrlə" Nikol Paşınyan bildirib.

Onun sözlərinə görə, bu yaxınlarda Ermənistanda gündə 500-700 xəstə qeydiyyata alınır və onların 5% -i ciddi, səhiyyə sistemi buna dözə bilmir.

Fuad Əliyevin isə sözlərinə görə, Paşinyan bu çıxışı ilə çarəsizliyini etiraf edib: “Məxməri inqilabın sayəsində posta gəldi. Siyasi savadsız və bölgədəki vəziyyəti tamamilə səhv qiymətləndirir. Üstəlik, onun fəaliyyətini izləsəniz, əvvəldən yığdığı komandanın tamamilə dağıldığı məlum olacaq. Bu, onun vəzifəsinin öhdəsindən tamamilə gələ bilməyəcəyindən xəbər verir. Bu gün onun adı yalnız korrupsiya və narkotik qalmaqallarında səslənir.”

Ermənistan KİV-nin məlumatına görə, keçmiş iqtisadiyyat naziri, iqtisadçı Armen Yegiazaryan hesab edir ki, yenidən sərt karantin rejimi elan etmək qərarına gəlsə Ermənistan iqtisadiyyatına təxminən 700 milyon dollar zərər dəyəcəkdir:

"Bu, bizim daxili itkimiz olacaq. Yenidən karantin elan etsək, gündəlik 51 milyon ABŞ dolları birbaşa və dolayı itkilərimiz olacaq", - deyə Armen Yegiazaryan eyni zamanda əlavə etdi: "İndi hökumət bu qədər pulu itirməyə hazır olub, olmadığını qərar versin?"

“Məncə, karantin başqa bir şeyi dəyişdirməyəcək, çünki, Ermənistanda virus daşıyıcılarının sayı hər gün o qədər artır ki, fikrimcə, iqtisadiyyata böyük zərbə olacaq. 14 gündən çox məhdudiyyətləri uzatmaq qərarına gəlsələr, yuxarıda qeyd etdiyim itkilər iki qat artacaq"- ALDP sədri bildirib.
Ermənistan inkişafdan geri qalır - Millət vəkiliAnar Məmmədov
Milli Məclisin deputatı

Ermənistanda Nikol Paşinyan baş nazir seçildikdən sonra gözlənilirdi ki, ölkədə normal həyat tərzi başlayacaq və rəhbərlik daxili, xarici siyasətdə beynəlxalq səviyyədə qəbul edilmiş qaydalar çərçivəsində fəaliyyət göstərəcək. Lakin siyasi istiqaməti məlum olmayan və ümumiyyətlə, dövlətçilikdə naşı olan Paşinyanın küçə yürüşlərinin səfasını görmüş əhali onun səriştəsizliyindən özünə sərf şəkildə davamlı istifadəyə başlayıb.

Baş nazir Nikol Paşinyanın nüfuzunun azalması, axır vaxtlar onun çıxışlarında vurğulanan məsələlər, komandasında baş verən son istefalar da bunun bariz nümunəsidir.

Görünən odur ki, iki il əvvəl hakimiyyətə gələn yeni qüvvələr əvvəlkilərdən heç nə ilə fərqlənmədi. Onlar da Ermənistanı xarici yardımların hesabına yaşadırdı, Paşinyan da və s. Onu sələflərindən fərqləndirən yeganə cəhət Dağlıq Qarabağdakı erməni icmasının Ermənistanda hakimiyyətdə olan nümayəndələrinə qarşı mübarizəsidir. Başqa sözlə, “Qarabağ mafiyasına” qarşı mübarizə ilə Paşinyan siyasi reytinqini artırmağa və hakimiyyətinin ömrünü uzatmağa çalışır. Məhz Paşinyan iqtidarının yarıtmaz siyasəti, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması səbəbindən təcrid vəziyyətinə düşmüş Ermənistan inkişafdan geri qalır. Ölkədə əhalinin sayının ildən-ilə azalması elə həddə çatıb ki, daha nə vaxtsa artacağı şübhə altındadır. İşğalçı ölkənin ictimai-siyasi həyatında da vəziyyət gərgin olaraq qalmaqdadır.

Xatırlatmaq istərdim ki, iki gün bundan öncə Ermənistan parlamentindəki çoxluq "Çiçəklənən Ermənistan" partiyasının sədri, Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə razılıq verib və faktiki olaraq onu deputat toxunulmazlığından məhrum edib. Bununla da fraksiya lideri ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb edilmişdir. Artıq Tsarukyanın həbsinə hazırlıq gedir. Bu fonda "Çiçəklənən Ermənistan” Partiyasının parlamentdəki "Tsarukyan” fraksiyasının üzvü olan deputatlar qanunverici orqanın iyunun 17-dəki iclasını boykot edərək zaldan çıxıblar.

Müxalif deputatlar Tsarukyanın qeyri-qanuni şəkildə deputat toxunulmazlığından məhrum edilməsinə etiraz olaraq bu addımı atıblar. Fraksiyanın deputatı Arman Abovyan isə öz çıxışında demokratik dəyərlərin bərpası üçün söz və fikir azadlığı şüarları ilə toplananların siyasi opponentlərin ağzını yummağa çalışdığına görə təəssüfləndiyini diqqətə çatdırıb. Ermənistanın "Vətən” Partiyasının sədri, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanetsyan isə Paşinyanın hakimiyyət dövrü Ermənistan tarixində qeyri-müəyyənlik, təbii dağılma və bədbəxtlik dövrü kimi qalaca deyə bildirib.

Onun sözlərinə görə, mövcud hakimiyyətin uğursuzluqlarından və məhvolmalarından daha vacib məsələ dağılmış iqtisadiyyatı bərpa etmək, məhv olan təhsil və sosial sistemləri yenidən yaratmaqdır. Yəni Paşinyan tərəfindən məhv edilmiş istənilən sahəni yalnız iradə, idarəetmə qabiliyyəti və düzgün insanların mövcudluğu ilə bərpa etmək mümkündür. Baş verən son hadisələr fonunda Q.Sarukyanın məhz N.Paşinyan hakimiyyətini tənqid etməsindən sonra təzyiqlərə məruz qalması və onun öz siyasi baxışlarına görə, daha doğrusu öz fikrini azad şəkildə ifaəd etdiyinə görə məsuliyyətlə cəlb olunması işğalçı ölkədə baş verənlərin siyasi təqib olduğunu bir daha sübut edir.

Beləliklə, görünən odur ki, hazırda bu ölkədə hakimiyyət həqiqi işlə yox, avantüra ilə məşğuldur. İqtidar rəsmiləri yalnız populist çıxışlarla camaatın könlünü ələ almaq istəyirlər. Xalq isə bunları görür, etiraz edir. Bu fonda da Ermənistanda ictimai-siyasi vəziyyət sürətlə gərginləşir. Paşinyanın son addımları artıq onun Ermənistanda bir diktator kimi qəbul edilməsinə gətirib çıxarmaqdadır. Lakin təəssüflər olsun ki, Qərbin demokratiya institutları - nə ABŞ Dövlət Departamenti, nə Avropa Şurası Parlament Assambleyası, nə ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, nə ABŞ-ın, nə də Qərb ölkələrinin Ermənistandakı səfirlikləri baş verənlərə heç bir münasibət bildirməyiblər.

İşğalçı ölkədə bu hadisələr indi bizim ölkədə yaşansaydı Ermənistan və erməni lobbisinin təsiri və manipulyasiyası əsasında açıq antiazərbaycan siyasət yürüdən bəlli qruplar çoxdan artıq bizə qarşı təzyiqlərə başlamışdılar. Bu zaman özlərini demkratiya carçısı adlandıranlar Azərbaycanı uğurlu inkişaf yolundan döndərmək kimi çirkin niyyətlərinə nail olmaq üçün əllərindən gələni edərdilər. Buna görə də belə qənaətə gələ bilərik ki, özünü demokratiya çətiri altında gizlədənlərin demokratiya fəlsəfəsi “Mənə işləyirsənsə, deməli demokratsan” tezisindən ibarətdir.
Mübariz Mənsimovun Gülənlə bağlılığı sübut olundu - İTTİHAM"Fətullahçı Terror Təşkilatına üzv olmaq" cinayəti ilə ittiham olunan azərbaycanlı iş adamı, Palmali Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov (Qurbanoğlu) haqqında ittihamın bəzi detalları üzə çıxıb.

Axar.az Türkiyə mediasına istinadla xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən M.Qurbanoğlu haqqında 26 səhifəlik ittiham aktı hazırlanıb.

İttiham aktında şübhəli şəxsin FETÖ ilə əlaqəsi bir-bir yazılıb. Eyni zamanda, Fəthullah Gülənə aid əşyaları muzeydə sərgilədiyi iddia edilib.

Bildirilib ki, M.Mənsimovun təşkilatın bir çox sahə üzrə rəhbərləri ilə intensiv şəkildə əlaqə və əməkdaşlığı 2016-cı ilə qədər davam edib. FETÖ-nin xaricdəki təşkilatlarından məsuliyyətli olan Əhməd Həmdi Vural ilə gizli şəkildə görüşləri və əlaqəsi olub.

İttihamda vurğulanır ki, şübhəli şəxs təşkilatın digər üzvləri kimi, müdafiə olunmaqdan (dövlət tərəfindən vəkillə təmin olunmaqdan) imtina edib. Şübhəli şəxsin təşkilatdan verilən göstərişlər əsasında fəaliyyətlərdə olduğu da qeyd edilib.

Prokurorluq şübhəli şəxsin "Silahlı terror təşkilatına üzv olmaq" maddəsi ilə cəzalandırılmasını tələb edib.

Mübariz Mənsimovla bağlı məhkəmə prosesi İstanbul Ağır Cəza Məhkəməsində keçiriləcək.

Qeyd edək ki, 15 martda hüquq-mühafizə orqanları M.Mənsimovun evində axtarış aparıb və o, həmin gün saxlanılıb. 17 martda isə M.Mənsimov barəsində istintaq müddətində həbs qərarı verilib. 17 iyunda istintaq işi məhkəməyə göndərilib.

M.Mənsimov özü FETÖ ilə əlaqələrini qəti şəkildə rədd edir və ittihamları qəbul etmir.
Ermənistanda koronavirusdan 7 nəfər öldüErmənistanda son sutka ərzində koronavirusa 665 nəfər yoluxub.

Avrasiya.net xəbər verir ki, bu məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb.

Bununla da ölkədə koronavirusa yoluxanların ümumi sayı 18698-ə çatıb.

Son sutka ərzində koronavirusdan ölənlərin sayı 7 nəfər artaraq 309-a yüksəlib.

Nazirliyin 25 əməkdaşı koronavirusa yoluxdu - RƏSMİHazırkı dövrədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 25 əməkdaşı koronavirus infeksiyasına yoluxub”.

Bu barədə ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

F.Talıbov qeyd edib ki, xəstələrin vəziyyəti yaxşıdır, müalicələri davam edir:

“Onlardan üçü Dövlət Məşğulluq Xidmətinin işçisi (1 nəfər 5 saylı ərazi Məşğulluq Mərkəzinin (Xətai, Nəsimi, Zəngilan), 1 nəfər 4 saylı ərazi Məşğulluq Mərkəzinin (Nərimanov, Binəqədi, Şuşa), 1 nəfər Şəmkir rayon Məşğulluq Mərkəzinin əməkdaşıdır);

altısı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin işçisi (2 nəfər Xidmətin aparatının, 3 nəfər Protez-Ortopedik Bərpa Mərkəzinin, 1 nəfər Yevlax Əlilliyi olan şəxslərin Bərpa Mərkəzinin əməkdaşıdır);

16 nəfər isə Dövlət Sosial Müdafiə Fondunun işçisidir (1 nəfər Fondun Aparatının, 11 nəfər Qobustan şəhər şöbəsinin, 4 nəfər Yevlax şəhər şöbəsinin əməkdaşıdır)”.

Şöbə müdirinin sözlərinə görə, paralel olaraq Nazirlik əməkdaşlarının virusdan qorunması üçün ciddi profilaktik tədbirlər davam edir:

“Əməkdaşlar arasında bu istiqamətdə maarifləndirmə və digər zəruri tədbirlər görülür.

Nazirlik də hər kəsi aidiyyəti qurumların çağırışlarına ciddi əməl etməyi, virusdan qorunma üçün tətbiq edilən izolyasiya və gigiyenik tədbirləri gündəlik həyat tərzinə çevirməyə çağırır”.
Bəhram Bağırzadənin vəziyyəti stabil ağır olaraq qalırƏməkdar artist Bəhram Bağırzadənin vəziyyəti stabil ağır olaraq qalır.

Bu barədə Modern.az-a açıqlamasında Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.

Onun sözlərinə görə, əməkdar artistin vəziyyətində ötən gün ciddi dəyişiklik olmayıb: "Xəstə süni ventilyasiya cihazı və ECMO aparatına qoşulu vəziyyətdədir. Hazırda təyinat üzrə müalicə davam etdirilir".