İlham Əliyev Ərdoğanı təbrik etdiPrezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.

Avrasiya.net-in məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Qardaş Türkiyə Respublikasının nümayəndəsi cənab Volkan Bozkırın Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Sədri vəzifəsinə seçilməyi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizin rəhbərliyiniz altında həyata keçirilən Türkiyə diplomatiyasının ardıcıl və uğurlu fəaliyyəti sayəsində ölkəniz beynəlxalq aləmdə böyük nüfuz qazanmışdır. Şəxsi təşəbbüsünüzün nəticəsində BMT sistemi tarixində Türkiyə nümayəndəsinin ilk dəfə belə mühüm vəzifəyə seçilməsi xəbəri bizi olduqca sevindirdi.

Əminəm ki, Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri birgə səylərimizlə çoxtərəfli müstəvidə də uğurla davam edəcəkdir.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, qardaş Türkiyə xalqına daim rifah diləyirəm".
“Ermənistan bu gün faşizmi təbliğ etməklə bütün dünyaya meydan oxuyur"Bu gün işğalçı Ermənistanda siyasi oponentlərə qarşı həyata keçirilən represiyalar onu göstərir ki, Paşinyan hökuməti artıq xalqın dəstəyini tamamilə itirib.

Bunu Trend-ə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov deyib.

R.Qonaqov bildirib ki, iyunun 16 da parlamentdə "Çiçəklənən Elmənistan" fraksiyasının rəhbəri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığından məhrum edilməsi və həbsinə hazırlıq onu göstərirki, Paşinyan ölkədə qorxu mühiti yaratmaqla öz hakimiyyətinin ömrünü uzatmaq istəyir:

“Əfsuslar olsun ki, Ermənistanda bu gün söz və mətbuat azadlığının pozulmasına, siyasi represiyalara baxmayaraq, Qərbin özünü "demokratiya carçısı" adlandıran inistitutları hələdə susur və lazımı reaksiyanı bu ölkəyə göstərmir. Məlumdur ki, Ermənistan vassal ölkə olaraq, heç bir müstəqil xarici və daxili siyasətə malik olmayan işğalçı və terrorçu ölkədir. Amma beynəlxalq qurumlar və ATƏT-in Minsk Qrupu işğalçını hələ də öz adı ilə çağırmır”.

R.Qonaqov qeyd edib ki, bütün bunlar dünyada Corc Soros kimi institutların ikili standartlardan çıxış etməsini, ədalətsizlik nümayiş etdirdiyini və beynəlxalq hüququn hələdə işləmədiyini göstərir:

“Ermənistan bu gün faşizmi təbliğ etməklə bütün dünyaya meydan oxuyur. Amma dünya birliyi lazımi ölçü və qiymət vermir bu ölkəyə. Bu vəziyyət isə uzun müddət davam etdikcə Ermənistan dahada azğınlaşır. Bu bütövlükdə dünyaya təhdid və meydan oxumaq deməkdir”.
İTV-nin iki əməkdaşı koronaya yoluxduİctimai Televiziya və Radio Yayımları Şirkəti yoluxma şübhəsi olan əməkdaşları test verib və onlardan ikisində nümunələr pozitiv çıxıb.

Avrasiya.net xəbər verir ki, bu barədə şirkətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Aynurə Asimqızı məlumat verib.

O qeyd edib ki, hazırda həmin şəxslər həkim nəzarətində müalicə alırlar.

Bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti pandemiya elan edilən gündən etibarən şirkətdaxili gücləndirilmiş qoruyucu tədbirlər həyata keçirir. Operativ Qərargahın bununla bağlı təlimatlarına uyğun olaraq şirkətin inzibati binası mütəmadi dezinfeksiya edilir, binaya daxil olan hər kəsin bədən hərarəti ölçülür, hər kəs xüsusi dezinfeksiyaedici mayelərlə və qoruyucu maskalarla təmin edilir.

KİVDF-də yeyinti: qanunsuzluğa kimlər imza atıb?Xəbər verdiyimiz kimi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) yol verilən qanunsuz əməllərlə bağlı cinayət işi başlanıb.

Respublika Baş Prokurorluğunun məlumatında bildirilib ki, Fondun vəzifəli şəxsləri tərəfindən dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə olunmaması, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunsuz verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Fondun “Xərclər smetası”nın icrasına, KİV-lərin fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqram, layihə və digər tədbirlərin maliyyələşdirilməsinə, habelə Fondun saxlanılması xərcləri üzrə inzibati binanın müvafiq satınalma keçirilmədən icarəyə götürülməsi və nəqliyyat vasitələrinin təmiri və yanacaqla təmin edilməsinə, KİV-lərə maliyyə yardımının və gündəlik ictimai-siyasi qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılmasına, tikinti norma və qaydalarına əməl edilməməsi nəticəsində iş həcmlərinin artırılması, obyektin ehtimal dəyərinin şişirdilməsi və işlərin görülməməsinə görə külli miqdarda artıq vəsait qanunsuz olaraq xərclənib.

Qeyd olunan qanunsuz əməllərə görə Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2 (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə cinayət işi başlanıb.

Axar.az xəbər verir ki, KİVDF-nin yol verdiyi qanunsuzluqlarla bağlı ən önəmli məqam isə Fondun hər il Müşahidə Şurasına hesabat verməsidir. Nizamnaməyə görə, illik hesabatı qəbul edib imza atmaq, eləcə də layihələri, xərclənmələrin təyinatı üzrə olduğunu təsdiqləmək Müşahidə Şurasının səlahiyyətindədir. Prosesdən aydın olur ki, Müşahidə Şurası bu illər ərzində KİVDF-dəki bu qədər irimiqyaslı yeyintiləri aşkarlamaq əvəzinə onlara göz yumub.

Məsələ ilə bağlı KİV-nin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri Umud Rəhimoğlu ilə əlaqə saxladıq. U.Rəhimoğlu bu barədə danışmaq istəmədiyini bildirib.

Aparılan istintaqa Müşahidə Şurası üzvlərinin cəlb edilib-edilmədiyi barədə Baş Prokurorluğa verilən sorğuya cavab olaraq bildirilib ki, prokurorluq bu barədə daha sonra açıqlama yayacaq.
Azərbaycan-İran sərhədində atışma: ölən varDövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində təd­birlər davam etdirir.

DSX-nin Mətbuat Mərkəzindən Avrasiya.net-ə verilən məlumata görə, iyunun 17-si saat 21:40 radələrində Dövlət Sər­həd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad ra­yo­nunun Kürünc kəndi yaxınlığındakı sərhəd zastavasının xid­məti əra­zi­sində 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azər­baycan Res­publikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfin­dən aşkar olunmuşdur. Sərhəd pozucularının silah və gecə görmə cihaz­ları ilə silahlanması, onlardan birinin üzərində içərisində narkotik vasitə olması ehtimal edilən 1 ədəd bö­yük kisədə yük müşahidə edilmişdir.

Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xidməti əra­zi qa­pa­dılmış, İİR sərhədçiləri hadisə haqqında məlumatlandırılmışdır. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək ha­vaya xə­bər­darlıq atəşi açıl­mış­dır. Lakin sərhəd pozucuları əmrə tabe ol­mamış, sər­həd naryadına qarşı av­to­mat silahdan və “Vinçester” tipli tüfəngdən atəş açaraq sərhəd­çi­lərin həya­tına qəsd etmişlər.

Sərhəd naryadı tərəfindən “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uy­ğun olaraq silah tətbiq olun­muş, sərhəd pozucularından biri güllə ya­rası almış və İİR ərazisinə qaçmaq məqsədilə sərhəd çayı olan “Bolqarçay”ı keçərkən suda ölmüşdür. Sərhəd pozucusunun cəsədi İran sərhədçiləri tərəfindən sudan çı­xa­rılmışdır. Digər sərhəd pozucuları əra­zi­nin sıx meşəlik, hava şəraitinin qa­ranlıq olma­sından istifadə edə­rək geri qaçmış və İİR sərhəd­çi­ləri tə­rəfindən öz ərazi­lərində saxlanılmışlar.

Hadisə yerində Azərbaycan və İran sərhəd nümayəndələrinin gö­rüşü ke­çirilmişdir.

Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sər­həd dəstəsinin və Lənkəran Hərbi Prokurorluğunun əməkdaşları tə­rə­fin­dən hadisə ilə əlaqə­dar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

Bu klinikalarda hər kəs korona testi verə bilər - QiymətlərBakıda fəaliyyət göstərən 3 özəl klinikanın laboratoriyasında COVİD -19 virusunun aşkarlanması məqsədilə test müayinələri aparılır.

Avrasiya.net xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Trend-ə açıqlamasında həmin laboratoriyaların müayinəyə görə nəticələrinin dövlət tərəfindən təsdiqləndiyini bildirib.

Müayinələri aparan klinikalar özəl olduğundan testlərin qiymətləri də onların özləri tərəfindən müəyyən edilib. Bu klinikalar xarici ölkələrə uçuş üçün müəyyən edilsə də, istənilən şəxs müayinə üçün həmin müəssisələrə müraciət edə bilər.

Klinikalardan isə bildirilib ki, virusun aşkarlanması üçün testlər həm yaxma nümunəsi götürülməklə, həm də qan analizi vasitəsilə aparılır. Qan müayinəsinin qiyməti təxminən 40-110 manat arasında dəyişir. Bu analizin nəticəsi adətən, gün ərzində məlum olur. Burundan yaxma nümunəsi götürülməklə aparılan müayinələr PSR üsulu ilə olur və onun nəticəsi 24-48 saat ərzində açıqlanır. PSR üsulu ilə aparılan müayinənin qiyməti təxminən 100-130 manatdır.

Qeyd edək ki, COVİD-19-a görə müayinələr İnci laboratoriyası, Referans klinikası və "Memorial Klinik"də aparılır.
Koronadan qorunmaq üçün bu dərmanları qəbul etməyinSon günlər apteklərdə “Deksametazon” və “Prednezalon” preparatlarının satışı artıb. Belə ki, koronavirusa yoluxmaqdan ehtiyat edən, özündə narahatlıq hiss edənlər bu dərmanların özbaşına qəbul edir. Ancaq allergiya, ağciyər xəstəliklərinin müalicəsi zamanı istifadə edilən bu preparatların həkim məsləhəti olmadan qəbulu təhlükəlidir.

Avrasiya.net xəbər verir ki, mövzu ilə bağlı danışan həkim Vaqif Qarayev də “Deksametazon” ajiotajı başladığını bildirib.

“Özünümüalicə ilə məşğul olmaq risk yaradır. “Deksametazon”un kifayət qədər zərərli təsirləri var. Yaxşı olar ki, həkim təyinatı olmadan bu kimi dərmanların istifadəsinə yol verilməsin”, - o deyib.

Mütəxəssislərin fikrincə, bu preparat hətta ciddi xəstəliklər zamanı xüsusi miqdarda, xüsusi saatlarda qəbul edilməlidir. Gözəyarı, həkim məsləhəti olmadan qəbulu ciddi fəsadlar yaradır. Bu preparatı qəbul edən şəxsin kütləvi yerlərə getməsi qadağandır. Çünki bu dərman immun sistemini zəiflədir və belə olan halda ən kiçik infeksiya belə ölümə səbəb ola bilər.

Özünümüalicə zamanı qəbul edilən bu dərman şəxsin immunitetini aşağı saldığı üçün onun koronavirusa yoluxma riski də yüksəldir.

Həkimlərin sözlərinə görə, bu preparatın həkim məsləhəti olmadan istifadəsi mədə xorası, göbələk infeksiyaları, qaraciyərdə yağlanma, pankreatit, osteoporoz (sümük əriməsi), sümük ölümü, miopatiya, katarakta, yüksək göz təzyiqi, göz dibi ödəmi, yüksək qan təzyiqi, şəkərli diabet, dəri incəlməsi, dəri çatlaqları, bədəndə tüklənmə, saç tökülməsi, dəri rənginin tündləşməsi, piylənmə, depressiya, yuxusuzluq kimi problemlərə səbəb ola bilir.

Bu preparatın qəbulu zamanı əlavə təsirlərin qarşısını almaq üçün müəyyən dərmanlar və xüsusi qidalanma rejimi təyin edilir.

İsraildə səfirliyi hansı dövlət açacaq: Ermənistan yoxsa Azərbaycan?Ermənistanın baş naziri Nikol Paşinyan İranla əməkdaşlığa əhəmiyyət verir. O İranda rəsmi səfərdə oldu və iki ölkə arasındakı əlaqələrin inkişaf etdirilməsi vacibliyindən danışdı.

Buna baxmayaraq, Ermənistan hakimiyyəti İsraildə səfirlik açıqlması istiqamətində də müəyyən işlər görür. Ermənistan və İsrail rəsmiləri arasında görüşlər olub. Ermənistan rəsmiləri və diplomatları İsraildə səfirliyin açılması mümkünlüyünü istisna etməyiblər. Ermənistan ona görə İsraildə səfirlik açmaq istəyir ki, İsrail-Azərbaycan əməkdaşlığına mane olsun. İrəvan bu əlaqələrdən narahatdır. İsrailin Azərbaycana müasir silahlar və hərbi texnika satması Ermənistanda böyük narazılıq yaradır. İsrailin Azərbaycana satdığı son raketlər İrəvana çatmaq imkanına malikdir. Buna görə də Ermənistanın hakimiyyət nümayəndələri İsraildə səfirlik açmaq və bu yolla İsrail-Azərbaycan hərbi əməkdaşlığına mane olmaq istəyirlər. Ancaq İrəvan ciddi mane ilə üzləşib.

Tehranda Ermənistan səfirliyi qarşısında etirazların sayı artıb. İran vətəndaşları Ermənistanın İsraildə səfirlik açmaq istəyinə etiraz edirlər. İranlılar tələb edirlər ki, Ermənistan İsraildə səfirlik açmaq planından əl çəksin və İsrail ilə bütün əlaqələri kəssin. İrandakı eitrazlar İrəvanı qorxudub. Çünki, Ermənistan rəsmiləri anlayırlar ki, səfirlik qarşısında etirazların arxasında İran hakimiyyəti dayanır. Tehran Errmənistan səfirliyi qarşısında etirazlara şərait yaratmaqla İrəvana xəbərdarlıq mesajı göndərir.

Bu arada, İsrail prezidenti Reuven Rivlinin Azərbaycan prezidenti İlham Əliyev məktubu diqqəti cəlb edir. Məktubda belə bir hissə var: “Gələn il Azərbaycan və İsrail diplomatik münasibətlərin yaradılmasının 30 illiyini qeyd edəcək. Cənab Prezident, fürsətdən istifadə edib münasibətlərimizdəki bu əlamətdar hadisəni qeyd etmək üçün Sizi İsrail dövlətinə tarixi səfərə dəvət edirəm”.

Məktubun ikinci hissəsindəki fikir də maraqlıdır: “Azərbaycanın yaxın gələcəkdə İsraildə səfirliyinin açılmasına səmimi qəlbdən ümid edirəm. Hər iki ölkədə diplomatik nümayəndəliklərin olması münasibətlərimizin möhkəmlənməsi və dərinləşməsi istiqamətində daha böyük addımlar atmağa təkan verəcək və bu da xalqlarımıza böyük fayda gətirəcək”.


Beləliklə, İsrail prezidentinin Azərbaycan prezidentindən iki xahişi var:


Birinci xahiş odur ki, Tel-Əviv Azərbaycan prezidentinin İsrailə rəsmi səfərə gəlməsini istəyir;

İkinci xahiş isə odur ki, Azərbaycan İsraildə səfirlik açsın.

İsrail rəsmiləri illərdir bu iki xahişi səsləndirirlər. Eyni sözləri İsrailin Azərbaycandakı səfiri son müsahibəsində vurğulayıb. Səfir öz ölkəsinin prezidentinin fikirlərini təkrarlayıb.

Əlbəttə, Azərbaycan İsraillə əməkdaşlığın inkişafında maraqldır. İsrail neftə tələbatının təxminən 35-40 fazini Azərbaycan nefti hesabına ödəyir. Azərbaycan İsraildən aldığı müasir hərbi texnikadan məmnundur. Misal üçün Azərbaycanın İsraildən aldığı LORA müasir raket kompleksləri böyük dağıdıcı gücə malikdir.

Buna baxmayaraq, rəsmi Bakı da İran faktorunu nəzərə alır. İran indiki halda belə Azərbaycan-İsrail münasibətlərindən narazıdır. Halbuki, bu münasibətlər İrana qarşı yönəlməyib. Aydındır ki, Azərbaycanın İsraildə səfirlik açması ilkin aylarda Tehranın Azərbaycana qarşı siyasətinin sərtləşməsinə gətirib çıxaracaq. Buna baxmayaraq, rəsmi Bakı Tel-Əvivdə səfirlik açdıqdan bir müddət sonra İran-Azərbaycan münasibətlərinin yenidən əvvəlki axarına qayıdacağını da ehtimal etmək olar. Türkiyənin illərdir İsraildə səfirliyi var və bu amil Ankara-Tehran münasibətlərini gərginləşdirmir.

Tel-Əvivin istədiyi kimi Azərbaycan prezidentinin yaxın müddətdə İsrailə səfər edəcəyini proqnozlaşdırmaq çətindir və bu yalnız İran amili ilə əlaqəli deyil. Rəsmi Bakı Türkiyə və ərəb dünyası amili ilə də hesablaşır. Belə bir səfər nə vaxtsa reallaşacaqsa, Azərbaycan prezidenti İsraillə yanaşı Fələstinə də keçəcək və bu ərəb ölkəsinin lideri ilə də görüşəcək. İsrailə səfər edənlər digər liderlə də belə edir. Elə Rusiya prezidenti Vladimir Putin bir neçə ay əvvəl İsrarilə səfərini yekunlaşdırdıqdan sonra Fələstinə keçərək bu ölkənin rəhbəri Mahmud Abbasla da görüşdü.

Hazırki vəziyyətdə Azərbaycanın müxtəlif nazirlərinin İsrailə səfərləri reallaşa bilər. Ayrıca, iki ölkənin hökumətlərarası komissiyaları fəaliyyət göstərir ki, nazirlər il əzrində müxtəlif görüşlər həyata keçirirlər. Azərbaycanın İsraildə səfirliyi olmadan da iki ölkə arasındakı əməkdaşlığı inkişaf etdirmək mümkündür. və bu əməkdaşlıq İrana qarşı yönəlməyib. Azərbaycan İranla əməkdaşlığın inkişafında və dost münasibətlərinin davamında maraqlıdır. Rəsmi Bakı müstəqil xarici siyasətində həm İran, həm də İsraillə yaxşı münasibətlərə malik olmaq istəyir.

“Atlas” Araşdırmalar Mərkəzi
Karantin qaydalarını pozan rəis vəzifədən çıxarıldıPandemiya dövründə koronavirus (COVID-19) infeksiyasından qorunma tədbirlərinin həyata keçirilməsində məsuliyyətsiz davrandığına görə “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamentinin Təhlükəsizlik, ekologiya və keyfiyyətə nəzarət şöbəsinin rəisi vəzifəsindən azad olunub.

Bu barədə “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov bildirib.

C.Səfərovun sözlərinə görə, o, daha aşağı vəzifəyə - Təmir-tikinti İdarəsinin 104 “Çağrı Mərkəzi”nin 1 saylı çağrı xidmətində usta vəzifəsinə keçirilib

““Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyi bir daha bildirir ki, qurumda pandemiya dövrünün tələb və qaydalarını pozan istənilən işçi sərt formada cəzalandırılacaq”.

Şöbə rəsinin sözlərinə görə, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə “Azəriqaz” İstehsalat Birliyində xüsusi karantin rejiminin qaydalarına ciddi əməl olunur:

“Həm əsas inzibati bina, həm də bütün struktur bölmələrin fəaliyyət göstərdiyi binalarda giriş-çıxış qaydaları ciddi nəzarətdə saxlanılır.

Bundan başqa mütəmadi dezinfeksiya tədbirləri görülür, işçilərin qoruyucu maskalarla təminatı, giriş-çıxış məntəqələrində insanların bədən temperaturunun ölçülməsi və digər zəruri prosedurlar icra olunur. Buna baxmayaq, bəzi hallarda təlimat qaydalarını pozan işçilərə də rast gəlinir və dərhal bu barədə müvafiq cəza tədbirləri görülür”.