Buraxılış və qəbul imtahanlarının vaxtı dəyişdirildi - RƏSMİBuraxılış və qəbul imtahanlarının vaxtının dəyişdirilməsi müzakirə olunub. 2 həftəlik ciddi karantin müddətində imtahanların təxirə salınması nəzərdə tutulur.

Avrasiya.net-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdyllayeva brifnqdə bildirib.

“Buraxılış və qəbul imtahanları ciddi karantin rejiminin tətbiq olunduğu müddətdə təxirə salınacaq və növbəti vaxta təyin ediləcək. Yalnız ola bilsin ki, Naxçıvan ərazisində bu imtahanların keçirilməsi nəzərdə tutulsun. Gələn həftə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən bununla bağlı açıqlama veriləcək”.

L.Abdullayeva deyib ki, Naxçıvanda imtahanların təxirə salınması nəzərdə tutulmur.



Bakıda dekan müavini dənizdə boğulduÖtən gün Bakıda boğulan şəxsin dekan müavini olduğu məlum olub.

Avrasiya.net Oxu.az-a istinadən məlumatına görə, Tural Qasımov Azərbaycan Dövlət Pedoqoji Universitetinin Kimya və Biologiya fakültəsinin dekan müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, 1987-ci il təvəllüdlü Tural Qasımov dostu ilə birlikdə Şüvəlan qəsəbəsində yerləşən "Mayak” çimərliyində dənizdə üzərkən boğulub.
Cənub zonasının gəncləri arasında  intellektual oyun keçirilibAzərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) tərəfindən həyata keçirilən “GəncLİK” (Gənc Liderlərin İnkişaf Konsepsiyası) proqramı layihəsi çərçivəsində yaranmış "Southward" komandasının təşəbbüsü və “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Biriyinin dəstəyi ilə cənub zonasının gəncləri arasında "15 iyun – Azərbaycan xalqının milli qurtuluş günü"nə həsr olunmuş intellektual oyun keçirilmişdir.

Oyuna, Biləsuvar, Lənkəran və Astara rayonun gəncləri "Zoom" platforması vasitəsilə onlayn qoşulmuşdur.

“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Biriyinin sədri Ramin Mahmudovun moderatorluğu ilə keçirilən turnirdə Biləsuvarın “Mübarizlər” və “X-MEN”, Lənkəranın “ATOM-Lənkəran” və Astaranın “Lokomotiv” komandaları yarışıb.
Cənub zonasının gəncləri arasında  intellektual oyun keçirilib
Rəsmi hissədə "Southward" komandasının üzvləri Ramalə Əbilova, Fatimə Vəliyeva və “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Biriyinin sədri Ramin Mahmudov çıxış edərək "GəncLİK" proqramı barədə, habelə ölkədə gənclərlə aparılan fəaliyyətlər, eyni zamanda “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Biriyinin icra etdiyi layihələr barədə danışıblar.

Rəsmi hissədən sonra start götürən 15 sualdan ibarət yarışın yekun nəticələrinə görə Lənkəranın “ATOM-Lənkəran" komandası 11 xalla birinci, Biləsuvarın “Mübarizlər” komandası 10 xalla ikinci, Astaranın “Lokomotiv” komandası isə 6 xalla üçüncü yeri tutub.

Yekunda qalib komamdanın hər bir üzvü hüquq üzrə fəlsəfə doktoru, dosent, işgüzar inkişaf yazarı Nadir Adilovun şəxsi imzalı "Məqsədlisən?!" və "Gəncsən?Başla!" kitabları və diplomlarla təltif olunacaq.
“Yoluxma sürətlə artır, cəmi 7 minə yaxın çarpayımız var” – TƏBİB sədri"Modul tipli xəstəxanalar yaradılıb və bunun sayəsində hazırda 7 minə yaxın çarpayı var".

Avrasiya.net-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlı bildirib.

O, təəssüflə qeyd edib ki, hazırda aktiv xəstə sayı 5 minə yaxındır:

"Yoluxma sürətlə artır. Həmçinin sağalma müddəti uzanır".
Süni tənəffüs apartına qoşulan xəstələrin - SayıAzərbaycanda koronavirla əlaqədar icra olunan testlərin sayı 400 mindən çoxdur.

Avrasiya.net xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı bildirib.

O bildirib ki, hazırda 5 000-ə nəfərə yaxın aktiv xəstə var: “157 nəfər reanimasiya şöbəsində müalicə alır, 30 nəfəri süni tənəffüs aparatına qoşulmuş vəziyyətdədir”.
Azərbaycanda 7 şəhər-rayonda iş yerləri BAĞLANIRİyunun 21-dən iyulun 5-dək Bakı, Sumqayıt, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda xüsusi məhdudiyyətlər tətbiq olunacaq.

Avrasiya.net-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva brifinqdə bildirib.

O qeyd edib ki, bu yerlərdə vətəndaşlar SMS icazə ilə evdən çıxa biləcəklər:

"Dövlət və özəl təşkilatlarda işə çıxma ilə bağlı məhdudiyyətlər olacaq. Ticarət obyektləri bağlanacaq. Bərbərxana və gözəllik salonları, muzey və sərgi salonları bağlanır. Həmçinin, açıq havada idman oyunları qadağan edilir".
Karantin rejimi avqustun 1-nə kimi UZADILDIÖlkədəki eepidemioloji vəziyyət təhlil olunub. Karantin rejiminin avqust ayının 1-nə kimi uzadılması qərarı verilib.

Avrasiya.net-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdyllayeva brifinqində bildirib. O qeyd edib ki, birinci klastr üzrə ciddi karantin şərtləri aktuallaşıb:

"21 iyun gecə saat 00:00-dan 5 iyul tarixi səhər 06:00-dək ciddi karantin rejimi tətbiq ediləcək."
Ölkədə 338 nəfər koronaya yoluxdu, 6 nəfər öldüAzərbaycanda 338 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 117 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Avrasiya.net-ə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 11 329 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 192 nəfər müalicə olunaraq sağalıb, 139 nəfər vəfat edib, 4 998 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6 100 koronavirus testi aparılıb.

İraqdan Türkiyəyə nota: Ordunuzu geri çəkinİraq Türkiyəyə etiraz notası göndərib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, Türkiyənin İraqdakı səfiri Fatih Yıldız bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

İraq hökuməti rəsmi Ankaradan "Pəncə-Qartal" əməliyyatı çərçivəsində ölkənin şimalında bəzi nöqtələrə yerləşdirdiyi xüsusi təyinatlı hərbçilərini geri çəkməsini tələb edib.

Qeyd edək ki, Türkiyə ordusu İraqın şimalında PKK-ya “Pəncə-Qartal" və "Pəncə-Qaplan" əməliyyatlarını başladıb.