3 dekan işdən çıxarıldıAzərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.

Ali təhsil müəssisəsindən Axar.az-a verilən məlumata görə, iclasda universitetin İctimai Şurasının üzvləri də iştirak ediblər.

İclasda yay imtahan sessiyasının və imtahanların gedişi zamanı müraciətlər, onların cavablandırılması və nəticələri barədə məlumat verilib.

Tələbələrin biliyinin qiymətləndirilməsi üçün vahid bazanın formalaşdırılması üzrə mövcud problemlər müzakirə edilib. Bildirilib ki, sənəd dövriyyəsinin təşkili və işgüzar prosedurların aparılmasında nöqsanlar aşkar olunub. Yol verilən nöqsanların tərtibatı və məsuliyyət bölgüsünün aparılması üçün göstərişlər verilib. Sənədlərin düzgün formada dövriyyəsinin təşkili, vəzifəli şəxslərin imza səlahiyyətləri, sənədlərə düzəlişlərin edilməsi və sənədlərin ləğv olunması prosedurlarının aydınlaşdırılması təklif olunub.

Sənədlərin tərtib olunması və dövriyyəsində yaranmış ciddi şübhələr nəzərə alınaraq AzTU-nun “Nəqliyyat və logistika”, “Maşınqayırma və robototexnika”, “İnformasiya və telekommunikasiya texnologiyaları” fakültələrinin dekanları müvafiq yoxlamaların keçiriləcəyi dövr ərzində şəffaflığın təmini məqsədilə müvəqqəti olaraq işlərinin icrasından kənarlaşdırılıb.

İclasda universitetin Təcrübə və məzunlarla iş şöbəsinin adı dəyişdirilərək Karyera mərkəzi adlandırılıb.

Qiymətləndirmə və monitorinq şöbəsi ilə Qeydiyyat şöbəsi birləşdirilərək onların bazasında Qeydiyyat, qiymətləndirmə və monitorinq şöbəsi yaradılıb.
Kürdə batan şəxslərin meyitləri tapıldıKür çayının Tovuz rayonu ərazisindən keçən hissəsində batan şəxslərin - 1974-cü il təvəllüdlü Həsənov Namiq Əli oğlunun və 1986-cı il təvəllüdlü İsmayılov Abbas Hüseyn oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Avrasiya.net-ə bildiriblər ki, hər iki şəxsin meyiti nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən tapılaraq çaydan çıxarılıb.

Cəsədlər aidiyyəti üzrə təhvil verilib.
Əsəd həbs olundu - Bütün sərvəti əlindən alındıSuriya Prezidenti Bəşər Əsədin əmisi Rüfət Əsəd Fransada həbs cəzasına məhkum edilib.

Publika.az xəbər verir ki, o, Suriyanın dövlət vəsaitlərindən sui-istifadədə və çirkli pulların yuyulmasında ittiham edilib.

Esed'in amcasına istimlak şoku

Beləliklə, Paris Cinayət Məhkəməsi Rüfət Əsəd haqqında 4 il həbs cəzası hökmü çıxarıb.

Məhkəmə onun bütün mülklərinə də həbs qoyub.

R.Əsədin 90 milyon avro sərvətinin olduğu bildirilir.
Başçının xanımı “Azəriqaz”a 80 min borcludur – RəsmiSabiq deputat Şəmsəddin Hacıyevin qızı, Ağstafanın yeni icra başçısı Seymur Orucovun həyat yoldaşı Çeşmi Hacıyevanın "Azəriqaz" İB-ə külli miqdarda borcu var.

Bu barədə Axar.az-ın sorğusuna cavab olaraq “Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfər deyib.

O bildirib ki, “Azəriqaz” İstehsalat Birliyi ilə istixana istifadəçisi fiziki şəxs Çeşmi Şəmsəddin qızı Hacıyeva arasında 05 noyabr 2019-cu il tarixində debitor borcun ödənilməsinə dair razılaşma protokolu imzalanan vaxt qarşı tərəfin Birliyə olan borcu 105 min 490 manat təşkil edib:

“Protokola əsasən, qarşı tərəf noyabr ayında ilkin ödəniş olaraq 20 min manat, təbii qazdan sərfiyyatdan əlavə olaraq 2019-cu ilin noyabr, dekabr aylarında hər ayın 25-nə kimi 20 min manat, 2020-ci ilin yanvar ayının 10-na kimi 45 min 490 manat olmaqla Birliyə ödəmə öhdəliyini üzərinə götürüb. Lakin ödənişlər lazımi səviyyədə olmadığından və sərfiyyat məbləğləri də bu rəqəmlərin üstünə gəldiyindən, ümumi borc artaraq 2020-ci ilin yanvar ayında 115 068,80 manat təşkil edib. Belə bir durumda “Azəriqaz” İstehsalat Birliyi tərəfindən məhkəmə iddiası qaldırılıb. Lakin həmin dövrdə koronavirus (COVID-19) pandemiyasının yayılması ilə bağlı bir çox sahələrin, o cümlədən məhkəmələrin fəaliyyətində məhdudiyyətlər yarandığından, sözügedən proses baxılmamış saxlanılıb. İddianın qaldırıldığı, eləcə də pandemiya dövründə qarşı tərəfin həm borc, həm də sərfiyyata görə apardığı ödənişlərdən sonra ümumi borc azalaraq 79 816,20 manat təşkil etmişdir”.

Qurumdan o da bildirilib ki, Azəriqaz İstehsalat Birliyi heç də iddiasından geri çəkilməyib və borcun tam bağlanılmadığı təqdirdə məhkəmə iddiasının qaldırılması hüququnu özündə saxlayır:

“Fiziki şəxs Çeşmi Şəmsəddin qızı Hacıyevanın borclarına gəldikdə, bu, əsasən 2017, 2018-ci illərdə ayrı-ayrı aylarda qazdan böyükhəcmli istifadə müqabilində aylıq ödənişin ya nisbətən, ya da ümumiyyətlə ödənilmədiyindən yığılıb. Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyi mövsüm dövründə bütün istixanalara ödənişlərlə bağlı güzəştlər edir. Lakin mövsüm bitəndən sonra borc öhdəliklərini yerinə yetirməyənlər barədə müvafiq formada məhkəmə iddiaları qaldırılır”.

Paşinyan daha bir deputatı həbs etdirdiErmənistan Milli Təhlükəsizlik Xidməti Çiçəklənən Ermənistan Partiyasından olan eks-deputat Abram Manukyanı saxlayıb.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Mətbuat Mərkəzi yayıb. Manukyanın nəyə görə saxlanıldığı açıqlanmayıb.

Qeyd edək ki, Manukyan 2012-2017-ci illərdə deputat olub.
 REAL-ın təsis qurultayına yer ayrılmadıBakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Respublikaçı Alternativ Partiyanın (ReAL) təsis qurultayı keçirmək üçün yer ayrılması ilə bağlı müraciətinə cavab verib.

Bu barədə ReAL sədri "Facebook” hesabında paylaşım edib.

Cavabda qeyd edilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən 14 mart 2020-ci il tarixindən respublika ərazisində xüsusi karantin rejimi tətbiq edilib. Bu müddət 1 iyul 2020-ci il tarixədək uzadılıb. Mövcud vəziyyəti nəzərə alaraq, müraciətdə qeyd edilən məsələyə xüsusi karantin rejimi bitdikdən sonra BŞİH tərəfindən yenidən baxıla bilər.

İ. Məmmədov paylaşımında bildirib ki, dövlət qeydiyyatından keçmək üçün Ədliyyə Nazirliyi, ya da başqa dövlət qurumu ilə qısa müzakirələrə başlamağa çalışacaqla.
Uşaqlıq xəyalıdır həkimlik...Uşaqlıq xəyalıdır həkimlik... Kainata, insanlara ən faydalı peşədir həkimlik... Təhsili uzun, özü isə həyəcanlıdır həkimlik... Ömürdən ömürə calaqdır həkimlik...

Avrasiya.net xəbər verir ki, bu sözləri Tibb İşçilərinin Peşə Bayramı Günü ilə bağlı Mərkəzi Gömrük Hospitalının “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi, millət vəkili Rəşad Mahmudov bildirib.

R.Mahmudov qeyd edib ki, mövcud pandemiyanın ən ağır yükünü məhz həkimlərimiz və tibb işçiləri daşıyır:

“Dünyadan köçənləri də var, virusa yoluxanları da, usanmadan xəstəliklərlə mübarizəni davam etdirənlər də var. “Yaşamaq gözəldir, yaşatmaq ondan da gözəldir” devizi ilə yaşayan və yaradan, xəstəsinin, cəmiyyətinin, dövlətinin və Prezidentinin ondan nə tələb etdiyini aydın dərk edən səhiyyə işçilərimiz çox olduqca biz daha aydın, daha təhükəsiz və daha qorxusuz bir gələcəyə inamla addımlayacağıq!

Bütün tibb işçilərini peşə bayramı münasibəti ilə təbrik edirəm, onlara səbr, dözüm və möhkəm iradə arzulayıram. Tanrı Sizi, xalqımızı, dövlətimizi və dünyamızı qorusun. Bayramınız mübarək!”
KİVDF-nin sabiq rəhbərliyinə 4 maddə ilə cinayət işi AÇILDIProkurorluq orqanları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə büdcə və digər maliyyə vəsaitlərinin səmərəli və təyinatı üzrə istifadə olunması sahəsində dövlət nəzarətinin səmərəliliyinin artırılması və bu sahədə korrupsiya hüquqpozmalarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi davam etdirilir.

Baş prokuroluğun mətbuat xidmətin Avrasiya.net-ə verilən məlumata görə, həmin tədbirlərin davamı kimi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən yol verilən qanunsuzluqlar barədə Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb:

“Araşdırma zamanı Fondun vəzifəli şəxsləri tərəfindən dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə olunmaması, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunsuz verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, daxil olmuş materiala əsasən, Fondun “Xərclər smetası”nın icrasına, KİV-lərin fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqram, layihə və digər tədbirlərin maliyyələşdirilməsinə, habelə Fondun saxlanılması xərcləri üzrə inzibati binanın müvafiq satınalma keçirilmədən icarəyə götürülməsi və nəqliyyat vasitələrinin təmiri və yanacaqla təmin edilməsinə, KİV-lərə maliyyə yardımının və gündəlik ictimai-siyasi qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılmasına, tikinti norma və qaydalarına əməl edilməməsi nəticəsində iş həcmlərinin artırılması, obyektin ehtimal dəyərinin şişirdilməsi və işlərin görülməməsinə görə külli miqdarda artıq vəsait qanunsuz olaraq xərclənib”.

“Qeyd olunan qanunsuz əməllərə görə Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2 (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə cinayət işi başlanıb. Cinayət işi üzrə qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərsək məsuliyyətə cəlb edilmələri istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Eyni zamanda bildiririk ki, jurnalistlər üçün dövlət vəsaiti hesabına inşa edilmiş iki yaşayış binasından mənzilə ehtiyacı olan jurnalistlərə ev verilməsinə maneçilik törədilməsi, həmin evlərin paylanılması qayda və şərtlərinin kobud şəkildə pozulması ilə bağlı daxil olmuş şikayətlər üzrə də hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılır.

Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən istintaqın gedişatı barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən qanunazidd hallarla üzləşən jurnalistlərə, eləcə də vətəndaşlara müraciət edərək “961” nömrəli “Çağrı Mərkəzi” və ya Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161" nömrəli "Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələrini xahiş edir”,- deyə rəsmi məlumatda bildirilib.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin araşdırmaları KİVDF-nun sabiq icraçı direktoru Vüqar Səfərlinin fəaliyyəti dövrünü əhatə edir..
Əhalinin 60 faizi koronavirusa yoluxub - Həkimdən SOSƏhalinin 60 faizi koronavirusa yoluxmuş durumdadır. Biz hər gün virusa yoluxmuş xəstə görürük. Hər gün ayrı-ayrı klinikalarda koronavirusa yoluxmuş ən azı 10-15 xəstə tapılır, təcili yardım maşınları ilə testi müsbət çıxan insanlar gətirilir. Yəni, vəziyyət çox pisdir.

Avrasiya.net xəbər verir ki, bu sözləri tibb elmləri doktoru, professor Adil Qeybulla Musavat.com-a açıqlamasında bildirib.

O, ölkədə karantin rejiminin yenidən sərtləşdirilməsinin tərəfdarı olduğunu qeyd edib:

“Karantin rejimi yumşaldıqdan sonra 10 minlərlə adam küçəyə çıxdı, sosial məsafəni, karantin qaydalarını gözləmədilər və nəticədə virus şiddətlə yayıldı. İnsanlara dəfələrlə xəbərdarlıq edirik ki, 3 qaydanı gözləməlidirlər. Onlardan birincisi sosial məsafə, ikincisi maska, üçüncüsü isə gigiyena, əllərin yuyulmasıdır. Bu məsələdə insan insandan qorunur. Hər kəs özünü qorusa, bu yetərli olar”.

Adil Qeybulla maskanın nə üçün taxılmalı olduğunu bu cür izah edib:

“Maskanı ona görə taxmalıyıq ki, öskürəndə, asqıranda başqasına virus keçməsin. Hər halda maska bu problemi bir qədər uzaqlaşdırır. Əllərimizi də tez-tez yumalıyıq, çünki gün ərzində müxtəlif yerlərdə olur, ictimai nəqliyyatdan istifadə edirik və sairə.

Bir sözlə, qaydalara hər kəs düzgün əməl edərsək, virusdan uzaq olarıq. Lakin nə görürük? İnsanlar parklara axışır, sosial məsafə gözləmir, maska taxmırlar. Yaxud da bəziləri maskanı cibində, əlində saxlayır, polis görən kimi ağzına taxır. Bu zaman da maska rəngini dəyişir, gigiyenik baxımdan təhlükəli vəziyyət yaranır”.

Adil Qeybulla təklif edib ki, ictimai nəqliyyatda tibb maskalar pulsuz olaraq paylanılsın:

“30 qəpiklik maska üçün xəsislik etmək olmaz. Sonra bu problemin altından çıxa bilmərik. Təsəvvür edin, tək bir insanın xəstələnməsi neçəyə başa gəlir? Bu baxımdan da ictimai nəqliyyatlarda maska paylamaq lazımdır”.

Professor qeyd edib ki, gün ərzində maskadan düzgün istifadə etmək də əsas şərtdir:

“Küçədən evə gələn ki, maskanı çıxarıb, atmaq lazımdır. Amma müşahidə edirik ki, əksəriyyət bir maskadan dəfələrlə istifadə edir.

Əsasən su keçirməyən materialdan hazırlanan maskalara üstünlük vermək lazımdır. Hazırda apteklərdə yuyulan maskalar da satılır. Həmin maskalardan alıb istifadə etdikdən sonra, bir gün məsafə ilə onu sabunla yuyub, qurudub, yenidən istifadə etmək olar”.