Pandemiya bu tarixdə bitəcəkRusiya Kimya Texnologiyaları Universitetinin alimləri koronavirus pandemiyasının son tarixini açıqlayıb.

Avrasiya.net Publika.az-a istinadən xəbər verir ki, alimlərin hesablamalarına görə, bu, iyulun sonuna qədər baş verəcək. Mütəxəssislər epidemiyanın sonuna qədər ölkədə 524 min insanın yoluxacağına dair riyazi bir model hazırlayıb.

Eyni zamanda, mütəxəssislər bölgələrdə məhdudiyyətlərin aradan qaldırılması ilə əlaqədar COVİD-19-un yayılmasının yeni dalğalarını da istisna etmir.

Digər bir proqnoz Sinqapur Texnologiya və Dizayn Universitetinin mütəxəssisləri tərəfindən hazırlanmışdı: onların hesablamalarına görə, pandemiya yalnız avqustun sonunda bitəcək.