İlham Əliyevlə “Microsoft”un vitse-prezidenti və digər nümayəndələri arasında videokonfrans keçirilibİyunun 16-da “Microsoft” şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə şirkətin vitse-prezidenti Filip Roq, Mərkəzi və Şərqi Avropa bölgəsinin korporativ əlaqələr və hüquqi məsələlər üzrə rəhbəri Nanna-Louise və “Microsoft” şirkətinin digər nümayəndələri arasında videokonfrans keçirilib.

Avrasiya.net xəbər verir ki, Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatına görə, videokonfransda Azərbaycan tərəfdən Prezidentin köməkçisi Şahmar Mövsümov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirli Ramin Quluzadə iştirak ediblər.
Rəşad Mahmudov Bəhram Bağırzadənin son durumunu AÇIQLADI“Bəhram Bağırzadənin həyatı uğrunda aparılan müalicə 48 saatdan çoxdur ECMO cihazı vasitəsilə davam etdirilir”.

Bunu Modern.az-a açıqlamasında "COVID-19" infeksiyasına yoluxmuş Əməkdar artist Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi, millət vəkili Rəşad Mahmudov bildirib.

R.Mahmudov qeyd edib ki, gedişatda mənfi dinamika müşahidə edilmir:

“Eləcə də laborator analizlərin cavabında kiçik də olsa, müsbət dəyişikliklərin olması Bəhram Bağırzadənin və həkimlərimizin bu mübarizədə uğur qazanmağı üçün bir ümid işığı qaynağıdır.

Əlbəttə, dünya tibbinin reallıqlarını nəzərə aldıqda, belə ağciyər zədələnməsinin müalicəsində qısa müddətdə müsbət nəticə əldə etmək imkansızdır. Bu günlərdə ən vacib olan məsələ digər orqanların funksiyasını qorumaq, ağciyər yerinə fəaliyyət göstərən ECMO cihazının işinin davam etdirməsinə nail olmaqdır. Yəqin ki, bu mübarizə hələ uzun müddət davam edəcək”.

“Elmi Təcrübi və Tədris Mərkəzinin” rəisi deyib ki, hazırda Bəhram Bağırzadəyə orqan transplantasiyası müzakirə edilmir:

“Media və ictimaiyyət nümayəndələrindən məsələyə həssas yanaşmalarını xahiş edirik. Mediada həqiqəti əks etdirməyən görüntülərin, əsası olmayan fikirlərin yayılması həm ailə, həm də tibb işçilərinin gördükləri işə münasibət baxımından zərərlidir. Bildirmək istəyirəm ki, bu vəziyyətdə ağciyər transplantasiyası ilə əlaqdar hər hansı plan yoxdur. Bu, təkcə bizim ölkəmizlə əlaqəli deyil, xüsusi vəziyyətlərdə transplantasiyadan söhbət gedə bilməz.

Eləcə də müalicənin gedişində əksiklik yoxdur. Xəstə ölkəmizin birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarəti altındadır, onun müalicəsi Dövlət Gömrük Komitəsinin tibbi xidmətinin imkanları daxilində bütün dünyada lazım olan dərman pereparatları, tibbi texnologiya, ən yüksək vəziyyətlərədə istifadə olunan avadanlıqlara aparılır. Təkcə Bəhram bəyin deyil, xəstəlikdən əziyyət çəkən yüzlələrə xəstə üzərində bu müalicə davam etdirilir. Ümid edirik ki, Bəhram bəyə, eləcə də digər xəstələr üçün ortaya qoyulmuş əməyə qarşılıq müsbət nəticələr əldə edərik.

Bir daha bu mövzuya həssaslıqla yanaşıldığına görə, bütün media mənsublarına, eləcə də ictimaiyyətə təşəkkürmüzü bildirik. Hamıdan arzumuz və istəyimiz odur ki, bu məsələyə həssaslıqla yanaşaraq, rəsmi qurumlara istinad etsinlər, əlavə məlumatlara uymasınlar”.

Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Əməkdar artistin ağciyərinin 90%-dən çox toxuması zədələndiyindən onu ECMO cihazına qoşublar.

Xatırladaq ki, ECMO ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.
DYP: Bu şəxslər Bakıya buraxılmayacaqBu gün səhər saat 6-dan etibarən Bakıya gələn yollarda quraşdırılmış postlarda nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.

54 saatlıq sərt karantinin başa çatmasından sonra minlərlə insan şəxsi avtomobilləri ilə Bakıya qayıtmağa çalışıb. Bu da postlarda sıxlığa səbəb olub.

Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Publika.az-a bildirib ki, hazırda sıxlıq nisbətən azalıb: “Hazırda daha çox cənub istiqamətində, yəni Bakı-Ələt yolunun 65-ci km-də yerləşən karantin postunda sıxlıq var. Digər postlarda vəziyyət normallaşıb və sıxlıq böyük ölçüdə aradan qalxıb. Sıxlığın yaranmasının səbəbipaytaxta gələn nəqliyyat vasitələrinin sayının kəskin artmasıdır. Polis əməkdaşları, torpaq yollarla keçmək istəyənlərin də qarşısını alır, həmçinin paytaxta girişi olmayan şəxsləri geri qaytarır".


Ermənistan hakimiyyətində xaos açıq şəkildə özünü göstərirAnar Məmmədov
Milli Məclisin deputatı

Hər bir ölkənin inkişafı və xalqın təhlükəsizliyi o ölkənin prezidentinin həyata keçirdiyi uğurlu siyasətin nəticəsində həyata keçirilir. Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevə böyük inam bəsləyir və dövlət başçısının həyata keçirdiyi siyasəti tam dəstəkləyir. Çünki Azərbaycan əhalisi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsini öz firavan və təhlükəsiz həyatında görür və ona görə də, əhali Prezidentə inanır və dövlət başçısının ətrafında sıx birləşib. Eyni zamanda, Azərbaycan dünyanın ən sabit və təhlükəsiz ölkələrindən biridir. Əlbəttə, bu sabitliyə və təhlükəsiz həyat şəraitinə Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində nail olunub. Xalq da bunu görür və doğru seçim edir.

Ermənistan xalqı isə, hələ də bu günə kimi, bu reallığı görə bilmir və nəticədə, küçə "demokratı"nın hakimiyyətə gəlməsində nə qədər səhvlərə yol verdiyini anlamırlar. Məhz bu səbədən də, işğalçı ölkədə iqtisadi böhran və xaos dərinləşməkdədir.

Son günlərdə Ermənistanda siyasi və sosial-iqtisadi böhran daha da acınacaqlı vəziyyətə çatmışdır. Bütün dünya ölkələrini bürümüş pandemiya Ermənistan hökumətini tamamilə iflic vəziyyətinə salıb. İşğalçı ölkənin hakimiyyəti heç bir halda böhrandan çıxış yolu tapa bilmir. Ölkədə iqtisadiyyatın sürətli tənəzzülü, dövlət qurumlarının öz funksiyasını icra edə bilməməsi, xüsusilə də, hakimiyyətlə xalq arasındakı problemlər böhranı daha da dərinləşdirir. Belə olan təqdirdə isə Paşinyan hökumətinə qarşı müxalifətin etirazları daha mütəşəkkil, ardıcıl xarakter daşıyır. Baş Nazir Nikol Paşinyanın Ermənistan daxilində reytinqi ciddi problemlər fonunda sürətlə düşür. Bir tərəfdən pandemiyanın gətirdiyi ciddi problemlər, digər tərəfdən Rusiya ilə “qaz anlaşması”nın əldə edilməməsi, habelə, ölkə daxilində vətəndaş həmrəyliyinin mövcud olmaması Paşinyan iqtidarını küncə sıxır.

Ermənistan hökuməti bütün problemləri koronavirusla əlaqələndirməyə çalışır, lakin müxalifət böhranın başlıca səbəbi kimi Paşinyanın səriştəsizliyini önə çıxarır. Hökumətə qarşı təzyiqlər artdığı bir zamanda “Çiçəklənən Ermənistan Partiyası”nın sədri Qaqik Çarukyan isə daha da fəallaşır. O, Baş nazir Paşinyanın istefa etməsini tələb edən siyasi cinaha yaxınlaşıb və hökumətin 97 faizinin deyil, 100 faizinin istefa etməsi gərəkdiyini bildirib ki, bu da açıq-aşkar Paşinyana meydan oxumaqdır. Təbii ki Paşinyan ilk fürsətdə Çarukyan təhlükəsini uzaqlaşdırmaq istəyəcək amma bu siyasi olaraq hələlik mümkün deyil. Çünki Ermənistan iqtidarının həyata keçirdiyi siyasət tam səmərəsizdir. İndi cəmiyyətdə ziddiyyətlər getdikcə artır.

Bütövlükdə götürdükdə, Ermənistanda daxili sosial-siyasi və iqtisadi böhranın daha da dərinləşdiyini demək olar. Yuxarıda aparılan müqayisələr açıq göstərir ki, burada hansısa konkret çıxış yolu tapıldığından söhbət gedə bilməz. Paşinyan iqtidarının yaratdığı səriştəsizliklər bütün müsbət cəhdləri məhv edir. Bunun fonunda cəmiyyətdə parçalanma və qarşıdurmaların meydana gəlməsi ehtimalı isə az deyil. Bundan sonra daha geniş və güclü çaxnaşmaların meydana gəlməsi zəruri hal alır. İşğalçı ölkədə sürətlə pisləşən vəziyyət mövcud hakimiyyətdən narazılığı daha da artırır. Amma görünən budur ki, Nikol Paşinyan üçün bunlar hansısa önəm kəsb etmir.

Bu hökumətin xarici siyasət kursunda da müəyyənlik, səbatlılıq yox dərəcəsindədir. Paşinyan həm Qərbə, həm də Rusiyaya yarınmağa, nəticədə hər iki tərəfdən başının sığallamasına nail olmağa çalışır. Bu davranışın əziyyətini isə Ermənistan əhalisi çəkir. Paşinyana və təmsil etdiyi siyasi qüvvələrin bu kimi çətinliklərdən çıxmaq üçün, ilk növbədə, cəmiyyətin etibarını itirməməsi vacib şərtdir. Hələ ki ölkəsinin təməl problemlərini həll edə bilmədiyindən Nikol Paşinyan Ermənistan cəmiyyətinin başını qatmaqla məşğuldur.

Bu vəziyyət uzandıqca o, özünü də çaş–baş vəziyyətə salır. Belə davam edərsə, bundan sonra onun ölkə ictimaiyyətinə yalanlar danışıb, şər-böhtan kampaniyasına başlayacağı gözlənilir. Nəticədə Ermənistanda 1999-cu ilin oktyabrı, 2008-ci ilin martı və 2018-ci ilin mayının təkrarlanacağı istinsa olunmur. Bu gedişlə isə Ermənistan Paşinyan dönəmində daha sürətlə məhvə doğru gedəcək. Daha doğrusu, Paşinyan başda olmaqla hazırki prezident komandası proseslərin inkişafını nəzarətdə saxlaya bilmir. Bu isə heç cür normal idarəetmə sistemi qura bilməyən Ermənistan hakimiyyətində xaosun açıq şəkildə özünü göstərdiyindən xəbər verir.
ABŞ-ı iki hissəyə bölək - JirinovskiABŞ-ı iki hissəyə bölək.

Axar.az xəbər verir ki, bunu Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski öz Teleqram kanalında paylaşıb.

Onun sözlərinə görə, ABŞ-da ağlarla qaradərililəri barışdırmaq alınmayacaq və buna görə də, qaradərililərə 2-3 ştatın verilməsi vacibdir:

“Onların öz polisi, həkimləri və müəllimləri olacaq. Onlar ağlarla toqquşmayacaq. Bəlkə də ağların bu ştatlara girişi məhdudlaşdırılmalıdır. Afrikada məskunlaşmaq istəyən qaradərililərə də kömək etmək lazımdır”.

Bəhram Bağırzadənin son durumu ilə bağlı AÇIQLAMA“Bəhram Bağırzadə hələ də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində ECMO aparatına qoşulu vəziyyətdədir. Səhhətində heç bir irəliləyiş yoxdur, vəziyyəti stabil olaraq qalır”.

Avrasiya.net xəbər verir ki, bunu “Report”a açıqlamasında əməkdar artist Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə deyib.

O bildirib ki, ailə üzvlərinin hamısı iki dəfə testdən keçib və nəticələr neqativ çıxıb.
Salyanda gənc oğlan güllələndiİyunun 16-da saat 04 radələrində 1996-cı il təvəllüdlü Asif Qarayevin odlu silahla qətlə yetirilmiş meyitinin rayonun Qaraçala ərazisində yerləşən süni balıq gölünün kənarında aşkar edilməsi barədə məlumat daxil olub.

Salyan rayon prokurorluğundan verilən məlumata görə, prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilən zaman meyitin yaxınlığından 2 ədəd giliz, içərisində 1 ədəd patron olan tüfəng, qanabənzər maddələr və balıq tutmaq üçün nəzərdə tutulmuş tor aşkar edilib müvafiq qaydada qablaşdırılaraq götürülüb.

Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.

Hazırda cinayəti törətmiş şəxs və ya şəxslərin dairəsinin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
AYB-nin üzvü, həkim-kardioloq Anara məktub ünvanlayıb Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, həkim-kardioloq Qalib Şəfahət AYB nin sədri, xalq yazıçısı Anara məktub ünvanlayıb.

Avrasiya.net məktubun mətnini təqdim edir:

Açıq məktub

Çox hörmətli Anar müəllim, mən bu məktubun zərurətdən doğulduğunu nəzərə alaraq sizə ünvanlayıram. Hal-hazırda ölkəmizdə islahatlara start verilib. Mən düşünürəm ki, bu islahatlar ədəbiyyatımızdan da yan keçməməlidir.

Onu da qeyd edim ki, Siz ədəbiyyatda sözünüzü demiş xalq yazıçımızsınız. Sizin əsərləriniz çoxdan vətənimizin hüdudlarını keçib və Azərbaycan ədəbiyyatına böyük şöhrət gətirib.

Heç kəsə sir deyil ki, hal-hazırda ədəbiyyatımız durğunluk dövrünü yaşayır. Dostbazlıq, qohumbazlıq mərhələsini keçib, indi də bir qrup ədəbiyyat dəllalarının əlində cəmləşib. Hərə bir sayt açıb bir-birini tərifləməklə, şəninə xoş sözlər deməklə məşğuldur. Əsil ədəbbyyat sovetlər dövründə sandıq ədəbiyyatı kimi mövcud idi, indi də kölgə ədəbiyyatına çevrilib.

Hamı oxucunun olmamağından şikayət edir, belə də olmalıdır, ağla qara bir-birinin kölgəsində itib batıb. Oxucu zövqü pozulur.Şübhəsiz, heç kim dəlalın əli ilə heç nə almağa çalışmır, ona görə ki, baha başa gəlir.

Ədəbiyyata böyük qayğı lazımdır ki, xalqımız öz ədəbiyyatına sahib çıxa bilsin.Ağnan qaranı ayırmaq üçün, heç olmasa sovet dövründə olduğu kimi, Yazıçılar Birliyində bədii şura təşkil olunsun. Bədii, estetik cəhətcən özünü doğruldan əsərlər layiqli yerini tapsın. Mənim şübhəm yoxdu, inanıram ki, siz də islahatlara strat verəcəksiniz.

Qalib Şəfahət
AYB-nin üzvü,
Həkim-kardioloq
İsrail HƏMAS-ın postlarına zərbələr endirdiİsrail ordusu Qəzzada HƏMAS-ın mövqelərinə aviazərbələr endirib.

Bu barədə RİA məlumat yayıb.

Bildirilib ki, aviazərbələr HƏMAS-ın raket atışına cavab olaraq endirilib.

Əməliyyat nəticəsində HƏMAS-ın Qəzzadakı yeraltı sığınacaqları dağıdılıb.

Həmçinin İsrail tankları qarşı tərəfin hərbi postlarını da hədəf alıb.