Türkiyədə ardıcıl zəlzələlər: evlər dağıldı, ölü və yaralılar var2020.06.14. 18:58

Türkiyənin Bingöl şəhərinin Qarlıova mahalında 5,8 bal gücündə zəlzələ olub.

Axar.az xəbər verir ki, bu barədə Qəndilli Rəsədxanası məlumat yayıb.

Zəlzələnin episentrinin yerin 5 kilometr dərinliyində olduğu bildirilib. Yeraltı təkanlardan sonra insanların küçələrə çıxdığı qeyd edilib.

Hələ ki, tələfat və dağıntı ilə bağlı məlumat verilmir.

***

Türkiyə Daxili İşlər naziri Süleyman Soylunun sözlərinə görə, Qarlıovada növbətçi qülləsinin aşması nəticəsində 1 təhlükəsizlik əməkdaşı dağıntı altında qalıb, 2-si yaralanıb.

***

Bingöldə növbəti zəlzələ (4,7 bal) baş verib.

Bildirilib ki, ilk zəlzələdən sonra 10-dan çox ev dağılıb. Zəlzələ zamanı dağıntı olan ərazilərə xüsusi qruplar göndərilib.

***

Bingöldə təbii fəlakət nəticəsində dağıntılar altında qalmış 1 təhlükəsizlik əməkdaşının həyatını xilas etmək mümkün olmayıb.

Yaralıların sayının isə 8-ə çatdığı deyilib.

***

Türkiyə prezidentinin sözçüsü Fuad Oqtay zəlzələdə xəsarət alanların sayının 18 nəfərə çatdığını bildirib.
Mehriban Əliyevadan Milli Qurtuluş Günü münasibətilə paylaşım - FOTOAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 15 iyun – Milli Qurtuluş Günü münasibətilə özünün “Instagram” səhifəsində paylaşım edib.

Avrasiya.net xəbər verir ki, paylaşımda deyilir:

Əziz həmvətənlər!

Sizi Milli Qurtuluş Günü münasibətilə təbrik edir, hər birinizə ən xoş arzularımı çatdırıram. Qoy Vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün! Qoy Azərbaycanın müstəqilliyi, xalqımızın azadlığı əbədi olsun! Hər birinizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram!



Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunurBu gün respublikamızda Milli Qurtuluş günü qeyd olunur.

Avrasiya.net xəbər verir ki, 1993-cü ilin iyununda ölkədə yaranmış mürəkkəb ictimai-siyasi durum Azərbaycanda real vətəndaş müharibəsi təhlükəsi yaradıb. Gəncədə dislokasiya olunan 709 saylı hərbi hissə itaətsizlik göstərərək Müdafiə Nazirliyinə tabe olmadığını bəyan edib, hökumət hərbi qiyamı yatırmaq üçün Gəncəyə hərbi birləşmələr göndərib. Lakin yürüdülən yarıtmaz siyasət nəticəsində qiyamın miqyası genişlənib və idarə olunmayacaq səviyyəyə çatıb. Qiyam qaldıran hərbi birləşmələr Bakıya doğru istiqamət götürüb, qiyamın başında duranlar hakimiyyətin dəyişməsini tələb edib.

Vətəndaş müharibəsi üçün ziddi zəmin yarandığı bir vəziyyətdə təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarı son anda kömək üçün Heydər Əliyevə müraciət edib. O zaman Naxçıvan Ali Məclisinin sədri olan görkəmli ictimai-siyasi xadim Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəlib. Ölkəni vətəndaş müharibəsi təhlükəsindən qurtarmaq missiyasını üzərinə götürən Heydər Əliyev həyatını təhlükə altında qoyaraq Gəncəyə gedib və apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını alıb.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, bununla da Azərbaycanın ən yeni tarixində növbəti və bu günə qədər davam edən uğurlu bir mərhələ başlayıb. 15 iyun Azərbaycanın tarixinə Qurtuluş günü kimi daxil olub.

15 iyun tarixi 1998-ci ildən dövlət səviyyəsində bayram kimi qeyd olunur və qeyri-iş günüdür.