Ermənistanda ötən gün 400 nəfər virusa yoluxdu, 16 nəfər öldüErmənistanda koronavirusa yoluxanların sayı 17 064-ə çatıb.

Publika.az erməni mətbuatına istinadən xəbər verir ki, ötən sutka 397 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. 16 nəfər koronavirusdan ölüb.

İndiyədək Ermənistanda 285 nəfər koronavirusdan ölüb, 10 409 nəfərin müalicəsi isə davam edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 7,9 milyonu ötüb, bunların 4,1 milyon nəfərdən çoxu sağalıb, 435 mindən çoxu isə ölüb.
"Heydər Əliyev böyük risklərə baxmayaraq..." - Anar AxundzadəUlu Öndər Heydər Əliyev sözün geniş mənasında Azərbaycanın mövcudluğunu, onun ən böyük tarixi nailiyyəti olan müstəqilliyini təmin etdi. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.

Bu fikirləri Teleqraf.com açıqlamasında sabiq millət vəkili Anar Axundzadə bildirib.

Yeni Azərbaycan Partiyasının yaradılmasında bir gənc kimi Ulu Öndər Heydər Əliyevin etimad göstərdiyi gənclərdən biri olduğunu vurğulayan A.Axundzadə ölkədə uzun illər davam edən gərginlik və qarşıdurmaların, vətəndaş müharibəsinin, dövlətin parçalanma təhlükəsinin məhz dahi şəxsiyyətin möhkəm iradəsi ilə qarşısının alındığını qeyd edib.

O bildirib ki, 1993-cü ilin iyunun 15-dən başlanan bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olundu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunmağa başlayıb:

“Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi.

Heydər Əliyev milli dövlətçiliyimizin konsepsiyasını yaratdı. Bütün maneələrə baxmayaraq ən qısa müddətdə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu. AXC-Müsavat hakimiyyəti isə təbii ki, Heydər Əliyevin uğurlarını qısqanclıqla qarşılayıb ona mane olmağa çalışırdı. Vəziyyətdən səbirlə çıxan Prezident Heydər Əliyev televiziya vasitəsilə xalqa müraciət etdi. İyunun 20-də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə yerli və xarici jurnalistlər üçün brifinq keçirdi. İyunun 21-də bir sıra ölkələrin diplomatları ilə görüşdü. Bu sahədə yürüdülən siyasət respublikanı informasiya blokadasından çıxardı”.

A.Axundzadə qeyd edib ki, dünyada ölkəmizlə bağlı formalaşan fikir qısa müddətdə müsbət yönümdə dəyişib: "Məhz belə bir mürəkkəb siyasi şəraitdə Ulu Öndər Heydər Əliyevin böyük potensialı Azərbaycanın müstəqilliyinin qarantına çevrildi. Ümummilli Liderin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, xarizması, qətiyyəti, uzaqgörənliyi böhrana son qoydu, xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi.

Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas oldu. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı.

İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, həmrəyliyi, milli birliyi təmin edildi, Azərbaycanın dünya birliyinə inteqrasiyası başlandı”.
Millət vəkili Anar Məmmədov müsabiqə qaliblərini təbrik etdi15 iyun - Milli Qurtuluş Günü münasibətilə "Qurtuluş - könüllülərin gözü ilə" adlı onlayn yaradıcılıq müsabiqəsinin qalibləri bəlli oldu.

96 saylı Goranboy - Naftalan seçki dairəsindən Milli Məclisin deputatı Anar Məmmədovun təşəbbüsü ilə keçirilən onlayn müsabiqədə 100 - ə yaxın yeniyetmə və gənc öz istedad və bacarığını nümayiş etdirib.

Ölkədə tətbiq olunan sərt karantin rejimi ilə əlaqədar olaraq Anar Məmmədov qalibləri onlayn şəkildə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Deputat müsabiqənin keçirilməsində əsas məqsədin ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı misilsiz fəaliyyəti, onun dövlətçiliyimizin xilaskarı olması və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun əsaslarının məhz ulu öndərimiz tərəfindən qoyulması haqqında gənclərin bir daha maarifləndirilməsi olduğunu diqqətə çatdırıb.

Münsiflər heyətinin qərarına əsasən, Nuray Bayramlı ( Naftalan şəhəri ) birinci, Aytən Bədəlova ( Naftalan şəhəri ) ikinci, Sərxan Abbasov ( Goranboy rayonu, Dəliməmmədli şəhəri ) üçüncü yerə layiq görülüb. Qaliblər diplom və hədiyyələr ilə mükafatlandırılıblar.
Millət vəkili Anar Məmmədov müsabiqə qaliblərini təbrik etdi
Millət vəkili Anar Məmmədov müsabiqə qaliblərini təbrik etdi
Millət vəkili Anar Məmmədov müsabiqə qaliblərini təbrik etdi
Bəhram Bağızadənin həyat yoldaşı: “Yaxşılaşmadan söhbət gedə bilməz”"Bəhram Bağırzadənin vəziyyəti dünənkindən bu yana stabildir, hələ ki, yaxşılaşmadan söhbət gedə bilməz".

Avrasiya.net xəbər verir ki, bunu APA-ya açıqlamasında, Əməkdar artist Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə deyib.

O bildirib ki, Bəhram Bağırzadəyə ağciyər köçürülməsi söhbəti yoxdur: “Mehriban xanım özü şəxsən nəzarətə götürüb, hazırda durumu stabildir. Sadəcə dua edirik ki, səhhəti düzəlsin”.

Bəhram Bağırzadənin müalicə olunduğu Mərkəzi Gömrük Hospitalının “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov da deyib ki, onun vəziyyəti hazırda stabildir.

R.Mahmudov B.Bağırzadəyə ağciyər köçürülməsinin zəruriliyi, eləcə də müalicə üçün xaricə göndərilə biləcəyi barədə yayılan məlumatlara da münasibət bildirib.

"Hələ ki, agciyər tranplantasiyasından söhbət gedə bilməz. Hər hansı ölkəyə transferi də gündəmdə deyil. Davamlı olaraq İtaliya başda olmaqla, avropalı mütəxəssislərlə müzakirə aparırıq", - deyə R. Mahmudov qeyd edib.

O, bununla belə, əməkdar artistin kritik agır vəziyyətinin hansı yönə gedəcəyi ilə əlaqəli məsələ haqda fikir söyləməyin hələ tez olduğunu bildirib.

R.Mahmudov B.Bağırzadənin EKMO altında intensiv müalicəsinin davam etdiyini deyib.

Qeyd edək ki, Əməkdar artist Bəhram Bağırzadənin vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan 13 iyun 2020-ci il tarixində Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb. Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu, 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq, saturasiyanın artırılmasına nail olunmayıb.

Xəstənin EKMO cihazına qoşulmasına qərar verilib. Məlumat üçün bildirək ki, EKMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

EKMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşib və saturasiya 95 faizə qədər yüksəlib. Lakin xəstənin vəziyyəti kritik ağır olaraq qalır.

Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətindədir.
Mübariz Mənsimov Fətullah Gülənin pijamasını niyə almışdı?!FETÖ istintaqı ilə əlaqədar həbs olunan azərbaycanlı iş adamı Mübariz Mənsimovla bağlı gizli şahid ifadələri ortaya çıxıb. Şahid ifadələrinə görə, Mənsimov Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddən əvvəl “Ərdoğan tezliklə gedəcək” deyibmiş.

Virtualaz.org xəbər verir ki, bu barədə ötən gün iyunun 14-də Türkiyənin “Sabah” qəzeti və digər nəşrləri məlumat yayıb. Qəzet yazır ki, ötən ilin mart ayında saxlanılaraq həbs edilən azərbaycanlı iş adamı Mənsimov Mübariz Qurban oğlu barəsində FETÖ istintaqı başa çatıb. Ona "silahlı terror təşkilatına üzv olma” maddəsi ilə 7,5 ildən 15 ilədək həbs cəzası istənilib. İstanbul Baş Prokurorluğu Terrorizm və Mütəşəkkil Cinayətlər Bürosu tərəfindən hazırlanan 26 səhifəlik iddianamə İstanbul Ağır Cəza Məhkəməsinə göndərilib. Şahid ifadələrinə görə tərtib edilən ittiham aktında iddia olunur ki, Mənsimov bu ifadələri 15 iyul çevriliş cəhdindən əvvəl söyləyib.

M. E. adlı gizli şahid İstanbul Baş Prokurorluğunda verdiyi ifadədə bildirib ki, Mənsimov 15 İyul çevriliş cəhdindən bir neçə həftə əvvəl ofisdə olarkən bir neçə dəfə əlini ürəyinə vurub və “bunların hamısı müvəqqətidir, Xoca Əfəndi gələcək” deyib. “Yəni bunu ürəkdən istəyirmiş kimi danışdı. Bu sözləri o, ofisdə bir vəkillə söhbət edərkən söylədi. Qısa müddətdən sonra çevriliş cəhdinin olduğunu biləndə Mənsimovun əvvəlcədən nələrisə bildiyini düşünərək şirkətdən ayrıldım”, -şahid deyib.

İfadə verən digər bir şahid A.Ç. isə 2014-cü ilin sonu, 2015-ci ilin əvvəlində şirkətin demək olar ki, bütün rəhbər əməkdaşlarının Rusiyanın Rostov şəhərindəki “Palmali” şirkətinə baş çəkərkən yaşananları prokurorluqla paylaşıb: "Şam yeməyi üçün bir restorana gedildi. Yemək əsnasında Mənsimov FETÖ rəhbərinə işarə ilə "Xoca Əfəndi gələcək " deyərək o zaman baş nazir olan Rəcəb Tayyib Ərdoğanla bağlı açıqlama verdi.

A.Ç. həmçinin bildirib ki, Mənsimov hazırda ölkədən qaçan FETÖ idarəçilərindən olan İhsan Kalkavanla birlikdə FETÖ rəhbərini ziyarət edib və orada Mənsimova Gülənin pijama və araqçını hədiyyə olaraq təqdim edilib. Şahid qeyd edib ki, bu hədiyyələr daha sonra Mənsimovun şirkətinin girişindəki Dəniz Muzeyində sərgilənib. Prokurorluq bu ifadələr əsasında müəyyən edib ki, təşkilat rəhbəri bəzi üzvlərin təşkilatdakı mövqeyini yüksəltmək məqsədilə onlara öz şəxsi əşyalarını hədiyyə verir. Mənsimov da bu baxımdan təşkilatın yüksək mövqe tutan üzvlərdən biri kimi qiymətləndirilir.
ABŞ açıqladı: Onlar üçün ən böyük təhlükə İrandır!İŞİD terror təşkilatı məhv ediləndən sonra İraqı tərk edəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Trampın müşaviri Qabriel Soma deyib.

O, ABŞ qoşunlarının müvəqqəti olaraq İraqda olduğunu bildirib:

“ABŞ Prezidenti daim "İraqdan çıxacağıq" deyir. Tramp amerikan hərbi qüvvələrinin İraqdan, həmçinin Suriyadan çıxmasını istəyir. İraqdakı mövcudluğumuz müvəqqətidir. ABŞ hərbi qüvvələri 12 hərbi bazada yerləşdirilmişdi. İndi isə 3 bazada var, 9 baza artıq tərk edilib. Hazırda İraqın sabitliyinə əsas təhlükə İŞİD və İranın təsiridir. İŞİD döyüşçülərinin sayı hazırda 10 min ətrafındadır və bəzi şəxslər də onlara dəstək verir”.
Qarabağ üçün tarixi şans: Ordu bir anda... - JdanovErmənistan heç bir zaman suveren dövlət olmayıb. İrəvanın xarici siyasətini isə həmişə Moskva formalaşdırıb. Ermənistanda baş verən son hadisələri və Moskvanın tədricən İrəvandan üz döndərməsini nəzərə alsaq, bu gün Azərbaycan üçün tarixi şans yaranıb.

Bu sözləri Axar.az-a açıqlamasında ukraynalı hərbi ekspert Oleq Jdanov deyib. Onun sözlərinə görə, Azərbaycanın Qarabağ məsələsini güc yolu ilə asanlıqla həll etmək imkanına sahib Ordusu var:

“Bakı bir hərbi əməliyyatla istədiyinə nail ola bilər. İndi yalnız Moskvanın müdaxiləsi ilə bağlı siyasi məsələləri həll etmək qalır. Ermənistan havadarlarının köməyinə ümid edirsə, Qarabağ münaqişəsinin həlli üçün Azərbaycana öz Ordusundan başqa heç kim lazım deyil”.

O qeyd edib ki, hərbi tərəfdaşlara və əsgərlərin tədrisi ilə bağlı təcrübə mübadiləsinə malik olan Azərbaycan öz Silahlı Qüvvələrinin döyüş qabiliyyətini və ən çətin vəzifələrin yerinə yetirilməsinə hazırlığını daim artırır:

“Hərbçilərin əsas şüarı var: təlimlər maksimum döyüş şəraitinə uyğun keçirilməlidir. Ən yaxşı təlimlər döyüş əməliyyatları ehtimal olunan yerlərdə aparılır. Azərbaycan Ordusu Qazaxıstan dağlarında da təlimlər keçirməyi planlaşdırır. Bu, o deməkdir ki, Azərbaycan Ordusunun xüsusi təyinatlıları Dağlıq Qarabağ dağlarında maksimum səmərəli fəaliyyət göstərməyə və ərazilərin azad edilməsi ilə bağlı qarşıya qoyulmuş mühüm tapşırığı həll etməyə hazırdır”.
Rusiyada azərbaycanlı tələbənin qətlinə görə xüsusi qərargah YARADILDIAzərbaycandan olan tələbə Timur Qavrilovun amansız qətlinə görə, Rusiyanın Volqoqrad şəhərində xüsusi qərargah yaradılıb.

Rusiya KİV xəbər verir ki, xüsusi qərargaha Volqoqrad İstintaq Komitəsi, cinayət-axtarış idarəsi və s. Orqanların təcrübəli müstəntiqləri daxildir.

“Hazırda mərhumun yaxın ətrafı sorğu-sual edilir. Qatilin və öldürülən şəxsin kamera görüntüləri götürülərək tədqiq olunur”- deyə Rusiya İstintaq Komitəsinin Volqoqrad şəhəri üzrə nümayəndəsi Nataliya Rudnik açıqlama verib.

Xatırladaq ki, 17 yaşlı Timur Qavrilov Volqoqrad Tibb Universitetinin stamotologiya fakultəsinin 1-ci kurs tələbəsi idi. O, Voroşilov rayonunda gecə saatlarında naməlum şəxsin hücumuna məruz qalıb. 20 bıçaq yarası alan gənc yerindəcə keçinib.
İndi biz bundan maksimum yararlanmalıyıq - ALDP sədriAzərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev BakuNews.tv-yə müsahibə verib.

- Fuad müəllim, Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Jelena Zavko, Ermənistan üzrə məruzəçisi Traian Basesku və AP-nin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Mariya Kalyurandın birgə qəbul etdiyi bəyanatına partiya sədri olaraq ilk reaksiya verdiz və bunu alqışladız. Sizcə bu bizə hansı imkanlar verir?

- Biz bəyanatımızda da qeyd etdik ki, Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərindəki qanunsuz fəaliyyətlə bağlı Avropa Parlamentinin rəsmiləri ilk dəfə birgə sənəd qəbul ediblər. Bu sənəddə münaqişənin məhz Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində həllinə çağırış əks olunub. Ermənistan üçün bu gözlənilməz idi. İndi biz bundan maksimum yararlanmalıyıq. Hakimiyyət bütün imkanları işə salmalıdır. Mən ümid edir ki, yaxın zamanda torpaqlarımız işğaldan azad olunacaq. Çünki BMT-nin məlum 4 qətnaməsi, Avropa Parlamentinin bəyanatı işğalda olan torpaqların azad olunması üçün bizə hüquqi əsas verir.

- Ermənistan üçün gözlənilməz olduğunu geyd etdiniz. Ümumiyyətlə, son bir ay ərzində Ermənistanda hakimiyyət böhranı müşahidə olunur. Paşinyana təzyiqlər güclənir...

- Bir gündə 3 güc strukturunda rəhbər vəzifə tutan şəxslər istefaya göndərirlər. Böhran deyilsə, bəs nədir onda? Bunu karantin rejimin qaydalarının pozulması ilə əlaqələndirdilər. Amma mən hesab edirəm ki, bu belə deyil. Hesab edirəm ki, bir gündə 3 güc struktur rəhbərinin istefası heç də təsadüf deyil.

- Fuad müəllim, son vaxtlar Paşinyanın adı korrupsiya, siqaret qaçaqmalçılığı, silah, narkotik alveri kimi məsələlərində hallanır. Paşinyan hakimiyyətə meydandan gəlib və qısa bir zamanda adı belə işlərdə hallanır. Onun belə 180 dərəcə dəyişməsini necə qiymətləndirərsiz?

- Paşinyanın siyasətçi kimi naşı və təcrübəsiz olduğunu, onun siyasətə “atıldığı” birinci gündən demişəm. Rusiyameyilli güvvələri hakimiyyətdən devirmək üçün, xarici dairələr, o vaxt siyasətçi kimi tanınmamış bir jurnalisti ələ alaraq, siyasətə “atdılar”. Sonradan külli miqdarda pul buraxdılar ki, “parlament inqlabı” etsin. İndi də bu verilən milliyonları qaytarmaq lazımdır. Ona görə də heç də təəccüblü deyil ki, adı silah, narkotik və digər məsələlərdə hallanır.

- Sizin fikrinizcə, bu istefalar və yuxarıda qeyd etdiyiniz məsələlər Paşinyan iqtidarını süquta gətirib çıxara bilərmi?

- Hər şey ola bilər. Birincisi, Paşinyan komanda daxili münasibətləri normallaşdırmalıdır. Bu da inandırıcı görsənmir. 3 ay bundan əvvəl təyin etdiyi nazir istefaya gedir. Bu onu göstərir ki, Paşinyan kadr seçimini düzgün edə bilmir və təyin etdiyi adamlar onun istəyilə oturub, durmurlar. İkincisi, Ermənistan müxalifətindən də indi çox şey asılıdır. Müxalifət Paşinyanın komandasındakı narazılıqdan istefadə edə bilsə, onlarla birləşə bilsə onda bu Paşinyanın sonu olacaq. Fikrimcə, Paşinyan bunun qabağını almaq istəyir və müxalifətə qarşı sərt tədbirlər görür.
Payızda koronavirusun növbəti dalğası gözlənilir? - DAHA TƏHLÜKƏLİ OLA BİLƏR…Bütün dünyada, eləcə də ölkəmizdə payız aylarında koronavirusun növbəti dalğasının olacağı kimi fikirlər səsləndirilir.

Sentyabr-noyabr ayları ərzində meydana gələcək dalğaının indikindən daha riskli olacağı kimi də iddialar mövcuddur.

Maraqlıdır, payız aylarında ikinci-üçüncü dalğanın yaranmasına səbəb nə olacaq?

Ümumiyyətlə bu kimi fikirlər nə dərəcədə əsaslıdır?

Məsələ ilə bağlı Modern.az-a danışan REACT-C19 layihəsi çərçivəsində Azərbaycana gələn İzmir Tepecik Təhsil və Araşdırma xəstəxanasının pediatrı Nesiman Alılı da payızda virusun növbəti dalğasının gözlənildiyini və bunun ciddi təhlükələrə səbəb olacağını bildirib:

“Oktyabr ayında koronavirusun ikinci dalğasının yaranması ilə bağlı müxtəlif elmi faktorlar var. Belə ki, biz adətən payız aylarında viral xəstəliklərin artdığını müşahidə edirik. Qrip virusunda da dəfələrlə müşahidə etmişik ki, sentyabr-oktyabr aylarında artım daha çox olur.

“COVID-19” virusunun da payız aylarında geniş yayılacağı təqdirdə ciddi təhlükələrə səbəb olacağı düşünülür. Amma indi konkret olaraq bu barədə dəqiq nəsə demək, elmi araşdırmalar etmək olmaz. Ümumi olaraq qeyd edə bilərəm ki, həqiqətən də payız aylarında vəziyyyətin kritikləşməsi kimi ehtimallar var”.

Qeyd edək ki, indiyədək dünya üzrə 7,9 milyondan çox adam koronavirusa yoluxub onlardan 4128318 nəfəri sağalıb, 435 mindən çox adam isə ölüb.

Azərbaycanda isə indiyədək 9957 nəfər COVID-19-a yoluxub və onlardan 119-u ölüb, 5583-ü sağalıb.