Deputat partiya sədrinə zibil dedi “Neçə gündür, düşmüşəm qaragüruhun üstünə ki, polisimizə zibil atmayın, indi də götürüb mənim üstümə zibil atıblar. Birbaşa canlı zibil. Vətəndaş və İnkişaf adlanan partiyanın sədi Əli Əlyevdir bu zibilin adı. Maraqlıdır ki, həm iqtidar çevrələrində, həm də müxalifət çevrələrində elə bu cür də adlanır”.

Ynisabah.az xəbər verir ki, bu sözləri BQP, sədri Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Fazil Mustafa daha sonra qeyd edib ki, Əli Əliyev hər seçki başlayanda o qapıdan girib bu qapıdan çıxar, xeyri yoxdur amma yenə tolazlayırlar gəldiyi zibilqabına:

“Ötən gün baxıram ki, Milli Şuranın zoom konfransında da kimsə Əli Əliyevin adını çəkəndə birbaşa dedi ki, o zibilin biridir, müxalifətə desant atıblar. İndi baxıram ki, videoçəkiliş edib, şəxsimə qarşı tərbiyəsizlik edir. Olsun. Nə birinci, nə də axırıncı tərbiyəsizdir, özümüz yola verərik. Olsun bu da Verdenisli Bəxtiyar P.-nin başqa bir tayı. Sadəcə ötən gün adamın həm də səfehlədiyini gördüm. Televiziyadan bəyan etdi ki, bəs prezident məni müdafiə naziri təyin etsin, 6 aya Qarabağı azad edim. İndi bu qorxağın biridir, etməsə başına əminəm ki, güllə vurmayacaq, ancaq bir şərtlə razılaşmaq olar: Əgər azad etməsən səni zibil kimi ermənilərə tullayacağıq...”
Bu temperaturda bütün işlər dayandırılsın - NazirlikƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib.

Avrasiya.net xəbər verir ki, nazirlikdən Modern.az-a bildirilib ki, havanın temperaturu +41 dərəcədən yuxarı olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlərin görülməsi təmin edilməlidir:

"Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu +41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Qeyd olunan hallarda işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır".

Məlumatda bildirilib ki, Məcəlləyə əsasən, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməlidir:

"Dövlət Əmək Müfəttişliyi Xidməti işçilərin həyat və sağlamlığının qorunması məqsədilə əməyin mühafizəsi tədbirlərinin görülməsinin, o cümlədən havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda bu məqsədlə zəruri işlərin aparılmasının qanunvericiliklə işəgötürənlərin əsas vəzifələrindən olduğunu diqqətə çatdırır".

BƏƏ-nin COVID -19-la mübarizə çərçivəsində attıdığı son addımlarBirləşmiş Ərəb Əmirlikləri yeni koronavirus infeksiyasına 513 yoluxma faktı qeydə almış və ölkədə infeksiyanın ümumi sayının 41,499 -a çatdığını və ümumilikdə iyunun 12-nə 25,946 nəfərin virusdan sağaldığını, ölüm saynın isə 287-ə çatdığını bildirmişdir.

Avrasiya.net xəbər verir ki, Abu Dabi Kök Hüceyrələri Mərkəzi, elm adamlarında COVID-19 haqqında fikir formalaşdırılması üçün qabaqcıl tibbi avadanlıqların quraşdırıldığını elan etdi. Helios sitometr, alimlərə xəstələrin virusa qarşı immunitetini öyrənərkən fərdi insan hüceyrələrini tez və dəqiq şəkildə profilaktika etməyə imkan verəcəkdir.

BƏƏ-də koronavirus (COVID-19) infeksiyasının müalicəsini araşdıran tədqiqatçılar tərəfindən işlənib hazırlanmış metod əqli mülkiyyət qoruması alınmışdır, təhlillərin nəticəsi müalicənin effektiv olduğunu və onun mövcud müalicə protokollarına əlavə qismində daxil edilməsinin təhlükəsiz olduğunu göstərdi.

BƏƏ Mərkəzi Bankı keçən il 2.9% artımdan sonra iqtisadiyyatın 3.6% geriləyəcəyini, ilin sonunda iqtisadiyyatın 2019-cu ilə nisbətən bir qədər zəif olacağını elan etmişdir. Bununla belə, may ayından etibarın işlə təmin etmə yüksəlməyə başlamışdır ki, iqtisadiyyatın bərpaolunma tempinin yüksəlişini 4-cü rübdə görmək olacaq.

BƏƏ-nin səhiyyə orqanları ölkədə 2,5 milyondan çox COVID-19 testi keçirib ki, bu da dünyada ən yüsək test sayıdır.
The Dubai Future Foundation (Dubay Gələcək Vəqfi) ön sırada çalışan tibb işçilərinə dəstək olmaq üçün innovativ mexaniki ventilyator prototipini təqdim etmişlər. Havalandırma qurğusunun inkişaf etdirilməsi, zəncirvari qlobal tədarükə cavab olaraq, ölkənin innovativ texnologiyaların tətbiqi və yerli istehsalın artırılması səylərinin bir hissəsidir.

BƏƏ-yə məxsus süni intellekt və bulud hesablama şirkəti olan Group 42 və Oxford Nanopore Technologies, COVID-19-a səbəb olan SARS-CoV-2 virusu -nu tez və dəqiq aşkarlayan misli görünməmiş bir texnologiyanın hazırlandığını elan etdi. Ultra yüksək paralel emal gücü sayəsində yeni texnologiya diaqnostika sənayesini dünya miqyasında dəyişdirmək potensialına malikdir.
Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri zati-aliləri Şeyx Abdullah bin Zayed Al Nahyan Hindistanın tibbi qruplarının BƏƏ-yə göndərilməsini alqışlayaraq və onların BƏƏ Könüllüləri kampaniyasında iştirak etdiklərini vurğulayaraq BƏƏ və Hindistan arasında COVID-19 ilə mübarizədə koordinasiyanı yüksək qiymətləndirmişdir.

Gələn həftədən etibarən BƏƏ-dən Hindistana olan repatriasiya reyslərinin sayı iki dəfədən çox artacaq, belə ki, rəsmilər vətəndaşların öz ölkələrinə qayıtması üçün səylərini intensivləşdirirlər. Təxminən 420.000 nəfər Hindistana geri qayıtmaq istəyən vətəndaş Hindistanın konsulluq və səfirliyində qeydiyyata alınıb.
Mavritaniya və maldıv adalarına tibbi yardımgöndərən BƏƏ bu günə qədər 65-dən çox ölkəyə 800 ton yardım etmişdir. BƏƏ həmçinin Brləşmiş Krallığın fərdi qoruyucu vasitələr istehsal etməsi üçün 6.6 ton material ianə etmşdir.
BƏƏ-də ölkə boyu bütün məktəblərdə 30 Avqust tarixində yeni bir tədris ili açılacaq, məktəblilərin təhsildən geri qalmamalarını təmin etmək üçün məsafədən və sinifdə təhsil də daxil olmaqla müxtəlif təkliflər nəzərdən keçirilir.

The Dubai Future Foundation (Dubay Gələcək Vəqfi)-nin direktoru Khalfan Belhoul –un sözlərinə görə, COVID-19 BƏƏ-də elektron ticarət fəaliyyətini sürətləndirdi və böyük ehtimalla normal fəaliyyət bərpa olunsa belə, online ticarət "əsas rol" oynamağa davam edəcək.
Mingəçevirdə maşın 6 nəfəri vurdu: ölən var - RəsmiDaxili İşlər Nazirliyi (DİN) Mingəçevirdə bir nəfərin ölümü, 6 nəfərin xəsarət alması ilə nəticələnən hadisə ilə bağlı məlumat yayıb.

DİN Mətbuat Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, iyunun 12-də saat 16 radələrində Mingəçevir şəhəri ərazisində şəhər sakinləri T.Mövlamovun idarə etdiyi “Hunday” və K.Ağayevin idarə etdiyi “Mersedes” markalı avtomobillər toqquşduqdan sonra idarəetməni itirmiş “Mersedes” markalı avtomobil yolun kənarında dayanmış 6 nəfəri vurub elektrik dirəyinə dəyib.

Dirəyin aşması nəticəsində Ağdam rayon sakini Təzəgül Abbasova hadisə yerində ölmüş, şəhər sakinləri olan 5 nəfər xəstəxanaya yerləşdiriliblər.

Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
AZAL Bakı-Naxçıvan-Bakı reyslərinə bilet alanlara müraciət etdiBakı-Naxçıvan-Bakı marşrutu üzrə ləğv edilmiş reyslərin sərnişinləri aviabiletlərini dəyişə və ya ödədikləri məbləği geri ala bilərlər.

Bu barədə Avrasiya.net-ə AZAL-ın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, AZAL aviaşirkəti Bakı-Naxçıvan və Naxçıvan-Bakı reyslərinə aviabilet əldə edən, lakin karantin şəraitində uçuşların dayandırılması ilə əlaqədar həmin aviabiletdən istifadə edə bilməyən sərnişinlərə təkrar müraciət edir.

Qeyd edilən sərnişinlər ləğv edilmiş reyslərə aviabiletləri 7 iyul tarixindən (daxil olmaqla) yerinə yetiriləcək reyslər üçün yeni tarixlərə ödənişsiz dəyişə bilərlər. Reysin yerinə yetirilməsindən imtina edildiyi halda aviabiletin dəyəri həmin sərnişinlərə tam həcmdə geri qaytarılacaq.

Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutu üzrə ləğv edilmiş reyslərə aviabiletlər üçün ödənilmiş vəsaiti sərnişinlər Nizami küçəsi 126A ünvanında yerləşən aviaşirkətin xüsusi ofisinə müraciət edərək geri ala bilərlər. Yeni aviabiletin rəsmiləşdirilməsi üçün [email protected] elektron poçtu vasitəsilə və ya +99412 4934004, +99412 4937121, +99412 5988880 telefon nömrələrinə zəng edərək aviaşirkətin çağrı mərkəzinə müraciət etmək lazımdır.

Xatırladırıq ki, iyunun 18-dən etibarən AZAL Bakı-Naxçıvan və Naxçıvan-Bakı marşrutları üzrə reysləri bərpa edir. Uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə axşamı həyata keçiriləcək.
İranın milyardlarla vəsatini girov götürdülər - Hökumət ayağa qalxdıCənubi Koreya ABŞ-ın tətbiq etdiyi maliyyə sanksiyaları çərçivəsində İranın milyardlarla dollar vəsaitini bloklayıb.

Publika.az xəbər verir ki, İran Prezidenti Həsən Ruhani Cənubi Koreyanın İran Mərkəzi Bankına aid qaynaqların ərzaq və dərmanların alınması üçün istifadəsinə icazə verməməsinin qəbuledilməz olduğunu deyib.

İranın ehtiyatlarının geri qaytarılması üçün Mərkəzi Banka beynəlxalq qurumlar nəzdində təşəbbüs göstərmək təlimatı verən Ruhani Cənubi Koreya hökumətinin ən qısa müddətdə bloku ləğv edəcəyini gözlədiyini dilə gətirib.

Qeyd edək ki, rəsmi Vaşinqton 7 avqust 2018-ci ildən etibarən İranın maliyyə sektoruna qarşı birtərəfli sanksiya tətbiq etməyə başlayıb. Bu siyahıya daha sonra Mərkəzi Bank da əlavə olunub.

Cənubi Koreya ABŞ-ın Tehrana qarşı sanksiyaları səbəbilə bu ölkədən neft idxalını dayandırıb.

Dollar çökəcəkTezliklə, dollar çökəcək, eləcə də ABŞ-ın dünya iqtisadiyyatındakı rolu azalacaq.

Avrasiya.net xəbər verir ki, bunu “Blumberq”ə açıqlamasında amerikalı iqtisadçı Stiven Rouç deyib. O, Amerika iqtisadiyyatının zəifləməsinə koronavirusun təsir göstərdiyini bildirib.

Rouç bunun dolların üstünlüyünü də son qoyacağını söyləyib. Ekspert həmçinin dolların Trampın siyasəti fonunda 2021-ci ildə çökəcəyini bildirib.
Sumqayıtda dənizdən meyit çıxarıldıSumqayıt şəhərində bir nəfər dənidə batıb.

Fövqəladə Hallar Nazirliyindən Avrasiya.net-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batan şəxsin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Azərbaycanın şanlı, şərəfli tarixini yazan - Heydər Əliyev Yusif Babanlı
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və
İdman Akademiyasının prorektoru, professor

Hər il 15 iyun tarixi xalqımızın Milli Qurtuluş günü kimi qeyd olunur. Hamımıza bəllidir ki, bu şərəfli və şanlı tarix səhifəsini yaradan Azərbaycanın inkişafında, müstəqilliyində müstəsna rol olan ulu öndər Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyevin ağır zəhməti, gərgin səyləri, böyük qalmaqallardan keçmiş uğurlu siyasətinin nəticəsində bu günkü qüdrətli Azərbaycan dövləti formalaşmış və bütün dünyada öz mövqeyini yüksək səviyyədə qoruyub saxlamaqdadır.

1991-ci ilin oktyabrında ölkəmiz müstəqillik əldə etdikdən sonra hakimiyyətdə yaranan boşluq və siyasi xəttin düzgün seçilməməsi nəticəsində dövlətin bütün təsisatlarında uğursuzluq, özbaşnalıq höküm sürürdü. Moskvada istefa verdikdən sonra Naxçıvan Ali Məclisində fəaliyyətə başlayan ulu öndər Heydər Əliyev o illərdə dağılmış SSRİ İttifaqının bir parçası olan Azərbaycanda yaranmış acınacaqlı ictimai-siyasi vəziyyəti obyektiv analiz edərək, cəmiyyətin ciddi problemlərini dərindən düşünərək konkret işlər görmək və ciddi siyasi addımlar atmaq üçün dəfələrlə mövqeyini bəyan etmişdir.

Ulu öndər Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışdığı zamanlarda nəyinki Naxçıvanı, bütövlükdə Azərbaycanı xilas edəcək yeganə şəxsiyyət kimi xalqın ümid yeri idi. Vətənin ağır günlərində xalqın təkidli tələbləri ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş günü kimi daxil oldu. Xalqımız hər il 15 iyun tarixini qürur və fərəh hissi ilə qeyd edir. Çünkü, məhz bu gün dövlətimiz əbədi və sarsılmaz gücünü bütün dünyaya göstərmişdir.

Məndə öz növbəmdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlətçilik ənənlərini tam gücümlə dəstəkləyirəm və xalqımızı Milli Qurtuluş günü münasibəti ilə təbrik edirəm. Dövlətimizə sarsılmaz müstəqillik, xalqımıza birlik arzulayıram!

Ermənilər bu dəfə Abxaziyanı istəyirlər Abxaziyada yaşayan ermənilərin bu regionda öz muxtariyyətini yaratmaq istəkləri qarşısında Gürcüstan hökuməti ciddi tədbirlər görməlidir. Əks təqdirdə Gürcüstan üçün Abxaziya və Osetiyadan əlavə, erməni problemi də ortaya çıxacaq.

Bu sözləri Axar.az-a açıqlamasında ermənişünas alim İsmayıl Tanrıverdi sosial şəbəkələrin gürcü seqmentində Abxaziyada yaşayan ermənilərin bu regionda öz muxtariyyətini yaratmaq istəklərini şərh edərkən deyib.

İ.Tanrıverdi vurğulayıb ki, ermənilərin Abxaziyada muxtariyyət tələb etmələrinin bir sıra pərdəarxası məqamları var:

“Məsələ ondadır ki, Abxaziyada muxtariyyət almaq gələcəkdə bütövlükdə ölkəni ələ keçirmək üçün ilkin mərhələdir. Hazırda ermənilərin Abxaziyada fəallaşması, hətta muxtariyyət istəməsi birbaşa Samtsxe-Cavaxetiya regionu ətrafında da analoji iddialardan qaynaqlanır. Bildiyiniz kimi, ermənilər son illərdə bu ərazinin də guya “tarixi erməni torpağı” olduğunu iddia etməyə başlayıblar. Hətta qəribə bir faktı da diqqətinizə çatdırım ki, Samtsxe-Cavaxetiyadakı ermənilər Ermənistanın Dağlıq Qarabağa etdiyi yardımı onlara etməmələri səbəbindən rəsmi İrəvana şikayət ünvanlayıblar. Məhz bundan sonra ermənilərlə Gürcüstan rəsmiləri arasında narazılıq yaranmağa başladı. Ermənistanın bu gün Gürcüstan üzərində apardığı siyasət faktiki olaraq “parçala və işğal et”dir. Bunun üçün əsaslı sübutlar mövcuddur. Ermənilərin Abxaziyada muxtariyyət əldə etməsi, hətta buranı “Abxaz Ermənistanı” adlandırması bu çirkin siyasətin başlıca dəlilidir. Lakin reallıq ondadır ki, ermənilər Abxaziyada muxtariyyət əldə edərək, Gürcüstan rəhbərliyinin diqqətini Samtsxe-Cavaxetiyadan yayındırmaq istəyirlər. Bu yolla ərazidəki yerli erməniləri təşkilatlandırmağa çalışırlar”.

İ.Tanrıverdinin sözlərinə görə, istər Abxaziya, istərsə də Samtsxe-Cavaxetiyada ermənilərlə bağlı istənilən proses birbaşa İrəvandan izlənilir və maliyyələşdirilir:

“Hazırda Abxaziyada 60 minə qədər erməni yaşayır. Onlar orada bütün əhəmiyyətli yerləri nəzarətə götürə biliblər. Hazırda Abxaziyada “yeni erməni dövləti” qurmaq, erməniləri birləşdirmək üçün qruplar yaradılır. Bu qruplaşmaların ən tanınmışı isə törətdikləri vəhşiliklərlə faşistləri belə geridə qoyan Baqratyan silahlı dəstələridir. Abxaziya müharibəsi zamanı və 2008-ci ildə rus-gürcü müharibəsində bu qruplaşma da aktiv əməliyyatlarda iştirak edib. Hətta gürcü bir qadın bu dəstənin insanları xüsusi amansızlıqla öldürdüyünü jurnalistlərə müsahibəsində deyib”.

Alim bildirib ki, Ermənistanın məqsədi Gürcüstanı zəiflədib, təsirsiz hala gətirməkdir:

“Onu da qeyd edim ki, Keşikçidağ hadisələrinin pərdəarxasında da məhz erməni kilsəsi dayanırdı. Erməni əsilli gürcü keşişlərin insanları manipulyasiya edib, sərhədə getməyə sövq etməsi birbaşa erməni kilsəsinin təlimatı ilə baş vermişdi”.

Qeyd edək ki, sosial şəbəkələrin gürcü seqmentində “Abxaziya Ermənistanı” adlı qondarma qurumun artıq “bayrağı”, “gerbi” də yayılmaqdadır.

Gürcüstan dövlətinin olaya rəsmi açıqlaması hələlik yoxdur.